Cuvarlı Cavad bəy Nəcəf bəy oğlu (15 fevral 1886, Cuvarlı, Qaryagin rayonu – 1963, Bakı) — müəllim, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu (1906).
Cavad bəy Cuvarlinski | |
---|---|
Cavad bəy Nəcəf bəy oğlu Cuvarlı | |
Doğum tarixi | |
Doğum yeri | Cuvarlı, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Mələk xanım |
Həyatı
Cavad bəy Cuvarlı 15 fevral 1886-cı ildə Cəbrayıl qəzasının Cuvarlı kəndində anadan olmuşdu. Qarğabazar kənd məktəbini bitirmişdi. 1902-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olmuşdu. 1906-cı ildə bu seminariyanı Məmməd Qocayev, Pənah Qasımov, , , İbrahim Səfərovla birgə bitirmişdi. 1907-ci ildən 1917-ci ilədək Yelizavetpol quberniyasının Gəncə şəhər altısinifli məktəbində müəllim, 1918-ci ildən Gəncə və Şamaxı qəza xalq məktəblərində inspektor işləmişdi. 1921-ci ildən 1929-cu ilədək maarif komissarlığında inspektor vəzifəsində çalışmışdı.
Vəzifəsi ilə əlaqədar tez-tez kəndlərə getmiş, mədəni-marif işlərinin təşkilinə, xüsusilə qızların təhsil almasına diqqət yetirmişdi. Bununla bağlı o yazırdı: "Hər dəfə məni ən çox məşğul edən qızların təhsilə cəlb olunması idi. Yaxşı yadımdadır, günlərin birində Cəbrayıl qəzasının uzaq kəndlərindən olan Xanlıqdakı məktəbin işini yoxlamağa getmişdim. Sinifdəki uşaqların tərkibinə diqqət yetirdim. Bir nəfər də olsun qız gözümə dəymədi. Təəccüb edib, bu gün qızların nə üçün dərsə gəlmədiyini soruşdum. Məktəbin müdiri kədərli halda içini çəkərək təəccüblü ifadələrlə izah etdi ki, qızlardan heç oxuyan varmı, gələ də. Ara-sıra məktəbə bir-iki qız gəlirdi. Bu yaxınlarda onları da təhsildən ayırmışlar. Qızları oxutdurmaq məsələsində üzümüz qaradır. Burada vəziyyət yaxşı deyil". Cavad Cuvarlı maarif komissarlığına verdiyi hesabatında qızların təhsili sahəsində yerli təşkilatların işini tənqid etmiş, bu sahədə əsaslı tədbir görmək barədə məsələ qaldırmışdır.
O, 1931-ci ilə kimi Bakıda texnikumda, 1931-ci ildən 1933-cü ilə kimi fəhlə təhsili kombinatında işləmişdi. 1933-cü ildə zəngin müəllimlik təcrübəsindən istifadə məqsədilə onu Bakıda açılmış Azərbaycan Dövlət Elmi Tədqiqat Pedoqoji İnstitutuna dəvət etmişlər. О, burada "XIX əsrdə Azərbaycan pedaqogika tarixi üzrə" biblioqrafiya hazırlamış və Azərbaycan məktəblərinin II və III sinifləri üçün rus dilindən dərslik yazmışdır. Yaşlılar üçün "Qırmızı əkinçi" qramatika kitabını tərtib etmiş, əsgərliyə çağrılan gənclər ücün "Vətən uğrunda" dərsliyini hazırlamışdır. Əlifbayaqədərki dövr üçün leksik dərslər üzrə metodiki vəsait düzəltmişdir. Rus dilinin öyrənilməsi metodikasına dair 52 adda 100 çap vərəqi həcmindən çox məqalələr, kitablar yazmışdır. Onun 8–10-cu siniflər üçün "Rus dili" dərsliyi bir neçə illər yenidən nəşr olunmuş və ən yaxşı dərslik kimi istifadə edilmişdir.
