Johnnie Walker (şotland keltcəsi: Seonaidh Walker) — Britaniyaya məxsus şirkəti tərəfindən Şotlandiyada istehsal edilən şotland viskisi brendi. Brend 1820-ci ildə Şotlandiyanın Kilmarnok şəhərində Kilmarnoklu baqqal Con Uolker tərəfindən yaradılmışdır. Johnnie Walker, demək olar ki, hər ölkədə satışda olmaqla dünyanın ən çox satılan şotland viskisidir. Brend 2016-cı ildə 223,7 milyon ədəddən çox 700 ml. həcmli şüşə ekvivalentində satış etmişdir.
Johnnie Walker | |
---|---|
Növü | Şotlandiya viskisi |
Alkoqol | 40% |
İstehsalçı | |
Mənşəsi | |
Yaradıldığı il | 1820 |
johnniewalker.com/es-uy johnniewalker.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Johnnie Walker 2012-ci ilə qədər bir vaxtlar dünyanın ən böyük qablaşdırma zavodu olan Kilmarnokdakı Hill Street zavodunda istehsal olunmuş və qablaşdırılmışdır. 2009-cu ildə Diageo şirkəti tərəfindən zavodun bağlanması barədə qərar verilmiş və 2012-ci ildə zavodun bağlanması ilə brend ilə Kilmarnok şəhəri arasındakı 190 illik əlaqə sona çatmışdır.
Tarix
Con Uolker, qurucusu
Con Uolker 25 iyul 1805-ci ildə Kilmarnok yaxınlığında, fermer ailəsində anadan olub. Onun atası 1819-cu ildə ölmüş və ailə fermanı satmışdır. Bu satışdan əldə edilən 417 funt sterlinq məbləğindəki gəlir Şotlandiyanın Kilmarnok şəhərindəki "High Street" adlı yerdə yerləşən anbar, ərzaq məhsulları, şərab və spirtli içkilər mağazasına yatırılıb. Uolker 1820-ci ildə, 14 yaşında ikən bu mağazanın ərzaq məhsulları, şərab və spirtli içkilər seqmentini idarə edib. Şotlandiyada 1823-cü ildə Aksiz aktının qəbul edilməsi ilə viskinin distillə edilməsinə dair sərt qanunlar yumşaldıldı və viskinin distillə edilməsinə və satışına qoyulan ağır vergilər əhəmiyyətli dərəcədə azaldıldı. Uolker 1825-ci ilə qədər rom, brendi, cin və viski də daxil olmaqla spirtli içkilərin satışı ilə məşğul olub.
Uolker qısa müddətdən sonra əsasən viski ticarəti ilə məşğul olmağa başladı. Onun satdığı viskilər müştərilərin xüsusi istəklərinə uyğun olaraq qarışdırılır və xüsusi sifarişlə hazırlanmış viski kimi satılırdı, çünki onun özünə məxsus brendi yox idi. İllər sonra Uolker adından etiketlərdə istifadə etməyə başlayır və Walker's Kilmarnock Whisky (azərb. "Uolkerin Kilmarnok viskisi") adı altında viski satır.
Uolkerin ölümü və oğlunun fəaliyyəti
Viskiyə adını verən Con Uolker olsa da, brendin böyüməsi və məşhurlaşması Uolkerin oğlu Aleksandr Uolkerin adı ilə bağlıdır. Aleksandr Uolker 10 fevral 1837-ci ildə anadan olub. O, atasının biznesinə 1856-cı ildə qoşulur və atasını pərakəndə satışdan topdansatışa keçməyə təşviq edir. Con Uolker 1857-ci ildə vəfat edir. O öldükdən sonra onun biznesindən oğlu Aleksandr Uolker məsuliyyət daşıyır.
1860-cı ildə Şotlandiyada qəbul edilmiş Spirt aktı ilə taxıl viskilərinin səməni (malt) viskiləri ilə qarışdırılması qanuniləşdi və bununla qarışıq şotland viskisinin müasir dövrünün başlanğıcı qoyuldu. Yüngül və daha şirin dada malik qarışıq şotland viskisi bazarda daha geniş auditoriyaya satıla bilirdi. Edinburqdan olan Endryu Uşer qarışıq viski istehsal edən ilk şəxs olsa da, Uolkerlər vaxtında bu ticarətə qoşula biliblər.
Aleksandr Uolker 1860-cı ildə brendin imzasına çevriləcək olan kvadrat formalı şüşəni təqdim edir. Şüşələrin bu formada olması yığıldığı yerə (xüsusən də qatarların yük vaqonuna) daha çox şüşənin yerləşməsi və daha az şüşənin qırılması demək idi.Walker's Kilmarnock Whisky şüşəsinin digər özünəməxsus xüsusiyyəti isə onun üzərindəki etiket idi. Belə ki, şüşənin üzərindəki etiket həmin ildən etibarən soldan sağa, 24 dərəcə yuxarıya doğru meyilli olmaqla tətbiq edilir və bu, mətnin daha böyük və görünən olmasına imkan verir. Bu fərqli xüsusiyyət həm də istehlakçıların məhsulu uzaqdan tanımasına imkan verir. Brendin xeyrinə olan əsas amillərdən biri dünyanı gəzən ticarət gəmilərinə mal daşıyan dəmir yolunun Kilmarnokdan keçməsi olub. Aleksandrın işgüzarlığı sayəsində o dövrdə hələ də "Walker's Kilmarnock" adı altında satılan viskinin satışı 1862-ci ilə qədər ildə 100.000 qallona (450.000 litr) çatıb.
Aleksandr 1865-ci ildə brendin ilk kommersiya məqsədli qarışıq viskisini yaratdır və onu Old Highland Whisky adlandırdı. O, 1867-ci ildə öz etiketini London şəhərindəki Stationers' Hall-da qeydiyyatdan keçirdi. Bu etiketin dizaynı müasir Johnnie Walker Black Label-in etiketinin dizaynı ilə, demək olar ki, eyni idi.
Con Uolkerin dövründə viski satışı firmanın gəlirinin səkkiz faizini təşkil etdiyi halda, Aleksandr şirkəti öz oğullarına ötürməyə hazır olanda bu rəqəm 90–95 faizə yüksəlmişdi.
Böyümə
1889-cu ildə Aleksandr Uolker ölür və şirkəti oğulları II Aleksandr və Corc Uolker idarə etməyə başlayır. 1893-cü ildə brendə məxsus qarışıq viskilərdə istifadə edilən səməni viskisinin istehsalı üçün Kardhu içki zavodunu satın alırlar. Bu addımla onlar həm də Kardhuda istehsal edilən tək səməni viskisini bazardan çıxarmış olurlar.
1906–1909-cu illərdə şirkətin bazarda üç qarışıq viski brendi var idi: 5 illik Old Highland, 9 illik Special Old Highland və 12 illik Extra Special Old Highland. Bu üç brendin yeganə fərqi etiketlərinin rəngi idi: onlar müvafiq olaraq ağ, qırmızı və qara etiket daşıyırdılar. Odur ki, ictimaiyyətdə onlara adətən etiketlərinin rəngləri ilə müraciət edilirdi. Şirkət 1909-cu ildəki rebrendinqin bir hissəsi olaraq məhsulların rəng adları ilə daha çox tanındığını nəzərə alaraq məhsulları yenidən adlandırdı: Old Highland-ın adı dəyişdirilərək Johnnie Walker White Label edildi və yaşı 6 il olaraq dəyişdirildi,Special Old Highland-ın adı dəyişdirilək Johnnie Walker Red Label oldu və yaşı 10-a yüksəldildi, Extra Special Old Highland-ın isə yaşı saxlanıldı, adı isə Johnnie Walker Black Label olaraq dəyişdirildi.
Johnnie Walker-in artan populyarlığı və satışı daha çox səməni viskisi istehsalı tələb edirdi. 1915-ci ildə Uolkerlər Koulbern içki zavodunun, 1916-cı ildə isə Klineliş və Deyluin-Teliskr zavodlarının səhmdarı olurlar. Onlar 1923-cü ildə strategiyanı davam etdirərək Mortlaç içki zavodunu da satın alırlar. Bu zavodlar da Kardhu zavodu kimi səməni viskisi istehsalı üçün nəzərdə tutulmuşdu və zavodların məhsullarının böyük hissəsi Johnnie Walker qarışıqlarında istifadə edilirdi.
Johnnie Walker White Label-in istehsalı Birinci Dünya müharibəsi zamanı dayandırıldı. II Aleksandr 1932-ci ildə Johnnie Walker Swing-i məhsullar arasına əlavə etdi. "Swing" ingilis dilində yellənmək deməkdir və bu ad şüşənin onun irəli-geri yellənməsinə imkan verən qeyri-adi formasından qaynaqlanır. II Aleksandr 1940-cı ildə biznesi tərk etmiş və 1950-ci ildə vəfat etmişdir.
Şirkət 1925-ci ildə Distillers Company şirkətinə qoşuldu. 1986-cı ildə isə Distillers Company, Guinness şirkəti tərəfindən satın alındı və Guinness və Grand Metropolitan şirkətləri 1997-ci ildə birləşərək Diageo-nu yaratdılar. Həmin il qarışıq səməni viskisi olan Johnnie Walker Pure Malt təqdim edildi. Bu viskinin adı 2004-cü ildə dəyişdirilərək Johnnie Walker Green Label adlandırılmışdır.
Kilmarnok zavodunun bağlanması
2009-cu ilin iyulunda brendin hazırkı sahibi olan Diageo şirkəti brendin Kilmarnokdakı bütün əməliyyatlarının 2012-ci ilə qədər dayandırılmasına qərar verdi. Bu qərar yerli əhalinin, siyasətçilərin və Şotlandiyanın ovaxtkı birinci naziri Aleks Salmondun reaksiyası ilə üzləşdi. Petisiyalara, ictimai kampaniyalara və Kilmarnok ətrafında edilmiş gmiqyaslı yürüşə baxmayaraq, Diageo bu qərarını icra etməyə davam etdi. Kilmarnokdakı Johnnie Walker zavodu 2012-ci ilin martında qapılarını bağladı və binalar bir il sonra söküldü.
2020-ci ilin iyulunda Johnnie Walker 2021-ci ilin əvvəlindən etibarən kağızdan hazırlanmış yeni ekoloji təmiz şüşə buraxmağı planlaşdırdıqlarını elan edib.
Johnnie Walker 2021-ci ilin oktyabr ayında içki zavodunun ilk qadın mütəxəssisi tərəfindən Jane Walker adlı yeni etiketin yaradıldığını elan etdi.
Qarışıqlar
Johnnie Walker tarixçəsinin böyük bir hissəsində yalnız bir neçə qarışıq təklif edib. Brendin əsrin əvvəlindən bəri bir çox xüsusi və məhdud sayda istehsal edilmiş qablaşdırması olub.
- Red Label: Yaşı bildirilməmiş qarışıqdır. Bu, 1945-ci ildən bəri dünyada ən çox satılan şotland viskisidir. Əsasən qarışıq içkilərin hazırlanması üçün istifadə olunur.Red Label 40 fərqli zavodda istehsal edilmiş taxıl və səməni viskilərinin qarışığından ibarətdir.
- Black Label: 12 illik viskidir, dünyanın ən çox satılan şotland viskilərindən biridir.
- Double Black: Bu viski üçün Black Label əsas götürülmüş, ona daha torflu səməni viskisi əlavə edilmiş və viski bu dəfə olduqca kömürləşmiş köhnə palıd çəlləklərdə saxlanılmışdır.
- Johnnie Walker Swing: Bu viski fərqli bir şüşədə istehsal edilir: dibi düz olmadığı üçün şüşə irəli-geri yellənir. Bu tip şüşə dizaynı əslən yelkənli gəmilərdə istifadə edilmişdir. Johnnie Walker Swing, II Aleksandır Uolkerin təqdim etdiyi son qarışıq idi.
- Green Label: İlk dəfə 1997-ci ildə Johnnie Walker Pure Malt etiketi ilə 15 illik viski kimi təqdim edilmiş, 2004-cü ildə isə adə dəyişdirilərək Johnnie Walker Green Label adlandırılmışdır. Green Label qarışıq səməni viskisidir, yəni taxıl viskisi əlavə edilmədən, səməni viskilərinin qarışdırması ilə hazırlanır. Bu qarışıqda istifadə olunan bütün viskilərin minimum 15 yaşı var. Diageo 2012-ci ildə Green Label-in istehsalının qlobal miqyasda dayandırdı (qarışıq səməni viskisinə tələbatın çox yüksək olduğu Tayvan istisna olmaqla). Brend 2016-cı ildə yenidən təqdim edilib və dünya miqyasında satışı yenidən mövcuddur.
- Gold Label: 15-dən çox səməni viskisinin qarışığından hazırlanan bu viski Conni Uolkerin yüz illiyini qeyd etmək üçün II Aleksandr Uolkerin şəxsi qeydlərindən istifadə edilərək hazırlanmışdır. Gold Label əvvəlcə 18 illik viski kimi "Yüzillik qarışıq" etiketi ilə istehsal edilmişdir. 2013-cü ildə Gold Label-in adı "Gold Label Reserve" olaraq dəyişdirilib və artıq yaşı qeyd edilmir.
- Platinum Label: İlk dəfə Asiya bazarında orijinal Gold Label-i əvəz etmək üçün təqdim edilmiş və Gold Label Reserve ilə birlikdə satılmışdır. 2017-ci ilin ortalarında Platinum Label adı "Johnnie Walker Aged 18 Years" ilə əvəz edilmiş, lakin Platinum Label adı daha sonra bərpa edilmişdir.
- Blue Label: Johnnie Walker-in premium qarışığıdır. Johnnie Walker Blue Label 19-cu əsrdə yaradılmış ən qədim viski qarışıqlarının bəzilərinin xarakterini və dadını yenidən yaratmaq üçün hazırlanıb. Yaşı qeyd edilməyib. Bu viskinin şüşələri ardıcıl olaraq nömrələnir və orijinallıq sertifikatı ilə birlikdə ipək astarlı qutuda satılır. Johnnie Walker Blue Label 174–450 ABŞ dolları aralığındakı qiyməti ilə bazardakı ən bahalı qarışıq şotland viskilərindən biridir. Bu günə qədər brendin 25-dən çox Blue Label əsaslı məhdud buraxılışı istehsal edilmişdir.
Yaşı | 1865–1905 | 1906–1908 | 1909–1920 | 1921–1931 | 1932–1991 | 1992–1996 | 1997–2010 | 2011— |
---|---|---|---|---|---|---|---|---|
— | Old Highland | White Label | ||||||
Bildirilməyib | Special O. H. | Red Label | ||||||
12 | Walker's O. H. | Extra Sp. O. H. | Black Label | |||||
Bildirilməyib | Double Black | |||||||
Bildirilməyib | Swing | |||||||
15 | Green Label | |||||||
Bildirilməyib (əvvəllər 18) | Gold Label Reserve | |||||||
18 | Platinum Label | |||||||
Bildirilməyib | Blue Label |
Marketinq
Uolkerlər əsas marketinq strategiyalarını 1908-ci ildə, ingilis karikaturaçı Tom Braunun yaratdığı və brendin bu günə qədər istifadə edilən maskotu olan "Striding Man"-in əks edildiyi və "Johnnie Walker: 1820-ci ildə anadan olub, hələ də güclüdür" şüarının istifadə edildiyi reklamlarla yaratdılar. 1930-cu illərdə reklamlardakı təsvirləri fotoşəkillər əvəz etdi və 1939-cu ildə "Striding Man" miniatürləşdirilərək rəngli loqoya çevrildi. Bu loqo Johnnie Walker etiketlərində ilk dəfə 1960-cı ildə yer alıb. 1990-cı illərin sonlarında "Keep Walking" (azərb. Yeriməyə davam et) kampaniyasının bir hissəsi olaraq "Striding Man"-ın istiqaməti dəyişdirildi.Striding Man ikonunun təsviri ən son 2015-ci ildə yenilənib.
2009-cu ildə Bartle Bogle Hegarty (BBH) reklam agentliyi Johnnie Walker brendinin tarixini əks etdirən "The Man Who Walked Around the World" (azərb. "Dünyanı gəzmiş adam") adlı yeni qısametrajlı film yaratdı. Rejissorunun Ceymi Rafn olduğu filmin baş rolunda şotland aktyor Robert Karlayl oynayırdı.
Uğurlar
Johnnie Walker-in spirtli içkiləri beynəlxalq alkoqollu içkilərin reytinqi müsabiqələrində və spirtli içkilərə baxan orqanlar tərəfindən yüksək qiymətləndirilib. Green Label 2005 və 2007-ci illər arasında San-Fransiskoda keçirilən Dünya Spirtli İçkilər Müsabiqəsində üç dəfə ikiqat qızıl medal alıb.Gold Label isə bu müsabiqənin 2008 və 2009-cu illərində ikiqat qızıl medal, 2010-cu illində isə qızıl medal qazanıb.Johnnie Walker Gold Label Reserve 2018-ci ildə "World Whiskies Awards"-da "dünyanın ən yaxşı qarışığı–ən yaxşı şotland qarışığı" mükafatını qazanmışdır.
Sponsorluqlar
Johnnie Walker Formula 1-in rəsmi viskisi və McLaren və Racing Point F1 komandalarının sponsoru olmuşdur. Johnnie Walker 2018-ci ildə Belçikanın Spa şəhərində keçirilən F1 Qran Pri yarışının başlığında yer alıb. Brend 2009-cu ilə qədər Asiya-Sakit Okean qolf turniri olan Johnnie Walker Classic-ə və 2013-cü ilə qədər Şotlandiyada keçirilən Johnnie Walker Championship-ə sponsorluq etmişdir.
İctimai fiqurlar
Vinston Çörçillin ən çox sevdiyi viski Johnnie Walker Red Label idi. Çörçil onu çox miqdarda su ilə qarışdırır və gün ərzində içirdi.
Vanity Fair-in yazıçısı Kristofer Hitçens Johnnie Walker Black Label-in Perrier brendinin qazlı mineral suyu ilə qarışığını çox sevirdi.
"New York Jets" Amerika futbolu komandasının oyunçusu Co Namat 1960-cı illərin sonlarında şöhrətinin zirvəsində ikən demişdir: "Qızlarımı sarışın, Johnnie Walker-imi isə qırmızı sevirəm".
Johnnie Walker Blue Label ABŞ prezidenti Riçard Niksonun sevimlisi idi; Nikson onu zəncəfilli qazlı su və laym ilə içirdi.
ZZ Top-a qədər bir çox müğənni və bəstəkar əsərlərində Johnnie Walker-ə istinad etmişdir.Elliott Smit-in namizəd olan "" mahnısının sözlərində içkidən bəhs edilir. Təsisçisi Johnnie Walker Black Label-i çox sevdiyi üçün metal qrupu içkinin şərəfinə adlandırılıb. "" və -in "Remember to Forget" mahnısında da Johnnie Walker-ə istinad edilmişdir.
2007-ci ildə çəkilmiş "The Man from Earth" filmində baş qəhrəman Con Oldman bir şüşə Johnnie Walker Green Label istehsal edir və dostları onun keyfiyyəti haqqında danışır.
1982-ci ildə çəkilmiş "Ülgüc üzərində qaçan" filmində Harrison Fordun oynadığı Rik Dekard personajı Johnnie Walker Black Label-i içərkən görünür. Bu personaj "Ülgüc üzərində qaçan 2049" (2017) filmində də bu içkini içir. Johnnie Walker brendi "Ülgüc üzərində qaçan 2049" filminin buraxılışı ilə eyni vaxtda Black Label-in "Director's Cut" adlı yeni versiyasını buraxmışdır.
Qalereya
- Johnnie Walker Red Label
- Johnnie Walker Black Label
- Johnnie Walker Double Black
- Johnnie Walker Swing
- Johnnie Walker Green Label & Green Label 180 Cask
- Johnnie Walker Gold Label Reserve
- Johnnie Walker Gold Label "The Centenary Blend" 18-Year [2013-dən əvvəl]
- Johnnie Walker Platinum Label
- Johnnie Walker Blue Label
- "The Striding Man" təsviri
İstinadlar
- Brooker, Alice. "Top 10 best-selling Scotch whiskies". The Spirits Business (ingilis). 30 iyun 2022. 2023-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Johnnie Walker". www.kilmarnockhistory.co.uk (ingilis). 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Johnnie Walker – History". www.thewhiskyexchange.com (ingilis). 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Walking Tall". Cigar Aficionado (ingilis). M. Shanken Communications, Inc. 2017-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "History of Scotch Whisky" (ingilis). Scotch Whisky Association. 2016-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- Scotch: The Story of Whisky (ingilis). Per Mikkelsen. 26 aprel 2022 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2017.
- Joseph, Micallef. Scotch Whisky, Its History, Production and Appreciation (ingilis). Antioch Downs Press. 2015. OCLC 1313863564.
- "A Brief History of Blended Whisky". The Whisky Shop Blog (ingilis). 2 may 2017. 13 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- The Man Who Walked Around the World (ingilis). BBH New York. 2009. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2017.
- Maclean, Charles. Scotch Whisky: A Liquid History (ingilis). London, England: Cassell Illustrated. 2003. ISBN .
- "A Visual History of Johnnie Walker's Striding Man Logo". vinepair.com (ingilis). 17 iyul 2017. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Johnnie Walker White Label – Bot.~1900". www.thewhiskyexchange.com (ingilis). 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Mortlach History – Mortlach Whisky – Malts". www.malts.com. 2017-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2017.
- "Expert Liquor Recommendations – Distiller". Distiller – The Liquor Expert. 2017-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2017.
- "Reports on 'end of Johnnie Walker' completely false: Diageo – Indian Express". archive.indianexpress.com (ingilis). 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2017.
- "Johnnie Walker jobs plan rejected". BBC News. 9 sentyabr 2009. 13 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2010.
- Johnnie Walker whisky plant closes in Kilmarnock. BBC News (ingilis). 23 mart 2012. İstifadə tarixi: 1 avqust 2024.
- "Johnnie Walker whisky to be sold in paper bottles". BBC News (ingilis). 13 iyul 2020. 2024-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "An Enlightening Q&A With Johnnie Walker's First Female Master Blender". InsideHook (ingilis). 2023-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Johnnie Walker Appoints Its First-Ever Female Master Blender". Food & Wine (ingilis). İstifadə tarixi: 31 dekabr 2022.[ölü keçid]
- Sargent, Joshua. "Johnnie Walker sent me some nice sipping scotch so I drank it in the park with my friends". SFGATE (ingilis). 6 aprel 2021. 2023-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2022.
- "Whisky Notes: Johnnie Walker Red Label vs. Johnnie Walker Black Label" (ingilis). Ruben Luyten for Whisky Notes. 18 sentyabr 2013. 2024-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
- whisky.com. "Johnnie Walker Blended Scotch Whisky". www.clubwhisky.com (ingilis). İstifadə tarixi: 1 avqust 2024.
- "Johnnie Walker Red Label" (ingilis). John Walker and Sons. 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
- "Scotch Whisky Reg Guidance" (PDF). 2018-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-07-29.[ölü keçid]
- "Whisky Notes: Johnnie Walker Red Label vs. Johnnie Walker Black Label: Johnnie Walker Red Label (40%, OB +/- 2013)" (ingilis). Ruben Luyten for Whisky Notes. 18 sentyabr 2013. 2024-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
- "Johnnie Walker Red Label : The Whisky Exchange". www.thewhiskyexchange.com (ingilis). 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "How Whisky is Made | Whisky Guide". www.johnniewalker.com (ingilis). İstifadə tarixi: 1 avqust 2024.[ölü keçid]
- "Johnnie Walker Double Black:The Whisky Exchange". www.thewhiskyexchange.com (ingilis). 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- Miller, Jared T. "Johnnie Walker adds Double Black to whisky line". Daily News (ingilis). 10 may 2013. 29 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Expert Liquor Recommendations – Distiller". Distiller – The Liquor Expert (ingilis). 2017-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- Eats, Serious. "What Is the Difference Between Single Malt and Blended Whisky?". drinks.seriouseats.com (ingilis). 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Johnnie Walker Green Discontinued" (ingilis). www.scotch-tasting-bums.com. 16 yanvar 2012. 4 oktyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2012.
- "Johnnie Walker Green Label 15 Year Old". The Whisky Exchange. 2016-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
- Dominic, Roskrow. "Dominic Roskrow's Blog". The Whisky Tasting Club – UK. 2023-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
- "Johnnie Walker Green Label returns – Scotch Whisky". scotchwhisky.com. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2017.
- "Johnnie Walker Gold Label The Centenary Blend 18 Year Old Blended Scotch Whisky (700ml) – Blended Scotch Whisky". www.nicks.com.au (ingilis). 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Johnnie Walker Gold Label 18 vs. Johnnie Walker Gold Label Reserve". drinkspirits.com (ingilis). 1 noyabr 2013. 2024-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Johnnie Walker Platinum given new identity – Scotch Whisky". scotchwhisky.com (ingilis). 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Johnnie Walker Platinum Label 18-Year Old" (ingilis). 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Johnnie Walker Blue Scotland Scotch 750 mL". Wineanthology.com. 2012-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2012.
- "Bottle King Largest New Jersey Retailer of Wine, Beer and Spirits". bottleking.com (ingilis). İstifadə tarixi: 16 dekabr 2017.
- "Bloom redraws Johnnie Walker's 'Striding Man'". www.designweek.co.uk (ingilis). 15 aprel 2015. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- Robert Carlyle Italia. "Robert Carlyle – Johnnie Walker – The Man Who Walked Around The World [SUB ITA]" (ingilis). 8 noyabr 2013. 17 avqust 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2017 – YouTube vasitəsilə.
- "Proof66.com Summary of Green Label Awards" (ingilis). 5 oktyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Proof66.com Summary of Gold Label Awards" (ingilis). 6 oktyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "World Whiskies Awards 2018 – Winners". www.worldwhiskiesawards.com (ingilis). 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Johnnie Walker becomes the Official Whisky Of Formula 1". formula1.com. 18 sentyabr 2014. 2024-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
- "Formula 1 2018 Johnnie Walker Belgian Grand Prix - Race Result". Formula 1® - The Official F1® Website. 2024-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
- europeantour.com. "Johnnie Walker Championship at Gleneagles plans for the future – European Tour". www.europeantour.com. 2018-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2017.
- "How to drink like Winston Churchill". The Telegraph (ingilis). 28 yanvar 2015. 12 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
- Brown, Craig. "Christopher Hitchens's Diary". Vanity Fair (ingilis). 21 mart 2012. İstifadə tarixi: 1 avqust 2024.
- "Famous whisky drinkers: Joe Namath | Scotch Whisky". scotchwhisky.com (ingilis). 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
- Small, Melvin. A Companion to Richard M. Nixon (ingilis). Oxford: Wiley-Blackwell. 2011. ISBN .
- "Johnnie Walker Blue Label". www.tastersguide.com. 26 dekabr 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2017.
- "Black Label Society – metalinside". www.metalinside.de (ingilis). İstifadə tarixi: 1 avqust 2024.
- Alindahao, Karla. "Whisky of the Future: Johnnie Walker's Limited-Edition 'Blade Runner 2049' Release Is Here". Forbes (ingilis). 12 sentyabr 2017. 2023-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2024.
