Ümumi məlumat
SKY üç məşhur Kore universitetinin adının birləşməsindən yaranmışdır. Seul Milli Universiteti, Koreya Universiteti və Yonsey Universiteti. Statistikaya əsasən Koreyadakı dövlət məmurlarının 46 faizi, CEO-ların isə 50 faizi məhz SKY universitetlərinin məzunu olurlar. Eyni zamanda hər il universitetlərə qəbulda abituriyentlərin ən çox qəbul olmaq istədiyi universitet də məhz SKY universitetləri olur. Lakin bu o demək deyil ki, ən çox qəbul göstəriciləri məhz bu universitetlərdir. Əksinə SKY universitetlərində qəbul şərtləri həddindən artıq ağır olduğu üçün qəbul olunan tələbə sayında azlıq hər zaman onlara məxsus olur. Bəzi hallarda SKY universitetlərini “elitlərin universitetləri” adlandırmaqları da buradan irəli gəlir. Koreyanın nüfuzlu şəxslərinin övladları birmənalı şəkildə bu universitetlərdə təhsil alır. Belə deyək, əgər siz bu universitetlərdən birində oxuyursunuza, artıq 1-0 öndəsiniz və uğurlusunuz. Çünki SKY universitetlərində həqiqətən də profesional olmaq istəyənlər təhsil alır. Qaydalara riayət etmədiyinə və təhsil göstəriciləri aşağı olduğuna görə sonradan universitetdən uzaqlaşdırılanların da sayı az olmur. İndi isə hər bir universitet haqqında ayrıca məlumatlara keçək.
서울대학교 [Soul dehakkyu] – Seoul National University – Seul Milli Universiteti
1946-cı ildə yaradılmış SMU, SKY universitetləri içərisində yeganə dövlət universitetidir. Digər ikisi ilə müqayisədə daha üstün mövqeyə malikdir. Əsas binası Qvanakda(관악)yerləşir. Digər ikisi Dehakro və Pyongçangda yerləşir. Hal-hazırkı rektor Song Nak-İndir. Universitetin rəmzi rəngi göydür. SMU deviz olaraq dilimizdə “həqiqət mənim işığımdır” mənasına gələn latınca ifadəni istifadə edir: “Veritas lux mea”. Universitetin 16 kolleci, ayrıca magistr dərəcəlilər üçün məktəbi və 9 peşə məktəbi var.
Universitetin əsas giriş qapısına “Şa” (샤) adı verilmişdir. Qapının forması ㄱ,ㅅ,ㄷhərflərinin birləşməsini xatırladır və bu universitetin orijinal adının baş hərfləridir(Gungnip Seoul Daehakgyo)
SMU-nin kitabxanası Qvanakdakı binanın arxasında ayrıca bina olaraq fəaliyyət göstərir. 4 milyona yaxın bədii və elmi kitabı özündə birləşdirən kitabxananın, elektron kitabxana bölümü ayrıca mərtəbələrə yerləşir və yüksək müasir texnologiyası ilə fərqlənir. 1966-cı ildə kitabxanadakı kolleksiyalar sistemləşdirilmiş, qəzet, jurnal, xarici dilli ədəbiyyat bölmələri də əlavə edilmişdir. Tələbələr vaxtlarının çoxunu burada keçirtdiyi üçün, geniş oxu zalları, hətta aşağı mərtəbədə yeməkxana kimi yerlər də fəaliyyət göstərir. Kitabxana 7 böyük dünya kitabxanası ilə əməkdaşlıq edir: Kolumbiya, Harvard, Hong-Kong, Leiden, Miçiqan, Stokholm, Toronto.
1995-ci ildən fəaliyyət göstərən SMU muzey binası da Qvanakda yerləşir. Almaniyalı memar tərəfindən tikilmiş gözoxşayan binada Koreya mədəniyyətinə aid nadir, orijinal eksponatlarla yanaşı, universitetin öz məzunlarının xüsusi uğur tabloları da yer alır.
“Qvanaksa”, “Yongonsa” adlanan yataqxanalar ən üstün avadanlıqlarla təmin olunmuşdur. 1975-ci ildən fəaliyyət göstərir. Oğlanlar və qızlar üçün ayrı-ayrı binalar təşkil edilmişdir. Bundan əlavə sağlamlıq mərkəzi üçün olan bina, yataqxanadan ayrı formada inşa edilmişdir.
