Ennedi platosu — Çadın şimal-şərqində, Qərbi Ennedi və Şərq Ennedi regionlarında yerləşir. Çadda yerləşən, Ennedi massifi olaraq bilinən dağlar qrupunun bir hissəsi hesab olunur.
Ennedi platosu | |
Ennedi Massif: Natural and Cultural Landscape | |
![]() | |
Ölkə | |
---|---|
Tip | Mədəni və Təbii |
(Kriteriya) | iii, vii, (ix) |
Keçid | 1475 |
Region | Afrika |
Daxil edilməsi | 2016 (40-cı sessiya) |
| |
|
Ennedi Böyük Səhranın ortasında külək və temperatur eroziyası ilə yaranmış bir qum daşı divarıdır. Bundan əlavə ovçular və toplayıcılar (e.ə. 5.000-4.000 ) və maldarlar (e.ə. 4000 ildən etibarən) bu ərazidə məskunlaşmışlar. Ennedi bölgəsi əsasən mal-qara təsvir olunan qaya sənətinin geniş kolleksiyası ilə də tanınır. Çünki bu heyvanlar əsas maliyyə, ətraf mühit və mədəni təsir mənbəyi rolunu oynayırdı. Buradakı təsvirlər təxminən 7000 il əvvələ aiddir. Bu gün ərazidə yağışlı aylarda Ennedinin daimi kəndliləri olan, quru mövsümdə isə ərazidən köçən iki yarı köçəri qrup var. Onlar yaşamaq üçün sürülərinə, eşşəklərinə, qoyunlarına və keçilərinə güvənirlər.
Landşaft və iqlim
Ennedi təxminən 60.000 km2 ərazini təşkil edir və təxminən İsveçrə böyüklüyündədir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən təxminən 1,450 metr (4,760 ft) yüksəkliyindədir. Massif Prekembriyə aid bir qranit bazası üzərinə yığılan qum daşından ibarətdir. Ennedidə ən az iyirmi çoxillik və ya yarı-çoxillik bulaq, qelta (səhra gölməçələri) və nohurlar var. Lakin bunlar quru mövsümdə nadir hallarda bir neçə onmetrdən yüksəyə qalxır.
Landşaft əsas turizm məkanı kimi xidmət edən təbii qüllələr, dirəklər, körpülər və tağlar da daxil olmaqla bir çox geoloji quruluşa malikdir. Maraqlıdır ki, Böyük səhrada tapılan qumun çox hissəsi Tibesti-Ennedi üçbucağındakı toz əmələgəlmə ilə əlaqədardır.
İqlimin dəyişməsinə dair ilk sübutlar günümüzdən 6000 il əvvəl təxminən 250 mm illik yağıntı alan bir savanna bölgəsi ilə 4300 il əvvəl illik təxminən 150 mm yağıntı alan bir savvanna bölgəsi arasında olmuşdur. 2700 il əvvəl isə illik yağıntı miqdarı bu gün müşahidə olunana bənzər miqdara, 50 mm-ə düşmüşdür. Bölgədə həmçinin 50–150 mm ətrafında yağıntı düşməsi ilə nəticələnən mussonlar da mövcuddur. Bu təbii dəyişikliklər ərazidə müxtəlif bitki qarışığı yaradır. Qış aylarında yağıntılar nazik torpaqda daha az nəmlənmə təmin edir. Dağların cənub bölgəsində may və sentyabr ayları arasında yağıntının daha çox olduğu da bilinir.
Qoruma tarixi
Ümumdünya irsinin yalnız onda bir hissəsinin Afrikada olmasına baxmayaraq, ərazi 2016-cı ilin fevral ayında UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə edilmişdir. Bu müddət ərzində daxil edilməli olan mövzularda çox mübahisələr oldu. Əvvəla, iki idarəetmə zonası və bir neçə kəndin Ümumdünya irsi ərazisinin bir hissəsi hesab edilməməsi mövzusunda razılığa gəlinməli idi. Ancaq ərazinin siyahıya daxil edilməsi bölgədə qalmaq üçün pul xərcləyən turistlərin gəlirlərini artıraraq Çada xeyir verdi. Həmçinin sonda Çad hökuməti neft kəşfiyyatı ilə əlaqədar olaraq qorunan ərazinin həcmini azaltdı. Ennedi yüksək gəlir bərabərsizliyindən əziyyət çəkirdi, buna görə neft ehtiyatlarından istifadə sərvətlərin daha yaxşı bölüşdürülməsinə imkan verdi. İştirakçı dövlətlə neft şirkətləri arasında UNESCO tərəfindən qorunan ərazinin azaldılması ilə əlaqədar hasil edilən neft kəşfiyyatı və özəl torpaq icarəsi üçün ortaqlıq müqaviləsinin olduğu güman edilir. Neft istismarının bu artımı Çadda yeraltı suların çirklənməsi, kimyəvi axıntıların artması və havanın keyfiyyətinin aşağı düşməsi ilə nəticələndi.
2018-ci ilin əvvəlində Afrika Parkları qeyri-hökumət təşkilatı bu bölgənin idarə edilməsini Çad hökuməti ilə ortaq olaraq qəbul etdi. Təşkilat parkın infrastrukturunu yaxşılaşdırmaq, mənzərəyə dəstək toplamaq və yerli insanların ehtiyaclarına töhfə vermək üçün turizm potensialını araşdırmaq niyyətindədir. Avropa Birliyi Afrika Parkları təşkilatına 4,7 milyon avro yardım etmişdir və Hollandiya poçtu lotereyası bu təşkilata üç il ərzində təxminən 3 milyon avro vermişdir. Bundan 2019-cu ilin yanvar ayında Ennedi platosunun böyük bir hissəsi olan təxminən 50.000 km2-lik bir sahə Çad hökuməti tərəfindən Ennedi Təbii və Mədəni Qoruğu olaraq təyin edilmişdir.
Fauna

Təəssüf ki təhlükəsizlik problemləri, sərt iqlim şəraiti, müharibələr və banditizm səbəbindən Şimali Çadla bağlı bir çox araşdırma aparılmamışdır. Bununla belə tədqiqatçılar ərazidə
böyük bir su mənbəyi olduğuna görə yaylanın zəngin fauna toplusuna sahib olduğunu müəyyən ediblər. Məsələn, Ennedidən keçən ən azı 199 köçəri quş növü var.
Heyvanat aləminə aid digər nümunələr arasında səhra timsahı kimi də tanınan Qərbi Afrika timsahı var ki, bu növə bir vaxtlar daha çox yağış yağdığı bir vaxtda Böyük səhra boyunca mövcud idi. Afrika timsahları bölgədəki çay kanyonlarundakı bir neçə su mənbəyində, məsələn, Arxey qeltasında yaşayırlar və məhv olmaq təhlükəsi ilə üz-üzədirlər.
Böyük Səhradakı son şirlər (Qərbi Afrika aslanı) 1940-cı illərdə torpaq istifadəsi və ovçuluğun rtması səbəbindən yoxa çıxana qədər burada yaşayırdılar. Təbiətdə hələ də sağ qalan hər hansı bir saxara kəpgəröküzü və ya Sudan hepardının Ennedi yaylasının ucqar bölgələrində tapılması ehtimalı var. Tədqiqatçılar qorunan ərazidə hələ də yaşadığı kəşf edilmiş bir Şimali Afrika dəvəquşusu sürüsünü müəyyənləşdirmək üçün kamera tələlərindən istifadə edirlər. Sirli Ennedi pələnginin də ərazidə yaşaya biləcəyi təklif edilmişdir.[] Bölgədə həmçinin ceyranlar və antelopların da mövcud olduğu bilinir.
Təəssüf ki, brakonyerlik və ovçuluq ərazidəki növlərin sayını azaldıb. P. senegalus və P. normani kimi balıq növlərinin kəşfi tədqiqatçılar üçün xüsusi maraq doğurur. Böyük səhrasındakı bu növlərin eyniləşdirilməsi Unianqa gölləri ilə Çad gölü arasındakı əlaqəni göstərir. Tədqiqatçılar araşdırmalarını aparmaq üçün gündüz və gecə tor və digər vasitələrlə nümunələr götürdülər. Tədqiqatçı Daqetin sözlərinə görə, Ennedidə yalnız yeddi növ balıq var.
Flora
Cəmi 2173 növ flora Çad üçün doğmadır və 1950-ci illərdə bu bölgədəki ilk flora tədqiqatçılarına R. Korti, H. Qillet, R. Maire və P. Quezel daxil idi. Hal-hazırda Ennedidə sadalanan növlərdən 525-dən çoxu mövcuddur. Xüsusilə tədqiqatçı Qillet aşkar edilmiş 526 növ flora üçün 7 əsas həyat formasını təsvir etmək üçün bir təsnifat sistemindən istifadə etdi və bölgə üçün 41.3% terrofit, 3.0% geofit, 5.1% heliofitl, 1.1% hidrofitlər, 7.0% hemikriptofit, 18.4% şamefrit, 15.1% fanerofit nəticələrini aldı.
Ennedidə adətən tropik və ekvatorial Afrikada rast gəlinən ağac növü olan Rauwolfia caffra da daxil olmaqla bir çox nadir növ yetişir. Bitki örtüyünün çox hissəsi dərin kanyonlar və qeltaların olması ilə qorunur. Hazırda Çad torpaqlarının yalnız 2%-i becərilir, təqribən 50%-i otlaq kimi istifadə olunur və dənli taxıl əsas qida qrupunu təşkil edir. Quru dövrlərdə bu ərazi xurma və otlar kimi subtropik növlər üçün sığınacaq rolunu oynayır. Çöl çəyirtkəsi yerli floraya, xüsusən də məhsul və otlaqlara zərərli təsirləri ilə tanınır.
Mədəniyyət
Ennedi qaya təsvirlərinə dair dəqiq tarixlərin olmamasına baxmayaq, rəsmlər təxminən e.ə. 5000-ci ilə aid edilə bilər. Arxeoloji qeydlər və ərazinin qaya təsvirləri tədqiqatçılara bu tarixləri yaratmağa imkan verir. Çünki təəssüf ki, ərazidə üzvi materialların çatışmazlığı var. Məsələn, eramızdan əvvəl 630-cu iləa aid yalnız bir mal-qara çənəsi tapılmışdır. Bununla birlikdə, tədqiqatçılar bu yerlərin yaşlanmasına qədər həm kömür, həm də digər mal-qara sümüklərindən olan radiokarbon tarixlərindən istifadə etməyə davam edirlər.
Ennedidə altı yer var və təxminən 40 şəkil tapılıb. Ərazidə minlərlə insan və heyvan təsvirləri və oymalar mövcuddur və bunların təxminən 8000 illik olduğu təxmin edilir. Təsvirlərdən 86%-dən çoxu boyanmış və 14%-i həkk olunmuşdur. Rsmlər yerdə, tavanlarda və külək eroziyası nəticəsində yaranan sığınacaqların divarlarında aşkar edilib və onlar çox vaxt yüksək mövqelərdə tapılırlar.
Qaya rəsmləri

Təsvirlərdə həm heyvanlar, həm də insanlar real həyatda olduğu kimi, heç bir ovçu-toplayıcı təmsilçiliyi olmayan şəkildə təsvir edilib. Təəssüf ki rəsmlərin çoxu hava şəraiti və vandalizm səbəbindən korlanmışdır.
Əhəmiyyətlilik
Erkən şəkillər təkrəngli idi, insanları mal-qaraları ilə işləyən kimi təmsil edirdi və çoxları gəzinti və qaçış zamanı ov alətləri ilə göstərilmişdir. Bu təsvirlər erkən Dəmir dövründə, eramızın II əsrindən başlayaraq eramızın 1000-ci illərinə qədərki bir dövrdə Afrikadakı insanların yaşadığı həyat tərzini vurğulamışdır. Zaman keçdikcə şəkillər daha da rənglənmişdir. Bu dövrə aid təsvirlərdə fərqli iyerarxiyalara görə intensiv mübarizə nəticəsində yaranmış ola bilən daha çox silah göstərilmişdir. Su və otlaq sahələrinin azalması səbəbindən dəyişən iqlim bu silah növləri ilə əlaqələndirilə bilər.
Heyvanlar
Ev heyvanları Ennedi yaylasında təsvir olunan qaya rəsmlərinin təxminən 55%-ni təşkil edir. Lakin qaya təsvirlərindəki ən böyük vurğu ev heyvanlarınadır. Murdi adlı bir ərazidə aparılan araşdırma nəticəsində tədqiqatçılar qaya təsvirləri arasında rast gəlinən insan və heyvanların tezliyini tapdılar. Mal-qara ümumi şəkillərin 50%-dən çoxunu, keçilər təxminən 10%-ini, itlər isə 5%-i təşkil edirdi. İndiyə qədər kəşf edilən ilk qaya təsvirində mal-qaranın yanında iki maskalı şəxsin göstərilmişdi. Mal-qara, xüsusən də çox saylı uzun buynuzlu mal-qara arasındakılar nadir buynuzlu heyvanlar kimi qəbul edilmişdir. Məsələn bəzi heyvanlar lira formalı buynuzlarla təsvir edilmişdi. Mal-qaranın Ennedi yüksəkliklərində yaşayan insanlara böyük maddi, mədəni və ətraf mühitə təsiri olduğu bilinirdi. Bu heyvanları fərdiləşdirmək üçün onlara fərqli formalar verilirdi və bəzi yerlərdə özünəməxsus həndəsi dizaynlarda mal-qara fiqurları yer alır. Mal-qara təsvirlərinin hamısı yüksək yerlərdə tapılmışdır. Atlar kimi digər heyvanlar isə ümumiyyətlə aşkar edilməmişdir.
Dəmir dövründə insanlar daha çox köçəri bir həyat tərzində yaşayırdılar və buna görə də şəkillərində dəvə və xüsusi olaraq atları təsvir etmişlər. Ancaq bu heyvanlar inəklərdə olduğu kimi fərqli fiqurlarla fərqləndirilməmişdir. Ayrıca mal-qara şəkillərində heyvanlar statik olaraq göstərilsə də, atlar rəsmə bədii bir keyfiyyət artıran heyvan kimi göstərilir. Son bir neçə rəsmdə at arabaları olan atlar da var. Dəvələr də digər heyvanlara nisbətən daha çox hərəkətə gətirilərək təsvir edilirdi.
