Kurqan fərziyyəsi (nəzəriyyəsi) erkən Hind-Avropa mənşəyinin Qara dəniz-Xəzər çöllərində tapılan arxeoloji “Kurqan mədəniyyəti”nə mənsub olduğunu irəli sürən nəzəriyyələrdən biridir. Kurqan türkcə “koruqan” sözündən götürülmüş olub, hörülmüş məzar mənasını verən bir termindir.
Kurqan modeli Hind-Avropa tayfalarının mənşəyi ilə bağlı ən çox qəbul edilən təklifdir. Kurqan təhlili olduqca maraqlıdır və bir çox arxeoloq və linqvistik tərəfindən tam və ya qismən qəbul edilmişdir.
Kurqan fərziyyəsi ilk dəfə 1950-ci illərdə Marija Gimbutas tərəfindən irəli sürülmüşdür. Gimbutas “Kurqan mədəniyyəti”ni bir-birini izləyən dörd ardıcıl dövrün nəticəsi kimi tanımışdır. Ən qədimi (I Kurqan) Mis dövrünə (e.ə. 4-cü minilliyin əvvəlləri) aid olan və Dnepr/Volqa arasında tapılmış Samara və Seroqlazovka mədəniyyətlərini də ehtiva edir. Fərziyyəyə görə, bu mədəniyyətlərin köçəri tayfaları eramızdan əvvəl III minilliyə qədər Qara dəniz-Xəzər çöllərinə və Şərqi Avropaya yayılıblar.
Ümumi baxış
Nəzəriyyə ilk dəfə 1956-cı ildə Tarixdən əvvəlki Şərqi Avropa kitabının I hissəsində təqdim edilərkən, Marija Gimbutasın Hind-Avropa mənşələrinin axtarışına verdiyi töhfə arxeologiya və linqvistika fənlərinin sintezinə səbəb oldu. Hind-Avropa mənşəyinin Kurqan modeli Qara dəniz-Xəzər çöllərini Proto-Hind-Avropa (PHA) vətəni kimi təklif edir. Regionda müxtəlif qədim dövrlərdə PHA dialektlərinin danışıldığı hesab edilir. Modelə görə, Kurqan mədəniyyəti bütün Qara dəniz-Xəzər çöllərini əhatə edənə qədər yayılmağa davam etmişdir. (IV Kurqan eramızdan əvvəl 3000-ci illərdə Yamnaya mədəniyyəti ilə əlaqələndirilir.)
Atın əhliləşdirilməsindən və daha sonra ilk at arabasının istifadəsindən faydalanan Kurqan mədəniyyəti bütün Yamnaya zonasına yayılır. Atın əhliləşdirilməsinin ilk güclü arxeoloji sübutu Ukraynadakı Azov dənizinin şimalındakı Sredny Stoq mədəniyyətinə aiddir və erkən PHA və ya eramızdan əvvəl V minilliyə aid PHA-dan da əvvəlki dövrə uyğundur.
Daha sonra çöllərdən kənara yayılma hibrid mədəniyyətlərə və ya Gimbutas terminini işlədərək desək, “kurqanlaşmış” mədəniyyətlərə səbəb olmuşdur. Təxminən eramızdan əvvəl 2500-cü illərdə proto-yunanların Balkanlara köçü və köçəri Hind-Fars mədəniyyətlərinin şərqə doğru köçü məhz bu kurqanlaşmış mədəniyyətlərdəndir.
Kurqan mədəniyyəti
Gimbutas 1956-cı ildə II Srednıy Stoq, Yamna və İp çaplı dulusçuluq mədəniyyətini (Şərqi və Şimali Avropanın əksər hissəsinin IV və III minilliklərini əhatə edən) birləşdirən daha geniş terminə istinad etmək üçün 7“Kurqan mədəniyyəti” terminini müəyyən etmiş və istifadə etmişdir. “Kurqan mədəniyyəti” modeli Kalkolitdən Erkən Tunc dövrünə qədər bir çox mədəniyyətlər arasında oxşarlığı nəzərdə tutur. Modelə adını verən kurqanlar bir çox vacib amillərdən yalnız biridir. Arxeoloji mədəniyyətlərin qruplaşdırılmasında həmişə olduğu kimi, bir mədəniyyət ilə digər mədəniyyət arasındakı ayırıcı xətt aydın şəkildə çəkilə bilməz və müzakirəyə açıqdır.
Gimbatusun “Kurqan mədəniyyəti”nə daxil olan mədəniyyətlər:
- Bug-Dniester (e.ə. VI minillik)
- Samara (e.ə. 5-ci minillik)
- Kvalınsk (e.ə. V minillik)
- Srednıy Stoq (e.ə. V minilliyin ortalarından - eramızdan əvvəl IV minilliyin ortalarına qədər)
- Dnepr-Don (e.ə. V-IV minilliklər)
- Usatovo (e.ə. IV minilliyin sonu)
- Maykop-Dereivka (e.ə. IV minilliyin ortalarından - eramızdan əvvəl III minilliyin ortalarına qədər)
- Yamnaya
Devid Entoni “Kurqan mədəniyyəti” terminini heç bir mənası olmayan bir termin hesab edir. Onun sözlərinə görə, “Kurqan mədəniyyəti o qədər geniş şəkildə müəyyən edilib ki, demək olar ki, kurqan məzarı olan istənilən mədəniyyəti, hətta kurqan məzarı olmayan mədəniyyəti belə bu tərifə daxil etmək mümkündür”. Buna görə də o, bu termindən istifadə etmir və bunun əvəzinə Yamnaya mədəniyyətini və onun digər mədəniyyətlərlə əlaqəsini nəzərdən keçirir. O, Maykop mədəniyyətini bu mədəniyyətlərə daxil etmir, çünki onların danışdıqları dilin Hind-Avropa dili deyil, Qafqaz dili olduğunu ehtimal edir.
Mədəniyyət və yayılma mərhələləri
Gimbutasın orijinal təklifi Kurqan mədəniyyətinin 4 ardıcıl mərhələsini müəyyən edir:
- I Kurqan, Dnepr/Volqa zonası, eramızdan əvvəl IV minilliyin birinci yarısı. Görünür, Volqa hövzəsinin mədəniyyətlərindən gəlir. Onun alt qruplarına Samara və Seroglazovka daxildir.
- II–III Kurqan, eramızdan əvvəl IV minilliyin ikinci yarısı. Şimali Qafqazda yerləşən Srednıy Stoq mədəniyyətini və Maykop mədəniyyətini əhatə edir. Daş üzüklər, erkən döyüş arabaları, ilahların antropomorfik stelaları.
- IV Kurqan və ya Yamnaya mədəniyyəti, eramızdan əvvəl III minilliyin birinci yarısı, Uraldan Rumıniyaya qədər bütün çöllərin əhatə edilməsi.
Təklif olunan 3 ardıcıl yayılma dalğası mövcuddur:
- I Dalğa I Kurqana qədər uzanır, aşağı Volqadan Dniperə qədər yayılır, I Kurqan və Cucuteni-Trypillian mədəniyyətinin eyni vaxtda mövcudluğu. Köçlərin effekti ilə Balkanlara qədər yayılmışdır, Dunay boyunca Serbiyadakı Vinça mədəniyyətinə və Macarıstandakı Lengyel mədəniyyətinə qədər təsir sahəsi olmuşdur.
- II dalğa eramızdan əvvəl IV minilliyin ortalarında Maykop mədəniyyətindən yaranır və eramızdan əvvəl III min illikdəki “kurqanlaşmış” hibrid mədəniyyətlərinin (Qlobular Amfora mədəniyyəti, Baden mədəniyyəti və nəhayət, İpli dulusçuluq mədəniyyəti) Şimali Avropadakı inkişafı ilə başa çatır. Qumbitas bunu Hind-Avropa dillərinin Qərbi və Şimali Avropaya ilk girişi kimi görür.
- III dalğa, eramızdan əvvəl 3000-2800-cü illər, Yamnaya mədəniyyətinin çöllərdən kənara yayılması, müasir Rumıniya, Bolqarıstan, Şərqi Macarıstan və Gürcüstan ərazilərində xarakterik kurqan tipli məzarların meydana gəlişi. Gürcüstandakı Trialeti mədəniyyətinin və Kukuteni-Tripilli mədəniyyətinin son (e.ə. 2750-ci il) dövrünə təsadüf edir.
Zaman qrafiki
- 4500-4000 Proto PHA. Sredny stog, Dniper-Don və Samara mədəniyyətləri, atın əhliləşdirilməsi (I dalğa).
- 4000-3500 Yamnaya mədəniyyətinin yaranması, kurqan tikintisinin ilk nümunələri. Şimali Qafqazda Maykop mədəniyyəti. Hind-Het modelləri Proto-Anadolu dillərinin bu tarixdən əvvəl ayrıldığını göstərir.
- 3500-3000 Orta PHA. Yamnaya mədəniyyəti zirvədədir. Son Neolit Avropa cəmiyyətləri ilə yaradılan əlaqələr Qlobular Amfora və Baden mədəniyyətlərini kurqanlaşdırır (II dalğa). Maykop mədəniyyəti Tunc dövrünə daxil olmağın ilk əlamətlərini göstərir. Tunc silah və alətlər Yamnaya ərazisinə keçir.
- 3000-2500 Son PHA. Yamnaya mədəniyyəti bütün Qara dəniz çöllərində yayılır (III dalğa). İpli dulusçuluq mədəniyyəti Reyndən Volqaya qədər uzanır. Bu proseslərdən təcrid olunmuş Anadolu və Tokaryan qolları istisna olmaqla, bütün qruplar hələ də texnologiya və alış-verişlə yüngül təmasdadırlar. Satemizasyonun fonetik meylləri hələ də görünür.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kurqan ferziyyesi nezeriyyesi erken Hind Avropa menseyinin Qara deniz Xezer collerinde tapilan arxeoloji Kurqan medeniyyeti ne mensub oldugunu ireli suren nezeriyyelerden biridir Kurqan turkce koruqan sozunden goturulmus olub horulmus mezar menasini veren bir termindir Kurqan modeli Hind Avropa tayfalarinin menseyi ile bagli en cox qebul edilen teklifdir Kurqan tehlili olduqca maraqlidir ve bir cox arxeoloq ve linqvistik terefinden tam ve ya qismen qebul edilmisdir Kurqan ferziyyesi ilk defe 1950 ci illerde Marija Gimbutas terefinden ireli surulmusdur Gimbutas Kurqan medeniyyeti ni bir birini izleyen dord ardicil dovrun neticesi kimi tanimisdir En qedimi I Kurqan Mis dovrune e e 4 cu minilliyin evvelleri aid olan ve Dnepr Volqa arasinda tapilmis Samara ve Seroqlazovka medeniyyetlerini de ehtiva edir Ferziyyeye gore bu medeniyyetlerin koceri tayfalari eramizdan evvel III minilliye qeder Qara deniz Xezer collerine ve Serqi Avropaya yayiliblar Umumi baxis At arabasinin tarixi yayilma areali Sekilde gosterilmis tarixler texmini olaraq eramizdan evvelki illerdir Nezeriyye ilk defe 1956 ci ilde Tarixden evvelki Serqi Avropa kitabinin I hissesinde teqdim edilerken Marija Gimbutasin Hind Avropa menselerinin axtarisina verdiyi tohfe arxeologiya ve linqvistika fenlerinin sintezine sebeb oldu Hind Avropa menseyinin Kurqan modeli Qara deniz Xezer collerini Proto Hind Avropa PHA veteni kimi teklif edir Regionda muxtelif qedim dovrlerde PHA dialektlerinin danisildigi hesab edilir Modele gore Kurqan medeniyyeti butun Qara deniz Xezer collerini ehate edene qeder yayilmaga davam etmisdir IV Kurqan eramizdan evvel 3000 ci illerde Yamnaya medeniyyeti ile elaqelendirilir Atin ehlilesdirilmesinden ve daha sonra ilk at arabasinin istifadesinden faydalanan Kurqan medeniyyeti butun Yamnaya zonasina yayilir Atin ehlilesdirilmesinin ilk guclu arxeoloji subutu Ukraynadaki Azov denizinin simalindaki Sredny Stoq medeniyyetine aiddir ve erken PHA ve ya eramizdan evvel V minilliye aid PHA dan da evvelki dovre uygundur Daha sonra collerden kenara yayilma hibrid medeniyyetlere ve ya Gimbutas terminini islederek desek kurqanlasmis medeniyyetlere sebeb olmusdur Texminen eramizdan evvel 2500 cu illerde proto yunanlarin Balkanlara kocu ve koceri Hind Fars medeniyyetlerinin serqe dogru kocu mehz bu kurqanlasmis medeniyyetlerdendir Kurqan medeniyyetiKurqan modeline gore e e 4000 1000 ci iller arasindaki Hind Avropa miqrasiyalari Galibarda zona Samara medeniyyeti Sredny Stog medeniyyeti Qirmizi sahe e e 2500 cu ile kimi Hind Avropa dili danisan cemiyyetler ve narinci sahe e e 1000 ci ile qeder Gimbutas 1956 ci ilde II Sredniy Stoq Yamna ve Ip capli dulusculuq medeniyyetini Serqi ve Simali Avropanin ekser hissesinin IV ve III minilliklerini ehate eden birlesdiren daha genis termine istinad etmek ucun 7 Kurqan medeniyyeti terminini mueyyen etmis ve istifade etmisdir Kurqan medeniyyeti modeli Kalkolitden Erken Tunc dovrune qeder bir cox medeniyyetler arasinda oxsarligi nezerde tutur Modele adini veren kurqanlar bir cox vacib amillerden yalniz biridir Arxeoloji medeniyyetlerin qruplasdirilmasinda hemise oldugu kimi bir medeniyyet ile diger medeniyyet arasindaki ayirici xett aydin sekilde cekile bilmez ve muzakireye aciqdir Gimbatusun Kurqan medeniyyeti ne daxil olan medeniyyetler Bug Dniester e e VI minillik Samara e e 5 ci minillik Kvalinsk e e V minillik Sredniy Stoq e e V minilliyin ortalarindan eramizdan evvel IV minilliyin ortalarina qeder Dnepr Don e e V IV minillikler Usatovo e e IV minilliyin sonu Maykop Dereivka e e IV minilliyin ortalarindan eramizdan evvel III minilliyin ortalarina qeder Yamnaya Devid Entoni Kurqan medeniyyeti terminini hec bir menasi olmayan bir termin hesab edir Onun sozlerine gore Kurqan medeniyyeti o qeder genis sekilde mueyyen edilib ki demek olar ki kurqan mezari olan istenilen medeniyyeti hetta kurqan mezari olmayan medeniyyeti bele bu terife daxil etmek mumkundur Buna gore de o bu terminden istifade etmir ve bunun evezine Yamnaya medeniyyetini ve onun diger medeniyyetlerle elaqesini nezerden kecirir O Maykop medeniyyetini bu medeniyyetlere daxil etmir cunki onlarin danisdiqlari dilin Hind Avropa dili deyil Qafqaz dili oldugunu ehtimal edir Medeniyyet ve yayilma merheleleri Kurqan modeline umumi baxis Gimbutasin orijinal teklifi Kurqan medeniyyetinin 4 ardicil merhelesini mueyyen edir I Kurqan Dnepr Volqa zonasi eramizdan evvel IV minilliyin birinci yarisi Gorunur Volqa hovzesinin medeniyyetlerinden gelir Onun alt qruplarina Samara ve Seroglazovka daxildir II III Kurqan eramizdan evvel IV minilliyin ikinci yarisi Simali Qafqazda yerlesen Sredniy Stoq medeniyyetini ve Maykop medeniyyetini ehate edir Das uzukler erken doyus arabalari ilahlarin antropomorfik stelalari IV Kurqan ve ya Yamnaya medeniyyeti eramizdan evvel III minilliyin birinci yarisi Uraldan Ruminiyaya qeder butun collerin ehate edilmesi Teklif olunan 3 ardicil yayilma dalgasi movcuddur I Dalga I Kurqana qeder uzanir asagi Volqadan Dnipere qeder yayilir I Kurqan ve Cucuteni Trypillian medeniyyetinin eyni vaxtda movcudlugu Koclerin effekti ile Balkanlara qeder yayilmisdir Dunay boyunca Serbiyadaki Vinca medeniyyetine ve Macaristandaki Lengyel medeniyyetine qeder tesir sahesi olmusdur II dalga eramizdan evvel IV minilliyin ortalarinda Maykop medeniyyetinden yaranir ve eramizdan evvel III min illikdeki kurqanlasmis hibrid medeniyyetlerinin Qlobular Amfora medeniyyeti Baden medeniyyeti ve nehayet Ipli dulusculuq medeniyyeti Simali Avropadaki inkisafi ile basa catir Qumbitas bunu Hind Avropa dillerinin Qerbi ve Simali Avropaya ilk girisi kimi gorur III dalga eramizdan evvel 3000 2800 cu iller Yamnaya medeniyyetinin collerden kenara yayilmasi muasir Ruminiya Bolqaristan Serqi Macaristan ve Gurcustan erazilerinde xarakterik kurqan tipli mezarlarin meydana gelisi Gurcustandaki Trialeti medeniyyetinin ve Kukuteni Tripilli medeniyyetinin son e e 2750 ci il dovrune tesaduf edir Zaman qrafiki 4500 4000 Proto PHA Sredny stog Dniper Don ve Samara medeniyyetleri atin ehlilesdirilmesi I dalga 4000 3500 Yamnaya medeniyyetinin yaranmasi kurqan tikintisinin ilk numuneleri Simali Qafqazda Maykop medeniyyeti Hind Het modelleri Proto Anadolu dillerinin bu tarixden evvel ayrildigini gosterir 3500 3000 Orta PHA Yamnaya medeniyyeti zirvededir Son Neolit Avropa cemiyyetleri ile yaradilan elaqeler Qlobular Amfora ve Baden medeniyyetlerini kurqanlasdirir II dalga Maykop medeniyyeti Tunc dovrune daxil olmagin ilk elametlerini gosterir Tunc silah ve aletler Yamnaya erazisine kecir 3000 2500 Son PHA Yamnaya medeniyyeti butun Qara deniz collerinde yayilir III dalga Ipli dulusculuq medeniyyeti Reynden Volqaya qeder uzanir Bu proseslerden tecrid olunmus Anadolu ve Tokaryan qollari istisna olmaqla butun qruplar hele de texnologiya ve alis verisle yungul temasdadirlar Satemizasyonun fonetik meylleri hele de gorunur