Henrix Teodor Böll (alm. Heinrich Theodor Böll, 21 dekabr 1917[…], Köln, Prussiya – 16 iyul 1985[…]) — alman yazıçı, tərcüməçi, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1972), Kölnün fəxri vətəndaşı (1983).
Henrix Böll | |
---|---|
alm. Heinrich Böll | |
Doğum tarixi | 21 dekabr 1917[…] |
Doğum yeri |
|
Vəfat tarixi | 16 iyul 1985[…](67 yaşında) |
Təhsili | |
Fəaliyyəti | söz yazıçısı[d], ssenarist, tərcüməçi, şair, roman yazıçısı, yazıçı |
Əsərlərinin dili | alman dili |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Alman yazıçısı Henrix Böll Kölndə doğulmuşdu. Bəzi məlumatlara görə əqidəli katolik olan Böll nəsli anqlikan kilsəsinin təqiblərindən yaxa qurtarmaq üçün orta əsrlərdə Almaniyaya İngiltərədən pənah gətirmişdi.
Gələcək yazıçının yeniyetməlik və ilk gənclik illəri vətənində nasizmin tüğyan etdiyi dövrə düşmüşdü. Gimnaziyada hitleryugend təşkilatına qoşulmaqdan boyun qaçırsa da, Köln Universitetində oxuduğu 1939-cu ildə səfərbərlikdən yayına bilməmişdi. Kapral Henrix Böll altı il Fransa, Rumıniya, Macarıstan və SSRİ ərazisində döyüşlərdə iştirak etmiş, bir neçə dəfə yaralanmışdı. 1945-ci ildə amerikalılara əsir düşmüşdü. Bir müddət Fransanın cənubundakı həbs düşərgələrində saxlanıldıqdan sonra Qərbi Almaniyaya qayıtmışdı.
Yaradıcılığa müharibə mövzusu ilə başlamışdı. İlk mətbu əsərində – "Qatar vaxtında gəldi" (1949) povestində alman gənclərinin müharibə illərində üzləşdikləri faciələri öz acı həyat təcrübəsindən çıxış edərək göstərməyə çalışmışdı. Hərb illərinin faciələri və müharibədən sonrakı dövrün çətinlikləri Henrix Böllün "Yolçu, sən Spaya gələndə..." (1950), "Harada idin, Adam?" (1951), "O illərin çörəyi" (1955) kimi roman və povestlərinin də əsas mövzusu olmuşdu.
Böll hamını düşündürən, heç kəsi laqeyd buraxmayan mətləblər haqqında sadə, aydın, anlaşıqlı və inandırıcı danışmağı, oxucularla ünsiyyət qurmağı bacarırdı. Nasistlərin hər sahədəki kimi dildə də alman müstəsnalığı yaratmaq istədikləri dövrdən sonra bu çox vacib idi. Böllün də fəal üzvlərindən olduğu "47-lər" qrupunun məqsədi həm də yeni dövrün reallıq və tələblərinə uyğun gələn alman ədəbi dilinin formalaşmasına öz töhfələrini verməkdi.
Lakin sadəlik axtarışları ifrat həddə qədər davam edə bilməzdi. "Onun yarısında bilyard" (1959) romanından başlayaraq yazıçının bədii forma axtarışlarının genişləndiyi, roman və povestlərində çoxlaylı və mürəkkəb konstruksiyalara müraciət etdiyi aydın sezilirdi. Henrix Böllün böyük ehtiva dairəsinə malik bir sıra əsərlərində hadisələr sadəcə bir gün ərzində cərəyan edirdi. Ancaq zaman məhdudluğuna baxmayaraq, məhz kompozisiyanın bacarıqla qurulması nəticəsində keçmişə və gələcəyə uğurlu keçidlər etmək mümkün olurdu.
Məsələn, "Onun yarısında bilyard" romanındakı qəhrəmanın ad günü təkcə özünün və ailəsinin üç müxtəlif nəslinin deyil, həm də Almaniyanın yarıməsrlik mövcudluq və inkişafının tarixi idi. Əsər on bir personajın daxili monoloqu üzərində qurulmuşdu. Bu isə yazıçıya zaman və məkan baxımından kifayət qədər sərbəstlik və manevr imkanları yaratmışdı.
