Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir
Dilbaz atı | |
---|---|
Dəliboz | |
Digər adları | Dilbaz Qazax atı |
Cinsin istiqaməti | Əsasən minik, yük və yüngül qoşqu |
Ölçüləri | 137,3 sm, beli enlidir |
Əcdadı | Ərəb atı və yerli cins |
Yaranma tarixi | XVIII əsrin sonu, XIX əsrin əvvəlləri |
Yetişdirildiyi yer | Azərbaycan, Qazax mahalı |
Arealı | Azərbaycan, əsasən Ağstafa, Qazax |
Vikianbarda əlaqəli mediafayllar |
Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır.
Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər.
Tarixi
Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır. XIX əsrin ortalarında Qazax qəzasında atların sayı 25 minə çatırdı, lakin birinci və ikinci dünya müharibələri zamanı atların cəbhəyə cəlb edilməsi, atların sayının kəskin azalmasına səbəb olmuşdur.
Bu atlar "Ərəb" və "Qarabağ" yəhər tipli ayğırların vasitəsilə təkmilləşdirilmişdir. "Dilbaz" atları qərbi Azərbaycan boyu geniş yayılır. 1943-cü ildə respublikadakı at növlərinin genişləndirilməsi məqsədilə Dövlət Çoxaltma Kooperativi quruldu.
1950-ci illərdən bəri "Qarabağ" atlarının artıq ayrıca yetişdirilməyə başlanması ilə "Dilbaz" atları "Ərəb" və "Tersk" növlərindən istifadə edilməklə çoxaldılmağa başlanmışdır. "Dilbaz" atları çarpazlaşdırılır.
Dövlət qayğısı
Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2015-ci il tarixli Sərəncamına əsasən isə Dilbaz atı cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon manat ayrılmışdır.
Xüsusiyyəti
"Dilbaz" atları təmiz, geniş alın, qısa baş, dar burun ilə, ağır boynu, uzun kürəyi və beli ilə digər at cinslərindən fərqlənir. Ayaqlar təmiz və mükəmməl paylaşdırılandır və sümükləri digər atlardan qat-qat qalındır. Boyu 152 sm, döş qucumu 172 sm və top sümüyü qucumu 19.4 sm təşkil edir.
"Dilbaz" atları yaxşı işləmə bacarığı göstərirlər. Bu at cinsi bir gündə belində 115–130 kq yük ilə 45–55 km, idmançı ilə isə 70 km yol qət etmək bacarığına malikdir. Ən yüksək yarış göstəriciləri 1600 metrlik məsafə üçün 1 dəqiqə 56 saniyə və 2400 metrlik məsafə üçün 2 dəqiqə 55 saniyədir.
Cinsin yaxşı hissəsi keçmişdə Qazax atının lazımi qulluq şəraitində yetişdirilmiş görkəmli minik tipidir. Cinsin yaxşılaşdırılmasında şərq atlarından da (ərəb, Türkiyə) istifadə edilmişdir. Dilbaz atı minikdə, yükdə və yüngül qoşquda istifadə olunmaqla ilxı şəraitinə dözümlü olmaqla möhkəmdir. Cinsin əsas nöqsanı da Qarabağ atlarında olduğu kimi boyunun kiçik olmasıdır. Başı orta böyüklükdə, boynu düzdür. Süysünü alçaqdır, hündürlüyü 137,3 sm-dir. Beli enlidir.
Ayaqları nisbətən hündür, yerişi əsasən addım və dördayaqdır. Çox təsadüf edilən rəngi boz və kəhərdir. Dilbaz atını yaxşılaşdırmaq üçün 1944-cü ildə cinsin yaradıldığı yerdə — Ağstafada Dilbaz Atçılıq Dövlət Döllük Ocağı təşkil olunmuşdur. Bu cinsdən olan atlar təmizlikdə yetişdirilməklə bərabər, yerli madyanların "Ərəb" və "Terek" cinsindən olan ayğırlarla çarpazlaşdırılmasından müsbət nəticələr alınmışdır.
Dilboz atı idmanda, minikdə, yükdə və yüngül qoşquda istifadə olunur. Dözümlüyü və dağlıq şəraitində minik üçün möhkəm olması ilə səciyyələnir. Dözümlüyü etibarilə hətta Qarabağ atlarından da üstündür. Rəngi boz, ağ, xallı, bəzən isə kəhər olur. Qazax atları saatda 7–8 km yol qət edir. Bu at cinsi bir gündə belində 115–130 kq yük ilə 45–55 km, idmançı ilə isə 70 km yol qət etmək bacarığına malikdir. Ən yüksək yarış göstəriciləri 1600 metrlik məsafə üçün 1 dəqiqə 56 saniyə və 2400 metrlik məsafə üçün 2 dəqiqə 55 saniyədir.
