Elastiklik (ing. elasticity) — iqtisadi nəzəriyyədə bir göstəricinin (məsələn, tələb və ya təklif) digər göstəricinin (məsələn, qiymət, gəlir) dəyişməsinə necə reaksiya göstəridiyinin ölçüsüdür.
Bu yalnız bir-birinə təsir edə bilən göstəricilər üçün hesablanır. Elastiklik iki göstəricinin həcmindəki faiz dəyişikliklərinin nisbəti kimi hesablanır. Bu aşağıda göstərilən bəzi suallara cavab tapmaqda kömək edir:
- Əgər istehsal etdiyim məhsulun qiymətini aşağı salsam, əlavə olaraq nə qədər məhsul sata biləcəm?
- Əgər bu məhsulun qiymətini qaldırsam, bu digər bir əmtəənin satışına necə təsir edəcək?
- Əgər məhsulun bazar qiyməti aşağı düşərsə, bu bazardakı firmların təklif həcminə necə təsir edəcək?
Elastikliyin dərəcəsini əks etdirən ölçü vahidi elastiklik əmsalı adlanır.
Elastiklik dərəcəsindən asılı olaraq göstəricilər arasındakı əlaqə elastik (>1), vahid elastik (=1) və qeyri-elastik (<1), habelə xüsusi hallarda tam qeyri-elastik (=0) və sonsuz elastik ola bilər. Elastik əlaqədə bir göstərici digərinin dəyişməsinə çox həssasdır. Məsələn, məhsulun qiymətinin 10% enməsi həmin məhsula olan tələbi 20% artırır. Qeyri elastik əlaqədə bir göstərici digərinin dəyişməsinə az həssasdır. Məsələn, məhsulun qiymətinin 10% qalxması ona olan tələbi 5% endirir. Vahid elastiklikdə isə bir göstərici neçə faiz dəyişirsə digəridə eyni dərəcədə dəyişir. Məsələn, məhsulun qiymətinin 10% enməsi ona olan tələbi 10% artırır.
Bundan əlavə, elastiklik hər bir nöqtədə eyni deyildir. Məsələn, aşağı qiymət səviyyəsində qiymət dəyişikliyi daha elastikdir, amma yüksək qiymət səviyyəsində bu hal əksinə olur.
Elastikliyin növləri
İqtisadi nəzəriyyədə elastikliyin ən çox istifadə edilən növləri aşağıdakılardır:
- Tələbin elastikliyi:
- Tələbin qiymət elastikliyi;
- Tələbin gəlir elastikliyi;
- Tələbin çarpaz-qiymət elastikliyi.
- Təklif elastikliyi:
- Təklifin qiymət elastikliyi;
- Miqyas elastikliyi.
Tələbin qiymət elastikliyi
Tələbin qiymət elastikliyi - məhsulun qiymətinin dəyişməsinin ona olan tələbin həcminə nə dərəcədə təsir etdiyini əks etdirir.
Tələb əyrisi alıcıların müəyyən məhsuldan verilən qiymət səviyyələrində nə qədər almaq istədiklərini əks etdirir. Qiymət səviyyəsi dəyişdikdə alıcıların almaq istədikləri məhsulun həmci dəyişir. Amma burada bir sual meydana gəlir. Qiymət azaldıqda satılan məhsulun həcmi də eyni olaraq artacaq yoxsa bu dəyişiklik az və ya çox olacaq? Başqa sözlə, əgər istehsalçı satdığı məhsulun qiymətini 10% azaltsa, məhsuluna olan tələb 5%, 10% yoxsa 20% artacaq? Bu tələbin qiymət elastikliyindən asılıdır. Məsələn, tələb elastikdirsə, qiymətin 10% endirilməsi məhsula olan tələbi 10%-dan çox artıracaq. Əksinə qeyri-elastikdirsə, tələbin həcmi 10%-dən az artacaq. Vahid elastiklik şəraitidirsə, qiymətlərin 10% endirilməsi məhsula olan tələbi 10% artıracaq.
