Daniyal Sultan цахур: Даниял-Бек Ахмадна дик — İlisu sultanı (1831–1844); Çar Rusiyasına qarşı Şeyx Şamilin başçılıq etdiyi hərəkatın iştirakçısı; 3-cü dərəcəli müqəddəs Stanislav (28 fevral 1832), 2-ci dərəcəli müqəddəs Anna (31 mart 1843) və 3-cü dərəcəli müqəddəs Vladimir ordeni (1843) ilə təltif edilmiş Çar Rusiyası general-mayoru. Milliyətcə saxurdur.
Daniyal Sultan | |
---|---|
Daniyal bəy Əhmədxan oğlu | |
Digər adı | Daniyal bəy Əhmədxan oğlu |
Doğum tarixi | |
Doğum yeri | İlisu |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı İmperiyası |
Dəfn yeri | |
Fəaliyyəti | imam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Daniyal bəy İlisu hakimi qvardiya polkovniki Əhməd xanın ailəsində dünyaya gəlmişdir. Atası Əhməd xan rus hərbi dairələrində öz nüfuzu ilə seçilən bir adam olmuşdur. Hələ 1812-ci ildə general P.Kotlyarevskinin qoşununun tərkibində İlisu süvarilərinə başçılıq etmişdir. Aslandüz döyüşündə isə onun süvariləri Qaradağ hakimi Allahyar xanı əsir almışlar. Daniyal bəy Əhməd xanın 6 oğlundan 5-cisi idi.
İlisunun son sultanı
Əhməd xan İlisulunun ölümündən sonra 1830-cu ilin yanvarında hakimiyyət onun oğlu Musa sultana keçir. Lakin Musa Sultanın da qısa müddətdən sonra ölümü Daniyal bəyin hakimiyyətə gəlişi ilə nəticələnir. 14 fevral 1831-ci ildə qraf Paskeviç Daniyal bəyin sultan rütbəsini təsdiqləyir. Ona kapitan rütbəsi verilir. 1831-1844-cü illərdə O, İlisu sultanlığının son sultanı olur.
Rus qoşunları tərəfindən 1830 və 1832-ci illərdə Car üsyanının rus qoşunları tərəfindən yatırılmasından sonra çar hökuməti qonşu İlisu sultanlığının da hüquqlarını məhdudlaşdırmağa başladı. İlisu sultanlığının rəsmən yuxarıda xatırlana üsyanı dəstəkləməməsinə baxmayaraq, sultanlığın əhalisinin əksəriyyəti Car üsyanında ən fəal şəkildə iştirak etmişdi. İ.P.Petruşevski yazır ki, artıq hökumət üçün Daniyal sultanın vassal, yaxud da xırda hakim funskiyasını qoruyub saxlaması nə gərəkli, nə də təhlükəsiz idi.1830-cu ildə Car-Balakən azad camaatlığının daxili muxtariyyəti məhdudlaşdırıldı. Yeni qaydalar əsasında rus məmurlarından ibarət "Müvəqqəti idarəçilik" tətbiq olundu. İlisu sultanlığı da yeni təşkil olunan Car-Balakən vilayətinə tabe edildi. Sultanlıq üçün ikinci zərbə 17 aprel, 1840-cı ildə "Quberniyaların yaradılması haqqında layihə"nin tətbiqi oldu. Bu layihəyə görə Car-Balakən vilayəti qəza adlandı və Gürcüstan-İmeretiya quberniyası tərkibinə daxil edildi.
Bununla heç cür razılaşa bilməyən Daniyal sultan Rusiya imperatoru I Nikolaya müraciət etdi. Bu müraciətində belə qeyd edirdi:
Atam öldükdən sonra mən 1831-ci ildə irsi olaraq əlahəzrət tərəfindən sultan təyin edildim. 1840-cı ildə yenidən idarəetmə orqanları təşkil olunarkən mənim mülklərim Gürcüstan-İmeretiya quberniyasının Balakən qəzasının tərkibinə daxil edilmişdi. Daşıdığım titulun saxlanmasına baxmayaraq mənə sahə iclasçısı hüququnda ümumi vətəndaş nizamnaməsinə əsaslanaraq rəhbərlik etmək tapşırıldı. Əcdadlarımın əsrlərlə mövcud olan irsi hüquqlarının pozulmasını, sizin iradənizdən asılı olmayaraq həyata keçirildiyini güman edirəm. Lakin bu işi aydınlaşdırmaq üçün baş komandana müraciət etdim. Sizə müraciət edərək aşağıdakıları nəzərdən keçirməyinizi xahiş edirəm! "Bu ərazilərin (sultanlığın) əcdadlarımdan mənə miras qalmasını əsas götürərək hüquqlarımın tapdanmasına yol verməyin. Məni yerli quberniya rəisinə tabeçilikdən və Zaqafqaziya ölkəsində fəaliyyət göstərən vətəndaş idarəetməsi nizamnaməsinə tabelikdən azad etməyinizi xahiş edirəm. İlisu sultanlığının irsi olaraq mənə keçməsi haqqında vəsadət qaldırılmağınızı sizdən xahiş edirəm. Bu məni və övladlarımı gələcəkdə Rusiya hökumətinə daha sədaqətlə qulluq etməyə ruhlandırar. |
Daxili idarəçilikdə qeyri-məhdud hakimiyyətə malik olan Daniyal sultana Rusiya xüsusi diqqət və hörmətlə yanaşırdı. İxtiyarında olan hərbi qüvvə ilə müəyyən hərbi yürüşlərdə rus qoşunlarına göstərdiyi köməyə görə o qısa müddətdə birbaşa kiçik hərbi rütbələrdən adlayaraq kapitan rütbəsinə layiq görülmüşdü. Sonrakı il öhdəsində olan 200 nəfərlik milis dəstəsi ilə göstərdiyi hərbi şücaətə görə podpolkovnik rütbəsinə layiq görülmüşdü. 1840-cı ildə isə göstərdiyi şücaətə görə Qrodno Qusar alayının leyb qvardiya mundirini geymək hüququ almış və polkovnik rütbəsinə keçirilmişdi. Sonralar general-mayor rütbəsi alan sultan 3-cü dərəcəli müqəddəs Vladimir ordeni ilə təltif edilmiş və aldığı rütbəyə görə ona ildə 860 gümüş manat məbləğində maaş kəsilmişdi. Bununla bərabər ona evdə və yürüşlərdə epoletlərlə (bəzəkli paqon) bəzənmiş milli kostyum geyməyə icazə verilirdi.
Daniyal bəy sultan olduğu ilk illərdə əcdadlarına məxsus olan, lakin sonralar carlılar tərəfindən ələ keçirilən Qorağan, Şotavar və Almalı kəndləri üzərində yenidən sahiblik hüququnu İlisu sultanlığına qaytara bilmişdi. 1839-cu ildə Dağıstanın cənubunda zəbt edilən 4 icmadan üçü o zaman təşkil edilən Samur dairəsinin tərkibinə daxil edilmiş, 4-cüsü Rutul mahalı isə Daniyal sultanın şəxsi idarəçiliyi altında saxlanmışdır.
Daniyal sultan Qafqaz canişininin Şeyx Şamilə qarşı hərbi səfərdə iştirak etmə tələbini rədd edərək Şamilin tərəfinə keçmişdi. Qızı Kərimət bikəni Şeyx Şamilin böyük oğlu Qazi Məhəmmədə ərə verən Daniyal sultan bir müddət Dağıstanın Qarat aulunda yaşadıqdan sonra mərkəzi İrib (İndiki Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasi Çaroda rayonu İrıb kəndi) aulunda olmaqla Avarıstanın Tleserux bölgəsinə müdir-naib (bir neçə naibliyin rəhbəri) təyin olunmuşdur. Naib olduğu müddətdə Şeyx Şamilin bir sıra hərbi əməliyyatlarına, o cümlədən 1853-cü ildə Kaxetiyanın Sinandal vilayətinə edilən səfəri zamanı piyada qoşununa rəhbərlik etmişdir. Kaxetiya səfəri zamanı görkəmli gürcü knyazı Çavçavadzenin ailə üzvləri əsir götürülmüşdür. Sonralar bu əsirlər Şeyx Şamilin rus əsirliyində olan böyük oğlu Cəmaləddinlə dəyişdirilmişdir. Çeçenistada Valerik çayı üzərində körpüdə baş tutan bu əsir dəyişmə əməliyyatı Daniyal sultan tərəfindən həyata keçirilmişdir. Daniyal sultan hərəkatın tənəzzülə uğramasıyla Şəkidə yaşamaq, hərbi rütbəsi və təqaüdü saxlanılmaq şərtilə 1859-cu il 7 avqustda İrıb qalasını ruslara təslim edərək general Baryatinskiyə əsir düşmüşdür. Bir müddət Şəkidə yaşayan Daniyal sultan 1869-cu ildə Osmanlı imperiyasına mühacirət etmiş və İstanbulda vəfat etmişdir. Daniyal sultanın həyatı və fəaliyyəti haqqında tarixi sənədlər İstanbulda Osmanlı Arxivində saxlanılmaqdadır. Onun İrıb aulunda inşa etdirdiyi böyük məscid qorunub saxlanılır.
Qalereya
- Ümumi görünüş
- Baş daşı
- Ayaq daşı
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Шамистан, Назирли. Расстрелянные генералы Азербайджана (rus). Bakı: Bizim Kitab. 2015. 148–149.
- "V. Linden. Elisu Sultanlığı. Onun təhsil tarixi. İctimai-siyasi və torpaq sistemi // 1917-ci il üçün Qafqaz təqvimi. Ümumi şöbə. – Tiflis, 1916. – s.301-310". 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-07.
- В. Линден. Елисуйский султанат. История его образования. Общественно-политический и поземельный строй // Кавказский календарь на 1917 год. Отдел общий. — Тифлис, 1916. — С. 301—310.
- Северо-западный Азербайджан: Илисуйское султанство. — Баку: Алтай, 1999. — 33 с.
- Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов / ДФ АН СССР, ИИЯЛ им. Г. Цадасы. — Махачкала, 1967
- И. Линевич. Бывшее Елисуйское султанство // Сборник сведений о кавказских горцах. — Вып. 7. — С. 140.
- И.П. Перушевский. Джаро-белоканские вольные общества в первой половине XIX века (неопр.). — Махачкала, 1993. — С. 75.
- Эльвира М.Летифова. Даниял султан Илисуйский: штрихи к историческому портрету[ölü keçid]
- Письмо гр.Паскевича к Даниял беку от 14-го февраля 1831 года. АКАК, т.VII, Д.393. Тифлис, 1878, c. 450
- Петрушевский И.П. Джаро-Белоканские вольные общества в первой половине XIX века. Махачкала, 1993, c. 144
- Колониальная политика российского царизма в Азербайджане в 20-60 гг. XIXв., ч.I., Москва-Ленинград, 1936, c. 69
- Линевич И. П. Бывшее Елисуйское султанство. ССКГ, вып. 7. Тифлис, 1873, c. 49-50
- Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik tədqiqat). Bakı, 1999, s.25-26 (elektron versiya)[ölü keçid]
- Докладная записка Елисуйского султана кап. Даниел бека барону Розену, от 9-го марта 1832 года. АКАК, т. VIII, док. 381. Тифлис, 1881, c. 499
- ген. Нейдгарта кн. Чернышеву от 21-го июня 1844 года, № 71. АКАК, т. IX. док. 621.Тифлис, 1883, c. 223
- . "İlisu sultanlığının süqutu." Qax, 1994.
- Şəmistan Nəzirli. "İlisulu generalın faciəsi". Bakı, 1990
Həmçinin bax
Xarici keçidlər
- Эльвира М.Летифова. Северо-западный Азербайджан: Илисуйское султанство, Баку, 1999. 152 стр. 2016-10-20 at the Wayback Machine
- Эльвира М.Летифова. Даниял султан Илисуйский: штрихи к историческому портрету.[ölü keçid]
- Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik tədqiqat). Bakı, 1999[ölü keçid]
- Тимирлан Айтберов, Шахбан Хапизов. Елису и Горный магал в ХII–ХIХ вв.(очерки истории и ономастики), Махачкала 2011 2016-03-05 at the Wayback Machine
- Daniyal sultan (1803(?)-1872/73)
- Sonuncu İlisu Sultanı Daniyal Sultanın məzarı Türkiyədə tapıldı - FOTO
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Daniyal Sultan cahur Daniyal Bek Ahmadna dik Ilisu sultani 1831 1844 Car Rusiyasina qarsi Seyx Samilin basciliq etdiyi herekatin istirakcisi 3 cu dereceli muqeddes Stanislav 28 fevral 1832 2 ci dereceli muqeddes Anna 31 mart 1843 ve 3 cu dereceli muqeddes Vladimir ordeni 1843 ile teltif edilmis Car Rusiyasi general mayoru Milliyetce saxurdur Daniyal SultanDaniyal bey Ehmedxan ogluDiger adi Daniyal bey Ehmedxan ogluDogum tarixi 9 yanvar 1803Dogum yeri IlisuVefat tarixi 1873Vefat yeri Istanbul Osmanli ImperiyasiDefn yeri Qaracaehmed qebiristanligiFealiyyeti imam Vikianbarda elaqeli mediafayllarHeyatiDaniyal bey Ilisu hakimi qvardiya polkovniki Ehmed xanin ailesinde dunyaya gelmisdir Atasi Ehmed xan rus herbi dairelerinde oz nufuzu ile secilen bir adam olmusdur Hele 1812 ci ilde general P Kotlyarevskinin qosununun terkibinde Ilisu suvarilerine basciliq etmisdir Aslanduz doyusunde ise onun suvarileri Qaradag hakimi Allahyar xani esir almislar Daniyal bey Ehmed xanin 6 oglundan 5 cisi idi Ilisunun son sultaniEhmed xan Ilisulunun olumunden sonra 1830 cu ilin yanvarinda hakimiyyet onun oglu Musa sultana kecir Lakin Musa Sultanin da qisa muddetden sonra olumu Daniyal beyin hakimiyyete gelisi ile neticelenir 14 fevral 1831 ci ilde qraf Paskevic Daniyal beyin sultan rutbesini tesdiqleyir Ona kapitan rutbesi verilir 1831 1844 cu illerde O Ilisu sultanliginin son sultani olur Rus qosunlari terefinden 1830 ve 1832 ci illerde Car usyaninin rus qosunlari terefinden yatirilmasindan sonra car hokumeti qonsu Ilisu sultanliginin da huquqlarini mehdudlasdirmaga basladi Ilisu sultanliginin resmen yuxarida xatirlana usyani desteklememesine baxmayaraq sultanligin ehalisinin ekseriyyeti Car usyaninda en feal sekilde istirak etmisdi I P Petrusevski yazir ki artiq hokumet ucun Daniyal sultanin vassal yaxud da xirda hakim funskiyasini qoruyub saxlamasi ne gerekli ne de tehlukesiz idi 1830 cu ilde Car Balaken azad camaatliginin daxili muxtariyyeti mehdudlasdirildi Yeni qaydalar esasinda rus memurlarindan ibaret Muveqqeti idarecilik tetbiq olundu Ilisu sultanligi da yeni teskil olunan Car Balaken vilayetine tabe edildi Sultanliq ucun ikinci zerbe 17 aprel 1840 ci ilde Quberniyalarin yaradilmasi haqqinda layihe nin tetbiqi oldu Bu layiheye gore Car Balaken vilayeti qeza adlandi ve Gurcustan Imeretiya quberniyasi terkibine daxil edildi Bununla hec cur razilasa bilmeyen Daniyal sultan Rusiya imperatoru I Nikolaya muraciet etdi Bu muracietinde bele qeyd edirdi Atam oldukden sonra men 1831 ci ilde irsi olaraq elahezret terefinden sultan teyin edildim 1840 ci ilde yeniden idareetme orqanlari teskil olunarken menim mulklerim Gurcustan Imeretiya quberniyasinin Balaken qezasinin terkibine daxil edilmisdi Dasidigim titulun saxlanmasina baxmayaraq mene sahe iclascisi huququnda umumi vetendas nizamnamesine esaslanaraq rehberlik etmek tapsirildi Ecdadlarimin esrlerle movcud olan irsi huquqlarinin pozulmasini sizin iradenizden asili olmayaraq heyata kecirildiyini guman edirem Lakin bu isi aydinlasdirmaq ucun bas komandana muraciet etdim Size muraciet ederek asagidakilari nezerden kecirmeyinizi xahis edirem Bu erazilerin sultanligin ecdadlarimdan mene miras qalmasini esas goturerek huquqlarimin tapdanmasina yol vermeyin Meni yerli quberniya reisine tabecilikden ve Zaqafqaziya olkesinde fealiyyet gosteren vetendas idareetmesi nizamnamesine tabelikden azad etmeyinizi xahis edirem Ilisu sultanliginin irsi olaraq mene kecmesi haqqinda vesadet qaldirilmaginizi sizden xahis edirem Bu meni ve ovladlarimi gelecekde Rusiya hokumetine daha sedaqetle qulluq etmeye ruhlandirar Daxili idarecilikde qeyri mehdud hakimiyyete malik olan Daniyal sultana Rusiya xususi diqqet ve hormetle yanasirdi Ixtiyarinda olan herbi quvve ile mueyyen herbi yuruslerde rus qosunlarina gosterdiyi komeye gore o qisa muddetde birbasa kicik herbi rutbelerden adlayaraq kapitan rutbesine layiq gorulmusdu Sonraki il ohdesinde olan 200 neferlik milis destesi ile gosterdiyi herbi sucaete gore podpolkovnik rutbesine layiq gorulmusdu 1840 ci ilde ise gosterdiyi sucaete gore Qrodno Qusar alayinin leyb qvardiya mundirini geymek huququ almis ve polkovnik rutbesine kecirilmisdi Sonralar general mayor rutbesi alan sultan 3 cu dereceli muqeddes Vladimir ordeni ile teltif edilmis ve aldigi rutbeye gore ona ilde 860 gumus manat mebleginde maas kesilmisdi Bununla beraber ona evde ve yuruslerde epoletlerle bezekli paqon bezenmis milli kostyum geymeye icaze verilirdi Daniyal bey sultan oldugu ilk illerde ecdadlarina mexsus olan lakin sonralar carlilar terefinden ele kecirilen Qoragan Sotavar ve Almali kendleri uzerinde yeniden sahiblik huququnu Ilisu sultanligina qaytara bilmisdi 1839 cu ilde Dagistanin cenubunda zebt edilen 4 icmadan ucu o zaman teskil edilen Samur dairesinin terkibine daxil edilmis 4 cusu Rutul mahali ise Daniyal sultanin sexsi idareciliyi altinda saxlanmisdir Daniyal sultan Qafqaz canisininin Seyx Samile qarsi herbi seferde istirak etme telebini redd ederek Samilin terefine kecmisdi Qizi Kerimet bikeni Seyx Samilin boyuk oglu Qazi Mehemmede ere veren Daniyal sultan bir muddet Dagistanin Qarat aulunda yasadiqdan sonra merkezi Irib Indiki Rusiya Federasiyasi Dagistan Muxtar Respublikasi Caroda rayonu Irib kendi aulunda olmaqla Avaristanin Tleserux bolgesine mudir naib bir nece naibliyin rehberi teyin olunmusdur Naib oldugu muddetde Seyx Samilin bir sira herbi emeliyyatlarina o cumleden 1853 cu ilde Kaxetiyanin Sinandal vilayetine edilen seferi zamani piyada qosununa rehberlik etmisdir Kaxetiya seferi zamani gorkemli gurcu knyazi Cavcavadzenin aile uzvleri esir goturulmusdur Sonralar bu esirler Seyx Samilin rus esirliyinde olan boyuk oglu Cemaleddinle deyisdirilmisdir Cecenistada Valerik cayi uzerinde korpude bas tutan bu esir deyisme emeliyyati Daniyal sultan terefinden heyata kecirilmisdir Daniyal sultan herekatin tenezzule ugramasiyla Sekide yasamaq herbi rutbesi ve teqaudu saxlanilmaq sertile 1859 cu il 7 avqustda Irib qalasini ruslara teslim ederek general Baryatinskiye esir dusmusdur Bir muddet Sekide yasayan Daniyal sultan 1869 cu ilde Osmanli imperiyasina muhaciret etmis ve Istanbulda vefat etmisdir Daniyal sultanin heyati ve fealiyyeti haqqinda tarixi senedler Istanbulda Osmanli Arxivinde saxlanilmaqdadir Onun Irib aulunda insa etdirdiyi boyuk mescid qorunub saxlanilir QalereyaSonuncu Ilisu sultani Daniyal beyin mezari Istanbul Uskudar Karaca Ahmet mezarligi Umumi gorunus Bas dasi Ayaq dasiIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Shamistan Nazirli Rasstrelyannye generaly Azerbajdzhana rus Baki Bizim Kitab 2015 148 149 V Linden Elisu Sultanligi Onun tehsil tarixi Ictimai siyasi ve torpaq sistemi 1917 ci il ucun Qafqaz teqvimi Umumi sobe Tiflis 1916 s 301 310 2023 10 26 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 04 07 V Linden Elisujskij sultanat Istoriya ego obrazovaniya Obshestvenno politicheskij i pozemelnyj stroj Kavkazskij kalendar na 1917 god Otdel obshij Tiflis 1916 S 301 310 Severo zapadnyj Azerbajdzhan Ilisujskoe sultanstvo Baku Altaj 1999 33 s Ihilov M M Narodnosti lezginskoj gruppy etnograficheskoe issledovanie proshlogo i nastoyashego lezgin tabasarancev rutulov cahurov agulov DF AN SSSR IIYaL im G Cadasy Mahachkala 1967 I Linevich Byvshee Elisujskoe sultanstvo Sbornik svedenij o kavkazskih gorcah Vyp 7 S 140 I P Perushevskij Dzharo belokanskie volnye obshestva v pervoj polovine XIX veka neopr Mahachkala 1993 S 75 Elvira M Letifova Daniyal sultan Ilisujskij shtrihi k istoricheskomu portretu olu kecid Pismo gr Paskevicha k Daniyal beku ot 14 go fevralya 1831 goda AKAK t VII D 393 Tiflis 1878 c 450 Petrushevskij I P Dzharo Belokanskie volnye obshestva v pervoj polovine XIX veka Mahachkala 1993 c 144 Kolonialnaya politika rossijskogo carizma v Azerbajdzhane v 20 60 gg XIXv ch I Moskva Leningrad 1936 c 69 Linevich I P Byvshee Elisujskoe sultanstvo SSKG vyp 7 Tiflis 1873 c 49 50 Simal Qerbi Azerbaycan tarixi demoqrafik tedqiqat Baki 1999 s 25 26 elektron versiya olu kecid Dokladnaya zapiska Elisujskogo sultana kap Daniel beka baronu Rozenu ot 9 go marta 1832 goda AKAK t VIII dok 381 Tiflis 1881 c 499 gen Nejdgarta kn Chernyshevu ot 21 go iyunya 1844 goda 71 AKAK t IX dok 621 Tiflis 1883 c 223 Ilisu sultanliginin suqutu Qax 1994 Semistan Nezirli Ilisulu generalin faciesi Baki 1990Hemcinin baxIlisu sultanligi Seyx SamilXarici kecidlerElvira M Letifova Severo zapadnyj Azerbajdzhan Ilisujskoe sultanstvo Baku 1999 152 str 2016 10 20 at the Wayback Machine Elvira M Letifova Daniyal sultan Ilisujskij shtrihi k istoricheskomu portretu olu kecid Simal Qerbi Azerbaycan tarixi demoqrafik tedqiqat Baki 1999 olu kecid Timirlan Ajtberov Shahban Hapizov Elisu i Gornyj magal v HII HIH vv ocherki istorii i onomastiki Mahachkala 2011 2016 03 05 at the Wayback Machine Daniyal sultan 1803 1872 73 Sonuncu Ilisu Sultani Daniyal Sultanin mezari Turkiyede tapildi FOTO