Hacı Teymur məscidi və ya Pensər kəndi Hacı Teymur Cümə məscidi — Astara rayonu, Pensər kəndində 1896-cı ildə (Hicri-qəməri təqvimi ilə 1314-cü ildə) inşa edilmiş məscid. Məscid xeyriyyəci Hacı Teymurun vəsaiti ilə Cənub memarlıq üslubunda, qırmızı kərpicdən tikilmişdir. Məscid Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunan abidələrin siyahısına daxildir.
Hacı Teymur məscidi | |
---|---|
Pensər kəndi Hacı Teymur Cümə məscidi | |
| |
Ölkə | Azərbaycan |
Yerləşir | Astara rayonu, Pensər kəndi Seyid Cəmaləddin Qaraxan, 0717 |
Aidiyyatı | Qafqaz Müsəlmanları İdarəsi |
Memar | Usta Əbdülkərim |
Tikilmə tarixi | 1896 |
Üslubu | Cənub memarlıq məktəbi |
Uzunluğu | 23 metr |
Eni | 10 metr |
Sahəsi | həyətyanı 600 kv metr, iç sahəsi 23x8 metr |
Minarələri | 1 |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | www.qafqazislam.com (az.) (ing.) (rus.) |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
№ 4123 | AJA003922 |
Tarixi
Hacı Teymur məscidi Astara rayonunun ən böyük kəndi Pensərdə yerləşir. Məscid 1896-cı ildə yerli xeyriyyəçi Hacı Teymurun vəsaiti ilə inşa olunub. Hacı Teymur məscidin həyətində iki qəbir yerləşir. Onlardan biri Hacı Teymurun oğlu Hacı Osmanın qəbridir. Hacı Teymurun oölu Hacı Osman ali təhsilini Türkiyədə alıb. Pensər kəndində həyatı boyu, xeyriyyəçilik və maarifçiliklə məşğul olmuşdur. Təxmini 1912–1913-cü illərdə Hacı Osman Pensər kəndində Astara rayonunun ilk orta məktəbini açıb. Məşhur Azərbaycan müəllimi, tərcüməçisi, yazıçısı, İkinci Dünya müharibəsi iştirakçısı Hacı Osmanın oğlu Şəhub Mürsəlovda bu məktəbi bitirib.
Memarlığı
Məscidin tutumu 200 nəfərdir. Dini abidə qırmızı kərpicdən tikilib və düzbucaqlı formadadır. İki giriş qapısı var. Qapılar oymalarla bəzədilib, pəncərələr isə şəbəkədir. Mehrabın sağ tərəfində qadınlar hissəsi yerləşir və bura iki mərtəbədən ibarətdir. Hər mərtəbənin ayrı-ayrılıqda sahəsi 45 kv metrdir. Binanın fasadı və minarə dekorativ kərpic işləri ilə bəzədilib.
Uzunluğu 23 metr, eni isə 10 metrdir. Fasadında iki qapı və iki iri pəncərə vardır. Fasadın sol tərəfində yuxarıda düzbucaqlı şəklində kiçik pəncərə də yerləşdirilmişdir. Qapıların qarşısında artırmalar tikilmişdir. Artırmaların sütunları qırmızı kərpicdəndir. Sağ fasadda iki iri pəncərə vardır. Sol fasadda isə dörd pəncərə yerləşdirilmişdir. Bu pəncərələr alt-alta olmaqla, ikisi yuxarıda, ikisi isə aşağıdadır. Qapılar və sol fasaddakı pəncərələr tağlı, fasad və sağ fasaddakı pəncərələr isə romb şəkillidir.
Həyətyanı sahəsi 600 kv metr, iç sahəsi 23x8 metrdir. Tavan dörd böyük sütun üzərində dayanıb. Əsas ibadət zalının tavanı taxta, döşəməsi isə kərpiclə işlənib. Döşəmədən tavana qədər hündürlüyü 4,5 metrdir. Məscidin binasının yaxınlığında ayrıca girişi olan minarə tikilmişdir. Minarə bişmiş kərpicdən tikilmiş, təkdir. Minarənin hündürlüyü 15 metrdir. Minarənin üzəri dəmir təbəqə ilə örtülmüşdür. Məscidin mehrabı sadədir, hündürlüyü 2,5 metrdir.
Pensər kənd məscidi hündürlüyü 1,20 metr səki üzərində yerləşib. Giriş qapı tərəfdə divarda kitabə həkk edilib. Bu kitabədə onun inşa tarixi göstərilmişdir.
Məscid 1901-ci ildə əsaslı təmir edilmişdir. Sovet dövründə digər məscidlər kimi Hacı Teymur məscidi də dindarların üzünə bağlanmış, o əvvəl kənddəki təsərrüfatın anbarı, 1984-cü ildən isə klub kimi fəaliyyət göstərmişdir. 1994-cü ildə yenidən məscid kimi insanların istifadəsinə verilmişdir. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Hacı Teymur məscidi 4123 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür.
Maraqlı faktlar
Məscidin həyətində iki qəbir yerləşir. Onlardan biri Hacı Teymurun oğlu Hacı Osmanın qəbridir. İkinci qəbir Yusif Camal Paşaya aiddir. O, 1918-ci ildə erməni-azərbaycanlı qırğınları zamanı Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın zabitlərindən biri idi. Yusif Camal Paşa bu zaman Lənkəran ərazisində vuruşmuşdur.
1920-ci ilin dekabr ayında Camal Paşa və dostu Hacı Osman Pensər kəndindən 2–3 kilometr aralıqda yerləşən Kolatan kəndi ərazisində rus-erməni ordusu tərəfindən top atəşinə tutulublar. Hacı Osman son vəsiyyətində deyib: "Bizi, atamın kəndimizdə tikdirdiyi məscidin həyətində dəfn edərsiniz". Sovet dövründə Hacı Osman və Camal Paşa haqqında çox mənfi fikirlər söylənilmişdir ki, bu da o vaxtki hakimiyyətin tələbi idi.
İstinadlar
- Behbudlu Ə. X. Astara rayon məscidləri // Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası (500 nüs.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 310. ISBN .
- . 2021-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- "PENSƏR – ASTARANIN TOLERANTLIQ NÜMUNƏSİ". 2022-03-30 tarixində . İstifadə tarixi: 2021-09-01.
Xarici keçidlər
Astara, Pensər kənd Hacı Teymur Cümə məscidi. Əliosman Qədimbəyli
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Haci Teymur mescidi ve ya Penser kendi Haci Teymur Cume mescidi Astara rayonu Penser kendinde 1896 ci ilde Hicri qemeri teqvimi ile 1314 cu ilde insa edilmis mescid Mescid xeyriyyeci Haci Teymurun vesaiti ile Cenub memarliq uslubunda qirmizi kerpicden tikilmisdir Mescid Medeniyyet Nazirliyi terefinden tarixi abide kimi qorunan abidelerin siyahisina daxildir Haci Teymur mescidiPenser kendi Haci Teymur Cume mescidiPenser kendi Haci Teymur Cume mescidinin xarici gorunusu38 36 48 sm e 48 49 02 s u Olke AzerbaycanYerlesir Astara rayonu Penser kendi Seyid Cemaleddin Qaraxan 0717Aidiyyati Qafqaz Muselmanlari IdaresiMemar Usta EbdulkerimTikilme tarixi 1896Uslubu Cenub memarliq mektebiUzunlugu 23 metrEni 10 metrSahesi heyetyani 600 kv metr ic sahesi 23x8 metrMinareleri 1Veziyyeti fealiyyet gosterirResmi sayt www qafqazislam com az ing rus Azerbaycandaki tarixi abidelerin milli qeydiyyatiKateqoriyaMescidEhemiyyetiYerli ehemiyyetli 4123AJA003922TarixiHaci Teymur mescidi Astara rayonunun en boyuk kendi Penserde yerlesir Mescid 1896 ci ilde yerli xeyriyyeci Haci Teymurun vesaiti ile insa olunub Haci Teymur mescidin heyetinde iki qebir yerlesir Onlardan biri Haci Teymurun oglu Haci Osmanin qebridir Haci Teymurun oolu Haci Osman ali tehsilini Turkiyede alib Penser kendinde heyati boyu xeyriyyecilik ve maarifcilikle mesgul olmusdur Texmini 1912 1913 cu illerde Haci Osman Penser kendinde Astara rayonunun ilk orta mektebini acib Meshur Azerbaycan muellimi tercumecisi yazicisi Ikinci Dunya muharibesi istirakcisi Haci Osmanin oglu Sehub Murselovda bu mektebi bitirib MemarligiMescidin tutumu 200 neferdir Dini abide qirmizi kerpicden tikilib ve duzbucaqli formadadir Iki giris qapisi var Qapilar oymalarla bezedilib pencereler ise sebekedir Mehrabin sag terefinde qadinlar hissesi yerlesir ve bura iki mertebeden ibaretdir Her mertebenin ayri ayriliqda sahesi 45 kv metrdir Binanin fasadi ve minare dekorativ kerpic isleri ile bezedilib Uzunlugu 23 metr eni ise 10 metrdir Fasadinda iki qapi ve iki iri pencere vardir Fasadin sol terefinde yuxarida duzbucaqli seklinde kicik pencere de yerlesdirilmisdir Qapilarin qarsisinda artirmalar tikilmisdir Artirmalarin sutunlari qirmizi kerpicdendir Sag fasadda iki iri pencere vardir Sol fasadda ise dord pencere yerlesdirilmisdir Bu pencereler alt alta olmaqla ikisi yuxarida ikisi ise asagidadir Qapilar ve sol fasaddaki pencereler tagli fasad ve sag fasaddaki pencereler ise romb sekillidir Heyetyani sahesi 600 kv metr ic sahesi 23x8 metrdir Tavan dord boyuk sutun uzerinde dayanib Esas ibadet zalinin tavani taxta dosemesi ise kerpicle islenib Dosemeden tavana qeder hundurluyu 4 5 metrdir Mescidin binasinin yaxinliginda ayrica girisi olan minare tikilmisdir Minare bismis kerpicden tikilmis tekdir Minarenin hundurluyu 15 metrdir Minarenin uzeri demir tebeqe ile ortulmusdur Mescidin mehrabi sadedir hundurluyu 2 5 metrdir Penser kend mescidi hundurluyu 1 20 metr seki uzerinde yerlesib Giris qapi terefde divarda kitabe hekk edilib Bu kitabede onun insa tarixi gosterilmisdir Mescid 1901 ci ilde esasli temir edilmisdir Sovet dovrunde diger mescidler kimi Haci Teymur mescidi de dindarlarin uzune baglanmis o evvel kenddeki teserrufatin anbari 1984 cu ilden ise klub kimi fealiyyet gostermisdir 1994 cu ilde yeniden mescid kimi insanlarin istifadesine verilmisdir Hazirda Medeniyyet Nazirliyi terefinden tarixi abide kimi qorunur Bele ki Azerbaycan Respublikasi Nazirler Kabinetinin 02 avqust 2001 ci il tarixli 132 sayli qerarina esasen Haci Teymur mescidi 4123 invertar sayi ile XIX esre aid yerli ehemiyyetli memarliq abidesi kimi qeyde alinaraq dovlet muhafizesine goturulmusdur Maraqli faktlarMescidin heyetinde iki qebir yerlesir Onlardan biri Haci Teymurun oglu Haci Osmanin qebridir Ikinci qebir Yusif Camal Pasaya aiddir O 1918 ci ilde ermeni azerbaycanli qirginlari zamani Azerbaycana komeye gelen Qafqaz Islam Ordusunun komandani Nuru Pasanin zabitlerinden biri idi Yusif Camal Pasa bu zaman Lenkeran erazisinde vurusmusdur 1920 ci ilin dekabr ayinda Camal Pasa ve dostu Haci Osman Penser kendinden 2 3 kilometr araliqda yerlesen Kolatan kendi erazisinde rus ermeni ordusu terefinden top atesine tutulublar Haci Osman son vesiyyetinde deyib Bizi atamin kendimizde tikdirdiyi mescidin heyetinde defn edersiniz Sovet dovrunde Haci Osman ve Camal Pasa haqqinda cox menfi fikirler soylenilmisdir ki bu da o vaxtki hakimiyyetin telebi idi IstinadlarBehbudlu E X Astara rayon mescidleri Azerbaycan Respublikasi mescidlerinin ensiklopediyasi 500 nus Baki Beynelxalq Elhuda 2001 seh 310 ISBN 964 8121 59 1 2021 09 01 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 09 01 PENSER ASTARANIN TOLERANTLIQ NUMUNESI 2022 03 30 tarixinde Istifade tarixi 2021 09 01 Xarici kecidlerAstara Penser kend Haci Teymur Cume mescidi Eliosman Qedimbeyli