Bağırov Hüseynqulu Seyid oğlu — Azərbaycan Respublikasının sabiq Ekologiya və Təbii Sərvətlər naziri (2001-2018), Azərbaycan Respublikasının sabiq Ticarət naziri (2000-2001).
Hüseynqulu Bağırov | |
---|---|
![]() | |
23 may 2001 – 21 aprel 2018 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | Muxtar Babayev |
Ticarət naziri | |
18 aprel 2000 – 30 aprel 2001 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Təhsili | Azərbaycan Dövlət Universiteti İndiana Universiteti |
Fəaliyyəti | siyasətçi |
| |
Təltifləri | |
![]() |
Həyatı
Hüseynqulu Bağırov 17 dekabr 1955-ci ildə dünyaya gəlib. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.
Fəaliyyəti
1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib. 1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edib. 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Ticarət Naziri vəzifəsində işləyib. 2001-ci ildən 2018-ci ilə qədər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri olmuşdur. 2005-ci ildə Azərbaycan Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti seçilmişdir.
2008-ci ildə onun başçılığı ilə ilk Azərbaycan-Antarktida ekspedisiyası Bakıdan yola düşmüşdür.
2015-ci il dekabr ayının 16-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ilə təltif edilmişdir.
Ailəsi
- Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi işləmiş Mircəfər Bağırovun qardaşının nəvəsidir.
İstinadlar
- "H.S. Bağırovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-11 tarixində . İstifadə tarixi: 2015-12-16.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer