Cəmil Miryusif oğlu Müfidzadə (24 fevral 1934, Ordubad rayonu, Naxçıvan MSSR – 20 dekabr 2019, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (2002).
Cəmil Müfidzadə | |
---|---|
Cəmil Miryusif oğlu Müfidzadə | |
Doğum tarixi | |
Doğum yeri | Ordubad, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Janr | qrafika |
Mükafatları |
Həyatı
Cəmil Müfidzadə 24 fevral 1934-cü ildə Ordubadda anadan olmuşdur. O, ilk ixtisas təhsilini 1948-1955-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdır. "Ümumittifaq sərgisinə eksponatların yola salınması" tablosu onun diplom işi idi. Rəssam daha sonra 1955-1956-cı illərdə Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbini, 1959-1962-ci illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunun "Qrafika" fakültəsini bitirmişdir. Cəmil Müfidzadənin növbəti diplom işi "Neft daşları" mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsi olmuşdur.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Qrafika" kafedrasına rəhbərlik etmiş Cəmil Müfidzadə "Ofort" adlı dərsliyin müəllifidir.
Görkəmli rəssam 20 dekabr 2019-cu ildə Bakıda vəfat etmişdir.
Yaradıcılığı
Rəssamın işlədiyi "Doğma düzənlər" ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunmuşdur. O, 1961-ci ildə III Ümumittifaq sərgisində (Moskva) "Qaldırıcı kranlar təmirdə" adlı ofort ilə iştirak etmişdir.
Cəmil Mufidzadənin ksiloqrafiya texnikasında işlədiyi "Bakı albomu" (1962-1966), "Neft daşları" (1965), "Qala divarları"(1966), "Parkda" (1966), "Qız qalası" (1966), "Xəzər üzərində axşam" (1966), "Romantiklər" (1966), "Damda" (1966) və s. əsərlərini qeyd etmək olar. Rəssamın yaradıcılığında "İçərişəhər" (1965-2000) silsiləsi xüsusi yer tutur. "Əcdadlarımızın yaşayış yerləri" (1968), "Göy pəncərəli evlər" (1968), "Babaların yurdu" (1968), "Köhnə Bakı" (1970), "Azərbaycan qadını keçmişdə" (1971), "Şirvanşahlar sarayı" (1971), "Xan sarayı" (1977,1992), "Köhnə evlər" (1977), "Qədim Bakı" (1977), "Yeni Məscid" (1977), "Türbə" (1984), "Dəvələr" (1985), "Qız qalası" (1985), "İçərişəhər" (1991), "Təndir" (1992), "Suçular" (1993), "Şirvan qapıları" (1993), "Namaz" (1993), "Tut ağacı", "Karvansaray" (2003) və digər əsərləri İçərişəhərə həsr edilmişdir.
Onun qarışıq texnikada işlədiyi ilk 4 əsəri 1967-ci ildə Bakıda təşkil olunan respublika sərgisində "Azərbaycanın qədim memarlıq abidələri" adı ilə nümayiş olunmuşdur. Cəmil Müfidzadənin qarışıq texnikada çəkdiyi "Abşeron nefti" silsiləsi 1967-1975-ci illəri əhatə edir. Bu silsiləyə rəssamın "Bakı-neft paytaxtıdır", "Abşeron nefti", "Çənlər parkı", qarışıq texnikada isə "Neft ehramı", "Neft saxlancı", "Neft mədənlərində" əsərlərini misal göstərmək olar.
1960-1970-ci illər yaradıcılığıda yer alan "Buhenvald" (1965-1967), "Sülhün keşiyində" (1970-1972), "Bakı-neft paytaxtıdır" (1967-1970), eləcə də 1980-ci illərin əvvəllərində Yaponiyaya səfərindən sonra işlədiyi "Bu bir daha təkrar olmamalıdır" (1982-1983) silsilələrində C.Müfidzadə dövrünün qarşılaşdığı təzadlı hadisələrə yaradıcı mövqeyini bildirmişdir. Rəssamın, eyni zamanda, Xınalıq kəndinə həsr etdiyi (1980-1990) silsiləsi yaradıcılığında mühüm yer tutur.
Rəssam "Monqolustan torpağında" (1982-1986) silsiləsində Qobi səhrasının dəvəli mənzərələri geniş yer almışdır. Silsilədə "Axırıncı tikan", "Qurumuş çeşmə başında", "Əsrlərin görüşü" və "Naməlum səs" əsərləri yer alır.
Cəmil Müfidzadənin digər qrafik silsiləsindən "Şimal" (1976-1979), "Bəyaz gecələr", "Şaxta 45 dərəcədədir", "Şimalın adi günləri", "Balıqçı adası" lövhələrini qeyd etmək olar. Onun "Misir təəssüratları" (2004-2006) silsiləsinə "Tənha yolçu", "Misir tarixi", "İki dost", "Daimi dostlar" tabloları aiddir.
Xalq rəssamının Polşa (1972), Azərbaycan (1977, 1985, 1986, 1994, 2006, 2009), Rusiya (1977), İran (1992, 2003), Fransa (1991) və Türkiyədə (1998) fərdi sərgiləri təşkil olunmuşdur.
Cəmil Müfidzadənın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Şərq xalqları Dövlət İncəsənət Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva), P.Lüdviqin muzeyində (Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Fransa və digər ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılır.
Mükafatları
- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1 dekabr 1982
- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 30 may 2002
Mənbə
- Qrafika ustası[ölü keçid]
- Abdullayeva, N. "Cizgilərə hopan ömür" Azərbaycan mövzusu onun qrafik lövhələrinin leytmotivinə çevrilib: [Vəcihə Səmədova adına sərgi salonunda Xalq rəssamının yubiley sərgisinin açılış mərasimi keçirilib] //Palitra.- 2014.- 15 mart.- S.11.
- Abdullayeva, S. Cəmil Müfidzadənin "Cizgilərə hopan ömür" sərgisi açılıb: [Vəcihə Səmədov adına sərgi salonunda Azərbaycanın Xalq rəssamı, görkəmli qrafika ustasının, eyniadlı sərgisinin açılışı haqqında] //525-ci qəzet.- 2014.- 13 mart.- S.7.
- Azəri, L. "Cizgilərə hopan ömür": Xalq rəssamı Cəmil Müfidzadənin 80 illik yubiley sərgisi: [Vəcihə Səmədova adına sərgi salonunda] //Mədəniyyət.- 2014.- 12 mart.- S. 2.
- Əliyev, Z. Cizgilərə hopan ömür: [Xalq rəssamı, görkəmli qrafika ustası, professor Cəmil Müfidzadə haqqında] //Respublika.- 2014.- 12 mart.- S.7.
İstinadlar
- Soltanlı, S. "Dünyanın 4/5-ü" rəssamın fotolarında: [Xalq rəssamı Cəmil Müfidzadənin eyniadlı kitabı haqqında]. Mədəniyyət. 2015.
- "Xalq rəssamı Cəmil Müfidzadə vəfat edib" (az.). 2020-06-07 tarixində . İstifadə tarixi: 2019-12-28.
- "Xalq rəssamı Cəmil Müfidzadə vəfat edib" (az.). 2020-01-13 tarixində . İstifadə tarixi: 2019-12-28.
- "Azərbaycan Respublikasının Xalq rəssamı Cəmil Miryusif oğlu Müfidzadə vəfat edib" (az.). 2020-06-08 tarixində . İstifadə tarixi: 2019-12-28.
- "Xalq rəssamı Cəmil Müfidzadə vəfat edib" (az.). 2019-12-26 tarixində . İstifadə tarixi: 2019-12-28.
- ""Cizgilərə hopan ömür" Xalq rəssamı Cəmil Müfidzadənin 80 illik yubiley sərgisi" (az.). 2022-03-28 tarixində . İstifadə tarixi: 2019-12-28.
- "Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekаbr 1982-ci il tarixli Fərmanı" (PDF) (az.). 2020-01-16 tarixində (PDF). İstifadə tarixi: 2019-12-28.
- "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI" (az.). 2020-02-19 tarixində . İstifadə tarixi: 2019-12-28.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cemil Miryusif oglu Mufidzade 24 fevral 1934 Ordubad rayonu Naxcivan MSSR 20 dekabr 2019 Baki Azerbaycan Respublikasinin xalq ressami 2002 Cemil MufidzadeCemil Miryusif oglu MufidzadeDogum tarixi 24 fevral 1934Dogum yeri Ordubad Naxcivan MSSR Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 20 dekabr 2019 85 yasinda Vefat yeri Baki AzerbaycanMilliyyeti azerbaycanliVetendasligi SSRI AzerbaycanFealiyyeti ressamTehsili Ezim Ezimzade adina Azerbaycan Dovlet Ressamliq Mektebi Xarkov Dovlet Dizayn ve Incesenet Akademiyasi d Janr qrafikaMukafatlari 2002 1982HeyatiCemil Mufidzade 24 fevral 1934 cu ilde Ordubadda anadan olmusdur O ilk ixtisas tehsilini 1948 1955 ci illerde Ezim Ezimzade adina Baki Ressamliq Mektebinde almisdir Umumittifaq sergisine eksponatlarin yola salinmasi tablosu onun diplom isi idi Ressam daha sonra 1955 1956 ci illerde Ukraynada Kiyev Orta Ressamliq Mektebini 1959 1962 ci illerde ise Xarkov Dovlet Ressamliq Institutunun Qrafika fakultesini bitirmisdir Cemil Mufidzadenin novbeti diplom isi Neft daslari movzusunda cekdiyi rengli ofortlar silsilesi olmusdur Azerbaycan Dovlet Ressamliq Akademiyasinda Qrafika kafedrasina rehberlik etmis Cemil Mufidzade Ofort adli dersliyin muellifidir Gorkemli ressam 20 dekabr 2019 cu ilde Bakida vefat etmisdir YaradiciligiRessamin islediyi Dogma duzenler ofort silsilesi 1959 cu ilde Moskvada kecirilen Azerbaycan edebiyyati ve inceseneti ongunluyu cercivesinde teskil olunmus tesviri senet sergisinde numayis olunmusdur O 1961 ci ilde III Umumittifaq sergisinde Moskva Qaldirici kranlar temirde adli ofort ile istirak etmisdir Cemil Mufidzadenin ksiloqrafiya texnikasinda islediyi Baki albomu 1962 1966 Neft daslari 1965 Qala divarlari 1966 Parkda 1966 Qiz qalasi 1966 Xezer uzerinde axsam 1966 Romantikler 1966 Damda 1966 ve s eserlerini qeyd etmek olar Ressamin yaradiciliginda Iceriseher 1965 2000 silsilesi xususi yer tutur Ecdadlarimizin yasayis yerleri 1968 Goy pencereli evler 1968 Babalarin yurdu 1968 Kohne Baki 1970 Azerbaycan qadini kecmisde 1971 Sirvansahlar sarayi 1971 Xan sarayi 1977 1992 Kohne evler 1977 Qedim Baki 1977 Yeni Mescid 1977 Turbe 1984 Develer 1985 Qiz qalasi 1985 Iceriseher 1991 Tendir 1992 Sucular 1993 Sirvan qapilari 1993 Namaz 1993 Tut agaci Karvansaray 2003 ve diger eserleri Icerisehere hesr edilmisdir Onun qarisiq texnikada islediyi ilk 4 eseri 1967 ci ilde Bakida teskil olunan respublika sergisinde Azerbaycanin qedim memarliq abideleri adi ile numayis olunmusdur Cemil Mufidzadenin qarisiq texnikada cekdiyi Abseron nefti silsilesi 1967 1975 ci illeri ehate edir Bu silsileye ressamin Baki neft paytaxtidir Abseron nefti Cenler parki qarisiq texnikada ise Neft ehrami Neft saxlanci Neft medenlerinde eserlerini misal gostermek olar 1960 1970 ci iller yaradiciligida yer alan Buhenvald 1965 1967 Sulhun kesiyinde 1970 1972 Baki neft paytaxtidir 1967 1970 elece de 1980 ci illerin evvellerinde Yaponiyaya seferinden sonra islediyi Bu bir daha tekrar olmamalidir 1982 1983 silsilelerinde C Mufidzade dovrunun qarsilasdigi tezadli hadiselere yaradici movqeyini bildirmisdir Ressamin eyni zamanda Xinaliq kendine hesr etdiyi 1980 1990 silsilesi yaradiciliginda muhum yer tutur Ressam Monqolustan torpaginda 1982 1986 silsilesinde Qobi sehrasinin develi menzereleri genis yer almisdir Silsilede Axirinci tikan Qurumus cesme basinda Esrlerin gorusu ve Namelum ses eserleri yer alir Cemil Mufidzadenin diger qrafik silsilesinden Simal 1976 1979 Beyaz geceler Saxta 45 derecededir Simalin adi gunleri Baliqci adasi lovhelerini qeyd etmek olar Onun Misir teessuratlari 2004 2006 silsilesine Tenha yolcu Misir tarixi Iki dost Daimi dostlar tablolari aiddir Xalq ressaminin Polsa 1972 Azerbaycan 1977 1985 1986 1994 2006 2009 Rusiya 1977 Iran 1992 2003 Fransa 1991 ve Turkiyede 1998 ferdi sergileri teskil olunmusdur Cemil Mufidzadenin eserleri Azerbaycan Dovlet Incesenet Muzeyinde Azerbaycan Dovlet Resm Qalereyasinda Serq xalqlari Dovlet Incesenet Muzeyinde Moskva Maksim Qorkinin menzil muzeyinde Moskva P Ludviqin muzeyinde Almaniya Ulan Bator Incesenet Muzeyinde Monqolustan Fransa ve diger olkelerin sexsi kolleksiyalarinda qorunub saxlanilir Mukafatlari Azerbaycan SSR emekdar ressami fexri adi 1 dekabr 1982 Azerbaycan Respublikasinin xalq ressami fexri adi 30 may 2002MenbeQrafika ustasi olu kecid Abdullayeva N Cizgilere hopan omur Azerbaycan movzusu onun qrafik lovhelerinin leytmotivine cevrilib Vecihe Semedova adina sergi salonunda Xalq ressaminin yubiley sergisinin acilis merasimi kecirilib Palitra 2014 15 mart S 11 Abdullayeva S Cemil Mufidzadenin Cizgilere hopan omur sergisi acilib Vecihe Semedov adina sergi salonunda Azerbaycanin Xalq ressami gorkemli qrafika ustasinin eyniadli sergisinin acilisi haqqinda 525 ci qezet 2014 13 mart S 7 Azeri L Cizgilere hopan omur Xalq ressami Cemil Mufidzadenin 80 illik yubiley sergisi Vecihe Semedova adina sergi salonunda Medeniyyet 2014 12 mart S 2 Eliyev Z Cizgilere hopan omur Xalq ressami gorkemli qrafika ustasi professor Cemil Mufidzade haqqinda Respublika 2014 12 mart S 7 IstinadlarSoltanli S Dunyanin 4 5 u ressamin fotolarinda Xalq ressami Cemil Mufidzadenin eyniadli kitabi haqqinda Medeniyyet 2015 Xalq ressami Cemil Mufidzade vefat edib az 2020 06 07 tarixinde Istifade tarixi 2019 12 28 Xalq ressami Cemil Mufidzade vefat edib az 2020 01 13 tarixinde Istifade tarixi 2019 12 28 Azerbaycan Respublikasinin Xalq ressami Cemil Miryusif oglu Mufidzade vefat edib az 2020 06 08 tarixinde Istifade tarixi 2019 12 28 Xalq ressami Cemil Mufidzade vefat edib az 2019 12 26 tarixinde Istifade tarixi 2019 12 28 Cizgilere hopan omur Xalq ressami Cemil Mufidzadenin 80 illik yubiley sergisi az 2022 03 28 tarixinde Istifade tarixi 2019 12 28 Respublika tesviri senet xadimlerine Azerbaycan SSR fexri adlari verilmesi haqqinda Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin 1 dekabr 1982 ci il tarixli Fermani PDF az 2020 01 16 tarixinde PDF Istifade tarixi 2019 12 28 Tesviri senet xadimlerine Azerbaycan Respublikasi fexri adlarinin verilmesi haqqinda AZERBAYCAN RESPUBLIKASI PREZIDENTININ FERMANI az 2020 02 19 tarixinde Istifade tarixi 2019 12 28