Hindistanda təhsil — Cənubi Asiyada, Hindistan yarımadasında yerləşən Hindistan Federativ Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi.
Tarixi
Hindistan tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar.
Müasir təhsil sistemi
Hindistanda müasir təhsil sistemi hökumətin nəzarəti altındadır. Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün bu ölkədə geniş təhsil sistemi təşəkkül tapıb.
2005-ci ilin statistik məlumatlarına görə, Hindistanda əhalinin ümumi savadlılıq səviyyəsi təxminən 64,8 faiz təşkil edir. Qadınların savadlılıq səviyyəsi isə 53,7 faizə bərabərdir. Əhalinin 85 faizi ibtidai təhsilə, 39 faizi orta təhsilə, 9 faizi isə ali təhsilə cəlb olunub.
2005-ci ildə Hindistanda 410 milyondan çox 6-24 yaşlı gənc olmuşdur ki, bu da ümumi əhalinin təxminən 38 faizini təşkil edirdi. Onların yalnız 237 milyon nəfəri təhsilə cəlb olunmuşdur. Ölkə üzrə müəllimlərin ümumi sayı isə 7 milyon nəfərə yaxındır.
Ölkədə məktəbəqədər təhsil sistemi geniş inkişaf etmədiyindən uşaqların məktəbə hazırlığında müəyyən çatışmazlıqlar özünü büruzə verir. Hindistan Konstitusiyasına əsasən 14 yaşına qədər uşaqlara icbari təhsil almaq hüququ verilir. İbtidai və orta təhsil pilləsində 6-18 yaş arasındakı uşaqlar təhsil alır. 8 il davam edən ibtidai təhsilə 6-14 yaşlı uşaqlar cəlb olunur.
Bəzi ştatların qanunvericiliyinə əsasən məktəb təhsili, yaşlıların təhsili və qeyri-formal təhsil üzrə müvafiq vəzifələr yerli idarəetmə qurumlarına (pançayatlar və bələdiyyələr) həvalə edilib. İbtidai təhsil pilləsində ana dilinin tədrisi üzrə müvafiq şəraitin yaradılması ştat hökuməti və yerli idarəetmə orqanlarının əsas vəzifələrindəndir. Evdə təhsil Hindistanda qanuni təhsil formalarından biridir.
Hindistanda 367 texnologiya, idarəetmə, informasiya texnologiyaları institutları, mərkəzi universitetlər və digər çoxsaylı ali məktəblər fəaliyyət göstərir. Bu ölkədə bütün ixtisaslar üzrə mütəxəssis hazırlayan 18000-dən artıq kollec var ki, onların da 1902-si yalnız qadınların təhsil aldığı tədris müəssisəsidir.
Ölkədə ali təhsil müddəti ixtisaslardan asılı olaraq 3-6 il arasında dəyişir. Bir çox ixtisaslar üzrə ali təhsilin bakalavriat pilləsi 3, magistratura pilləsi isə 2 il davam edir.
Hindistanda yaşlıların təhsili müxtəlif proqramlar və qrantlar çərçivəsində həyata keçirilir. Bu baxımdan savadsızlığın ləğvi üzrə milli strategiya əsas rol oynayır. Yaşlıların təhsili sahəsində QHT-lər də fəal iştirak edir, hər kəsə həyatboyu təlim imkanının yaradılması istiqamətində ciddi səylər göstərilir. Əhalinin aztəminatlı təbəqələri üçün nəzərdə tutulmuş peşə təlimi proqramları və qadınların savadlılıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.
Ölkə konstitusiyasına əsasən milli azlıqların təhsili vətəndaşların bərabərliyi prinsipinə uyğun olaraq təşkil edilir. Hökumət etnik azlıqların təhsil imkanlarının artırılmasına xüsusi diqqət yetirir. Bu baxımdan həyata keçirilən tədbirləri müəyyənləşdirən Milli Azlıqların Təhsili üzrə Milli Monitorinq Komitəsi 2004-cü ildə təsis edilib. Bu quruma insan resurslarının inkişafı naziri sədrlik edir. Komitənin tərkibi etnik azlıqların nümayəndələrini təmsil edən tanınmış təhsil işçiləri, alimlər, parlament üzvləri və dövlət rəsmilərindən ibarətdir.
Hindistanın İnsan Resurslarının İnkişafı Nazirliyi təhsilin idarə olunmasını yerinə yetirən əsas dövlət qurumudur. Bu nazirlik iki şöbədən ibarətdir. Məktəb təhsili və savadlılığı şöbəsi və Ali təhsil şöbəsi. Məktəb təhsili və savadlılıq şöbəsi ibtidai, orta təhsil və yaşlıların təhsilinə məsuldur. Ali təhsil şöbəsi isə ali təhsilə, ali texniki peşə təhsilinə, milli azlıqların təhsilinə, dərslik və müəllif hüquqları məsələlərinə cavabdehdir.
Mərkəzi hökumət 9,77 milyard ABŞ dolları həcmində olan ümumi təhsil büdcəsinin 65,6 faizini ibtidai təhsilə (6,41 milyard ABŞ dolları), 9,9 faizini orta təhsilə (964,48 milyon ABŞ dolları), 2,9 faizini yaşlıların təhsilinə (278,75 milyon ABŞ dolları), 9,5 faizini ali təhsilə (931,36 milyon ABŞ dolları), 10,7 faizini ali texniki peşə təhsilinə (1,05 milyard ABŞ dolları), yerdə qalan 1,4 faizini (139,04 milyon ABŞ dolları) isə digər məqsədlər üçün ayırır.
Məktəbəqədər təhsil
Hindistanda 493000-dən çox məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Qeyd olunan tədris ocaqlarına cəlb edilmiş uşaqların sayı təxminən 27 milyon nəfərə yaxındır. Onların 12 milyon nəfərindən çoxunu qızlar təşkil edir.
Hindistanın Təhsil üzrə Milli Strategiyasında məktəbəqədər təhsilin vacibliyinə xüsusi diqqət yetirilir. Məktəbəqədər təhsil müəssisələri Qadın və Uşaqların İnkişafı Nazirliyinin tabeliyindədir.
Sarva Şikşa Abhiyan Proqramı çərçivəsində də məktəbəqədər təhsil müəssisələri qismən maliyyələşir. Hindistanda müvafiq yaş qrupundakı uşaqların çox az hissəsi məktəbəqədər müəssisələrə cəlb olunub.
Ölkənin məktəbəqədər təhsil müəssisələrində təhsil aşağı və yuxarı mərhələ olmaqla, iki pillədən ibarətdir. Aşağı pillə 3-4, yuxarı pillə isə 5-6 yaşlı uşaqları əhatə edir.
Məktəbəqədər təhsil müəssisələri bir çox hallarda məktəblərin tərkibində yerləşir. Belə məktəbəqədər təhsil müəssisələrində nisbətən erkən yaşlı uşaqlar da (2 yaşlı) bağçaların bir hissəsi olan xüsusi qayğı qruplarında təhsil alırlar. İqtisadi cəhətdən daha çox kasıb olan bölgələrdə isə uşaqlar daha tez körpələr evinə verilir. Ancaq belə müəssisələrin sayı olduqca məhduddur.
İbtidai təhsil
Hindistanda ibtidai təhsil pilləsinə uşaqların qəbulu 6 yaşdan başlayır. 8 illik pulsuz ibtidai təhsil icbaridir.
İbtidai təhsil pilləsi iki dövrə bölünür:
- ibtidai pillə — I-V sinifləri (6-11 yaşlı uşaqları) əhatə edir. Bəzi ştatlarda bu pilləyə I-IV siniflər daxildir.
