Elektromaqnit spektr və ya optik spektr — elektromaqnit şüalanması tezliklərinin tam diapazonu. Nəzəri olaraq elektromaqnit spektrinin yuxarı və aşağı sərhədləri olmur. O, adətən, loqarifmik şkala vasitəsilə verilir. ITU elektromaqnit spektrində 30 Hs-dən 3000 GHs aralığında 12 diapazon seçdirib.
Elektromaqnit spektr işığın analizi ilə alınır. İşığı təşkil edən tezliklər toplusunun tərkibindən asılı olaraq elektromaqnit spektr xətti (diskret), bütöv və mürəkkəb (bütöv oblastlar və onların daxilində yerləşən ayrı-ayrı spektr xətlərindən ibarət sistem) olur. Elektromaqnit spektrin xarakteri işıq mənbəyi və şüalanma mexanizmi ilə müəyyən edilir. İşıq mənbəyi atomdursa, alınan spektr xətti, malekuldursa zolaqlı olur. Qızdırılmış bərk cisim bütöv spektrli işıq şüalandırır. Bu zaman şüalanan işığın intensivliyinin tezliyə görə paylanması Plank düsturu ilə müəyyən olunur. Günəşin şüalandırdığı işıq bütöv spektrə malikdir. Günəş spektri Yerdə müşahidə olunarkən bütöv spektr üzrə bəzi udma xətləri (Fraunhofer xətləri) müşahidə olunur. Həmin xətlər Günəş şüalarının atmosfer qatlarından keçməsi zamanı bəzi tezlikli şüalanmaların udulması ilə əlaqədardır.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı
- Landsberq Q.S., Optika, tom 1-2, M.,1980
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Elektromaqnit spektr ve ya optik spektr elektromaqnit sualanmasi tezliklerinin tam diapazonu Nezeri olaraq elektromaqnit spektrinin yuxari ve asagi serhedleri olmur O adeten loqarifmik skala vasitesile verilir ITU elektromaqnit spektrinde 30 Hs den 3000 GHs araliginda 12 diapazon secdirib Elektromaqnit spektr isigin analizi ile alinir Isigi teskil eden tezlikler toplusunun terkibinden asili olaraq elektromaqnit spektr xetti diskret butov ve murekkeb butov oblastlar ve onlarin daxilinde yerlesen ayri ayri spektr xetlerinden ibaret sistem olur Elektromaqnit spektrin xarakteri isiq menbeyi ve sualanma mexanizmi ile mueyyen edilir Isiq menbeyi atomdursa alinan spektr xetti malekuldursa zolaqli olur Qizdirilmis berk cisim butov spektrli isiq sualandirir Bu zaman sualanan isigin intensivliyinin tezliye gore paylanmasi Plank dusturu ile mueyyen olunur Gunesin sualandirdigi isiq butov spektre malikdir Gunes spektri Yerde musahide olunarken butov spektr uzre bezi udma xetleri Fraunhofer xetleri musahide olunur Hemin xetler Gunes sualarinin atmosfer qatlarindan kecmesi zamani bezi tezlikli sualanmalarin udulmasi ile elaqedardir EdebiyyatIsmayil Calalli Sadiqov Informatika terminlerinin izahli lugeti 2017 Baki nesriyyati Landsberq Q S Optika tom 1 2 M 1980