Əlavə oxu
- MacLean, Charles. Scotch Whisky: A Liquid History. Cassell Illustrated. 2003. ISBN .
- Molavi, Afshin. "Straight Up: How Johnnie Walker conquered the world". Foreign Policy (September/October 2013). İstifadə tarixi: 8 October 2013.
- Micallef, Joseph. Scotch Whisky, its History, Production and Appreciation. Vancouver, Portland: Antioch Downs Press www.AntiochDownsPress.com. 2015. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Johnnie Walker sotland keltcesi Seonaidh Walker Britaniyaya mexsus sirketi terefinden Sotlandiyada istehsal edilen sotland viskisi brendi Brend 1820 ci ilde Sotlandiyanin Kilmarnok seherinde Kilmarnoklu baqqal Con Uolker terefinden yaradilmisdir Johnnie Walker demek olar ki her olkede satisda olmaqla dunyanin en cox satilan sotland viskisidir Brend 2016 ci ilde 223 7 milyon ededden cox 700 ml hecmli suse ekvivalentinde satis etmisdir Johnnie WalkerNovu Sotlandiya viskisiAlkoqol 40 IstehsalciMensesi SotlandiyaYaradildigi il 1820johnniewalker com es uy johnniewalker com Vikianbarda elaqeli mediafayllar Johnnie Walker 2012 ci ile qeder bir vaxtlar dunyanin en boyuk qablasdirma zavodu olan Kilmarnokdaki Hill Street zavodunda istehsal olunmus ve qablasdirilmisdir 2009 cu ilde Diageo sirketi terefinden zavodun baglanmasi barede qerar verilmis ve 2012 ci ilde zavodun baglanmasi ile brend ile Kilmarnok seheri arasindaki 190 illik elaqe sona catmisdir TarixKilmarnokda Hill Street de yeni zavodun acilisina qeder fealiyyet gostermis Johnnie Walker Bond Con Uolker qurucusu Con Uolker 25 iyul 1805 ci ilde Kilmarnok yaxinliginda fermer ailesinde anadan olub Onun atasi 1819 cu ilde olmus ve aile fermani satmisdir Bu satisdan elde edilen 417 funt sterlinq meblegindeki gelir Sotlandiyanin Kilmarnok seherindeki High Street adli yerde yerlesen anbar erzaq mehsullari serab ve spirtli ickiler magazasina yatirilib Uolker 1820 ci ilde 14 yasinda iken bu magazanin erzaq mehsullari serab ve spirtli ickiler seqmentini idare edib Sotlandiyada 1823 cu ilde Aksiz aktinin qebul edilmesi ile viskinin distille edilmesine dair sert qanunlar yumsaldildi ve viskinin distille edilmesine ve satisina qoyulan agir vergiler ehemiyyetli derecede azaldildi Uolker 1825 ci ile qeder rom brendi cin ve viski de daxil olmaqla spirtli ickilerin satisi ile mesgul olub Uolker qisa muddetden sonra esasen viski ticareti ile mesgul olmaga basladi Onun satdigi viskiler musterilerin xususi isteklerine uygun olaraq qarisdirilir ve xususi sifarisle hazirlanmis viski kimi satilirdi cunki onun ozune mexsus brendi yox idi Iller sonra Uolker adindan etiketlerde istifade etmeye baslayir ve Walker s Kilmarnock Whisky azerb Uolkerin Kilmarnok viskisi adi altinda viski satir Uolkerin olumu ve oglunun fealiyyeti Con Uolkerin olumunden sonra biznesi miras almis oglu Aleksandr Uolker Viskiye adini veren Con Uolker olsa da brendin boyumesi ve meshurlasmasi Uolkerin oglu Aleksandr Uolkerin adi ile baglidir Aleksandr Uolker 10 fevral 1837 ci ilde anadan olub O atasinin biznesine 1856 ci ilde qosulur ve atasini perakende satisdan topdansatisa kecmeye tesviq edir Con Uolker 1857 ci ilde vefat edir O oldukden sonra onun biznesinden oglu Aleksandr Uolker mesuliyyet dasiyir 1860 ci ilde Sotlandiyada qebul edilmis Spirt akti ile taxil viskilerinin semeni malt viskileri ile qarisdirilmasi qanunilesdi ve bununla qarisiq sotland viskisinin muasir dovrunun baslangici qoyuldu Yungul ve daha sirin dada malik qarisiq sotland viskisi bazarda daha genis auditoriyaya satila bilirdi Edinburqdan olan Endryu User qarisiq viski istehsal eden ilk sexs olsa da Uolkerler vaxtinda bu ticarete qosula bilibler Aleksandr Uolker 1860 ci ilde brendin imzasina cevrilecek olan kvadrat formali suseni teqdim edir Suselerin bu formada olmasi yigildigi yere xususen de qatarlarin yuk vaqonuna daha cox susenin yerlesmesi ve daha az susenin qirilmasi demek idi Walker s Kilmarnock Whisky susesinin diger ozunemexsus xususiyyeti ise onun uzerindeki etiket idi Bele ki susenin uzerindeki etiket hemin ilden etibaren soldan saga 24 derece yuxariya dogru meyilli olmaqla tetbiq edilir ve bu metnin daha boyuk ve gorunen olmasina imkan verir Bu ferqli xususiyyet hem de istehlakcilarin mehsulu uzaqdan tanimasina imkan verir Brendin xeyrine olan esas amillerden biri dunyani gezen ticaret gemilerine mal dasiyan demir yolunun Kilmarnokdan kecmesi olub Aleksandrin isguzarligi sayesinde o dovrde hele de Walker s Kilmarnock adi altinda satilan viskinin satisi 1862 ci ile qeder ilde 100 000 qallona 450 000 litr catib Aleksandr 1865 ci ilde brendin ilk kommersiya meqsedli qarisiq viskisini yaratdir ve onu Old Highland Whisky adlandirdi O 1867 ci ilde oz etiketini London seherindeki Stationers Hall da qeydiyyatdan kecirdi Bu etiketin dizayni muasir Johnnie Walker Black Label in etiketinin dizayni ile demek olar ki eyni idi Con Uolkerin dovrunde viski satisi firmanin gelirinin sekkiz faizini teskil etdiyi halda Aleksandr sirketi oz ogullarina oturmeye hazir olanda bu reqem 90 95 faize yukselmisdi Boyume Kilmarnokdaki Hill Street zavodu 2012 ci ilde baglandiqdan bir nece gun sonra Zavod acildigi vaxt dunyanin en boyuk qablasdirma zavodu idi 1889 cu ilde Aleksandr Uolker olur ve sirketi ogullari II Aleksandr ve Corc Uolker idare etmeye baslayir 1893 cu ilde brende mexsus qarisiq viskilerde istifade edilen semeni viskisinin istehsali ucun Kardhu icki zavodunu satin alirlar Bu addimla onlar hem de Kardhuda istehsal edilen tek semeni viskisini bazardan cixarmis olurlar 1906 1909 cu illerde sirketin bazarda uc qarisiq viski brendi var idi 5 illik Old Highland 9 illik Special Old Highland ve 12 illik Extra Special Old Highland Bu uc brendin yegane ferqi etiketlerinin rengi idi onlar muvafiq olaraq ag qirmizi ve qara etiket dasiyirdilar Odur ki ictimaiyyetde onlara adeten etiketlerinin rengleri ile muraciet edilirdi Sirket 1909 cu ildeki rebrendinqin bir hissesi olaraq mehsullarin reng adlari ile daha cox tanindigini nezere alaraq mehsullari yeniden adlandirdi Old Highland in adi deyisdirilerek Johnnie Walker White Label edildi ve yasi 6 il olaraq deyisdirildi Special Old Highland in adi deyisdirilek Johnnie Walker Red Label oldu ve yasi 10 a yukseldildi Extra Special Old Highland in ise yasi saxlanildi adi ise Johnnie Walker Black Label olaraq deyisdirildi Johnnie Walker in artan populyarligi ve satisi daha cox semeni viskisi istehsali teleb edirdi 1915 ci ilde Uolkerler Koulbern icki zavodunun 1916 ci ilde ise Klinelis ve Deyluin Teliskr zavodlarinin sehmdari olurlar Onlar 1923 cu ilde strategiyani davam etdirerek Mortlac icki zavodunu da satin alirlar Bu zavodlar da Kardhu zavodu kimi semeni viskisi istehsali ucun nezerde tutulmusdu ve zavodlarin mehsullarinin boyuk hissesi Johnnie Walker qarisiqlarinda istifade edilirdi Johnnie Walker White Label in istehsali Birinci Dunya muharibesi zamani dayandirildi II Aleksandr 1932 ci ilde Johnnie Walker Swing i mehsullar arasina elave etdi Swing ingilis dilinde yellenmek demekdir ve bu ad susenin onun ireli geri yellenmesine imkan veren qeyri adi formasindan qaynaqlanir II Aleksandr 1940 ci ilde biznesi terk etmis ve 1950 ci ilde vefat etmisdir Sirket 1925 ci ilde Distillers Company sirketine qosuldu 1986 ci ilde ise Distillers Company Guinness sirketi terefinden satin alindi ve Guinness ve Grand Metropolitan sirketleri 1997 ci ilde birleserek Diageo nu yaratdilar Hemin il qarisiq semeni viskisi olan Johnnie Walker Pure Malt teqdim edildi Bu viskinin adi 2004 cu ilde deyisdirilerek Johnnie Walker Green Label adlandirilmisdir Kilmarnok zavodunun baglanmasi Kilmarnok zavodu 2009 cu ilde 2009 cu ilin iyulunda brendin hazirki sahibi olan Diageo sirketi brendin Kilmarnokdaki butun emeliyyatlarinin 2012 ci ile qeder dayandirilmasina qerar verdi Bu qerar yerli ehalinin siyasetcilerin ve Sotlandiyanin ovaxtki birinci naziri Aleks Salmondun reaksiyasi ile uzlesdi Petisiyalara ictimai kampaniyalara ve Kilmarnok etrafinda edilmis gmiqyasli yuruse baxmayaraq Diageo bu qerarini icra etmeye davam etdi Kilmarnokdaki Johnnie Walker zavodu 2012 ci ilin martinda qapilarini bagladi ve binalar bir il sonra sokuldu 2020 ci ilin iyulunda Johnnie Walker 2021 ci ilin evvelinden etibaren kagizdan hazirlanmis yeni ekoloji temiz suse buraxmagi planlasdirdiqlarini elan edib Johnnie Walker 2021 ci ilin oktyabr ayinda icki zavodunun ilk qadin mutexessisi terefinden Jane Walker adli yeni etiketin yaradildigini elan etdi QarisiqlarJohnnie Walker variantlariMukemmel qablasdirmadaki Johnnie Walker Blue Label King George V Edition Johnnie Walker tarixcesinin boyuk bir hissesinde yalniz bir nece qarisiq teklif edib Brendin esrin evvelinden beri bir cox xususi ve mehdud sayda istehsal edilmis qablasdirmasi olub Red Label Yasi bildirilmemis qarisiqdir Bu 1945 ci ilden beri dunyada en cox satilan sotland viskisidir Esasen qarisiq ickilerin hazirlanmasi ucun istifade olunur Red Label 40 ferqli zavodda istehsal edilmis taxil ve semeni viskilerinin qarisigindan ibaretdir Black Label 12 illik viskidir dunyanin en cox satilan sotland viskilerinden biridir Double Black Bu viski ucun Black Label esas goturulmus ona daha torflu semeni viskisi elave edilmis ve viski bu defe olduqca komurlesmis kohne palid celleklerde saxlanilmisdir Johnnie Walker Swing Bu viski ferqli bir susede istehsal edilir dibi duz olmadigi ucun suse ireli geri yellenir Bu tip suse dizayni eslen yelkenli gemilerde istifade edilmisdir Johnnie Walker Swing II Aleksandir Uolkerin teqdim etdiyi son qarisiq idi Green Label Ilk defe 1997 ci ilde Johnnie Walker Pure Malt etiketi ile 15 illik viski kimi teqdim edilmis 2004 cu ilde ise ade deyisdirilerek Johnnie Walker Green Label adlandirilmisdir Green Label qarisiq semeni viskisidir yeni taxil viskisi elave edilmeden semeni viskilerinin qarisdirmasi ile hazirlanir Bu qarisiqda istifade olunan butun viskilerin minimum 15 yasi var Diageo 2012 ci ilde Green Label in istehsalinin qlobal miqyasda dayandirdi qarisiq semeni viskisine telebatin cox yuksek oldugu Tayvan istisna olmaqla Brend 2016 ci ilde yeniden teqdim edilib ve dunya miqyasinda satisi yeniden movcuddur Gold Label 15 den cox semeni viskisinin qarisigindan hazirlanan bu viski Conni Uolkerin yuz illiyini qeyd etmek ucun II Aleksandr Uolkerin sexsi qeydlerinden istifade edilerek hazirlanmisdir Gold Label evvelce 18 illik viski kimi Yuzillik qarisiq etiketi ile istehsal edilmisdir 2013 cu ilde Gold Label in adi Gold Label Reserve olaraq deyisdirilib ve artiq yasi qeyd edilmir Platinum Label Ilk defe Asiya bazarinda orijinal Gold Label i evez etmek ucun teqdim edilmis ve Gold Label Reserve ile birlikde satilmisdir 2017 ci ilin ortalarinda Platinum Label adi Johnnie Walker Aged 18 Years ile evez edilmis lakin Platinum Label adi daha sonra berpa edilmisdir Blue Label Johnnie Walker in premium qarisigidir Johnnie Walker Blue Label 19 cu esrde yaradilmis en qedim viski qarisiqlarinin bezilerinin xarakterini ve dadini yeniden yaratmaq ucun hazirlanib Yasi qeyd edilmeyib Bu viskinin suseleri ardicil olaraq nomrelenir ve orijinalliq sertifikati ile birlikde ipek astarli qutuda satilir Johnnie Walker Blue Label 174 450 ABS dollari araligindaki qiymeti ile bazardaki en bahali qarisiq sotland viskilerinden biridir Bu gune qeder brendin 25 den cox Blue Label esasli mehdud buraxilisi istehsal edilmisdir Johnnie Walker mehsul xetleri en ucuzdan en bahaliya dogru Yasi 1865 1905 1906 1908 1909 1920 1921 1931 1932 1991 1992 1996 1997 2010 2011 Old Highland White LabelBildirilmeyib Special O H Red Label12 Walker s O H Extra Sp O H Black LabelBildirilmeyib Double BlackBildirilmeyib Swing15 Green LabelBildirilmeyib evveller 18 Gold Label Reserve18 Platinum LabelBildirilmeyib Blue LabelMarketinqUolkerler esas marketinq strategiyalarini 1908 ci ilde ingilis karikaturaci Tom Braunun yaratdigi ve brendin bu gune qeder istifade edilen maskotu olan Striding Man in eks edildiyi ve Johnnie Walker 1820 ci ilde anadan olub hele de gucludur suarinin istifade edildiyi reklamlarla yaratdilar 1930 cu illerde reklamlardaki tesvirleri fotosekiller evez etdi ve 1939 cu ilde Striding Man miniaturlesdirilerek rengli loqoya cevrildi Bu loqo Johnnie Walker etiketlerinde ilk defe 1960 ci ilde yer alib 1990 ci illerin sonlarinda Keep Walking azerb Yerimeye davam et kampaniyasinin bir hissesi olaraq Striding Man in istiqameti deyisdirildi Striding Man ikonunun tesviri en son 2015 ci ilde yenilenib 2009 cu ilde Bartle Bogle Hegarty BBH reklam agentliyi Johnnie Walker brendinin tarixini eks etdiren The Man Who Walked Around the World azerb Dunyani gezmis adam adli yeni qisametrajli film yaratdi Rejissorunun Ceymi Rafn oldugu filmin bas rolunda sotland aktyor Robert Karlayl oynayirdi UgurlarJohnnie Walker in spirtli ickileri beynelxalq alkoqollu ickilerin reytinqi musabiqelerinde ve spirtli ickilere baxan orqanlar terefinden yuksek qiymetlendirilib Green Label 2005 ve 2007 ci iller arasinda San Fransiskoda kecirilen Dunya Spirtli Ickiler Musabiqesinde uc defe ikiqat qizil medal alib Gold Label ise bu musabiqenin 2008 ve 2009 cu illerinde ikiqat qizil medal 2010 cu illinde ise qizil medal qazanib Johnnie Walker Gold Label Reserve 2018 ci ilde World Whiskies Awards da dunyanin en yaxsi qarisigi en yaxsi sotland qarisigi mukafatini qazanmisdir SponsorluqlarJohnnie Walker Formula 1 in resmi viskisi ve McLaren ve Racing Point F1 komandalarinin sponsoru olmusdur Johnnie Walker 2018 ci ilde Belcikanin Spa seherinde kecirilen F1 Qran Pri yarisinin basliginda yer alib Brend 2009 cu ile qeder Asiya Sakit Okean qolf turniri olan Johnnie Walker Classic e ve 2013 cu ile qeder Sotlandiyada kecirilen Johnnie Walker Championship e sponsorluq etmisdir Ictimai fiqurlarVinston Corcillin en cox sevdiyi viski Johnnie Walker Red Label idi Corcil onu cox miqdarda su ile qarisdirir ve gun erzinde icirdi Vanity Fair in yazicisi Kristofer Hitcens Johnnie Walker Black Label in Perrier brendinin qazli mineral suyu ile qarisigini cox sevirdi New York Jets Amerika futbolu komandasinin oyuncusu Co Namat 1960 ci illerin sonlarinda sohretinin zirvesinde iken demisdir Qizlarimi sarisin Johnnie Walker imi ise qirmizi sevirem Johnnie Walker Blue Label ABS prezidenti Ricard Niksonun sevimlisi idi Nikson onu zencefilli qazli su ve laym ile icirdi ZZ Top a qeder bir cox mugenni ve bestekar eserlerinde Johnnie Walker e istinad etmisdir Elliott Smit in Oskar mukafatina namized olan mahnisinin sozlerinde ickiden behs edilir Tesiscisi Johnnie Walker Black Label i cox sevdiyi ucun metal qrupu ickinin serefine adlandirilib ve in Remember to Forget mahnisinda da Johnnie Walker e istinad edilmisdir 2007 ci ilde cekilmis The Man from Earth filminde bas qehreman Con Oldman bir suse Johnnie Walker Green Label istehsal edir ve dostlari onun keyfiyyeti haqqinda danisir 1982 ci ilde cekilmis Ulguc uzerinde qacan filminde Harrison Fordun oynadigi Rik Dekard personaji Johnnie Walker Black Label i icerken gorunur Bu personaj Ulguc uzerinde qacan 2049 2017 filminde de bu ickini icir Johnnie Walker brendi Ulguc uzerinde qacan 2049 filminin buraxilisi ile eyni vaxtda Black Label in Director s Cut adli yeni versiyasini buraxmisdir QalereyaJohnnie Walker Red Label Johnnie Walker Black Label Johnnie Walker Double Black Johnnie Walker Swing Johnnie Walker Green Label amp Green Label 180 Cask Johnnie Walker Gold Label Reserve Johnnie Walker Gold Label The Centenary Blend 18 Year 2013 den evvel Johnnie Walker Platinum Label Johnnie Walker Blue Label The Striding Man tesviriIstinadlarBrooker Alice Top 10 best selling Scotch whiskies The Spirits Business ingilis 30 iyun 2022 2023 02 25 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Johnnie Walker www kilmarnockhistory co uk ingilis 2023 11 22 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Johnnie Walker History www thewhiskyexchange com ingilis 2017 10 14 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Walking Tall Cigar Aficionado ingilis M Shanken Communications Inc 2017 09 02 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 History of Scotch Whisky ingilis Scotch Whisky Association 2016 01 21 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Scotch The Story of Whisky ingilis Per Mikkelsen 26 aprel 2022 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 31 oktyabr 2017 Joseph Micallef Scotch Whisky Its History Production and Appreciation ingilis Antioch Downs Press 2015 OCLC 1313863564 A Brief History of Blended Whisky The Whisky Shop Blog ingilis 2 may 2017 13 September 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 The Man Who Walked Around the World ingilis BBH New York 2009 2021 03 08 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2017 Maclean Charles Scotch Whisky A Liquid History ingilis London England Cassell Illustrated 2003 ISBN 1 84403 078 4 A Visual History of Johnnie Walker s Striding Man Logo vinepair com ingilis 17 iyul 2017 2017 12 01 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Johnnie Walker White Label Bot 1900 www thewhiskyexchange com ingilis 2017 10 24 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Mortlach History Mortlach Whisky Malts www malts com 2017 12 04 tarixinde arxivlesdirilib Istifade tarixi 16 dekabr 2017 Expert Liquor Recommendations Distiller Distiller The Liquor Expert 2017 12 04 tarixinde arxivlesdirilib Istifade tarixi 16 dekabr 2017 Reports on end of Johnnie Walker completely false Diageo Indian Express archive indianexpress com ingilis 2022 04 26 tarixinde arxivlesdirilib Istifade tarixi 16 dekabr 2017 Johnnie Walker jobs plan rejected BBC News 9 sentyabr 2009 13 March 2012 tarixinde arxivlesdirilib Istifade tarixi 7 may 2010 Johnnie Walker whisky plant closes in Kilmarnock BBC News ingilis 23 mart 2012 Istifade tarixi 1 avqust 2024 Johnnie Walker whisky to be sold in paper bottles BBC News ingilis 13 iyul 2020 2024 04 11 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 An Enlightening Q amp A With Johnnie Walker s First Female Master Blender InsideHook ingilis 2023 10 11 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Johnnie Walker Appoints Its First Ever Female Master Blender Food amp Wine ingilis Istifade tarixi 31 dekabr 2022 olu kecid Sargent Joshua Johnnie Walker sent me some nice sipping scotch so I drank it in the park with my friends SFGATE ingilis 6 aprel 2021 2023 10 11 tarixinde arxivlesdirilib Istifade tarixi 31 dekabr 2022 Whisky Notes Johnnie Walker Red Label vs Johnnie Walker Black Label ingilis Ruben Luyten for Whisky Notes 18 sentyabr 2013 2024 02 29 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 07 29 whisky com Johnnie Walker Blended Scotch Whisky www clubwhisky com ingilis Istifade tarixi 1 avqust 2024 Johnnie Walker Red Label ingilis John Walker and Sons 2023 09 01 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 07 29 Scotch Whisky Reg Guidance PDF 2018 11 10 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2024 07 29 olu kecid Whisky Notes Johnnie Walker Red Label vs Johnnie Walker Black Label Johnnie Walker Red Label 40 OB 2013 ingilis Ruben Luyten for Whisky Notes 18 sentyabr 2013 2024 02 29 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 07 29 Johnnie Walker Red Label The Whisky Exchange www thewhiskyexchange com ingilis 2023 11 30 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 How Whisky is Made Whisky Guide www johnniewalker com ingilis Istifade tarixi 1 avqust 2024 olu kecid Johnnie Walker Double Black The Whisky Exchange www thewhiskyexchange com ingilis 2024 02 28 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Miller Jared T Johnnie Walker adds Double Black to whisky line Daily News ingilis 10 may 2013 29 July 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Expert Liquor Recommendations Distiller Distiller The Liquor Expert ingilis 2017 12 04 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Eats Serious What Is the Difference Between Single Malt and Blended Whisky drinks seriouseats com ingilis 2021 02 27 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Johnnie Walker Green Discontinued ingilis www scotch tasting bums com 16 yanvar 2012 4 oktyabr 2012 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 29 noyabr 2012 Johnnie Walker Green Label 15 Year Old The Whisky Exchange 2016 01 08 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 07 29 Dominic Roskrow Dominic Roskrow s Blog The Whisky Tasting Club UK 2023 10 11 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 07 29 Johnnie Walker Green Label returns Scotch Whisky scotchwhisky com 2023 12 13 tarixinde arxivlesdirilib Istifade tarixi 16 dekabr 2017 Johnnie Walker Gold Label The Centenary Blend 18 Year Old Blended Scotch Whisky 700ml Blended Scotch Whisky www nicks com au ingilis 2021 07 25 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Johnnie Walker Gold Label 18 vs Johnnie Walker Gold Label Reserve drinkspirits com ingilis 1 noyabr 2013 2024 03 06 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Johnnie Walker Platinum given new identity Scotch Whisky scotchwhisky com ingilis 2024 02 25 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Johnnie Walker Platinum Label 18 Year Old ingilis 2023 03 30 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Johnnie Walker Blue Scotland Scotch 750 mL Wineanthology com 2012 10 31 tarixinde arxivlesdirilib Istifade tarixi 3 noyabr 2012 Bottle King Largest New Jersey Retailer of Wine Beer and Spirits bottleking com ingilis Istifade tarixi 16 dekabr 2017 Bloom redraws Johnnie Walker s Striding Man www designweek co uk ingilis 15 aprel 2015 2023 12 24 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Robert Carlyle Italia Robert Carlyle Johnnie Walker The Man Who Walked Around The World SUB ITA ingilis 8 noyabr 2013 17 avqust 2014 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 16 dekabr 2017 YouTube vasitesile Proof66 com Summary of Green Label Awards ingilis 5 oktyabr 2012 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Proof66 com Summary of Gold Label Awards ingilis 6 oktyabr 2012 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 World Whiskies Awards 2018 Winners www worldwhiskiesawards com ingilis 2021 03 07 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Johnnie Walker becomes the Official Whisky Of Formula 1 formula1 com 18 sentyabr 2014 2024 04 13 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Formula 1 2018 Johnnie Walker Belgian Grand Prix Race Result Formula 1 The Official F1 Website 2024 07 31 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 07 31 europeantour com Johnnie Walker Championship at Gleneagles plans for the future European Tour www europeantour com 2018 07 19 tarixinde arxivlesdirilib Istifade tarixi 16 dekabr 2017 How to drink like Winston Churchill The Telegraph ingilis 28 yanvar 2015 12 yanvar 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 31 yanvar 2018 Brown Craig Christopher Hitchens s Diary Vanity Fair ingilis 21 mart 2012 Istifade tarixi 1 avqust 2024 Famous whisky drinkers Joe Namath Scotch Whisky scotchwhisky com ingilis 2024 05 08 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 05 08 Small Melvin A Companion to Richard M Nixon ingilis Oxford Wiley Blackwell 2011 ISBN 978 1 4443 3017 5 Johnnie Walker Blue Label www tastersguide com 26 dekabr 2018 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 16 dekabr 2017 Black Label Society metalinside www metalinside de ingilis Istifade tarixi 1 avqust 2024 Alindahao Karla Whisky of the Future Johnnie Walker s Limited Edition Blade Runner 2049 Release Is Here Forbes ingilis 12 sentyabr 2017 2023 10 11 tarixinde arxivlesdirilib Istifade tarixi 1 avqust 2024 Elave oxuMacLean Charles Scotch Whisky A Liquid History Cassell Illustrated 2003 ISBN 1 84403 078 4 Molavi Afshin Straight Up How Johnnie Walker conquered the world Foreign Policy September October 2013 Istifade tarixi 8 October 2013 Micallef Joseph Scotch Whisky its History Production and Appreciation Vancouver Portland Antioch Downs Press www AntiochDownsPress com 2015 ISBN 978 0 9947571 1 1