Məhsulların tələb elastikliyinin bir-birindən fərqlənməsini bir neçə amillə bağlayırlar. Bu amillərə nəzər yetirək:
- Əvəzedici məhsullar. Əgər bir əmtəənin yaxın əvəzedicisi varsa onda istehlakçılar bu əmtəədən digərinə çox rahat keçə bilirlər. Belə əmtəələrin elastikliyi yüksək olur. Məsələn, “London” taksiləri və adi taksilər: Əgər “London” taksilərində gediş haqqı artırılarsa, istehlakçılar adi taksi ilə öz işlərinə getməyi üstün tutacaqlar.
- Zəruri yoxsa dəbdəbə. Zəruri istehlak mallarına olan tələb əsasən qeyri-elastikdir. Əksinə dəbdəbə mallarına olan tələb isə elastikdir. Əgər çörəyin qiyməti qalxarsa, insanlar bu əmtəəyə olan tələbatları kəskin sürətdə azalmaz. Digər baxımdan, əgər ananasın qiyməti qalxarsa, bu məhsula olan tələb çox azalacaq. Çünki, bu insanlar üçün o qədər də vacib olan bir əmtəə deyil.
- Bazar hüdudları. Bir məhsulun zəruri istehlak malı olması onun heç də əvəz edilməz olduğunu göstərmir. Bu bizim bazara necə yanaşdığımızdan asılıdır. Əgər ümumilikdə çörək üçün təhlil aparsaq, onun qeyri-elastik olduğunu görərik. Amma ağ çörək üçün aparsaq, onun yaxın əvəzedicisi (qara çörək) olduğundan tələb əyrisi elastik olacaq. Əgər, bu təhlili daha kankretləşdirib, “Bakı Çörək Zavodu”nun məhsulu ilə aparsaq, kifayət qədər çox əvəzedicisi olduğundan kəskin elastikliyə malik olduğunu görərik.
- Zaman. Daha böyük zaman müddətlərində hər hansı bir məhsul daha elastik olur. Misal olaraq, bazarda neftin qiymətinin aşağı enməsi neft alışlarını həmin vaxt o qədər də artırmır. Çünki, zavodlar qısa müddətdə bu qədər nefti emal etmək gücünə malik deyillər. Müəyyən müddət keçdikdən sonra zavodlar aşağı neft qiymətlərini nəzərə alaraq avadanlıqlarının sayını artırırlar, hətta yeni zavodlar açılır və neftin azalan qiymətinə kəskin reaksiya verilir.
Tələbin qiymət elastikliyinin hesablanması
Tələbin qiymət elastikliyini tələbin həcmindəki faiz dəyişikliyinin qiymətin həcmindəki faiz dəyişikliyinə nisbəti kimi hesablanır:
Tələbin qiymət elastikliyi = Tələbin həcmindəki faiz dəyişikliyi/ Qiymətdəki faiz dəyişikliyi
Məsələn, almanın qiymətindəki 5%-lik azalma ona olan tələbin 15% artmasına səbəb olub. Bu halda almanın tələb elastikliyi belə hesablanır:
Tələb. q.e. = 15% / 5% = 3
Orta nöqtə metodu
Təsəvvür edin ki, sizə tələb əyrisində iki nöqtə verilib və soruşulur ki, elastikliyi hesablayın (Bax: Şəkil 1): A nöqtəsi (4 manat; 12 ədəd), B nöqtəsi (6 manat; 8 ədəd).
İlk növbədə fərz edək ki, qiymət azaldılıb. Bu halda qiymət dəyişikliyi 33,3%, həcmdəki dəyişiklik isə 50% təşkil edib. Bu halda, elastiklik 1,5-ə bərabərdir və məhsul elastikdir.
Sonra isə əksinə edək, qiymətin artdığını düşünək. Bu halda qiymət dəyişikliyi 50%, həcm dəyişikliyi isə 33,3% təşkil edir. Bu halda elastiklik əmsalı 0,66-a bərabərdir və məhsul qeyri elastikdir.
İki eyni nöqtə amma fərqli nəticələr. Bu fərqliliyi aradan qaldırmaq üçün orta nöqtə metodundan istifadə edilir. Bu metod vasitəsi ilə əvvəl verilən iki nöqtənin ortası müəyyənləşdirilir. Bizim misalda bu C nöqtəsidir (5 manat; 10 ədəd).
Bu zaman qiymətdəki və həcmdəki dəyişikliyi C nöqtəsinin göstəriciləri ilə müqayisə edərək faiz dəyişiklikləri aşkarlanır. Bu vaxt qiymətin azaldılmasının və çoxaldılmasının bir fərqi qalmır:
Tələb. q.e. = [(12-8)/10]/[(4-6)/5]= 1
Müxtəlif elastikliyə malik tələb əyriləri vardır. Hətta bir tələb əyrisi üzərində müxtəlif elastikliklər müşahidə edilir (Bax: Şəkil 2)
Tələbin gəlir elastikliyi
Tələbin gəlir elastikliyi istehlakçıların gəlirinin dəyişməsinin tələbin həcmini nə dərəcədə dəyişdiyini ölçür. Gəlir elastikliyi tələbin həcminin faiz dəyişməsinin istehlakçıların gəlirinin faiz dəyişməsinə nisbəti kimi hesablanır:
Tələb. g.e. = Tələbin həcmindəki faiz dəyişməsi/Gəlirin həcmində faiz dəyişməsi.
Tələbin çarpaz-qiymət elastikliyi
Tələbin çarpaz-qiymət elastikliyi bir əmtəənin qiymətinin dəyişməsinin digər əmtəəyə olan tələbə nə dərəcədə təsir etdiyini ölçür və birinci əmtəəyə olan tələbin həcmində dəyişikliyin ikinci əmtəənin qiymətindəki dəyişikliyə nisbəti kimi hesablanır:
Təklifin qiymət elastikliyi
Təklifin qiymət elastikliyi təklifin həcminin qiymət dəyişikliklərinə necə reaksiya verdiyini ölçür. Bu əmtəənin xüsusiyyəti ilə sıx bağlıdır. Belə ki, əgər sahibkar artan tələb qarşısında istehsalını rahatlıqla artıra bilirsə, qiymət elastikdir. Əgər mümkün deyilsə, qeyri-elastikdir.
Məsələn, əgər dağ xizəyinin qiyməti qalxarsa, istehsalçı yeni bir xizək meydancası tikmək məqsədilə dağ kəşf edə bilməyəcəyi üçün burada istehsalın artırılması imkanları məhduddur. Bu səbəbdən bu məhsulun təklifi qeyri-elastikdir. Digər bir məhsula nəzər yetirək. Meyvə şirəsinin qiyməti qalxdıqda, istehsalçı çox rahat bir şəkildə iş rejimini artırır, daha çox xammal cəlb edir və istehsalı artırır. Belə məhsullar elastikdir.
Təklifin qiymət elastikliyinin hesablanması
Təklifin qiymət elastikliyi haqqında müəyyən anlayış əldə etdikdən sonra, gəlin onun necə hesablanmasına baxaq:
Təklif.q.e. = Təklifin həcmindəki faiz dəyişikliyi/ Qiymətdəki faiz dəyişikliyi
Tələb əyrisində olduğu kimi təklif əyrisi üzərində də müxtəlif elastikliyə malik nöqtələr vardır(Bax: Şəkil 3).
Miqyas elastikliyi
Miqyas elastikliyi və ya başqa ədəbiyyatlardakı adı ilə istehsal elastikliyi istehsal amillərinin həcmindəki dəyişikliyin istehsal həcminə necə təsir etdiyini əks etdirir. Başqa sözlə, miqyas elastikliyi istehsal həcmindəki faiz dəyişikliyinin istehsal amillərinin həcmindəki faiz dəyişikliklərinə nisbəti kimi hesablanır.
