Gorus rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Gorus şəhəridir. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra o dövrün ərazi inzibati bölgüsünə görə yaradılmış Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi Gorus şəhəri olmuşdur. Zəngəzur Ermənistana verildikdən sonra isə Ermənistan SSR-in tərkibində 1930-cu il sentyabrın 9-da Gorus rayonu yaradılmışdır. Rayonun ərazisi 752 km²-dir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 250 km-dir. 1988-ci ilə kimi azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Şurnuxu, Ağbulaq, Şamsız, Qurdqulaq, Şahverdilər, Gorus.
Rayon | |
Gorus rayonu | |
---|---|
İnzibati mərkəz | Gorus |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 09.09.1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Gorus | Qoris | ... |
Qalidzor | ... | |
Əliqulu | Azataşen | 01.06.1940 |
Dzoraşen | 19.04.1950 | |
Muğancıq | Haygedazor | 19.04.1950 |
Yayıcı | Qarjis | 03.07.1968 |
Bayandur | Bağatur | 07.05.1969 |
Tarixi
Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Orta əsrlərdə Qədim İpək yolunun bir hissəsi sayılan, Naxçıvandan Xəzəryanı şəhərlərə, Qarabağa və başqa yerlərə duz daşıyan karvanların yolu Gorusdan keçib gedərmiş.
Qarabağ xanları Gorus ermənilərinə qarşı həmişə xoş münasibət bəsləmişlər. Pənahəli xan Qarabağ məliyi Şahnəzərin təqdimatı ilə Gorus ermənisi Ohana məlik rütbəsi vermiş və bu bölgənin idarəçiliyini ona tapşırmışdır. Qarabağ xanının icazəsi və dəstəyi ilə 1765-ci ildə Gorus kilsəsi tikilmişdir. Gorus bölgəsini 200 ilə yaxın bir müddətdə (XVII-XVIII əsrlərdə) Məlik Hüseynlilər tayfası idarə etmiş və bu nəslin Qarabağ xanlığı ilə yaxın əlaqələri olmuşdur. 1805-ci ildə Qarabağa daxil olan rus qoşunları Gorus şəhərini Rusiyanın hərbi qərargahına çevirmişdir. 1826-cı ilin iyul ayında Rusiya-İran müharibəsi Zəngəzurda şiddətlənir və Q.Nazimkanın komandanlığı altında rus ordusu 42-ci polkunun üç alayı (2 topu) Gorusda yerləşdirilir. Köhnə Gorus qəsəbəsi 1868-ci ildən Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi olmuşdur. Lakin qəsəbənin yerləşdiyi dərənin məhdud sahəsi onun genişlənməsinə imkan vermədiyinə görə Məlik Hüseynin məsləhəti ilə 1870-ci ildə köhnə Gorusdan bir qədər qərbdə, kəndin qarşısındakı düzənlikdə, çayın sağ sahilində Gorus şəhərinin əsası qoyulmuşdur. Bu şəhər 1868-1918-ci illərdə Yelizavetpol quberniyası Zəngəzur qəzasının mərkəzi, 1921-1930-cu illərdə Ermənistan SSR Zəngəzur qəzasının, daha sonra isə Gorus rayonunun mərkəzi olmuşdur.
Toponimikası
Moisey Kalankatuklunun "Alban tarixi" əsərində (3-cü kitab 16-cı fəsil) bu yaşayış məntəqəsinin adı Qoroz qalası kimi çəkilir. Gorus toponimi Gürcüstanda Xorosdaq, Qoroz-Xaraba, Stavropol vilayətində Geros, Şimali Qafqazda Qroznı toponimləri ilə mənşəcə eyni olub, türk mənşəli Qorus tayfasının adı ilə bağlıdır.
Gorus toponimini tədqiq edən əslən Gorusun Şurnuxu kəndindən olan Əzəmət Rüstəmli Naxçıvandakı Xurs kəndinin, Qazax rayonundakı Xoros dağının, Qarabağdakı Kirs dağının, Türkiyədəki Qars şəhərinin adlarının Gorus toponimi ilə eyni mənşəli olduğunu qeyd edir. Gorus toponimini Qor sözü ilə əlaqələndirən fikir də maraqlıdır. "Alban tarixi" əsərində göstərilir: "Babiki müşayiət edən Qor və Qazan adlı iki doğma qardaş öz dinlərini atıb xaçpərəst oldular. Babik püşk atdı və Qorun bəxtinə Hot kəndi, Qazanın bəxtinə isə Şalat kəndi çıxdı". Hot və Şalat kəndlərinin Sisyan və Gorus rayonlarının ərazisində olması bu gümanı daha da qüvvətləndirir.
Gorus toponiminin İranın Həmədan şəhəri yaxınlığındakı Gorus mahalından olan tayfaların adı ilə bağlılığını göstərən Məhəmmədhəsən Baharlı bu tayfanın, eləcə də Azərbaycanın Cavad, Şamaxı və Göyçay qəzalarında məskunlaşdığını da qeyd edir. Lakin Məhəmməd Həsən Baharlının gorusluları kürd tayfaları kimi göstərməsi fikri ilə razılaşmaq mümkün deyildir. Bu tayfa türk mənşəli olmaqla, XV-XVI əsrlərdə Qızılbaşların tərkibində Səfəvilərin hakimiyyətə gəlməsində mühüm rol oynamış və çox güman ki, XVI əsrin əvvəllərində Şah İsmayıl Xətainin Zəngəzura yürüşü zamanı bu ərazilərə gələrək yeni yurdda məskunlaşmışlar.
Son dövrlərdə erməni tədqiqatçıları Gorus (Qoris) sözünü rus dilindəki "qora" - "dağ" sözü ilə əlaqələndirirlər ki, bu da etimoloji cəhətdən tam mənasız bir şeydir. Ən azı ona görə ki, ruslar Zəngəzura XIX əsrdə gəlmişlər, Gorus adı isə bundan ən azı 400 il öncə mövcud olmuşdur.
Gorusun bərəkətli torpağı, çay boyu vadiləri, sıldırım qayaları, mağara və kahaları qədim minilliklərdə adamlar üçün sığınacaq olmuşdur.
Orta əsr şərq-müsəlman memarlığının ən gözəl nümunələrindən biri olan Sınıq Karvansaranın da Gorus rayonu ərazisində olması deyilənlərə sübutdur. Qayaların qoynundakı mağara və karvansaralar son illərə qədərqalmaqda idi. Bu ekzotik evlər uzun illər Qarabağ xanlarının istirahət və əyləncə yeri olmuşdur.
Gorusda 1823-cü ildə 119 ailə (azərbaycanlı və erməni) yaşayırdı. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra 1829-31-ci illərdə İrandan və Türkiyədən xeyli sayda erməni köçürülərək Zəngəzura, o cümlədən, Gorus rayonunun ərazisində yerləşdirilmiş,gəlmə ermənilərin hesabına şəhərin əhalisi artmışdır. Gorus Şəhəri Zəngəzurun qəza mərkəzinə çevrildikdən sonra ardıcıl aparılan erməniləşdirməyə siyasəti nəticəsində buradan azərbaycanlılar tədriclə sıxışdırılıb çıxarılmışlar. S. Zelinskinin 1886-ci il tədqiqatında Gorus Şəhəri erməni yaşayış məntəqəsi kimi göstərilir.Yalnız burada bir neçə azərbaycanlı ailəsinin yaşadığı qeyd edilir. Gorus erməniləri istər xarakterinə, istərsə də ləhcələrinə görə Zəngəzurun digər ermənilərindən kəskin şəkildə fərqlənirdilər. Erməni dilçilik elmində "Gorus ləhcəsi" deyilən bir sahənin olması da təsadüfi deyildir. Müxtəlif zamanlarda dünyanın müxtəlif ölkələrindən indiki Ermənistan ərazisinə köçürülən ermənilər müxtəlif ləhcələrlə danışırlar. Bu yığma xalqın hər rayonda, hətta ayrı-ayrı kəndlərdə belə özlərinə məxsus ləhcələri mövcuddur. Belə ki, Zəngəzurun Meğri rayonundakı ermənilər bir ləhcə ilə danışdıqları halda, qonşu Qafanda başqa ləhcə ilə danışırlar.İrəvan ermənilərinin öz ləhcəsi, Leninakanın öz ləhcəsi vardır. Bir sözlə, Ermənistanda 40-a qədər ləhcə vardır. Ancaq Gorus ləhcəsi bunların heç birinə bənzəmir. Bu ləhcə ilə Gorus rayonunda, Sisyanın və Qafanın bəzi erməni kəndlərində danışırlar. Gorus ləhcəsinin Qarabağ ləhcəsinə yaxın olması faktı da Zəngəzur və Arsağın qədim Albaniya dövlətinin qonşu vilayətləri olmasını təsdiq edən dəlillərdən biri kimi əhəmiyyətlidir. Son əsrdə Gorus erməniləri öz kobudluqları, qəddarlıqları və azərbaycanlı əhaliyə qarşı daha sərt münasibətləri ilə seçilmişlər. Fikrimizcə bu, həm Gorusda güclü dayaqlara malik olan "Daşnaksütyun"partiyasının antitürk təbliğatı, həm də IX əsrin sonlarında Zəngəzurda Alban xristianlarının qriqorianlaşdırılmasında xüsusi rol oynamış Tatev kilsəsinin təsiri ilə əlaqədar idi. Sonrakı dövrdə də Gorus rayonu Zəngəzurun erməni daŞnak mərkəzi kimi tanıtmışdır. 1905 və 1918-ci il Zəngəzurdakı erməni-müsəlman davaları zamanı Gorus erməniləri xüsusilə qəddarlıq göstərmişlər. 1918-ci ildə Andronikin Zəngəzurdakı azərbaycanlı kəndlərini talan edərək Gorusa gəlməsi və Gorusda öz dövlətini elan etməsi, Dro və Nijdehin daşnak dəstələrinin uzun müddət Gorusda və Tatevdə at oynatması, Zəngəzurda Sovet hakimiyyəti qurulduqdan sonra belə, iki ilə yaxın bir müddətdə Gorus ərazisində "Sünik respublikası" deyilən oyuncaq qurumun qalması Gorusda separatçı antitürk daşnak ruhunun yüksək olduğunu sübut edən faktlardır. 1918-ci ilə qədər Gorus rayonunda 45 azərbaycanlı kəndi olmuşdur.Sovet hakimiyyəti illərində Gorus rayonundakı 8 azərbaycanlı kəndinin adı erməniləşdirilmiş, 6 kənd isə ləğv edilmişdir. 1988-ci ildə bu rayonda cəmisi 5 azərbaycanlı kəndi qalmışdır ki, onların da əhalisi ilin sonunda deportasiya edilmişdilər.
Təbiəti
Gorus rayonu kəskin parçalanmış vulkanik dağlar, dağətəyi düzənliklər, sıldırım qayalar və dərin dərələr diyarıdır. Rayonun şimalında bazalt süxurlardan ibarət işıqlı dağ silsiləsi uzanır (3548 m). Üçtəpə yaylası (1500–2300 m) Gorus və Sisyan rayonlarının hüdudlarında yerləşən gözəl subalp çəmənliyidir. Üçtəpədən başlayaraq dağlar tədricən aşağı meyillənir, Bazarçay dağ aşırımına (600–800 m) keçərək, Bazarçay üzərindəki yerli camaat arasında "Şeytan körpüsü" deyilən təbii daş tuneli yaradır. Bu rayonun landşaftının özəlliklərindən biri də "Gorus piramidaları"dır. Bunlar Gorus şəhərinin şərq və cənub-qərbində qərar tutan, küləklərin təsiri altında torpağın qum qatının aşınması nəticəsində yaranmış konusvari daş sütunlardır. Vulkanik mənşəli piramidaların hündürlüyü 10-20 m, bəzən daha çoxdur. Xinzirək və Xnazax, Bayandur çaylarının hövzələrində də belə piramidalara rast gəlinir. Gorus, Zoraşen, Xnzoresk, Ağsu, Dığ, Xoznavar, Xnazax çayları Gorus rayonunun əsas su hövzələridir.
Gorus çayının orta axarı boyunca yerləşən seyrək meşəliklər qaratikan, zoğal, böyürtkən kolları və cəviz ağacları ilə örtülmüşdür. Meşələrin sıx yerində vələs, palıd, ağcaqayın, cır gilas və s. ağaclar üstünlük təŞkil edir. Su axarları əsasən Bazar çayı hövzəsinə məxsus olan kiçik dağ çaylarından ibarətdir. YetmiŞinci illərdən baŞlayaraq, Bazar çayın üzərində tikilmiş SES-lər, suvarma sistemləri Gorusun iqtisadiyyatına böyük təsir göstərmişdir. Mineral sulardan "Turş su", (Tatev, Karaşen, Gorus) daha məşhur və qədim zamanlardan təbabətdə (türkəçarə) istifadə olunan ġeytan körpüsünün yaxınlığında yerləŞən mineral suların adını çəkmək olar. Zəngəzurun ən gözəl və ən böyük Su hövzəsi sayılan Qara gölün böyük bir hissəsi Gorus rayonunun ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, Qara gölün Laçın ərazisinə düşən hissəsi də 1968-ci ildə Azərbaycandan alınaraq Ermənistan SSR-ə verilmişdir.
Gorusda qış Sisyan və Meğriyə nisbətən sərt və uzun olur. Havanın orta temperaturu yanvar ayında -2 °C (aşağı zona) -10 °C arasında (işıqlı dağ) olur. İyul ayında temperatur müvafiq surətdə +22 °C-dən +10 °C-dək dəyişir. Yağıntının illik miqdarı 500–800 mm-ə çatır. May-iyun aylarında demək olar ki, günaşırı yağış yağır.
Xarici keçidlər
- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə 2015-11-16 at the Wayback Machine
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri 2014-09-04 at the Wayback Machine
- Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.[ölü keçid]
- İndiki Ermənistan qədim türk yurdu idi[ölü keçid]
- Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı[ölü keçid]
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Gorus deqiqlesdirme Gorus rayonu Qerbi Azerbaycanda indiki Ermenistan Respublikasi Zengezur mahali erazisinde rayon Merkezi Gorus seheridir Azerbaycan Rusiyaya birlesdirildikden sonra o dovrun erazi inzibati bolgusune gore yaradilmis Yelizavetpol quberniyasinin Zengezur qezasinin merkezi Gorus seheri olmusdur Zengezur Ermenistana verildikden sonra ise Ermenistan SSR in terkibinde 1930 cu il sentyabrin 9 da Gorus rayonu yaradilmisdir Rayonun erazisi 752 km dir Rayon merkezinden Irevan seherine olan mesafe 250 km dir 1988 ci ile kimi azerbaycanlilarin yasamaqda davam etdikleri ve hemin il terk etmeye mecbur olduqlari yasayis menteqeleri Surnuxu Agbulaq Samsiz Qurdqulaq Sahverdiler Gorus RayonGorus rayonuInzibati merkez GorusTarixi ve cografiyasiYaradilib 09 09 1930Legv edilib 11 aprel 1995 Ermenistan SSR Ali Soveti Reyaset heyetinin muxtelif fermanlari ile rayon uzre deyisdirilmis tarixi yer adlari Qedim turk adi Indiki adi Deyisdirilme tarixiGorus Qoris Qalidzor Eliqulu Azatasen 01 06 1940Dzorasen 19 04 1950Muganciq Haygedazor 19 04 1950Yayici Qarjis 03 07 1968Bayandur Bagatur 07 05 1969TarixiGorus Qafqazda en qedim yasayis meskenlerinden biri olmusdur Orta esrlerde Qedim Ipek yolunun bir hissesi sayilan Naxcivandan Xezeryani seherlere Qarabaga ve basqa yerlere duz dasiyan karvanlarin yolu Gorusdan kecib gedermis Qarabag xanlari Gorus ermenilerine qarsi hemise xos munasibet beslemisler Penaheli xan Qarabag meliyi Sahnezerin teqdimati ile Gorus ermenisi Ohana melik rutbesi vermis ve bu bolgenin idareciliyini ona tapsirmisdir Qarabag xaninin icazesi ve desteyi ile 1765 ci ilde Gorus kilsesi tikilmisdir Gorus bolgesini 200 ile yaxin bir muddetde XVII XVIII esrlerde Melik Huseynliler tayfasi idare etmis ve bu neslin Qarabag xanligi ile yaxin elaqeleri olmusdur 1805 ci ilde Qarabaga daxil olan rus qosunlari Gorus seherini Rusiyanin herbi qerargahina cevirmisdir 1826 ci ilin iyul ayinda Rusiya Iran muharibesi Zengezurda siddetlenir ve Q Nazimkanin komandanligi altinda rus ordusu 42 ci polkunun uc alayi 2 topu Gorusda yerlesdirilir Kohne Gorus qesebesi 1868 ci ilden Yelizavetpol quberniyasinin Zengezur qezasinin merkezi olmusdur Lakin qesebenin yerlesdiyi derenin mehdud sahesi onun genislenmesine imkan vermediyine gore Melik Huseynin mesleheti ile 1870 ci ilde kohne Gorusdan bir qeder qerbde kendin qarsisindaki duzenlikde cayin sag sahilinde Gorus seherinin esasi qoyulmusdur Bu seher 1868 1918 ci illerde Yelizavetpol quberniyasi Zengezur qezasinin merkezi 1921 1930 cu illerde Ermenistan SSR Zengezur qezasinin daha sonra ise Gorus rayonunun merkezi olmusdur ToponimikasiMoisey Kalankatuklunun Alban tarixi eserinde 3 cu kitab 16 ci fesil bu yasayis menteqesinin adi Qoroz qalasi kimi cekilir Gorus toponimi Gurcustanda Xorosdaq Qoroz Xaraba Stavropol vilayetinde Geros Simali Qafqazda Qrozni toponimleri ile mensece eyni olub turk menseli Qorus tayfasinin adi ile baglidir Gorus toponimini tedqiq eden eslen Gorusun Surnuxu kendinden olan Ezemet Rustemli Naxcivandaki Xurs kendinin Qazax rayonundaki Xoros daginin Qarabagdaki Kirs daginin Turkiyedeki Qars seherinin adlarinin Gorus toponimi ile eyni menseli oldugunu qeyd edir Gorus toponimini Qor sozu ile elaqelendiren fikir de maraqlidir Alban tarixi eserinde gosterilir Babiki musayiet eden Qor ve Qazan adli iki dogma qardas oz dinlerini atib xacperest oldular Babik pusk atdi ve Qorun bextine Hot kendi Qazanin bextine ise Salat kendi cixdi Hot ve Salat kendlerinin Sisyan ve Gorus rayonlarinin erazisinde olmasi bu gumani daha da quvvetlendirir Gorus toponiminin Iranin Hemedan seheri yaxinligindaki Gorus mahalindan olan tayfalarin adi ile bagliligini gosteren Mehemmedhesen Baharli bu tayfanin elece de Azerbaycanin Cavad Samaxi ve Goycay qezalarinda meskunlasdigini da qeyd edir Lakin Mehemmed Hesen Baharlinin goruslulari kurd tayfalari kimi gostermesi fikri ile razilasmaq mumkun deyildir Bu tayfa turk menseli olmaqla XV XVI esrlerde Qizilbaslarin terkibinde Sefevilerin hakimiyyete gelmesinde muhum rol oynamis ve cox guman ki XVI esrin evvellerinde Sah Ismayil Xetainin Zengezura yurusu zamani bu erazilere gelerek yeni yurdda meskunlasmislar Son dovrlerde ermeni tedqiqatcilari Gorus Qoris sozunu rus dilindeki qora dag sozu ile elaqelendirirler ki bu da etimoloji cehetden tam menasiz bir seydir En azi ona gore ki ruslar Zengezura XIX esrde gelmisler Gorus adi ise bundan en azi 400 il once movcud olmusdur Gorusun bereketli torpagi cay boyu vadileri sildirim qayalari magara ve kahalari qedim minilliklerde adamlar ucun siginacaq olmusdur Orta esr serq muselman memarliginin en gozel numunelerinden biri olan Siniq Karvansaranin da Gorus rayonu erazisinde olmasi deyilenlere subutdur Qayalarin qoynundaki magara ve karvansaralar son illere qederqalmaqda idi Bu ekzotik evler uzun iller Qarabag xanlarinin istirahet ve eylence yeri olmusdur Gorusda 1823 cu ilde 119 aile azerbaycanli ve ermeni yasayirdi Azerbaycan Rusiyaya birlesdirildikden sonra 1829 31 ci illerde Irandan ve Turkiyeden xeyli sayda ermeni kocurulerek Zengezura o cumleden Gorus rayonunun erazisinde yerlesdirilmis gelme ermenilerin hesabina seherin ehalisi artmisdir Gorus Seheri Zengezurun qeza merkezine cevrildikden sonra ardicil aparilan ermenilesdirmeye siyaseti neticesinde buradan azerbaycanlilar tedricle sixisdirilib cixarilmislar S Zelinskinin 1886 ci il tedqiqatinda Gorus Seheri ermeni yasayis menteqesi kimi gosterilir Yalniz burada bir nece azerbaycanli ailesinin yasadigi qeyd edilir Gorus ermenileri ister xarakterine isterse de lehcelerine gore Zengezurun diger ermenilerinden keskin sekilde ferqlenirdiler Ermeni dilcilik elminde Gorus lehcesi deyilen bir sahenin olmasi da tesadufi deyildir Muxtelif zamanlarda dunyanin muxtelif olkelerinden indiki Ermenistan erazisine kocurulen ermeniler muxtelif lehcelerle danisirlar Bu yigma xalqin her rayonda hetta ayri ayri kendlerde bele ozlerine mexsus lehceleri movcuddur Bele ki Zengezurun Megri rayonundaki ermeniler bir lehce ile danisdiqlari halda qonsu Qafanda basqa lehce ile danisirlar Irevan ermenilerinin oz lehcesi Leninakanin oz lehcesi vardir Bir sozle Ermenistanda 40 a qeder lehce vardir Ancaq Gorus lehcesi bunlarin hec birine benzemir Bu lehce ile Gorus rayonunda Sisyanin ve Qafanin bezi ermeni kendlerinde danisirlar Gorus lehcesinin Qarabag lehcesine yaxin olmasi fakti da Zengezur ve Arsagin qedim Albaniya dovletinin qonsu vilayetleri olmasini tesdiq eden delillerden biri kimi ehemiyyetlidir Son esrde Gorus ermenileri oz kobudluqlari qeddarliqlari ve azerbaycanli ehaliye qarsi daha sert munasibetleri ile secilmisler Fikrimizce bu hem Gorusda guclu dayaqlara malik olan Dasnaksutyun partiyasinin antiturk tebligati hem de IX esrin sonlarinda Zengezurda Alban xristianlarinin qriqorianlasdirilmasinda xususi rol oynamis Tatev kilsesinin tesiri ile elaqedar idi Sonraki dovrde de Gorus rayonu Zengezurun ermeni daSnak merkezi kimi tanitmisdir 1905 ve 1918 ci il Zengezurdaki ermeni muselman davalari zamani Gorus ermenileri xususile qeddarliq gostermisler 1918 ci ilde Andronikin Zengezurdaki azerbaycanli kendlerini talan ederek Gorusa gelmesi ve Gorusda oz dovletini elan etmesi Dro ve Nijdehin dasnak destelerinin uzun muddet Gorusda ve Tatevde at oynatmasi Zengezurda Sovet hakimiyyeti qurulduqdan sonra bele iki ile yaxin bir muddetde Gorus erazisinde Sunik respublikasi deyilen oyuncaq qurumun qalmasi Gorusda separatci antiturk dasnak ruhunun