Bu məqaləni lazımdır. |
Hakimiyyət bölgüsü, Hakimiyyətlərin bölünməsi və ya Hakimiyyətlərin bölgüsü — dövlət hakimiyyəti nin bir-birindən müstəqil ( bəzi hallarda bir-birinə nəzarəti zəruridir) üç dövlət hakimiyyəti qoluna : qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətinə bolünməsini nəzərdə tutan siyasi-hüquqi nəzəriyyə. Nəzəriyyə Con Lokk, termin isə Monteskyö tərəfindən təklif edilib.
HAKİMİYYƏTLƏR BÖLGÜSÜ
Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual məsələdir və məcburi şərtdir. Monteskye bu prinsipi “Qanunların ruhu” adlı əsərində irəli sürüb. Lakin müəllif bu anlayışı ilk dəfə “İngilis Konstitusiyası” adlı əsərində “məhkəmə hakimiyyəti, qanunvericilik və icra hakimiyyətindən ayrılmayıbsa, azadlıqdan danışmaq mümkün deyildir” şəklində istifadə edib. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye belə açıqlayır: insanın pis cəhətləri də vardır və iqtidarı əlində tutan şəxs bu hüquqlardan sui-istifadə edə bilər. Buna görə, iqtidarın sui-istifadəsinın qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır.
Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur.
Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib. Bu fikirlər çox mübahisələndirilib və tənqid edilib. Dövlət gücünün bölünməzliyi, dövlət orqanları arasında isə mütləq mənada funksiya ayrılığının olması mümkün olmadığı kimi tənqidi fikirlər irəli sürülüb. Lakin bu nəzəriyyənin hüquqi deyil, siyasi nəzəriyyə olduğunu gözdən qaçırmaq olmaz. Bu səbəbə görə günümüzdə “hakimiyyətlər bölgüsünü” belə izah etmək olar: “Hegemonluq və ya dövlət gücü təkdir. Bu qüvvə dövlətin orqanları vasitəsi ilə cəmiyyət adından öz iradəsini fərdlər üzərində hakim etmək iqtidarıdır. Dövlət iqtidarının istifadəsində tətbiq edilən aktların forması və tərkibi bir-birindən nə qədər fərqli olsa da, bütün bu aktlar nəticədə dövlət iradəsinin təzahüründən başqa bir şey deyil. Dövlət gücü isə tək və bölünməzdir. Ancaq bu gücün birdən çox olan funksiyaları və yenə birdən çox olan orqanlarını ayırmaq gərəkdir. Hakimiyyətin funksiyaları bu iqtidarın müxtəlif təzahür şəkilləri, müxtəlif istifadə növləridir. Məsələn, qanun qəbul etmək dövlət gücünün istifadə formalarından biridir, hakimiyyət funksiyasıdır. Hakimiyyət orqanları isə hakimiyyətin müxtəlif funksiyala-rını yerinə yetirməyə səlahiyyəti olan vəzifəli şəxslər və ya qurumlardır.”
Digər tərəfdən, bəzi hallarda hakimiyyət orqanlarının özlərinə aid olmayan səlahiyyətlərdən istifadə etdiklərini də görmək olar. Misal olaraq, bəzən parlament icra funksiyasını üzərinə götürür, müəyyən bir hadisəni araşdırmaq üçün təhqiqat komissiyaları qurur; məhkəmə orqanları plenum qərarları ilə qayda qoyur; yenə icra hakimiyyəti orqanı da normativ aktlarla qayda qoyduqları kimi, inzibati cəza verməklə sanki mühakimə işini aparırlar.
Başqa tənqidi fikir ondan ibarətdir ki, hakimiyyətlər bölgüsü plüralist rejim-lərdəki bəzi hadisələrlə uyğun gəlmir. Həqiqətən də bu nəzəriyyə irəli sürüləndə siyasi partiyalar hələ ki, formalaşmamışdı. Yada salmalıyıq ki, nəzə-riyyənin məqsədi hakimiyyətlər arasında balans quraraq liberal rejimin bərqərar olmasını təmin etmək idi. Halbuki partiya sistemi hakimiyyətlər bölgüsünün səviyyəsinə ciddi təsir göstərir. Günümüzdə isə sistemin icra/ qanunvericilik bölgüsünə görə deyil, iqtidar/müxalifət bölgüsünə görə aparılır. Partiyaların hakimiyyətlər bölgüsü üzərindəki təsiri isə təkcə sayları deyil, eyni zamanda daxili quruluşları və qarşılıqlı gücləri ilə də ortaya çıxır. Bu səbəbə görə modern hakimiyyətlər bölgüsü konstitusion müddəalardan yaranan hakimiyyətlər bölgüsü ilə partiya sistemindən yaranan hakimiyyətlər bölgüsünün toplamından yaranır.
Monteskyenin görüşlərinin günümüzə qədər olan təsiri inkar edilə bilməz. Qanunvericilik, icra və məhkəmə şəklində üçlü ayırım müasir dövrün lap əvvə-lində dövlət quruluşuna təsir göstərib, bugünkü mənada üçlü bölünməyə səbəb olub. Ayrıca normativ kimi də belə üçlü bir ayırımın praqmatik bir şey olduğu, azadlığı, ədaləti və “gücü məhdud” dövləti ortaya çıxaracağı qəbul edilir. Demək olar ki, müstəqil hakimiyyətlər düşünülmüş şəkildə yaradılıb. Buna görə haki-miyyətlər bölgüsü yalnız bir tədqiqat, özəlliklə İngiltərə sisteminin analizi nəticəsində deyil, belə bölgünün faydalı olacağı fikrindən ortaya çıxıb. Mon-teskyenin federalizm və hakimiyyətlər bölgüsünə dair görüşləri ABŞ konstitu-siya sisteminə təsir göstərib; onun görüşlərində “dövlət sosializminin” ilk izlərinə rast gəlinir. Digər tərəfdən, modern siyasi fikir adamlarından Sartori də “Demokratiya nəzəriyyəsinə geriyə dönüş” adlı əsərində yazır: “...İqtidar məsələsinə demokratik həll yolu nə ola bilər? …Edə biləcəyimiz ən yaxşı şey döv-lətin iqtidarını azaltmaqdır və bunu etmənin ən etibarlı yolu iqtidarı yaymaqdır. Xüsusən, iqtidara əks bir iqtidarla nəzarət edilə bilsə, yəni iqtidar başqa bir iqtidarla təsirsizləşdirilsə çox güclü iqtidarlar yaranmaz… deyərək Sartori haki-miyyətlər bölgüsü nəzəriyyəsinə yaxınlaşır.
Klassik mənadan fərqli olaraq hüquqi dövlətdə hakimiyyətlər bölgüsünün əhəmiyyəti bir az fərqlidir. İcra hakimiyyətinin geniş qayda qoyma səlahiyyəti, siyasi partiyaların icra-qanunvericilik orqanlarını yaxınlaşdırması kimi faktorlar nəzərə alınsa, məhkəmə orqanının bu iki hakimiyyət qarşısında müstəqilliyi böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, bu prinsipin günümüzdə əhəmiyyətli xüsusiyyəti bundan ibarətdir ki, bunsuz hüquqi dövlətin çox əhəmiyyətli başqa şərtləri (“adminis-trasiya üzərində məhkəmə nəzarəti”, “idarəetmədə qanunçuluq” və “idarəetmə orqanlarının maddi məsuliyyəti” kimi) imkansız və təsiriz qalacaqdır.
Mövzuya Azərbaycan baxımından toxunsaq, 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin hakimiyyətlər bölgüsü prinsi-pini mənimsədiyini, hakimiyyətlərin birgə fəaliyyət göstərmələrinin tələb olun-duğunu və müstəqil olduqlarını görərik. Yenə də faktiki olaraq məsələyə icra – qanunvericilik – məhkəmə orqanlarının statusu baxımından yanaşsaq, Azərbaycan Konstitusiyasının icra hakimiyyətini əhəmiyyətli dərəcədə gücləndirdiyini və ona imtiyaz verdiyini görərik. İcra hakimiyyətinin üstünlüyünün özəlliklə məhkəmə hakimiyyəti üzərində olduğu da gözə dəyir. Bunun haqqında aşağıda şərh veriləcək. Azərbaycanda icra hakimiyyəti – parlament balansı baxımından isə belə vəziyyət yaranıb: millət vəkilləri müstəqil namizədlərdən mütləq majoritar qaydada seçilir . Parlamentin əlində icra hakimiyyətinə qarşı istifadə edə biləcəyi təsirli bir silahı da var – Nazirlər Kabinetinə etimadsızlıq rəyi bildirməklə NK-ni istefaya göndərmək səlahiyyəti. İndiki faktiki vəziyyət icra hakimiyyətinin üstünlüyü adlana bilsə də, siyasi ortamın dəyişməsi parlamentin üstünlüyünə yol aça bilər. Maraqlı olan budur ki, Azərbaycanda parlament çoxluğu ilə Prezident fərqli siyasi görüşləri təmsil etsələr, belə hal siyasi sistemin sabitliyini təhlükəyə atacaqmı? Milli Məclis Nazirlər Kabinetinə etimadsızlıq rəyi bildirib istefaya mütəmadi olaraq göndərməyə başlasa, Prezidentin edə biləcəyi tək şey, Baş nazir və bir neçə əhəmiyyətsiz nazirliklərin rəhbəri postunu müxalifət partiyalarına güzəştə getməkdir. Kabinetin tamamilə (güc nazirirlikləri də daxil olmaqla) müxalif partiyaya buraxılması siyasi böhrana səbəb ola bilər.
