Elvira Mürsəlova (25 oktyabr 1982, Xəzər) — 1998–2002-ci illərdə Rusiyanı, 2008–2009-cu illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi.
Elvira Mürsəlova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Elvira Mürsəlova |
Vətəndaşlığı | |
Doğum tarixi | |
Doğum yeri | Xəzər, Rusiya SFSR |
Boyu | 164 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 1994—2009 |
Məşqçisi | Qurban Qurbanov |
Komandası | Atasport İdman Klubu |
Karyerası
Elvira Mürsəlova 1998-ci ilin iyulunda Mançester şəhərində (Birləşmiş Krallıq) baş tutan yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2002-ci ildə isə Elvira Mürsəlova Tirana şəhərində (Albaniya) baş tutan gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu.
2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Elvira Mürsəlovanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığması yeni-yeni formalaşdırılırdı. Elvira Mürsəlova həmin dəvəti qəbul elədi və 2008-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı.
2008-ci ildə Elvira Mürsəlova Avropa Çempionatlarında debüt elədi.Finlandiyanın Tampere şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Polşa nümayəndəsi Aqata Pyetrziya 2:1, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Nataliya Sinişina 2:0, 1/2 final mərhələsində isə Belarus nümayəndəsi Tatyana Boxana 2:0 hesabları ilə qalib gələn Elvira Mürsəlova, final görüşündə İsveç nümayəndəsi İda-Teres Nerela məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin ilin iyununda isə Elvira Mürsəlova Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
2008-ci ilin əsas turniri Yaponiyada baş tutan Dünya Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində Braziliya nümayəndəsi Joyce Silvaya 2:0, 1/4 final mərhələsində isə Ukrayna nümayəndəsi Alla Çerasovaya 2:0 hesabları ilə qalib gələn Elvira Mürsəlova, 1/2 final mərhələsində Yaponiya nümayəndəsi Ayao Şodaya məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Həmin görüşdə ABŞ nümayəndəsi Dianna Rixa 2:0 hesabı ilə qalib gələn Elvira Mürsəlova Dünya Çempionatının bürünc medalına sahib oldu. Bununla da Elvira Mürsəlova Dünya Çempionatlarının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu.
2009-ci ilin iyulunda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Elvira Mürsəlova, 26 yaşında idmanla vidalaşdı.
Nəticələri
![]() | ||||
Yeniyetmələrin Dünya Çempionatı | ![]() | |||
Gənclərin Avropa Çempionatı | ![]() | |||
![]() | ||||
Avropa Çempionatı | ![]() | |||
Qızıl Qran-Pri | ![]() | |||
Dünya Çempionatı | ![]() | |||
Qızıl Qran-Pri | ![]() |
İstinadlar
- International Wrestling Database. "ELVIRA MURSALOVA". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-04 tarixində . İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "1998 // World Championship // Cadets // Female wrestling // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-04 tarixində . İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2002 // European Championship // Juniors // Female wrestling // 58 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-04 tarixində . İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2008 // European Championship // Seniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-04 tarixində . İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2008 // Golden Grand Prix // Seniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-04 tarixində . İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2008 // World Championship // Seniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-04 tarixində . İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2009 // Golden Grand Prix // Seniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-04 tarixində . İstifadə tarixi: 02.08.2022.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer