Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri — Anton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları. Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı.
Demarkasiya xəttinin yaradılması
Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi. 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi. Həmin sənədə əsasən, Petrovsk-Portdan 5 mil cənubdan yeni demarkasiya xətti ilə sərhədlər qeydə alındı. Razılaşmaya görə, Könüllü ordu bu xətdən keçə bilməzdi. Lakin Denikin demarkasiya xəttini də pozdu. 1919-cu il avqustun 4-də Azərbaycan-Gürcüstan sərhədləri boyunca III demarkasiya xətti müəyyənləşdirildi. Yeni xəttə görə, Dağıstan tamamilə Könüllü ordunun nəzarəti altında qaldı.
Nəticə
General Q.Korinin Nəsib bəy Yusifbəyliyə 1919-cu il 4 avqust tarixli məktubunda yeni demarkasiya xəttinini hüdudları göstərilir və müvafiq coğrafi xəritə təqdim edilirdi. Böyük Britaniya hökümətinin Q.Koriyə teleqramındakı əvvəlki xəbərdarlıq təkrar olunurdu. Cənubi Qafqaz respublikaları Könüllü ordu üzərinə hər hansı həmlədən çəkinməli, general Denikinə kömək göstərməli, Xəzər donanmasını yanacaq və s. ilə təchiz etməli idilər. Məktubda göstərilirdi ki, bu şərtlərə əməl edilməməsi, Könüllü ordunun demarkasiya xəttindən şimalda qalmasına Böyük Britaniyanın zəmanətini mümkünsüz edir. Cənubi Qafqazda Rusiyanın tərkib hissəsi kimi baxan Denikin taktiki baxımdan yerli hökümətlərin mövcudluğunu müvəqqəti olaraq qəbul edirdi. İngilis qoşunları Azərbaycanı tərk etdikdən sonra Böyük Britaniyanın Cənubi Qafqaz respublikalarındakı diplomatik missiyasının əsas vəzifələrindən biri bu respublikalarla Könüllü ordu arasındakı demarkasiya xəttinə əməl olunmasına nəzarət etmək idi.
İstinadlar
- Azərbaycan tarixi 7 cilddə, V cild. Bakı: 2001.
- Cəmil Həsənli. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti.
Mənbə
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. "Könüllü Ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri" məqaləsi.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Konullu ordu ile Azerbaycan Xalq Cumhuriyyeti arasinda demarkasiya xetleri Anton Denikinin Konullu ordusunun isgal etdiyi erazilerde Azerbaycan Xalq Cumhuriyyeti arasinda mueyyen olunmus serhed nisanlari Konullu ordunun isgali neticesinde Daglilar Respublikasinin suqutu Azerbaycan ucun ciddi tehluke yaradirdi Konullu ordunun komandani Anton DenikinDemarkasiya xettinin yaradilmasiDenikin Azerbaycan serhedlerine yaxinlasirdi Bunu nezere alan Azerbaycan Xalq Cumhuriyyetinin Xarici Isler Nazirliyi muttefiq qosunlarin komandanligina muraciet ederek cenuba dogru irelileyen bu ordunun qarsisinin alinmasi ve onun hisselerinin Dagistandan cixarilmasi ucun tedbirler gorulmesini teleb etdi 1919 cu ilin yanvarinda Bakidaki Boyuk Britaniya qosunlarinin bas komandani general Uilyam Tomson Qafqaz daglari boyunca Dagistanin simal hissesinden kecen demarkasiya xettini mueyyenlesdirmisdi Lakin buna mehel qoymayan Denikinin Konullu ordusu Derbendi tutdu Azerbaycanla Konullu ordu arasinda demarkasiya xetti pozuldu Yeni demarkasiya xettinin mueyyenlesdirilmesine ve Konullu ordunun bu xetden geri cekilmesi haqqinda ingilis komandanliginin telebine baxmayaraq Denikinin herbi quvveleri Derbendde ve butun Dagistanda qalmaqda davam edirdi Bundan ciddi narahat olan Cumhuriyyet hokumetinin bascisi Nesib bey Yusifbeyli Cenubi Qafqazda ingilis qosunlarinin komandani general Q Kori ile gorusmusdu General Q Kori 1919 cu il iyunun 11 de Nesib bey Yusifbeyliye gonderdiyi mektubunda general Denikinle Cenubi Qafqaz respublikalari arasinda yeni demarkasiya xettinin kecdiyi erazileri mueyyenlesdirmisdi Hemin senede esasen Petrovsk Portdan 5 mil cenubdan yeni demarkasiya xetti ile serhedler qeyde alindi Razilasmaya gore Konullu ordu bu xetden kece bilmezdi Lakin Denikin demarkasiya xettini de pozdu 1919 cu il avqustun 4 de Azerbaycan Gurcustan serhedleri boyunca III demarkasiya xetti mueyyenlesdirildi Yeni xette gore Dagistan tamamile Konullu ordunun nezareti altinda qaldi NeticeGeneral Q Korinin Nesib bey Yusifbeyliye 1919 cu il 4 avqust tarixli mektubunda yeni demarkasiya xettinini hududlari gosterilir ve muvafiq cografi xerite teqdim edilirdi Boyuk Britaniya hokumetinin Q Koriye teleqramindaki evvelki xeberdarliq tekrar olunurdu Cenubi Qafqaz respublikalari Konullu ordu uzerine her hansi hemleden cekinmeli general Denikine komek gostermeli Xezer donanmasini yanacaq ve s ile techiz etmeli idiler Mektubda gosterilirdi ki bu sertlere emel edilmemesi Konullu ordunun demarkasiya xettinden simalda qalmasina Boyuk Britaniyanin zemanetini mumkunsuz edir Cenubi Qafqazda Rusiyanin terkib hissesi kimi baxan Denikin taktiki baximdan yerli hokumetlerin movcudlugunu muveqqeti olaraq qebul edirdi Ingilis qosunlari Azerbaycani terk etdikden sonra Boyuk Britaniyanin Cenubi Qafqaz respublikalarindaki diplomatik missiyasinin esas vezifelerinden biri bu respublikalarla Konullu ordu arasindaki demarkasiya xettine emel olunmasina nezaret etmek idi IstinadlarAzerbaycan tarixi 7 cildde V cild Baki 2001 Cemil Hesenli Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti MenbeAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi Konullu Ordu ile Azerbaycan Xalq Cumhuriyyeti arasinda demarkasiya xetleri meqalesi Hemcinin baxAzerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti Konullu ordu Azerbaycan Xalq Cumhuriyyetinin Derbend meselesi