Bəzi Avropa ölkələri və Tayvanda əlavə olaraq qanun səviyyəsində dövlət hakimiyyətinin nəzarət, imtahan, hüquq, təsis və seçki qollarını da ayırırlar.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında aşağıdakı formada təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
İstinadlar
- Баскин Марк, Монтескью, Шарл Льюи, о нём, 2стереотип, Москва, Мысль, 1975, s.133.
- Ranney Austin. Governing; An Introduction to Political Science, Prebtice-Hall Inc, New Jersey, 1993, s.243.
- Duverger Maurice. Siyasi Partiler, tərcümə: Özbudun Ergun, 2.basım, Bilgi Yayınevi, Ankara, 1974, s.502
- Sartori Giovanni. Demokrasi Teorisine Geri Dönüş, tərcümə edən:Tunçer Karamustafaoğlu, Mehmet Turhan, Ankara, Yetkin Basımevi, 1993, s.465-466.
- Fərhad Mehdiyev, İnzibati Hüquq, Adiloğlu Nəşriyyat, Bakı 2010, s.55
- "AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI, Maddə 7". 2020-04-25 tarixində . İstifadə tarixi: 2010-05-12.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Hakimiyyet bolgusu Hakimiyyetlerin bolunmesi ve ya Hakimiyyetlerin bolgusu dovlet hakimiyyeti nin bir birinden musteqil bezi hallarda bir birine nezareti zeruridir uc dovlet hakimiyyeti qoluna qanunverici hakimiyyet icraedici hakimiyyet ve mehkeme hakimiyyetine bolunmesini nezerde tutan siyasi huquqi nezeriyye Nezeriyye Con Lokk termin ise Monteskyo terefinden teklif edilib HAKIMIYYETLER BOLGUSU Monteskyenin ireli surduyu hakimiyyetler bolgusu siyasi cemiyyetde azadligin yasanmasi ve idareetme gucunun sui istifadesini engellemesi ucun hele de aktual meseledir ve mecburi sertdir Monteskye bu prinsipi Qanunlarin ruhu adli eserinde ireli surub Lakin muellif bu anlayisi ilk defe Ingilis Konstitusiyasi adli eserinde mehkeme hakimiyyeti qanunvericilik ve icra hakimiyyetinden ayrilmayibsa azadliqdan danismaq mumkun deyildir seklinde istifade edib Hakimiyyetlerin ayrilmasinin sebeblerini ise Monteskye bele aciqlayir insanin pis cehetleri de vardir ve iqtidari elinde tutan sexs bu huquqlardan sui istifade ede biler Buna gore iqtidarin sui istifadesinin qabagini almaq ucun iqtidari iqtidarla durdurmaq lazimdir Klassik menada hakimiyyetler bolgusu her kesin emel etmesi mecburi olan umumi qaydalari qoyan parlamenti bu qaydalari icra eden icra hakimiyyeti orqanini ve bu qaydalarin tetbiqinden yaranan mubahiselerin helli ucun mehkeme orqaninin olmasini ve bir birinden ayrilmasini nezerde tutur Monteskyenin fikirleri bir cox huquq ve siyaset alimlerinin diqqetini cekib Bu fikirler cox mubahiselendirilib ve tenqid edilib Dovlet gucunun bolunmezliyi dovlet orqanlari arasinda ise mutleq menada funksiya ayriliginin olmasi mumkun olmadigi kimi tenqidi fikirler ireli surulub Lakin bu nezeriyyenin huquqi deyil siyasi nezeriyye oldugunu gozden qacirmaq olmaz Bu sebebe gore gunumuzde hakimiyyetler bolgusunu bele izah etmek olar Hegemonluq ve ya dovlet gucu tekdir Bu quvve dovletin orqanlari vasitesi ile cemiyyet adindan oz iradesini ferdler uzerinde hakim etmek iqtidaridir Dovlet iqtidarinin istifadesinde tetbiq edilen aktlarin formasi ve terkibi bir birinden ne qeder ferqli olsa da butun bu aktlar neticede dovlet iradesinin tezahurunden basqa bir sey deyil Dovlet gucu ise tek ve bolunmezdir Ancaq bu gucun birden cox olan funksiyalari ve yene birden cox olan orqanlarini ayirmaq gerekdir Hakimiyyetin funksiyalari bu iqtidarin muxtelif tezahur sekilleri muxtelif istifade novleridir Meselen qanun qebul etmek dovlet gucunun istifade formalarindan biridir hakimiyyet funksiyasidir Hakimiyyet orqanlari ise hakimiyyetin muxtelif funksiyala rini yerine yetirmeye selahiyyeti olan vezifeli sexsler ve ya qurumlardir Diger terefden bezi hallarda hakimiyyet orqanlarinin ozlerine aid olmayan selahiyyetlerden istifade etdiklerini de gormek olar Misal olaraq bezen parlament icra funksiyasini uzerine goturur mueyyen bir hadiseni arasdirmaq ucun tehqiqat komissiyalari qurur mehkeme orqanlari plenum qerarlari ile qayda qoyur yene icra hakimiyyeti orqani da normativ aktlarla qayda qoyduqlari kimi inzibati ceza vermekle sanki muhakime isini aparirlar Basqa tenqidi fikir ondan ibaretdir ki hakimiyyetler bolgusu pluralist rejim lerdeki bezi hadiselerle uygun gelmir Heqiqeten de bu nezeriyye ireli surulende siyasi partiyalar hele ki formalasmamisdi Yada salmaliyiq ki neze riyyenin meqsedi hakimiyyetler arasinda balans quraraq liberal rejimin berqerar olmasini temin etmek idi Halbuki partiya sistemi hakimiyyetler bolgusunun seviyyesine ciddi tesir gosterir Gunumuzde ise sistemin icra qanunvericilik bolgusune gore deyil iqtidar muxalifet bolgusune gore aparilir Partiyalarin hakimiyyetler bolgusu uzerindeki tesiri ise tekce saylari deyil eyni zamanda daxili quruluslari ve qarsiliqli gucleri ile de ortaya cixir Bu sebebe gore modern hakimiyyetler bolgusu konstitusion muddealardan yaranan hakimiyyetler bolgusu ile partiya sisteminden yaranan hakimiyyetler bolgusunun toplamindan yaranir Monteskyenin goruslerinin gunumuze qeder olan tesiri inkar edile bilmez Qanunvericilik icra ve mehkeme seklinde uclu ayirim muasir dovrun lap evve linde dovlet qurulusuna tesir gosterib bugunku menada uclu bolunmeye sebeb olub Ayrica normativ kimi de bele uclu bir ayirimin praqmatik bir sey oldugu azadligi edaleti ve gucu mehdud dovleti ortaya cixaracagi qebul edilir Demek olar ki musteqil hakimiyyetler dusunulmus sekilde yaradilib Buna gore haki miyyetler bolgusu yalniz bir tedqiqat ozellikle Ingiltere sisteminin analizi neticesinde deyil bele bolgunun faydali olacagi fikrinden ortaya cixib Mon teskyenin federalizm ve hakimiyyetler bolgusune dair gorusleri ABS konstitu siya sistemine tesir gosterib onun goruslerinde dovlet sosializminin ilk izlerine rast gelinir Diger terefden modern siyasi fikir adamlarindan Sartori de Demokratiya nezeriyyesine geriye donus adli eserinde yazir Iqtidar meselesine demokratik hell yolu ne ola biler Ede bileceyimiz en yaxsi sey dov letin iqtidarini azaltmaqdir ve bunu etmenin en etibarli yolu iqtidari yaymaqdir Xususen iqtidara eks bir iqtidarla nezaret edile bilse yeni iqtidar basqa bir iqtidarla tesirsizlesdirilse cox guclu iqtidarlar yaranmaz deyerek Sartori haki miyyetler bolgusu nezeriyyesine yaxinlasir Klassik menadan ferqli olaraq huquqi dovletde hakimiyyetler bolgusunun ehemiyyeti bir az ferqlidir Icra hakimiyyetinin genis qayda qoyma selahiyyeti siyasi partiyalarin icra qanunvericilik orqanlarini yaxinlasdirmasi kimi faktorlar nezere alinsa mehkeme orqaninin bu iki hakimiyyet qarsisinda musteqilliyi boyuk ehemiyyet kesb edir Diger terefden bu prinsipin gunumuzde ehemiyyetli xususiyyeti bundan ibaretdir ki bunsuz huquqi dovletin cox ehemiyyetli basqa sertleri adminis trasiya uzerinde mehkeme nezareti idareetmede qanunculuq ve idareetme orqanlarinin maddi mesuliyyeti kimi imkansiz ve tesiriz qalacaqdir Movzuya Azerbaycan baximindan toxunsaq 1995 ci il tarixli Azerbaycan Respublikasi Konstitusiyasinin 7 ci maddesinin hakimiyyetler bolgusu prinsi pini menimsediyini hakimiyyetlerin birge fealiyyet gostermelerinin teleb olun dugunu ve musteqil olduqlarini gorerik Yene de faktiki olaraq meseleye icra qanunvericilik mehkeme orqanlarinin statusu baximindan yanassaq Azerbaycan Konstitusiyasinin icra hakimiyyetini ehemiyyetli derecede guclendirdiyini ve ona imtiyaz verdiyini gorerik Icra hakimiyyetinin ustunluyunun ozellikle mehkeme hakimiyyeti uzerinde oldugu da goze deyir Bunun haqqinda asagida serh verilecek Azerbaycanda icra hakimiyyeti parlament balansi baximindan ise bele veziyyet yaranib millet vekilleri musteqil namizedlerden mutleq majoritar qaydada secilir Parlamentin elinde icra hakimiyyetine qarsi istifade ede bileceyi tesirli bir silahi da var Nazirler Kabinetine etimadsizliq reyi bildirmekle NK ni istefaya gondermek selahiyyeti Indiki faktiki veziyyet icra hakimiyyetinin ustunluyu adlana bilse de siyasi ortamin deyismesi parlamentin ustunluyune yol aca biler Maraqli olan budur ki Azerbaycanda parlament coxlugu ile Prezident ferqli siyasi gorusleri temsil etseler bele hal siyasi sistemin sabitliyini tehlukeye atacaqmi Milli Meclis Nazirler Kabinetine etimadsizliq reyi bildirib istefaya mutemadi olaraq gondermeye baslasa Prezidentin ede bileceyi tek sey Bas nazir ve bir nece ehemiyyetsiz nazirliklerin rehberi postunu muxalifet partiyalarina guzeste getmekdir Kabinetin tamamile guc nazirirlikleri de daxil olmaqla muxalif partiyaya buraxilmasi siyasi bohrana sebeb ola biler Bezi Avropa olkeleri ve Tayvanda elave olaraq qanun seviyyesinde dovlet hakimiyyetinin nezaret imtahan huquq tesis ve secki qollarini da ayirirlar Azerbaycan Respublikasinda dovlet hakimiyyeti hakimiyyetlerin bolunmesi prinsipi esasinda asagidaki formada teskil edilir qanunvericilik hakimiyyetini Azerbaycan Respublikasinin Milli Meclisi heyata kecirir icra hakimiyyeti Azerbaycan Respublikasinin Prezidentine mensubdur mehkeme hakimiyyetini Azerbaycan Respublikasinin mehkemeleri heyata kecirir IstinadlarBaskin Mark Monteskyu Sharl Lyui o nyom 2stereotip Moskva Mysl 1975 s 133 Ranney Austin Governing An Introduction to Political Science Prebtice Hall Inc New Jersey 1993 s 243 Duverger Maurice Siyasi Partiler tercume Ozbudun Ergun 2 basim Bilgi Yayinevi Ankara 1974 s 502 Sartori Giovanni Demokrasi Teorisine Geri Donus tercume eden Tuncer Karamustafaoglu Mehmet Turhan Ankara Yetkin Basimevi 1993 s 465 466 Ferhad Mehdiyev Inzibati Huquq Adiloglu Nesriyyat Baki 2010 s 55 AZERBAYCAN RESPUBLIKASININ KONSTITUSIYASI Madde 7 2020 04 25 tarixinde Istifade tarixi 2010 05 12