İdmanda
Cinsin yüksək keyfiyyətləri cıdırda da özünü göstərmişdir. Bakı ippodromunda 1940–2000 illərdə keçirilən qaçışlarda Dilboz atları daim yüksək yerlər tuturdular. 1962–1990 illərdə Dilboz atları Ümumittifaq yarışlarda 39 dəfə iştirak etmiş və səkkiz dəfə birinci yerə layiq görülmüşdülər, 36 dəfə isə müxtəlif attestatlar almışlar.
Hazırda Dilboz atları Azərbaycanın qərb və şimal rayonlarında, İranın şimalında, Gürcüstanda və Dağıstanda yayılıb.
İstinadlar
- "Atçılıq haqqında" Azərbaycan Respublikasının 27 fevral 2007-ci il tarixli, 255-IIIQ nömrəli Qanunu. e-qanun.az 2022-05-24 at the Wayback Machine (az.)
- "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında" 2021-04-13 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2015-ci il tarixli Sərəncamı. president.az (az.)
- "Dilbaz atları". 2016-03-06 tarixində . İstifadə tarixi: 2010-09-01.
- "Dilboz atları". 2022-01-26 tarixində . İstifadə tarixi: 2010-10-11.
Mənbə
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi. Qarabağ, Dilbaz cinsli və Quba-Şirvan atlarının bonitirə təlimatı. Bakı, 2010. agro.gov.az [ölü keçid] (az.)
Xarici keçidlər
- Atlar [ölü keçid]
- Azərbaycanın folklor paytaxtı
- 10 günlük Yay Universitetinin unudulmaz təəssüratları
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dilbaz ati hemcinin Deliboz Dilboz ve ya Qazax ati XVIII esrin sonu XIX esrin evvellerinde Azerbaycanda yetisdirilmis at cinsi Azerbaycan Respublikasinda milli at cinsidirDilbaz atiDelibozDiger adlari Dilbaz Qazax atiCinsin istiqameti Esasen minik yuk ve yungul qosquOlculeri 137 3 sm beli enlidirEcdadi Ereb ati ve yerli cinsYaranma tarixi XVIII esrin sonu XIX esrin evvelleriYetisdirildiyi yer Azerbaycan Qazax mahaliAreali Azerbaycan esasen Agstafa Qazax Vikianbarda elaqeli mediafayllar Yerli Azerbaycan atlarinin qedim cinslerinden biridir Dilbaz ati teqriben XVIII esrin sonu XIX esrin evvellerinde yerli atlarin Serq atlari ile carpazlasdirilmasi esasinda ve Qarabag cinsinin tesiri altinda Qazax qezasinda yaradilmisdir Bir az Qarabag atlarina oxsayir Bu serqi minik at novu Azerbaycanin Qazax Agstafa ve Tovuz rayonlarinda formalasmisdir Bezi edebiyyatlarda bu at Azerbaycan Qazax ati kimi ve ya Azerbaycan ati kimi eks olunmusdur Cinsin adi zaman kecdikce bir nece defe deyisib ona Deliboz Diliboz Dilbaz Dilboz da deyirler TarixiAtciligin inkisafinda Qazaxin Xanliqlar kendinde olan taninmis Dilbozlar nesli habele Allahyar bey Zulqederli ve onun sulalenin numayendeleri boyuk rol oynamisdir Dilbozlar neslin numayendeleri 300 ilden artiq Qazax atinin cinslesmesine qaygi gostermis ve ona oz adini vermisdir 1867 ci ilde Umumrusiya At Sergisinde Dilboz beylerine mexsus Uzelok leqebli at yuksek mukafat almisdir XIX esrin ortalarinda Qazax qezasinda atlarin sayi 25 mine catirdi lakin birinci ve ikinci dunya muharibeleri zamani atlarin cebheye celb edilmesi atlarin sayinin keskin azalmasina sebeb olmusdur Bu atlar Ereb ve Qarabag yeher tipli aygirlarin vasitesile tekmillesdirilmisdir Dilbaz atlari qerbi Azerbaycan boyu genis yayilir 1943 cu ilde respublikadaki at novlerinin genislendirilmesi meqsedile Dovlet Coxaltma Kooperativi quruldu 1950 ci illerden beri Qarabag atlarinin artiq ayrica yetisdirilmeye baslanmasi ile Dilbaz atlari Ereb ve Tersk novlerinden istifade edilmekle coxaldilmaga baslanmisdir Dilbaz atlari carpazlasdirilir Dovlet qaygisiAzerbaycan Respublikasi