- yuxarı ibtidai pillə — VI-VIII sinifləri (11-14 yaşlı uşaqları) əhatə edir. Bəzi ştatlarda bu pillə VII sinifdə başa çatır.
Hökumət 2001-ci ildən ibtidai təhsilin kütləviliyinin artırılması və keyfiyyətin yüksəldilməsi üçün müxtəlif proqramların həyata keçirilməsini təmin edir. Bununla da müəllim-şagird nisbətinin tənzimlənməsi, müəllimlərin ixtisasartırma təhsilinə cəlb edilməsinin intensivləşdirilməsi, yeni tədris materiallarının və dərsliklərin hazırlanması məsələlərinin həllində ciddi irəliləyiş müşahidə olunur. Hökumətin səylərinə baxmayaraq, hələ də qarşıya qoyulmuş vəzifələr tam olaraq həllini tapmayıb. Bu da yoxsulluq, təhsil alanlara qarşı əhalinin müəyyən təbəqəsində formalaşmış qınayıcı təsəvvürlərin olması, mövhumat və digər səbəblərlə bağlıdır. İlbəil qadınların savadlılıq səviyyəsinin yüksəlməsinə baxmayaraq, qızların yalnız bir qisminin təhsil alması qadın və kişilər arasındakı savadlılıq fərqinin böyük olmasına, ibtidai təhsilin kütləviləşməsinə maneə yaradan ən böyük problemlərdən biridir.
Statistikaya görə, Hindistanda bütün ibtidai təhsil müəssisələrinin təxminən 80 faizini dövlət məktəbləri təşkil edir. Lakin dövlət təhsil müəssisələrində təhsilin keyfiyyəti aşağı olduğu üçün uşaqların 27 faizi özəl məktəblərdə oxuyur. Hətta ən kasıb ailələrdən olan uşaqlar da dövlət məktəblərində təhsilin pulsuz olmasına baxmayaraq, bəzən özəl məktəblərdə oxumağa üstünlük verirlər.
Orta təhsil
Hindistanda 4 illik orta ümumi təhsil pilləsi IX-XII sinifləri (14-18 yaş) əhatə edir. Bu təhsil pilləsi iki yerə bölünür:
- orta məktəb pilləsi — əsasən IX-X sinifləri (14-16 yaş), bəzi ştatlarda isə VIII-X sinifləri əhatə edir.
- yuxarı orta məktəb pilləsi — XI-XII sinifləri əhatə edir.
Ali təhsil
Hindistanda texnologiya, idarəetmə, informasiya texnologiyaları institutları, mərkəzi universitetlər və digər çoxsaylı ali məktəblər olmaqla ümumilikdə 367 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Mərkəzi hökumət ali təhsil sahəsində inkişaf strategiyasının hazırlanması, ali məktəb standartlarının, elmi-tədqiqatların, elmi və texniki müəssisələrin işinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üzrə mühüm səlahiyyətlərə malikdir.
Hökumət Universitet Qrant Komissiyasına qrantlar verir və ölkədə Mərkəzi universitetləri təsis edir. Ştatlarda universitetlərin və kolleclərin təsis olunması yerli hökumətlərin səlahiyyətləri çərçivəsindədir. Bu müəssisələrin inkişafı və saxlanılması üçün planlaşdırılmış qrantlar ayrılır. Ştatlar arasında təhsil sahəsində koordinasiya işi Təhsil üzrə Mərkəzi Məşvərət Şurası vasitəsilə həyata keçirilir.
Beynəlxalq əməkdaşlıq
Hindistan təhsil sahəsində xarici ölkələrlə əməkdaşlığın inkişafına xüsusi önəm verir. 118 ölkə ilə təhsil sahəsində əməkdaşlığı tənzimləyən Mədəni Müqavilə imzalanıb. Eləcə də müxtəlif ölkələrlə 75 Mədəni Mübadilə Proqramı həyata keçirilir.
Təhsil sektorunun inkişafını və təhsilin beynəlmiləlləşməsini nəzərə alaraq İnsan Resurslarının İnkişafı Nazirliyində Beynəlxalq Əməkdaşlıq Şəbəkəsi yaradılıb. Beynəlxalq Əməkdaşlıq Şəbəkəsi təhsil sektorunda ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərini, müxtəlif ölkələrlə Təhsil Mübadilə Proqramlarının hazırlanmasını, icrasını koordinasiya edir.
Bundan əlavə, Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində Dehli şəhərində dünya səviyyəli beynəlxalq ali təhsil müəssisəsi olan Cənubi Asiya Universiteti təsis edilib. Hindistan ilə Avropa İttifaqı arasında 2008-ci və 2009-cu illərdə müştərək deklarasiyalar imzalanıb. YUNESKO ilə əməkdaşlıq üzrə Hindistan Milli Komissiyası səmərəli fəaliyyət göstərir.
Hindistan 32 ölkə ilə Təhsil Mübadilə Proqramları həyata keçirir. Bu proqramlar nəinki xaricdə təhsil məsələlərini, eləcə də xarici universitetlərin verdiyi dərəcələrin və ixtisasların tanınmasını əhatə edir.
"HBSC" tədqiqat qrupunun "Təhsil haqqı: uğurun əsası" adlı hesabatına əsasən, Hindistanda təhsil alan əcnəbi tələbələrin xərcləri ildə 6 min ABŞ dolları təşkil edir.
Həmçinin bax
Mənbə
- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Hindistan Federativ Respublikasının təhsil sistemi 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Hindistan Federativ Respublikası İnsan Resurslarının İnkişafı Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 01.07.2011, № 25. (az.)
İstinadlar
- Oruc Mustafayev, Beynəlxalq təhsil xəbərləri: Ən keyfiyyətli təhsil verən ölkələr[ölü keçid], "Azərbaycan müəllimi" qəzeti, 19.09.2014, № 36. (az.)
Xarici keçidlər
- India Education Data 2014-10-06 at the Wayback Machine
- Education in India, webdossier by Education Worldwide, a portal of the German Education Server
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hindistanda tehsil Cenubi Asiyada Hindistan yarimadasinda yerlesen Hindistan Federativ Respublikasinda movcud olan coxsaxeli tehsil sistemi TarixiHindistan tarixine nezer saldiqda burada tehsille bagli bir sira muhum hadiselere rast gelmek olar Muasir tehsil sistemi1857 ci ilde yaradilmis Mumbay Universiteti Hindistanda muasir tehsil sistemi hokumetin nezareti altindadir Ehalinin savadliliq seviyyesinin yukseldilmesi ucun bu olkede genis tehsil sistemi tesekkul tapib 2005 ci ilin statistik melumatlarina gore Hindistanda ehalinin umumi savadliliq seviyyesi texminen 64 8 faiz teskil edir Qadinlarin savadliliq seviyyesi ise 53 7 faize beraberdir Ehalinin 85 faizi ibtidai tehsile 39 faizi orta tehsile 9 faizi ise ali tehsile celb olunub 2005 ci ilde Hindistanda 410 milyondan cox 6 24 yasli genc olmusdur ki bu da umumi ehalinin texminen 38 faizini teskil edirdi Onlarin yalniz 237 milyon neferi tehsile celb olunmusdur Olke uzre muellimlerin umumi sayi ise 7 milyon nefere yaxindir Mekteblilerin nahar etmesi Olkede mektebeqeder tehsil sistemi genis inkisaf etmediyinden usaqlarin mektebe hazirliginda mueyyen catismazliqlar ozunu buruze verir Hindistan Konstitusiyasina esasen 14 yasina qeder usaqlara icbari tehsil almaq huququ verilir Ibtidai ve orta tehsil pillesinde 6 18 yas arasindaki usaqlar tehsil alir 8 il davam eden ibtidai tehsile 6 14 yasli usaqlar celb olunur Bezi statlarin qanunvericiliyine esasen mekteb tehsili yaslilarin tehsili ve qeyri formal tehsil uzre muvafiq vezifeler yerli idareetme qurumlarina pancayatlar ve belediyyeler hevale edilib Ibtidai tehsil pillesinde ana dilinin tedrisi uzre muvafiq seraitin yaradilmasi stat hokumeti ve yerli idareetme orqanlarinin esas vezifelerindendir Evde tehsil Hindistanda qanuni tehsil formalarindan biridir Imtahan vaxti Hindistanda 367 texnologiya idareetme informasiya texnologiyalari institutlari merkezi universitetler ve diger coxsayli ali mektebler fealiyyet gosterir Bu olkede butun ixtisaslar uzre mutexessis hazirlayan 18000 den artiq kollec var ki onlarin da 1902 si yalniz qadinlarin tehsil aldigi tedris muessisesidir Olkede ali tehsil muddeti ixtisaslardan asili olaraq 3 6 il arasinda deyisir Bir cox ixtisaslar uzre ali tehsilin bakalavriat pillesi 3 magistratura pillesi ise 2 il davam edir Hindistanda yaslilarin tehsili muxtelif proqramlar ve qrantlar cercivesinde heyata kecirilir Bu baximdan savadsizligin legvi uzre milli strategiya esas rol oynayir Yaslilarin tehsili sahesinde QHT ler de feal istirak edir her kese heyatboyu telim imkaninin yaradilmasi istiqametinde ciddi seyler gosterilir Ehalinin azteminatli tebeqeleri ucun nezerde tutulmus pese telimi proqramlari ve qadinlarin savadliliq seviyyesinin yukseldilmesi meqsedi ile bir sira tedbirler heyata kecirilir Olke konstitusiyasina esasen milli azliqlarin tehsili vetendaslarin beraberliyi prinsipine uygun olaraq teskil edilir Hokumet etnik azliqlarin tehsil imkanlarinin artirilmasina xususi diqqet yetirir Bu baximdan heyata kecirilen tedbirleri mueyyenlesdiren Milli Azliqlarin Tehsili uzre Milli Monitorinq Komitesi 2004 cu ilde tesis edilib Bu quruma insan resurslarinin inkisafi naziri sedrlik edir Komitenin terkibi etnik azliqlarin numayendelerini temsil eden taninmis tehsil iscileri alimler parlament uzvleri ve dovlet resmilerinden ibaretdir Hindistanin Insan Resurslarinin Inkisafi Nazirliyi tehsilin idare olunmasini yerine yetiren esas dovlet qurumudur Bu nazirlik iki sobeden ibaretdir Mekteb tehsili ve savadliligi sobesi ve Ali tehsil sobesi Mekteb tehsili ve savadliliq sobesi ibtidai orta tehsil ve yaslilarin tehsiline mesuldur Ali tehsil sobesi ise ali tehsile ali texniki pese tehsiline milli azliqlarin tehsiline derslik ve muellif huquqlari meselelerine cavabdehdir Merkezi hokumet 9 77 milyard ABS dollari hecminde olan umumi tehsil budcesinin 65 6 faizini ibtidai tehsile 6 41 milyard ABS dollari 9 9 faizini orta tehsile 964 48 milyon ABS dollari 2 9 faizini yaslilarin tehsiline 278 75 milyon ABS dollari 9 5 faizini ali tehsile 931 36 milyon ABS dollari 10 7 faizini ali texniki pese tehsiline 1 05 milyard ABS dollari yerde qalan 1 4 faizini 139 04 milyon ABS dollari ise diger meqsedler ucun ayirir Mektebeqeder tehsilHindistanda 493000 den cox mektebeqeder tehsil muessisesi fealiyyet gosterir Qeyd olunan tedris ocaqlarina celb edilmis usaqlarin sayi texminen 27 milyon nefere yaxindir Onlarin 12 milyon neferinden coxunu qizlar teskil edir Hindistanin Tehsil uzre Milli Strategiyasinda mektebeqeder tehsilin vacibliyine xususi diqqet yetirilir Mektebeqeder tehsil muessiseleri Qadin ve Usaqlarin Inkisafi Nazirliyinin tabeliyindedir Sarva Siksa Abhiyan Proqrami cercivesinde de mektebeqeder tehsil muessiseleri qismen maliyyelesir Hindistanda muvafiq yas qrupundaki usaqlarin cox az hissesi mektebeqeder muessiselere celb olunub Olkenin mektebeqeder tehsil muessiselerinde tehsil asagi ve yuxari merhele olmaqla iki pilleden ibaretdir Asagi pille 3 4 yuxari pille ise 5 6 yasli usaqlari ehate edir Mektebeqeder tehsil muessiseleri bir cox hallarda mekteblerin terkibinde yerlesir Bele mektebeqeder tehsil muessiselerinde nisbeten erken yasli usaqlar da 2 yasli bagcalarin bir hissesi olan xususi qaygi qruplarinda tehsil alirlar Iqtisadi cehetden daha cox kasib olan bolgelerde ise usaqlar daha tez korpeler evine verilir Ancaq bele muessiselerin sayi olduqca mehduddur Ibtidai tehsilMekteb avtobusu Hindistanda ibtidai tehsil pillesine usaqlarin qebulu 6 yasdan baslayir 8 illik pulsuz ibtidai tehsil icbaridir Ibtidai tehsil pillesi iki dovre bolunur ibtidai pille I V sinifleri 6 11 yasli usaqlari ehate edir Bezi statlarda bu pilleye I IV sinifler daxildir yuxari ibtidai pille VI VIII sinifleri 11 14 yasli usaqlari ehate edir Bezi statlarda bu pille VII sinifde basa catir Hokumet 2001 ci ilden ibtidai tehsilin kutleviliyinin artirilmasi ve keyfiyyetin yukseldilmesi ucun muxtelif proqramlarin heyata kecirilmesini temin edir Bununla da muellim sagird nisbetinin tenzimlenmesi muellimlerin ixtisasartirma tehsiline celb edilmesinin intensivlesdirilmesi yeni tedris materiallarinin ve dersliklerin hazirlanmasi meselelerinin hellinde ciddi irelileyis musahide olunur Hokumetin seylerine baxmayaraq hele de qarsiya qoyulmus vezifeler tam olaraq hellini tapmayib Bu da yoxsulluq tehsil alanlara qarsi ehalinin mueyyen tebeqesinde formalasmis qinayici tesevvurlerin olmasi movhumat ve diger sebeblerle baglidir Ilbeil qadinlarin savadliliq seviyyesinin yukselmesine baxmayaraq qizlarin yalniz bir qisminin tehsil almasi qadin ve kisiler arasindaki savadliliq ferqinin boyuk olmasina ibtidai tehsilin kutlevilesmesine manee yaradan en boyuk problemlerden biridir Statistikaya gore Hindistanda butun ibtidai tehsil muessiselerinin texminen 80 faizini dovlet mektebleri teskil edir Lakin dovlet tehsil muessiselerinde tehsilin keyfiyyeti asagi oldugu ucun usaqlarin 27 faizi ozel mekteblerde oxuyur Hetta en kasib ailelerden olan usaqlar da dovlet mekteblerinde tehsilin pulsuz olmasina baxmayaraq bezen ozel mekteblerde oxumaga ustunluk verirler Orta tehsilEsas meqale Hindistanda orta tehsilHindistanda mekteb Hindistanda 4 illik orta umumi tehsil pillesi IX XII sinifleri 14 18 yas ehate edir Bu tehsil pillesi iki yere bolunur orta mekteb pillesi esasen IX X sinifleri 14 16 yas bezi statlarda ise VIII X sinifleri ehate edir yuxari orta mekteb pillesi XI XII sinifleri ehate edir Ali tehsilEsas meqale Hindistanda ali tehsil Hindistanda texnologiya idareetme informasiya texnologiyalari institutlari merkezi universitetler ve diger coxsayli ali mektebler olmaqla umumilikde 367 ali tehsil muessisesi fealiyyet gosterir Merkezi hokumet ali tehsil sahesinde inkisaf strategiyasinin hazirlanmasi ali mekteb standartlarinin elmi tedqiqatlarin elmi ve texniki muessiselerin isinin elaqelendirilmesi ve istiqametlendirilmesi uzre muhum selahiyyetlere malikdir Hokumet Universitet Qrant Komissiyasina qrantlar verir ve olkede Merkezi universitetleri tesis edir Statlarda universitetlerin ve kolleclerin tesis olunmasi yerli hokumetlerin selahiyyetleri cercivesindedir Bu muessiselerin inkisafi ve saxlanilmasi ucun planlasdirilmis qrantlar ayrilir Statlar arasinda tehsil sahesinde koordinasiya isi Tehsil uzre Merkezi Mesveret Surasi vasitesile heyata kecirilir Beynelxalq emekdasliqHindistan tehsil sahesinde xarici olkelerle emekdasligin inkisafina xususi onem verir 118 olke ile tehsil sahesinde emekdasligi tenzimleyen Medeni Muqavile imzalanib Elece de muxtelif olkelerle 75 Medeni Mubadile Proqrami heyata kecirilir Tehsil sektorunun inkisafini ve tehsilin beynelmilellesmesini nezere alaraq Insan Resurslarinin Inkisafi Nazirliyinde Beynelxalq Emekdasliq Sebekesi yaradilib Beynelxalq Emekdasliq Sebekesi tehsil sektorunda ikiterefli ve beynelxalq emekdasliq meselelerini muxtelif olkelerle Tehsil Mubadile Proqramlarinin hazirlanmasini icrasini koordinasiya edir Bundan elave Cenubi Asiya Regional Emekdasliq Assosiasiyasi ile emekdasliq cercivesinde Dehli seherinde dunya seviyyeli beynelxalq ali tehsil muessisesi olan Cenubi Asiya Universiteti tesis edilib Hindistan ile Avropa Ittifaqi arasinda 2008 ci ve 2009 cu illerde musterek deklarasiyalar imzalanib YUNESKO ile emekdasliq uzre Hindistan Milli Komissiyasi semereli fealiyyet gosterir Hindistan 32 olke ile Tehsil Mubadile Proqramlari heyata kecirir Bu proqramlar neinki xaricde tehsil meselelerini elece de xarici universitetlerin verdiyi derecelerin ve ixtisaslarin taninmasini ehate edir HBSC tedqiqat qrupunun Tehsil haqqi ugurun esasi adli hesabatina esasen Hindistanda tehsil alan ecnebi telebelerin xercleri ilde 6 min ABS dollari teskil edir Hemcinin baxHindistanda ali tehsilMenbeBesaret Memmedov Ramil Huseynov Dunya tehsili Hindistan Federativ Respublikasinin tehsil sistemi 2014 09 09 at the Wayback Machine Yazinin hazirlanmasinda Hindistan Federativ Respublikasi Insan Resurslarinin Inkisafi Nazirliyinin resmi materiallarindan istifade olunub Azerbaycan muellimi qezeti 01 07 2011 25 az IstinadlarOruc Mustafayev Beynelxalq tehsil xeberleri En keyfiyyetli tehsil veren olkeler olu kecid Azerbaycan muellimi qezeti 19 09 2014 36 az Xarici kecidlerVikianbarda Hindistanda tehsil ile elaqeli mediafayllar var India Education Data 2014 10 06 at the Wayback Machine Education in India webdossier by Education Worldwide a portal of the German Education Server