Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Kriptoqrafiya — yunanca Κρυπτός (gizli) və Γραφος (yazı) sözlərindən yaranmışdır.
Predmeti
Müasir kriptoqrafiyanın predmeti informasiyanı bədniyyətlinin müəyyən əməllərindən mühafizə etmək üçün istifadə edilən informasiya çevirmələridir. Kriptoqrafiya konfidensiallığı, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün tətbiq edilir.
Proseduru
Şifrləmə proseduru adətən müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Açar isə çevirmə üsulunu konkretləşdirir. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin edilməlidir.
Tarixi
Kriptoqrafiyanın yaşını heç kim bilmir, lakin kriptoqrafiya — "gizli yazı" mənasına görə də güman etmək olar ki, yazı ilə həmyaşdır, onunla bir vaxtda meydana gəlmişdir. Yazı təxminən e.ə. 3300-cü ildə Şumerdə, e.ə. 3000-ci ildə Misirdə, e.ə. 2000-ci ildə Çində yaranmışdır. Qədim Misir əlyazmalarında dini mətnlər və tibbi reseptlər qeyri-standart heroqliflərlə şifrlənirdi. Qədim sivilizasiyaların günümüzə gəlib çatmış tarixi sənədlərində şifrlənmiş məktubun tərtib edilməsi sistemləri və üsulları haqqında məlumatlar var.
İlk kriptosistemlər artıq bizim eranın əvvəlində meydana çıxır. Məsələn, məşhur Roma sərkərdəsi Yuli Sezar (e.ə. 100–44-cü illər) öz yazışmalarında indi onun adını daşıyan şifrdən istifadə edirdi.
Üsulları
Şifrləmənin simmetrik və asimmetrik adlanan iki əsas üsulu var:
Simmetrik şifrləmə
Simmetrik şifrləmə üsulunda eyni açar (gizli saxlanılan) həm məlumatı şifrləmək, həm də deşifrləmək üçün istifadə olunur. Olduqca effektiv (sürətli və etibarlı) simmetrik şifrləmə metodları var. Simmetrik şifrləmə alqoritmlərindən DES, 3-DES, IDEA, FEAL, Skipcack, RC2, RC4, RC5, CAST, Blowfish kimi blok şifrləri və bir sıra axın şifrləri (RC4, A5) daha geniş istifadə olunur.
Əsas nöqsanı: məxfi açar həm göndərənə, həm də alana məlum olmalıdır. Bu bir tərəfdən məxfi açarların tam məxfi kanalla göndərilməsi problemini yaradır. Digər tərəfdən alan tərəf şifrlənmiş və deşifrlənmiş məlumatın varlığı əsasında bu məlumatı konkret göndərəndən almasını sübut edə bilməz. Çünki belə məlumatı o özü də yarada bilər.
Asimmetrik şifrləmə
Asimmetrik kriptoqrafiyada iki açardan istifadə olunur. Onlardan biri açıq açar (sahibinin ünvanı ilə birlikdə nəşr oluna bilər) şifrləmə üçün istifadə olunur, digəri gizli açar (yalnız alana məlum) deşifrləmə üçün istifadə olunur. Rəqəmsal imza alqoritmlərində gizli açar şifrləmə, açıq açar isə deşifrləmə üçün istifadə edilir. Açıq açara görə uyğun gizli açarın tapılması çox böyük həcmdə hesablamalar tələb edir, hesablama texnikasının hazırkı inkişaf səviyyəsində bu məsələ qeyri-mümkün hesab edilir. Asimmetrik şifrləmə alqoritmlərinə misal olaraq RSA, ElGamal, Şnorr və s. alqoritmlərini göstərmək olar.
Əsas nöqsanı sürətin aşağı olmasıdır. Buna görə onlar simmetrik metodlarla birgə işlədilir. Məsələn, açarların göndərilməsi məsələsini həll etmək üçün əvvəlcə məlumat təsadüfi açarla simmetrik metodla şifrlənir, sonra həmin təsadüfi açarı alan tərəfin açıq asimmetrik açarı ilə şifrləyirlər, bundan sonra məlumat və şifrlənmiş açar şəbəkə ilə ötürülür.
Asimmetrik metodlardan istifadə etdikdə, (istifadəçi, açıq açar) cütünün həqiqiliyinə zəmanət tələb olunur. Bu məsələnin həlli üçün rəqəmsal sertifikatdan istifadə edilir. Rəqəmsal sertifikat xüsusi sertifikasiya mərkəzləri tərəfindən verilir. Rəqəmsal sertifikatda aşağıdakı verilənlər olur: sertifikatın seriya nömrəsi; sertifikatın sahibinin adı; sertifikatın sahibinin açıq açarı; sertifikatın fəaliyyət müddəti; elektron imza alqoritminin identifikatoru; sertifikasiya mərkəzinin adı və s. Sertifikat onu verən sertifikasiya mərkəzinin rəqəmsal imzası ilə təsdiq edilir.
Bütövlüyə nəzarət üçün kriptoqrafik heş-funksiyalar istifadə edilir. Heş-funksiya adətən müəyyən alqoritm şəklində realizə edilir, belə alqoritm ixtiyari uzunluqlu məlumat üçün uzunluğu sabit heş-kod hesablamağa imkan verir. Praktikada 128 bit və daha artıq uzunluqda heş-kod generasiya edən heş-funksiyalardan istifadə edilir.
Heş-funksiyanın xassələri elədir ki, onun köməyi ilə alınan heş-kod məlumatla "möhkəm" bağlı olur. Məlumatın hətta bir biti dəyişdikdə belə heş-kodun bitlərinin yarısı dəyişir. Heş-funksiyaya misal olaraq MD2, MD4, MD5, RIPEMD, SHA1 və s. alqoritmlərini göstərmək olar.
Misal. ‘1234567890’ sətri üçün SHA1 heş-funksiya alqoritminin hesabladığı heş-kod 16-lıq say sistemində 01B307ACBA4F54F55AAFC33BB06BBBF6CA803E9A simvollar ardıcıllığıdır.
Kriptoqrafiyanın tətbiqi sahəsində dünya ölkələrinin təcrübəsi
Elektron Gizlilik İnformasiya Mərkəzi (Electronic Privacy Information Center, EPIC) 1998-ci ildə əksər dünya ölkələrində kriptoqrafiya sahəsində milli siyasət və qanunvericiliyin vəziyyəti barəsində hesabat hazırlamışdı. Bu hesabatda ölkələr qəbul etdikləri və həyata keçirdikləri kriptoqrafiyaya nəzarət siyasətinin xarakterindən asılı olaraq yaşıl, sarı və qırmızı rənglə şərti işarələnmiş üç qrupa bölünüb:
- yaşıl qrup – kriptoqrafiyanın tətbiqini praktiki olaraq məhdudlaşdırmayan ölkələr;
- sarı qrup – ölkə daxilində kriptoqrafiyanın tətbiqi və ikili təyinatlı proqram vasitələrinin ixracına müəyyən nəzarəti həyata keçirmək niyyətində olan ölkələr:
- qırmızı qrup – kriptoqrafiyaya və ölkə daxilində onun tətbiqinə nəzarət edən ölkələr.
Hesabatın analizi göstərir ki, hazırda dünya ölkələrinin əksəriyyətində kriptoqrafiyanın tətbiqinə nəzarət yoxdur, informasiyanın kriptoqrafik mühafizəsi vasitələri hər hansı məhdudiyyət olmadan istehsal oluna, istifadə edilə və satıla bilər (yaşıl qrup). Kriptoqrafiya vasitələrinin tətbiqinə ciddi nəzarət edilən qırmızı qrupa Belarus, Çin, İsrail, Pakistan, Rusiya və Sinqapur daxildir. Yeni nəzarət tədbirlərinin tətbiqini nəzərdən keçirən ölkələr ABŞ, Hindistan və Cənubi Koreyadır. Bununla yanaşı, hazırda ABŞ müxtəlif ölkələrdə tətbiq edilən kriptoqrafik açarlara beynəlxalq nəzarətin həyata keçirilməsini və bu açarların Braziliya, Sinqapur və Cənubi Afrika Respublikası kimi ölkələrə verilməsini təklif edir. Kriptoqrafiya siyasətinin əsas prinsipləri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) kriptoqrafik mühafizə vasitələrindən istifadəyə nəzarətin zəifləməsi ilə bağlı beynəlxalq səviyyədə müşahidə edilən tendensiyaya əsaslanaraq, 1997-ci ildə "Kriptoqrafiya sahəsində siyasətin əsas prinsipləri"ni qəbul etdi. Prinsiplər baxılan məsələdə dövlətin və fərdlərin maraqları arasında kompromis tapmağa yönəlmişdi. Hökumətlərə tövsiyə olunurdu ki, şəxsi həyatın toxunulmazlığı hüququna hörmətlə yanaşaraq, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının maraqlarını nəzərə alaraq, biznes əməliyyatlarını qorumaq üçün də kriptoqrafiyadan istifadəyə kömək etsinlər. Əsas prinsiplər aşağıdakıları əhatə edir:
- Kriptoqrafik metodlara etimad. Kriptoqrafik metodlar informasiya və kommunikasiya sistemlərinin istifadəsində etimad yaratmaq üçün etibarlı olmalıdır.
- Kriptoqrafik metodların seçilməsi. İstifadəçilərin qüvvədə olan qanuna uyğun hər hansı kriptoqrafik metodu seçmək hüququ olmalıdır.
- Kriptoqrafik metodların istifadəçilərin tələbatı əsasında işlənilməsi. Kriptoqrafik metodlar fərdlərin, biznes sektorunun və dövlətin ehtiyacları, tələbatı və məsuliyyəti əsasında inkişaf etdirilməlidir.
- Kriptoqrafik metodlar üçün standartlar. Milli və beynəlxalq səviyyədə kriptoqrafik metodlar üçün texniki standartlar, meyarlar və protokollar işlənilməli və qəbul edilməlidir.
- Şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması. Milli kriptoqrafiya siyasətində və kriptoqrafik metodların reallaşdırılması və istifadəsində yazışmaların gizliliyi və fərdi məlumatların qorunması da daxil olmaqla, əsas insan hüquqlarına hörmət edilməlidir.
- Qanun əsasında giriş. Milli kriptoqrafiya siyasəti qanun əsasında açıq mətnə, kriptoqrafik açarlara və ya şifrlənmiş məlumatlara girişə icazə verə bilər. Belə siyasət bu Prinsiplərdə öz əksini tapan digər prinsiplərə mümkün dərəcədə uyğun olmalıdır.
- Məsuliyyət. Müqavilə və ya qanunvericiliklə müəyyən edilməsindən asılı olmayaraq, kriptoqrafik xidmətlər təklif edən, kriptoqrafik açarları saxlayan və ya istifadə edən şəxslərin və ya təşkilatların məsuliyyəti aydın şəkildə ifadə edilməlidir.
- Beynəlxalq əməkdaşlıq. Hökumətlər kriptoqrafiya siyasətlərini koordinasiya etmək üçün əməkdaşlıq etməlidirlər. Bu əməkdaşlığın bir hissəsi kimi, hökumətlər kriptoqrafiya siyasəti adından ticarətə əsassız maneələr yaradılmasının qarşısını almalı və ya maneələri aradan qaldırmalıdırlar.
Ədəbiyyat
- Əliquliyev R.M., İmamverdiyev Y.N. Rəqəm imzası texnologiyası, Bakı, Elm, 2003. – 132 с.
- Галатенко В.А. Основы информационной безопасности, Москва, 2004. – 264 с.
- Əliquliyev R. M., İmamverdiyev Y. N. İnformasiya cəmiyyətində milli kriptoqrafiya siyasətinin formalaşdırılması problemləri / İnformasiya cəmiyyəti problemləri, 2015, №1. s.16–17.
İstinadlar
- "Cert.az — Kriptoqrafiya". 2022-03-14 tarixində . İstifadə tarixi: 2011-10-06.
Xarici keçidlər
- Юрий Лифшиц. Курс лекций Современные задачи криптографии 2007-12-24 at the Wayback Machine
- Информационная безопасность и шифрование 2007-09-27 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Kriptoqrafiya yunanca Kryptos gizli ve Grafos yazi sozlerinden yaranmisdir Eniqma masini Ikinci dunya muharibesinde sifrelenme ucun istifade olunan masinPredmetiMuasir kriptoqrafiyanin predmeti informasiyani bedniyyetlinin mueyyen emellerinden muhafize etmek ucun istifade edilen informasiya cevirmeleridir Kriptoqrafiya konfidensialligi butovluye nezareti autentikasiyani ve muelliflikden imtinanin qeyri mumkunluyunu temin etmek ucun tetbiq edilir ProseduruSifrleme proseduru adeten mueyyen kriptoqrafik alqoritmden ve acardan istifadeni nezerde tutur Kriptoqrafik alqoritm melumatlarin cevrilmesinin mueyyen usuludur Acar ise cevirme usulunu konkretlesdirir Muasir kriptoqrafiya o prinsipden cixis edir ki kriptoqrafik cevirmenin mexfiliyi yalniz acarin mexfi saxlanmasi ile temin edilmelidir TarixiKriptoqrafiyanin yasini hec kim bilmir lakin kriptoqrafiya gizli yazi menasina gore de guman etmek olar ki yazi ile hemyasdir onunla bir vaxtda meydana gelmisdir Yazi texminen e e 3300 cu ilde Sumerde e e 3000 ci ilde Misirde e e 2000 ci ilde Cinde yaranmisdir Qedim Misir elyazmalarinda dini metnler ve tibbi reseptler qeyri standart heroqliflerle sifrlenirdi Qedim sivilizasiyalarin gunumuze gelib catmis tarixi senedlerinde sifrlenmis mektubun tertib edilmesi sistemleri ve usullari haqqinda melumatlar var Ilk kriptosistemler artiq bizim eranin evvelinde meydana cixir Meselen meshur Roma serkerdesi Yuli Sezar e e 100 44 cu iller oz yazismalarinda indi onun adini dasiyan sifrden istifade edirdi UsullariSifrlemenin simmetrik ve asimmetrik adlanan iki esas usulu var Simmetrik sifrleme Simmetrik sifrleme usulunda eyni acar gizli saxlanilan hem melumati sifrlemek hem de desifrlemek ucun istifade olunur Olduqca effektiv suretli ve etibarli simmetrik sifrleme metodlari var Simmetrik sifrleme alqoritmlerinden DES 3 DES IDEA FEAL Skipcack RC2 RC4 RC5 CAST Blowfish kimi blok sifrleri ve bir sira axin sifrleri RC4 A5 daha genis istifade olunur Esas noqsani mexfi acar hem gonderene hem de alana melum olmalidir Bu bir terefden mexfi acarlarin tam mexfi kanalla gonderilmesi problemini yaradir Diger terefden alan teref sifrlenmis ve desifrlenmis melumatin varligi esasinda bu melumati konkret gonderenden almasini subut ede bilmez Cunki bele melumati o ozu de yarada biler Asimmetrik sifrleme Asimmetrik kriptoqrafiyada iki acardan istifade olunur Onlardan biri aciq acar sahibinin unvani ile birlikde nesr oluna biler sifrleme ucun istifade olunur digeri gizli acar yalniz alana melum desifrleme ucun istifade olunur Reqemsal imza alqoritmlerinde gizli acar sifrleme aciq acar ise desifrleme ucun istifade edilir Aciq acara gore uygun gizli acarin tapilmasi cox boyuk hecmde hesablamalar teleb edir hesablama texnikasinin hazirki inkisaf seviyyesinde bu mesele qeyri mumkun hesab edilir