Hirkan həmişəyaşıl şümşadı (lat. Buxus sempervirens subsp. hyrcana) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinin şümşad cinsinin həmişəyaşıl şümşad növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Hirkan həmişəyaşıl şümşadı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Yarımnöv: Hirkan həmişəyaşıl şümşadı | ||||||
Beynəlxalq elmi adı | ||||||
| ||||||
|
Bioloji xüsusiyyətləri
Təbiətdə sıx budaqlı bir kol bitkisidir. Bəzən 6-10 m-ədək hündürlüyə çatan ağac şəklini alır. Gövdəsinin qabığı nazik, açıq bozumtul-sarı, hamar olub, qoca ağaclarda xırda çatlıdır. Çoxbudaqlı, sıxçətirli olub, cavan zoğlar dördüzlüdür. Bitkinin cavan zoğları yaşıl rəngdə olub, 4 guşəli, azca tüklüdür. Yarpaqları ellipsvarı, yumurta şəklində olub 1-3 sm uzunluğundadır. Yarpaqları qalın dərivarı olub, üstdən parlaq tünd-yaşıl, altdan nisbətən açıq-yaşıl rənglidir. Yarpaq saplağı 2-5 mm uzunluğunda olub, sərt tüklüdür. Tam kənarlıdır, yarpağının ucları yuvarlaq və ya xəfif dişlidir. Çiçəkləri yarpaqların qoltuğunda yerləşir, oturan olub, yaşılımtıldır. Çiçək qrupu dəstəli-sünbülvaridir. Dişi çiçəkləri adətən 1-3 ədəd olmaqla sünbülün ucunda yerləşir. Kapsul şəklində meyvəsi 8-10 mm ölçüsündə olub, tam yetişəndə tünd-bozumtul rəng alır. Toxumlarının sayı 5-6 ədəd olub, parlaq qara rənglidir. Oduncağı açıq-sardır. İllik halqaları görünmür. Gövdəsi ağır və sərtdir.
Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri
Mart-aprel aylarında çiçəkləyir. Meyvələri iyul-avqust aylarında yetişir. Tozlanması entomofildir. Toxumla və vegetativ yolla çoxalır. Rütubətli kölgəli dərələrdə, təzə, qalın, humusla zəngin olan torpaqlarda təsadüf edilir. Dəniz səviyyəsindən 400-800 m yüksəkliyə kimi yayılmışdır. Aşağı dağ qurşağından (ovalıqdan) orta dağ qurşağına qədər, palıd-dəmirağacı, vələs qarışıq hirkan və fıstıq meşələrində II yarsuda və ya meşəakltı kol kimi bitir. Dekorativ bitkidir. Həmyşəyaşıl, quraqlığa nisbətən davamlı olub, tək-tək və ya qrupla əkilmək üçün, həmçinin canlı çəpər və bordür yaratmaq üçün yararlıdır.
Yayılması
Lənkəran ovalığı (Astara rayonu — Maşxan, Züngüləş, Təngərud, Şüvi kəndləri, Lənkəran rayonu — Aşağı Apu, Yuxarı Apu və Rvo kəndləri), Lənkəranın dağlıq hissəsi (Lerik rayonu — 40-cı km sahəsi və Siov kəndi və Yardımlı rayonu — Şövut kəndi). Hirkan tipli qarışıq meşələrdə meşəaltı kimi və ayrı-ayrı massivlər şəklində olmaqla 70 hektardan artıq sahə tutur. Hirkan Milli Parkının ərazisində Xanbulaq, Çayüzü, Yuxarı Şuvi, Ovala, Əhmədikago, Kakamod, Biləsər ərazilərində daha geniş yayılmışdır.
Sayı və tendensiyası
Hirkan Milli Parkında qorunmasına baxmayaraq, antropogen təsirlər nəticəsində populyasiyanın vəziyyətində azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
Meşələrin sistemsiz qırılması.
Mühafizə tədbirləri
Nəsli tam kəsilməmək üçün Hirkan Milli Parkında mühafizə olunur.
İstinadlar
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hirkan hemiseyasil sumsadi lat Buxus sempervirens subsp hyrcana bitkiler aleminin sumsadcicekliler destesinin sumsadkimiler fesilesinin sumsad cinsinin hemiseyasil sumsad novune aid bitki yarimnovu IUCN Qirmizi Siyahisina gore novun kateqoriyasi ve statusu Tehlukeli hedde yaxin olanlar kateqoriyasina aiddir VU D2 Azerbaycanin nadir novudur Hirkan hemiseyasil sumsadiElmi tesnifatDomen EukariotlarKlad DiaphoretickesRanqsiz ArxeplastidlerAlem BitkilerKlad StreptofitlerKlad EmbryophytesKlad Klad Klad Toxumlu bitkilerKlad Cicekli bitkilerKlad Deste SumsadciceklilerFesile SumsadkimilerCins SumsadNov Hemiseyasil sumsadYarimnov Hirkan hemiseyasil sumsadiBeynelxalq elmi adiBuxus sempervirens subsp hyrcana Takht 1972Seklin VikiAnbarda axtarisiNCBI 1954352Bioloji xususiyyetleriTebietde six budaqli bir kol bitkisidir Bezen 6 10 m edek hundurluye catan agac seklini alir Govdesinin qabigi nazik aciq bozumtul sari hamar olub qoca agaclarda xirda catlidir Coxbudaqli sixcetirli olub cavan zoglar dorduzludur Bitkinin cavan zoglari yasil rengde olub 4 guseli azca tukludur Yarpaqlari ellipsvari yumurta seklinde olub 1 3 sm uzunlugundadir Yarpaqlari qalin derivari olub ustden parlaq tund yasil altdan nisbeten aciq yasil renglidir Yarpaq saplagi 2 5 mm uzunlugunda olub sert tukludur Tam kenarlidir yarpaginin uclari yuvarlaq ve ya xefif dislidir Cicekleri yarpaqlarin qoltugunda yerlesir oturan olub yasilimtildir Cicek qrupu desteli sunbulvaridir Disi cicekleri adeten 1 3 eded olmaqla sunbulun ucunda yerlesir Kapsul seklinde meyvesi 8 10 mm olcusunde olub tam yetisende tund bozumtul reng alir Toxumlarinin sayi 5 6 eded olub parlaq qara renglidir Oduncagi aciq sardir Illik halqalari gorunmur Govdesi agir ve sertdir Bioloji ekoloji ve fitosenoloji xusussiyyetleriMart aprel aylarinda cicekleyir Meyveleri iyul avqust aylarinda yetisir Tozlanmasi entomofildir Toxumla ve vegetativ yolla coxalir Rutubetli kolgeli derelerde teze qalin humusla zengin olan torpaqlarda tesaduf edilir Deniz seviyyesinden 400 800 m yuksekliye kimi yayilmisdir Asagi dag qursagindan ovaliqdan orta dag qursagina qeder palid demiragaci veles qarisiq hirkan ve fistiq meselerinde II yarsuda ve ya meseaklti kol kimi bitir Dekorativ bitkidir Hemyseyasil quraqliga nisbeten davamli olub tek tek ve ya qrupla ekilmek ucun hemcinin canli ceper ve bordur yaratmaq ucun yararlidir YayilmasiLenkeran ovaligi Astara rayonu Masxan Zungules Tengerud Suvi kendleri Lenkeran rayonu Asagi Apu Yuxari Apu ve Rvo kendleri Lenkeranin dagliq hissesi Lerik rayonu 40 ci km sahesi ve Siov kendi ve Yardimli rayonu Sovut kendi Hirkan tipli qarisiq meselerde mesealti kimi ve ayri ayri massivler seklinde olmaqla 70 hektardan artiq sahe tutur Hirkan Milli Parkinin erazisinde Xanbulaq Cayuzu Yuxari Suvi Ovala Ehmedikago Kakamod Bileser erazilerinde daha genis yayilmisdir Sayi ve tendensiyasiHirkan Milli Parkinda qorunmasina baxmayaraq antropogen tesirler neticesinde populyasiyanin veziyyetinde azalma tendensiyasi musahide olunur Mehdudlasdirici amillerMeselerin sistemsiz qirilmasi Muhafize tedbirleriNesli tam kesilmemek ucun Hirkan Milli Parkinda muhafize olunur IstinadlarHemcinin bax