Hacı Əliş ağa Əmiraslan ağa oğlu Kəsəmənli (1838 və ya 1841, Zod – 1919, Gəncə) — Azərbaycan şairi.
Haci Əliş ağa Kəsəmənli | |
---|---|
Hacı Əliş ağa Əmiraslan oğlu Kəsəmənli | |
Doğum tarixi | 1838 və ya 1841 |
Doğum yeri | |
Vəfat tarixi | 1919 |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Əmiraslan |
Təhsili | Dini təhsil |
Fəaliyyəti | Ağa, Şair |
Janr | Qəzəl |
Hacı Əliş ağa Vikimənbədə |
Həyatı
Göyçənin Zod kəndindən olan el şairi Haci Əliş ağa (1838-1919) yaxşı saz çalar, müxtəlif janrlarda şeirlər yazarmış. Hacı Əliş ağa Əmiraslan ağa oğlu Kəsəmənli 1838-ci ildə Zod kəndində doğulmuşdur. Ilk təhsilini kənddə xüsusi məktəbdə almışdır.
Əliş ağanın atası Əmiraslan ağa dövrünün müəyyən savad görmüş, elm və maarifə qayğı göstərən, özü də aşıqsayağı şeirlər yazan, gözəl saz tutmağı bacaran bir ağa olmuşdur. Əmiraslan ağa oğlu Əliş ağanıda ziyalı kimi görmək istəyirdi. Rəsmi sənəd olmasa da, yerli ağsaqqalların söylədiklərinə görə, Zodda seminaryaya bənzər üçillik məktəb olmuşdur. Bu məktəbə ibtidai təhsil almış və ya şəxsi məktəblərdə oxumuş gənclər qəbul olunurmuşlar. Çox güman ki, Əliş ağa bu məktəbdə təhsil almış, biliyini genişləndirmək üçün başqa şəhərlərə getməyi arzulamışdır.
Atası Əliş ağanın elmə olan marağını duyub, onu Qori Müəllimlər Seminariyasına göndərir. Istər kənd məktəbində, istərsə də seminariyada Əliş ağa ərəb, fars və rus dillərini mükəmməl öyrənir. Elmə və maarifə dərin maraq göstərən Əliş ağa Şərq ədəbiyyatını, eləcə də Azərbaycan klassiklərinin ədəbi irsini öyrənir, özü də həm klassik, həm də xalq şeiri şəkillərində əsərlər yazır.
Təhsilini tamamlayıb doğma yurda qayıdan Əliş ağa öz xeyirxah əməlləri ilə bərabər, Göyçə saz-söz mühitində, ümumiyyətlə Göyçə mədəni həyatında yaxından iştirak edir. Dövrünün savadlı ziyalısı olan Mirzə Bəylər, Usta Abdulla və Ələsgər ocağı ilə əlaqə saxlayır, dostluq edir.
Hacı Əliş ağa bir müddət dövlət idarələrində də işləmiş (1880-1885), İrəvan quberniyasında və Qarabağ xanlığında müxtəlif mühüm vəzifələrdə çalışmışdır.
Yaradıcılığı
Arzular
Şairin "Arzular" şeiri Qarabağ xatirələrindən doğulmuşdur:
Qarabağ mahalı çox abad olsun,
Çarbudaq çinarı könlüm arzular.
Heç qəmgin olmasın, daim şad olsun,
Mənə qəmküsarı könlüm arzular.
Heç çıxmaz yadımdan yolun nişanı,
Bəzirgan, Ağdivan, bir də Kolanı.
Marağanın düzü tək dağdağanı,
Getdiyim yolları könlüm arzular.
Tanımazdım nə sultanı, nə xanı,
Dolandım bir aya cümlə-cahanı.
Tutub əldə qızıl quşu, tərlanı,
Etdiyim ovları könlüm arzular.
Adıgözəl bəy Qarabağın sərdarı,
Azad ağa camaatın rəhbəri.
Ağdamı, Bərdəni, bir də Tərtəri,
Gəzdiyim yerləri könlüm arzular.
