Camaati-İslami (urdu جماعتِ اسلامی) — Hindistan yarımadasında qurulmuş ən böyük islam partiyası. 1941-ci ilin avqustunda Lahor şəhərində Əbüləla Mövdudinin rəhbərliyi və müsəlman icmasından 75 nəfər nümayəndənin iştirakı ilə yaradılmışdır. Partiyanın məqsədi Britaniya Hindistanında islami oyanışın əsasını qoymaq, sosial həyatda islam qanunlarını tətbiq etmək, müsəlmanların mədəni birliyinə nail olmaqidi.
Camaati İslam | |
---|---|
Qurucu | Əbüləla Mövdudi |
Quruluş tarixi | 26 avqust 1941-ci il |
İdeologiya | İslamçılıq |
Saytı | jamaat.org |
Tarixi
1947-ci ildə Pakistan müstəqillik qazandıqdan sonra Mövdudinin oraya mühacirət etməsi ilə partiya Hindistan Camaati-İslami və Pakistan Camaati-İslami partiyası olmaqla iki qola parçalandı. Sonralar Hindistan Camaati-İslami partiyası 1970-ci illərdə nisbətən fəallaşsa da, demək olar ki, kənarda qalmış, partiyanın əsas fəaliyyəti Pakistan Camaati-İslami partiyasının adı ilə bağlı olmuşdur. Kəşmirdə, Şri-Lankada və 1972-ci ildə Banqladeşdə eyni adlı partiyalar yaradılmışdı.
Camaati-İslami 1947-ci ilədək, demək olar ki, heç bir siyasi və sosial fəaliyyət göstərməmiş, yalnız təşkilatlanma ilə məşğul olmuş və nüfuz dairəsini genişləndirməyə çalışmışdır. Dövlətin islam qanunları əsasında idarə olunması tələbi ilə çıxış edən Camaati-İslami Pakistanın 1956-cı ildə qəbul edilmiş ilk konstitusiyasında qismən buna nail olsa da, sonralar fəaliyyəti dəfələrlə qadağan edilmiş, Mövdudi bir neçə dəfə həbsə alınmışdır. Partiya Daşkənd bəyannaməsinə (1966) qarşı çıxmışdır. Pakistanın bölünməsi və Banqladeş Respublikasının yaradılmasının əleyhinə olan partiya 1971-ci ildə Hindistan və Şərqi Pakistanla silahlı toqquşmada dövləti dəstəkləmişdir. Camaati-İslami 1971–77-ci illərdə iqtidarda olmuş sol təmayüllü Zülfüqar Əli Bhutto hökumətinə qarşı əsas müxalif rolunda çıxış etmiş, ölkəni islamlaşdırmaq, hökumətdə və parlamentdə təmsil olunmaq uğrunda mübarizə aparmışdır. 1973-cü il konstitusiyasına əsasən, ölkənin Pakistan İslam Respublikası adlandırılmasına, 1974-cü ildə Əhmədiyyə firqəsinin qeyri-müsəlman milli azlıq elan edil məsinə nail olmuşdur. 1976-cı ildə 9 islam partiyasından ibarət Pakistan Milli Birlik Cəbhəsini yaratmışdır. Əvvəllər islam meyilliliyinə görə genral Ziya ül-Həqin hərbi qiyamını dəstəkləsə də, 1983-cü ildən partiyanın mötədil qolu onun hərbi diktaturasına qarşı çıxmış, partiyanı Ziya ül-Həq hökumətində təmsil edən 4 nazir istefa vermişdir. Camaati-İslami İslam Demokratik Alyansının (“İslami Cəmhuri İttehad”, 1988–90-cı illərdə fəaliyyətdə olmuşdur) və Birgə Fəaliyyət Şurasının (“Muttəhidə məclisi-əməl”, 2003–07-cı illərdə fəaliyyətdə olmuşdur) tərkibinə daxil idi.
Müasir dövrdə
Hazırda Camaati-İslami bütün Pakistanda, xüsusilə Kəraçi, Pişəvər və yerli qəbilələrin məskunlaşdığı sərhəd regionlarında geniş nüfuza malikdir. Partiyanı 5 il müddətinə seçilən əmir idarə edir. Əmirin yanında onun 5 müavini (“naib”) və 50 üzvdən ibarət Şura məclisi fəaliyyət göstərir. Camaati-İslami Pakistanda ən çox kütləvi informasiya vəsitələrinə malik olan partiyadır.
Mənbə
Camaati-İslami // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 174–175. ISBN .
İstinadlar
- Джамаат-и-ислами / В. Н. Москаленко // Григорьев — Динамика. — М. : Большая Российская энциклопедия, 2007. — С. 631. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—, т. 8). — .
- GlobalSecurity.org: Jamaat-e-Islami 2011-05-24 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Camaati Islami urdu جماعت اسلامی Hindistan yarimadasinda qurulmus en boyuk islam partiyasi 1941 ci ilin avqustunda Lahor seherinde Ebulela Movdudinin rehberliyi ve muselman icmasindan 75 nefer numayendenin istiraki ile yaradilmisdir Partiyanin meqsedi Britaniya Hindistaninda islami oyanisin esasini qoymaq sosial heyatda islam qanunlarini tetbiq etmek muselmanlarin medeni birliyine nail olmaqidi Camaati IslamQurucu Ebulela MovdudiQurulus tarixi 26 avqust 1941 ci ilIdeologiya IslamciliqSayti jamaat orgTarixiPartiyanin bayragi 1947 ci ilde Pakistan musteqillik qazandiqdan sonra Movdudinin oraya muhaciret etmesi ile partiya Hindistan Camaati Islami ve Pakistan Camaati Islami partiyasi olmaqla iki qola parcalandi Sonralar Hindistan Camaati Islami partiyasi 1970 ci illerde nisbeten feallassa da demek olar ki kenarda qalmis partiyanin esas fealiyyeti Pakistan Camaati Islami partiyasinin adi ile bagli olmusdur Kesmirde Sri Lankada ve 1972 ci ilde Banqladesde eyni adli partiyalar yaradilmisdi Camaati Islami 1947 ci iledek demek olar ki hec bir siyasi ve sosial fealiyyet gostermemis yalniz teskilatlanma ile mesgul olmus ve nufuz dairesini genislendirmeye calismisdir Dovletin islam qanunlari esasinda idare olunmasi telebi ile cixis eden Camaati Islami Pakistanin 1956 ci ilde qebul edilmis ilk konstitusiyasinda qismen buna nail olsa da sonralar fealiyyeti defelerle qadagan edilmis Movdudi bir nece defe hebse alinmisdir Partiya Daskend beyannamesine 1966 qarsi cixmisdir Pakistanin bolunmesi ve Banqlades Respublikasinin yaradilmasinin eleyhine olan partiya 1971 ci ilde Hindistan ve Serqi Pakistanla silahli toqqusmada dovleti desteklemisdir Camaati Islami 1971 77 ci illerde iqtidarda olmus sol temayullu Zulfuqar Eli Bhutto hokumetine qarsi esas muxalif rolunda cixis etmis olkeni islamlasdirmaq hokumetde ve parlamentde temsil olunmaq ugrunda mubarize aparmisdir 1973 cu il konstitusiyasina esasen olkenin Pakistan Islam Respublikasi adlandirilmasina 1974 cu ilde Ehmediyye firqesinin qeyri muselman milli azliq elan edil mesine nail olmusdur 1976 ci ilde 9 islam partiyasindan ibaret Pakistan Milli Birlik Cebhesini yaratmisdir Evveller islam meyilliliyine gore genral Ziya ul Heqin herbi qiyamini desteklese de 1983 cu ilden partiyanin motedil qolu onun herbi diktaturasina qarsi cixmis partiyani Ziya ul Heq hokumetinde temsil eden 4 nazir istefa vermisdir Camaati Islami Islam Demokratik Alyansinin Islami Cemhuri Ittehad 1988 90 ci illerde fealiyyetde olmusdur ve Birge Fealiyyet Surasinin Muttehide meclisi emel 2003 07 ci illerde fealiyyetde olmusdur terkibine daxil idi Muasir dovrdeHazirda Camaati Islami butun Pakistanda xususile Keraci Pisever ve yerli qebilelerin meskunlasdigi serhed regionlarinda genis nufuza malikdir Partiyani 5 il muddetine secilen emir idare edir Emirin yaninda onun 5 muavini naib ve 50 uzvden ibaret Sura meclisi fealiyyet gosterir Camaati Islami Pakistanda en cox kutlevi informasiya vesitelerine malik olan partiyadir MenbeCamaati Islami Azerbaycan Milli Ensiklopediyasi 25 cildde 5 ci cild Brussel Cimli podzol torpaqlar 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2014 seh 174 175 ISBN 978 9952 441 10 9 IstinadlarDzhamaat i islami V N Moskalenko Grigorev Dinamika M Bolshaya Rossijskaya enciklopediya 2007 S 631 Bolshaya rossijskaya enciklopediya v 35 t gl red Yu S Osipov 2004 t 8 ISBN 978 5 85270 338 5 GlobalSecurity org Jamaat e Islami 2011 05 24 at the Wayback Machine