Hindistanda ali təhsil — Hindistan Federativ Respublikasının ali təhsil sistemi
Hindistanda texnologiya, idarəetmə, informasiya texnologiyaları institutları, mərkəzi universitetlər və digər çoxsaylı ali məktəblər olmaqla ümumilikdə 367 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkənin ən qədim ali təhsil müəssisələri 1857-ci ildə yaradılmış Mədrəs, Kəlkətə və Mumbay universitetləridir.
Mərkəzi hökumət ali təhsil sahəsində inkişaf strategiyasının hazırlanması, ali məktəb standartlarının, elmi-tədqiqatların, elmi və texniki müəssisələrin işinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üzrə mühüm səlahiyyətlərə malikdir.
Hökumət Universitet Qrant Komissiyasına qrantlar verir və ölkədə Mərkəzi universitetləri təsis edir. Həmçinin Universitet Qrant Komissiyasının tövsiyələrinə əsasən hökumət tərəfindən bəzi təhsil müəssisələrinin "Universitet hesab edilənlər" qrupuna daxil olmasına icazə verilir.
Ştatlarda universitetlərin və kolleclərin təsis olunması yerli hökumətlərin səlahiyyətləri çərçivəsindədir. Bu müəssisələrin inkişafı və saxlanılması üçün planlaşdırılmış qrantlar ayrılır. Ştatlar arasında təhsil sahəsində koordinasiya işi Təhsil üzrə Mərkəzi Məşvərət Şurası vasitəsilə həyata keçirilir. Eləcə də ölkədə bu şuralar fəaliyyət göstərir:
- Ümumhindistan Texniki Təhsil Şurası;
- Tibb Şurası;
- Peşə Şurası;
- Kənd Təsərrüfatı Tədqiqatı Şurası;
- Müəllimlərin Təhsili üzrə Milli Şura;
- Stomatologiya Şurası;
- Əczaçılıq Şurası;
- Uşaqlara Qayğı Şurası;
- Vəkillər Şurası;
- Homeopatiya üzrə Mərkəzi Şura;
- Hind Müalicəsi üzrə Mərkəzi Şura;
- Memarlıq Şurası;
- Distant Təhsil Şurası;
- Reabilitasiya Şurası;
- Ali Təhsil üzrə Dövlət Şurası.
İnsan Resurslarının İnkişafı Nazirliyinə tabe olan Mərkəzi universitetlər Universitet Qrant Şurasının verdiyi qrantlar hesabına maliyyələşir. İndira Qandi Milli Açıq Universiteti isə birbaşa İnsan Resurslarının İnkişafı Nazirliyi tərəfindən maliyyələşdirilir.
İnsan Resurslarının İnkişafı Nazirliyinin nəzdindəki Mərkəzi universitetlərdən başqa Kənd Təsərrüfatı Nazirliyinin, Dəniz Nəqliyyatı Nazirliyinin, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Mərkəzi universitetlər də mövcuddur.
Ştat universitetləri yerli qanunvericiliyə əsasən təsis olunur. Hindistanda 220-yə yaxın ştat universiteti fəaliyyət göstərir. Universitet Qrant Komissiyası bu universitetlərin yalnız bir hissəsinə planlaşdırılmış büdcə vəsaitləri ayırır. Digər ştat universitetləri, o cümlədən mühəndislik və texnologiya şöbələri olan kənd təsərrüfatı universitetləri üçün xüsusi qrantlar verilir.
Universitet statusu olmayan, lakin spesifik sahə üzrə yüksək standartlara uyğun təhsil verən ali təhsil müəssisələri Universitet Qrant Komissiyasının tövsiyəsinə əsasən mərkəzi hökumət tərəfindən "Universitet hesab edilənlər" qrupuna daxil olunur. "Universitet hesab edilənlər" qrupuna daxil olan ali təhsil müəssisələri akademik statusa malikdir və onlara universitetlərə məxsus imtiyazlar verilir. Universitet hesab edilən ali təhsil müəssisələrində tibb, fizika, balıqçılıq, dil, ictimai elmlər, demoqrafiya, statistika, yeyinti sənayesi, meşə sənayesi, silah texnologiyası, dənizçilik, idman, musiqi, informasiya texnologiyaları üzrə təhsil və tədqiqat imkanları yaradılır. İnsan Resurslarının İnkişafı Nazirliyinin Ali təhsil şöbəsi universitet hesab edilən müəssisələr üçün qrantların verilməsi prosesində şəffaflığın təmin olunmasına nəzarət edir.