İstinadlar
- Qreqori Mənkyu.Ekonomiksin Əsasları. Bakı. 2010. Səh. 90-101
- Perloff, J. (2008). p.36.
- Samuelson, W. & Marks, S. (2003). p.233.
- • Hanoch, G. (1975) “The elasticity of scale and the shape of average costs,” American Economic Review 65, pp. 492-497.
- • Panzar, J.C. and R.D. Willig (1977) “Economies of scale in multi-output production, Quarterly Journal of Economics 91, 481-493.
- • Zelenyuk, V. (2013) “A scale elasticity measure for directional distance function and its dual: Theory and DEA estimation.” European Journal of Operational Research 228:3, pp 592–600 2021-05-13 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Elastiklik ing elasticity iqtisadi nezeriyyede bir gostericinin meselen teleb ve ya teklif diger gostericinin meselen qiymet gelir deyismesine nece reaksiya gosteridiyinin olcusudur Bu yalniz bir birine tesir ede bilen gostericiler ucun hesablanir Elastiklik iki gostericinin hecmindeki faiz deyisikliklerinin nisbeti kimi hesablanir Bu asagida gosterilen bezi suallara cavab tapmaqda komek edir Eger istehsal etdiyim mehsulun qiymetini asagi salsam elave olaraq ne qeder mehsul sata bilecem Eger bu mehsulun qiymetini qaldirsam bu diger bir emteenin satisina nece tesir edecek Eger mehsulun bazar qiymeti asagi duserse bu bazardaki firmlarin teklif hecmine nece tesir edecek Elastikliyin derecesini eks etdiren olcu vahidi elastiklik emsali adlanir Elastiklik derecesinden asili olaraq gostericiler arasindaki elaqe elastik gt 1 vahid elastik 1 ve qeyri elastik lt 1 habele xususi hallarda tam qeyri elastik 0 ve sonsuz elastik ola biler Elastik elaqede bir gosterici digerinin deyismesine cox hessasdir Meselen mehsulun qiymetinin 10 enmesi hemin mehsula olan telebi 20 artirir Qeyri elastik elaqede bir gosterici digerinin deyismesine az hessasdir Meselen mehsulun qiymetinin 10 qalxmasi ona olan telebi 5 endirir Vahid elastiklikde ise bir gosterici nece faiz deyisirse digeride eyni derecede deyisir Meselen mehsulun qiymetinin 10 enmesi ona olan telebi 10 artirir Bundan elave elastiklik her bir noqtede eyni deyildir Meselen asagi qiymet seviyyesinde qiymet deyisikliyi daha elastikdir amma yuksek qiymet seviyyesinde bu hal eksine olur Elastikliyin novleriIqtisadi nezeriyyede elastikliyin en cox istifade edilen novleri asagidakilardir Telebin elastikliyi Telebin qiymet elastikliyi Telebin gelir elastikliyi Telebin carpaz qiymet elastikliyi Teklif elastikliyi Teklifin qiymet elastikliyi Miqyas elastikliyi Telebin qiymet elastikliyiTelebin qiymet elastikliyi mehsulun qiymetinin deyismesinin ona olan telebin hecmine ne derecede tesir etdiyini eks etdirir Teleb eyrisi alicilarin mueyyen mehsuldan verilen qiymet seviyyelerinde ne qeder almaq istediklerini eks etdirir Qiymet seviyyesi deyisdikde alicilarin almaq istedikleri mehsulun hemci deyisir Amma burada bir sual meydana gelir Qiymet azaldiqda satilan mehsulun hecmi de eyni olaraq artacaq yoxsa bu deyisiklik az ve ya cox olacaq Basqa sozle eger istehsalci satdigi mehsulun qiymetini 10 azaltsa mehsuluna olan teleb 5 10 yoxsa 20 artacaq Bu