Bu məqaləni lazımdır. |
Geoloji planalma - Yer qabığının hər hansı bir sahəsinin geoloji quruluşunun və perspektiv mineral-xammal ehtiyatlarının müəyyən edilməsinin əsas üsullarından biri; sahənin birbaşa naturadan geoloji xəritəsini qurmaq üçün aparılan işlərin məcmusu. İki mərhələdən ibarətdir: çöl tədqiqatları və toplanmış faktiki materialın kameral işlənilməsi. Çöl işləri zamanı çöl geoloji xəritəsi tərtib edilir. Bunun üçün təbii çıxışlar, qazıma quyuları, layların yatım elementlərini göstərməklə dağ-mədən qazımaları planlı surətdə öyrənilərək topoqrafik əsasa köçürülür. Geoloji sərhədlər, tektonik strukturlar, qırılma pozulmaları izlənilir, süxurların litoloji tərkibi, mənşəyi, yatma şəraiti və təxmini yaşı müəyyən edilir. Eyni zamanda, kontakt zonaları, faydalı qazıntıların, xüsusilə qaz və neftin təzahürləri qeydə alınır. Süxur, faydalı qazıntı, fauna və flora nümunələri götürülür. Bütün müşahidələr geoloji gündəlikdə qeyd edilir. Kameral işləmə prosesində çöl tədqiqatlarının nəticələri dəqiqləşdirilir: çöldə yığılmış süxur və faydalı qazıntı nümunələri xüsusi laboratoriya tədqiqat üsulları (mikroskopik, kimyəvi, spektroskopik, lüminssent və b.) öyrənilir. Fossil fauna və flora qalıqları təyin edilir, qrafiklər (stratiqrafik sütunlar, geoloji kəsilişlər, xəritələr və b.) çəkilir və geoloji hesabat tərtib edilir. Təyinatından asılı olaraq geoloji planalma marşurut və sahəvi olur. Marşurut geoloji planalma hər-hansı bir istiqamət, çox vaxt, çay dərələri üzrə aparılır. Sahəvi geoloji planalma isə öyrənilən ərazi təxminən bərabər şəbəkələr üzrə marşurutlara bölünür və tədqiq edilir. Sahəvi geoloji planalma kiçikmiqyaslı (1:1000000 və 1:500000), ortamiqyaslı (1:200000 və 1:100000) və irimiqyaslı və ya dəqiq (1:50000; 1:25000 və daha böyük) planalmalara bölünür. Böyük sahəni əhatə edən irimiqyaslı regional geoloji planalma əsas etibarilə rayonda geoloji tədqiqatlarının birinci mərhələsini təşkil edir və rayon haqqında ilkin məlumatları əldə etməyə imkan verir. Orta miqyaslı geoloji planalma rayonun geoloji quruluşu və inkişaf tarixi haqqında daha dəqiq təsəvvür yaradır, faydalı qazıntıların müəyyən püskürmə süxur kompleksi və ya çökmə süxur dəstələri ilə əlaqəsini müəyyən etməyə, onların perspektivliyini qiymətləndirməyə və gələcək axtarışların aparılması üçün səhələri ayırmağa imkan verir. Dəqiq geoloji planalma xüsusi geoloji və tətbiqi-geoloji axtarış və kəşfiyyat məsələlərinin həllini təmin edir. Bu planalma əsasən faydalı qazıntıların perspektivli sayılan sahələrində orta miqyaslı planalmadan sonra aparılır və rayonun dəqiq geoloji quruluşunu müəyyən edir; kəşf edilmiş faydalı qazıntı yataqlarının ölçüləri və əhəmiyyəti qiymətləndirilir, dəqiq axtarış və axtarış-kəşfiyyat işlərinin aparılacağı sahələrin hüdudları təyin edilir. Filizli, kömürlü və neftli sahələrdə aparılan geoloji-kəşfiyyat dəqiq geoloji planalma ixtisaslandırılmış planalma adlanır. Bəzən geoloji ədəbiyyatda və təcrübədə geoloji planalma əvəzinə "geoloji xəritəalma" termininin işlədilməsi tamamilə səhvdir.
