Bu məqaləni lazımdır. |
Horatsio Nelson (29 sentyabr 1758[…] – 21 oktyabr 1805[…], Trafalqar burnu, Əndəlüs) — ingilis donanmaçısı, vitse-admiral (1801), vikont (1801). Əbukir dəniz döyüşü (1798) zamanı eskadraya komandanlıq edərkən fransız donanmasını darmadağın etmişdi. Trafalqar döyüşündə (1805) Nelsonun komandanlığı ilə ingilis donanması fransız-ispan donanması üzərində böyük qələbə qazanmış, bu vuruşmada Nelson ölümcül yaralanmışdı. 1806 il yanvarın 9-da Londonda dəfn olunmuşdur. Dəniz döyüşündə yeni manevr taktikasını tətbiq etmişdir.
Admiral Nelson | |
---|---|
Horatsio Nelson | |
| |
Admiral | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Burnham Thorpe, Norfolk,İngiltərə |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Trafalqar boğazi, İspaniya |
Vəfat səbəbi | Trafalqar döyüşü |
Dəfn yeri | London |
Fəaliyyəti | donanma zabiti[d], siyasətçi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Böyük Britaniya |
Qoşun növü | |
Döyüşlər | Trafalqar döyüşü |
Rütbəsi | Admiral |
| |
Təltifləri | Qüdrətli Hamam ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Tərcümeyi-halı
Uşaqlığı və gəncliyi
Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı. Buna görə 12 yaşı olanda Horatsio dayısı Sanqlinqin kapitan olduğu "Trayemfom" keşikçi gəmisində qulluğa girdi. Lakin dayısı onu Hindistana gedən ticarət gəmisinə düzəltdi. İki il çəkən bu səfərdən qayıdan 15 yaşlı Nelson artıq mahir dənizçi idi.
1773-cü ildə o, Şimal qütbünə ekspedisiyaya gedən hərbi gəmilərin birində səfər etdi. Bu səfərdən sonra Nelson 18 aylıq İran körfəzinə və Hindistana yola düşdü. Həmin səfər zamanı o, vətəni üçün qəhrəman olacağına and içdi. Qayıtdıqdan sonra Nelson dayısının köməyi ilə 64 düyməli "Uorçester" hərbi gəmisində dördüncü leytenant kimi qulluğa başladı. Elə həmin ildə o, imtahan verib leytenant rütbəsini aldı.
Nelsonun dövründə ingilis hərbi gəmiləri bir neçə dərəcəyə bölünürdü. Birinci dərəcə 100 toplu 2000–2600 tonluq su tutumu və 850–950 nəfər heyəti olan gəmilər böyük müharibələrdə iştirak edirdilər. Elə həmin illərdə də ingilis gəmiləri yeni tipli daha güclü toplarla silahlandı. Bu topların lülələri əvvəlkilərindən qısa, dağıdıcı zərbələri qat-qat artıq idi.
Dördüncü dərəcəli gəmilər freqatlar adlanırdı və Nelson onları "donanmanın gözü" hesab edirdi. Bu gəmilər çox çevik olub kəşfiyyatla məşğul olur və eskadra komandirləri arasında əlaqə vasitəsi sayılırdı. Freqatlar donanma admirallarının tapşırıqlarını yerinə yetirir, eyni zamanda yeri gələndə düşmən gəmiləri ilə döyüşə də girirdi.
Amerika inqilabında iştirakı
Nelson "Lovestov" freqatına təyinat alır və burada kapitan Uilyam Lokerin başçılığı ilə özünün bütün qabiliyyətlərini göstərir. Həmin illərdə ingilislərlə onların Şimali Amerika müstəmləkələri arasında istiqlaliyyət müharibəsi başlayır. "Vest-Hind"də ikən gənc leytenantın ixtiyarına əyri yelkənli, iki dor ağaclı gəmi — şxuna verilir və o, Karib dənizində adaları bir-birindən ayıran saysız körfəzlərdən keçib manevr sənətini bütün incəliklərinə qədər mənimsəyir.
Bir dəfə güclü fırtına zamanı Nelsonun qulluq etdiyi freqat Amerikanın silahlı mülkü gəmisi ilə rastlaşır və Nelson bu çətin şəraitdə düşmən gəmisinin göyərtəsinə keçib onun ələ keçirilməsinə nail olur. Nəhayət, 1779-cu ildə hələ 21 yaşı tamam olmayan Nelson "Xincinbrük" freqatına kapitan təyin olunur. O dövrdə düşmən gəmilərini tutub ələ keçirmək böyük hünər sayılır və Admiralteys tərəfindən hər cür həvəsləndirilirdi. Hər ələ keçirilən qənimət üçün mükafat verilirdi.
