Bayram Bayramov (Bayram Sabir oğlu Bayramov; 1 yanvar 1968, Göyçə gölü hövzəsi[d] – 28 aprel 2014, Tümen vilayəti) — Azərbaycan kəşfiyyatçısı, 123-cü alayın kəşfiyyat bölüyünün komandiri.
Bayram Bayramov | |
---|---|
Bayram Sabir oğlu Bayramov | |
Doğum tarixi | |
Doğum yeri | Ermənistan SSR, Göyçə mahalı |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | Rusiya, Tümen vilayəti, Noyabrsk şəhəri |
Vəfat səbəbi | İnfarkt |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Uşağı | İslam Bayramov |
Atası | Sabir Bayramov |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Minsk Politexnik İnstitutu |
Həyatı
Bayram Bayramov 1968-ci il yanvarın 1-də Göyçə mahalında (Ermənistanın Krasnoselsk rayonunda) anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1985-ci ildə Minsk Politexnik İnstitutun Avtonəqliyyat fakültəsinə daxil olmuşdur.
1986-cı ildə sovet ordusu sıralarına çağırılmış, 1986-1988-ci illərdə iki illik hərbi xidməti başa vurduqdan sonra, Azərbaycana qayıtmışdır (ailəsi artıq Ermənistandan qovulub H.Z.Tağıyev qəsəbəsində yerləşdirilmişdir).
Ali təhsilini başa vurmaq üçün Minskə gedən B.Bayramov sonuncu kursda oxuyarkən Xocalı qırğınları başlamış, Bayramov təhsilini yarımçıq qoyaraq Sumqayıta qayıtmış və bir qrup gənclə müharibəyə könüllü göndərilmələri üçün hərbi komissarlığa müraciət etmişdir.
1993-cü ildə Bayramov Minskdən Azərbaycan Politexnik İnstitutuna keçirilmiş və təhsilini Bakıda qiyabi davam etdirmişdir.
1994-cü il mayın 8-də Azərbaycan-Ermənistan arasında atəşkəs müqaviləsi (Bişkek protokolu) imzalandıqdan sonra, Bayramov Rusiyaya köçmüşdür.
2014-cü il aprelin 28-də Bayram Bayramov Tümen vilayətinin Noyabrsk şəhərində infarktdan dünyasını dəyişmiş, Sumqayıt qəbirstanlığında dəfn olunmuşdur.
Ailəsi
Ailəli olan Bayram Bayramovun bir övladı var.
Döyüş yolu
Yüksək fiziki göstəricilərinə və savadına görə B. Bayramov kəşfiyyat - diversant hazırlığına göndərilmişdir. Hazırlıq kursu ağır olduğundan onu 300 nəfərdən 78 nəfər bitirə bilmişdir. Kursu bitirənlərin arasından İkinci Ordu Korpusun qərargah rəisi polkovnik İlham Aslanov 7 döyüşçünü, o cümlədən Bayramı korpusun sərəncamına aparmışdır.
- 1992-ci il avqustun əvvəlində leytenant Bayram Bayramov 123-cü alayın kəşfiyyat bölüyünün komandiri təyin olunmuşdur. Bayramov öz kəşfiyyat bölüyü ilə Ağdərə-Kəlbəcər yolunun açılması uğrunda döyüşlərdə fəal iştirak etmişdir.
- 1992-ci il avqustun 28-də Qızılqaya (Aryutunaqomer) kəndi uğrunda döyüşdə Bayramov kiçik qrupla düşmənə həlledici zərbə endirmişdir.
- 1992-ci il avqustun 29-da Verin Orataq kəndi uğrunda gedən döyüşdə 123-cü alayın 1-ci batalyonunun komandiri Xosrov Əhmədov ağır yaralanmışdır. Döyüşü idarə edən qərargah rəisi polkovnik-leytenant Nazim Bayramovun əmri ilə Bayram Bayramov və bir neçə kəşfiyyatçı Xosrov Əhmədovu döyüş meydanından çıxartmışdır. Xosrov Əhmədovun həyatını xilas etmək mümkün olmasa da, Bayramov və kəşfiyyatçıları komandir üçün həyatlarını riskə atıb, ağır döyüş tapşırığını yerinə yetirmişdilər.
- 1992-ci ilin oktyabrında "Laçın dəhlizi" əməliyyatı zamanı 123-cü alaya Qozlu-Finfə-Kalafalıq müdafiə xəttini tutmaq əmr olunmuşdur. Strateji yüksəklikləri ələ keçirmədən müdafiə xəttini tutmaq mümkün deyildi. Tapşırığı yerinə yetirən Bayram Bayramov öz bölüyündən 10 nəfər döyüşçü ilə (döyüşdə Ağdərənin Vaquas kəndi yaxınlığında şəhid olmuş, "İgidliyə görə" medalı kavaleri Xəqani Axundov da iştirak etmişdir) düşmən mövqeyinə hücum edərək əsas qüvvələrimizi çağırmışdır.
- 1992-ci ilin noyabrında kəşfiyyat-diversiya reydlərindən birində Bayramovun başçılıq etdiyi qrup Laçın rayonunun Kalafalıq kəndi yaxınlığında 30 nəfərlik "Artsiv" düşmən dəstəsini tamamilə məhv etmişdir.
- 1993-cü ilin yanvarında baş leytenant Bayram Bayramovu o zamanki Müdafiə Nazirinin sərəncamına keçirtdilər. O, döyüş yolunu orada davam etdirmişdir.
İstinadlar
- "Qarabağ döyüşlərinin qəhrəmanı vəfat etdi". 2017-07-02 tarixində . İstifadə tarixi: 2017-06-19.
- "Bayram Bayramov vəfat etdi". 2014-05-03 tarixində . İstifadə tarixi: 2017-06-19.
Xarici keçidlər
- BAYRAM BAYRAMOV / БАЙРАМ БАЙРАМОВ
- Bayram Bayramov /Qarabag veterani ile müharibe haqqinda söhbetimizden bir parcha
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu ad soyadli diger sexsler haqqinda da meqaleler var bax Bayram Bayramov deqiqlesdirme Bayram Bayramov Bayram Sabir oglu Bayramov 1 yanvar 1968 Goyce golu hovzesi d 28 aprel 2014 Tumen vilayeti Azerbaycan kesfiyyatcisi 123 cu alayin kesfiyyat boluyunun komandiri Bayram BayramovBayram Sabir oglu BayramovDogum tarixi 1 yanvar 1968Dogum yeri Ermenistan SSR Goyce mahaliVefat tarixi 28 aprel 2014 46 yasinda Vefat yeri Rusiya Tumen vilayeti Noyabrsk seheriVefat sebebi InfarktDefn yeri SumqayitVetendasligi AzerbaycanUsagi Islam BayramovAtasi Sabir BayramovMilliyyeti azerbaycanliTehsili Minsk Politexnik InstitutuHeyatiBayram Bayramov 1968 ci il yanvarin 1 de Goyce mahalinda Ermenistanin Krasnoselsk rayonunda anadan olmusdur Orta mektebi bitirdikden sonra 1985 ci ilde Minsk Politexnik Institutun Avtoneqliyyat fakultesine daxil olmusdur 1986 ci ilde sovet ordusu siralarina cagirilmis 1986 1988 ci illerde iki illik herbi xidmeti basa vurduqdan sonra Azerbaycana qayitmisdir ailesi artiq Ermenistandan qovulub H Z Tagiyev qesebesinde yerlesdirilmisdir Ali tehsilini basa vurmaq ucun Minske geden B Bayramov sonuncu kursda oxuyarken Xocali qirginlari baslamis Bayramov tehsilini yarimciq qoyaraq Sumqayita qayitmis ve bir qrup gencle muharibeye konullu gonderilmeleri ucun herbi komissarliga muraciet etmisdir 1993 cu ilde Bayramov Minskden Azerbaycan Politexnik Institutuna kecirilmis ve tehsilini Bakida qiyabi davam etdirmisdir 1994 cu il mayin 8 de Azerbaycan Ermenistan arasinda ateskes muqavilesi Biskek protokolu imzalandiqdan sonra Bayramov Rusiyaya kocmusdur 2014 cu il aprelin 28 de Bayram Bayramov Tumen vilayetinin Noyabrsk seherinde infarktdan dunyasini deyismis Sumqayit qebirstanliginda defn olunmusdur AilesiAileli olan Bayram Bayramovun bir ovladi var Doyus yoluYuksek fiziki gostericilerine ve savadina gore B Bayramov kesfiyyat diversant hazirligina gonderilmisdir Hazirliq kursu agir oldugundan onu 300 neferden 78 nefer bitire bilmisdir Kursu bitirenlerin arasindan Ikinci Ordu Korpusun qerargah reisi polkovnik Ilham Aslanov 7 doyuscunu o cumleden Bayrami korpusun serencamina aparmisdir 1992 ci il avqustun evvelinde leytenant Bayram Bayramov 123 cu alayin kesfiyyat boluyunun komandiri teyin olunmusdur Bayramov oz kesfiyyat boluyu ile Agdere Kelbecer yolunun acilmasi ugrunda doyuslerde feal istirak etmisdir 1992 ci il avqustun 28 de Qizilqaya Aryutunaqomer kendi ugrunda doyusde Bayramov kicik qrupla dusmene helledici zerbe endirmisdir 1992 ci il avqustun 29 da Verin Orataq kendi ugrunda geden doyusde 123 cu alayin 1 ci batalyonunun komandiri Xosrov Ehmedov agir yaralanmisdir Doyusu idare eden qerargah reisi polkovnik leytenant Nazim Bayramovun emri ile Bayram Bayramov ve bir nece kesfiyyatci Xosrov Ehmedovu doyus meydanindan cixartmisdir Xosrov Ehmedovun heyatini xilas etmek mumkun olmasa da Bayramov ve kesfiyyatcilari komandir ucun heyatlarini riske atib agir doyus tapsirigini yerine yetirmisdiler 1992 ci ilin oktyabrinda Lacin dehlizi emeliyyati zamani 123 cu alaya Qozlu Finfe Kalafaliq mudafie xettini tutmaq emr olunmusdur Strateji yukseklikleri ele kecirmeden mudafie xettini tutmaq mumkun deyildi Tapsirigi yerine yetiren Bayram Bayramov oz boluyunden 10 nefer doyuscu ile doyusde Agderenin Vaquas kendi yaxinliginda sehid olmus Igidliye gore medali kavaleri Xeqani Axundov da istirak etmisdir dusmen movqeyine hucum ederek esas quvvelerimizi cagirmisdir 1992 ci ilin noyabrinda kesfiyyat diversiya reydlerinden birinde Bayramovun basciliq etdiyi qrup Lacin rayonunun Kalafaliq kendi yaxinliginda 30 neferlik Artsiv dusmen destesini tamamile mehv etmisdir 1993 cu ilin yanvarinda bas leytenant Bayram Bayramovu o zamanki Mudafie Nazirinin serencamina kecirtdiler O doyus yolunu orada davam etdirmisdir Istinadlar Qarabag doyuslerinin qehremani vefat etdi 2017 07 02 tarixinde Istifade tarixi 2017 06 19 Bayram Bayramov vefat etdi 2014 05 03 tarixinde Istifade tarixi 2017 06 19 Xarici kecidlerBAYRAM BAYRAMOV BAJRAM BAJRAMOV Bayram Bayramov Qarabag veterani ile muharibe haqqinda sohbetimizden bir parcha