Cahangir Mürsəl oğlu Qarayev (11 fevral 1950, Bakı – 15 yanvar 2013, Bakı) — Azərbaycan pianoçusu, bəstəkar və pedaqoq.
Cahangir Qarayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Mürsəl Qarayev |
Anası | Böyükxanım Nəzirova |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu, bəstəkar, pedaqoq |
Janr | caz |
Musiqi aləti | piano |
Həyat və yaradıcılığı
Cahangir Qarayev 11 fevral 1950-ci ildə Bakı şəhərində tibb xadimləri olan Mürsəl Qarayev və Böyükxanım Nəzirovanın ailəsində dünyaya gəlmişdir. Bəstəkar Qara Qarayevin qardaşı oğludur. O, ilk musiqi təhsilini 1957–1968-ci illərdə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbində Lidiya Lvovna Filatovanın fortepiano sinfində almışdır. 1968–1973-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında pianoçu-pedaqoq, professor Mayor Brennerin fortepiano sinfində təhsilini davam etdirmişdir. 1973–1975-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında aspiranturada professor Rauf Atakişiyevin sinfində oxumuş, eyni zamanda konservatoriyanın Fortepiano ixtisası kafedrasında pedaqoji fəaliyyətə başlamışdır.
C.Qarayev hələ konservatoriyada təhsil aldığı illərdə bəstəkar yaradıcılığına başlamışdır. O, "Fortepiano üçün sonata", 12 prelüddən ibarət "Anlar və impulslar", "Neqativlər" adlı fortepiano pyesləri silsilələrinin, prelüdlərin, caz kompozisiyalarının, habelə bir sıra xalq mahnılarına aranjimanların müəllifidir.
Musiqiçi xarici və Azərbaycan bəstəkarlarının fortepiano üçün çoxsaylı müasir üslublu əsərlərinin ilk ifaçısı olmuşdur. O, 1970-ci illərdə caz-rok strukturlu "Cürbəcür" qrupunu yaratmışdır.
Cahangir Qarayev öz proqramlarına geniş diapazona malik əsərlərini daxil edərək fəal konsert fəaliyyəti göstərmişdir. 1973-cü ildə Almatıda keçirilən "Asiya və Afrika ölkələrinin musiqi tribunası", 1975-ci ildə Tbilisidə keçirilən "Zaqafqaziya baharı" festivallarında iştirak etmişdir. 1981-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının zalında müasir eksperimental elektron musiqisindən ibarət konsert vermişdir.
Pedaqoji fəaliyyəti
C.Qarayev ifaçılıqla yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında ixtisas-piano kafedrasında pedaqoji fəaliyyət göstərmişdir. 1981–1984-cü illərdə musiqiçi SSRİ Mədəniyyət Nazirliyinin müqaviləsinə əsasən Seneqalın paytaxtı Dakar şəhərinə ezamiyyətə göndərilmiş, orada pedaqoji və ifaçılıq fəaliyyəti göstərmişdir.
Cahangir Qarayev 2013-cü il yanvar ayının 15-də Bakı şəhərində vəfat etmişdir.
Xatirəsi
10 fevral 2020-ci ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Qara Qarayevin ev-muzeyində, 11 fevralda isə Beynəlxalq Muğam Mərkəzində bəstəkar-pianoçunun 70 illiyinə həsr edilmiş xatirə tədbirləri keçirilib.
İstinadlar
- Аббасова Р. "На виражах судьбы" (rus). "Kaspi" qəzeti. 3 aprel 2018. 2021-07-30 tarixində . İstifadə tarixi: 8 aprel 2020.
- Аббасова Р. "Мир, сотканный из музыки, света и надежды" (rus). "Kaspi" qəzeti. 9 sentyabr 2018. 2021-07-30 tarixində . İstifadə tarixi: 11 fevral 2020.
- Seyidov T. "İstedadlı pianoçu, bəstəkar və pedaqoqun xatirəsinə". "Mədəniyyət" qəzeti. 11 mart 2015. 2021-07-25 tarixində . İstifadə tarixi: 11 fevral 2020.
- "Unudulmaz bəstəkar-pianoçu Cahangir Qarayevin xatirəsi yad edilib". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2020-02-13 tarixində . İstifadə tarixi: 11 fevral 2020.
- "Muğam Mərkəzində bəstəkar-pianoçu Cahangir Qarayevin xatirəsi anılıb". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 11 fevral 2020. 2021-08-03 tarixində . İstifadə tarixi: 13 fevral 2020.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cahangir Mursel oglu Qarayev 11 fevral 1950 Baki 15 yanvar 2013 Baki Azerbaycan pianocusu bestekar ve pedaqoq Cahangir QarayevUmumi melumatlarDogum tarixi 11 fevral 1950Dogum yeri Baki Azerbaycan SSR SSRIVefat tarixi 15 yanvar 2013 62 yasinda Vefat yeri Baki AzerbaycanVetendasligi SSRI AzerbaycanAtasi Mursel QarayevAnasi Boyukxanim NezirovaMusiqici melumatlariFealiyyeti pianocu bestekar pedaqoqJanr cazMusiqi aleti pianoHeyat ve yaradiciligiCahangir Qarayev 11 fevral 1950 ci ilde Baki seherinde tibb xadimleri olan Mursel Qarayev ve Boyukxanim Nezirovanin ailesinde dunyaya gelmisdir Bestekar Qara Qarayevin qardasi ogludur O ilk musiqi tehsilini 1957 1968 ci illerde Bulbul adina Orta Ixtisas Musiqi Mektebinde Lidiya Lvovna Filatovanin fortepiano sinfinde almisdir 1968 1973 cu illerde U Hacibeyov adina Azerbaycan Dovlet Konservatoriyasinda pianocu pedaqoq professor Mayor Brennerin fortepiano sinfinde tehsilini davam etdirmisdir 1973 1975 ci illerde Azerbaycan Dovlet Konservatoriyasinda aspiranturada professor Rauf Atakisiyevin sinfinde oxumus eyni zamanda konservatoriyanin Fortepiano ixtisasi kafedrasinda pedaqoji fealiyyete baslamisdir C Qarayev hele konservatoriyada tehsil aldigi illerde bestekar yaradiciligina baslamisdir O Fortepiano ucun sonata 12 preludden ibaret Anlar ve impulslar Neqativler adli fortepiano pyesleri silsilelerinin preludlerin caz kompozisiyalarinin habele bir sira xalq mahnilarina aranjimanlarin muellifidir Musiqici xarici ve Azerbaycan bestekarlarinin fortepiano ucun coxsayli muasir uslublu eserlerinin ilk ifacisi olmusdur O 1970 ci illerde caz rok strukturlu Curbecur qrupunu yaratmisdir Cahangir Qarayev oz proqramlarina genis diapazona malik eserlerini daxil ederek feal konsert fealiyyeti gostermisdir 1973 cu ilde Almatida kecirilen Asiya ve Afrika olkelerinin musiqi tribunasi 1975 ci ilde Tbiliside kecirilen Zaqafqaziya bahari festivallarinda istirak etmisdir 1981 ci ilde Azerbaycan Bestekarlar Ittifaqinin zalinda muasir eksperimental elektron musiqisinden ibaret konsert vermisdir Pedaqoji fealiyyetiC Qarayev ifaciliqla yanasi Azerbaycan Dovlet Konservatoriyasinda ixtisas piano kafedrasinda pedaqoji fealiyyet gostermisdir 1981 1984 cu illerde musiqici SSRI Medeniyyet Nazirliyinin muqavilesine esasen Seneqalin paytaxti Dakar seherine ezamiyyete gonderilmis orada pedaqoji ve ifaciliq fealiyyeti gostermisdir Cahangir Qarayev 2013 cu il yanvar ayinin 15 de Baki seherinde vefat etmisdir Xatiresi10 fevral 2020 ci ilde Azerbaycan Musiqi Medeniyyeti Dovlet Muzeyinin filiali Qara Qarayevin ev muzeyinde 11 fevralda ise Beynelxalq Mugam Merkezinde bestekar pianocunun 70 illiyine hesr edilmis xatire tedbirleri kecirilib IstinadlarAbbasova R Na virazhah sudby rus Kaspi qezeti 3 aprel 2018 2021 07 30 tarixinde Istifade tarixi 8 aprel 2020 Abbasova R Mir sotkannyj iz muzyki sveta i nadezhdy rus Kaspi qezeti 9 sentyabr 2018 2021 07 30 tarixinde Istifade tarixi 11 fevral 2020 Seyidov T Istedadli pianocu bestekar ve pedaqoqun xatiresine Medeniyyet qezeti 11 mart 2015 2021 07 25 tarixinde Istifade tarixi 11 fevral 2020 Unudulmaz bestekar pianocu Cahangir Qarayevin xatiresi yad edilib Azerbaycan Dovlet Informasiya Agentliyi 2020 02 13 tarixinde Istifade tarixi 11 fevral 2020 Mugam Merkezinde bestekar pianocu Cahangir Qarayevin xatiresi anilib Azerbaycan Dovlet Informasiya Agentliyi 11 fevral 2020 2021 08 03 tarixinde Istifade tarixi 13 fevral 2020