Gəncə körpüləri — Gəncənin ən çiçəklənən vaxtının- XI-XII yüzilliklərin abidələri.
Gəncə körpüləri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Gəncəçay üzərində |
Aidiyyatı | Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu |
Tikilmə tarixi | XI-XII əsrlər |
Vəziyyəti | körpülərdən ikisi bu gün də fəaliyyət göstərir |
İstinad nöm. | 190/191/1192 |
Kateqoriya | körpü |
Əhəmiyyəti | yerli əhəmiyyətli |
|
Köhnə Gəncə ərazisində Gəncəçay üzərindən atılmış üç çoxaşırımlı körpünün indiyə ancaq dayaqları və kiçik fraqmentləri qalmışdır. Gəncə körpüləri iki hissəliqalası olan inkişaf etmiş çaysahili şəhərlərdə sahillərarası əlaqəni təşkil etmək baxımından nadir mühəndis qurğularıdır. Körpülərdən ikisi şəhər qalasının — şəhristanın hissələri arasında,çay axarının aşağısında olan isə,bayır şəhərin iki sahili arasında gediş-gəlişi təmin edirmiş.
1939-1940-cı illərdə aparılan tədqiqatlar zamanı Gəncə körpülərinin dağınıq dayaqları aşkar edilmişdir. Lakin bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşmiş qədim Gəncəni sağ və sol sahilə ayıran Gəncəçayda salınmış iki körpü də mövcud idi. Körpülərdən birincisi dağıldıqdan sonra ikinci körpü də yerin əlverişli olması nəzərə alınaraq, burada tikilmişdir. Bu körpülərin hər biri XII əsrdə inşa olunmuşdur ki, onlardan ikisindən bu gün də istifadədə edilir.
Tarixi
Mürəkkəb relyefli yer quruluşu,ərazisində çayların sıx şəbəkəsi Azərbaycanda çoxlu körpülər tikilməsinin ilkin amilləridir. Ölkədaxili ilişgiləri çətinləşdirən təbii maniələri azaltmaqla yanaşı,Azərbaycanın ərazisini kəsib keçən qitələrarası ticarət marşrutlarında da rahat gediş-gəlişi təmin etmək üçün körpülər salınması zəruri idi. Bu səbəblərdən qonşu ölkələrlə müqayisədə,Azərbaycanın zəngin körpüsalma adətləri olmuşdur. Azərbaycanın istər güney,istərsə quzey bölgələrində qalan bir sıra körpülər nadir memarlıq-mühəndis əsərləri sayılır.
XI-XII əsrdə Azərbaycan memarlığının mülki tikintilər sahəsində qazandığı uğurun ən parlaq göstəricisi yurdumuzun Qazax,Ərdəbil,Marağa,Miyana,Naxçıvan və başqa vilayətlərində qalan körpülərdir. Dini və xatirə tikililərindən fərqli olaraq bu abidələr vahid və dayanıqlı tipoloji qrupda birləşir və demək olar ki,aydın yerli xüsusiyyətlər daşımırlar.
Körpülər
Gəncə körpüləri ikihissəli qalası olan inkişaf etmiş çaysahili şəhərlərdə sahillərarası əlaqəni təşkil etmək baxımdan nadir mühəndis qurğularıdır. Körpülərdən ikisi şəhər qalasının - şəhristanın hissələri arasında,çay axarının aşağısında olanı isə,bayır şəhərin iki sahili arasında gediş-gəlişi təmin edirmiş.
Şəhristanarası körpülər hər iki sahilin qala qapılarına birləşdiyindən onların ucları qoşa bürclərlə qorunurdu. Onlardan cənubdakının eni 4 metrə bərabərdir. Körpü üstünün beləcə çox enli olmaması onun şəhəriçi tikili olması və bununla bağlı müəyyən müdafiə tələblərinə uyğunlaşdırılmasından irəli gəlmişdir. İkinci - orta körpünün qalıqlarından onun əsas konstruktiv hissələrinin but daşından tikildiyi və mərmərəbənzər daşla üzləndiyi bəlli edilmişdir.
Orta körpüdən 400 metr cənubda tikilmiş üçüncü körpünün aşırımları çox və enlidir (6.70 m). Bu hissədə çay yatağı da enlidir. Ancaq körpünün özünün enli olmasını onun Gəncəyə gəlib gedən saysız karvanların yolu ağzında yerləşməsi ilə izah etmək olar. Mütəxəssislər qalıqlarına əsaslanıb onun çaydaşı və bişmiş kərpicdən tikildiyini söyləyirdilər. Elmi araşdırmalara cəlb edilmiş bir köhnə foto (XIX əsrdə çəkilmişdi) bu faktı təsdiq etdi və bu körpünün gözəl memarlıq həlli olduğunu bəlliləşdirdi.
Fotoda körpünün beş tağı çəkilmişdir (araşdırıcıların fikrincə körpü doqquzaşırımlı imiş). Təsvirdən göründüyü kimi,onun aşırımları müxtəlif ölçülü olub kənar tağın üstündən sahilə enişli,pandusvari səthlə birləşirmiş. Körpünün özülü və dalğayanları (yəqin ki,həm də ümumi kütləsi) daşdan tikilmişdi. Aşırımların tağları kərpicdən qurulmuş,tağlararası dayaqlar kərpiclə üzlənmişdi. Tağlararası dayaqlar düzbucaqlı tutum şəklində körpünün bütün hündürlüyü boyu irəli çıxarılmış,onun alt hissəsində incə tağ açırımı,üst hissəsində isə kiçik pəncərə gözü vardı. Bu incə ayrıntıların və gözəl biçimli tağların ritmi körpüyə özümlü bədiilik verirmiş. Şübhə yoxdur ki,şəhər içində olan o biri iki körpü monumentallıqda və üslub incəliyində fotosu qalan körpüdən geri qalmırmış. Hər üç Gəncə körpüsü Azərbaycan körpü memarlığının monumental əsərlərindən idi.
Şəmkir şəhər yerində dayaqları Şəmkirçay yatağında qalan qoşa körpü də xronoloji və üslubi baxımdan Gəncə körpülərinə yaxın olmuşdur.
İstinadlar
- Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı: İşıq. 1991. səh. 134-135.
- "Gəncə körpüləri" (az.). 2021-08-12 tarixində . İstifadə tarixi: 2020-10-22.
- Cəfər Qiyasi. Yaxın-Uzaq ellərdə. Bakı: İşıq. 1985. səh. 8.
Həmçinin bax
Xarici keçidlər
- Körpü 2020-10-01 at the Wayback Machine
- Gəncəçay çayı üzərində yerləşən beş körpü bərpadan sonra istifadəyə verilib
portalı portalı portalı |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gence korpuleri Gencenin en ciceklenen vaxtinin XI XII yuzilliklerin abideleri Gence korpuleriOlke AzerbaycanSeher GenceYerlesir Gencecay uzerindeAidiyyati Gence Dovlet Tarix Medeniyyet QoruguTikilme tarixi XI XII esrlerVeziyyeti korpulerden ikisi bu gun de fealiyyet gosterirAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 190 191 1192KateqoriyakorpuEhemiyyetiyerli ehemiyyetliGence korpuleri Kohne Gence erazisinde Gencecay uzerinden atilmis uc coxasirimli korpunun indiye ancaq dayaqlari ve kicik fraqmentleri qalmisdir Gence korpuleri iki hisseliqalasi olan inkisaf etmis caysahili seherlerde sahillerarasi elaqeni teskil etmek baximindan nadir muhendis qurgularidir Korpulerden ikisi seher qalasinin sehristanin hisseleri arasinda cay axarinin asagisinda olan ise bayir seherin iki sahili arasinda gedis gelisi temin edirmis 1939 1940 ci illerde aparilan tedqiqatlar zamani Gence korpulerinin daginiq dayaqlari askar edilmisdir Lakin bu uc korpu ile beraber haqqinda elmi edebiyyatda melumat verilmeyen ve Genceden 5 km simal serqde yerlesmis qedim Genceni sag ve sol sahile ayiran Gencecayda salinmis iki korpu de movcud idi Korpulerden birincisi dagildiqdan sonra ikinci korpu de yerin elverisli olmasi nezere alinaraq burada tikilmisdir Bu korpulerin her biri XII esrde insa olunmusdur ki onlardan ikisinden bu gun de istifadede edilir TarixiAzerbaycan korpuleri tesvir edilmis poct markasi Murekkeb relyefli yer qurulusu erazisinde caylarin six sebekesi Azerbaycanda coxlu korpuler tikilmesinin ilkin amilleridir Olkedaxili ilisgileri cetinlesdiren tebii manieleri azaltmaqla yanasi Azerbaycanin erazisini kesib kecen qitelerarasi ticaret marsrutlarinda da rahat gedis gelisi temin etmek ucun korpuler salinmasi zeruri idi Bu sebeblerden qonsu olkelerle muqayisede Azerbaycanin zengin korpusalma adetleri olmusdur Azerbaycanin ister guney isterse quzey bolgelerinde qalan bir sira korpuler nadir memarliq muhendis eserleri sayilir XI XII esrde Azerbaycan memarliginin mulki tikintiler sahesinde qazandigi ugurun en parlaq gostericisi yurdumuzun Qazax Erdebil Maraga Miyana Naxcivan ve basqa vilayetlerinde qalan korpulerdir Dini ve xatire tikililerinden ferqli olaraq bu abideler vahid ve dayaniqli tipoloji qrupda birlesir ve demek olar ki aydin yerli xususiyyetler dasimirlar KorpulerGence korpuleri ikihisseli qalasi olan inkisaf etmis caysahili seherlerde sahillerarasi elaqeni teskil etmek baximdan nadir muhendis qurgularidir Korpulerden ikisi seher qalasinin sehristanin hisseleri arasinda cay axarinin asagisinda olani ise bayir seherin iki sahili arasinda gedis gelisi temin edirmis Sehristanarasi korpuler her iki sahilin qala qapilarina birlesdiyinden onlarin uclari qosa burclerle qorunurdu Onlardan cenubdakinin eni 4 metre beraberdir Korpu ustunun belece cox enli olmamasi onun seherici tikili olmasi ve bununla bagli mueyyen mudafie teleblerine uygunlasdirilmasindan ireli gelmisdir Ikinci orta korpunun qaliqlarindan onun esas konstruktiv hisselerinin but dasindan tikildiyi ve mermerebenzer dasla uzlendiyi belli edilmisdir Orta korpuden 400 metr cenubda tikilmis ucuncu korpunun asirimlari cox ve enlidir 6 70 m Bu hissede cay yatagi da enlidir Ancaq korpunun ozunun enli olmasini onun Genceye gelib geden saysiz karvanlarin yolu agzinda yerlesmesi ile izah etmek olar Mutexessisler qaliqlarina esaslanib onun caydasi ve bismis kerpicden tikildiyini soyleyirdiler Elmi arasdirmalara celb edilmis bir kohne foto XIX esrde cekilmisdi bu fakti tesdiq etdi ve bu korpunun gozel memarliq helli oldugunu bellilesdirdi Fotoda korpunun bes tagi cekilmisdir arasdiricilarin fikrince korpu doqquzasirimli imis Tesvirden gorunduyu kimi onun asirimlari muxtelif olculu olub kenar tagin ustunden sahile enisli pandusvari sethle birlesirmis Korpunun ozulu ve dalgayanlari yeqin ki hem de umumi kutlesi dasdan tikilmisdi Asirimlarin taglari kerpicden qurulmus taglararasi dayaqlar kerpicle uzlenmisdi Taglararasi dayaqlar duzbucaqli tutum seklinde korpunun butun hundurluyu boyu ireli cixarilmis onun alt hissesinde ince tag acirimi ust hissesinde ise kicik pencere gozu vardi Bu ince ayrintilarin ve gozel bicimli taglarin ritmi korpuye ozumlu bediilik verirmis Subhe yoxdur ki seher icinde olan o biri iki korpu monumentalliqda ve uslub inceliyinde fotosu qalan korpuden geri qalmirmis Her uc Gence korpusu Azerbaycan korpu memarliginin monumental eserlerinden idi Semkir seher yerinde dayaqlari Semkircay yataginda qalan qosa korpu de xronoloji ve uslubi baximdan Gence korpulerine yaxin olmusdur IstinadlarCefer Qiyasi Nizami dovru memarliq abideleri Baki Isiq 1991 seh 134 135 Gence korpuleri az 2021 08 12 tarixinde Istifade tarixi 2020 10 22 Cefer Qiyasi Yaxin Uzaq ellerde Baki Isiq 1985 seh 8 Hemcinin baxGence Dovlet Tarix Medeniyyet Qorugu Azerbaycan korpuleriXarici kecidlerKorpu 2020 10 01 at the Wayback Machine Gencecay cayi uzerinde yerlesen bes korpu berpadan sonra istifadeye verilib Gence portali Memarliq portali Azerbaycan portali