Sənət əsərində vəhşi heyvanlar dini və mifik mənalarına görə də təsvir edilmişdir. Zürafələr ən çox təsvir edilmiş vəhşi heyvanlar idi. Ayrıca, dəyirmi başlı insanlarla birlikdə çox sayda kərgədan təsvir edilmişdi və bu adətən cüt və ya tənha yaşadığı üçün kərgədanların tipik davranışları üçün qeyri-adi idi.
İnsanlar
Ennedi qaya rəsmlərində insanların təsvirləri olduqca yayqındır və tapılan insan fiqurları arasında yalnız 4%-i həkk olunmuşdur. Qaya sənətinin içərisində kişilər və qadınlara aid çox sayda əl izləri tapılmışdır. Kişilər əksər hallarda heyvanlarını qoruduqlarını təsvir edən bir nizə və qalxan tutaraq mal-qaranın qarşısında dayanır. Qadınlar kişilər kimi tez-tez təsvir edilməyib. Daha əvvəl qeyd edilən Mündi yerindəki insanlar və heyvanların tezliyini göstərən hesaplamalarda kişilərin 20%, qadınlar isə yalnız 10% təsvir edildiyi aşkar edilmişdir. Bununla birlikdə qadınlar tez-tez Niola Dola ərazisindəkilər kimi həddindən artıq bəzənmiş göstərilirdilər. Onlar tez-tez dalğalı xətlər və maraqlı həndəsi naxışlarla örtülmüşdülər və bu dizaynlar Əlcəzairdə tapılmış Dəyirmi Baş şəkilli fiqurlarla müqayisə edilmişdir.
Nabara 2 ərazisində oval qravüralar ilə dəvə, mal-qara və zürafələr kimi fauna təsvir edilmişdir. Döyüşçülərin dəyirmi qalxanların arxasında gizləndikləri, qadınların isə uzun paltarlarda don geyindikləri görülür. Qadınlar silahla müşayiət olunmur, kişilər isə ümumiyyətlə silahla təsvir edilmişdir.
Yerli dildə "Qızların yeri" mənasını verən Niola Doanın başqa bir böyük ərazisi artıq UNESCO-nun qoruması altında hesab edilməsə də, hələ də Böyük səhrada ən əhəmiyyətli qaya abidələrindən biri kimi tanınır.
Dulusçuluq
Eramızdan əvvəl 5000-4000-ci illlərdə Ennedi xalqı ovçuluq, balıqçılıq və əsasən düzənliklərdə toplayıcılıqla məşöul idi. Onlar əlverişli şərait səbəbindən əsasən yaşayış məntəqələrində qaldılar. Bu ərazilərdə istifadə olunan dulusçuluq qablarında bu dövrə xas olan nöqtəli dalğalı naxışlar mövcud idi.
Eramızdan əvvəl 4.000-ci ildən sonra zaman keçdikcə cəmiyyət ovçuluq və toplayıcılıqdan maldarlığa keçdi. Həyat tərzindəki bu dəyişiklik ilə dulusçuluq üslubları da dəyişdi. Məsələn, qablarda indi daha çox bəzək naxışları var idi və fərqli qablar yaradıldı. Ayrıca, balta da daxil olmaqla ilk dəfə daş alətlər ortaya çıxdı.
Nəhayət eramızdan əvvəl 3000-2000-cü illərdə artan quraqlıq səbəbindən daha çox məskunlaşılmış yaşayış məntəqələri, həmçinin mal-qaranın sayə artdı. Dulusçuluq ilk dəfə həndəsi naxışlar nümayiş etdirdi və daş alətlər, əsasən, bir qədər əl gəzdirilmiş daşlardan və itiləyici materiallardan ibarət idi.
Əsas ərazilər
- Daha əvvəl də qeyd edildiyi kimi, Niola Doa texniki cəhətdən UNESCO-nun qoruması altında nəzərə alınmır. Ancaq ərazi yenə də özünəməxsus qaya təsvirləri ilə məşhurdur. Bura Ennedi bölgəsindəki yeganə şəhər olan Fadanın şimal-şərqində yerləşir. Buradakı qaya təsvirləri eramızdan əvvəl 8000-2000-ci illəri arasında dəyişir.
- Arxey bölgəsi Fadanın cənub-şərqində yerləşir və burada qədim su anbarı var. Buna görə də Ennedinin köçkünlərinin həyat mərkəzi hesab olunur. 8000 ildən çox yaşı olan rəsmlərə sahibdir. Yüksək mövqeyinə görə ən yaxşı qorunan rəsmlərin bəzilərini Arxey bölgəsində tapılır.
- 3 metr uzunluğunda arxaik inək rəssamlığı ilə tanınan Ehi Tiğinin qul ovçuları tərəfindən sığınacaq olaraq istifadə edildiyi güman edilir. Ərazinin divarlarında həm ağ, həm də qırmızı məxluqların, o cümlədən kişilərin, qadınların və müxtəlif bəzəkli inəklərin təsvirləri var.
- Ennedinin Baçikel kanyonu və qeltası bölgə üçün ekoloji baxımdan son dərəcə əhəmiyyətlidir. Burada Böyük səhranın və Sahelin başqa bölgələrində tapılmayan xüsusi flora mövcuddur.
Tədqiqat və məlumatlandırma
Qaya təsvirlərində də göstərildiyi kimi, zamanla iqlim dəyişikliyi ilə yanaşı, ovçuluq və brakonyerlik səbəbiylə faunada azalma müşahidə edilmişdir. Heyvanlar aləminin azalması ərazidə böyük bir problem olmasına baxmayaraq, vandalizm də əraziyə böyük bir zərbə vurmuşdur. Məsələn, şübhəli yerli gənclər qayalara adlarını fransız və ərəb dillərində yazaraq qaya rəsmlərini korlamışlar. Çadın mədəniyyət naziri Məhəmməd Saleh Haroun vəziyyəti belə izah etmişdi: "Bu bir Afrika hekayəsidir və onlar bunu məhv etmək istmişlər."
UNESCO-nun Çaddakı rəhbəri Abdukərim Adoum Bahar divarın düzəldilə biləcəyinə inansa da, o vaxtdan digər təşkilatlar da bu işə qarışmışlar. Məsələn, Afrika Qaya sənətinə Güvən dərnəyi, o vaxtdan bəri Ennedini fotoşəkillərlə sənədləşdirdi. Onların missiyası qaya rəsmlərinin qorunması ilə əlaqəli problemləri göstərməkdir.
Ennedi həm eroziya, həm də vandalizm səbəbiylə ziyan görsə də, bu sənət indi bu ərazinin gözəlliyi haqqında məlumatlılığı artırmaq üçün 3D olaraq lentə alınır. Ennedinin gözəlliyini göstərmək üçün rejissor Renan Öztürkün yönləndirdiyi "Ennedi Qüllələri" də daxil olmaqla bu mənzərə ilə əlaqədar filmlər çəkilmişdir.
İstinadlar
- "Niola Doa". africanrockart.britishmuseum.org. 2022-04-08 tarixində . İstifadə tarixi: 2019-11-01.
- "Arxivlənmiş surət" (PDF). 2022-05-09 tarixində (PDF). İstifadə tarixi: 2020-06-06.
- "region | Definition, Examples, & Facts". Encyclopedia Britannica. 2022-07-28 tarixində . İstifadə tarixi: 2019-11-24.
- Scheffel, Richard L.; Wernet, Susan J., redaktorlar Natural Wonders of the World. United States of America: Reader's Digest Association, Inc. 1980. 137. ISBN .
- UNEP-WCMC. "Ennedi Massif: Natural and Cultural Landscape". World Heritage Datasheet. 2017-05-22. 2020-10-22 tarixində . İstifadə tarixi: 2019-11-21.
- Monod, M.E. "Contribution à l'étude de la pathogénie des cholécystatonies". Digestion. 106 (3). 1966: 130–136. doi:10.1159/000201974. ISSN 0012-2823.
- Coon, Carleton S. ": Die Volker der Sudost-Sahara: Tibesti, Borku, Ennedi. Peter Fuchs". American Anthropologist. 65 (2). April 1963: 476–478. doi:10.1525/aa.1963.65.2.02a00700. ISSN 0002-7294.
- Lenssen-Erz, Tilman. "Pastoralist appropriation of landscape by means of rock art in Ennedi Highlands, Chad". Afrique : Archéologie & Arts (8). 2012-09-15: 27–43. doi:10.4000/aaa.414. ISSN 1634-3123. 2022-06-21 tarixində . İstifadə tarixi: 2020-06-06.
- Husson, Gilles Pascal. "Historique de l'alimentation en eau potable de la ville de Paris". Journal Européen d'Hydrologie. 27 (2). 1996: 97–108. doi:10.1051/water/19962702097. ISSN 1023-6368.
- Welle (www.dw.com), Deutsche. "UNESCO Sites: An Opportunity for Chad | DW | 04.07.2017". DW.COM (ingilis). 2020-07-31 tarixində . İstifadə tarixi: 2019-11-26.
- di Lernia, Savino. "A (Digital) Future for Saharan Rock Art?". African Archaeological Review. 35 (2). 2018-04-07: 299–319. doi:10.1007/s10437-018-9290-6. ISSN 0263-0338.
- Gadom, Gadom Djal; Kountchou, Armand Mboutchouang; Araar, Abdelkrim. "The impact of oil revenues on wellbeing in Chad". Environment and Development Economics. 23 (5). 2018-07-25: 591–613. doi:10.1017/s1355770x18000281. ISSN 1355-770X.
- Strecker, Amy. "The 1972 UNESCO World Heritage Convention". Oxford Scholarship Online. 2018-10-18. doi:10.1093/oso/9780198826248.003.0005.
- "Arxivlənmiş surət". 2022-04-08 tarixində . İstifadə tarixi: 2020-06-06.
- "World Heritage Site in Chad to be Protected Under New Agreement". www.africanparks.org. 2022-04-08 tarixində . İstifadə tarixi: 2019-11-12.
- "Ennedi Fauna and Flora". www.africanparks.org. 2022-04-08 tarixində . İstifadə tarixi: 2019-11-21.
- de Smet, Klaas. "Status of the Nile crocodile in the Sahara desert". Hydrobiologia. SpringerLink. 391 (1–3). January 1998: 81–86. doi:10.1023/A:1003592123079.
- . 2016-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.
- Keding, Birgit. Pictures and pots from pastoralists : investigations into the prehistory of the Ennedi highlands in NE Chad. OCLC 697622553.
- Trape, Sébastien. "A study of the relict fish fauna of northern Chad, with the first records of a polypterid and a poeciliid in the Sahara desert". Comptes Rendus Biologies. 336 (11–12). November 2013: 582–587. doi:10.1016/j.crvi.2013.10.001. ISSN 1631-0691. PMID 24296082.
- Ba, A. H.; Daget, J. "Notes sur les chasses rituelles bozo". Journal de la Société des Africanistes. 25 (1). 1955: 89–97. doi:10.3406/jafr.1955.1875. ISSN 0037-9166.
- Brundu, Giuseppe; Camarda, Ignazio. "The Flora of Chad: a checklist and brief analysis". PhytoKeys. 23. 2013-05-13: 1–18. doi:10.3897/phytokeys.23.4752. ISSN 1314-2003. PMID 23805051.
- Kayalto, Mathias Idrissi Hassani, Lalla Mina Lecoq, Michel Piou, Cyril. Update of desert locust gregarization sites mapping. University Ibn Zohr. 2019. OCLC 1102674470.
- "Arxivlənmiş surət". 2022-04-08 tarixində . İstifadə tarixi: 2020-06-06.
- Lenssen-Erz, Tilman. "Pastoralist appropriation of landscape by means of rock art in Ennedi Highlands, Chad". Afrique : Archeologie et Arts (8). 2012-09-15: 27–43. doi:10.4000/aaa.414. ISSN 1634-3123.
- Bubenzer, Olaf. Bolten, Andreas. Darius, Frank. Atlas of cultural and environmental change in arid Africa. Heinrich-Barth-Institut. 2007. ISBN . OCLC 1120437878.
- Sauvet, Georges; Layton, Robert; Lenssen-Erz, Tilman; Taçon, Paul; Wlodarczyk, André. "Thinking with Animals in Upper Palaeolithic Rock Art". Cambridge Archaeological Journal. 19 (3). October 2009: 319–336. doi:10.1017/S0959774309000511. :10072/29865. ISSN 0959-7743.
- McCall, Daniel F.; Negro, Giancarlo; Ravenna, Adriana; Simonis, Roberta; Hallier, Ulrich W. "Arte Rupestre nel Ciad: Borku + Ennedi + Tibesti". The International Journal of African Historical Studies. 30 (3). 1997: 660. doi:10.2307/220609. ISSN 0361-7882. JSTOR 220609.
- Muzzolini, Alfred. Livestock in Saharan rock art. UCL Press. 2000. OCLC 57895786.
- Methuen-Campbell, James. Barth, Karl-Heinrich. Oxford Music Online. Oxford University Press. 2001. doi:10.1093/gmo/9781561592630.article.41241.
- Bullington, J. "Rock Art Revisited". Science. 296 (5567). 2002-04-19: 468a–468. doi:10.1126/science.296.5567.468a. ISSN 0036-8075. PMID 11965673.
- Lenssen-Erz, Tilman. "Adaptation or Aesthetic Alleviation: Which Kind of Evolution Do We See in Saharan Herder Rock Art of Northeast Chad?". Cambridge Archaeological Journal. 22 (1). February 2012: 89–114. doi:10.1017/s0959774312000066. ISSN 0959-7743.
- Kröpelin, Stefan. New petroglyph sites in the southern Libyan Desert (Sudan-Chad). OCLC 58748782.
- Simonis, Roberta. Ennedi, tales on stone : [1993.2017, rock art in the Ennedi massif]. ISBN . OCLC 1082451478.
