'Cinas formaca eyni, lakin mənaca müxtəlif omonim sözlərdən yaradılır.
Bu qafiyə növü orta əsr sufi qəzəliyyatında geniş yayılmışdı və fars dili vasitəsilə Azərbaycan dilinə və poeziyasına da keçmişdi.
Eşqindən anun bu könülüm olmadı xalı,
Andan bərü ki, gördü gözüm, olmadı xalı.
("Qazı divanı")
Bu beytin birinci misrasında xali sözü "ayrı, uzaq", ikincidə isə "xal" mənasındadır. Burada biz təmiz cinas görürük. Amma poeziyada sınıq cinaslardan da geniş istifadə olunur. Bu halda mürəkkəb qafiyənin forma eyniliyi bir-iki artıq həriflə sınır:
Pir müşg edəlüm zülfün ilə şamı bu gecə,
Ələ alalumlə"li mey aşamı bu gecə.
("Qazi Divanı")
Burada üç tərkibli cinas ikinci misradakı artıq "a" səsi ilə sınmış olur.
Xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Aşıqlar cinaslı qoşmaya xüsusi təcnis adı vermişlər ki, bu da cinas qafiyələrlə qafiyələnmiş qoşma deməkdir. Aşıqlar arasında cinaslı qoşma demək ən çətin yarışdır. Burada formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır.
Geyibdi qəddinə yar alacanı,
At müjgan oxunu, yarala canı.
İstər Ələsgərdən yar ala canı,
Tökəndə zülflərin, a yana, yana.
(Aşıq Ələsgər)
Xalq poeziyasında cinaslı qoşmanın məna, forma baxımından çoxlu növləri fərqləndirilir. Cinaslı qoşmada dil baxımından yazılı ədəbiyyata, klassik şeirə bağlılıq qüvvətli olur. Çoxlu cinaslar yaratmaq üçün hətta Aşıq Ələsgər kimi bir sənətkar da ərəb və fars sözlərindən qafiyə kimi geniş istifadə etmişdir. Ələsgərdə cığalı, dodaqdəyməz, dodaqdəyməz cığalı, müstəzad təcnis kimi cinas növləri işlənmişdir.
İstinadlar
- Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində . İstifadə tarixi: 2020-04-13.
- Rəhim Əliyеv. Ədəbiyyаt nəzəriyyəsi. – Bаkı: Mütərcim, 2008. – 360 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cinas formaca eyni lakin menaca muxtelif omonim sozlerden yaradilir Bu qafiye novu orta esr sufi qezeliyyatinda genis yayilmisdi ve fars dili vasitesile Azerbaycan diline ve poeziyasina da kecmisdi Esqinden anun bu konulum olmadi xali Andan beru ki gordu gozum olmadi xali Qazi divani Bu beytin birinci misrasinda xali sozu ayri uzaq ikincide ise xal menasindadir Burada biz temiz cinas goruruk Amma poeziyada siniq cinaslardan da genis istifade olunur Bu halda murekkeb qafiyenin forma eyniliyi bir iki artiq herifle sinir Pir musg edelum zulfun ile sami bu gece Ele alalumle li mey asami bu gece Qazi Divani Burada uc terkibli cinas ikinci misradaki artiq a sesi ile sinmis olur Xalq seirinde cinas qafiye genis yayilmisdir Asiqlar cinasli qosmaya xususi tecnis adi vermisler ki bu da cinas qafiyelerle qafiyelenmis qosma demekdir Asiqlar arasinda cinasli qosma demek en cetin yarisdir Burada formaca eyni amma menaca muxtelif sozleri tekce tapmaq yox hem de qafiye kimi isletmek boyuk senetkarliq sayilir Geyibdi qeddine yar alacani At mujgan oxunu yarala cani Ister Elesgerden yar ala cani Tokende zulflerin a yana yana Asiq Elesger Xalq poeziyasinda cinasli qosmanin mena forma baximindan coxlu novleri ferqlendirilir Cinasli qosmada dil baximindan yazili edebiyyata klassik seire bagliliq quvvetli olur Coxlu cinaslar yaratmaq ucun hetta Asiq Elesger kimi bir senetkar da ereb ve fars sozlerinden qafiye kimi genis istifade etmisdir Elesgerde cigali dodaqdeymez dodaqdeymez cigali mustezad tecnis kimi cinas novleri islenmisdir IstinadlarMeherrem Qasimli Mahmud Allahmanli Asiq seirinin poetik bicimleri ve cesidleri az Elm ve tehsil 2018 2021 10 16 tarixinde Istifade tarixi 2020 04 13 Rehim Eliyev Edebiyyat nezeriyyesi Baki Mutercim 2008 360 seh Edebiyyat ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin