Kürd Ovşarı — Fikrət Əmirov tərəfindən 1948-ci ildə bəstələnmiş simfonik muğamdır.
Kürd Ovşarı | |
---|---|
Bəstəkar | Fikrət Əmirov |
Forma | simfonik muğam |
Premyera | |
Dinlə | |
Tarixi
Yazılma tarixi
Fikrət Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını 1948-ci ildə yazıb. Hər iki əsər bitkin, müstəqil formaya malik olsa da, mövzu baxımından bir-birini tamamlayaraq bir növ dulogiya əmələ gətirir. Bəstəkar, "Kürd-Ovşarı" simfonik muğamında "Şur" simfonik muğamının melodik elementlərindən istifadə edir.Muğamı vasitəsiylə səsləndirmək ideyasını F. Əmirova Bülbül vermişdi. Lakin, bəstəkarın özünün də tarzən olması və muğamlara bələdliyi də bu işdə xüsusi rol oynamışdır. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazması haqqında xatirələrində F. Əmirov qeyd edir:
“Simfonik muğamlar üzərində işləməyə məni Bülbül dəvət etdi. Biz gecə-gündüz çalışırdıq. Müharibədən sonrakı ağır illərdə mənim üzərimə anam və bacılarımın qayğıları da düşürdü. Evdəkilərin nigarançılığını duyan Bülbül bütün bu müddət ərzində özlərinin ev xadimələri Mariya ilə ailəm üçün zənbil-zənbil yeməklər göndərirdi ki, mən sakit işləyə bilim.” |
Bəstəkarın növbəti xatirəsində isə onun simfonik muğamlar üzərində işləyərkən ustad sənətkarlardan necə bəhrələnməsi əks olunur: "1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları üzərində çalışdığım zaman böyük sənətkar Bülbülün sayəsində mən Qurban Pirimov və Seyid Şuşinski ilə tez-tez görüşərək işləyirdim."
S. Təhmiraqızı "Fikrət Əmirov" adlı tədqiqat əsərində qeyd edir ki, "Musiqi sənətində tamamilə yeni bir janr olan simfonik muğam janrını yaratmaqla, F. Əmirov çətin və cəsarətli yaradıcılıq məsələsinin öhdəsindən bacarıqla gəlmişdir. Çox məzmunlu və orijinal formalı bu əsərlərdə dərin musiqi təfəkkürü, koloritli tapıntılar, xalq musiqisinə yaradıcı münasibət öz təcəssümünü tapır." Musiqişünas F. Əliyeva isə yazır: "F. Əmirov Azərbaycan xalq musiqisinin zəngin melodiya, məqam, ritm qanunlarının dərin qatlarına vararaq, prinsip etibarilə Avropa bəstəkarlıq təfəkkürünün məhsulu olan və musiqili-bədii kateqoriya kimi məhz bu mədəniyyət daxilində formalaşmış simfonizm üslub-janr sistemində yeni şaxə yaratmışdır."
Fikrət Əmirovun simfonik muğamları |
---|
İfa tarixi
"Kürd-Ovşarı" simfonik muğamı ilk dəfə 1948-ci ildə Niyazinin idarəsi ilə Azərbaycan Dövlət Filarmoniyasında ifa edilib. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarına görə bəstəkar 1949-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Dövlət mükafatına layiq görülüb. Daha sonra əsər tanınmış drijorlar Rojdestvenski, Stokoveski kimi sənətkarların idarəsi ilə ifa edilmişdir. Azərbaycan drijorlarından Rauf Abdullayev, Fəxrəddin Kərimov və Yalçın Adıgözəlovun da interpretasiyasında "Şur" muğamı səsləndirilmişdir.
Forma
"Kürd-Ovşarı" simfonik muğamı Kürd-Ovşarı zərbi-muğamının xüsusiyyətlərinə əsaslanır. Əsər dörd bölmədən ibarətdir. Çox cəld templə ifa olunan əsər, bəstəkarın "Şur" simfonik-muğamı ilə müqayisədə miniatür həcmlidir. Burada əsasən zərbi-muğam xüsusiyyətləri saxlanılır (Ovşarı, Kürdi, Mani bölmələri), yalnız Şahnaz bölməsi improvizasiya şəklindədir. "Şur" simfonik muğamından fərqli olaraq, Fikrət Əmirov "Kürd-Ovşarı" simfonik muğamında təsnif və rənglərə üstünlük verməmişdir. İstisna olaraq, yalnız Şahnaz bölməsindən əvvəl təsnif verilir.
"Kürd-Ovşarı" simfonik muğamı nəfis, lirik və zərif giriş mövzusu (bas-klarnet) ilə açılır. Bu mövzu 1940-cı ildə Cabbar Qaryağdıoğlunun ifasında nota salınmışdır. Mövzu üç hissəli formadadır, burada solo melodiya bütün orkestrin partiyası ilə növbələşir.
Ovşarı bölməsi rondovaridir. "Ovşarı" qədim aşıq mahnısının adıdır və aşıq musiqili-poetik yaradıcılığında bir ənənəvi hava kimi məşhurdur. Burada Ovşarı refren kimi təkrar olunur. Birinci epizod fleytada, ikinci epizod isə trubada ifa edilir. Onun davamı kimi "Şur" muğamından Simayi-Şəms bölməsinin mövzusu səslənir. Ovşarı və təsnif arasında yenə Simayi-Şəms verilir. Lirik təsnifin melodiyası Seyid Şuşinskinin ifasından nota salınmışdır. Lirik təsnif orkestrdə çox orijinal tembrlərə həvalə olunur. Taxta nəfəsli alətlərlə valtornaların fonunda mövzunu fleyta-piccolo fleyta ilə birlikdə ifa edir. Təsnif üçhissəli formadadır. Onun orta hissəsinin mövzusu bəstəkarın özü tərəfindən düşünülmüşdür.
Şahnaz bölməsi inkişaflı olub, sərbəst improvizasiya şəklində qurulur. Onun başlanğıcı akkordlarla ifadə olunsa da, sonra dialoq şəklində verilir. Nəfəsli və simli alətlər dialoqa qoşulurlar. Fortepianonun solosunda səslənən kiçik kadensiya "Şur" simfonik muğamından Şur-Şahnaz bölməsinin materialı üzərində bütün şöbənin kulminasiyasına gətirib çıxarır. Həmin hissəni orkestr ifa edir.
Qoboyun kadensiyasından sonra Kürdü bölməsi verilir. Burada Fikrət Əmirov tarzən Qurban Pirimovun ifasından nota saldığı toy mahnısının melodiyasından istifadə etmişdir. Melodiya qoboy solosunda simli və nəfəsli alətlərin qənaətcil akkordları fonunda səslənir.
"Kürd-Ovşarı" simfonik muğamının son bölməsi Mani təntənəli xarakter daşıyır. Ovşarı kimi bu bölmə də rondovari şəkildədir. Rondonun epizodları Simayi-Şəms və bəstəkarın artıq "Şur" simfonik muğamında istifadə etdiyi epizodun üzərində qurulur. Burada həmin epizod yeni orkestrləşdirmədə təqdim edilir.
"Kürd-Ovşarı" simfonik muğamının kodası işıqlı, təntənəli xarakter daşıyır. Kod həm də özündə repriza funksiyası daşıyır. Burada Maye-Şur və Simayi-Şəmsin leytdönümü verilir.
Diskoqrafiya
- Azərbaycan Dövlət Simfonik Orkestri, drijor: Niyazi, Мелодия, 1972
- Moskva Radio Simfonik Orkestri, drijor: Rauf Abdullayev, Olympia, 1996
- Moskva Simfonik Orkestri, drijor: , ASV, 1998
- Rusiya Filarmoniya Orkestri, drijor: , Naxos, 2010
İstinadlar
- Təhmiraqızı, 2012. səh. 204
- Təhmiraqızı, 2012. səh. 203
- Təhmiraqızı, 2012. səh. 201
- Təhmiraqızı, 2012. səh. 202
- Əliyeva, F. Muğam. Operadan simfoniya və caza qədər. Bakı. 2003. səh. 178.
- Təhmiraqızı, 2012. səh. 209
- Təhmiraqızı, 2012. səh. 210
- Təhmiraqızı, 2012. səh. 211
Ədəbiyyat
- Əliyev, A.S., Fikrət Əmirovun "Şur" simfonik muğamının dirijorluq təcrübəsində təfsir xüsusiyyətlərinə dair metodik tövsiyələr, Bakı: Azərb. Resp. Təhsil Problemləri İn-tu., Bakı Musiqi Akademiyası, 2007
- Təhmiraqızı, S., Fikrət Əmirov, Bakı: Aspoliqraf, 2012
- Əmirov, Fikrət, Simfonik muğamlar, Azərbaycan Sovet Musiqi Ədəbiyyatı, Bakı, 1984
- Əzimli, T., Novator bəstəkar, simfonik muğam janrının - Şərq simfonizminin yaradıcısı, Bakı: Musiqi/Poeziya, 2012
- Виноградов, В., Мир музыки Фикрета, Баку: Ədəbiyyat və incəsənət, 1983
- S. Qasımova, Z. Abdullayeva, Ф., Fikrət Əmirov, Bakı, 2004
Həmçinin bax
Xarici keçidlər
- Əsər Azərbaycan Dövlət Simfonik Orkestri ifasında, (drijor Silvio Barbato).
- Əsər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında (drijor Rüfət Axundzadə).
- Əsər Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında (drijor Rauf Abdullayev)
- Əsər Qrossmont Simfonik Orkestrinin ifasında
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Kurd Ovsari Fikret Emirov terefinden 1948 ci ilde bestelenmis simfonik mugamdir Kurd OvsariBestekar Fikret EmirovForma simfonik mugamPremyera 1948Azerbaycan Dovlet FilarmoniyasiDinle source source source Moskva Radio Simfonik Orkestri dirijor Rauf Abdullayev 1996 TarixiYazilma tarixi Fikret Emirov Sur ve Kurd Ovsari simfonik mugamlarini 1948 ci ilde yazib Her iki eser bitkin musteqil formaya malik olsa da movzu baximindan bir birini tamamlayaraq bir nov dulogiya emele getirir Bestekar Kurd Ovsari simfonik mugaminda Sur simfonik mugaminin melodik elementlerinden istifade edir Mugami vasitesiyle seslendirmek ideyasini F Emirova Bulbul vermisdi Lakin bestekarin ozunun de tarzen olmasi ve mugamlara beledliyi de bu isde xususi rol oynamisdir Sur ve Kurd Ovsari simfonik mugamlarini yazmasi haqqinda xatirelerinde F Emirov qeyd edir Simfonik mugamlar uzerinde islemeye meni Bulbul devet etdi Biz gece gunduz calisirdiq Muharibeden sonraki agir illerde menim uzerime anam ve bacilarimin qaygilari da dusurdu Evdekilerin nigaranciligini duyan Bulbul butun bu muddet erzinde ozlerinin ev xadimeleri Mariya ile ailem ucun zenbil zenbil yemekler gonderirdi ki men sakit isleye bilim Bestekarin novbeti xatiresinde ise onun simfonik mugamlar uzerinde isleyerken ustad senetkarlardan nece behrelenmesi eks olunur 1948 ci ilde Sur ve Kurd Ovsari simfonik mugamlari uzerinde calisdigim zaman boyuk senetkar Bulbulun sayesinde men Qurban Pirimov ve Seyid Susinski ile tez tez goruserek isleyirdim S Tehmiraqizi Fikret Emirov adli tedqiqat eserinde qeyd edir ki Musiqi senetinde tamamile yeni bir janr olan simfonik mugam janrini yaratmaqla F Emirov cetin ve cesaretli yaradiciliq meselesinin ohdesinden bacariqla gelmisdir Cox mezmunlu ve orijinal formali bu eserlerde derin musiqi tefekkuru koloritli tapintilar xalq musiqisine yaradici munasibet oz tecessumunu tapir Musiqisunas F Eliyeva ise yazir F Emirov Azerbaycan xalq musiqisinin zengin melodiya meqam ritm qanunlarinin derin qatlarina vararaq prinsip etibarile Avropa bestekarliq tefekkurunun mehsulu olan ve musiqili bedii kateqoriya kimi mehz bu medeniyyet daxilinde formalasmis simfonizm uslub janr sisteminde yeni saxe yaratmisdir Fikret Emirovun simfonik mugamlariSur 1948 Kurd Ovsari 1948 Gulustan Bayati Siraz 1971 Eserlerinin siyahisibrIfa tarixi Kurd Ovsari simfonik mugami ilk defe 1948 ci ilde Niyazinin idaresi ile Azerbaycan Dovlet Filarmoniyasinda ifa edilib Sur ve Kurd Ovsari simfonik mugamlarina gore bestekar 1949 cu ilde SSRI Nazirler Sovetinin qerari ile Dovlet mukafatina layiq gorulub Daha sonra eser taninmis drijorlar Rojdestvenski Stokoveski kimi senetkarlarin idaresi ile ifa edilmisdir Azerbaycan drijorlarindan Rauf Abdullayev Fexreddin Kerimov ve Yalcin Adigozelovun da interpretasiyasinda Sur mugami seslendirilmisdir FormaOvsari hissesi source source Moskva Radio Simfonik Orkestri terefinden Rauf Abdullayevin drijorlugu ile ifa edilir Sahnaz hissesi source source Moskva Radio Simfonik Orkestri terefinden Rauf Abdullayevin drijorlugu ile ifa edilir Bu fayllarin oxunmasinda problem var Bax media komek Kurd Ovsari simfonik mugami Kurd Ovsari zerbi mugaminin xususiyyetlerine esaslanir Eser dord bolmeden ibaretdir Cox celd temple ifa olunan eser bestekarin Sur simfonik mugami ile muqayisede miniatur hecmlidir Burada esasen zerbi mugam xususiyyetleri saxlanilir Ovsari Kurdi Mani bolmeleri yalniz Sahnaz bolmesi improvizasiya seklindedir Sur simfonik mugamindan ferqli olaraq Fikret Emirov Kurd Ovsari simfonik mugaminda tesnif ve renglere ustunluk vermemisdir Istisna olaraq yalniz Sahnaz bolmesinden evvel tesnif verilir Kurd Ovsari simfonik mugami nefis lirik ve zerif giris movzusu bas klarnet ile acilir Bu movzu 1940 ci ilde Cabbar Qaryagdioglunun ifasinda nota salinmisdir Movzu uc hisseli formadadir burada solo melodiya butun orkestrin partiyasi ile novbelesir Ovsari bolmesi rondovaridir Ovsari qedim asiq mahnisinin adidir ve asiq musiqili poetik yaradiciliginda bir enenevi hava kimi meshurdur Burada Ovsari refren kimi tekrar olunur Birinci epizod fleytada ikinci epizod ise trubada ifa edilir Onun davami kimi Sur mugamindan Simayi Sems bolmesinin movzusu seslenir Ovsari ve tesnif arasinda yene Simayi Sems verilir Lirik tesnifin melodiyasi Seyid Susinskinin ifasindan nota salinmisdir Lirik tesnif orkestrde cox orijinal tembrlere hevale olunur Taxta nefesli aletlerle valtornalarin fonunda movzunu fleyta piccolo fleyta ile birlikde ifa edir Tesnif uchisseli formadadir Onun orta hissesinin movzusu bestekarin ozu terefinden dusunulmusdur Sahnaz bolmesi inkisafli olub serbest improvizasiya seklinde qurulur Onun baslangici akkordlarla ifade olunsa da sonra dialoq seklinde verilir Nefesli ve simli aletler dialoqa qosulurlar Fortepianonun solosunda seslenen kicik kadensiya Sur simfonik mugamindan Sur Sahnaz bolmesinin materiali uzerinde butun sobenin kulminasiyasina getirib cixarir Hemin hisseni orkestr ifa edir Qoboyun kadensiyasindan sonra Kurdu bolmesi verilir Burada Fikret Emirov tarzen Qurban Pirimovun ifasindan nota saldigi toy mahnisinin melodiyasindan istifade etmisdir Melodiya qoboy solosunda simli ve nefesli aletlerin qenaetcil akkordlari fonunda seslenir Kurd Ovsari simfonik mugaminin son bolmesi Mani tenteneli xarakter dasiyir Ovsari kimi bu bolme de rondovari sekildedir Rondonun epizodlari Simayi Sems ve bestekarin artiq Sur simfonik mugaminda istifade etdiyi epizodun uzerinde qurulur Burada hemin epizod yeni orkestrlesdirmede teqdim edilir Kurd Ovsari simfonik mugaminin kodasi isiqli tenteneli xarakter dasiyir Kod hem de ozunde repriza funksiyasi dasiyir Burada Maye Sur ve Simayi Semsin leytdonumu verilir DiskoqrafiyaAzerbaycan Dovlet Simfonik Orkestri drijor Niyazi Melodiya 1972 Moskva Radio Simfonik Orkestri drijor Rauf Abdullayev Olympia 1996 Moskva Simfonik Orkestri drijor ASV 1998 Rusiya Filarmoniya Orkestri drijor Naxos 2010IstinadlarTehmiraqizi 2012 seh 204 Tehmiraqizi 2012 seh 203 Tehmiraqizi 2012 seh 201 Tehmiraqizi 2012 seh 202 Eliyeva F Mugam Operadan simfoniya ve caza qeder Baki 2003 seh 178 Tehmiraqizi 2012 seh 209 Tehmiraqizi 2012 seh 210 Tehmiraqizi 2012 seh 211EdebiyyatEliyev A S Fikret Emirovun Sur simfonik mugaminin dirijorluq tecrubesinde tefsir xususiyyetlerine dair metodik tovsiyeler Baki Azerb Resp Tehsil Problemleri In tu Baki Musiqi Akademiyasi 2007 Tehmiraqizi S Fikret Emirov Baki Aspoliqraf 2012 Emirov Fikret Simfonik mugamlar Azerbaycan Sovet Musiqi Edebiyyati Baki 1984 Ezimli T Novator bestekar simfonik mugam janrinin Serq simfonizminin yaradicisi Baki Musiqi Poeziya 2012 Vinogradov V Mir muzyki Fikreta Baku Edebiyyat ve incesenet 1983 S Qasimova Z Abdullayeva F Fikret Emirov Baki 2004Hemcinin baxAzerbaycan klassik musiqisi Mugam SimfoniyaXarici kecidlerEser Azerbaycan Dovlet Simfonik Orkestri ifasinda drijor Silvio Barbato Eser Azerbaycan Respublikasi Mudafie Nazirliyinin Elahidde Numunevi Herbi Orkestrinin ifasinda drijor Rufet Axundzade Eser Azerbaycan Dovlet Simfonik Orkestrinin ifasinda drijor Rauf Abdullayev Eser Qrossmont Simfonik Orkestrinin ifasinda