- Menardi Noguera, Alessandro. "The Oval Engravings of Nabara 2 (Ennedi, Chad)". Arts. 6 (4). 2017-09-29: 16. doi:10.3390/arts6040016. ISSN 2076-0752.
- Keding, Birgit. "Middle Holocene Fisher-Hunter-Gatherers of Lake Turkana in Kenya and Their Cultural Connections with the North: The Pottery". Journal of African Archaeology. 15 (1). 2017-12-07: 42–76. doi:10.1163/21915784-12340003. ISSN 1612-1651.
- Foundation, Factum. "Factum Foundation :: Rock Art Survey and Documentation in the Ennedi Mountains of Northern Chad". www.factumfoundation.org. 2022-03-04 tarixində . İstifadə tarixi: 2019-11-19.
- Gillet, Hubert. "Une Mission scientifique dans l'Ennedi (Nord Tchad) et en Obangui". Journal d'Agriculture Tropicale et de Botanique Appliquée. 6 (11). 1959: 505–573. doi:10.3406/jatba.1959.6663. ISSN 0021-7662.
- Daley, Jason. "Vandals Deface Rock Art In Chad's Ennedi World Heritage Site". Smithsonian. 2022-04-08 tarixində . İstifadə tarixi: 2019-11-25.
- "Towers of the Ennedi". Mountainfilm (ingilis). 2011-05-09. 2022-04-08 tarixində . İstifadə tarixi: 2019-11-26.
Xarici keçidlər
- Ennedinin təbii körpüləri

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ennedi platosu Cadin simal serqinde Qerbi Ennedi ve Serq Ennedi regionlarinda yerlesir Cadda yerlesen Ennedi massifi olaraq bilinen daglar qrupunun bir hissesi hesab olunur Ennedi platosuEnnedi Massif Natural and Cultural Landscape Olke CadTip Medeni ve TebiiKriteriya iii vii ix Kecid 1475Region Afrika Daxil edilmesi 2016 40 ci sessiya Ennedi platosuIngilis dilindeki resmi siyahi UNESCO nun tesnifatina gore bolge Ennedi Boyuk Sehranin ortasinda kulek ve temperatur eroziyasi ile yaranmis bir qum dasi divaridir Bundan elave ovcular ve toplayicilar e e 5 000 4 000 ve maldarlar e e 4000 ilden etibaren bu erazide meskunlasmislar Ennedi bolgesi esasen mal qara tesvir olunan qaya senetinin genis kolleksiyasi ile de taninir Cunki bu heyvanlar esas maliyye etraf muhit ve medeni tesir menbeyi rolunu oynayirdi Buradaki tesvirler texminen 7000 il evvele aiddir Bu gun erazide yagisli aylarda Ennedinin daimi kendlileri olan quru movsumde ise eraziden kocen iki yari koceri qrup var Onlar yasamaq ucun surulerine esseklerine qoyunlarina ve kecilerine guvenirler Landsaft ve iqlimEnnedi texminen 60 000 km2 erazini teskil edir ve texminen Isvecre boyukluyundedir En yuksek noqtesi deniz seviyyesinden texminen 1 450 metr 4 760 ft yuksekliyindedir Massif Prekembriye aid bir qranit bazasi uzerine yigilan qum dasindan ibaretdir Ennedide en az iyirmi coxillik ve ya yari coxillik bulaq qelta sehra golmeceleri ve nohurlar var Lakin bunlar quru movsumde nadir hallarda bir nece onmetrden yukseye qalxir Landsaft esas turizm mekani kimi xidmet eden tebii qulleler direkler korpuler ve taglar da daxil olmaqla bir cox geoloji qurulusa malikdir Maraqlidir ki Boyuk sehrada tapilan qumun cox hissesi Tibesti Ennedi ucbucagindaki toz emelegelme ile elaqedardir Iqlimin deyismesine dair ilk subutlar gunumuzden 6000 il evvel texminen 250 mm illik yaginti alan bir savanna bolgesi ile 4300 il evvel illik texminen 150 mm yaginti alan bir savvanna bolgesi arasinda olmusdur 2700 il evvel ise illik yaginti miqdari bu gun musahide olunana benzer miqdara 50 mm e dusmusdur Bolgede hemcinin 50 150 mm etrafinda yaginti dusmesi ile neticelenen mussonlar da movcuddur Bu tebii deyisiklikler erazide muxtelif bitki qarisigi yaradir Qis aylarinda yagintilar nazik torpaqda daha az nemlenme temin edir Daglarin cenub bolgesinde may ve sentyabr aylari arasinda yagintinin daha cox oldugu da bilinir Qoruma tarixiUmumdunya irsinin yalniz onda bir hissesinin Afrikada olmasina baxmayaraq erazi 2016 ci ilin fevral ayinda UNESCO nun Umumdunya irsi siyahisina elave edilmisdir Bu muddet erzinde daxil edilmeli olan movzularda cox mubahiseler oldu Evvela iki idareetme zonasi ve bir nece kendin Umumdunya irsi erazisinin bir hissesi hesab edilmemesi movzusunda raziliga gelinmeli idi Ancaq erazinin siyahiya daxil edilmesi bolgede qalmaq ucun pul xercleyen turistlerin gelirlerini artiraraq Cada xeyir verdi Hemcinin sonda Cad hokumeti neft kesfiyyati ile elaqedar olaraq qorunan erazinin hecmini azaltdi Ennedi yuksek gelir berabersizliyinden eziyyet cekirdi buna gore neft ehtiyatlarindan istifade servetlerin daha yaxsi bolusdurulmesine imkan verdi Istirakci dovletle neft sirketleri arasinda UNESCO terefinden qorunan erazinin azaldilmasi ile elaqedar hasil edilen neft kesfiyyati ve ozel torpaq icaresi ucun ortaqliq muqavilesinin oldugu guman edilir Neft istismarinin bu artimi Cadda yeralti sularin cirklenmesi kimyevi axintilarin artmasi ve havanin keyfiyyetinin asagi dusmesi ile neticelendi 2018 ci ilin evvelinde Afrika Parklari qeyri hokumet teskilati bu bolgenin idare edilmesini Cad hokumeti ile ortaq olaraq qebul etdi Teskilat parkin infrastrukturunu yaxsilasdirmaq menzereye destek toplamaq ve yerli insanlarin ehtiyaclarina tohfe vermek ucun turizm potensialini arasdirmaq niyyetindedir Avropa Birliyi Afrika Parklari teskilatina 4 7 milyon avro yardim etmisdir ve Hollandiya poctu lotereyasi bu teskilata uc il erzinde texminen 3 milyon avro vermisdir Bundan 2019 cu ilin yanvar ayinda Ennedi platosunun boyuk bir hissesi olan texminen 50 000 km2 lik bir sahe Cad hokumeti terefinden Ennedi Tebii ve Medeni Qorugu olaraq teyin edilmisdir FaunaYaylada olu kecid elametdar yer olan Arxey qeltasinda develer Teessuf ki tehlukesizlik problemleri sert iqlim seraiti muharibeler ve banditizm sebebinden Simali Cadla bagli bir cox arasdirma aparilmamisdir Bununla bele tedqiqatcilar erazide boyuk bir su menbeyi olduguna