Gennadi Andreyeviç Züqanov (rus. Генна́дий Андре́евич Зюга́нов, 26 iyun 1944) — rusiyalı dövlət xadimi, siyasətçi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Kommunist Partiyasının yaradıcısı və sədri.
Gennadi Züqanov | |
---|---|
rus. Геннадий Андреевич Зюганов | |
![]() | |
14 fevral 1993 – bu günə qədər | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 iyun 1944(79 yaş) |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, fizik |
Dini | Şərqi pravoslav kilsəsi, Rus Pravoslav Kilsəsi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya |
Rütbəsi | polkovnik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
Elmi dərəcəsi | |
| |
![]() | |
kprf.ru/personal/zyuganov | |
![]() |
Həyatı
Gennadi Züqanov Mımrino kəndində anadan olub. 1961-ci ildə gümüş medalla məktəbi bitirdikdən sonra Orlov Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur, 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirir. 1966-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olub. 1967-ci ildən etibarən Komsomolda işləməyə başlayıb. 1990-cı ildə SSRİ-nin dağılmasından sonra Gennadi Züqanov 1990-cı ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kommunist Partiyasının əsasını qoyur. 1993-cü ildə partiyanın adı KPRF ilə əvəz olunur. Bu günə qədər Gennadi Züqanov 4 dəfə Rusiya Federasiyası Prezidenti postuna namizəd olub, Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışının deputatı olub. 2012-ci ildə sonuncu prezident seçkilərində 17,18% (12 318 353 səs) toplamaqla 5 namizəd arasında ikinci yeri tutub, lakin bu nəticələri baykot edib.
Nəticələri
Gennadi Züqanov Rusiya Federasiyası Prezidenti seçkilərində 4 dəfə iştirak edib.
İl | Təmsil etdiyi partiya | Səslər | Faiz | Yer (namizədlərin sayı) |
---|---|---|---|---|
1996 (1 tur) | Rusiya Federasiyası Kommunist Partiyası | 24 211 686 | 32,03 | 2/10 |
1996 (2 tur) | Rusiya Federasiyası Kommunist Partiyası | 30 104 589 | 40,31 | 2/2 |
2000 | Rusiya Federasiyası Kommunist Partiyası | 21 928 468 | 29,24 | 2/11 |
2008 | Rusiya Federasiyası Kommunist Partiyası | 13 243 550 | 17,72 | 2/4 |
2012 | Rusiya Federasiyası Kommunist Partiyası | 12 318 353 | 17,18 | 2/5 |
İstinadlar
- Mathews J. H. Gennady Andreyevich Zyuganov // Encyclopædia Britannica (ing.).
- Gennadij Sjuganow // Munzinger Personen (alm.).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer