Hüseyn Cavid məqbərəsi — Naxçıvan şəhərində böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılmış memarlıq-xatirə kompleksi. Kompleks Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmişdir.
Hüseyn Cavid məqbərəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Naxçıvan |
Memar | Rasim Əliyev Ömər Eldarov |
Tikilmə tarixi | 1996 |
Üslubu | Azərbaycan memarlığı |
Material | beton, mərmər |
Vəziyyəti | muzey |
İstinad nöm. | 398 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Abidənin layihəsinin müəllifi Azərbaycan respublikasının əməkdar memarı Rasim Əliyev, heykəltəraşı isə xalq rəssamı Ömər Eldarovdur. Məqbərə Türkiyə Cümhuriyyətinin "Start" inşaat şirkəti tərəfindən inşa edilmişdir.
Tarixi
Heydər Əliyev ədəbiyyatımızın korifey nümayəndələrindən biri olan Hüseyn Cavid şəxsiyyətinə, ailəsinə, irsinə həmişə böyük diqqət və qayğı göstərib. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə 1981-ci il 21 iyulda “Hüseyn Cavidin 100 illiyi haqqında” qəbul olunan qərardan sonra böyük şair və dramaturqa dövlət səviyyəsində yüksək qiymət verilib, sənətkara münasibət köklü şəkildə dəyişib. Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci il oktyabrın 26-da şairin nəşi Sibirdən Bakıya, sonra isə doğulub boya-başa çatdığı Naxçıvan şəhərinə gətirilərək evinin qarşısında torpağa tapşırılıb, 1981-ci ildə şəhərin mərkəzində Hüseyn Cavidə olan ehtiramı əks etdirən məqbərə ucaldılıb.
Böyük sənətkarın 100 illik yubileyi ilə əlaqədar 1982-ci ilin oktyabr ayında bir sıra tədbirlər keçirilib.
Hüseyin Cavidin həyat yoldaşı Mişkinaz xanımın və oğlu Ərtoğrulun qəbirləri də məqbərənin sərdabəsindədir. Heydər Əliyev şairin qızı Turan xanımın xahişini müsbət həll edərək 1996-cı il sentyabrın 13-də Müşkünaz xanımın məzarını Bakıdan, Ərtoğrul Cavidin məzarını isə Naxçıvandan Cavid türbəsinə gətirmək barədə göstəriş vermişdi. Abidənin açılışı Hüseyn Cavidin anadan olmasının 114 illiyi münasibətilə 1996-cı il 29 oktyabrda olmuşdur. Azərbaycan respublikasının prezidenti Heydər Əlirza oğlu Əliyev şəxsən məqbərənin açılışında iştirak etmiş və nitq söyləmişdir.
Hüseyin Cavidin qızı Turan xanımın qəbri də sərdabədədir.
2022-ci ildə AR Prezidenti İlham Əliyev ölkəmizdə şair-dramaturqun anadan olmasının 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladı, Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq edilib. Cavidin ev-muzeyi və xatirə kompleksinin bərpasından sonra ədibin Naxçıvan şəhərində ehtişamla ucalan məzarüstü abidəsində təmir-bərpa işləri aparılıb. Təmir-bərpa işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilib. İ.
Memarlıq xüsusiyyətləri
Məqbərə üst və aşağı – sərdabə hissələrindən ibarətdir.
Məqbərə üçün bir vaxtlar Hüseyn Cavidin yaşadığı və muzeyə çevrilmiş birmərtəbəli evin qarşısındakı yer müəyyənləşmişdi. Ordakı bütün əski tikililər sökülərək ərazi təmizləndi və Rasim Əliyevin layihəyəsinə əsasən həmin yerdə, mərkəzində Araza, cənuba istiqamət götürmüş Məqbərinin ucalacağı kiçik park salındı.
Məqbərənin memarlığı Əcəmi Naxçıvani, Naxçıvan memarlıq məktəbi ənənələri və bu ənənlərin müasir transkripsiyası əsasında qurulumuşdu. Ulduzşəkilli şəbəkə ornamentlərinin işığı stilobat üzərindəki sərdabəni içəridən tam işıqlandırır. Məqbərə ağ mərmərdən tikilmişdir. Pillələrlə stilobatın üst meydançasına çıxb Məqbərənin içərisinə daxil olarkən aşağıda şüşə qapaq altında ən aşağı mərtəbədə yerləşən məzar, məzarüstü daş, sinə daşı görünür. Şüşə qapağın oxu ilə isə taxça yerləşir ki, həmin taxçada da Ömər Eldarovun müəllifi olduğu Hüseyn Cavidin ağ mərmər büstü var.
Qalereya
Həmçinin bax
- "HÜSEYN CAVİD MƏQBƏRƏSİ" (az.). Milli Kitabxana. 14.03.2023 tarixində arxivləşdirilib.
- Ilham Cəmiloğlu. "34 il öncə Hüseyn Cavid Azərbaycana qovuşdu… - MÜSAHİBƏ" (az.). Modern.az. 26 Oktyabr 2016. 14.03.2023 tarixində arxivləşdirilib.
- "Hüseyn Cavidin məqbərəsi necə tikildi?" (az.). kulis.az. 14.03.2023 tarixində arxivləşdirilib.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Huseyn Cavid meqberesi Naxcivan seherinde boyuk Azerbaycan sair ve dramaturqu Huseyn Cavidin qebri uzerinde ucaldilmis memarliq xatire kompleksi Kompleks Azerbaycan Respublikasinin ucuncu prezidenti Heyder Eliyevin sexsi tesebbusu ve himayesi ile tikilmisdir Huseyn Cavid meqberesi39 11 sm e 45 27 s u Olke AzerbaycanSeher NaxcivanYerlesir NaxcivanMemar Rasim Eliyev Omer EldarovTikilme tarixi 1996Uslubu Azerbaycan memarligiMaterial beton mermerVeziyyeti muzeyAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 398EhemiyyetiOlke ehemiyyetliHuseyn Cavid meqberesi Vikianbarda elaqeli mediafayllar Abidenin layihesinin muellifi Azerbaycan respublikasinin emekdar memari Rasim Eliyev heykelterasi ise xalq ressami Omer Eldarovdur Meqbere Turkiye Cumhuriyyetinin Start insaat sirketi terefinden insa edilmisdir TarixiHeyder Eliyev edebiyyatimizin korifey numayendelerinden biri olan Huseyn Cavid sexsiyyetine ailesine irsine hemise boyuk diqqet ve qaygi gosterib Mehz onun tesebbusu ve rehberliyi ile 1981 ci il 21 iyulda Huseyn Cavidin 100 illiyi haqqinda qebul olunan qerardan sonra boyuk sair ve dramaturqa dovlet seviyyesinde yuksek qiymet verilib senetkara munasibet koklu sekilde deyisib Heyder Eliyevin tesebbusu ile 1982 ci il oktyabrin 26 da sairin nesi Sibirden Bakiya sonra ise dogulub boya basa catdigi Naxcivan seherine getirilerek evinin qarsisinda torpaga tapsirilib 1981 ci ilde seherin merkezinde Huseyn Cavide olan ehtirami eks etdiren meqbere ucaldilib Boyuk senetkarin 100 illik yubileyi ile elaqedar 1982 ci ilin oktyabr ayinda bir sira tedbirler kecirilib Huseyin Cavidin heyat yoldasi Miskinaz xanimin ve oglu Ertogrulun qebirleri de meqberenin serdabesindedir Heyder Eliyev sairin qizi Turan xanimin xahisini musbet hell ederek 1996 ci il sentyabrin 13 de Muskunaz xanimin mezarini Bakidan Ertogrul Cavidin mezarini ise Naxcivandan Cavid turbesine getirmek barede gosteris vermisdi Abidenin acilisi Huseyn Cavidin anadan olmasinin 114 illiyi munasibetile 1996 ci il 29 oktyabrda olmusdur Azerbaycan respublikasinin prezidenti Heyder Elirza oglu Eliyev sexsen meqberenin acilisinda istirak etmis ve nitq soylemisdir Huseyin Cavidin qizi Turan xanimin qebri de serdabededir 2022 ci ilde AR Prezidenti Ilham Eliyev olkemizde sair dramaturqun anadan olmasinin 140 illiyinin qeyd edilmesi ile bagli Serencam imzaladi Naxcivan Muxtar Respublikasinda Tedbirler Plani tesdiq edilib Cavidin ev muzeyi ve xatire kompleksinin berpasindan sonra edibin Naxcivan seherinde ehtisamla ucalan mezarustu abidesinde temir berpa isleri aparilib Temir berpa isleri Naxcivan Muxtar Respublikasi Dovlet Sehersalma ve Arxitektura Komitesinin Naxcivan Seher Idaresinin insaatcilari terefinden heyata kecirilib I Memarliq xususiyyetleriMeqbere ust ve asagi serdabe hisselerinden ibaretdir Meqbere ucun bir vaxtlar Huseyn Cavidin yasadigi ve muzeye cevrilmis birmertebeli evin qarsisindaki yer mueyyenlesmisdi Ordaki butun eski tikililer sokulerek erazi temizlendi ve Rasim Eliyevin layiheyesine esasen hemin yerde merkezinde Araza cenuba istiqamet goturmus Meqberinin ucalacagi kicik park salindi Meqberenin memarligi Ecemi Naxcivani Naxcivan memarliq mektebi eneneleri ve bu enenlerin muasir transkripsiyasi esasinda qurulumusdu Ulduzsekilli sebeke ornamentlerinin isigi stilobat uzerindeki serdabeni iceriden tam isiqlandirir Meqbere ag mermerden tikilmisdir Pillelerle stilobatin ust meydancasina cixb Meqberenin icerisine daxil olarken asagida suse qapaq altinda en asagi mertebede yerlesen mezar mezarustu das sine dasi gorunur Suse qapagin oxu ile ise taxca yerlesir ki hemin taxcada da Omer Eldarovun muellifi oldugu Huseyn Cavidin ag mermer bustu var QalereyaHemcinin baxHuseyn Cavid HUSEYN CAVID MEQBERESI az Milli Kitabxana 14 03 2023 tarixinde arxivlesdirilib Ilham Cemiloglu 34 il once Huseyn Cavid Azerbaycana qovusdu MUSAHIBE az Modern az 26 Oktyabr 2016 14 03 2023 tarixinde arxivlesdirilib Huseyn Cavidin meqberesi nece tikildi az kulis az 14 03 2023 tarixinde arxivlesdirilib