gore yaylanin zengin fauna toplusuna sahib oldugunu mueyyen edibler Meselen Ennediden kecen en azi 199 koceri qus novu var Heyvanat alemine aid diger numuneler arasinda sehra timsahi kimi de taninan Qerbi Afrika timsahi var ki bu nove bir vaxtlar daha cox yagis yagdigi bir vaxtda Boyuk sehra boyunca movcud idi Afrika timsahlari bolgedeki cay kanyonlarundaki bir nece su menbeyinde meselen Arxey qeltasinda yasayirlar ve mehv olmaq tehlukesi ile uz uzedirler Boyuk Sehradaki son sirler Qerbi Afrika aslani 1940 ci illerde torpaq istifadesi ve ovculugun rtmasi sebebinden yoxa cixana qeder burada yasayirdilar Tebietde hele de sag qalan her hansi bir saxara kepgerokuzu ve ya Sudan hepardinin Ennedi yaylasinin ucqar bolgelerinde tapilmasi ehtimali var Tedqiqatcilar qorunan erazide hele de yasadigi kesf edilmis bir Simali Afrika deveqususu surusunu mueyyenlesdirmek ucun kamera telelerinden istifade edirler Sirli Ennedi pelenginin de erazide yasaya bileceyi teklif edilmisdir menbe gosterin Bolgede hemcinin ceyranlar ve anteloplarin da movcud oldugu bilinir Teessuf ki brakonyerlik ve ovculuq erazideki novlerin sayini azaldib P senegalus ve P normani kimi baliq novlerinin kesfi tedqiqatcilar ucun xususi maraq dogurur Boyuk sehrasindaki bu novlerin eynilesdirilmesi Unianqa golleri ile Cad golu arasindaki elaqeni gosterir Tedqiqatcilar arasdirmalarini aparmaq ucun gunduz ve gece tor ve diger vasitelerle numuneler goturduler Tedqiqatci Daqetin sozlerine gore Ennedide yalniz yeddi nov baliq var FloraCemi 2173 nov flora Cad ucun dogmadir ve 1950 ci illerde bu bolgedeki ilk flora tedqiqatcilarina R Korti H Qillet R Maire ve P Quezel daxil idi Hal hazirda Ennedide sadalanan novlerden 525 den coxu movcuddur Xususile tedqiqatci Qillet askar edilmis 526 nov flora ucun 7 esas heyat formasini tesvir etmek ucun bir tesnifat sisteminden istifade etdi ve bolge ucun 41 3 terrofit 3 0 geofit 5 1 heliofitl 1 1 hidrofitler 7 0 hemikriptofit 18 4 samefrit 15 1 fanerofit neticelerini aldi Ennedide adeten tropik ve ekvatorial Afrikada rast gelinen agac novu olan Rauwolfia caffra da daxil olmaqla bir cox nadir nov yetisir Bitki ortuyunun cox hissesi derin kanyonlar ve qeltalarin olmasi ile qorunur Hazirda Cad torpaqlarinin yalniz 2 i becerilir teqriben 50 i otlaq kimi istifade olunur ve denli taxil esas qida qrupunu teskil edir Quru dovrlerde bu erazi xurma ve otlar kimi subtropik novler ucun siginacaq rolunu oynayir Col ceyirtkesi yerli floraya xususen de mehsul ve otlaqlara zererli tesirleri ile taninir MedeniyyetEnnedi qaya tesvirlerine dair deqiq tarixlerin olmamasina baxmayaq resmler texminen e e 5000 ci ile aid edile biler Arxeoloji qeydler ve erazinin qaya tesvirleri tedqiqatcilara bu tarixleri yaratmaga imkan verir Cunki teessuf ki erazide uzvi materiallarin catismazligi var Meselen eramizdan evvel 630 cu ilea aid yalniz bir mal qara cenesi tapilmisdir Bununla birlikde tedqiqatcilar bu yerlerin yaslanmasina qeder hem komur hem de diger mal qara sumuklerinden olan radiokarbon tarixlerinden istifade etmeye davam edirler Ennedide alti yer var ve texminen 40 sekil tapilib Erazide minlerle insan ve heyvan tesvirleri ve oymalar movcuddur ve bunlarin texminen 8000 illik oldugu texmin edilir Tesvirlerden 86 den coxu boyanmis ve 14 i hekk olunmusdur Rsmler yerde tavanlarda ve kulek eroziyasi neticesinde yaranan siginacaqlarin divarlarinda askar edilib ve onlar cox vaxt yuksek movqelerde tapilirlar Qaya resmleri Ennedi olu kecid daglarinda Manda Queli magarasindaki qayaustu resmler Tesvirlerde hem heyvanlar hem de insanlar real heyatda oldugu kimi hec bir ovcu toplayici temsilciliyi olmayan sekilde tesvir edilib Teessuf ki resmlerin coxu hava seraiti ve vandalizm sebebinden korlanmisdir Ehemiyyetlilik Erken sekiller tekrengli idi insanlari mal qaralari ile isleyen kimi temsil edirdi ve coxlari gezinti ve qacis zamani ov aletleri ile gosterilmisdir Bu tesvirler erken Demir dovrunde eramizin II esrinden baslayaraq eramizin 1000 ci illerine qederki bir dovrde Afrikadaki insanlarin yasadigi heyat terzini vurgulamisdir Zaman kecdikce sekiller daha da renglenmisdir Bu dovre aid tesvirlerde ferqli iyerarxiyalara gore intensiv mubarize neticesinde yaranmis ola bilen daha cox silah gosterilmisdir Su ve otlaq sahelerinin azalmasi sebebinden deyisen iqlim bu silah novleri ile elaqelendirile biler Heyvanlar Ev heyvanlari Ennedi yaylasinda tesvir olunan qaya resmlerinin texminen 55 ni teskil edir Lakin qaya tesvirlerindeki en boyuk vurgu ev heyvanlarinadir Murdi adli bir erazide aparilan arasdirma neticesinde tedqiqatcilar qaya tesvirleri arasinda rast gelinen insan ve heyvanlarin tezliyini tapdilar Mal qara umumi sekillerin 50 den coxunu keciler texminen 10 ini itler ise 5 i teskil edirdi Indiye qeder kesf edilen ilk qaya tesvirinde mal qaranin yaninda iki maskali sexsin gosterilmisdi Mal qara xususen de cox sayli uzun buynuzlu mal qara arasindakilar nadir buynuzlu heyvanlar kimi qebul edilmisdir Meselen bezi heyvanlar lira formali buynuzlarla tesvir edilmisdi Mal qaranin Ennedi yuksekliklerinde yasayan insanlara boyuk maddi medeni ve etraf muhite tesiri oldugu bilinirdi Bu heyvanlari ferdilesdirmek ucun onlara ferqli formalar verilirdi ve bezi yerlerde ozunemexsus hendesi dizaynlarda mal qara fiqurlari yer alir Mal qara tesvirlerinin hamisi yuksek yerlerde tapilmisdir Atlar kimi diger heyvanlar ise umumiyyetle askar edilmemisdir Demir dovrunde insanlar daha cox koceri bir heyat terzinde yasayirdilar ve buna gore de sekillerinde deve ve xususi olaraq atlari tesvir etmisler Ancaq bu heyvanlar ineklerde oldugu kimi ferqli fiqurlarla ferqlendirilmemisdir Ayrica mal qara sekillerinde heyvanlar statik olaraq gosterilse de atlar resme bedii bir keyfiyyet artiran heyvan kimi gosterilir Son bir nece resmde at arabalari olan atlar da var Develer de diger heyvanlara nisbeten daha cox herekete getirilerek tesvir edilirdi Senet eserinde vehsi heyvanlar dini ve mifik menalarina gore de tesvir edilmisdir Zurafeler en cox tesvir edilmis vehsi heyvanlar idi Ayrica deyirmi basli insanlarla birlikde cox sayda kergedan tesvir edilmisdi ve bu adeten cut ve ya tenha yasadigi ucun kergedanlarin tipik davranislari ucun qeyri adi idi Insanlar Ennedi qaya resmlerinde insanlarin tesvirleri olduqca yayqindir ve tapilan insan fiqurlari arasinda yalniz 4 i hekk olunmusdur Qaya senetinin icerisinde kisiler ve qadinlara aid cox sayda el izleri tapilmisdir Kisiler ekser hallarda heyvanlarini qoruduqlarini tesvir eden bir nize ve qalxan tutaraq mal qaranin qarsisinda dayanir Qadinlar kisiler kimi tez tez tesvir edilmeyib Daha evvel qeyd edilen Mundi yerindeki insanlar ve heyvanlarin tezliyini gosteren hesaplamalarda kisilerin 20 qadinlar ise yalniz 10 tesvir edildiyi askar edilmisdir Bununla birlikde qadinlar tez tez Niola Dola erazisindekiler kimi heddinden artiq bezenmis gosterilirdiler Onlar tez tez dalgali xetler ve maraqli hendesi naxislarla ortulmusduler ve bu dizaynlar Elcezairde tapilmis Deyirmi Bas sekilli fiqurlarla muqayise edilmisdir Nabara 2 erazisinde oval qravuralar ile deve mal qara ve zurafeler kimi fauna tesvir edilmisdir Doyusculerin deyirmi qalxanlarin arxasinda gizlendikleri qadinlarin ise uzun paltarlarda don geyindikleri gorulur Qadinlar silahla musayiet olunmur kisiler ise umumiyyetle silahla tesvir edilmisdir Yerli dilde Qizlarin yeri menasini veren Niola Doanin basqa bir boyuk erazisi artiq UNESCO nun qorumasi altinda hesab edilmese de hele de Boyuk sehrada en ehemiyyetli qaya abidelerinden biri kimi taninir Dulusculuq Eramizdan evvel 5000 4000 ci illlerde Ennedi xalqi ovculuq baliqciliq ve esasen duzenliklerde toplayiciliqla mesoul idi Onlar elverisli serait sebebinden esasen yasayis menteqelerinde qaldilar Bu erazilerde istifade olunan dulusculuq qablarinda bu dovre xas olan noqteli dalgali naxislar movcud idi Eramizdan evvel 4 000 ci ilden sonra zaman kecdikce cemiyyet ovculuq ve toplayiciliqdan maldarliga kecdi Heyat terzindeki bu deyisiklik ile dulusculuq uslublari da deyisdi Meselen qablarda indi daha cox bezek naxislari var idi ve ferqli qablar yaradildi Ayrica balta da daxil olmaqla ilk defe das aletler ortaya cixdi Nehayet eramizdan evvel 3000 2000 cu illerde artan quraqliq sebebinden daha cox meskunlasilmis yasayis menteqeleri hemcinin mal qaranin saye artdi Dulusculuq ilk defe hendesi naxislar numayis etdirdi ve das aletler esasen bir qeder el gezdirilmis daslardan ve itileyici materiallardan ibaret idi Esas erazilerDaha evvel de qeyd edildiyi kimi Niola Doa texniki cehetden UNESCO nun qorumasi altinda nezere alinmir Ancaq erazi yene de ozunemexsus qaya tesvirleri ile meshurdur Bura Ennedi bolgesindeki yegane seher olan Fadanin simal serqinde yerlesir Buradaki qaya tesvirleri eramizdan evvel 8000 2000 ci illeri arasinda deyisir Arxey bolgesi Fadanin cenub serqinde yerlesir ve burada qedim su anbari var Buna gore de Ennedinin kockunlerinin heyat merkezi hesab olunur 8000 ilden cox yasi olan resmlere sahibdir Yuksek movqeyine gore en yaxsi qorunan resmlerin bezilerini Arxey bolgesinde tapilir 3 metr uzunlugunda arxaik inek ressamligi ile taninan Ehi Tiginin qul ovculari terefinden siginacaq olaraq istifade edildiyi guman edilir Erazinin divarlarinda hem ag hem de qirmizi mexluqlarin o cumleden kisilerin qadinlarin ve muxtelif bezekli ineklerin tesvirleri var Ennedinin Bacikel kanyonu ve qeltasi bolge ucun ekoloji baximdan son derece ehemiyyetlidir Burada Boyuk sehranin ve Sahelin basqa bolgelerinde tapilmayan xususi flora movcuddur Tedqiqat ve melumatlandirmaQaya tesvirlerinde de gosterildiyi kimi zamanla iqlim deyisikliyi ile yanasi ovculuq ve brakonyerlik sebebiyle faunada azalma musahide edilmisdir Heyvanlar aleminin azalmasi erazide boyuk bir problem olmasina baxmayaraq vandalizm de eraziye boyuk bir zerbe vurmusdur Meselen subheli yerli gencler qayalara adlarini fransiz ve ereb dillerinde yazaraq qaya resmlerini korlamislar Cadin medeniyyet naziri Mehemmed Saleh Haroun veziyyeti bele izah etmisdi Bu bir Afrika hekayesidir ve onlar bunu mehv etmek istmisler UNESCO nun Caddaki rehberi Abdukerim Adoum Bahar divarin duzeldile bileceyine inansa da o vaxtdan diger teskilatlar da bu ise qarismislar Meselen Afrika Qaya senetine Guven derneyi o vaxtdan beri Ennedini fotosekillerle senedlesdirdi Onlarin missiyasi qaya resmlerinin qorunmasi ile elaqeli problemleri gostermekdir Ennedi hem eroziya hem de vandalizm sebebiyle ziyan gorse de bu senet indi bu erazinin gozelliyi haqqinda melumatliligi artirmaq ucun 3D olaraq lente alinir Ennedinin gozelliyini gostermek ucun rejissor Renan Ozturkun yonlendirdiyi Ennedi Qulleleri de daxil olmaqla bu menzere ile elaqedar filmler cekilmisdir Istinadlar Niola Doa africanrockart britishmuseum org 2022 04 08 tarixinde Istifade tarixi 2019 11 01 Arxivlenmis suret PDF 2022 05 09 tarixinde PDF Istifade tarixi 2020 06 06 region Definition Examples amp Facts Encyclopedia Britannica 2022 07 28 tarixinde Istifade tarixi 2019 11 24 Scheffel Richard L Wernet Susan J redaktorlar Natural Wonders of the World United States of America Reader s Digest Association Inc 1980 137 ISBN 0 89577 087 3 UNEP WCMC Ennedi Massif Natural and Cultural Landscape World Heritage Datasheet 