Kilimarası — kilimin arxasında oyuqların iştirakı ilə oynanılan oyun növü.
Oyunun qaydası
Kilimarası oyunu zamanı oyuqları oynadan kilimin üzərində arxası üstdə uzanır, iki nəfər köməkçisi də kilimin kənarlarından tutub qaldırır. Kilim bir növ pərdə rolu oynayır və oyuqları oynadan şəxsi tamaşaçılardan gizlətməyə xidmət edir. Oyun üç oyuqla oynanır. Oyuqlardan biri qadını, ikisi kişini təmsil edir. Bir nəfər tərəfindən idarə olunan bu oyuqların ikisi ələ, üçüncüsü isə dizə geyindirilir və eyni vaxtda idarə olunur. Oyunda danışıqdan istifadə olunmur, amma oyuqların hərəkətindən, bədən dillərindən oyunun məzmununu oxumaq mümkündür.
Oyun qadını təmsil edən oyuğun səhnəyə çıxması ilə başlayır. “Qadın” əlindəki ağ dəsmalı yellədib camaatı, çalğıçıları salamladıqdan sonra zurnada “Heyvagülü” havası çalınır və o, rəqs edir, camaat da ona əl çalır. “Qadın” xeyli rəqs etdikdən sonra onun əri səhnəyə çıxır, ərlə arvad ikisi bir yerdə oynayır, qucaqlaşırlar. Camaatın gözü qabağında ərinin onu öpməsi qadının acığına gəlir, onunla dalaşır. Kişi acıq eləyib səhnədən çıxır və bir kənarda yatır. Bundan sonra səhnəyə qadının məşuqu daxil olur, onlar bir yerdə rəqs edirlər. Həmin fiqur diz ilə idarə olunur. Qadınla məşuqu rəqs edən vaxt əri yuxudan oyanır, arvadının onu aldatdığını görüb xəncərlə onu və məşuqunu öldürür.
Oyunda istifadə olunan oyuqların hazırlanması vaxtilə xeyli vaxt tələb edirdi. Elçin Aslanovun yazdığına görə, oyuqlar baş barmaqlar istisna olaraq hər iki əlin barmaqlarına 15-20 sm uzunluqda çubuqlar bağlanmaqla hazırlanırdı. Orta çubuq kuklanın başını, yan çubuqlar isə onun əllərini təmsil edirdi. Dizə taxılan kuklanın əlləri isə hərəkətsiz qalırdı. Oyuqların baş nahiyələri orta çubuğun ucuna pambıq qoyulmaqla hazırlanırdı. Oyuqların bədəninə balaca uşaqlara məxsus gerçək paltarlar geyindirilir, həqiqi qurşaq bağlanır, qadının təmsil edən oyuğun başına kəlağayı, kişi oyuğun başına isə motal papaq qoyulurdu. Kuklaların sifət cizgiləri – göz, qaş, ağız, burun nahiyələri isə olmurdu.
Ailə-məişət mövzusunda qurulan bu oyun vaxtilə toylarda bəylə gəlinin önündə oynanılardı. Söyləyicilərin dediyinə görə, gəlini atdan düşürdükdən sonra bəyi gətirərdilər. Bəy sağdiş-soldişlə həyətin bir tərəfində, gəlin də üzündə örpək bir tərəfdə durardı. Onların qarşısında əvvəl “Maral oyunu”, sonra “Kilimarası” oynanardı. Bu oyunlara tamaşa etdikdən sonra gəlinin ayağı altında qurban kəsilər və evə keçərdi. Vaxtilə Azərbaycanın qərb və şimal-qərb rayonları üçün xarakterik olan bu oyun hazırda Kəlbəcər rayonunda yaşadılır.
Ədəbiyyat
- Qarabağ: folklor da bir tarixdir, VIII kitab (Kəlbəcər rayonundan toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2014.
- Elçin Aslanov. El-oba oyunu, xalq tamaşası. Bakı, “İşıq”, 1984.
Xarici keçidlər
- Kilimarası. AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ 2020-02-18 at the Wayback Machine
- Kelbecer Kilimarasi oyunu folkloru
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kilimarasi kilimin arxasinda oyuqlarin istiraki ile oynanilan oyun novu KilimarasiOyunun qaydasiKilimarasi oyunu zamani oyuqlari oynadan kilimin uzerinde arxasi ustde uzanir iki nefer komekcisi de kilimin kenarlarindan tutub qaldirir Kilim bir nov perde rolu oynayir ve oyuqlari oynadan sexsi tamasacilardan gizletmeye xidmet edir Oyun uc oyuqla oynanir Oyuqlardan biri qadini ikisi kisini temsil edir Bir nefer terefinden idare olunan bu oyuqlarin ikisi ele ucuncusu ise dize geyindirilir ve eyni vaxtda idare olunur Oyunda danisiqdan istifade olunmur amma oyuqlarin hereketinden beden dillerinden oyunun mezmununu oxumaq mumkundur Oyun qadini temsil eden oyugun sehneye cixmasi ile baslayir Qadin elindeki ag desmali yelledib camaati calgicilari salamladiqdan sonra zurnada Heyvagulu havasi calinir ve o reqs edir camaat da ona el calir Qadin xeyli reqs etdikden sonra onun eri sehneye cixir erle arvad ikisi bir yerde oynayir qucaqlasirlar Camaatin gozu qabaginda erinin onu opmesi qadinin acigina gelir onunla dalasir Kisi aciq eleyib sehneden cixir ve bir kenarda yatir Bundan sonra sehneye qadinin mesuqu daxil olur onlar bir yerde reqs edirler Hemin fiqur diz ile idare olunur Qadinla mesuqu reqs eden vaxt eri yuxudan oyanir arvadinin onu aldatdigini gorub xencerle onu ve mesuqunu oldurur Oyunda istifade olunan oyuqlarin hazirlanmasi vaxtile xeyli vaxt teleb edirdi Elcin Aslanovun yazdigina gore oyuqlar bas barmaqlar istisna olaraq her iki elin barmaqlarina 15 20 sm uzunluqda cubuqlar baglanmaqla hazirlanirdi Orta cubuq kuklanin basini yan cubuqlar ise onun ellerini temsil edirdi Dize taxilan kuklanin elleri ise hereketsiz qalirdi Oyuqlarin bas nahiyeleri orta cubugun ucuna pambiq qoyulmaqla hazirlanirdi Oyuqlarin bedenine balaca usaqlara mexsus gercek paltarlar geyindirilir heqiqi qursaq baglanir qadinin temsil eden oyugun basina kelagayi kisi oyugun basina ise motal papaq qoyulurdu Kuklalarin sifet cizgileri goz qas agiz burun nahiyeleri ise olmurdu Aile meiset movzusunda qurulan bu oyun vaxtile toylarda beyle gelinin onunde oynanilardi Soyleyicilerin dediyine gore gelini atdan dusurdukden sonra beyi getirerdiler Bey sagdis soldisle heyetin bir terefinde gelin de uzunde orpek bir terefde durardi Onlarin qarsisinda evvel Maral oyunu sonra Kilimarasi oynanardi Bu oyunlara tamasa etdikden sonra gelinin ayagi altinda qurban kesiler ve eve kecerdi Vaxtile Azerbaycanin qerb ve simal qerb rayonlari ucun xarakterik olan bu oyun hazirda Kelbecer rayonunda yasadilir EdebiyyatQarabag folklor da bir tarixdir VIII kitab Kelbecer rayonundan toplanmis folklor ornekleri Baki Elm ve tehsil 2014 Elcin Aslanov El oba oyunu xalq tamasasi Baki Isiq 1984 Xarici kecidlerKilimarasi AZERBAYCAN QEYRI MADDI MEDENI IRS NUMUNELERININ DOVLET REYESTRI 2020 02 18 at the Wayback Machine Kelbecer Kilimarasi oyunu folkloru