Gülnaz Abutalıb qızı Abdullazadə (d.7 sentyabr 1946, Bakı, Azərbaycan SSR) — Azərbaycan musiqişünası, bəstəkar-musiqişünas, filosof, fəlsəfə elmləri doktoru (1990), professor (1992), Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru.
Gülnaz Abdullazadə | |
---|---|
Abdullazadə Gülnaz Abutalıb qızı | |
Doğum tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Elmi dərəcəsi | |
Elmi adı | professor (1992) |
Mükafatları |
Həyatı
Gülnaz Abdullazadə 1946-cı il sentyabrın 7-si Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas məktəbini və 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. O, 1963-cü ildən elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1976-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olan Gülnaz Abdullazadə 1979-cu ildə təhsilini başa vurmuşdur. Həmin il fəlsəfə elmlər namizədi, 1990-cı ildən isə fəlsəfə elmləri doktorudur.
Fəaliyyəti
Gülnaz Abdullazadə 1982-1987-ci illərdə Xarici Dillər Universitetində kafedra müdiri,1990-cı ildən isə Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektorudur. O, həmçinin bəstəkarlar ittifaqının üzvüdür. Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq muğamların fəlsəfi mahiyyətinin araşdırılması onun adı ilə bağlıdır. Gülnaz Abdullazadə 40-a qədər elmi əsərin və monoqrafiyaların müəllifidir. Hal-hazırda bəstəkar kimi fəaliyyət göstərməkdədir.
Yaradıcılığı
Gülnaz Abdullazadə Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. Öz elmi-nəzəri konsepsiyalarında muğamların və folklor musiqisinin fəlsəfi mahiyyyətinə əsaslanır. "Musiqi sənətinin fəlsəfi mahiyyəti" (Bakı, 1985), "Musiqi, insan, cəmiyyət" (Bakı, 1991), "Azərbaycan fəlsəfəsi" (həmmüəlliflə, Bakı, 1993), "Hegelin musiqi estetikası" (Bakı, 1999) monoqrafiyalarının müəllifidir.
"Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti" (Bakı, 1983), "Qədim və orta əsrlərin musiqi mədəniyyəti" (Bakı, 1996) adlı monoqrafiyalarında; 4-7 noyabr 1997-ci ildə IV Uluslararası Türk Kültürü Konqresində "Üzeyir Hacıbəyovun milli musiqi haqqında estetik düşüncələri" (Ankara, Atatürk Kültür Mərkəzi), 13-16 noyabr 2002-ci ildə Uluslararası Avropada və Türk Cumhuriyyətlərində musiqi mədəniyyəti və tədrisi konqresində "Avropa not sistemli peşəkar musiqinin Şərq şifahi ənənəli peşəkar musiqisi ilə müqayisəsi və onların inteqrasiya yolları" (Ankara, Qazi Universiteti) adlı məruzələrində; "Üzeyir Hacıbəyov: Şərq-Qərb dialoqu" ("Azərbaycan milli musiqisinin tədqiqi problemləri" (elmi məqalələr toplusu), III buraxılış, Bakı, Elm, 1999) və "Avropa not sistemli peşəkar musiqinin Şərq şifahi ənənəli peşəkar musiqisi ilə müqayisəsi və onların inteqrasiya yolları" ("Azərbaycan milli musiqisinin tədqiqi problemləri" (elmi məqalələr toplusu), V buraxılış, Bakı, Elm, 2004) məqalələrində "Hacıbəyov" fenomeninə tarixi-nəzəri və elmi qiymət verilmiş, onun həyatı, yaradıcılığı, Şərq-Qərb musiqi mədəniyyətinin inteqrasiyası prosesində oynadığı rol tədqiq edilmiş, Azərbaycan muğam ladlarının sistemləşdirilməsinin özünəməxsusluğunun üslub cəhətləri və s. problemlərə dair tarixi və nəzəri cəhətdən münasibət bildirilmişdir.
G.Abdullazadənin elmi, pedaqoji və ictimai fəaliyyəti ilə yanaşı, bəstəkar kimi də çoxlu əsərləri var. Bunlardan "Azərbaycan xalq mövzusu əsasında 15 vokaliz", "Fortepiano üçün prelüd və sonatina", "Fortepiano triosu", "Üç hissəli simfoniya" və başqa əsərlərini göstərmək olar. Hal-hazırda professor G.Abdullazadə BMA-nın Elmi işlər üzrə prorektorudur.
İstinadlar
- Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 21.
- "Abdullazadə Gülnaz Abutalıb qızı". 2016-03-03 tarixində . İstifadə tarixi: 2013-10-01.
- "Abdullazadə Gülnaz Abutalıb qızı". 2021-05-06 tarixində . İstifadə tarixi: 2013-09-20.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gulnaz Abutalib qizi Abdullazade d 7 sentyabr 1946 Baki Azerbaycan SSR Azerbaycan musiqisunasi bestekar musiqisunas filosof felsefe elmleri doktoru 1990 professor 1992 Baki Musiqi Akademiyasinin elmi isler uzre prorektoru Gulnaz AbdullazadeAbdullazade Gulnaz Abutalib qiziDogum tarixi 7 sentyabr 1946 77 yas Vetendasligi AzerbaycanElmi derecesi felsefe elmleri doktoruElmi adi professor 1992 Mukafatlari 2007HeyatiGulnaz Abdullazade 1946 ci il sentyabrin 7 si Baki seherinde anadan olmusdur Bulbul adina orta ixtisas mektebini ve 1971 ci ilde Azerbaycan Dovlet Konservatoriyasini bitirmisdir O 1963 cu ilden elmi pedaqoji fealiyyete baslamisdir 1976 ci ilde M V Lomonosov adina Moskva Dovlet Universitetinin aspiranturasina daxil olan Gulnaz Abdullazade 1979 cu ilde tehsilini basa vurmusdur Hemin il felsefe elmler namizedi 1990 ci ilden ise felsefe elmleri doktorudur FealiyyetiGulnaz Abdullazade 1982 1987 ci illerde Xarici Diller Universitetinde kafedra mudiri 1990 ci ilden ise Baki Musiqi Akademiyasinin elmi tedqiqat ve yaradiciliq isleri uzre prorektorudur O hemcinin bestekarlar ittifaqinin uzvudur Azerbaycan musiqisunasliginda ilk defe olaraq mugamlarin felsefi mahiyyetinin arasdirilmasi onun adi ile baglidir Gulnaz Abdullazade 40 a qeder elmi eserin ve monoqrafiyalarin muellifidir Hal hazirda bestekar kimi fealiyyet gostermekdedir YaradiciligiGulnaz Abdullazade Azerbaycan ve dunya musiqisinin felsefi problemlerine ve Azerbaycan bestekarlarinin yaradiciligina dair bir sira eserlerin muellifidir Oz elmi nezeri konsepsiyalarinda mugamlarin ve folklor musiqisinin felsefi mahiyyyetine esaslanir Musiqi senetinin felsefi mahiyyeti Baki 1985 Musiqi insan cemiyyet Baki 1991 Azerbaycan felsefesi hemmuellifle Baki 1993 Hegelin musiqi estetikasi Baki 1999 monoqrafiyalarinin muellifidir Azerbaycan mugamlarinin felsefi mahiyyeti Baki 1983 Qedim ve orta esrlerin musiqi medeniyyeti Baki 1996 adli monoqrafiyalarinda 4 7 noyabr 1997 ci ilde IV Uluslararasi Turk Kulturu Konqresinde Uzeyir Hacibeyovun milli musiqi haqqinda estetik dusunceleri Ankara Ataturk Kultur Merkezi 13 16 noyabr 2002 ci ilde Uluslararasi Avropada ve Turk Cumhuriyyetlerinde musiqi medeniyyeti ve tedrisi konqresinde Avropa not sistemli pesekar musiqinin Serq sifahi eneneli pesekar musiqisi ile muqayisesi ve onlarin inteqrasiya yollari Ankara Qazi Universiteti adli meruzelerinde Uzeyir Hacibeyov Serq Qerb dialoqu Azerbaycan milli musiqisinin tedqiqi problemleri elmi meqaleler toplusu III buraxilis Baki Elm 1999 ve Avropa not sistemli pesekar musiqinin Serq sifahi eneneli pesekar musiqisi ile muqayisesi ve onlarin inteqrasiya yollari Azerbaycan milli musiqisinin tedqiqi problemleri elmi meqaleler toplusu V buraxilis Baki Elm 2004 meqalelerinde Hacibeyov fenomenine tarixi nezeri ve elmi qiymet verilmis onun heyati yaradiciligi Serq Qerb musiqi medeniyyetinin inteqrasiyasi prosesinde oynadigi rol tedqiq edilmis Azerbaycan mugam ladlarinin sistemlesdirilmesinin ozunemexsuslugunun uslub cehetleri ve s problemlere dair tarixi ve nezeri cehetden munasibet bildirilmisdir G Abdullazadenin elmi pedaqoji ve ictimai fealiyyeti ile yanasi bestekar kimi de coxlu eserleri var Bunlardan Azerbaycan xalq movzusu esasinda 15 vokaliz Fortepiano ucun prelud ve sonatina Fortepiano triosu Uc hisseli simfoniya ve basqa eserlerini gostermek olar Hal hazirda professor G Abdullazade BMA nin Elmi isler uzre prorektorudur IstinadlarAzerbaycan Qadin Ensiklopediyasi Baki Azerbaycan Milli Ensiklopediyasi nesriyyati 2002 seh 21 Abdullazade Gulnaz Abutalib qizi 2016 03 03 tarixinde Istifade tarixi 2013 10 01 Abdullazade Gulnaz Abutalib qizi 2021 05 06 tarixinde Istifade tarixi 2013 09 20