1780-ci ildə özünü müstəqil elan etmiş Amerika Birləşmiş Ştatları ilə İngiltərə arasında müharibə gedirdi. Əvvəlcə Fransa, sonra isə İspaniya və Hollandiya da ABŞ-la birləşirlər. Bu zaman Yamayka qubernatorunun təklifi ilə Nelson Mərkəzi Amerikada mühüm bir əməliyyat həyata keçirir və özü də ağır xəstələnir. Lakin güclü iradəsi sayəsində sağalıb 1781-ci ildə "Albemarl" freqatına kapitan təyin olunur. Bu ələ keçirilən fransız ticarət gəmisi idi. Bir neçə il burada komandanlıq edəndən sonra Nelson başqa bir freqata — "Boreas"a kapitan təyin olunur. O, 1787-ci ildə varlı dul qadına evlənir, lakin dənizi tərk etmək istəmir.
Fransanın inqilabi müharibələri və Nelson
İngiltərə-Fransa sülh müqaviləsindən sonra gəmilərin çoxu işsiz dayanır. Nelson istər-istəməz dənizi tərk etməli olur. Bu işdə onun Admiralteys rəhbərləri ilə konflikti də az rol oynamır. Nəhayət, uzun mübahisə və mübarizədən sonra 1793-cü ildə o, 64 düyməli "Aqamemnon" xətli gəmiyə kapitan təyin olunur. Həmin illərdə Fransa inqilabi hadisələr burulğanından çıxıb qəribə olsa da aqressiv siyasət yeritməyə başlamışdı. Nəticədə iki ölkə yenidən düşmənə çevrilmişdi.
1793-cü ildə ingilis eskadrası fransız gəmilərinə Tulon limanından çıxmaq imkanı verməmək üçün Aralıq dənizinə çıxdı. Burada onlar çox güclü İspan donanması ilə toqquşdular. Və bu toqquşmada Nelson öz qeyri-adı hərbi istedadını bir daha sübut etdi. Əhvalat belə olmuşdur.
1797-ci il fevralın 14-də admiral Con Cervisin komandası altında 15 ingilis xətt gəmisindən ibarət eskadra Portuqaliyanın San-Visenti boğazı yanında 18 və 8 ispan gəmilərindən ibarət iki eskadra ilə rastlaşır. İngilis admiralı kiçik dəstə gəlməmiş ispanların böyük dəstəsinə hücum edib onu məhv etmək qərarına gəlir. Bir neçə manevrdən sonra Cervis öz gəmilərinə dönüb düşmən gəmilərini təqib etmək əmrini verir. İngilis gəmiləri bir-birinin dalınca düzülüb ispanların aryerqardına doğru irəliləyir. Nelsonun gəmisi arxadan üçüncü olur. Nelson görür ki, bu cür taktika eskadranı məhvə aparır. Buna görə əmr gözləmədən irəli çıxıb rəqibin qabaq gəmilərinin yolunu kəsir. Nelsonun o dövrün ən böyük hərbi gəmisi olan 74 düyməli gəmisi ispanların 30 düyməli "Santissima Trinidad"ına hücum edir. Bu açıq-aşkar admiralın əmrinin pozulması deməkdi. Lakin ağıllı Cervis Nelsonun düz hərəkət etdiyini başa düşür və o, kapitan Kollinqvurda Nelsona kömək etməyi əmr edir.
Beləliklə, ingilislər düşmənin dörd xətt gəmisini ələ keçirir. Qalanları qaçır. Nelson özü iki düşmən gəmisini admiralla bərabər çəkib aparır. Və o vaxtdan bu cür manevr "Nelson korpusu" adlanır. Bu qələbədən sonra Cervis qraf dərəcəsini, Nelson isə kontr-admiral rütbəsini və zadəgan dərəcəsini alırlar . Horatsio Nelsonun qələbələrinin sayı-hesabı yoxdur. Hesablamalara görə bu məğlubedilməz admiral ömrü uzunu 250-ə qədər döyüşdə qələbə çalmışdı və onların tacı Trafalqar döyüşüdür. Həmin tarix döyüşdə Nelson fransız-ispan birləşmiş donanmasına demək olar ki, darmadağın etmişdi. Həmin döyüşün təsviri belədir:
1805-ci ildə fransızlar ispanlarla birləşib Britaniya adalarına girmək planını hazırlayırlar. Təkcə fransızlar bunun üçün böyüklü-kiçikli iki min beş yüz gəmi hazırlaya bilirlər. Bu xəbəri eşidib bütün Britaniya həyəcana düşür. Napoleonun Avropadakı qələbələri, onun İtaliyanı bir zərbə ilə fəth etməsi onsuz da hamını sarsıtmışdı. Fransızlar İngiltərəyə desant çıxarmaq üçün 120 min seçmə əsgər hazırlamışdılar.
Nelson artıq əvvəlki döyüşlərində bir gözünü və bir qolunu itirmişdi. Buna baxmayaraq İngiltərə hökuməti onu Böyük Britaniyanın hərbi dəniz qüvvələrinin baş komandanı təsdiq etdi. 1805-ci il sentyabrın 13-də Nelson Marton limanını tərk edib Portsmuta — onu gözləyən flaqman gəmisi "Viktoriyaya" gəlib elə həmin gün göyərtəyə çıxdı.
Fransa-İspaniya gəmilərinin sayı ingilis gəmilərindən çox idi. Lakin Nelson bilirdi ki, ingilis zabit və dənizçiləri fransızlardan və xüsusilə ispanlardan qat-qat təcrübəli və dözümlüdürlər. Döyüş planını Nelson oktyabrın 21-də "Viktoriya"nın göyərtəsində hazırladı.
Admiral Kollinqvud ikinci flaqman gəmisi ilə düşmən gəmiləri arasına girib onu parçalamalı, sonra isə Nelsonun dəstəsi döyüşə girib onun taleyini həll etməli idi. Nelsonun 27, müttəfiqlərin isə 38 gəmisi döyüşə çıxmışdı. Topların sayınca da müttəfiqlər irəlidə idilər. Donanmalar Cəbəllütariq yanındakı Trafalqar burnunda üz-üzə gəldilər. Fransızlar gəmilərini aypara şəklində düzmüşdülər. İngilislər Konlinqvudu irəli verib ağır-ağır onun ardınca irəlilədilər. Döyüş başlananda onlar planı dəyişdilər və Nelsonla Kollinqvud əlbir şəkildə fransızların mərkəzinə doğru hücuma keçdilər.
Ölümü
Nelson admiral geyimində, sinəsində parıldayan ordenlər "Viktoriya"nın göyərtəsində idi. Ona yerini, ya da planlarını dəyişməyi təklif etdilərsə də razı olmadı. Döyüş başlandı. Kollinqvud irəli getdi. Düşmənlər "Viktoriya"nı görüb atəşə tutdular. İngilis gəmiləri rəqiblərin cərgələrini pozdular. Fransız topçularının atəşlərindən "Viktoriya"nın göyərtəsindəki bütün matros və zabitlər həlak oldu. Yalnız kapitan Hardi ilə Nelson sağ qaldılar. İngilis gəmiləri daha sərrast atəş açırdı və düşmən gəmilərinin itkisi daha çox idi. Hardi bir də dönüb baxanda dəhşət içində Nelsonun yıxıldığını gördü. Admiral Nelson ona çatan Hardiyə dedi: "Onlar nəhayət ki, mənim axırıma çıxdılar". Saat 2-də fransız flaqmanı bayrağını endirdi və baş komandan Vilnov əsir alındı. Nelsonu təbrik edib xəbər verdilər ki, 15 düşmən gəmisi əsir alınıb. HMS Victory gəmisinin kapitanı Tomas Hardi ölən Nelsonun sonuncu sualına döyüşün hələ bitməmisinə baxmayaraq cavab verir: "Milord, bu gün sizindir." Nelson ona: ing. „Kiss me, Hardy“ — "Məni öp, Hardi", Hardi onun xayişini yerinə yetirir. Nelsonun son sözü: ing. „Thank God I have performed my duty“ — "Tanrıya şükürlər olsun, mən öz borcumu yerinə yetirə bildim" olur. Beləliklə, Nelson 250-ci qələbəsini görüb sonra gözlərini yumdu. Bu, dünya hərb tarixində ən böyük qələbələrdən biri idi. Döyüşdə 6 min rəqib və 3 min ingilis dənizçisi həlak oldu. Yalnız 11 düşmən gəmisi geri qayıda bildi.
Maraqlı faktlar
- Çoxlu sayda dəniz döyüşlərində qalib gəlmiş və ingilis donanmasında baş komandan, vitse admiral rütbəsinə qədər çatmış Horatsio Nelson, bütün ömrü boyu dəniz xəstəliyindən əziyyət çəkib.
- Nelsonun şərəfinə Trafalqar meydanında Nelson sütunu ucaldılıb.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Pocock T. Horatio Nelson, Viscount Nelson // Encyclopædia Britannica (ing.).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Horatsio Nelson 29 sentyabr 1758 21 oktyabr 1805 Trafalqar burnu Endelus ingilis donanmacisi vitse admiral 1801 vikont 1801 Ebukir deniz doyusu 1798 zamani eskadraya komandanliq ederken fransiz donanmasini darmadagin etmisdi Trafalqar doyusunde 1805 Nelsonun komandanligi ile ingilis donanmasi fransiz ispan donanmasi uzerinde boyuk qelebe qazanmis bu vurusmada Nelson olumcul yaralanmisdi 1806 il yanvarin 9 da Londonda defn olunmusdur Deniz doyusunde yeni manevr taktikasini tetbiq etmisdir Admiral NelsonHoratsio NelsonNelsonun Lemuel Francis Abbott terefinden cekilmis portretiAdmiralSexsi melumatlarDogum tarixi 29 sentyabr 1758Dogum yeri Burnham Thorpe Norfolk IngiltereVefat tarixi 21 oktyabr 1805 47 yasinda Vefat yeri Trafalqar bogazi IspaniyaVefat sebebi Trafalqar doyusuDefn yeri LondonFealiyyeti donanma zabiti d siyasetciHerbi xidmetMensubiyyeti Boyuk BritaniyaQosun novuDoyusler Trafalqar doyusuRutbesi AdmiralTeltifleri Qudretli Hamam ordeni Vikianbarda elaqeli mediafayllarTercumeyi haliUsaqligi ve gencliyi Horatsio Nelson kesis oglu idi Umumiyyetle onlarin butun qohum qardaslari kilse xadimleri idiler Ona gore bele aileden denizci cixmasi gozlenilmez idi Lakin bu isde sozsuz gemi kapitani olan dayisinin muhum rolu olmusdu Onun balaca Horatsioya 7 yasinda iken itirdiyi anasinin denizci olan ulu babalarinin maceralari haqqinda sohbetleri de unudulmaz tesir bagislamisdi Buna gore 12 yasi olanda Horatsio dayisi Sanqlinqin kapitan oldugu Trayemfom kesikci gemisinde qulluga girdi Lakin dayisi onu Hindistana geden ticaret gemisine duzeltdi Iki il ceken bu seferden qayidan 15 yasli Nelson artiq mahir denizci idi 1773 cu ilde o Simal qutbune ekspedisiyaya geden herbi gemilerin birinde sefer etdi Bu seferden sonra Nelson 18 ayliq Iran korfezine ve Hindistana yola dusdu Hemin sefer zamani o veteni ucun qehreman olacagina and icdi Qayitdiqdan sonra Nelson dayisinin komeyi ile 64 duymeli Uorcester herbi gemisinde dorduncu leytenant kimi qulluga basladi Ele hemin ilde o imtahan verib leytenant rutbesini aldi Nelsonun dovrunde ingilis herbi gemileri bir nece dereceye bolunurdu Birinci derece 100 toplu 2000 2600 tonluq su tutumu ve 850 950 nefer heyeti olan gemiler boyuk muharibelerde istirak edirdiler Ele hemin illerde de ingilis gemileri yeni tipli daha guclu toplarla silahlandi Bu toplarin luleleri evvelkilerinden qisa dagidici zerbeleri qat qat artiq idi Dorduncu dereceli gemiler freqatlar adlanirdi ve Nelson onlari donanmanin gozu hesab edirdi Bu gemiler cox cevik olub kesfiyyatla mesgul olur ve eskadra komandirleri arasinda elaqe vasitesi sayilirdi Freqatlar donanma admirallarinin tapsiriqlarini yerine yetirir eyni zamanda yeri gelende dusmen gemileri ile doyuse de girirdi Amerika inqilabinda istiraki Nelson Lovestov freqatina teyinat alir ve burada kapitan Uilyam Lokerin basciligi ile ozunun butun qabiliyyetlerini gosterir Hemin illerde ingilislerle onlarin Simali Amerika mustemlekeleri arasinda istiqlaliyyet muharibesi baslayir Vest Hind de iken genc leytenantin ixtiyarina eyri yelkenli iki dor agacli gemi sxuna verilir ve o Karib denizinde adalari bir birinden ayiran saysiz korfezlerden kecib manevr senetini butun inceliklerine qeder menimseyir Admiral Nelsonun Londondaki abidesi Bir defe guclu firtina zamani Nelsonun qulluq etdiyi freqat Amerikanin silahli mulku gemisi ile rastlasir ve Nelson bu cetin seraitde dusmen gemisinin goyertesine kecib onun ele kecirilmesine nail olur Nehayet 1779 cu ilde hele 21 yasi tamam olmayan Nelson Xincinbruk freqatina kapitan teyin olunur O dovrde dusmen gemilerini tutub ele kecirmek boyuk huner sayilir ve Admiralteys terefinden her cur heveslendirilirdi Her ele kecirilen qenimet ucun mukafat verilirdi 1780 ci ilde ozunu musteqil elan etmis Amerika Birlesmis Statlari ile Ingiltere arasinda muharibe gedirdi Evvelce Fransa sonra ise Ispaniya ve Hollandiya da ABS la birlesirler Bu zaman Yamayka qubernatorunun teklifi ile Nelson Merkezi Amerikada muhum bir emeliyyat heyata kecirir ve ozu de agir xestelenir Lakin guclu iradesi sayesinde sagalib 1781 ci ilde Albemarl freqatina kapitan teyin olunur Bu ele kecirilen fransiz ticaret gemisi idi Bir nece il burada komandanliq edenden sonra Nelson basqa bir freqata Boreas a kapitan teyin olunur O 1787 ci ilde varli dul qadina evlenir lakin denizi terk etmek istemir Fransanin inqilabi muharibeleri ve Nelson Ingiltere Fransa sulh muqavilesinden sonra gemilerin coxu issiz dayanir Nelson ister istemez denizi terk etmeli olur Bu isde onun Admiralteys rehberleri ile konflikti de az rol oynamir Nehayet uzun mubahise ve mubarizeden sonra 1793 cu ilde o 64 duymeli Aqamemnon xetli gemiye kapitan teyin olunur Hemin illerde Fransa inqilabi hadiseler burulganindan cixib qeribe olsa da aqressiv siyaset yeritmeye baslamisdi Neticede iki olke yeniden dusmene cevrilmisdi 1793 cu ilde ingilis eskadrasi fransiz gemilerine Tulon limanindan cixmaq imkani vermemek ucun Araliq denizine cixdi Burada onlar cox guclu Ispan donanmasi ile toqqusdular Ve bu toqqusmada Nelson oz qeyri adi herbi istedadini bir daha subut etdi Ehvalat bele olmusdur 1797 ci il fevralin 14 de admiral Con Cervisin komandasi altinda 15 ingilis xett gemisinden ibaret eskadra Portuqaliyanin San Visenti bogazi yaninda 18 ve 8 ispan gemilerinden ibaret iki eskadra ile rastlasir Ingilis admirali kicik deste gelmemis ispanlarin boyuk destesine hucum edib onu mehv etmek qerarina gelir Bir nece manevrden sonra Cervis oz gemilerine donub dusmen gemilerini teqib etmek emrini verir Ingilis gemileri bir birinin dalinca duzulub ispanlarin aryerqardina dogru irelileyir Nelsonun gemisi arxadan ucuncu olur Nelson gorur ki bu cur taktika eskadrani mehve aparir Buna gore emr gozlemeden ireli cixib reqibin qabaq gemilerinin yolunu kesir Nelsonun o dovrun en boyuk herbi gemisi olan 74 duymeli gemisi ispanlarin 30 duymeli Santissima Trinidad ina hucum edir Bu aciq askar admiralin emrinin pozulmasi demekdi Lakin agilli Cervis Nelsonun duz hereket etdiyini basa dusur ve o kapitan Kollinqvurda Nelsona komek etmeyi emr edir Belelikle ingilisler dusmenin dord xett gemisini ele kecirir Qalanlari qacir Nelson ozu iki dusmen gemisini admiralla beraber cekib aparir Ve o vaxtdan bu cur manevr Nelson korpusu adlanir Bu qelebeden sonra Cervis qraf derecesini Nelson ise kontr admiral rutbesini ve zadegan derecesini alirlar Horatsio Nelsonun qelebelerinin sayi hesabi yoxdur Hesablamalara gore bu meglubedilmez admiral omru uzunu 250 e qeder doyusde qelebe calmisdi ve onlarin taci Trafalqar doyusudur Hemin tarix doyusde Nelson fransiz ispan birlesmis donanmasina demek olar ki darmadagin etmisdi Hemin doyusun tesviri beledir 1805 ci ilde fransizlar ispanlarla birlesib Britaniya adalarina girmek planini hazirlayirlar Tekce fransizlar bunun ucun boyuklu kicikli iki min bes yuz gemi hazirlaya bilirler Bu xeberi esidib butun Britaniya heyecana dusur Napoleonun Avropadaki qelebeleri onun Italiyani bir zerbe ile feth etmesi onsuz da hamini sarsitmisdi Fransizlar Ingiltereye desant cixarmaq ucun 120 min secme esger hazirlamisdilar Nelson artiq evvelki doyuslerinde bir gozunu ve bir qolunu itirmisdi Buna baxmayaraq Ingiltere hokumeti onu Boyuk Britaniyanin herbi deniz quvvelerinin bas komandani tesdiq etdi 1805 ci il sentyabrin 13 de Nelson Marton limanini terk edib Portsmuta onu gozleyen flaqman gemisi Viktoriyaya gelib ele hemin gun goyerteye cixdi Fransa Ispaniya gemilerinin sayi ingilis gemilerinden cox idi Lakin Nelson bilirdi ki ingilis zabit ve denizcileri fransizlardan ve xususile ispanlardan qat qat tecrubeli ve dozumludurler Doyus planini Nelson oktyabrin 21 de Viktoriya nin goyertesinde hazirladi Admiral Kollinqvud ikinci flaqman gemisi ile dusmen gemileri arasina girib onu parcalamali sonra ise Nelsonun destesi doyuse girib onun taleyini hell etmeli idi Nelsonun 27 muttefiqlerin ise 38 gemisi doyuse cixmisdi Toplarin sayinca da muttefiqler irelide idiler Donanmalar Cebellutariq yanindaki Trafalqar burnunda uz uze geldiler Fransizlar gemilerini aypara seklinde duzmusduler Ingilisler Konlinqvudu ireli verib agir agir onun ardinca irelilediler Doyus baslananda onlar plani deyisdiler ve Nelsonla Kollinqvud elbir sekilde fransizlarin merkezine dogru hucuma kecdiler OlumuNelson admiral geyiminde sinesinde parildayan ordenler Viktoriya nin goyertesinde idi Ona yerini ya da planlarini deyismeyi teklif etdilerse de razi olmadi Doyus baslandi Kollinqvud ireli getdi Dusmenler Viktoriya ni gorub atese tutdular Ingilis gemileri reqiblerin cergelerini pozdular Fransiz topcularinin ateslerinden Viktoriya nin goyertesindeki butun matros ve zabitler helak oldu Yalniz kapitan Hardi ile Nelson sag qaldilar Ingilis gemileri daha serrast ates acirdi ve dusmen gemilerinin itkisi daha cox idi Hardi bir de donub baxanda dehset icinde Nelsonun yixildigini gordu Admiral Nelson ona catan Hardiye dedi Onlar nehayet ki menim axirima cixdilar Saat 2 de fransiz flaqmani bayragini endirdi ve bas komandan Vilnov esir alindi Nelsonu tebrik edib xeber verdiler ki 15 dusmen gemisi esir alinib HMS Victory gemisinin kapitani Tomas Hardi olen Nelsonun sonuncu sualina doyusun hele bitmemisine baxmayaraq cavab verir Milord bu gun sizindir Nelson ona ing Kiss me Hardy Meni op Hardi Hardi onun xayisini yerine yetirir Nelsonun son sozu ing Thank God I have performed my duty Tanriya sukurler olsun men oz borcumu yerine yetire bildim olur Belelikle Nelson 250 ci qelebesini gorub sonra gozlerini yumdu Bu dunya herb tarixinde en boyuk qelebelerden biri idi Doyusde 6 min reqib ve 3 min ingilis denizcisi helak oldu Yalniz 11 dusmen gemisi geri qayida bildi Maraqli faktlarCoxlu sayda deniz doyuslerinde qalib gelmis ve ingilis donanmasinda bas komandan vitse admiral rutbesine qeder catmis Horatsio Nelson butun omru boyu deniz xesteliyinden eziyyet cekib Nelsonun serefine Trafalqar meydaninda Nelson sutunu ucaldilib Vikianbarda Horatsio Nelson ile elaqeli mediafayllar var Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Pocock T Horatio Nelson Viscount Nelson Encyclopaedia Britannica ing