Universitet Qrant Komissiyası, həmçinin müstəqil universitetlərarası mərkəzlər təsis edir. Belə ilk tədqiqat mərkəzi 1994-cü ildə təsis olunmuş Nüvə Elmi Mərkəzidir. Hazırda universitetlərdə 6 müstəqil universitetlərarası mərkəz fəaliyyət göstərir.
1994-cü ildə Universitet Qrant Komissiyası tərəfindən təsis olunmuş Milli Qiymətləndirmə və Akkreditasiya Şurası müstəqil qurumdur. Şuranın əsas məqsədi ali təhsil müəssisələrinin, universitet və kolleclərin, onların şöbələrinin, fakültələrinin, tədris proqramlarının qiymətləndirilməsini və akkreditasiyasını həyata keçirməkdir.
Ali texniki peşə təhsili müəssisələrində hazırlanan yüksək ixtisaslı mütəxəssislər sənaye məhsuldarlığının artırılmasına layiqli töhfələr verirlər. Bu təhsil müəssisələri ölkənin insan resurslarının inkişafında mühüm rol oynayır.
Ali texniki təhsil mühəndislik, texnologiya, idarəetmə, memarlıq, şəhərsalma, əczaçılıq, tətbiqi sənət, otelçilik, ictimai iaşə sahələrini əhatə edir. Bu müəssisələr 3 qrupa bölünür:
- mərkəzi hökumətdən maliyyələşən universitetlər;
- ştatdan maliyyələşən universitetlər;
- özünü maliyyələşdirən universitetlər.
Texniki təhsil müəssisələrinin fəaliyyəti, yeni kursların açılmasına 1945-ci ildə təsis olunmuş Ümumhindistan Texniki Təhsil Şurası icazə verir. Şura müvafiq müəssisələrin və proqramların akkreditasiyası vasitəsilə texniki təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edir. Şuranın baş iqamətgahı Dehlidə yerləşir və 7 regional idarəsi fəaliyyət göstərir.
Ümumhindistan Texniki Təhsil Şurası mühəndislik təhsili və biznes məktəblərinin monitorinq və akkreditasiyasını həyata keçirir. Hindistan Tibb Şurası isə tibb təhsili müəssisələrinin monitorinq və akkreditasiyasını aparır. Kənd Təsərrüfatı Tədqiqatı Şurası, Müəllimlərin Təhsili üzrə Milli Şura isə ölkədəki bütün müvafiq təhsil müəssisələrinin monitorinqini həyata keçirir.
Ölkədə bir sıra mühəndislik, idarəetmə və tibb təhsili müəssisələri İnsan Resurslarının İnkişafı Nazirliyi tərəfindən idarə olunur. Hindistanda əksər təhsil müəssisələri əcnəbi tələbələr üçün çox az yer ayırır.
1972-ci ildə Hindistan Parlamenti tərəfindən təsis edilmiş Memarlıq Şurasında ölkədəki bütün memarların qeydiyyatdan keçməsi nəzərdə tutulur. Memarlıq Şurası memarların qeydiyyatını aparmaqla yanaşı, ekspertlər komitəsi vasitəsilə memarlıq sahəsi üzrə ixtisaslaşmış təhsil müəssisələrində müvafiq standartlara riayət olunmasına da nəzarət edir.
İstedadlı tələbələrin stimullaşdırılmasına xidmət edən bir sıra təqaüdlər xüsusilə innovativ metodların istifadə olunduğu ali təhsil müəssisələrinə və gənclərin xarici ölkələrdə təhsil almasına yönəldilir. Mədəni Mübadilə Proqramları çərçivəsində xarici ölkələrdə təhsil almaq istəyən hindistanlı tələbələr üçün müəyyən olunmuş xarici təqaüdlərə İnsan Resurslarının İnkişafı Nazirliyi nəzarət edir. Tələbələr bu təqaüd vasitəsilə prioritet hesab edilən ixtisaslar üzrə xaricdə təhsil ala bilərlər. Təqaüdə layiq görülən tələbələr müvafiq fənn ekspertlərindən ibarət Seçim Komitəsi tərəfindən müəyyənləşdirilir. Təqaüdlərin əksər hissəsi təhsilin doktorantura pilləsi üçün nəzərdə tutulur.
Həmçinin bax
Mənbə
- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Hindistan Federativ Respublikasının təhsil sistemi 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Hindistan Federativ Respublikası İnsan Resurslarının İnkişafı Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 01.07.2011, № 25. (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hindistanda ali tehsil Hindistan Federativ Respublikasinin ali tehsil sistemi Hindistanda texnologiya idareetme informasiya texnologiyalari institutlari merkezi universitetler ve diger coxsayli ali mektebler olmaqla umumilikde 367 ali tehsil muessisesi fealiyyet gosterir Olkenin en qedim ali tehsil muessiseleri 1857 ci ilde yaradilmis Medres Kelkete ve Mumbay universitetleridir Medres Universiteti Kelkete Universiteti Mumbay Universiteti Merkezi hokumet ali tehsil sahesinde inkisaf strategiyasinin hazirlanmasi ali mekteb standartlarinin elmi tedqiqatlarin elmi ve texniki muessiselerin isinin elaqelendirilmesi ve istiqametlendirilmesi uzre muhum selahiyyetlere malikdir Hokumet Universitet Qrant Komissiyasina qrantlar verir ve olkede Merkezi universitetleri tesis edir Hemcinin Universitet Qrant Komissiyasinin tovsiyelerine esasen hokumet terefinden bezi tehsil muessiselerinin Universitet hesab edilenler qrupuna daxil olmasina icaze verilir Statlarda universitetlerin ve kolleclerin tesis olunmasi yerli hokumetlerin selahiyyetleri cercivesindedir Bu muessiselerin inkisafi ve saxlanilmasi ucun planlasdirilmis qrantlar ayrilir Statlar arasinda tehsil sahesinde koordinasiya isi Tehsil uzre Merkezi Mesveret Surasi vasitesile heyata kecirilir Elece de olkede bu suralar fealiyyet gosterir Umumhindistan Texniki Tehsil Surasi Tibb Surasi Pese Surasi Kend Teserrufati Tedqiqati Surasi Muellimlerin Tehsili uzre Milli Sura Stomatologiya Surasi Eczaciliq Surasi Usaqlara Qaygi Surasi Vekiller Surasi Homeopatiya uzre Merkezi Sura Hind Mualicesi uzre Merkezi Sura Memarliq Surasi Distant Tehsil Surasi Reabilitasiya Surasi Ali Tehsil uzre Dovlet Surasi Insan Resurslarinin Inkisafi Nazirliyine tabe olan Merkezi universitetler Universitet Qrant Surasinin verdiyi qrantlar hesabina maliyyelesir Indira Qandi Milli Aciq Universiteti ise birbasa Insan Resurslarinin Inkisafi Nazirliyi terefinden maliyyelesdirilir Insan Resurslarinin Inkisafi Nazirliyinin nezdindeki Merkezi universitetlerden basqa Kend Teserrufati Nazirliyinin Deniz Neqliyyati Nazirliyinin Xarici Isler Nazirliyinin nezdinde fealiyyet gosteren Merkezi universitetler de movcuddur Stat universitetleri yerli qanunvericiliye esasen tesis olunur Hindistanda 220 ye yaxin stat universiteti fealiyyet gosterir Universitet Qrant Komissiyasi bu universitetlerin yalniz bir hissesine planlasdirilmis budce vesaitleri ayirir Diger stat universitetleri o cumleden muhendislik ve texnologiya sobeleri olan kend teserrufati universitetleri ucun xususi qrantlar verilir Universitet statusu olmayan lakin spesifik sahe uzre yuksek standartlara uygun tehsil veren ali tehsil muessiseleri Universitet Qrant Komissiyasinin tovsiyesine esasen merkezi hokumet terefinden Universitet hesab edilenler qrupuna daxil olunur Universitet hesab edilenler qrupuna daxil olan ali tehsil muessiseleri akademik statusa malikdir ve onlara universitetlere mexsus imtiyazlar verilir Universitet hesab edilen ali tehsil muessiselerinde tibb fizika baliqciliq dil ictimai elmler demoqrafiya statistika yeyinti senayesi mese senayesi silah texnologiyasi denizcilik idman musiqi informasiya texnologiyalari uzre tehsil ve tedqiqat imkanlari yaradilir Insan Resurslarinin Inkisafi Nazirliyinin Ali tehsil sobesi universitet hesab edilen muessiseler ucun qrantlarin verilmesi prosesinde seffafligin temin olunmasina nezaret edir Universitet Qrant Komissiyasi hemcinin musteqil universitetlerarasi merkezler tesis edir Bele ilk tedqiqat merkezi 1994 cu ilde tesis olunmus Nuve Elmi Merkezidir Hazirda universitetlerde 6 musteqil universitetlerarasi merkez fealiyyet gosterir 1994 cu ilde Universitet Qrant Komissiyasi terefinden tesis olunmus Milli Qiymetlendirme ve Akkreditasiya Surasi musteqil qurumdur Suranin esas meqsedi ali tehsil muessiselerinin universitet ve kolleclerin onlarin sobelerinin fakultelerinin tedris proqramlarinin qiymetlendirilmesini ve akkreditasiyasini heyata kecirmekdir Ali texniki pese tehsili muessiselerinde hazirlanan yuksek ixtisasli mutexessisler senaye mehsuldarliginin artirilmasina layiqli tohfeler verirler Bu tehsil muessiseleri olkenin insan resurslarinin inkisafinda muhum rol oynayir Ali texniki tehsil muhendislik texnologiya idareetme memarliq sehersalma eczaciliq tetbiqi senet otelcilik ictimai iase sahelerini ehate edir Bu muessiseler 3 qrupa bolunur merkezi hokumetden maliyyelesen universitetler statdan maliyyelesen universitetler ozunu maliyyelesdiren universitetler Texniki tehsil muessiselerinin fealiyyeti yeni kurslarin acilmasina 1945 ci ilde tesis olunmus Umumhindistan Texniki Tehsil Surasi icaze verir Sura muvafiq muessiselerin ve proqramlarin akkreditasiyasi vasitesile texniki tehsilin keyfiyyetinin yukseldilmesini temin edir Suranin bas iqametgahi Dehlide yerlesir ve 7 regional idaresi fealiyyet gosterir Umumhindistan Texniki Tehsil Surasi muhendislik tehsili ve biznes mekteblerinin monitorinq ve akkreditasiyasini heyata kecirir Hindistan Tibb Surasi ise tibb tehsili muessiselerinin monitorinq ve akkreditasiyasini aparir Kend Teserrufati Tedqiqati Surasi Muellimlerin Tehsili uzre Milli Sura ise olkedeki butun muvafiq tehsil muessiselerinin monitorinqini heyata kecirir Olkede bir sira muhendislik idareetme ve tibb tehsili muessiseleri Insan Resurslarinin Inkisafi Nazirliyi terefinden idare olunur Hindistanda ekser tehsil muessiseleri ecnebi telebeler ucun cox az yer ayirir 1972 ci ilde Hindistan Parlamenti terefinden tesis edilmis Memarliq Surasinda olkedeki butun memarlarin qeydiyyatdan kecmesi nezerde tutulur Memarliq Surasi memarlarin qeydiyyatini aparmaqla yanasi ekspertler komitesi vasitesile memarliq sahesi uzre ixtisaslasmis tehsil muessiselerinde muvafiq standartlara riayet olunmasina da nezaret edir Istedadli telebelerin stimullasdirilmasina xidmet eden bir sira teqaudler xususile innovativ metodlarin istifade olundugu ali tehsil muessiselerine ve genclerin xarici olkelerde tehsil almasina yoneldilir Medeni Mubadile Proqramlari cercivesinde xarici olkelerde tehsil almaq isteyen hindistanli telebeler ucun mueyyen olunmus xarici teqaudlere Insan Resurslarinin Inkisafi Nazirliyi nezaret edir Telebeler bu teqaud vasitesile prioritet hesab edilen ixtisaslar uzre xaricde tehsil ala bilerler Teqaude layiq gorulen telebeler muvafiq fenn ekspertlerinden ibaret Secim Komitesi terefinden mueyyenlesdirilir Teqaudlerin ekser hissesi tehsilin doktorantura pillesi ucun nezerde tutulur Hemcinin baxHindistanda tehsilMenbeBesaret Memmedov Ramil Huseynov Dunya tehsili Hindistan Federativ Respublikasinin tehsil sistemi 2014 09 09 at the Wayback Machine Yazinin hazirlanmasinda Hindistan Federativ Respublikasi Insan Resurslarinin Inkisafi Nazirliyinin resmi materiallarindan istifade olunub Azerbaycan muellimi qezeti 01 07 2011 25 az