Behaym Martin (alm. Martin Behaim, latınca: Martinus de Bohemia, portuqal dilində: Martinho da Boémia; 6 oktyabr 1459, Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası – 29 iyul 1507, Lissabon, Portuqaliya krallığı) — XV əsrdə yaşamış məşhur alman kartoqrafı, alimi, uzun müddət Portuqaliya donanmasında xidmət etmiş dəniz səyyahı.
Behaym Martin | |
---|---|
alm. Martin Behaim | |
Doğum tarixi | 6 oktyabr 1459 |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyul 1507(47 yaşında) |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatının ilk mərhələsi
Behaym Martin Almaniyanın cənub-şərqində yerləşən Frankoniya əyalətinin azad Nürnberq şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Onun əcdadları Bogemiyadan bu şəhərə XIV əsrin əvvəllərində köçmüşlər. Onun atası Venesiya ilə ticarət edirdi və şəhər senatının üzvü seçilmişdir. Martin gənc yaşlarından atasının işlərində iştirak etmiş, 1474-cü ildə onun ölümündən sonra dayıları, parça ticarəti ilə məşğul olan Leonard və Yorius van Dorplarla birlikdə Frankfurt yarmarkasına getmişdir. O, 1478-ci ildə Antverpendə məskunlaşaraq boya emalatxanasında işləmiş və burada hesab elmini öyrənmişdir. Bəzi mənbələrə görə Behaym o dövrün ən dahi astronomu və riyaziyyatçısı İohann Müllerin yanında çalışmışdır.
Həyatının Portuqaliya dövrü
1484-cü ildə Behaym ilk dəfə ticarət məqsədilə Lissabona gəlmişdir. Həmin dövrdə Lissabonla Flandriya və Hanza arasında geniş ticarət əlaqələri var idi. Bir il sonra o, Portuqaliya kralı II Juanın cəngavərləri sırasına daxil olmuşdur. 1484-cü ildə o, Portuqaliya donanmasında xidmət edən yaxın dostu, Azor arxipelaqına daxil olan Piku və Fayal adalarının qubernatoru Yoss van Xurterin qızı ilə evlənərək Azorda məskunlaşmışdır. Nikah Behayma kral sarayına yaxınlaşmaq və saray astronomu və kartoqrafı vəzifəsinə təyin olunmasına təsir göstərdi.
İspaniya salnaməçisi Antonio de Errera "Hindistanın ümumi tarixi" əsərində sübut etməyə çalışmışdır ki, Behaym Kolumbla görüşmüş və qərb istiqamətində Hindistana səyahət etmək layihəsini onunla müzakirə etmişdir. Mənbələrdə Behaymın 1484-cü ildə Dioqu Kanın Afrika sahillərinə ekspedisiyasında iştirak etməsi barədə də məlumatlar vardır. Ekspedisiya 19 ay davam etmiş, səyahət zamanı portuqaliyalılar Qambiyanın və Qvineyanın o vaxta qədər Avropalılara məlum olmayan əyalətlərini kəşf etmiş, Konqı çayının mənbəyinə qədər gedib çatmışlar.
Nürnberqə qayıdış. Qlobusun hazırlanması
1490-cı ildə Behaym ticarət işləri ilə, həmçinin anasından qalan mirası almaq üçün doğma şəhəri Nürnberqə qayıtdı. Şəhər şurasının üzvü, coğrafi kəşflərlə maraqlanan, Misirə və Müqəddəs torpaqlara səyahət edən Georq Xoltsşuer onu inandıra bildi ki, şəhərdə qalsın və portuqaliyalıların sonuncu coğrafi kəşfləri də nəzərə alınmaqla qlobus yaratsın.
Behaym Martin 1492-ci ildə Yer kürəsinin böyük qlobusunu hazırlamışdır. O, bu qlobusu "Yer alması" adlandırmışdır. Behaym Yer səthini təsvir edərkən Ptolemeyin xəritəsindən istifadə etmişdir.
Mənbə
- Məktəblinin coğrafiya lüğəti. Bakı, 2006.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Deutsche Nationalbibliothek Record #118654829 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- https://ru.wikisource.org/wiki/%D0%AD%D0%A1%D0%91%D0%95/%D0%91%D0%B5%D0%B3%D0%B0%D0%B8%D0%BC,_%D0%9C%D0%B0%D1%80%D1%82%D1%8B%D0%BD Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine ЭСБЕ/Бегаим, Мартын
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Behaym Martin alm Martin Behaim latinca Martinus de Bohemia portuqal dilinde Martinho da Boemia 6 oktyabr 1459 Nurnberq Nurnberq Azad Imperiya seheri Muqeddes Roma imperiyasi 29 iyul 1507 Lissabon Portuqaliya kralligi XV esrde yasamis meshur alman kartoqrafi alimi uzun muddet Portuqaliya donanmasinda xidmet etmis deniz seyyahi Behaym Martinalm Martin Behaim Dogum tarixi 6 oktyabr 1459Dogum yeri Nurnberq Nurnberq Azad Imperiya seheri Muqeddes Roma imperiyasiVefat tarixi 29 iyul 1507 47 yasinda Vefat yeri Lissabon Portuqaliya kralligi Vikianbarda elaqeli mediafayllarHeyatinin ilk merhelesiBehaym Martin Almaniyanin cenub serqinde yerlesen Frankoniya eyaletinin azad Nurnberq seherinde varli tacir ailesinde anadan olmusdur Onun ecdadlari Bogemiyadan bu sehere XIV esrin evvellerinde kocmusler Onun atasi Venesiya ile ticaret edirdi ve seher senatinin uzvu secilmisdir Martin genc yaslarindan atasinin islerinde istirak etmis 1474 cu ilde onun olumunden sonra dayilari parca ticareti ile mesgul olan Leonard ve Yorius van Dorplarla birlikde Frankfurt yarmarkasina getmisdir O 1478 ci ilde Antverpende meskunlasaraq boya emalatxanasinda islemis ve burada hesab elmini oyrenmisdir Bezi menbelere gore Behaym o dovrun en dahi astronomu ve riyaziyyatcisi Iohann Mullerin yaninda calismisdir Heyatinin Portuqaliya dovru1484 cu ilde Behaym ilk defe ticaret meqsedile Lissabona gelmisdir Hemin dovrde Lissabonla Flandriya ve Hanza arasinda genis ticaret elaqeleri var idi Bir il sonra o Portuqaliya krali II Juanin cengaverleri sirasina daxil olmusdur 1484 cu ilde o Portuqaliya donanmasinda xidmet eden yaxin dostu Azor arxipelaqina daxil olan Piku ve Fayal adalarinin qubernatoru Yoss van Xurterin qizi ile evlenerek Azorda meskunlasmisdir Nikah Behayma kral sarayina yaxinlasmaq ve saray astronomu ve kartoqrafi vezifesine teyin olunmasina tesir gosterdi Ispaniya salnamecisi Antonio de Errera Hindistanin umumi tarixi eserinde subut etmeye calismisdir ki Behaym Kolumbla gorusmus ve qerb istiqametinde Hindistana seyahet etmek layihesini onunla muzakire etmisdir Menbelerde Behaymin 1484 cu ilde Dioqu Kanin Afrika sahillerine ekspedisiyasinda istirak etmesi barede de melumatlar vardir Ekspedisiya 19 ay davam etmis seyahet zamani portuqaliyalilar Qambiyanin ve Qvineyanin o vaxta qeder Avropalilara melum olmayan eyaletlerini kesf etmis Konqi cayinin menbeyine qeder gedib catmislar Nurnberqe qayidis Qlobusun hazirlanmasi1490 ci ilde Behaym ticaret isleri ile hemcinin anasindan qalan mirasi almaq ucun dogma seheri Nurnberqe qayitdi Seher surasinin uzvu cografi kesflerle maraqlanan Misire ve Muqeddes torpaqlara seyahet eden Georq Xoltssuer onu inandira bildi ki seherde qalsin ve portuqaliyalilarin sonuncu cografi kesfleri de nezere alinmaqla qlobus yaratsin Behaym Martin 1492 ci ilde Yer kuresinin boyuk qlobusunu hazirlamisdir O bu qlobusu Yer almasi adlandirmisdir Behaym Yer sethini tesvir ederken Ptolemeyin xeritesinden istifade etmisdir MenbeMekteblinin cografiya lugeti Baki 2006 IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Deutsche Nationalbibliothek Record 118654829 Umumi tenzimleme nezareti GND alm 2012 2016 https ru wikisource org wiki D0 AD D0 A1 D0 91 D0 95 D0 91 D0 B5 D0 B3 D0 B0 D0 B8 D0 BC D0 9C D0 B0 D1 80 D1 82 D1 8B D0 BD Arxivlesdirilib 2021 10 18 at the Wayback Machine ESBE Begaim Martyn