Düzd və qazı (“Oğru və qazı”) — XVIII əsr Azərbaycan bədii nəsr nümunəsi. Yazılış tərzi, ruhu və məzmununa görə xalq lətifələrini xatırladan bu kiçik həcmli əsər ilk Azərbaycan hekayəsi sayılır. Hekayə şəriət sahəsində ad çıxarmış bir qazı ilə onu soymaq istəyən oğrunun mübahisəsi üzərində qurulmuşdur. Hekayədə həm qazı, həm də dini ayə və hədislərdən öz şəxsi mənafeyi üçün istifadə edən oğru tənqid olunur. Gecə öz bağına gedən qazı burada oğruyla rastlaşır. Gündüzlər qəddar və amansız olan qazı indi öz kölgəsindən belə qorxur, acizləşir. Oğru öz biliyi, ağlı və fərasəti ilə qazıya üstün gəlir, onu soyur. Əsərin sonunda qazı öz xoşu ilə qızını ona verir. Hekayənin dili, təsvir vasitələri, mükalimələri, bədii-psixoloji dialoqları canlı və təbii olub, xalq danışıq üslubuna yaxındır. Əvvəllər tərcümə əsəri olunan bu hekayənin müəllifliyi Əbdülqəni Xaşmaziyə və Vəli Ərəşiyə istinad edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda əsərin 13 əlyazma nüsxəsi saxlanılır. Ən qədim əlyazması (1765-66) Vəli Ərəşi tərəfindən Əbdülqəni Xaşmazi üçün yazılmış nüsxədir. Hekayənin Məhəmməd Tağı Qudyali tərəfindən 1846-cı ildə farscadan çevrilmiş variantı daha genişdir. XIX əsr Azərbaycan şairi M.M.Zövi də bu mövzuda eyniadlı əsər yazmış, 1913-cü ildə Tiflisdə çap etdirmişdir. Hekayənin 1765/66-cı il nüsxəsi 1970-ci ildə Azərbaycan və rus dillərində nəşr olunmuşdur.
İstinadlar
- “A.”, №1. Düzd və qazı. 1970.
- Dadaşzadə A., Cahani Q., “A.”, №1. XVIII əsrin bədii nər nümunəsi. 1970.
Ədəbiyyat
- Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı. 1956. səh. 299-300.
- Səfərli Ə. Q. XVII-XVIII əsrlər Azərbaycan epik şeri. Bakı: "Yazıçı" nəşriyyatı. 1982.
- Məmmədov A. Azərbaycan hekayəsi. Bakı. 1984.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Duzd ve qazi Ogru ve qazi XVIII esr Azerbaycan bedii nesr numunesi Yazilis terzi ruhu ve mezmununa gore xalq letifelerini xatirladan bu kicik hecmli eser ilk Azerbaycan hekayesi sayilir Hekaye seriet sahesinde ad cixarmis bir qazi ile onu soymaq isteyen ogrunun mubahisesi uzerinde qurulmusdur Hekayede hem qazi hem de dini aye ve hedislerden oz sexsi menafeyi ucun istifade eden ogru tenqid olunur Gece oz bagina geden qazi burada ogruyla rastlasir Gunduzler qeddar ve amansiz olan qazi indi oz kolgesinden bele qorxur acizlesir Ogru oz biliyi agli ve feraseti ile qaziya ustun gelir onu soyur Eserin sonunda qazi oz xosu ile qizini ona verir Hekayenin dili tesvir vasiteleri mukalimeleri bedii psixoloji dialoqlari canli ve tebii olub xalq danisiq uslubuna yaxindir Evveller tercume eseri olunan bu hekayenin muellifliyi Ebdulqeni Xasmaziye ve Veli Eresiye istinad edilmisdir Azerbaycan Milli Elmler Akademiyasinin Mehemmed Fuzuli adina Elyazmalar Institutunda eserin 13 elyazma nusxesi saxlanilir En qedim elyazmasi 1765 66 Veli Eresi terefinden Ebdulqeni Xasmazi ucun yazilmis nusxedir Hekayenin Mehemmed Tagi Qudyali terefinden 1846 ci ilde farscadan cevrilmis varianti daha genisdir XIX esr Azerbaycan sairi M M Zovi de bu movzuda eyniadli eser yazmis 1913 cu ilde Tiflisde cap etdirmisdir Hekayenin 1765 66 ci il nusxesi 1970 ci ilde Azerbaycan ve rus dillerinde nesr olunmusdur Istinadlar A 1 Duzd ve qazi 1970 Dadaszade A Cahani Q A 1 XVIII esrin bedii ner numunesi 1970 EdebiyyatArasli H XVII XVIII esr Azerbaycan edebiyyati tarixi Ali mektebler ucun derslik Baki Azerbaycan Universiteti nesriyyati 1956 seh 299 300 Seferli E Q XVII XVIII esrler Azerbaycan epik seri Baki Yazici nesriyyati 1982 Memmedov A Azerbaycan hekayesi Baki 1984