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Geoloji planalma Yer qabiginin her hansi bir sahesinin geoloji qurulusunun ve perspektiv mineral xammal ehtiyatlarinin mueyyen edilmesinin esas usullarindan biri sahenin birbasa naturadan geoloji xeritesini qurmaq ucun aparilan islerin mecmusu Iki merheleden ibaretdir col tedqiqatlari ve toplanmis faktiki materialin kameral islenilmesi Col isleri zamani col geoloji xeritesi tertib edilir Bunun ucun tebii cixislar qazima quyulari laylarin yatim elementlerini gostermekle dag meden qazimalari planli suretde oyrenilerek topoqrafik esasa kocurulur Geoloji serhedler tektonik strukturlar qirilma pozulmalari izlenilir suxurlarin litoloji terkibi menseyi yatma seraiti ve texmini yasi mueyyen edilir Eyni zamanda kontakt zonalari faydali qazintilarin xususile qaz ve neftin tezahurleri qeyde alinir Suxur faydali qazinti fauna ve flora numuneleri goturulur Butun musahideler geoloji gundelikde qeyd edilir Kameral isleme prosesinde col tedqiqatlarinin neticeleri deqiqlesdirilir colde yigilmis suxur ve faydali qazinti numuneleri xususi laboratoriya tedqiqat usullari mikroskopik kimyevi spektroskopik luminssent ve b oyrenilir Fossil fauna ve flora qaliqlari teyin edilir qrafikler stratiqrafik sutunlar geoloji kesilisler xeriteler ve b cekilir ve geoloji hesabat tertib edilir Teyinatindan asili olaraq geoloji planalma marsurut ve sahevi olur Marsurut geoloji planalma her hansi bir istiqamet cox vaxt cay dereleri uzre aparilir Sahevi geoloji planalma ise oyrenilen erazi texminen beraber sebekeler uzre marsurutlara bolunur ve tedqiq edilir Sahevi geoloji planalma kicikmiqyasli 1 1000000 ve 1 500000 ortamiqyasli 1 200000 ve 1 100000 ve irimiqyasli ve ya deqiq 1 50000 1 25000 ve daha boyuk planalmalara bolunur Boyuk saheni ehate eden irimiqyasli regional geoloji planalma esas etibarile rayonda geoloji tedqiqatlarinin birinci merhelesini teskil edir ve rayon haqqinda ilkin melumatlari elde etmeye imkan verir Orta miqyasli geoloji planalma rayonun geoloji qurulusu ve inkisaf tarixi haqqinda daha deqiq tesevvur yaradir faydali qazintilarin mueyyen puskurme suxur kompleksi ve ya cokme suxur desteleri ile elaqesini mueyyen etmeye onlarin perspektivliyini qiymetlendirmeye ve gelecek axtarislarin aparilmasi ucun seheleri ayirmaga imkan verir Deqiq geoloji planalma xususi geoloji ve tetbiqi geoloji axtaris ve kesfiyyat meselelerinin hellini temin edir Bu planalma esasen faydali qazintilarin perspektivli sayilan sahelerinde orta miqyasli planalmadan sonra aparilir ve rayonun deqiq geoloji qurulusunu mueyyen edir kesf edilmis faydali qazinti yataqlarinin olculeri ve ehemiyyeti qiymetlendirilir deqiq axtaris ve axtaris kesfiyyat islerinin aparilacagi sahelerin hududlari teyin edilir Filizli komurlu ve neftli sahelerde aparilan geoloji kesfiyyat deqiq geoloji planalma ixtisaslandirilmis planalma adlanir Bezen geoloji edebiyyatda ve tecrubede geoloji planalma evezine geoloji xeritealma termininin isledilmesi tamamile sehvdir MenbeGeologiya terminlerinin izahli lugeti Baki Nafta Press 2006 679