Yandırdı canımı yarın fərağı,
Könüldən çıxmayır heç ixtiyarı.
Kabinet, ispalnı, həm zal otağı,
O zal otaqları könlüm arzular.
Əlbəttə, şeirdəki Əliş ağanın Qarabağdakı həyatı, xüsusən Mirzə Adıgözəl bəyin dövründə işləməsi, Qarabağ mahalını gəzib yaxından tanıması haqqındakı təəssüratlar tarixi sənəd kimi də maraq doğurur. Göyçənin bəzi el şairləri kimi Hacı Əliş ağa da həm aşıq şeiri şəkillərində, həm də divan ədəbiyyatının müxtəlif formalarında şeirlər yazmışdır.
Hacı Əliş ağa "Molla Nəsrəddin" məcmuəsi ilə yaxından əlaqə saxlamış, jurnalın abunəçisi olmuş, Sabirsayağı satirik şeirlər yazıb göndərmişdir. "Bizlərin də dərdinə qalsan, ay molla əmi" mətləsi ilə başlayan şeiri jurnalda dərc olunmuşdur. Onun "A molla" şeri bu münasibətlə yazılmışdır. Müsəlmanlara xitabən deyilən, sünni-şiə mübahisəsini aradan götürməyə həsr olunan şeirindən yaddaşlarda qalan iki misranı nümunə göstərmək olar.
Yüz il ibadət eyləsə də,
Hacı girməz cənnətə,
Olmasa səndən bir ixtiyar, Əli!
Hacı Əliş ağanın "Dünya", "Ağaxan", "Möhlət", "Axtarıram", "Ağlar" və başqa şeirləri onun zəngin dünyagörüşünə malik olduğunu göstərir.
Vəfatı
Hacı Əliş ağa 1902-ci ildə dövlət vəzifələrindən uzaqlaşıb Göyçəyə qayıdır buranın maarif və ədəbi mühitində iştirak edir. 1918-ci ildə daşnaqların törətdikləri qırğın Hacı Əliş ağanı da doğma yuvasından didərgin salır, Gəncəyə köçür.
Dəhşətli qırğınlara dözə bilməyən Hacı Əliş ağa 1919-cu ildə vəfat edir. O, Göyçə ədəbi mühitinin geniş dünyagörüşlü, savadlı ziyalısı və varlı dövlətli ağası kimi yaddaşlarda qalmışdır.
İstinadlar
- "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.
Mənbə
- Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan, 2010.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Haci Elis aga Emiraslan aga oglu Kesemenli 1838 ve ya 1841 Zod 1919 Gence Azerbaycan sairi Haci Elis aga KesemenliHaci Elis aga Emiraslan oglu KesemenliDogum tarixi 1838 ve ya 1841Dogum yeri Zod ErmenistanVefat tarixi 1919Vefat yeri Gence Gence quberniyasi AXCDefn yeri GenceMilliyyeti AzerbaycanliAtasi EmiraslanTehsili Dini tehsilFealiyyeti Aga SairJanr QezelHaci Elis aga VikimenbedeHeyatiGoycenin Zod kendinden olan el sairi Haci Elis aga 1838 1919 yaxsi saz calar muxtelif janrlarda seirler yazarmis Haci Elis aga Emiraslan aga oglu Kesemenli 1838 ci ilde Zod kendinde dogulmusdur Ilk tehsilini kendde xususi mektebde almisdir Elis aganin atasi Emiraslan aga dovrunun mueyyen savad gormus elm ve maarife qaygi gosteren ozu de asiqsayagi seirler yazan gozel saz tutmagi bacaran bir aga olmusdur Emiraslan aga oglu Elis aganida ziyali kimi gormek isteyirdi Resmi sened olmasa da yerli agsaqqallarin soylediklerine gore Zodda seminaryaya benzer ucillik mekteb olmusdur Bu mektebe ibtidai tehsil almis ve ya sexsi mekteblerde oxumus gencler qebul olunurmuslar Cox guman ki Elis aga bu mektebde tehsil almis biliyini genislendirmek ucun basqa seherlere getmeyi arzulamisdir Atasi Elis aganin elme olan maragini duyub onu Qori Muellimler Seminariyasina gonderir Ister kend mektebinde