Universitetin mətbəə orqanı ayrı bir binada yerləşir. Digər binaları kimi SMU-nin bu binası da gözəl tikintisi ilə fərqlənir. 1952-ci ildə təməli qoyulmuş “SMU qəzeti” hər bazar ertəsi pulsuz şəkildə tələbələrə təqdim edilir. Tətil və imtahan günləri qəzet buraxılmır.
26 ixtisasda təhsil verən Seul Milli universitetini bitirən məşhurlar arasında dramalarda yer alan və ya musiqiçi olan LEE Sang Yoon , KIM Jeong Hoon, LEE Honey, KIM Tae Hee, LEE Juck kimi şəxsləri vurğulamaq olar. Bundan başqa “Star’s Lover”, “2 Days, 1 Night”, “Replay 1988” kimi dramaların bir çox səhnəsi SMU-da çəkilmişdir.
고려대학교[Koryo dehakkyo]-Korea University-Koreya Universiteti
Universitetin əsası 1905-ci ildə qoyulmuşdur. Ölkədə ali təhsil verən ən güclü 3 universitetdən biri hesab edilir. Nəzdində 19 kollec və 18 məktəb fəaliyyət göstərir. 81 şöbədə təmsil olunan universitet, araşdırmalar mərkəzi kimi də fəaliyyət göstərdiyindən, burada professor dərəcəsinə yüksələn şəxslərin sayı nəzərə çarpacaq səviyyədə yüksəkdir. İlk dəfə hüquq, iqtisadiyyat və jurnalistika kimi ixtisaslara bu universitet yiyələnmişdir. Özəl universitetin hal-hazırkı rektoru Yom Ce Hodur. Rəmzi rəngi tünd qırmızı, devizi isə “Azadlıq, Ədalət, Həqiqət” olan “Libertas, Justitia, Veritas”-dır. 4 ərazidə 4 fərqli ixtisaslı binaları fəaliyyət göstərir: Elm və Mühəndislik elmləri, Humanitar və Sosial elmlər, Tibbi və Həyati elmlər və Congnıng binası. Hər biri Seulun mərkəzi küçələrində və şəhərin gözoxşayan yerlərinə piyada gedişi təmin edəcək səviyyədə əlverişli inşa edilmişdir.
KU kitabxanası 2.5 milyon kitab bazası ilə Koreyada ən böyük elmi kitabxana hesab edilir. 5 binada fəaliyyət göstərən kitabxana ixtisaslara uyğun bölünmüşdür. Əsas kitabxana 800.000 nüsxəyə sahib olmaqla, özəl universitetlər arasında birinci yeri tutur. Hesong Hüquq Kitabxanası Koreyanın ən çox hüquq ədəbiyyatının yerləşdiyi binadır. Elektron kitabxana binası ayrı fəaliyyət göstərir. Elmi kitabxana mühəndislik, tibb, təbiət elmləri ilə bağlı 330 minə yaxın kitabı özündə birləşdirir. Məzun kitabxanası isə tarixi formada tikilmiş və Koreyada başqa kitabxanada nadir hallarda tapa biləcəyiniz kitablara sahiblik etməkdədir.
Universitetdə 11 özfəaliyyət dərnəyi istifadəyə verilmişdir. İncəsənət, dil, din, həyat, mədəniyyət və s. dərnəklər tələbələrin özünü inkişaf etdirməsi üçün ən əla imkanları təqdim edir.
Universitetdə ənənəvi olaraq Qranit Qüllə festivalı, 18 aprel marafonu, Koreya-Yonsey dostluq oyunları kimi böyük tədbirlər baş tutur.
Təqaüdlərin ən yuxarı olduğu özəl universitetlərdən biri kimi tanınan KU-də 11.5 milyard von dəyərində 245 adda institusional təqaüd mövcuddur. Təqaüdlər tələbələrə tələbə məzuniyyəti, fakültə və ixtisas uyğunluğu, maliyyə ehtiyacı, akademik göstərici, ortalama nəticə və bir çox digər meyarlara əsasən verilir.
KU universitetinin məşhur məzunlarına Cənubi Koreyanın 10-cu prezidenti, Cənubi Koreyanın baş naziri, 21 tanınmış biznesmen, 4 konqresmen, Seul şəhərinin meri də daxil olmaqla 12 siyasi xadim, 4 tanınmış ədəbiyyat xadimi, 2 dünya səviyyəli elmi dərəcəli alim, 33 aktyor, aktrisa və idol, Yay və Qış Olimpiya Oyunları qalibi olmuş 13 idmançı daxildir.
연세대학교 [Yonse dehakkyu] -Yonsei University-Yonsey Universiteti
SKY univerisitetləri içərisində ən qədim tarixə malik Yonsey Universitetinin əsası 1885-ci ildə qoyulmuşdur. Əsas binası Seulda yerləşən YU koreya və ingilis dilində verilən təhsilə görə geniş tələbə kütləsinə malikdir. Özəl universitet olan YU SKY universitetləri içərisində ən uzun tarixli olmaqla bərabər, həm də ən çətin tarixi yol keçən universitet olmuşdur. II DM dövründə və Koreya müharibəsi vaxtında da fəaliyyətinə qismən davam edən universitet Asiyada 23-cü, Koreyada 3-cü, Müasir Dillərin tədrisində dünya üzrə 12-ci yerə layiq görülmüşdür(2009, 2007, 2012-ci illər. YU tarixində ən yuxarı göstəricilər olduğu üçün qeyd edilmişdir) .
Universitetin dini mənsubiyyəti kimi xristianlıq əsas götürülür. Lakin universitetə qəbul olan şəxslərin dini görüşü heç bir şəkildə mühakimə edilmir. Universitetdə qeyri-xristianlara qarşı göstərilə biləcək istənilən rəftar qadağan edilmişdir. Lakin bir missionerlik universiteti olaraq , YU burada təhsil alan hər bir tələbənin həftəlik ibadət ayinlərinə qatılmasını tələb edir. “Həqiqət səni azad edəcək” ifadəsi məhz Bibliyadan götürülərək universitetin şüarına çevrilmişdir.
Universitetin simvolunda “ㅇ” və “ㅅ” Yonsey sözünün koreya dilindəki yazılışının hecalarının ilk işarələridir. “ㅇ” dairəsi tam və güclü insanı, “ㅅ” elmi mükəmməlliyi göstərir. Simvolda dairənin içində solda yer alan açıq kitab həqiqəti, sağdakı məşəl isə azadlığı simvolizə edir. İkisi bir araya gələrək universitetin şüarını tamamlayırlar.
YU-da 100-ə yaxın dərnək fəaliyyət göstərir. Bunlardan ən çox tələbəsi olan dərnəklər xaricilərlə mübadilə proqramı əsasında həyata keçirilənlərdir. “Yonsei Avropa İxtisasları” dərnəyi də bu sıradan sayıla bilər.
Cənubi Koreyada olan digər heç bir universitet arasında Yonsey və Koreya Universiteti arasında olan qədər rəqabət ruhu yoxdur. Elm, bilik, texnika, müasirlik və s. Lakin bu rəqabət sözün yaxşı mənasında o qədər böyümüşdür ki, nəhayət universitetlər idman oyunlarında yarışmaqla bağlı əməkdaşlıq etməyə başlamışlar. Bəs bu yarışlar maraqla qarşılanırmı? Belə ki, hətta 10-15 il əvvəl məzun olmuş şəxslər belə mütləq öz universitetlərinə azarkeşlik etmək üçün yarışları izləməyə gəlirlər. Keçirilən yarışlarda ən çox qalibiyyət kimdə olursa, ilin qalibi də o universitet seçilir. Bu hesabla 2012-ci ilə qədər Yonsey 18 ilin qalibi, 16 ilin isə məğlubu olmuşdur. Müəyyən aralıqlarla 8 il heç bir universitet qalib olmamış, heç-heçə razılıq əldə edilmişdir. Geridə qoyduğumuz 2017-ci ildə isə Yonsey bütün oyunlarda qalib gəlmişdir.
Yuxarıda da qeyd etdiyimiz kimi Koreyada yüksək vəzifəli şəxslərin övladlarının demək olar ki, hamısı SKY universitetlərində təhsil alırlar. Bu istər-istəməz iyerarxik Asiya ruhunu üzə çıxarır. Universitetlərdə bu cür uşaqlar, digər sadə ailələrdən gələn tələbələrlə heç cür yola gedə bilmirlər. Koreyada qəbul imtahanları vaxtı ailələrin imtahan keçirilən yerlərin qabağında xüsusi dua ayinləri üçün yer düzəltməsi bu mənada bizi təəccübləndirməməlidir. Çünki Koreyalı ailələrin 80 faizindən çoxu övladlarının SKY universitetlərində təhsil almasını istəyirlər. Hətta əksər ailələr Koreyada incəsənət sahəsinin həddindən artıq yaxşı inkişaf etməsinə baxmayaraq, övladlarının musiqi, film sahəsinə getməklərinə maneə olmağa çalışırlar. SKY-ya qəbul olmağa nail ola bilməyən uşaqların ailələri tərəfindən sıxışdırılması halı o qədər geniş vüsət almışdır ki, Cənubi Koreyada intihar səviyyəsinin ən çox məhz bu yaşda olmasına gətirib çıxartmışdır. Dövlət qurumları, eləcə də məşhur simalar dəfələrlə ailələri uşaqlara qarşı olan bu təzyiqdən çəkindirməyə çalışmışdır. Bəziləri isə bu məsələdə SKY universitetlərini günahkar hesab edir, onların ayrıseçkiliklə bağlı problemi həll etməli olduqlarını vurğulayırlar.
BTS qrupunu nümunə göstərmək olar. “N.O” mahnısında səslənən “From Seoul to the sky. 부모님은정말행복하질까?” “Seuldan səmaya(getmək). Bu həqiqətən də valideynləri xoşbəxt edir?” misrasında əslində söz oyunu oynanmış və “səma” mənasını verən “sky” sözü işlədilmişdir. Halbuki mahnını son sözlərinə qədər dinlədikdə bunun əslində “SKY” universitetləri mənasını verdiyini görmək olar. Bir çox digər məşhurlar da bu mənada valideynlərə mesajlar verməyə çalışmışlar.
Lakin hər yerdə rast gələ biləcəyimiz bu cür mənfi hallar SKY universitetlərinin dünya reytinq cədvəlində qabaqcıl yerləri tutması və həqiqətən də dövlətlərinə layiq istər siyasi, elmi, istərsə də incəsənət xadimi yaratması həqiqətini dəyişmir.
Əlavə
SKY üniversitetlərinə qəbul olmağa çalışan abituriyentlər və onların valideynləri ilə əlaqələri haqqında 2018-ci ildə SKY Castle adlı serial çəkilmişdir.
İstinadlar
{{https://en.wikipedia.org/wiki/Sky_Castle https://hansamo.az/sky-universitetl%C9%99ri-v%C9%99-ya-koreyanin-%C9%99lcatmaz-s%C9%99masi/ https://www.unipage.net/ru/universities_korea}}
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Umumi melumatSKY uc meshur Kore universitetinin adinin birlesmesinden yaranmisdir Seul Milli Universiteti Koreya Universiteti ve Yonsey Universiteti Statistikaya esasen Koreyadaki dovlet memurlarinin 46 faizi CEO larin ise 50 faizi mehz SKY universitetlerinin mezunu olurlar Eyni zamanda her il universitetlere qebulda abituriyentlerin en cox qebul olmaq istediyi universitet de mehz SKY universitetleri olur Lakin bu o demek deyil ki en cox qebul gostericileri mehz bu universitetlerdir Eksine SKY universitetlerinde qebul sertleri heddinden artiq agir oldugu ucun qebul olunan telebe sayinda azliq her zaman onlara mexsus olur Bezi hallarda SKY universitetlerini elitlerin universitetleri adlandirmaqlari da buradan ireli gelir Koreyanin nufuzlu sexslerinin ovladlari birmenali sekilde bu universitetlerde tehsil alir Bele deyek eger siz bu universitetlerden birinde oxuyursunuza artiq 1 0 ondesiniz ve ugurlusunuz Cunki SKY universitetlerinde heqiqeten de profesional olmaq isteyenler tehsil alir Qaydalara riayet etmediyine ve tehsil gostericileri asagi olduguna gore sonradan universitetden uzaqlasdirilanlarin da sayi az olmur Indi ise her bir universitet haqqinda ayrica melumatlara kecek 서울대학교 Soul dehakkyu Seoul National University Seul Milli Universiteti1946 ci ilde yaradilmis SMU SKY universitetleri icerisinde yegane dovlet universitetidir Diger ikisi ile muqayisede daha ustun movqeye malikdir Esas binasi Qvanakda 관악 yerlesir Diger ikisi Dehakro ve Pyongcangda yerlesir Hal hazirki rektor Song Nak Indir Universitetin remzi rengi goydur SMU deviz olaraq dilimizde heqiqet menim isigimdir menasina gelen latinca ifadeni istifade edir Veritas lux mea Universitetin 16 kolleci ayrica magistr dereceliler ucun mektebi ve 9 pese mektebi var Universitetin esas giris qapisina Sa 샤 adi verilmisdir Qapinin formasi ㄱ ㅅ ㄷherflerinin birlesmesini xatirladir ve bu universitetin orijinal adinin bas herfleridir Gungnip Seoul Daehakgyo SMU nin kitabxanasi Qvanakdaki binanin arxasinda ayrica bina olaraq fealiyyet gosterir 4 milyona yaxin bedii ve elmi kitabi ozunde birlesdiren kitabxananin elektron kitabxana bolumu ayrica mertebelere yerlesir ve yuksek muasir texnologiyasi ile ferqlenir 1966 ci ilde kitabxanadaki kolleksiyalar sistemlesdirilmis qezet jurnal xarici dilli edebiyyat bolmeleri de elave edilmisdir Telebeler vaxtlarinin coxunu burada kecirtdiyi ucun genis oxu zallari hetta asagi mertebede yemekxana kimi yerler de fealiyyet gosterir Kitabxana 7 boyuk dunya kitabxanasi ile emekdasliq edir Kolumbiya Harvard Hong Kong Leiden Miciqan Stokholm Toronto 1995 ci ilden fealiyyet gosteren SMU muzey binasi da Qvanakda yerlesir Almaniyali memar terefinden tikilmis gozoxsayan binada Koreya medeniyyetine aid nadir orijinal eksponatlarla yanasi universitetin oz mezunlarinin xususi ugur tablolari da yer alir Qvanaksa Yongonsa adlanan yataqxanalar en ustun avadanliqlarla temin olunmusdur 1975 ci ilden fealiyyet gosterir Oglanlar ve qizlar ucun ayri ayri binalar teskil edilmisdir Bundan elave saglamliq merkezi ucun olan bina yataqxanadan ayri formada insa edilmisdir Universitetin metbee orqani ayri bir binada yerlesir Diger binalari kimi SMU nin bu binasi da gozel tikintisi ile ferqlenir 1952 ci ilde temeli qoyulmus SMU qezeti her bazar ertesi pulsuz sekilde telebelere teqdim edilir Tetil ve imtahan gunleri qezet buraxilmir 26 ixtisasda tehsil veren Seul Milli universitetini bitiren meshurlar arasinda dramalarda yer alan ve ya musiqici olan LEE Sang Yoon KIM Jeong Hoon LEE Honey KIM Tae Hee LEE Juck kimi sexsleri vurgulamaq olar Bundan basqa Star s Lover 2 Days 1 Night Replay 1988 kimi dramalarin bir cox sehnesi SMU da cekilmisdir 고려대학교 Koryo dehakkyo Korea University Koreya UniversitetiUniversitetin esasi 1905 ci ilde qoyulmusdur Olkede ali tehsil veren en guclu 3 universitetden biri hesab edilir Nezdinde 19 kollec ve 18 mekteb fealiyyet gosterir 81 sobede temsil olunan universitet arasdirmalar merkezi kimi de fealiyyet gosterdiyinden burada professor derecesine yukselen sexslerin sayi nezere carpacaq seviyyede yuksekdir Ilk defe huquq iqtisadiyyat ve jurnalistika kimi ixtisaslara bu universitet yiyelenmisdir Ozel universitetin hal hazirki rektoru Yom Ce Hodur Remzi rengi tund qirmizi devizi ise Azadliq Edalet Heqiqet olan Libertas Justitia Veritas dir 4 erazide 4 ferqli ixtisasli binalari fealiyyet gosterir Elm ve Muhendislik elmleri Humanitar ve Sosial elmler Tibbi ve Heyati elmler ve Congning binasi Her biri Seulun merkezi kucelerinde ve seherin gozoxsayan yerlerine piyada gedisi temin edecek seviyyede elverisli insa edilmisdir KU kitabxanasi 2 5 milyon kitab bazasi ile Koreyada en boyuk elmi kitabxana hesab edilir 5 binada fealiyyet gosteren kitabxana ixtisaslara uygun bolunmusdur Esas kitabxana 800 000 nusxeye sahib olmaqla ozel universitetler arasinda birinci yeri tutur Hesong Huquq Kitabxanasi Koreyanin en cox huquq edebiyyatinin yerlesdiyi binadir Elektron kitabxana binasi ayri fealiyyet gosterir Elmi kitabxana muhendislik tibb tebiet elmleri ile bagli 330 mine yaxin kitabi ozunde birlesdirir Mezun kitabxanasi ise tarixi formada tikilmis ve Koreyada basqa kitabxanada nadir hallarda tapa bileceyiniz kitablara sahiblik etmekdedir Universitetde 11 ozfealiyyet derneyi istifadeye verilmisdir Incesenet dil din heyat medeniyyet ve s dernekler telebelerin ozunu inkisaf etdirmesi ucun en ela imkanlari teqdim edir Universitetde enenevi olaraq Qranit Qulle festivali 18 aprel marafonu Koreya Yonsey dostluq oyunlari kimi boyuk tedbirler bas tutur Teqaudlerin en yuxari oldugu ozel universitetlerden biri kimi taninan KU de 11 5 milyard von deyerinde 245 adda institusional teqaud movcuddur Teqaudler telebelere telebe mezuniyyeti fakulte ve ixtisas uygunlugu maliyye ehtiyaci akademik gosterici ortalama netice ve bir cox diger meyarlara esasen verilir KU universitetinin meshur mezunlarina Cenubi Koreyanin 10 cu prezidenti Cenubi Koreyanin bas naziri 21 taninmis biznesmen 4 konqresmen Seul seherinin meri de daxil olmaqla 12 siyasi xadim 4 taninmis edebiyyat xadimi 2 dunya seviyyeli elmi dereceli alim 33 aktyor aktrisa ve idol Yay ve Qis Olimpiya Oyunlari qalibi olmus 13 idmanci daxildir 연세대학교 Yonse dehakkyu Yonsei University Yonsey UniversitetiSKY univerisitetleri icerisinde en qedim tarixe malik Yonsey Universitetinin esasi 1885 ci ilde qoyulmusdur Esas binasi Seulda yerlesen YU koreya ve ingilis dilinde verilen tehsile gore genis telebe kutlesine malikdir Ozel universitet olan YU SKY universitetleri icerisinde en uzun tarixli olmaqla beraber hem de en cetin tarixi yol kecen universitet olmusdur II DM dovrunde ve Koreya muharibesi vaxtinda da fealiyyetine qismen davam eden universitet Asiyada 23 cu Koreyada 3 cu Muasir Dillerin tedrisinde dunya uzre 12 ci yere layiq gorulmusdur 2009 2007 2012 ci iller YU tarixinde en yuxari gostericiler oldugu ucun qeyd edilmisdir Universitetin dini mensubiyyeti kimi xristianliq esas goturulur Lakin universitete qebul olan sexslerin dini gorusu hec bir sekilde muhakime edilmir Universitetde qeyri xristianlara qarsi gosterile bilecek istenilen reftar qadagan edilmisdir Lakin bir missionerlik universiteti olaraq YU burada tehsil alan her bir telebenin heftelik ibadet ayinlerine qatilmasini teleb edir Heqiqet seni azad edecek ifadesi mehz Bibliyadan goturulerek universitetin suarina cevrilmisdir Universitetin simvolunda ㅇ ve ㅅ Yonsey sozunun koreya dilindeki yazilisinin hecalarinin ilk isareleridir ㅇ dairesi tam ve guclu insani ㅅ elmi mukemmelliyi gosterir Simvolda dairenin icinde solda yer alan aciq kitab heqiqeti sagdaki mesel ise azadligi simvolize edir Ikisi bir araya gelerek universitetin suarini tamamlayirlar YU da 100 e yaxin dernek fealiyyet gosterir Bunlardan en cox telebesi olan dernekler xaricilerle mubadile proqrami esasinda heyata kecirilenlerdir Yonsei Avropa Ixtisaslari derneyi de bu siradan sayila biler Cenubi Koreyada olan diger hec bir universitet arasinda Yonsey ve Koreya Universiteti arasinda olan qeder reqabet ruhu yoxdur Elm bilik texnika muasirlik ve s Lakin bu reqabet sozun yaxsi menasinda o qeder boyumusdur ki nehayet universitetler idman oyunlarinda yarismaqla bagli emekdasliq etmeye baslamislar Bes bu yarislar maraqla qarsilanirmi Bele ki hetta 10 15 il evvel mezun olmus sexsler bele mutleq oz universitetlerine azarkeslik etmek ucun yarislari izlemeye gelirler Kecirilen yarislarda en cox qalibiyyet kimde olursa ilin qalibi de o universitet secilir Bu hesabla 2012 ci ile qeder Yonsey 18 ilin qalibi 16 ilin ise meglubu olmusdur Mueyyen araliqlarla 8 il hec bir universitet qalib olmamis hec hece raziliq elde edilmisdir Geride qoydugumuz 2017 ci ilde ise Yonsey butun oyunlarda qalib gelmisdir Yuxarida da qeyd etdiyimiz kimi Koreyada yuksek vezifeli sexslerin ovladlarinin demek olar ki hamisi SKY universitetlerinde tehsil alirlar Bu ister istemez iyerarxik Asiya ruhunu uze cixarir Universitetlerde bu cur usaqlar diger sade ailelerden gelen telebelerle hec cur yola gede bilmirler Koreyada qebul imtahanlari vaxti ailelerin imtahan kecirilen yerlerin qabaginda xususi dua ayinleri ucun yer duzeltmesi bu menada bizi teeccublendirmemelidir Cunki Koreyali ailelerin 80 faizinden coxu ovladlarinin SKY universitetlerinde tehsil almasini isteyirler Hetta ekser aileler Koreyada incesenet sahesinin heddinden artiq yaxsi inkisaf etmesine baxmayaraq ovladlarinin musiqi film sahesine getmeklerine manee olmaga calisirlar SKY ya qebul olmaga nail ola bilmeyen usaqlarin aileleri terefinden sixisdirilmasi hali o qeder genis vuset almisdir ki Cenubi Koreyada intihar seviyyesinin en cox mehz bu yasda olmasina getirib cixartmisdir Dovlet qurumlari elece de meshur simalar defelerle aileleri usaqlara qarsi olan bu tezyiqden cekindirmeye calismisdir Bezileri ise bu meselede SKY universitetlerini gunahkar hesab edir onlarin ayriseckilikle bagli problemi hell etmeli olduqlarini vurgulayirlar BTS qrupunu numune gostermek olar N O mahnisinda seslenen From Seoul to the sky 부모님은정말행복하질까 Seuldan semaya getmek Bu heqiqeten de valideynleri xosbext edir misrasinda eslinde soz oyunu oynanmis ve sema menasini veren sky sozu isledilmisdir Halbuki mahnini son sozlerine qeder dinledikde bunun eslinde SKY universitetleri menasini verdiyini gormek olar Bir cox diger meshurlar da bu menada valideynlere mesajlar vermeye calismislar Lakin her yerde rast gele bileceyimiz bu cur menfi hallar SKY universitetlerinin dunya reytinq cedvelinde qabaqcil yerleri tutmasi ve heqiqeten de dovletlerine layiq ister siyasi elmi isterse de incesenet xadimi yaratmasi heqiqetini deyismir ElaveSKY universitetlerine qebul olmaga calisan abituriyentler ve onlarin valideynleri ile elaqeleri haqqinda 2018 ci ilde SKY Castle adli serial cekilmisdir Istinadlar https en wikipedia org wiki Sky Castle https hansamo az sky universitetl C9 99ri v C9 99 ya koreyanin C9 99lcatmaz s C9 99masi https www unipage net ru universities korea