Prezidentinin 21 avqust 2015 ci il tarixli Serencamina esasen ise Dilbaz ati cinsinin inkisaf etdirilmesi ile bagli tedbirlerin gorulmesi ucun 1 5 milyon manat ayrilmisdir Xususiyyeti Dilbaz atlari temiz genis alin qisa bas dar burun ile agir boynu uzun kureyi ve beli ile diger at cinslerinden ferqlenir Ayaqlar temiz ve mukemmel paylasdirilandir ve sumukleri diger atlardan qat qat qalindir Boyu 152 sm dos qucumu 172 sm ve top sumuyu qucumu 19 4 sm teskil edir Dilbaz atlari yaxsi isleme bacarigi gosterirler Bu at cinsi bir gunde belinde 115 130 kq yuk ile 45 55 km idmanci ile ise 70 km yol qet etmek bacarigina malikdir En yuksek yaris gostericileri 1600 metrlik mesafe ucun 1 deqiqe 56 saniye ve 2400 metrlik mesafe ucun 2 deqiqe 55 saniyedir Cinsin yaxsi hissesi kecmisde Qazax atinin lazimi qulluq seraitinde yetisdirilmis gorkemli minik tipidir Cinsin yaxsilasdirilmasinda serq atlarindan da ereb Turkiye istifade edilmisdir Dilbaz ati minikde yukde ve yungul qosquda istifade olunmaqla ilxi seraitine dozumlu olmaqla mohkemdir Cinsin esas noqsani da Qarabag atlarinda oldugu kimi boyunun kicik olmasidir Basi orta boyuklukde boynu duzdur Suysunu alcaqdir hundurluyu 137 3 sm dir Beli enlidir Dilbaz ati Ayaqlari nisbeten hundur yerisi esasen addim ve dordayaqdir Cox tesaduf edilen rengi boz ve keherdir Dilbaz atini yaxsilasdirmaq ucun 1944 cu ilde cinsin yaradildigi yerde Agstafada Dilbaz Atciliq Dovlet Dolluk Ocagi teskil olunmusdur Bu cinsden olan atlar temizlikde yetisdirilmekle beraber yerli madyanlarin Ereb ve Terek cinsinden olan aygirlarla carpazlasdirilmasindan musbet neticeler alinmisdir Dilboz ati idmanda minikde yukde ve yungul qosquda istifade olunur Dozumluyu ve dagliq seraitinde minik ucun mohkem olmasi ile seciyyelenir Dozumluyu etibarile hetta Qarabag atlarindan da ustundur Rengi boz ag xalli bezen ise keher olur Qazax atlari saatda 7 8 km yol qet edir Bu at cinsi bir gunde belinde 115 130 kq yuk ile 45 55 km idmanci ile ise 70 km yol qet etmek bacarigina malikdir En yuksek yaris gostericileri 1600 metrlik mesafe ucun 1 deqiqe 56 saniye ve 2400 metrlik mesafe ucun 2 deqiqe 55 saniyedir IdmandaCinsin yuksek keyfiyyetleri cidirda da ozunu gostermisdir Baki ippodromunda 1940 2000 illerde kecirilen qacislarda Dilboz atlari daim yuksek yerler tuturdular 1962 1990 illerde Dilboz atlari Umumittifaq yarislarda 39 defe istirak etmis ve sekkiz defe birinci yere layiq gorulmusduler 36 defe ise muxtelif attestatlar almislar Hazirda Dilboz atlari Azerbaycanin qerb ve simal rayonlarinda Iranin simalinda Gurcustanda ve Dagistanda yayilib Istinadlar Atciliq haqqinda Azerbaycan Respublikasinin 27 fevral 2007 ci il tarixli 255 IIIQ nomreli Qanunu e qanun az 2022 05 24 at the Wayback Machine az Heyvandarligin maddi texniki techizatinin yaxsilasdirilmasi ile bagli tedbirler haqqinda 2021 04 13 at the Wayback Machine Azerbaycan Respublikasi Prezidentinin 21 avqust 2015 ci il tarixli Serencami president az az Dilbaz atlari 2016 03 06 tarixinde Istifade tarixi 2010 09 01 Dilboz atlari 2022 01 26 tarixinde Istifade tarixi 2010 10 11 MenbeAzerbaycan Respublikasi Kend Teserrufati Nazirliyi Qarabag Dilbaz cinsli ve Quba Sirvan atlarinin bonitire telimati Baki 2010 agro gov az olu kecid az Xarici kecidlerAtlar olu kecid Azerbaycanin folklor paytaxti 10 gunluk Yay Universitetinin unudulmaz teessuratlariHemcinin baxAzerbaycan atlari