2017 05 22 2020 10 22 tarixinde Istifade tarixi 2019 11 21 Monod M E Contribution a l etude de la pathogenie des cholecystatonies Digestion 106 3 1966 130 136 doi 10 1159 000201974 ISSN 0012 2823 Coon Carleton S Die Volker der Sudost Sahara Tibesti Borku Ennedi Peter Fuchs American Anthropologist 65 2 April 1963 476 478 doi 10 1525 aa 1963 65 2 02a00700 ISSN 0002 7294 Lenssen Erz Tilman Pastoralist appropriation of landscape by means of rock art in Ennedi Highlands Chad Afrique Archeologie amp Arts 8 2012 09 15 27 43 doi 10 4000 aaa 414 ISSN 1634 3123 2022 06 21 tarixinde Istifade tarixi 2020 06 06 Husson Gilles Pascal Historique de l alimentation en eau potable de la ville de Paris Journal Europeen d Hydrologie 27 2 1996 97 108 doi 10 1051 water 19962702097 ISSN 1023 6368 Welle www dw com Deutsche UNESCO Sites An Opportunity for Chad DW 04 07 2017 DW COM ingilis 2020 07 31 tarixinde Istifade tarixi 2019 11 26 di Lernia Savino A Digital Future for Saharan Rock Art African Archaeological Review 35 2 2018 04 07 299 319 doi 10 1007 s10437 018 9290 6 ISSN 0263 0338 Gadom Gadom Djal Kountchou Armand Mboutchouang Araar Abdelkrim The impact of oil revenues on wellbeing in Chad Environment and Development Economics 23 5 2018 07 25 591 613 doi 10 1017 s1355770x18000281 ISSN 1355 770X Strecker Amy The 1972 UNESCO World Heritage Convention Oxford Scholarship Online 2018 10 18 doi 10 1093 oso 9780198826248 003 0005 Arxivlenmis suret 2022 04 08 tarixinde Istifade tarixi 2020 06 06 World Heritage Site in Chad to be Protected Under New Agreement www africanparks org 2022 04 08 tarixinde Istifade tarixi 2019 11 12 Ennedi Fauna and Flora www africanparks org 2022 04 08 tarixinde Istifade tarixi 2019 11 21 de Smet Klaas Status of the Nile crocodile in the Sahara desert Hydrobiologia SpringerLink 391 1 3 January 1998 81 86 doi 10 1023 A 1003592123079 2016 12 04 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 06 06 Keding Birgit Pictures and pots from pastoralists investigations into the prehistory of the Ennedi highlands in NE Chad OCLC 697622553 Trape Sebastien A study of the relict fish fauna of northern Chad with the first records of a polypterid and a poeciliid in the Sahara desert Comptes Rendus Biologies 336 11 12 November 2013 582 587 doi 10 1016 j crvi 2013 10 001 ISSN 1631 0691 PMID 24296082 Ba A H Daget J Notes sur les chasses rituelles bozo Journal de la Societe des Africanistes 25 1 1955 89 97 doi 10 3406 jafr 1955 1875 ISSN 0037 9166 Brundu Giuseppe Camarda Ignazio The Flora of Chad a checklist and brief analysis PhytoKeys 23 2013 05 13 1 18 doi 10 3897 phytokeys 23 4752 ISSN 1314 2003 PMID 23805051 Kayalto Mathias Idrissi Hassani Lalla Mina Lecoq Michel Piou Cyril Update of desert locust gregarization sites mapping University Ibn Zohr 2019 OCLC 1102674470 Arxivlenmis suret 2022 04 08 tarixinde Istifade tarixi 2020 06 06 Lenssen Erz Tilman Pastoralist appropriation of landscape by means of rock art in Ennedi Highlands Chad Afrique Archeologie et Arts 8 2012 09 15 27 43 doi 10 4000 aaa 414 ISSN 1634 3123 Bubenzer Olaf Bolten Andreas Darius Frank Atlas of cultural and environmental change in arid Africa Heinrich Barth Institut 2007 ISBN 9783927688322 OCLC 1120437878 Sauvet Georges Layton Robert Lenssen Erz Tilman Tacon Paul Wlodarczyk Andre Thinking with Animals in Upper Palaeolithic Rock Art Cambridge Archaeological Journal 19 3 October 2009 319 336 doi 10 1017 S0959774309000511 10072 29865 ISSN 0959 7743 McCall Daniel F Negro Giancarlo Ravenna Adriana Simonis Roberta Hallier Ulrich W Arte Rupestre nel Ciad Borku Ennedi Tibesti The International Journal of African Historical Studies 30 3 1997 660 doi 10 2307 220609 ISSN 0361 7882 JSTOR 220609 Muzzolini Alfred Livestock in Saharan rock art UCL Press 2000 OCLC 57895786 Methuen Campbell James Barth Karl Heinrich Oxford Music Online Oxford University Press 2001 doi 10 1093 gmo 9781561592630 article 41241 Bullington J Rock Art Revisited Science 296 5567 2002 04 19 468a 468 doi 10 1126 science 296 5567 468a ISSN 0036 8075 PMID 11965673 Lenssen Erz Tilman Adaptation or Aesthetic Alleviation Which Kind of Evolution Do We See in Saharan Herder Rock Art of Northeast Chad Cambridge Archaeological Journal 22 1 February 2012 89 114 doi 10 1017 s0959774312000066 ISSN 0959 7743 Kropelin Stefan New petroglyph sites in the southern Libyan Desert Sudan Chad OCLC 58748782 Simonis Roberta Ennedi tales on stone 1993 2017 rock art in the Ennedi massif ISBN 9788878148338 OCLC 1082451478 Menardi Noguera Alessandro The Oval Engravings of Nabara 2 Ennedi Chad Arts 6 4 2017 09 29 16 doi 10 3390 arts6040016 ISSN 2076 0752 Keding Birgit Middle Holocene Fisher Hunter Gatherers of Lake Turkana in Kenya and Their Cultural Connections with the North The Pottery Journal of African Archaeology 15 1 2017 12 07 42 76 doi 10 1163 21915784 12340003 ISSN 1612 1651 Foundation Factum Factum Foundation Rock Art Survey and Documentation in the Ennedi Mountains of Northern Chad www factumfoundation org 2022 03 04 tarixinde Istifade tarixi 2019 11 19 Gillet Hubert Une Mission scientifique dans l Ennedi Nord Tchad et en Obangui Journal d Agriculture Tropicale et de Botanique Appliquee 6 11 1959 505 573 doi 10 3406 jatba 1959 6663 ISSN 0021 7662 Daley Jason Vandals Deface Rock Art In Chad s Ennedi World Heritage Site Smithsonian 2022 04 08 tarixinde Istifade tarixi 2019 11 25 Towers of the Ennedi Mountainfilm ingilis 2011 05 09 2022 04 08 tarixinde Istifade tarixi 2019 11 26 Xarici kecidlerEnnedinin tebii korpuleri Vikianbarda Ennedi platosu ile elaqeli mediafayllar var