Geştaltpsixologiya — psixologiyada bu istiqamət XX əsrin 20-ci illərində Almaniyada yaranıb. Onun yaradıcıları M. Vertheymer, V. Keler, K. Levin, K. Koffkadır.
Haqqında
Bu məktəbin başlıca ideyası ondan ibarət idi ki, psixikanın əsasında bütöv geştaltlar durur. Geştaltpsixoloqlar idrak proseslərinin eksperimental tədqiqinə xüsusi yer ayırırdılar. Geştaltpsixologiya məktəbi şəxsiyyətin keyfiyyətləri və strukturunu eksperimental yolla öyrənmişdir.
Tanınmış nümayəndələri
Maks Vertqeymer
Geştaltpsixologiyanın tanınmış nümayəndələrindən biri Maks Vertqeymerdir (1880–1943). Universitet təhsilini başa vurduqdan sonra Vertqeymer Praqada və sonra Berlində fəlsəfəni öyrənir. Nasistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra o, 1933-cü ildə ABŞ-yə köçür. Vertqeymerin ilk işi görmə qavrayışına həsr olunur. O, taxistoskpoun köməyilə bir-birinin ardınca müxtəlif tezliklə 2 qıcıqlandırıcının (xətti və əyri) təsirini öyrənir. Qıcıqlandırıcılar arasında fasilə çox olanda sınaq olunan şəxs onu ardıcıl, fasilə az olduqda isə tam kimi qavrayır.
K. Koffka
Geştaltpsixologiyanın digər bir görkəmli nümayənəsi K. Koffka (1886–1941) uşağın ətraf mühiti necə qavradığını və davranışının ondan asılılığını öyrənir. Koffkaya görə, psixi inkişaf prosesi 2 paralel prosesdən – yetkinləşmə və təlimdən asılıdır. O göstərirdi ki, bu proseslər bir-birindən asılı deyil. Koffkanın tədqiqatları göstərdi ki, uşaq doğularkən xarici mühiti dumanlı və obyektə adekvat olmayan şəkildə qavrayır. Çağa insan surətini dumanlı qavrayır. Səs, sifət, saç, hərəkət geştaltları tədricən qavranılır. Yalnız 6 aylıqdan sonra dumanlı surətlər tədricən aydınlaşır. Koffkanın tədqiqatları göstərdi ki, rəng qavrayışı da tədricən inkişaf edir. Çağa ətrafdakı əşyaları bir rəngdə görür. Bununla belə, rəngsiz əşyalar fon kimi, rənglilər isə fiqur kimi qavranılır. Tədricən əşyalar isti və soyuq kimi qavranılır. Uşaqlar sarı və qırmızı rəngi isti, yaşıl və boz rəngi soyuq kimi qavrayırlar.
V. Keler
Oxşar tədqiqatlar digər tanınmış bir alim V. Keler (1887–1967) intellektual inkişaf üzərində aparır. Keller uşaqlarda təfəkkür prosesinin tədqiqi ilə bağlı çoxsaylı eksperimentlər aparır. Eksperimentlər zamanı o, psixi inkişaf və təlimin də rolunu müəyyənləşdirir.
Kurt Levin
XX əsr psixoloqları içərisində məşhur psixoloq Kurt Levinin (1890–1947) xüsusi yeri vardır. Münhen və Berlin Universitetlərində təhsilini başa vurduqdan sonra, 1914-cü ildə K. Levin doktorluq dərəcəsi alır. O, şəxsiyyət problemini öyrənir. ABŞ-yə emiqrasiya etdikdən sonra Levin Stanford və Kornel Universitetlərində dərs deyir. 1945-ci ildən isə Massaçuset Texnologiya İnstitutunun nəzdindəki Qrup dinamikası üzrə Tədqiqat Mərkəzinə rəhbərlik edir. Baxmayaraq ki, K. Levin cəmisi 3 il Mərkəzin direktoru olub. K. Levin öz nəzəriyyəsini "Psixoloji sahə nəzəriyyəsi" adlandırmışdır.
KurtLevin şəxsiyyətdaxili konflikti öyrənmişdir. Levinə eyni səviyyəli, müxtəlif istiqamətli təsir insanda daxili konflikt yaradır.
Şəxsiyyətdaxili konfliktin həll olunması insanda həyəcan hissi, frustrasiya yaradır, onun peşə fəaliyyətinə mənfi təsir göstərir, insanı asılı edir. Bir çox hallarda şəxsiyyətdaxili konflikt başqa adamlar tərəfindən yaradılır.
ABŞ-yə gəldikdən sonra Levin qrup differensiyası, ünsiyyət üslubunun tipologiyası problemləri ilə məşğul olur. O təklif edir ki, qrupa dinamik sistem, şəxsiyyətin psixoloji sahəsi kimi baxılmalıdır. İnsanın qrupda sosial davranışı qrupdaxili münasibətlər, qrupdaxili ənənələr, ünsiyyət üslubu ilə formalaşır. Davranış psixoloji sahə və tələbat funksiyası ilə birbaşa bağlıdır.
K. Levin demokratik, avtoritar və liberal ünsiyyət üslublarını müəyyən etdi. O həm qrupda liderliyin yaranması məsələlərini öyrənmişdir. Bu sosial psixologiyada yeni bir istiqamətin – qrup dinamikası prosesinin yaranmasını şərtləndirdi.
Levinin tədqiqatları şəxsiyyət psixologiyası, sosial psixologiya sahəsində eksperimental metodlardan istifadə etməyin mümkünlüyünü əsaslandırırdı. Beləliklə, geştaltpsixoloqların tədqiqatları yaradıcı təfəkkürdən tutmuş şəxsiyyətin fəallığı kimi çoxsaylı problemləri əhatə edir. Psixikanın öyrənilməsi qavrayışın, təfəkkürün, şəxsiyyətin inkişaf qanunauyğunluqlarını, onların əsaslı fərqini müəyyənləşdirmək imkanı verdi.
Onların eksperimental yolla aldıqları nəticələr bu gün də aktual olaraq qalır. Lakin geştaltpsixologiya yeganə psixologiya məktəbidir ki, 30-cu illərdən sonra sıradan çıxdı. Bu, Avropada, xüsusilə də Almaniyada gedən siyasi proseslərin nəticəsində baş verdi.
Həmçinin bax
Mənbə
- Əliyev R. İ. Psixologiya tarixi. Bakı, 2006
- Rüstəmov F. A. Qərb pedaqogika tarixi. Bakı, 2003
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gestaltpsixologiya psixologiyada bu istiqamet XX esrin 20 ci illerinde Almaniyada yaranib Onun yaradicilari M Vertheymer V Keler K Levin K Koffkadir HaqqindaBu mektebin baslica ideyasi ondan ibaret idi ki psixikanin esasinda butov gestaltlar durur Gestaltpsixoloqlar idrak proseslerinin eksperimental tedqiqine xususi yer ayirirdilar Gestaltpsixologiya mektebi sexsiyyetin keyfiyyetleri ve strukturunu eksperimental yolla oyrenmisdir Taninmis numayendeleriMaks Vertqeymer Gestaltpsixologiyanin taninmis numayendelerinden biri Maks Vertqeymerdir 1880 1943 Universitet tehsilini basa vurduqdan sonra Vertqeymer Praqada ve sonra Berlinde felsefeni oyrenir Nasistlerin Almaniyada hakimiyyete gelmesinden sonra o 1933 cu ilde ABS ye kocur Vertqeymerin ilk isi gorme qavrayisina hesr olunur O taxistoskpoun komeyile bir birinin ardinca muxtelif tezlikle 2 qiciqlandiricinin xetti ve eyri tesirini oyrenir Qiciqlandiricilar arasinda fasile cox olanda sinaq olunan sexs onu ardicil fasile az olduqda ise tam kimi qavrayir K Koffka Gestaltpsixologiyanin diger bir gorkemli numayenesi K Koffka 1886 1941 usagin etraf muhiti nece qavradigini ve davranisinin ondan asililigini oyrenir Koffkaya gore psixi inkisaf prosesi 2 paralel prosesden yetkinlesme ve telimden asilidir O gosterirdi ki bu prosesler bir birinden asili deyil Koffkanin tedqiqatlari gosterdi ki usaq dogularken xarici muhiti dumanli ve obyekte adekvat olmayan sekilde qavrayir Caga insan suretini dumanli qavrayir Ses sifet sac hereket gestaltlari tedricen qavranilir Yalniz 6 ayliqdan sonra dumanli suretler tedricen aydinlasir Koffkanin tedqiqatlari gosterdi ki reng qavrayisi da tedricen inkisaf edir Caga etrafdaki esyalari bir rengde gorur Bununla bele rengsiz esyalar fon kimi rengliler ise fiqur kimi qavranilir Tedricen esyalar isti ve soyuq kimi qavranilir Usaqlar sari ve qirmizi rengi isti yasil ve boz rengi soyuq kimi qavrayirlar V Keler Oxsar tedqiqatlar diger taninmis bir alim V Keler 1887 1967 intellektual inkisaf uzerinde aparir Keller usaqlarda tefekkur prosesinin tedqiqi ile bagli coxsayli eksperimentler aparir Eksperimentler zamani o psixi inkisaf ve telimin de rolunu mueyyenlesdirir Kurt Levin XX esr psixoloqlari icerisinde meshur psixoloq Kurt Levinin 1890 1947 xususi yeri vardir Munhen ve Berlin Universitetlerinde tehsilini basa vurduqdan sonra 1914 cu ilde K Levin doktorluq derecesi alir O sexsiyyet problemini oyrenir ABS ye emiqrasiya etdikden sonra Levin Stanford ve Kornel Universitetlerinde ders deyir 1945 ci ilden ise Massacuset Texnologiya Institutunun nezdindeki Qrup dinamikasi uzre Tedqiqat Merkezine rehberlik edir Baxmayaraq ki K Levin cemisi 3 il Merkezin direktoru olub K Levin oz nezeriyyesini Psixoloji sahe nezeriyyesi adlandirmisdir KurtLevin sexsiyyetdaxili konflikti oyrenmisdir Levine eyni seviyyeli muxtelif istiqametli tesir insanda daxili konflikt yaradir Sexsiyyetdaxili konfliktin hell olunmasi insanda heyecan hissi frustrasiya yaradir onun pese fealiyyetine menfi tesir gosterir insani asili edir Bir cox hallarda sexsiyyetdaxili konflikt basqa adamlar terefinden yaradilir ABS ye geldikden sonra Levin qrup differensiyasi unsiyyet uslubunun tipologiyasi problemleri ile mesgul olur O teklif edir ki qrupa dinamik sistem sexsiyyetin psixoloji sahesi kimi baxilmalidir Insanin qrupda sosial davranisi qrupdaxili munasibetler qrupdaxili eneneler unsiyyet uslubu ile formalasir Davranis psixoloji sahe ve telebat funksiyasi ile birbasa baglidir K Levin demokratik avtoritar ve liberal unsiyyet uslublarini mueyyen etdi O hem qrupda liderliyin yaranmasi meselelerini oyrenmisdir Bu sosial psixologiyada yeni bir istiqametin qrup dinamikasi prosesinin yaranmasini sertlendirdi Levinin tedqiqatlari sexsiyyet psixologiyasi sosial psixologiya sahesinde eksperimental metodlardan istifade etmeyin mumkunluyunu esaslandirirdi Belelikle gestaltpsixoloqlarin tedqiqatlari yaradici tefekkurden tutmus sexsiyyetin fealligi kimi coxsayli problemleri ehate edir Psixikanin oyrenilmesi qavrayisin tefekkurun sexsiyyetin inkisaf qanunauygunluqlarini onlarin esasli ferqini mueyyenlesdirmek imkani verdi Onlarin eksperimental yolla aldiqlari neticeler bu gun de aktual olaraq qalir Lakin gestaltpsixologiya yegane psixologiya mektebidir ki 30 cu illerden sonra siradan cixdi Bu Avropada xususile de Almaniyada geden siyasi proseslerin neticesinde bas verdi Hemcinin baxKurt LevinMenbeEliyev R I Psixologiya tarixi Baki 2006 Rustemov F A Qerb pedaqogika tarixi Baki 2003