Asimmetrik sifrleme alqoritmlerine misal olaraq RSA ElGamal Snorr ve s alqoritmlerini gostermek olar Esas noqsani suretin asagi olmasidir Buna gore onlar simmetrik metodlarla birge isledilir Meselen acarlarin gonderilmesi meselesini hell etmek ucun evvelce melumat tesadufi acarla simmetrik metodla sifrlenir sonra hemin tesadufi acari alan terefin aciq asimmetrik acari ile sifrleyirler bundan sonra melumat ve sifrlenmis acar sebeke ile oturulur Asimmetrik metodlardan istifade etdikde istifadeci aciq acar cutunun heqiqiliyine zemanet teleb olunur Bu meselenin helli ucun reqemsal sertifikatdan istifade edilir Reqemsal sertifikat xususi sertifikasiya merkezleri terefinden verilir Reqemsal sertifikatda asagidaki verilenler olur sertifikatin seriya nomresi sertifikatin sahibinin adi sertifikatin sahibinin aciq acari sertifikatin fealiyyet muddeti elektron imza alqoritminin identifikatoru sertifikasiya merkezinin adi ve s Sertifikat onu veren sertifikasiya merkezinin reqemsal imzasi ile tesdiq edilir Butovluye nezaret ucun kriptoqrafik hes funksiyalar istifade edilir Hes funksiya adeten mueyyen alqoritm seklinde realize edilir bele alqoritm ixtiyari uzunluqlu melumat ucun uzunlugu sabit hes kod hesablamaga imkan verir Praktikada 128 bit ve daha artiq uzunluqda hes kod generasiya eden hes funksiyalardan istifade edilir Hes funksiyanin xasseleri eledir ki onun komeyi ile alinan hes kod melumatla mohkem bagli olur Melumatin hetta bir biti deyisdikde bele hes kodun bitlerinin yarisi deyisir Hes funksiyaya misal olaraq MD2 MD4 MD5 RIPEMD SHA1 ve s alqoritmlerini gostermek olar Misal 1234567890 setri ucun SHA1 hes funksiya alqoritminin hesabladigi hes kod 16 liq say sisteminde 01B307ACBA4F54F55AAFC33BB06BBBF6CA803E9A simvollar ardicilligidir Kriptoqrafiyanin tetbiqi sahesinde dunya olkelerinin tecrubesi Elektron Gizlilik Informasiya Merkezi Electronic Privacy Information Center EPIC 1998 ci ilde ekser dunya olkelerinde kriptoqrafiya sahesinde milli siyaset ve qanunvericiliyin veziyyeti baresinde hesabat hazirlamisdi Bu hesabatda olkeler qebul etdikleri ve heyata kecirdikleri kriptoqrafiyaya nezaret siyasetinin xarakterinden asili olaraq yasil sari ve qirmizi rengle serti isarelenmis uc qrupa bolunub yasil qrup kriptoqrafiyanin tetbiqini praktiki olaraq mehdudlasdirmayan olkeler sari qrup olke daxilinde kriptoqrafiyanin tetbiqi ve ikili teyinatli proqram vasitelerinin ixracina mueyyen nezareti heyata kecirmek niyyetinde olan olkeler qirmizi qrup kriptoqrafiyaya ve olke daxilinde onun tetbiqine nezaret eden olkeler Hesabatin analizi gosterir ki hazirda dunya olkelerinin ekseriyyetinde kriptoqrafiyanin tetbiqine nezaret yoxdur informasiyanin kriptoqrafik muhafizesi vasiteleri her hansi mehdudiyyet olmadan istehsal oluna istifade edile ve satila biler yasil qrup Kriptoqrafiya vasitelerinin tetbiqine ciddi nezaret edilen qirmizi qrupa Belarus Cin Israil Pakistan Rusiya ve Sinqapur daxildir Yeni nezaret tedbirlerinin tetbiqini nezerden keciren olkeler ABS Hindistan ve Cenubi Koreyadir Bununla yanasi hazirda ABS muxtelif olkelerde tetbiq edilen kriptoqrafik acarlara beynelxalq nezaretin heyata kecirilmesini ve bu acarlarin Braziliya Sinqapur ve Cenubi Afrika Respublikasi kimi olkelere verilmesini teklif edir Kriptoqrafiya siyasetinin esas prinsipleri Iqtisadi Emekdasliq ve Inkisaf Teskilati IEIT kriptoqrafik muhafize vasitelerinden istifadeye nezaretin zeiflemesi ile bagli beynelxalq seviyyede musahide edilen tendensiyaya esaslanaraq 1997 ci ilde Kriptoqrafiya sahesinde siyasetin esas prinsipleri ni qebul etdi Prinsipler baxilan meselede dovletin ve ferdlerin maraqlari arasinda kompromis tapmaga yonelmisdi Hokumetlere tovsiye olunurdu ki sexsi heyatin toxunulmazligi huququna hormetle yanasaraq milli tehlukesizlik ve huquq muhafize orqanlarinin maraqlarini nezere alaraq biznes emeliyyatlarini qorumaq ucun de kriptoqrafiyadan istifadeye komek etsinler Esas prinsipler asagidakilari ehate edir Kriptoqrafik metodlara etimad Kriptoqrafik metodlar informasiya ve kommunikasiya sistemlerinin istifadesinde etimad yaratmaq ucun etibarli olmalidir Kriptoqrafik metodlarin secilmesi Istifadecilerin quvvede olan qanuna uygun her hansi kriptoqrafik metodu secmek huququ olmalidir Kriptoqrafik metodlarin istifadecilerin telebati esasinda islenilmesi Kriptoqrafik metodlar ferdlerin biznes sektorunun ve dovletin ehtiyaclari telebati ve mesuliyyeti esasinda inkisaf etdirilmelidir Kriptoqrafik metodlar ucun standartlar Milli ve beynelxalq seviyyede kriptoqrafik metodlar ucun texniki standartlar meyarlar ve protokollar islenilmeli ve qebul edilmelidir Sexsi heyatin toxunulmazligi ve ferdi melumatlarin qorunmasi Milli kriptoqrafiya siyasetinde ve kriptoqrafik metodlarin reallasdirilmasi ve istifadesinde yazismalarin gizliliyi ve ferdi melumatlarin qorunmasi da daxil olmaqla esas insan huquqlarina hormet edilmelidir Qanun esasinda giris Milli kriptoqrafiya siyaseti qanun esasinda aciq metne kriptoqrafik acarlara ve ya sifrlenmis melumatlara girise icaze vere biler Bele siyaset bu Prinsiplerde oz eksini tapan diger prinsiplere mumkun derecede uygun olmalidir Mesuliyyet Muqavile ve ya qanunvericilikle mueyyen edilmesinden asili olmayaraq kriptoqrafik xidmetler teklif eden kriptoqrafik acarlari saxlayan ve ya istifade eden sexslerin ve ya teskilatlarin mesuliyyeti aydin sekilde ifade edilmelidir Beynelxalq emekdasliq Hokumetler kriptoqrafiya siyasetlerini koordinasiya etmek ucun emekdasliq etmelidirler Bu emekdasligin bir hissesi kimi hokumetler kriptoqrafiya siyaseti adindan ticarete esassiz maneeler yaradilmasinin qarsisini almali ve ya maneeleri aradan qaldirmalidirlar EdebiyyatEliquliyev R M Imamverdiyev Y N Reqem imzasi texnologiyasi Baki Elm 2003 132 s Galatenko V A Osnovy informacionnoj bezopasnosti Moskva 2004 264 s Eliquliyev R M Imamverdiyev Y N Informasiya cemiyyetinde milli kriptoqrafiya siyasetinin formalasdirilmasi problemleri Informasiya cemiyyeti problemleri 2015 1 s 16 17 Istinadlar Cert az Kriptoqrafiya 2022 03 14 tarixinde Istifade tarixi 2011 10 06 Xarici kecidlerYurij Lifshic Kurs lekcij Sovremennye zadachi kriptografii 2007 12 24 at the Wayback Machine Informacionnaya bezopasnost i shifrovanie 2007 09 27 at the Wayback Machine