Danabaş kəndinin əhvalatları — Cəlil Məmmədquluzadənin povesti.
Danabaş kəndinin əhvalatları | |
---|---|
Danabaş kəndinin əhvalatları | |
Janr | Povest |
Müəllif | Cəlil Məmmədquluzadə |
Orijinal dili | Azərbaycanca |
Yazılma ili | 1894 |
Nəşr ili | 1936, 1966, 1982, 2004 |
Nəşriyyat | 1982: Azərnəşr 2004: |
ISBN |
Haqqında
1894-cü ildə yazdığı "Eşşəyin itməkliyi" və "Danabaş kəndinin məktəbi" əsərlərinin ümumi adı. Əsərin əlyazması Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) Əlyazmalar İnstitutunun fondunda saxlanılır (inventar VI-359 (3595)).
Tədqiqatçıların əksəriyyətinin fikrinə görə, Cəlil Məmmədquluzadə bu ad altında silsilə əsərlər yazmağı nəzərdə tutubmuş. Həmin əsərlər "Danabaş kəndinin əhvalatları" ümumi ad - sərlövhə altında birləşəcəkmiş. Onlardan biri ("Eşşəyin itməkliyi") yazılmış, ikincisi ("Danabaş kəndinin məktəbi") yarımçıq qalmışdır. "Danabaş kəndinin əhvalatları" adı isə "Eşşəyin itməkliyi" əsəri üzərində qalmış, bu povest "Danabaş kəndinin əhvalatları" adı ilə məşhurlaşmışdır.
Əsər ilk dəfə yazıçının ölümündən sonra ayrıca kitabça kimi dərc olunmuş (1936), sonralar ədibin müxtəlif kitablarına, o cümlədən "Əsərləri" (1936), üçcildlik və altıcildlik "Əsərləri"nin I cildinə (1966, 1983) daxil edilmişdir.
Süjet
Əsərin sərlövhəsindən sonra kiçik bir remarka ("Nağıl edibdi lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil") və Sokratın sözlərindən epiqraf verilib: "Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafının səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub, çox şeylər bilər. Sokrat". Üç hissədən ibarət olan "Danabaş kəndinin əhvalatları" "Bir yungülvari müqəddimə" ilə başlanır. Xəlilin dilindən söylənən bu müqəddimədə Danabaş kəndinin iki sakini - qoltuqçu Xəlillə baqqal Sadığın şəxsiyyəti təqdim edilir. Hər kəsə bir ayama-ləqəb qoşulan Danabaşda Xəlilə savadlı olduğu üçün "qəzetçi", Sadığa isə çox və məzəli danışdığına görə "lağlağı" ləqəbi qoyublar. İki ildən bəri dostluq edən bu 30 yaşlı şəxslərin arasında belə bir söhbət olur:
"- Xəlil əmoğlu, mənim bir arzum var.
Dedim:
- Qardaşım, nədir arzun? Dedi:
- Əmoğlu, mən artıq əfsus eləyirəm ki, biz ölüb gedəcəyik, amma bu gözəl əhvalatlar yaddan çıxacaqlar.
Dedim:
- Əmoğlu, heç ürəyini sıxma, mən əhvalatları götürərəm yazıya və bir kitab bağlayıb adını qoyaram "Danabaş...". Biz ölüb gedərik, mən vəsiyyət elərəm ki, mən öləndə məni nə Kərbəlaya aparsınlar, nə də mənə ehsan versinlər... Mən vəsiyyət elərəm ki, var-yoxumu satıb pul eləsinlər və yazdığım əhvalatları versinlər çapa və kitabları müftə paylasınlar ona-buna.
Bu sözləri mən dedim qurtardım və Sadıq cəld yerindən durub gəldi və məni bərk qucaqladı, o üzümdən, bu üzümdən öpdü və ağlaya-ağlaya dedi:
- Əmoğlu, mənim arzum məhz bu idi. Bunu sən əmələ gətirdin, Allah səni hər iki dünyada həsrət qoymasın.
Sonra hər nə Sadığın fikrinə gələrdi, hər bir yaxşı xəbərlər, əhvalatlar eşidərdi, ya qeyri bir mətləb yadına düşərdi, əlüstü gəlib məni tapardı. Mən çıxardardım dəftəri, götürərdim qələmi və yazardım...".
Beləliklə, "Danabaş kəndinin əhvalatları" qələmə alınma səbəbi və şəraiti aydınlaşır. Bundan sonra povestin əsas hissəsi - "Eşşəyin itməkliyi" nağıl olunur. Bu hissədə "D.k.ə."-da Xudayar bəyin özbaşına idarə üsulu, Məhəmmədhəsən əmi və Zeynəbin başına gələn əhvalatlar, onların müsibətləri göstərilir. Povest "Xitamə" adlanan hissə ilə tamamlanır.
Filmoqrafiya
İstinadlar
- Cəlil, 2004. səh. 649
- Cəlil, 2004. səh. 3
- Cəlil, 2004. səh. 41
- "Danabaş kəndinin əhvalatları" ( (az.)). calilbook.musigi-dunya.az. 2014-12-17 tarixində . İstifadə tarixi: 2014-12-17.
Mənbə
- Cəlil, Məmmədquluzadə. Əsərləri (PDF). Öndər. 2004. səh. 664. ISBN . İstifadə tarixi: 2014-12-17.
- "Danabaş kəndinin əhvalatları" ( (az.)). calilbook.musigi-dunya.az. 2014-12-17 tarixində . İstifadə tarixi: 2014-12-17.
Həmçinin bax
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Danabas kendinin ehvalatlari Celil Memmedquluzadenin povesti Danabas kendinin ehvalatlariDanabas kendinin ehvalatlariJanr PovestMuellif Celil MemmedquluzadeOrijinal dili AzerbaycancaYazilma ili 1894Nesr ili 1936 1966 1982 2004Nesriyyat 1982 Azernesr 2004 ISBN ISBN 9952 416 17 1Haqqinda1894 cu ilde yazdigi Esseyin itmekliyi ve Danabas kendinin mektebi eserlerinin umumi adi Eserin elyazmasi Azerbaycan Milli Elmler Akademiyasinin AMEA nin Elyazmalar Institutunun fondunda saxlanilir inventar VI 359 3595 Tedqiqatcilarin ekseriyyetinin fikrine gore Celil Memmedquluzade bu ad altinda silsile eserler yazmagi nezerde tutubmus Hemin eserler Danabas kendinin ehvalatlari umumi ad serlovhe altinda birlesecekmis Onlardan biri Esseyin itmekliyi yazilmis ikincisi Danabas kendinin mektebi yarimciq qalmisdir Danabas kendinin ehvalatlari adi ise Esseyin itmekliyi eseri uzerinde qalmis bu povest Danabas kendinin ehvalatlari adi ile meshurlasmisdir Eser ilk defe yazicinin olumunden sonra ayrica kitabca kimi derc olunmus 1936 sonralar edibin muxtelif kitablarina o cumleden Eserleri 1936 uccildlik ve alticildlik Eserleri nin I cildine 1966 1983 daxil edilmisdir SujetXeberdarliq Yazinin davami eserin mezmunu haqqinda melumat ehtiva edir Eserin serlovhesinden sonra kicik bir remarka Nagil edibdi laglagi Sadiq Yaziya goturubdu qezetci Xelil ve Sokratin sozlerinden epiqraf verilib Qelbimden gelen ses mene cox zadlar oyredir Haman ses pak ve temiz insafinin sesidir ki hamida o insaf var Her kes gus hus ile onun buyurduguna qulaq asib emrine emel elese cox sirlerden agah olub cox seyler biler Sokrat Uc hisseden ibaret olan Danabas kendinin ehvalatlari Bir yungulvari muqeddime ile baslanir Xelilin dilinden soylenen bu muqeddimede Danabas kendinin iki sakini qoltuqcu Xelille baqqal Sadigin sexsiyyeti teqdim edilir Her kese bir ayama leqeb qosulan Danabasda Xelile savadli oldugu ucun qezetci Sadiga ise cox ve mezeli danisdigina gore laglagi leqebi qoyublar Iki ilden beri dostluq eden bu 30 yasli sexslerin arasinda bele bir sohbet olur Xelil emoglu menim bir arzum var Dedim Qardasim nedir arzun Dedi Emoglu men artiq efsus eleyirem ki biz olub gedeceyik amma bu gozel ehvalatlar yaddan cixacaqlar Dedim Emoglu hec ureyini sixma men ehvalatlari goturerem yaziya ve bir kitab baglayib adini qoyaram Danabas Biz olub gederik men vesiyyet elerem ki men olende meni ne Kerbelaya aparsinlar ne de mene ehsan versinler Men vesiyyet elerem ki var yoxumu satib pul elesinler ve yazdigim ehvalatlari versinler capa ve kitablari mufte paylasinlar ona buna Bu sozleri men dedim qurtardim ve Sadiq celd yerinden durub geldi ve meni berk qucaqladi o uzumden bu uzumden opdu ve aglaya aglaya dedi Emoglu menim arzum mehz bu idi Bunu sen emele getirdin Allah seni her iki dunyada hesret qoymasin Sonra her ne Sadigin fikrine gelerdi her bir yaxsi xeberler ehvalatlar esiderdi ya qeyri bir metleb yadina duserdi elustu gelib meni tapardi Men cixardardim defteri goturerdim qelemi ve yazardim Belelikle Danabas kendinin ehvalatlari qeleme alinma sebebi ve seraiti aydinlasir Bundan sonra povestin esas hissesi Esseyin itmekliyi nagil olunur Bu hissede D k e da Xudayar beyin ozbasina idare usulu Mehemmedhesen emi ve Zeynebin basina gelen ehvalatlar onlarin musibetleri gosterilir Povest Xitame adlanan hisse ile tamamlanir Xeberdarligin sonu FilmoqrafiyaIstinadlarCelil 2004 seh 649 Celil 2004 seh 3 Celil 2004 seh 41 Danabas kendinin ehvalatlari az calilbook musigi dunya az 2014 12 17 tarixinde Istifade tarixi 2014 12 17 MenbeCelil Memmedquluzade Eserleri PDF Onder 2004 seh 664 ISBN 9952 416 17 1 Istifade tarixi 2014 12 17 Danabas kendinin ehvalatlari az calilbook musigi dunya az 2014 12 17 tarixinde Istifade tarixi 2014 12 17 Hemcinin baxVikimenbede Danabas kendinin ehvalatlari ile elaqeli melumatlar var Celil Memmedquluzade Danabas kendinin muellimi komediya Xarici kecidler