yuksek oldugunu subut eden faktlardir 1918 ci ile qeder Gorus rayonunda 45 azerbaycanli kendi olmusdur Sovet hakimiyyeti illerinde Gorus rayonundaki 8 azerbaycanli kendinin adi ermenilesdirilmis 6 kend ise legv edilmisdir 1988 ci ilde bu rayonda cemisi 5 azerbaycanli kendi qalmisdir ki onlarin da ehalisi ilin sonunda deportasiya edilmisdiler TebietiGorus rayonu keskin parcalanmis vulkanik daglar dageteyi duzenlikler sildirim qayalar ve derin dereler diyaridir Rayonun simalinda bazalt suxurlardan ibaret isiqli dag silsilesi uzanir 3548 m Uctepe yaylasi 1500 2300 m Gorus ve Sisyan rayonlarinin hududlarinda yerlesen gozel subalp cemenliyidir Uctepeden baslayaraq daglar tedricen asagi meyillenir Bazarcay dag asirimina 600 800 m kecerek Bazarcay uzerindeki yerli camaat arasinda Seytan korpusu deyilen tebii das tuneli yaradir Bu rayonun landsaftinin ozelliklerinden biri de Gorus piramidalari dir Bunlar Gorus seherinin serq ve cenub qerbinde qerar tutan kuleklerin tesiri altinda torpagin qum qatinin asinmasi neticesinde yaranmis konusvari das sutunlardir Vulkanik menseli piramidalarin hundurluyu 10 20 m bezen daha coxdur Xinzirek ve Xnazax Bayandur caylarinin hovzelerinde de bele piramidalara rast gelinir Gorus Zorasen Xnzoresk Agsu Dig Xoznavar Xnazax caylari Gorus rayonunun esas su hovzeleridir Gorus cayinin orta axari boyunca yerlesen seyrek meselikler qaratikan zogal boyurtken kollari ve ceviz agaclari ile ortulmusdur Meselerin six yerinde veles palid agcaqayin cir gilas ve s agaclar ustunluk teSkil edir Su axarlari esasen Bazar cayi hovzesine mexsus olan kicik dag caylarindan ibaretdir YetmiSinci illerden baSlayaraq Bazar cayin uzerinde tikilmis SES ler suvarma sistemleri Gorusun iqtisadiyyatina boyuk tesir gostermisdir Mineral sulardan Turs su Tatev Karasen Gorus daha meshur ve qedim zamanlardan tebabetde turkecare istifade olunan ġeytan korpusunun yaxinliginda yerleSen mineral sularin adini cekmek olar Zengezurun en gozel ve en boyuk Su hovzesi sayilan Qara golun boyuk bir hissesi Gorus rayonunun erazisindedir Teessufle qeyd etmek lazimdir ki Qara golun Lacin erazisine dusen hissesi de 1968 ci ilde Azerbaycandan alinaraq Ermenistan SSR e verilmisdir Gorusda qis Sisyan ve Megriye nisbeten sert ve uzun olur Havanin orta temperaturu yanvar ayinda 2 C asagi zona 10 C arasinda isiqli dag olur Iyul ayinda temperatur muvafiq suretde 22 C den 10 C dek deyisir Yagintinin illik miqdari 500 800 mm e catir May iyun aylarinda demek olar ki gunasiri yagis yagir Xarici kecidlerQerbi Azerbaycan azerbaycanlilara qarsi genosid demoqrafik statistika guzgusunde 2015 11 16 at the Wayback Machine Qerbi Azerbaycanin turk menselli toponimleri 2014 09 04 at the Wayback Machine Vandalizm tarixi adlara qarsi soyqirimi Baki Tehsil 2006 92 seh olu kecid Indiki Ermenistan qedim turk yurdu idi olu kecid Qerbi Azerbaycan erazilerinde yer adlarinin soyqirimi olu kecid Hemcinin baxZengezur Gorus FK Qerbi Azerbaycan Azerbaycanlilarin Qerbi Azerbaycandan deportasiyasi Ermeni ehalisinin tarixi miqrasiyasi