telebin qiymet elastikliyinden asilidir Meselen teleb elastikdirse qiymetin 10 endirilmesi mehsula olan telebi 10 dan cox artiracaq Eksine qeyri elastikdirse telebin hecmi 10 den az artacaq Vahid elastiklik seraitidirse qiymetlerin 10 endirilmesi mehsula olan telebi 10 artiracaq Mehsullarin teleb elastikliyinin bir birinden ferqlenmesini bir nece amille baglayirlar Bu amillere nezer yetirek Evezedici mehsullar Eger bir emteenin yaxin evezedicisi varsa onda istehlakcilar bu emteeden digerine cox rahat kece bilirler Bele emteelerin elastikliyi yuksek olur Meselen London taksileri ve adi taksiler Eger London taksilerinde gedis haqqi artirilarsa istehlakcilar adi taksi ile oz islerine getmeyi ustun tutacaqlar Zeruri yoxsa debdebe Zeruri istehlak mallarina olan teleb esasen qeyri elastikdir Eksine debdebe mallarina olan teleb ise elastikdir Eger coreyin qiymeti qalxarsa insanlar bu emteeye olan telebatlari keskin suretde azalmaz Diger baximdan eger ananasin qiymeti qalxarsa bu mehsula olan teleb cox azalacaq Cunki bu insanlar ucun o qeder de vacib olan bir emtee deyil Bazar hududlari Bir mehsulun zeruri istehlak mali olmasi onun hec de evez edilmez oldugunu gostermir Bu bizim bazara nece yanasdigimizdan asilidir Eger umumilikde corek ucun tehlil aparsaq onun qeyri elastik oldugunu gorerik Amma ag corek ucun aparsaq onun yaxin evezedicisi qara corek oldugundan teleb eyrisi elastik olacaq Eger bu tehlili daha kankretlesdirib Baki Corek Zavodu nun mehsulu ile aparsaq kifayet qeder cox evezedicisi oldugundan keskin elastikliye malik oldugunu gorerik Zaman Daha boyuk zaman muddetlerinde her hansi bir mehsul daha elastik olur Misal olaraq bazarda neftin qiymetinin asagi enmesi neft alislarini hemin vaxt o qeder de artirmir Cunki zavodlar qisa muddetde bu qeder nefti emal etmek gucune malik deyiller Mueyyen muddet kecdikden sonra zavodlar asagi neft qiymetlerini nezere alaraq avadanliqlarinin sayini artirirlar hetta yeni zavodlar acilir ve neftin azalan qiymetine keskin reaksiya verilir Telebin qiymet elastikliyinin hesablanmasiTelebin qiymet elastikliyini telebin hecmindeki faiz deyisikliyinin qiymetin hecmindeki faiz deyisikliyine nisbeti kimi hesablanir Telebin qiymet elastikliyi Telebin hecmindeki faiz deyisikliyi Qiymetdeki faiz deyisikliyi Meselen almanin qiymetindeki 5 lik azalma ona olan telebin 15 artmasina sebeb olub Bu halda almanin teleb elastikliyi bele hesablanir Teleb q e 15 5 3Orta noqte metoduSekil 1 Tesevvur edin ki size teleb eyrisinde iki noqte verilib ve sorusulur ki elastikliyi hesablayin Bax Sekil 1 A noqtesi 4 manat 12 eded B noqtesi 6 manat 8 eded Ilk novbede ferz edek ki qiymet azaldilib Bu halda qiymet deyisikliyi 33 3 hecmdeki deyisiklik ise 50 teskil edib Bu halda elastiklik 1 5 e beraberdir ve mehsul elastikdir Sonra ise eksine edek qiymetin artdigini dusunek Bu halda qiymet deyisikliyi 50 hecm deyisikliyi ise 33 3 teskil edir Bu halda elastiklik emsali 0 66 a beraberdir ve mehsul qeyri elastikdir Iki eyni noqte amma ferqli neticeler Bu ferqliliyi aradan qaldirmaq ucun orta noqte metodundan istifade edilir Bu metod vasitesi ile evvel verilen iki noqtenin ortasi mueyyenlesdirilir Bizim misalda bu C noqtesidir 5 manat 10 eded Sekil 2 Bu zaman qiymetdeki ve hecmdeki deyisikliyi C noqtesinin gostericileri ile muqayise ederek faiz deyisiklikleri askarlanir Bu vaxt qiymetin azaldilmasinin ve coxaldilmasinin bir ferqi qalmir Teleb q e 12 8 10 4 6 5 1 Muxtelif elastikliye malik teleb eyrileri vardir Hetta bir teleb eyrisi uzerinde muxtelif elastiklikler musahide edilir Bax Sekil 2 Telebin gelir elastikliyiTelebin gelir elastikliyi istehlakcilarin gelirinin deyismesinin telebin hecmini ne derecede deyisdiyini olcur Gelir elastikliyi telebin hecminin faiz deyismesinin istehlakcilarin gelirinin faiz deyismesine nisbeti kimi hesablanir Teleb g e Telebin hecmindeki faiz deyismesi Gelirin hecminde faiz deyismesi Telebin carpaz qiymet elastikliyiTelebin carpaz qiymet elastikliyi bir emteenin qiymetinin deyismesinin diger emteeye olan telebe ne derecede tesir etdiyini olcur ve birinci emteeye olan telebin hecminde deyisikliyin ikinci emteenin qiymetindeki deyisikliye nisbeti kimi hesablanir Teklifin qiymet elastikliyiTeklifin qiymet elastikliyi teklifin hecminin qiymet deyisikliklerine nece reaksiya verdiyini olcur Bu emteenin xususiyyeti ile six baglidir Bele ki eger sahibkar artan teleb qarsisinda istehsalini rahatliqla artira bilirse qiymet elastikdir Eger mumkun deyilse qeyri elastikdir Meselen eger dag xizeyinin qiymeti qalxarsa istehsalci yeni bir xizek meydancasi tikmek meqsedile dag kesf ede bilmeyeceyi ucun burada istehsalin artirilmasi imkanlari mehduddur Bu sebebden bu mehsulun teklifi qeyri elastikdir Diger bir mehsula nezer yetirek Meyve siresinin qiymeti qalxdiqda istehsalci cox rahat bir sekilde is rejimini artirir daha cox xammal celb edir ve istehsali artirir Bele mehsullar elastikdir Teklifin qiymet elastikliyinin hesablanmasiTeklifin qiymet elastikliyi haqqinda mueyyen anlayis elde etdikden sonra gelin onun nece hesablanmasina baxaq Teklif q e Teklifin hecmindeki faiz deyisikliyi Qiymetdeki faiz deyisikliyi Teleb eyrisinde oldugu kimi teklif eyrisi uzerinde de muxtelif elastikliye malik noqteler vardir Bax Sekil 3 Miqyas elastikliyiMiqyas elastikliyi ve ya basqa edebiyyatlardaki adi ile istehsal elastikliyi istehsal amillerinin hecmindeki deyisikliyin istehsal hecmine nece tesir etdiyini eks etdirir Basqa sozle miqyas elastikliyi istehsal hecmindeki faiz deyisikliyinin istehsal amillerinin hecmindeki faiz deyisikliklerine nisbeti kimi hesablanir Sekil 3IstinadlarQreqori Menkyu Ekonomiksin Esaslari Baki 2010 Seh 90 101 Perloff J 2008 p 36 Samuelson W amp Marks S 2003 p 233 Hanoch G 1975 The elasticity of scale and the shape of average costs American Economic Review 65 pp 492 497 Panzar J C and R D Willig 1977 Economies of scale in multi output production Quarterly Journal of Economics 91 481 493 Zelenyuk V 2013 A scale elasticity measure for directional distance function and its dual Theory and DEA estimation European Journal of Operational Research 228 3 pp 592 600 2021 05 13 at the Wayback Machine