1939-cu ildən 1943-cü ilə kimi M. F. Axundov adına Müəllimlər İnstitutunda və 1943-cü ildən ömrünün sonuna kimi V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda rus dili üzrə baş müəllim vəzifəsində çalışmışdır. Onun elmi-pedaqoji faliyyətinə yüksək qiymət verən rus alimi Katarçevski yazırdı: "Cavad müəllim pedaqoji fəaliyyətə 1907-ci ildən başlayan Azərbaycanın ən qocaman pedaqoqlarından biridir… О, pedaqoji fəaliyyətindən təkcə müəllim kimi deyil, həm də xalq məktəblərinin inspektoru kimi məktəbləri öyrənmiş və zəngin təcrübə toplamışdır…".
Cavad bəy Cuvarlı həm də bir sıra elmi və metodiki əsərlərin müəllifidir. Onun elmi-pedaqoji fəaliyyətinə verilən başqa bir yüksək rəy 1944-cü ildə məşhur dilçi, professor Baqriyə məxsusdur.
Cavad Cuvarlı 1948-ci ildə ali partiya məktəbinin fəlsəfə fakültəsini qurtarmışdı. İkinci Dünya müharibəsi dövründə xalq maarifi sahəsindəki fəaliyyəti ilə əlaqədər "1941–1945-ci illərdəki fədakar əməyinə görə" medalı, fəxri fərmanla və V. İ. Leninin 6 cildlik əsəri ilə təltif edilmişdi. O, müəllimlik fəaliyyəti ilə yanaşı həm də bir sıra ictimai işlər aparmışdır. Keçmiş Yelizavetpol (Gəncə) qəzasının Maarif İşçiləri İttifaqının katibi, Ağamalıoğlu adına Torpaqşünaslıq, Maarif İşçiləri Həmkarlar Təşkilatının sədri olmuşdur.
Ailəsi
Cavad bəy Cuvarlı Hacı Ələkbər bəy Nəsirbəyovun qızı Mələk xanımla ailə qurmuşdu. Soltan xanım adlı qızı vardı.
Musiqişünas Rəşid Şəfəq in xalasının həyat yoldaşı.
Mənbə
- Əhməd Seyidov. Qori Seminariyası və onun məzunları. Bakı: Maarif, 1988.
- Ənvər Çingizoğlu. Cuvarlinskilər. "Soy" dərgisi, 5 (25), 2009, səh.17–21.
- Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. — səh. 49.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cuvarli Cavad bey Necef bey oglu 15 fevral 1886 Cuvarli Qaryagin rayonu 1963 Baki muellim Zaqafqaziya Muellimler Seminariyasinin mezunu 1906 Cavad bey CuvarlinskiCavad bey Necef bey oglu CuvarliDogum tarixi 15 fevral 1886Dogum yeri Cuvarli Cebrayil qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 1963Vefat yeri Baki Azerbaycan SSR SSRIHeyat yoldasi Melek xanimHeyatiCavad bey Cuvarli 15 fevral 1886 ci ilde Cebrayil qezasinin Cuvarli kendinde anadan olmusdu Qargabazar kend mektebini bitirmisdi 1902 ci ilde Zaqafqaziya Muellimler Seminariyasina daxil olmusdu 1906 ci ilde bu seminariyani Memmed Qocayev Penah Qasimov Ibrahim Seferovla birge bitirmisdi 1907 ci ilden 1917 ci iledek Yelizavetpol quberniyasinin Gence seher altisinifli mektebinde muellim 1918 ci ilden Gence ve Samaxi qeza xalq mekteblerinde inspektor islemisdi 1921 ci ilden 1929 cu iledek maarif komissarliginda inspektor vezifesinde calismisdi Vezifesi ile elaqedar tez tez kendlere getmis medeni marif islerinin teskiline xususile qizlarin tehsil almasina diqqet yetirmisdi Bununla bagli o yazirdi Her defe meni en cox mesgul eden qizlarin tehsile celb olunmasi idi Yaxsi yadimdadir gunlerin birinde Cebrayil qezasinin uzaq kendlerinden olan Xanliqdaki mektebin isini yoxlamaga getmisdim Sinifdeki usaqlarin terkibine diqqet yetirdim Bir nefer de olsun qiz gozume deymedi Teeccub edib bu gun qizlarin ne ucun derse gelmediyini sorusdum Mektebin mudiri kederli halda icini cekerek teeccublu ifadelerle izah etdi ki qizlardan hec oxuyan varmi gele de Ara sira mektebe bir iki qiz gelirdi Bu yaxinlarda onlari da tehsilden ayirmislar Qizlari oxutdurmaq meselesinde uzumuz qaradir Burada veziyyet yaxsi deyil Cavad Cuvarli maarif komissarligina verdiyi hesabatinda qizlarin tehsili sahesinde yerli teskilatlarin isini tenqid etmis bu sahede esasli tedbir gormek barede mesele qaldirmisdir O 1931 ci ile kimi Bakida texnikumda 1931 ci ilden 1933 cu ile kimi fehle tehsili kombinatinda islemisdi 1933 cu ilde zengin muellimlik tecrubesinden istifade meqsedile onu Bakida acilmis Azerbaycan Dovlet Elmi Tedqiqat Pedoqoji Institutuna devet etmisler O burada XIX esrde Azerbaycan pedaqogika tarixi uzre biblioqrafiya hazirlamis ve Azerbaycan mekteblerinin II ve III sinifleri ucun rus dilinden derslik yazmisdir Yaslilar ucun Qirmizi ekinci qramatika kitabini tertib etmis esgerliye cagrilan gencler ucun Veten ugrunda dersliyini hazirlamisdir Elifbayaqederki dovr ucun leksik dersler uzre metodiki vesait duzeltmisdir Rus dilinin oyrenilmesi metodikasina dair 52 adda 100 cap vereqi hecminden cox meqaleler kitablar yazmisdir Onun 8 10 cu sinifler ucun Rus dili dersliyi bir nece iller yeniden nesr olunmus ve en yaxsi derslik kimi istifade edilmisdir 1939 cu ilden 1943 cu ile kimi M F Axundov adina Muellimler Institutunda ve 1943 cu ilden omrunun sonuna kimi V I Lenin adina Azerbaycan Dovlet Pedaqoji Institutunda rus dili uzre bas muellim vezifesinde calismisdir Onun elmi pedaqoji faliyyetine yuksek qiymet veren rus alimi Katarcevski yazirdi Cavad muellim pedaqoji fealiyyete 1907 ci ilden baslayan Azerbaycanin en qocaman pedaqoqlarindan biridir O pedaqoji fealiyyetinden tekce muellim kimi deyil hem de xalq mekteblerinin inspektoru kimi mektebleri oyrenmis ve zengin tecrube toplamisdir Cavad bey Cuvarli hem de bir sira elmi ve metodiki eserlerin muellifidir Onun elmi pedaqoji fealiyyetine verilen basqa bir yuksek rey 1944 cu ilde meshur dilci professor Baqriye mexsusdur Cavad Cuvarli 1948 ci ilde ali partiya mektebinin felsefe fakultesini qurtarmisdi Ikinci Dunya muharibesi dovrunde xalq maarifi sahesindeki fealiyyeti ile elaqeder 1941 1945 ci illerdeki fedakar emeyine gore medali fexri fermanla ve V I Leninin 6 cildlik eseri ile teltif edilmisdi O muellimlik fealiyyeti ile yanasi hem de bir sira ictimai isler aparmisdir Kecmis Yelizavetpol Gence qezasinin Maarif Iscileri Ittifaqinin katibi Agamalioglu adina Torpaqsunasliq Maarif Iscileri Hemkarlar Teskilatinin sedri olmusdur AilesiCavad bey Cuvarli Haci Elekber bey Nesirbeyovun qizi Melek xanimla aile qurmusdu Soltan xanim adli qizi vardi Musiqisunas Resid Sefeq in xalasinin heyat yoldasi MenbeEhmed Seyidov Qori Seminariyasi ve onun mezunlari Baki Maarif 1988 Enver Cingizoglu Cuvarlinskiler Soy dergisi 5 25 2009 seh 17 21 Ferrux Rustemov Azerbaycan pedaqogikasunasligi Baki Elm ve tehsil 2016 seh 49 Hemcinin baxCuvarlinskiler