Buger-Lambert-Ber qanunu — uducu mühitdən keçərkən monoxromatik işıq dəstəsinin intensivliyinin zəifləməsini müəyyən edir (çox vaxt Buger qanunu adlanır).
Haqqında
I0 intensivlikli işıq dəstəsi l qalınlıqlı uducu maddə təbəqəsindən (layından) keçərkən ''I=I0 exp(–kλl)' intensivliyinə qədər azalır; burada kλ– müxtəlif dalğa uzunluğu üçün müxtəlif olan udulma əmsalıdır. 1729-cu ildə Pyer Bugerin eksperimentlə müəyyən etdiyi bu qanunu 1760-cı ildə İ. H. Lambert sadə fərziyyələrlə nəzəri cəhətdən əsaslandırmışdır: z qalınlıqlı maddə təbəqəsindən keçərkən işığın intensivliyinin nisbi dəyişməsi dI/I= – kλ z tənliyi ilə müəyyən olunur. Bu tənliyin həlli Buger-Lambert-Ber qanunu adlanır.
Fiziki mahiyyəti
Qanunun fiziki mahiyyəti udulmanın (fotonitkisinin) maddədən keçən işığın intensivliyindən asılı olmamasıdır, lakin işığın çox böyük intensivliklərində qanun pozula bilər və bu halda 'kλ intensivlikdən asılı olur. 1852-ci ildə alman alimi A. Ber bu qanunu uducu olmayan həlledicilərdəki işıquducu maddə məhlulları üçün ümumiləşdirmişdir.
Məhlullarda tətbiqi
Məhlullar üçün udulma əmsalı kλ=χλC şəklində yazıla bilər; burada C – həllolunmuş maddənin konsentrasiyası, χλ – uducu maddə molekulunun λ dalğa uzunluqlu işıqla qarşılıqlı təsirini xarakterizə edən yeganə konsentrasiyalı məhlulun udulma əmsalıdır və konsentrasiyadan asılı deyildir. Ber düsturu vasitəsilə udulmanı ölçməklə kimyəvi analizi mürəkkəb olan maddələrin konsentrasiyasını tez təyin etmək olur, lakin uducu maddənin konsentrasiyası kifayət qədər böyük olduqda bu düsturdan kənara çıxmalar müşahidə edilir.
İstinadlar
- Buger-Lambert-Ber qanunu// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 40.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Buger Lambert Ber qanunu uducu muhitden kecerken monoxromatik isiq destesinin intensivliyinin zeiflemesini mueyyen edir cox vaxt Buger qanunu adlanir Buger Lambert Ber qanunun numayisi Rodamin 6B nin hellindeki yasil lazer isiq Parlaq isiq seli maddenin hellinden kecerken zeifleyir HaqqindaI0 intensivlikli isiq destesi l qalinliqli uducu madde tebeqesinden layindan kecerken I I0 exp kll intensivliyine qeder azalir burada kl muxtelif dalga uzunlugu ucun muxtelif olan udulma emsalidir 1729 cu ilde Pyer Bugerin eksperimentle mueyyen etdiyi bu qanunu 1760 ci ilde I H Lambert sade ferziyyelerle nezeri cehetden esaslandirmisdir z qalinliqli madde tebeqesinden kecerken isigin intensivliyinin nisbi deyismesi dI I kl z tenliyi ile mueyyen olunur Bu tenliyin helli Buger Lambert Ber qanunu adlanir Fiziki mahiyyetiQanunun fiziki mahiyyeti udulmanin fotonitkisinin maddeden kecen isigin intensivliyinden asili olmamasidir lakin isigin cox boyuk intensivliklerinde qanun pozula biler ve bu halda kl intensivlikden asili olur 1852 ci ilde alman alimi A Ber bu qanunu uducu olmayan helledicilerdeki isiquducu madde mehlullari ucun umumilesdirmisdir Mehlullarda tetbiqiMehlullar ucun udulma emsali kl xlC seklinde yazila biler burada C hellolunmus maddenin konsentrasiyasi xl uducu madde molekulunun l dalga uzunluqlu isiqla qarsiliqli tesirini xarakterize eden yegane konsentrasiyali mehlulun udulma emsalidir ve konsentrasiyadan asili deyildir Ber dusturu vasitesile udulmani olcmekle kimyevi analizi murekkeb olan maddelerin konsentrasiyasini tez teyin etmek olur lakin uducu maddenin konsentrasiyasi kifayet qeder boyuk olduqda bu dusturdan kenara cixmalar musahide edilir IstinadlarBuger Lambert Ber qanunu Azerbaycan Milli Ensiklopediyasi 25 cildde V cild Baki 2009 Seh 40