isterse de seminariyada Elis aga ereb fars ve rus dillerini mukemmel oyrenir Elme ve maarife derin maraq gosteren Elis aga Serq edebiyyatini elece de Azerbaycan klassiklerinin edebi irsini oyrenir ozu de hem klassik hem de xalq seiri sekillerinde eserler yazir Tehsilini tamamlayib dogma yurda qayidan Elis aga oz xeyirxah emelleri ile beraber Goyce saz soz muhitinde umumiyyetle Goyce medeni heyatinda yaxindan istirak edir Dovrunun savadli ziyalisi olan Mirze Beyler Usta Abdulla ve Elesger ocagi ile elaqe saxlayir dostluq edir Haci Elis aga bir muddet dovlet idarelerinde de islemis 1880 1885 Irevan quberniyasinda ve Qarabag xanliginda muxtelif muhum vezifelerde calismisdir YaradiciligiArzular Sairin Arzular seiri Qarabag xatirelerinden dogulmusdur Qarabag mahali cox abad olsun Carbudaq cinari konlum arzular Hec qemgin olmasin daim sad olsun Mene qemkusari konlum arzular Hec cixmaz yadimdan yolun nisani Bezirgan Agdivan bir de Kolani Maraganin duzu tek dagdagani Getdiyim yollari konlum arzular Tanimazdim ne sultani ne xani Dolandim bir aya cumle cahani Tutub elde qizil qusu terlani Etdiyim ovlari konlum arzular Adigozel bey Qarabagin serdari Azad aga camaatin rehberi Agdami Berdeni bir de Terteri Gezdiyim yerleri konlum arzular Yandirdi canimi yarin feragi Konulden cixmayir hec ixtiyari Kabinet ispalni hem zal otagi O zal otaqlari konlum arzular Elbette seirdeki Elis aganin Qarabagdaki heyati xususen Mirze Adigozel beyin dovrunde islemesi Qarabag mahalini gezib yaxindan tanimasi haqqindaki teessuratlar tarixi sened kimi de maraq dogurur Goycenin bezi el sairleri kimi Haci Elis aga da hem asiq seiri sekillerinde hem de divan edebiyyatinin muxtelif formalarinda seirler yazmisdir Haci Elis aga Molla Nesreddin mecmuesi ile yaxindan elaqe saxlamis jurnalin abunecisi olmus Sabirsayagi satirik seirler yazib gondermisdir Bizlerin de derdine qalsan ay molla emi metlesi ile baslayan seiri jurnalda derc olunmusdur Onun A molla seri bu munasibetle yazilmisdir Muselmanlara xitaben deyilen sunni sie mubahisesini aradan goturmeye hesr olunan seirinden yaddaslarda qalan iki misrani numune gostermek olar Yuz il ibadet eylese de Haci girmez cennete Olmasa senden bir ixtiyar Eli Haci Elis aganin Dunya Agaxan Mohlet Axtariram Aglar ve basqa seirleri onun zengin dunyagorusune malik oldugunu gosterir VefatiHaci Elis aga 1902 ci ilde dovlet vezifelerinden uzaqlasib Goyceye qayidir buranin maarif ve edebi muhitinde istirak edir 1918 ci ilde dasnaqlarin toretdikleri qirgin Haci Elis agani da dogma yuvasindan didergin salir Genceye kocur Dehsetli qirginlara doze bilmeyen Haci Elis aga 1919 cu ilde vefat edir O Goyce edebi muhitinin genis dunyagoruslu savadli ziyalisi ve varli dovletli agasi kimi yaddaslarda qalmisdir Istinadlar Sazli sozlu Goyce II kitab PDF az Elm ve tehsil 2018 2018 06 01 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2018 06 01 MenbeVikimenbede Muellif Haci Elis aga ile elaqeli melumatlar var Ziyeddin Meherremov Irevanda mektebdarliq ve maarifcilik Baki Nurlan 2010