Erik Aksel Karlfeldt (isv. Erik Axel Karlfeldt; 20 iyul 1864[…] – 8 aprel 1931[…]) — isveçli şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1931).
Erik Karlfeldt | |
---|---|
isv. Erik Axel Karlfeldt | |
Doğum tarixi | 20 iyul 1864[…] |
Vəfat tarixi | 8 aprel 1931[…](66 yaşında) |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İsveç şairi Erik Aksel Karlfeldt sadə ailənin yetirməsidir. Onun uşaqlıq illəri İsveçin mərkəzi hissəsində, mənzərəli guşədə yerləşən ailə malikanələrində keçmişdi. Həqiqi familiyası Eriksson idi. Yaradıcılığa başlayanda fermer təsərrüfatlarının yerləşdiyi kəndin adını özünə təxəllüs götürmüşdü. Soyadını dəyişməyin başqa və daha trivial səbəbi bir məsələyə görə cinayət məsuliyyətinə cəlb edilmiş atası ilə aralarında müəyyən məsafə saxlamaq idi.
Erik Aksel Upsala universitetində oxuduğu dövrdə atası müflisləşmiş və borclarını ödəmək üçün ailə mülkünü satmışdı. Maddi imkanları məhdudlaşan gənc həyatını repetitorluqla təmin etməli olmuşdu. Ona görə də universiteti yalnız 1902-ci ildə başa vura bilmişdi. İsveç Akademiyasına keçənə qədər Stokholmdakı Kral kitabxanasında çalışmışdı.
Karlfeldtin "Vəhşi təbiət və məhəbbət haqqında nəğmələr" adlı ilk şeirlər kitabı 1895-ci ildə çap olunmuşdu. Digər poetik əsərlərindəki kimi bu şeirlərdə də İsveç təbiətinin mənzərələri və kənd həyatının özəllikləri tərənnüm edilirdi. Karlfeldtin "kənd şeirlərinin" çoxuna güclü bir nostalgiya duyğusu hakim idi. Bu duyğu, hər şeydən öncə, kənd həyatının sadəliyindən və patriarxallığından, insani münasibətlərin öz saflığını və ilkinliyini qoruyub-saxlamasından qaynaqlanırdı. Müəllif İsveçdə get-gedə kütləvi hal alan sənayeləşmə və şəhərləşmə müqabilində kəndlərin ilkin, həqiqi, arxaik simalarını itirəcəyindən, insanları tarixi kökləri ilə birləşdirən çoxəsrlik etnomədəni bağların qırılacağından xiffət çəkir və əndişəsini, nisgilini təsirli lirik lövhələrlə rəsm etməyə çalışırdı.
"Fridolinin nəğmələri" (1898) və "Fridolinin həzz bağçası" (1901) kitablarında müəllif Fridolin adı altında öz hiss və duyğularını oxucularla bölüşmüşdü. Yarı şair, yarı kəndli olan Fridolin hər kəslə öz dilində, özünə yaxın və doğma mövzuda danışmağı bacarır. İlk kitabında olduğu kimi bu məcmulərə daxil etdiyi əsərlərində də şair kənd həyatını müəyyən dərəcədə ideallaşdırmaqdan özünü saxlaya bilməmişdi. Lakin mövzu eyniyyətinə baxmayaraq, onun şeirlərinin forma və əhvali-ruhiyyə baxımından get-gedə dəyişdiyini də qeyd etmək lazımdır. Poetiklik nöqteyi-nəzərindən zənginləşsələr də bu şeirlərdə inamsızlıq və bədbinlik ruhu, kədərli notları illər keçdikcə daha da artmışdır.
Erik Karlfeldt 1904-cü ildə İsveç Akademiyasının üzvü seçilmişdi. 1905-ci ildə Nobel İnstitutunun, 1907-ci ildə isə Nobel Komitəsinin üzvü olmuşdu. 1912-ci ildə İsveç Akademiyasının daimi katibi seçilən Erix Karlfeldt ömrünün sonuna kimi bu vəzifəni yerinə yetirmişdi. Başqa sözlə desək, iyirmi il ərzində ədəbiyyat sahəsində yeni Nobel laureatlarının müəyyənləşdirilməsi Karlfeldtin birbaşa rəhbərliyi altında həyata keçirilmişdi. Bu illər ərzində bir neçə dəfə onun özünə də namizədliyini Nobel mükafatına irəli sürmək təklifi edilmişdi.
Lakin Erik Karlfeldt bir tərəfdən Akademiyada tutduğu mövqeni, o biri tərəfdən isə yaradıcılığının İsveç hüdudlarından kənarda o qədər də tanınmadığını əsas gətirərək nominant olmaqdan imtina etmişdi. Yaradıcılığının miqyas və xarakterini bir tərəfə buraxaraq təkcə elə bu addımına görə onu yüksək ləyaqət və təvazökarlıq hissinə malik olan, öz yerini və qiymətini bilən şəxsiyyət və ziyalı kimi dəyərləndirmək lazımdır. Ümumiyyətlə, o, Nobel mükafatını almağa real imkanı olduğu halda, bu şərəfdən könüllü şəkildə imtina edən ilk müəllif idi.
Əslində Erik Karlfeldt sağlığında şair kimi Vətənində kifayət qədər populyar idi. Sadəcə arxaik ifadələrlə, kəndlilərin özünəməxsus nitqini olduğu kimi vermək üçün istifadə etdiyi dialektizmlərlə zəngin dili onun əsərlərinin başqa dillərə yüksək poetik tərcüməsini çətinləşdirmişdi.
Erik Karlfeldt 1931-ci ilin aprelində qəflətən vəfat etdi. Həmin dövrə qədər və ondan sonra heç vaxt həyatda olmayan müəllifə Nobel mükafatı verilməmişdi. Ancaq Akademiya öz üzvü ilə bağlı istisnaya yol verməyi qərara aldı. Bu məsələdə akademik Natan Syoderblum və Upsala arxiyepiskopu xüsusi ilə təkid edirdilər. 1931-ci ilin ədəbiyyat Nobelinə bir neçə ay əvvəl vəfat etmiş keçmiş Akademiya üzvünün layiq görülməsi mükafatla bağlı nizamnamənin pozulması faktı kimi müəyyən narazılıqla qarşılandı. Lakin müvafiq izahat tapıldı. Bildirildi ki, nizamnaməyə əsasən, sağlığında namizədliyi irəli sürülən şəxsə ölümündən sonra mükafat verilə bilər. Karlfeldtin adı isə sağlığında bir neçə dəfə gündəlikdə olmuş, 1918-ci ildə isə hətta nominant kimi qeydə alınmış, amma etirazına əsasən proses davam etdirilməmişdir.
Nobel mükafatı Erik Karlfeldtin ailəsinə verilmişdi. Hesab etmək olar ki, bu təsadüfdə İsveç Akademiyası bədii yaradıcılığı qiymətləndirməkdən daha çox öz keçmiş əməkdaşına diqqət, onun xatirəsinə ehtiram prinsipindən çıxış etmişdi. Erik Karlfeldt bu günə qədər ədəbiyyat sahəsində ölümündən sonra Nobel mükafatı alan yeganə müəllif olaraq qalmaqdadır.
Əsərləri
- Vildmarks- och kärleksvisor (1895)
- Fridolins visor och andra dikter (1898)
- Fridolins lustgård och Dalmålningar på rim (1901)
- Flora och Pomona (1906)
- Flora och Bellona (1918)
- Hösthorn (1927)
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Erik Axel Karlfeldt (швед.). 1917.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Erik Aksel Karlfeldt isv Erik Axel Karlfeldt 20 iyul 1864 8 aprel 1931 isvecli sair Edebiyyat uzre Nobel mukafati laureati 1931 Erik Karlfeldtisv Erik Axel KarlfeldtDogum tarixi 20 iyul 1864 1864 07 20 Vefat tarixi 8 aprel 1931 1931 04 08 66 yasinda Tehsili Uppsala UniversitetiFealiyyeti sair yaziciUzvluyu Isvec AkademiyasiMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiIsvec sairi Erik Aksel Karlfeldt sade ailenin yetirmesidir Onun usaqliq illeri Isvecin merkezi hissesinde menzereli gusede yerlesen aile malikanelerinde kecmisdi Heqiqi familiyasi Eriksson idi Yaradiciliga baslayanda fermer teserrufatlarinin yerlesdiyi kendin adini ozune texellus goturmusdu Soyadini deyismeyin basqa ve daha trivial sebebi bir meseleye gore cinayet mesuliyyetine celb edilmis atasi ile aralarinda mueyyen mesafe saxlamaq idi Erik Aksel Upsala universitetinde oxudugu dovrde atasi muflislesmis ve borclarini odemek ucun aile mulkunu satmisdi Maddi imkanlari mehdudlasan genc heyatini repetitorluqla temin etmeli olmusdu Ona gore de universiteti yalniz 1902 ci ilde basa vura bilmisdi Isvec Akademiyasina kecene qeder Stokholmdaki Kral kitabxanasinda calismisdi Karlfeldtin Vehsi tebiet ve mehebbet haqqinda negmeler adli ilk seirler kitabi 1895 ci ilde cap olunmusdu Diger poetik eserlerindeki kimi bu seirlerde de Isvec tebietinin menzereleri ve kend heyatinin ozellikleri terennum edilirdi Karlfeldtin kend seirlerinin coxuna guclu bir nostalgiya duygusu hakim idi Bu duygu her seyden once kend heyatinin sadeliyinden ve patriarxalligindan insani munasibetlerin oz safligini ve ilkinliyini qoruyub saxlamasindan qaynaqlanirdi Muellif Isvecde get gede kutlevi hal alan senayelesme ve seherlesme muqabilinde kendlerin ilkin heqiqi arxaik simalarini itireceyinden insanlari tarixi kokleri ile birlesdiren coxesrlik etnomedeni baglarin qirilacagindan xiffet cekir ve endisesini nisgilini tesirli lirik lovhelerle resm etmeye calisirdi Fridolinin negmeleri 1898 ve Fridolinin hezz bagcasi 1901 kitablarinda muellif Fridolin adi altinda oz hiss ve duygularini oxucularla bolusmusdu Yari sair yari kendli olan Fridolin her kesle oz dilinde ozune yaxin ve dogma movzuda danismagi bacarir Ilk kitabinda oldugu kimi bu mecmulere daxil etdiyi eserlerinde de sair kend heyatini mueyyen derecede ideallasdirmaqdan ozunu saxlaya bilmemisdi Lakin movzu eyniyyetine baxmayaraq onun seirlerinin forma ve ehvali ruhiyye baximindan get gede deyisdiyini de qeyd etmek lazimdir Poetiklik noqteyi nezerinden zenginlesseler de bu seirlerde inamsizliq ve bedbinlik ruhu kederli notlari iller kecdikce daha da artmisdir Erik Karlfeldt 1904 cu ilde Isvec Akademiyasinin uzvu secilmisdi 1905 ci ilde Nobel Institutunun 1907 ci ilde ise Nobel Komitesinin uzvu olmusdu 1912 ci ilde Isvec Akademiyasinin daimi katibi secilen Erix Karlfeldt omrunun sonuna kimi bu vezifeni yerine yetirmisdi Basqa sozle desek iyirmi il erzinde edebiyyat sahesinde yeni Nobel laureatlarinin mueyyenlesdirilmesi Karlfeldtin birbasa rehberliyi altinda heyata kecirilmisdi Bu iller erzinde bir nece defe onun ozune de namizedliyini Nobel mukafatina ireli surmek teklifi edilmisdi Lakin Erik Karlfeldt bir terefden Akademiyada tutdugu movqeni o biri terefden ise yaradiciliginin Isvec hududlarindan kenarda o qeder de taninmadigini esas getirerek nominant olmaqdan imtina etmisdi Yaradiciliginin miqyas ve xarakterini bir terefe buraxaraq tekce ele bu addimina gore onu yuksek leyaqet ve tevazokarliq hissine malik olan oz yerini ve qiymetini bilen sexsiyyet ve ziyali kimi deyerlendirmek lazimdir Umumiyyetle o Nobel mukafatini almaga real imkani oldugu halda bu serefden konullu sekilde imtina eden ilk muellif idi Eslinde Erik Karlfeldt sagliginda sair kimi Veteninde kifayet qeder populyar idi Sadece arxaik ifadelerle kendlilerin ozunemexsus nitqini oldugu kimi vermek ucun istifade etdiyi dialektizmlerle zengin dili onun eserlerinin basqa dillere yuksek poetik tercumesini cetinlesdirmisdi Erik Karlfeldt 1931 ci ilin aprelinde qefleten vefat etdi Hemin dovre qeder ve ondan sonra hec vaxt heyatda olmayan muellife Nobel mukafati verilmemisdi Ancaq Akademiya oz uzvu ile bagli istisnaya yol vermeyi qerara aldi Bu meselede akademik Natan Syoderblum ve Upsala arxiyepiskopu xususi ile tekid edirdiler 1931 ci ilin edebiyyat Nobeline bir nece ay evvel vefat etmis kecmis Akademiya uzvunun layiq gorulmesi mukafatla bagli nizamnamenin pozulmasi fakti kimi mueyyen naraziliqla qarsilandi Lakin muvafiq izahat tapildi Bildirildi ki nizamnameye esasen sagliginda namizedliyi ireli surulen sexse olumunden sonra mukafat verile biler Karlfeldtin adi ise sagliginda bir nece defe gundelikde olmus 1918 ci ilde ise hetta nominant kimi qeyde alinmis amma etirazina esasen proses davam etdirilmemisdir Nobel mukafati Erik Karlfeldtin ailesine verilmisdi Hesab etmek olar ki bu tesadufde Isvec Akademiyasi bedii yaradiciligi qiymetlendirmekden daha cox oz kecmis emekdasina diqqet onun xatiresine ehtiram prinsipinden cixis etmisdi Erik Karlfeldt bu gune qeder edebiyyat sahesinde olumunden sonra Nobel mukafati alan yegane muellif olaraq qalmaqdadir EserleriVildmarks och karleksvisor 1895 Fridolins visor och andra dikter 1898 Fridolins lustgard och Dalmalningar pa rim 1901 Flora och Pomona 1906 Flora och Bellona 1918 Hosthorn 1927 IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Erik Axel Karlfeldt shved 1917 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax