Boudika və ya Boudikka (/ˈbuːdɪkə, boʊˈdɪkə/, ( *boudi "qələbə, qazanmaq" + *-kā "sahib olan" şəkilçisi, yəni "Qalib Qadın" mənasında, Latın salnamələrində Boadicea və ya Boudicea kimi, Uels dilində isə Buddug) – qədim Britaniya İkeni tayfasının kraliçası olub və eramızın 60 və ya 61-ci illərində Roma İmperiyasının işğalçı qüvvələrinə qarşı uğursuz üsyana rəhbərlik etmişdir. Boudika Britaniya milli qəhrəmanı və ədalət, müstəqillik uğrunda mübarizənin simvolu hesab olunur.
Boudikka | |
---|---|
irl. Boudīka lat. Voadicea | |
![]() | |
Doğum tarixi | təq. 30 |
Vəfat tarixi | 61 və ya 62 |
Vəfat səbəbi | zəhərlənmə[d] |
Uşağı | 2 |
Fəaliyyəti | hərbi lider, rəhbər, müqavimət döyüşçüsü |
![]() |
Boudikanın həyat yoldaşı Prasutaqus, iki qızının atası olmaqla, nominal olaraq Romanın müstəqil müttəfiqi kimi hakimiyyət sürürdü. O, vəsiyyətində krallığını qızları və Roma imperatoru arasında bölüşdürmüşdü. Lakin o, öldükdən sonra vəsiyyəti nəzərə alınmadı, krallıq ilhaq edildi və əmlakı müsadirə olundu. Roma tarixçisi Publi Korneli Tasitun məlumatına görə, Boudika qamçılanmış, qızları isə zorlanmışdır. Tarixçi Dion Kassinin yazdığına görə, əvvəlki imperatorun verdiyi bəxşişlər Britaniyanın nüfuzlu şəxslərindən geri alındı və Roma maliyyəçisi və filosofu Lusi Anney Seneka istəksiz brittlərə zorla verdiyi borcları geri tələb etdi.
Eramızın 60/61-ci illərində Boudika İkenilər və digər Britaniya tayfalarına rəhbərlik edərək üsyan qaldırdı. Onlar əvvəllər Trinovant tayfasının paytaxtı olmuş, lakin o dövrdə Roma əsgərlərinin təqaüdə çıxmış veteranları üçün koloniya sayılan Kamulodunumu (müasir Kolçester) məhv etdilər. Üsyan xəbərini eşidən Roma valisi Qay Suetonius Paulinus Mona (müasir Anglsi) adasından tələsik Londiniuma (o zaman 20 illik ticarət məntəqəsi idi və üsyançıların növbəti hədəfi sayılırdı) gəldi. O, şəhəri müdafiə edə bilməyəcəyini anlayaraq tərk etdi. Boudikanın ordusunun doqquzuncu ispan legionu bölməsini məğlub edərək Londinium və Verulamiumu yandırdı. Ümumilikdə, Boudikanın tərəfdarları təxminən 70,000–80,000 Roma əsgərini və brittlərı öldürdülər. Bu arada Suetonius qüvvələrini yenidən təşkil etdi, ehtimal ki, Qərbi Midlenddə və sayca az olmasına baxmayaraq, brittlərə qarşı qəti qələbə qazandı. Qısa müddət sonra Boudika ya intihar etdi, ya da xəstəlikdən öldü. 60/61-ci illərin bu böhranı imperator Neronu bütün Roma qoşunlarını Britaniyadan çıxarmaq barədə düşünməyə vadar etdi, lakin Suetoniusun Boudika üzərində qələbəsi Roma nəzarətini təsdiqlədi. Bu hadisələrə maraq İngilis intibahı dövründə yenidən canlandı və Viktoriya dövründə Boudikanın məşhurluğuna, eləcə də Britaniyada mədəni simvol kimi tanınmasına səbəb oldu.
Tarixi mənbələr
Boudikanın Roma İmperiyasına qarşı üsyanı klassik antik dövrə aid üç Roma tarixçisi tərəfindən yazılmış dörd əsərdə qeyd olunur: Tasitin Aqrikola (təxminən 98-ci il) və Annallar (təxminən 110-cu illər) əsərlərində; Suetoniusun Sezarların həyatı (121-ci il) əsərində üsyana qısa bir istinadda; və ən uzun təsvir isə Dion Kassinin Roma imperiyasının tarixi (təxminən 202–235-ci illər) əsərində yer alır.
Tasit üsyandan bir neçə il sonra yazmışdır, lakin onun qayınatası Qney Yulius Aqrikola hadisələrin canlı şahidi olmuş, çünki o, həmin dövrdə Suetonius Paulinusun rəhbərliyi altında Britaniyada tribun kimi xidmət etmişdi.
Dion Kassi isə Roma şəhəri və imperiyası haqqında tarixini Boudikanın ölümündən təxminən 140 il sonra yazmağa başlamışdır. Onun əsərinin böyük bir hissəsi itib və Boudika haqqında olan hissə yalnız XI əsr Bizans rahibi İoann Ksifilinusun xülasəsində qorunub saxlanılmışdır.
Dion Kassi Tasitdən daha təfərrüatlı və dramatik təsvirlər verir, lakin ümumilikdə onun məlumatlarının tez-tez uydurma olduğu düşünülür.
Həm Tasit, həm də Dion Kassi Boudikanın döyüş nitqlərinə dair təsvirlər vermişlər, lakin onun sözlərinin həyatda olduğu müddətdə yazıya alındığı ehtimal edilmir. Bu nitqlər, əslində, oxuculara qarşı tərəflərin tələbləri və müharibəyə yanaşmaları arasında müqayisə aparmaq imkanı yaratmaq və romalıları düşmənlərindən mənəvi baxımdan üstün göstərmək üçün uydurulmuşdur. Bununla belə, bu təsvirlər Boudikanın vətənpərvər obrazının formalaşmasına və onun əfsanəvi bir fiqur kimi tanınmasına kömək etmişdir.
Tarixçilərin böyük əksəriyyəti Boudikanı tarixi şəxsiyyət kimi qəbul edir, lakin kiçik bir qrup tədqiqatçı onun mövcudluğunu şübhə altına alır. Onlar bunu, onun haqqında dövrümüzə çatan müasir mənbələrin azlığı və arxeoloji sübutların olmaması ilə izah edirlər.
Filmlərdə və televiziya verilişləri
- Boudikka (1927), Britaniya istehsalı olan səssiz tarixi film, rejissor: Sinkleyr Hill, baş rolda: Fillis Nilson-Terri.
- Döyüşçü kraliça (1978), Britaniya televiziya serialı, yaradıcısı: Martin Mellett, baş rolda: Sian Fillips.
- Boudikka (2003), Britaniya bioqrafik-tarixi televiziya filmi, rejissor: Bill Anderson, baş rolda: Aleks Kinqston.
- Boudikka (2023), Britaniya istehsalı olan aksiya-dram filmi, rejissor: Cessi V. Conson, baş rolda: Olqa Kurilenko.
Musiqidə
- "Boudikka" (1987), Enyanın Enya adlı albomundan bir mahnı, BBC Records (Böyük Britaniya) və Atlantic Records (ABŞ) tərəfindən buraxılmışdır.
İstinadlar
- A Historical Dictionary of British Women (ing.). 2 Routledge, 2003. P. 59.
- Tacitus. The Annals. 2019-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-20.
- . Lives of the Caesars, Book VI: Nero // Suetonius (latın və ingilis). 2. tərəfindən tərcümə olunub. Cambridge, Massaschsetts: Harvard University Press. 1914. səh. 157. OCLC 647029284. 2024-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-20 – HathiTrust vasitəsilə.
"... a disaster in Britain where two important towns were sacked and great numbers of citizens and allies were butchered; ...
- Hingley, Unwin, 2006. səh. 52–53
- Hingley, Unwin, 2006. səh. 42–43
- Vandrei, 2018. səh. 4
- Grant, Michael. Greek and Roman Historians: Information and Misinformation. London: Routledge. 1995. 104–105. ISBN .
- Adler, Eric. "Boudica's Speeches in Tacitus and Dio". The Classical World. 101 (2). 2008: 173–195. doi:10.1353/clw.2008.0006. ISSN 0009-8418. JSTOR 25471937.
- Hoffman, Birgitta. The Roman Invasion of Britain: archaeology versus history. Barnsley, UK: Pen & Sword Books Limited. 2019. səh. 12. ISBN .
- Newark, Timothy. Women Warlords: an illustrated military history of female warriors. London: Blandford. 1989. səh. 86. ISBN .
- "Arxivlənmiş surət". 2025-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-20.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Boudika ve ya Boudikka ˈbuːdɪke boʊˈdɪke boudi qelebe qazanmaq ka sahib olan sekilcisi yeni Qalib Qadin menasinda Latin salnamelerinde Boadicea ve ya Boudicea kimi Uels dilinde ise Buddug qedim Britaniya Ikeni tayfasinin kralicasi olub ve eramizin 60 ve ya 61 ci illerinde Roma Imperiyasinin isgalci quvvelerine qarsi ugursuz usyana rehberlik etmisdir Boudika Britaniya milli qehremani ve edalet musteqillik ugrunda mubarizenin simvolu hesab olunur Boudikkairl Boudika lat VoadiceaDogum tarixi teq 30Vefat tarixi 61 ve ya 62Vefat sebebi zeherlenme d Usagi 2Fealiyyeti herbi lider rehber muqavimet doyuscusu Vikianbarda elaqeli mediafayllar Boudikanin heyat yoldasi Prasutaqus iki qizinin atasi olmaqla nominal olaraq Romanin musteqil muttefiqi kimi hakimiyyet sururdu O vesiyyetinde kralligini qizlari ve Roma imperatoru arasinda bolusdurmusdu Lakin o oldukden sonra vesiyyeti nezere alinmadi kralliq ilhaq edildi ve emlaki musadire olundu Roma tarixcisi Publi Korneli Tasitun melumatina gore Boudika qamcilanmis qizlari ise zorlanmisdir Tarixci Dion Kassinin yazdigina gore evvelki imperatorun verdiyi bexsisler Britaniyanin nufuzlu sexslerinden geri alindi ve Roma maliyyecisi ve filosofu Lusi Anney Seneka isteksiz brittlere zorla verdiyi borclari geri teleb etdi Eramizin 60 61 ci illerinde Boudika Ikeniler ve diger Britaniya tayfalarina rehberlik ederek usyan qaldirdi Onlar evveller Trinovant tayfasinin paytaxti olmus lakin o dovrde Roma esgerlerinin teqaude cixmis veteranlari ucun koloniya sayilan Kamulodunumu muasir Kolcester mehv etdiler Usyan xeberini esiden Roma valisi Qay Suetonius Paulinus Mona muasir Anglsi adasindan telesik Londiniuma o zaman 20 illik ticaret menteqesi idi ve usyancilarin novbeti hedefi sayilirdi geldi O seheri mudafie ede bilmeyeceyini anlayaraq terk etdi Boudikanin ordusunun doqquzuncu ispan legionu bolmesini meglub ederek Londinium ve Verulamiumu yandirdi Umumilikde Boudikanin terefdarlari texminen 70 000 80 000 Roma esgerini ve brittleri oldurduler Bu arada Suetonius quvvelerini yeniden teskil etdi ehtimal ki Qerbi Midlendde ve sayca az olmasina baxmayaraq brittlere qarsi qeti qelebe qazandi Qisa muddet sonra Boudika ya intihar etdi ya da xestelikden oldu 60 61 ci illerin bu bohrani imperator Neronu butun Roma qosunlarini Britaniyadan cixarmaq barede dusunmeye vadar etdi lakin Suetoniusun Boudika uzerinde qelebesi Roma nezaretini tesdiqledi Bu hadiselere maraq Ingilis intibahi dovrunde yeniden canlandi ve Viktoriya dovrunde Boudikanin meshurluguna elece de Britaniyada medeni simvol kimi taninmasina sebeb oldu Tarixi menbelerDion KassiPubli Korneli Tasit Boudikanin Roma Imperiyasina qarsi usyani klassik antik dovre aid uc Roma tarixcisi terefinden yazilmis dord eserde qeyd olunur Tasitin Aqrikola texminen 98 ci il ve Annallar texminen 110 cu iller eserlerinde Suetoniusun Sezarlarin heyati 121 ci il eserinde usyana qisa bir istinadda ve en uzun tesvir ise Dion Kassinin Roma imperiyasinin tarixi texminen 202 235 ci iller eserinde yer alir Tasit usyandan bir nece il sonra yazmisdir lakin onun qayinatasi Qney Yulius Aqrikola hadiselerin canli sahidi olmus cunki o hemin dovrde Suetonius Paulinusun rehberliyi altinda Britaniyada tribun kimi xidmet etmisdi Dion Kassi ise Roma seheri ve imperiyasi haqqinda tarixini Boudikanin olumunden texminen 140 il sonra yazmaga baslamisdir Onun eserinin boyuk bir hissesi itib ve Boudika haqqinda olan hisse yalniz XI esr Bizans rahibi Ioann Ksifilinusun xulasesinde qorunub saxlanilmisdir Dion Kassi Tasitden daha teferruatli ve dramatik tesvirler verir lakin umumilikde onun melumatlarinin tez tez uydurma oldugu dusunulur Hem Tasit hem de Dion Kassi Boudikanin doyus nitqlerine dair tesvirler vermisler lakin onun sozlerinin heyatda oldugu muddetde yaziya alindigi ehtimal edilmir Bu nitqler eslinde oxuculara qarsi tereflerin telebleri ve muharibeye yanasmalari arasinda muqayise aparmaq imkani yaratmaq ve romalilari dusmenlerinden menevi baximdan ustun gostermek ucun uydurulmusdur Bununla bele bu tesvirler Boudikanin vetenperver obrazinin formalasmasina ve onun efsanevi bir fiqur kimi taninmasina komek etmisdir Tarixcilerin boyuk ekseriyyeti Boudikani tarixi sexsiyyet kimi qebul edir lakin kicik bir qrup tedqiqatci onun movcudlugunu subhe altina alir Onlar bunu onun haqqinda dovrumuze catan muasir menbelerin azligi ve arxeoloji subutlarin olmamasi ile izah edirler Filmlerde ve televiziya verilisleriBoudikka 1927 Britaniya istehsali olan sessiz tarixi film rejissor Sinkleyr Hill bas rolda Fillis Nilson Terri Doyuscu kralica 1978 Britaniya televiziya seriali yaradicisi Martin Mellett bas rolda Sian Fillips Boudikka 2003 Britaniya bioqrafik tarixi televiziya filmi rejissor Bill Anderson bas rolda Aleks Kinqston Boudikka 2023 Britaniya istehsali olan aksiya dram filmi rejissor Cessi V Conson bas rolda Olqa Kurilenko Musiqide Boudikka 1987 Enyanin Enya adli albomundan bir mahni BBC Records Boyuk Britaniya ve Atlantic Records ABS terefinden buraxilmisdir IstinadlarA Historical Dictionary of British Women ing 2 Routledge 2003 P 59 ISBN 978 1 85743 228 2 Tacitus The Annals 2019 11 06 tarixinde arxivlesdirilib Istifade tarixi 2025 03 20 Lives of the Caesars Book VI Nero Suetonius latin ve ingilis 2 terefinden tercume olunub Cambridge Massaschsetts Harvard University Press 1914 seh 157 OCLC 647029284 2024 12 15 tarixinde arxivlesdirilib Istifade tarixi 2025 03 20 HathiTrust vasitesile a disaster in Britain where two important towns were sacked and great numbers of citizens and allies were butchered Hingley Unwin 2006 seh 52 53 Hingley Unwin 2006 seh 42 43 Vandrei 2018 seh 4 Grant Michael Greek and Roman Historians Information and Misinformation London Routledge 1995 104 105 ISBN 0415117704 Adler Eric Boudica s Speeches in Tacitus and Dio The Classical World 101 2 2008 173 195 doi 10 1353 clw 2008 0006 ISSN 0009 8418 JSTOR 25471937 Hoffman Birgitta The Roman Invasion of Britain archaeology versus history Barnsley UK Pen amp Sword Books Limited 2019 seh 12 ISBN 978 15267 5 663 3 Newark Timothy Women Warlords an illustrated military history of female warriors London Blandford 1989 seh 86 ISBN 978 07137 1 965 9 Arxivlenmis suret 2025 01 27 tarixinde arxivlesdirilib Istifade tarixi 2025 03 20