Ölkənin nasist keçmişi ilə bağlı düşüncələr, bu dövrün hər bir almanın üzərinə qoyduğu məsuliyyət, müharibədən sonrakı Almaniyada katolik kilsəsinin mövqeyi Henrix Böllün savaşdan sonra yazdığı bir sıra əsərlərin əsas mövzusunu təşkil edirdi.
"Təlxəyin gözləri ilə" (1963), "Özbaşına gediş" (1964), "Bir ezamiyyətin sonu" (1966), "Xanımla kollektiv portret" (1971) povest və romanları Böllü hər zaman alman vicdanını oyaq saxlamağa çalışan, cəmiyyətdəki ciddi problemlərin heç birindən yaxasını kənara çəkməyən güclü ictimai cəsarət hissinə malik sənətkarlar sırasına daxil etməyə əsas verir.
1972-ci ildə Henrix Böll "alman ədəbiyyatının dirçəldilməsinə mühüm töhfə olan və müasir cəmiyyətin geniş mənzərələrini ayrı-ayrı xarakterlərin təsvirində yüksək sənətkarlığı ilə birləşdirən yaradıcılığına görə" Nobel mükafatına layiq görüldü. İsveç Akademiyasının üzvü Karl Raqnar Qirov Henrix Böllün yazıçı böyüklüyünü, ilk növbədə nasizmin cinayətkar siyasəti nəticəsində dünya miqyasında alman xalqına və alman mədəniyyətinə vurulan ləkənin təmizlənməsi istiqamətində atdığı mühüm addımlarla əlaqələndirirdi.
Henrix Böll Nobel laureatı kimi yazdığı "Katarina Blyumun ləkələnmiş namusu" (1974), "Qayğıkeş nəzarət altında" (1979) romanları ilə əvvəlki ədəbi və mənəvi mövqelərindən çəkilmədiyini, yenə də bədii sözlə mübarizə aparmaq əzmində olduğunu bir daha sübut etmişdi.
Çox ehtimal ki, faşizmə ünvanlanan sərt ittihamlarına görə Henrix Böllün əsərləri keçmiş SSRİ-də vətənindəkindən daha böyük tirajla çap olunub yayılırdı. Yeri gəlmişkən, alman yazıçısının "O illərin çörəyi" povestini xalq yazıçısı Əkrəm Əylisli Azərbaycan dilinə tərcümə etmişdi.
1974-cü ildə Henrix Böllün Beynəlxalq PEN-klubun sədri kimi sosialist düşərgəsindən olan dissidentlərə müəyyən qayğı göstərməsi, SSRİ-dən qovulan yazıçı A.Soljenitsına, germanist professor L.Kopelevə evində müvəqqəti sığınacaq verməsi onun Sovet İttifaqı ilə uzunmüddətli dostluq münasibətlərinə ciddi zərbə olmuşdu. Yazıçını bir də yenidənqurma dövrü başlananda yada salmış, Moskvada əsasən antifaşist mövzulu əsərlərinin toplandığı beşcildliyini çap etmişdilər.
Henrix Böll həm də mahir tərcüməçi idi. O, xanımı Anna Mari Çexlə birlikdə Amerika ədəbiyyatının bir sıra nümunələrini, o cümlədən Bernard Melamudun və Cerom Selincerin əsərlərini ustalıqla alman dilinə çevirmişdi.
Yazıçının əsərləri əksər hallarda mövcud alman reallıqlarının tənqidi üzərində qurulsa da, onun yaradıcılığına maraq azalmır. Almanlar öz tarixlərini həm də bu namuslu sənət adamının əsərlərindən öyrənirlər.
Əsərləri
- Qatar vaxtında gəldi
- Yolçu, sən Spaya gələndə...
- Harada idin, Adam?
- Və o heç bir şey demədi
- O illərin çörəyi
- Onun yarısında bilyard
- Təlxəyin gözləri ilə
- Özbaşına gediş
- Bir ezamiyyətin sonu
- Xanımla kollektiv portret
- Katarina Blyumun ləkələnmiş namusu
- Qayğıkeş nəzarət altında
- Əsgər mirası
- Atasız evlər
- İrlandiya gündəmi
- Müharibə başlayanda
- Dörd oğluma məktub və ya dörd velosiped
- Mələk susdu
- Solğun köpək
- Burulğanın içində
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Heinrich Boll // Encyclopædia Britannica (ing.).
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Henrix Teodor Boll alm Heinrich Theodor Boll 21 dekabr 1917 Koln Prussiya 16 iyul 1985 alman yazici tercumeci ssenarist Edebiyyat uzre Nobel mukafati laureati 1972 Kolnun fexri vetendasi 1983 Henrix Bollalm Heinrich Boll Dogum tarixi 21 dekabr 1917 1917 12 21 Dogum yeri Koln Koln d Reyn eyaleti d Prussiya Almaniya imperiyasiVefat tarixi 16 iyul 1985 1985 07 16 67 yasinda Tehsili Koln UniversitetiFealiyyeti soz yazicisi d ssenarist tercumeci sair roman yazicisi yaziciEserlerinin dili alman diliTaninmis eserleri Ve birce kelme de demediUzvluyu Bavariya Incesenet Akademiyasi d Berlin Incesenet Akademiyasi d Amerika Incesenet ve Elmler Akademiyasi Amerika Incesenet ve Edebiyyat Akademiyasi d Mukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiAlman yazicisi Henrix Boll Kolnde dogulmusdu Bezi melumatlara gore eqideli katolik olan Boll nesli anqlikan kilsesinin teqiblerinden yaxa qurtarmaq ucun orta esrlerde Almaniyaya Ingiltereden penah getirmisdi Gelecek yazicinin yeniyetmelik ve ilk genclik illeri veteninde nasizmin tugyan etdiyi dovre dusmusdu Gimnaziyada hitleryugend teskilatina qosulmaqdan boyun qacirsa da Koln Universitetinde oxudugu 1939 cu ilde seferberlikden yayina bilmemisdi Kapral Henrix Boll alti il Fransa Ruminiya Macaristan ve SSRI erazisinde doyuslerde istirak etmis bir nece defe yaralanmisdi 1945 ci ilde amerikalilara esir dusmusdu Bir muddet Fransanin cenubundaki hebs dusergelerinde saxlanildiqdan sonra Qerbi Almaniyaya qayitmisdi Yaradiciliga muharibe movzusu ile baslamisdi Ilk metbu eserinde Qatar vaxtinda geldi 1949 povestinde alman genclerinin muharibe illerinde uzlesdikleri facieleri oz aci heyat tecrubesinden cixis ederek gostermeye calismisdi Herb illerinin facieleri ve muharibeden sonraki dovrun cetinlikleri Henrix Bollun Yolcu sen Spaya gelende 1950 Harada idin Adam 1951 O illerin coreyi 1955 kimi roman ve povestlerinin de esas movzusu olmusdu Boll hamini dusunduren hec kesi laqeyd buraxmayan metlebler haqqinda sade aydin anlasiqli ve inandirici danismagi oxucularla unsiyyet qurmagi bacarirdi Nasistlerin her sahedeki kimi dilde de alman mustesnaligi yaratmaq istedikleri dovrden sonra bu cox vacib idi Bollun de feal uzvlerinden oldugu 47 ler qrupunun meqsedi hem de yeni dovrun realliq ve teleblerine uygun gelen alman edebi dilinin formalasmasina oz tohfelerini vermekdi Henrix Bollun Berlindeki bustu Lakin sadelik axtarislari ifrat hedde qeder davam ede bilmezdi Onun yarisinda bilyard 1959 romanindan baslayaraq yazicinin bedii forma axtarislarinin genislendiyi roman ve povestlerinde coxlayli ve murekkeb konstruksiyalara muraciet etdiyi aydin sezilirdi Henrix Bollun boyuk ehtiva dairesine malik bir sira eserlerinde hadiseler sadece bir gun erzinde cereyan edirdi Ancaq zaman mehdudluguna baxmayaraq mehz kompozisiyanin bacariqla qurulmasi neticesinde kecmise ve geleceye ugurlu kecidler etmek mumkun olurdu Meselen Onun yarisinda bilyard romanindaki qehremanin ad gunu tekce ozunun ve ailesinin uc muxtelif neslinin deyil hem de Almaniyanin yarimesrlik movcudluq ve inkisafinin tarixi idi Eser on bir personajin daxili monoloqu uzerinde qurulmusdu Bu ise yaziciya zaman ve mekan baximindan kifayet qeder serbestlik ve manevr imkanlari yaratmisdi Olkenin nasist kecmisi ile bagli dusunceler bu dovrun her bir almanin uzerine qoydugu mesuliyyet muharibeden sonraki Almaniyada katolik kilsesinin movqeyi Henrix Bollun savasdan sonra yazdigi bir sira eserlerin esas movzusunu teskil edirdi Telxeyin gozleri ile 1963 Ozbasina gedis 1964 Bir ezamiyyetin sonu 1966 Xanimla kollektiv portret 1971 povest ve romanlari Bollu her zaman alman vicdanini oyaq saxlamaga calisan cemiyyetdeki ciddi problemlerin hec birinden yaxasini kenara cekmeyen guclu ictimai cesaret hissine malik senetkarlar sirasina daxil etmeye esas verir 1972 ci ilde Henrix Boll alman edebiyyatinin dirceldilmesine muhum tohfe olan ve muasir cemiyyetin genis menzerelerini ayri ayri xarakterlerin tesvirinde yuksek senetkarligi ile birlesdiren yaradiciligina gore Nobel mukafatina layiq goruldu Isvec Akademiyasinin uzvu Karl Raqnar Qirov Henrix Bollun yazici boyukluyunu ilk novbede nasizmin cinayetkar siyaseti neticesinde dunya miqyasinda alman xalqina ve alman medeniyyetine vurulan lekenin temizlenmesi istiqametinde atdigi muhum addimlarla elaqelendirirdi Henrix Boll Nobel laureati kimi yazdigi Katarina Blyumun lekelenmis namusu 1974 Qaygikes nezaret altinda 1979 romanlari ile evvelki edebi ve menevi movqelerinden cekilmediyini yene de bedii sozle mubarize aparmaq ezminde oldugunu bir daha subut etmisdi Cox ehtimal ki fasizme unvanlanan sert ittihamlarina gore Henrix Bollun eserleri kecmis SSRI de vetenindekinden daha boyuk tirajla cap olunub yayilirdi Yeri gelmisken alman yazicisinin O illerin coreyi povestini xalq yazicisi Ekrem Eylisli Azerbaycan diline tercume etmisdi 1974 cu ilde Henrix Bollun Beynelxalq PEN klubun sedri kimi sosialist dusergesinden olan dissidentlere mueyyen qaygi gostermesi SSRI den qovulan yazici A Soljenitsina germanist professor L Kopeleve evinde muveqqeti siginacaq vermesi onun Sovet Ittifaqi ile uzunmuddetli dostluq munasibetlerine ciddi zerbe olmusdu Yazicini bir de yenidenqurma dovru baslananda yada salmis Moskvada esasen antifasist movzulu eserlerinin toplandigi bescildliyini cap etmisdiler Henrix Boll hem de mahir tercumeci idi O xanimi Anna Mari Cexle birlikde Amerika edebiyyatinin bir sira numunelerini o cumleden Bernard Melamudun ve Cerom Selincerin eserlerini ustaliqla alman diline cevirmisdi Yazicinin eserleri ekser hallarda movcud alman realliqlarinin tenqidi uzerinde qurulsa da onun yaradiciligina maraq azalmir Almanlar oz tarixlerini hem de bu namuslu senet adaminin eserlerinden oyrenirler EserleriQatar vaxtinda geldi Yolcu sen Spaya gelende Harada idin Adam Ve o hec bir sey demedi O illerin coreyi Onun yarisinda bilyard Telxeyin gozleri ile Ozbasina gedis Bir ezamiyyetin sonu Xanimla kollektiv portret Katarina Blyumun lekelenmis namusu Qaygikes nezaret altinda Esger mirasi Atasiz evler Irlandiya gundemi Muharibe baslayanda Dord ogluma mektub ve ya dord velosiped Melek susdu Solgun kopek Burulganin icindeIstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Heinrich Boll Encyclopaedia Britannica ing MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax