Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta özü də coğrafi xəritələrdə qeydə alınmamışdır.
Fit qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | İsmayıllı |
Yerləşir | Sulut kəndi |
Aidiyyatı | Şirvanşahlar dövləti Şamaxı xanlığı |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
İstinad nöm. | 4360 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər.
Tarixi
Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur. Bəzi tədqiqatçılar burada hələ XI–XII əsrlərdə müdafiə qalası olduğunu ehtimal edirlər.
"Hüdud əl-aləm" əsərində Şamaxıdan bir fərsəng aralı Niyal adlı qalanın olduğu qeyd edilir və bəzi tədqiqatçılar onu Fit qalası ilə eyniləşdirirlər. Fit qalası barədə əlimizdə olan məlumatın bir hissəsi də Şirvan xanlığı dövrünə, yəni XVIII–XIX əsrlərə aiddir. Bu dövrə aid məlumatlardan birində deyilir ki, Şirvan xanı Mustafa xan Fit qalasına üç arşın enində divar çəkdirmişdi. Bu işə o, 3 min adamı cəlb edir. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın hücumu zamanı Mustafa xan Fit qalasına çəkilir. O, Ağsu şəhərinin əhalisini buraya köçürür. Bu iş Abbas Mirzənin zamanında da təkrar olur. Məhz buna görə də Fit qalası tarixi arxeoloji ədəbiyyatımızda Şirvan hökmdarlarının son iqamətgahı kimi də qeyd edilir.
Arxeoloji tədqiqat vaxtı bu ərazidən tapılan materiallar içərisində Sasani şahı II Xosrovun gümüş sikkələri, orta əsrlər üçün xarakterik olan saxsı qab parçaları, XVI–XVII əsrlərə məxsus metal silah, tunc, gümüş zinət vasitələri, XVII–XVIII əsrlərə məxsus mis qablar vardır. Bunlar Fit qalası və onun ətraf ərazisində VI–VII əsrlərdən başlayaraq yaşayış olduğunu göstərir. Tikinti qalıqlarından aydın olur ki, bura yalnız Mustafa xan dövründə böyük istehkam halına salınmışdır. 1970-ci ildə qala ətrafından toplanmış saxsı məmulatı bunu təsdiq edir. Bu dövrdə məhz Fit qalası kimi əlçatmaz yerdə olan istehkam dövrün hərbi qüvvələrinə qarşı müqavimət göstərə bilərdi.
Əfsanələr
Qala haqqında xalq arasında yayılmış əfsanəyə görə, vaxtilə Şirvan hökmdarının gözəl bir qızı olmuşdur. Bu qız atasının iradəsi əksinə olaraq bir çobanı sevir. Çoban hər gün çöldə daş üstə oturub ney çalar, qız isə bu neyin sədası ilə onunla tapışardı. Bir gün sirrin üstü açılır. Hökmdar qızına çobanla görüşməyi qadağan edir. Lakin qız öz təmiz eşqini hər şeydən üstün tutur. Atasının əmrini rədd edir, qəsrdən uzaqlaşmaq qərarına gəlir. Ancaq bu işə müvəffəq olmur. Hadisədən qəzəblənən hökmdar Fit dağında bir qala tikdirib qızı orada həbs etdirir. Çoban bu işdən xəbər tutduqda çox çətinliklə özünü Fit dağına çatdırır. O, qala divarının arxasında neyini çalmağa başlayır.
Öz sevgilisinin ney sədalarına aşina olan qız bu səsi eşidən kimi qala divarının üstünə çıxıb özünü çobanının ağuşuna atır. Lakin onlar qaçmaq istədikdə hökmdarın adamları vasitəsilə tutulurlar. Çoban qalanın yaxınlığındakı bir təpədə öldürülür, qız isə özünü qayalardan atıb həlak edir. Bu vaxtdan etibarən çobanın öldürüldüyü təpə "Qanlı təpə" adlanır və onun çaldığı neyin sədası dağın qayalarında nəqş bağlayaraq həmişə səslənir. Məhz buna görə də bu qala Fit qalası adlanır. Bu əfsanə Fit qalasının coğrafi mövqeyinə uyğun gəlir. Doğrudan da külək əsəndə bu dağın qayalarından fit səsinə oxşar səda eşidilir ki, bu da çobanın ney səsləri ilə bir növ uzlaşır.
Fit qalası haqqında söylənən başqa bir əfsanə də bu qalanın tikilməsi tarixi cəhətdən maraqlıdır. Həmin əfsanəyə görə vaxtilə bu dağın zirvəsində divlər yaşayıbmış. Heç kim bu dağın zirvəsinə çıxmaq qüdrətinə malik olmayıb. Bir gün Girdman hakimi həmin dağın zirvəsinə çıxmaq, divləri qovmaq qərarına gəlir. O, çox çətinliklə divlərlə vuruşa-vuruşa dağın zirvəsinə qalxır və öz məqsədinə çatır. Girdman hakimi bu qələbəsi münasibətilə həmin dağın zirvəsində möhkəm bir qala tikdirir. Fit qalası və onun ətrafında aparılmış ilk arxeoloji tədqiqatın nəticələri burada Sasani dövründən yaşayış olduğunu göstərir.
Memarlıq xüsusiyyətləri
Fit qalası Azərbaycan xanlıqları dövrünün müdafiə tikililərinin tipik xüsusiyyətlərini özündə cəmləşdirir. Qala, dövrümüzə yalnız xarabalıq şəklində çatmışdır. 1915-ci ildə Fit qalasını ətraflı təsvir etmiş A. P. Fituni tikilinin memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat verir. Qüllələrlə möhkəmləndirilmiş qala divarları 3 arşın enə, 6 arşın hündürlüyə malik olmuş, qalanın mərkəzində isə dördbucaqlı formaya malik qəsr yerləşmişdir.
1945-ci ildə Fit qalasını tədqiq etmiş Ə. Salamzadə isə qeyd edir ki, qala, yaşayış məntəqəsinin qala divarları ilə əhatə olunmuş mərkəzi hissəsidir. Tədqiqtçı, fikrini Fit qalası ətrafında çoxlu sayda tikililərin olması ilə əsaslandırır. F. Fituni isə yazır:
Qala divarlarının mərkəzində sonuncu Şirvan xanı Mustafa xanın sığınacağı olmuş qəsr yerləşir. Qəsr o hesabla tikilmişdir ki, hətta qalanın aşağı hissələri ələ keçirilsə də, əhali və xan ailəsi onun içində uzun müddət sığınacaq tapa bilsin. Qəsrin xarabalıqları onun əvvəlki möhtəşəmliyini yaxşı nümayiş etdirməsə də, tamamilə dağılmış çoxotaqlı tiklinin qalıqlarını görmək mümkündür. Ehtimal ki, bu, Şirvan xanının ehtiyat sarayıdır. Yerli əhali qala içindəki həmin tikilini Divanxana adlandırır. |
Qaladaxili tikililər
Geniş darvazadan içəri girəndə böyük bir binanın xarabaları diqqəti cəlb edir. Yerli əhali buranı Qalabəyi binası adlandırır. Bu binanı keçdikdən sonra, dağın qülləsinin səthi boyunca bir çox bina xarabaları görünür. Çox güman ki, bunlarda qala döyüşçüləri yaşamışlar.
Dağın ən hündür nöqtəsində Xan evi adlanan böyük bir bina vardır. Yerli əhali buranı Mustafa xanın qalası adlandırır. Fit qalası yerləşən dağın ətrafı müxtəlif tikinti qalıqları ilə örtülüdür. Bunlardan bir hissəsi karvansara, bir hissəsi hamam və bir hissəsi də divanxana adlanır. Yerli əhalinin söylədiyinə görə bura Fit şəhərinin xarabalarıdır.
İstinadlar
- А.П.Фитуни. Истории последней столицы Ширвана. АЗКОМСТАРИС, вып. III, Бaку, 1927.s. 75–140
- A. Bakıxanov. Gülüstani-İrəm. Bakı. 1970, səh. 175, 178, 189.
- H.Ciddi.Buğurt Qalası. Bakı : Azərnəşr, 1973. — s. 21
- Саламзаде, 1964. səh. 86
- Фитуни, 1927. səh. 95
- Фитуни, 1927. səh. 96
Ədəbiyyat
- Фитуни, А. П. История последней столицы Ширвана (Изв. Азкомстариса, вып. III). Баку. 1927. 95.
- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fit qalasi Samaxi seherinin simal qerbinde 35 km mesafede Sulut ve Basqal kendlerinin yaxinliginda 1 810 metr ucaligi olan Fit daginin zirvesinde yerlesir Bu dag ozu de her terefden elcatmaz Lahic daglari ile ehate olunur Bu daglar silsilesi meshur Babadag Niyal dagi ve nehayet Qafqaz sira daglarina soykenir Bu yerlere kecmisde insan ayagi nadir hallarda deye bilerdi Buna gore de tesadufi deyil ki XIX esrin axirlari ve XX esrin evvellerine qeder neinki Fit qalasi hetta ozu de cografi xeritelerde qeyde alinmamisdir Fit qalasiOlke AzerbaycanSeher IsmayilliYerlesir Sulut kendiAidiyyati Sirvansahlar dovleti Samaxi xanligiTikilme tarixi XVIII esrUslubu Sirvan Abseron memarliq mektebiAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 4360KateqoriyaQalaEhemiyyetiYerli ehemiyyetli Fit qalasinin elcatmaz bir dagin zirvesinde tikilmesine baxmayaraq o divarlarla da ehate olunmusdur Bu divarlarin eni teqriben 3 metrdir Yixilib dagildigi ucun onlarin ucaligini mueyyen etmek mumkun deyil Lakin mutexessisler divarin eninden onun ucaliginin en azi 5 metr oldugunu ehtimal etmisler TarixiFit qalasinin ne zaman tikilmesi barede deqiq melumat yoxdur Bezi tedqiqatcilar burada hele XI XII esrlerde mudafie qalasi oldugunu ehtimal edirler Hudud el alem eserinde Samaxidan bir ferseng arali Niyal adli qalanin oldugu qeyd edilir ve bezi tedqiqatcilar onu Fit qalasi ile eynilesdirirler Fit qalasi barede elimizde olan melumatin bir hissesi de Sirvan xanligi dovrune yeni XVIII XIX esrlere aiddir Bu dovre aid melumatlardan birinde deyilir ki Sirvan xani Mustafa xan Fit qalasina uc arsin eninde divar cekdirmisdi Bu ise o 3 min adami celb edir 1795 ci ilde Aga Mehemmed xan Qacarin hucumu zamani Mustafa xan Fit qalasina cekilir O Agsu seherinin ehalisini buraya kocurur Bu is Abbas Mirzenin zamaninda da tekrar olur Mehz buna gore de Fit qalasi tarixi arxeoloji edebiyyatimizda Sirvan hokmdarlarinin son iqametgahi kimi de qeyd edilir Arxeoloji tedqiqat vaxti bu eraziden tapilan materiallar icerisinde Sasani sahi II Xosrovun gumus sikkeleri orta esrler ucun xarakterik olan saxsi qab parcalari XVI XVII esrlere mexsus metal silah tunc gumus zinet vasiteleri XVII XVIII esrlere mexsus mis qablar vardir Bunlar Fit qalasi ve onun etraf erazisinde VI VII esrlerden baslayaraq yasayis oldugunu gosterir Tikinti qaliqlarindan aydin olur ki bura yalniz Mustafa xan dovrunde boyuk istehkam halina salinmisdir 1970 ci ilde qala etrafindan toplanmis saxsi memulati bunu tesdiq edir Bu dovrde mehz Fit qalasi kimi elcatmaz yerde olan istehkam dovrun herbi quvvelerine qarsi muqavimet gostere bilerdi Efsaneler Qala haqqinda xalq arasinda yayilmis efsaneye gore vaxtile Sirvan hokmdarinin gozel bir qizi olmusdur Bu qiz atasinin iradesi eksine olaraq bir cobani sevir Coban her gun colde das uste oturub ney calar qiz ise bu neyin sedasi ile onunla tapisardi Bir gun sirrin ustu acilir Hokmdar qizina cobanla gorusmeyi qadagan edir Lakin qiz oz temiz esqini her seyden ustun tutur Atasinin emrini redd edir qesrden uzaqlasmaq qerarina gelir Ancaq bu ise muveffeq olmur Hadiseden qezeblenen hokmdar Fit daginda bir qala tikdirib qizi orada hebs etdirir Coban bu isden xeber tutduqda cox cetinlikle ozunu Fit dagina catdirir O qala divarinin arxasinda neyini calmaga baslayir Oz sevgilisinin ney sedalarina asina olan qiz bu sesi esiden kimi qala divarinin ustune cixib ozunu cobaninin agusuna atir Lakin onlar qacmaq istedikde hokmdarin adamlari vasitesile tutulurlar Coban qalanin yaxinligindaki bir tepede oldurulur qiz ise ozunu qayalardan atib helak edir Bu vaxtdan etibaren cobanin oldurulduyu tepe Qanli tepe adlanir ve onun caldigi neyin sedasi dagin qayalarinda neqs baglayaraq hemise seslenir Mehz buna gore de bu qala Fit qalasi adlanir Bu efsane Fit qalasinin cografi movqeyine uygun gelir Dogrudan da kulek esende bu dagin qayalarindan fit sesine oxsar seda esidilir ki bu da cobanin ney sesleri ile bir nov uzlasir Fit qalasi haqqinda soylenen basqa bir efsane de bu qalanin tikilmesi tarixi cehetden maraqlidir Hemin efsaneye gore vaxtile bu dagin zirvesinde divler yasayibmis Hec kim bu dagin zirvesine cixmaq qudretine malik olmayib Bir gun Girdman hakimi hemin dagin zirvesine cixmaq divleri qovmaq qerarina gelir O cox cetinlikle divlerle vurusa vurusa dagin zirvesine qalxir ve oz meqsedine catir Girdman hakimi bu qelebesi munasibetile hemin dagin zirvesinde mohkem bir qala tikdirir Fit qalasi ve onun etrafinda aparilmis ilk arxeoloji tedqiqatin neticeleri burada Sasani dovrunden yasayis oldugunu gosterir Memarliq xususiyyetleriFit qalasi Azerbaycan xanliqlari dovrunun mudafie tikililerinin tipik xususiyyetlerini ozunde cemlesdirir Qala dovrumuze yalniz xarabaliq seklinde catmisdir 1915 ci ilde Fit qalasini etrafli tesvir etmis A P Fituni tikilinin memarliq xususiyyetleri haqqinda etrafli melumat verir Qullelerle mohkemlendirilmis qala divarlari 3 arsin ene 6 arsin hundurluye malik olmus qalanin merkezinde ise dordbucaqli formaya malik qesr yerlesmisdir 1945 ci ilde Fit qalasini tedqiq etmis E Salamzade ise qeyd edir ki qala yasayis menteqesinin qala divarlari ile ehate olunmus merkezi hissesidir Tedqiqtci fikrini Fit qalasi etrafinda coxlu sayda tikililerin olmasi ile esaslandirir F Fituni ise yazir Qala divarlarinin merkezinde sonuncu Sirvan xani Mustafa xanin siginacagi olmus qesr yerlesir Qesr o hesabla tikilmisdir ki hetta qalanin asagi hisseleri ele kecirilse de ehali ve xan ailesi onun icinde uzun muddet siginacaq tapa bilsin Qesrin xarabaliqlari onun evvelki mohtesemliyini yaxsi numayis etdirmese de tamamile dagilmis coxotaqli tiklinin qaliqlarini gormek mumkundur Ehtimal ki bu Sirvan xaninin ehtiyat sarayidir Yerli ehali qala icindeki hemin tikilini Divanxana adlandirir Qaladaxili tikililer Genis darvazadan iceri girende boyuk bir binanin xarabalari diqqeti celb edir Yerli ehali burani Qalabeyi binasi adlandirir Bu binani kecdikden sonra dagin qullesinin sethi boyunca bir cox bina xarabalari gorunur Cox guman ki bunlarda qala doyusculeri yasamislar Dagin en hundur noqtesinde Xan evi adlanan boyuk bir bina vardir Yerli ehali burani Mustafa xanin qalasi adlandirir Fit qalasi yerlesen dagin etrafi muxtelif tikinti qaliqlari ile ortuludur Bunlardan bir hissesi karvansara bir hissesi hamam ve bir hissesi de divanxana adlanir Yerli ehalinin soylediyine gore bura Fit seherinin xarabalaridir IstinadlarA P Fituni Istorii poslednej stolicy Shirvana AZKOMSTARIS vyp III Baku 1927 s 75 140 A Bakixanov Gulustani Irem Baki 1970 seh 175 178 189 H Ciddi Bugurt Qalasi Baki Azernesr 1973 s 21 Salamzade 1964 seh 86 Fituni 1927 seh 95 Fituni 1927 seh 96EdebiyyatFituni A P Istoriya poslednej stolicy Shirvana Izv Azkomstarisa vyp III Baku 1927 95 Salamzade A V Arhitektura Azerbajdana XVI XIX vv Baku Izdatelstvo Akademii nauk Azerbajdzhanskoj SSR 1964