Bakı-Supsa neft kəməri (Qərb İxrac Boru Kəməri) — Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır. Uzunluğu 833 kilometr olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilmişdir. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci ilin dekabrında başlanmış və 1999-cu ilin martına qədər davam etmişdir. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənmişdir. QİBK obyektlərinə 3-ü Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası (hər ikisi Gürcüstandadır), 1 ərzinburaxma stansiyası (Azərbaycanda) aiddir. QİBK Supsada 4 rezervuara malikdir. Rezervuarların ümumi həcmi 1 milyon bareldir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 000 bareldən 1 milyon barelə qədərdir.
Bakı–Supsa neft kəməri | |
---|---|
Ümumi məlumatlar | |
Başlayır | Bakı |
Bitir | Supsa |
İstismara verilib | 17 aprel 1999 |
Operatoru | Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti |
Uzunluğu | 837 km |
Diametri | 530 mm |
Yerləşməsi | |
Ölkələr |
Hazırlıq işləri
1995-ci ilin oktyabr ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) rəhbər komitəsi ilkin neftin Rusiya və Gürcüstan ərazisi ilə ixracı üçün iki marşrut haqqında qərar qəbul etdikdən sonra neft boru kəmərlərinin çəkilişi ilə bağlı işlər intensivləşdi. Hər iki ölkənin hökuməti ilə danışıqlar paralel şəkildə aparılırdı. Rusiya ilə tranzit haqqında sənədlərin imzalanmasından bir ay keçməmiş, 1996-cı ilin mart ayının 8-də Azərbaycan Respublikası ilə Gürcüstan arasında ilkin neftin Gürcüstan ərazisindən nəql olunmasına dair hökumətlərarası saziş imzalandı. Sazişin imzalanması ilə Bakı-Supsa neft boru kəmərinin keçəcəyi marşrutun texniki-iqtisadi aspektlərinin öyrənilməsi və layihələşdirilməsi prosesi sürətləndi. Boru kəmərinin buraxılış gücü ildə təxminən 5 milyon ton nəzərdə tutulurdu. Səngəçal terminalından Supsa limanınadək uzunluğu 926 km olan boru kəmərinin 788 km-lik hissəsi istifadə üçün yararlı hesab edilirdi. Qalan 138 km məsafədə isə yeni neft borusunun çəkilməsi planlaşdırılırdı. Marşrut boyu 6 nasos stansiyası və ixrac olunan neftin qeydiyyatı sistemi quraşdırılmalı idi.
1996-cı il oktyabrın 10-da ABƏŞ-in iki illik fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə xarici neft şirkətləri konsorsiumu nümayəndələrinin bildirdiyinə görə, Qərb marşrutu layihəsinin 1997-ci ilin birinci rübündə hazır olması gözlənilirdi. Boru kəmərinin tikinti işlərinə həmin ilin mart ayında başlanması və 1998-ci ilin sonunda yekunlaşdırılması planlaşdırılırdı. ABƏŞ 1996-cı ilin dekabr ayında Qərb boru kəmərinin inşası üçün müsabiqə elan etdi. Müsabiqədə ABŞ, İtaliya, Avstraliya, Türkiyə, Fransa, Böyük Britaniya, Azərbaycan və s. ölkələrin şirkətləri iştirak edirdilər. Şirkətlərdən daxil olan təklifləri öyrənən ABƏŞ 1997-ci ilin aprelində Bakı-Supsa boru kəmərinin tikintisi və bərpası üçün tenderin yekunlarını elan etdi. Verilən məlumata görə boru kəmərinin Azərbaycan hissəsini "-" Azərbaycan-Türkiyə müştərək müəssisəsi, Gürcüstan hissəsini isə "Makkonnell Douell midl ist" şirkəti (Avstraliya) inşa etməli idi. Layihəyə görə, Səngəçal terminalından Gürcüstan sərhədlərinədək olan Azərbaycan ərazisində 421 km uzunluğunda mövcud boru xətti bərpa olunmalı və 47 km uzunluğunda hissəsi yenidən tikilməli idi. Gürcüstan ərazisində isə 340 km uzunluğunda boru kəmərinin bərpası, 39 km məsafədə isə yeni hissəsinin çəkilişi nəzərdə tutulurdu. ABƏŞ-in məlumatına görə Qərb boru kəmərinin tikintisinə 315 milyon dollar büdcə ayrılmışdı. Həmin vəsaitin 150 milyon dolları 1997-ci ildə, qalan hissəsi isə 1998-ci ildə inşa işləri başa çatanadək xərclənməli idi.
Tikintisi
Beləliklə, tikinti işlərini yerinə yetirən şirkətlərin seçilməsi və büdcənin müəyyən edilməsindən sonra boru kəmərinin inşasına başlanıldı. Tikintinin başlanmasındakı ləngimə işlərin sıx qrafiklə aparılmasına sövq edirdi. Digər tərəfdən, gərgin iş rejiminin müəyyən olunması həm də onunla bağlı idi ki, Şimal boru kəmərinin gözlənilən vaxtda işə düşəcəyinə bəslənilən ümidlər də özünü doğrultmadı. Belə ki, 1996-cı ilin dekabrında Bakı-Novorossiysk boru xəttinə vurulmağa başlayan Azərbaycan nefti 1997-ci ilin fevral ayında iki ölkənin sərhədinə çatsa da, Rusiya onu qəbul edib Qara dəniz limanına ötürməyə hazır olmadı. Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqlinin əvvəlcə may ayına keçirilməsinə baxmayaraq, bu prosesə yalnız oktyabrın 25-də başlamaq mümkün oldu. Buna görə də Qərb boru kəmərinin nəzərdə tutulan vaxtda tikilərək istifadəyə verilməsi Azərbaycanın və xarici neft şirkətlərinin maraqlarına uyğun idi.
İlk dövrdə boru kəmərinin tikintisi tərtib olunmuş qrafikə əsasən aparılırdı. Lakin podratçı şirkətlər 1998-ci ilin əvvəlində boru xəttinin mövcud hissəsində sınaq işləri həyata keçirdiyi zaman vaxtilə çəkilmiş boruların təzyiqə davam gətirmədiyi üzə çıxdı. Buna görə də ABƏŞ nümayəndələri kəmərin həmin hissəsində yeni boruların çəkilməsinin zəruriliyini əsas götürərək, 1998-ci ilin mart ayında bildirdilər ki, Qərb boru kəmərinin inşası nəzərdə tutulduğu kimi, ilin sonunda başa çatmayacaq. Beləliklə, aydın oldu ki, tikinti işləri ərəfəsində Bakı-Supsa boru kəmərinin vəziyyətini öyrənən ABƏŞ-in podratçı şirkəti "Fluor Daniel" qiymətləndirmədə səhvə yol vermişdir. Aparılan sınağın nəticələri layihənin büdcəsinin artırılmasını zəruri edirdi.
1998-ci ilin aprelində ABƏŞ-in rəhbər komitəsinin iclasında Qərb boru kəmərinin çəkilməsi üçün nəzərdə tutulan büdcənin 315 milyon ABŞ dollarından 590 milyon dollara qədər artırılması haqqında qərar qəbul edildi. Layihənin texniki göstəriciləri dəyişmirdi. Yəni, kəmər 24 düymlük borularla inşa edilməli idi. ARDNŞ boru kəmərinin buraxılış qabiliyyətinin ildə 5 milyon ton həcmində saxlanmaqla büdcəsinin artırılmasına etiraz etdi. Həmin texniki göstəricilərlə Qərb boru kəmərinin öz xərclərini ödəməyəcəyini əsas götürən ARDNŞ onun tikintisinə tələb olunan əlavə 275 milyon dolların ABƏŞ-ə qaytarılmayacağını bildirdi. Bununla da ARDNŞ ilə xarici neft şirkətləri arasında fikir ayrılığı yarandı. Azərbaycan öz maraqlarını qoruyaraq tələb olunan əlavə maliyyə vəsaitinin səhvə yol vermiş podratçı şirkət tərəfindən ödənilməli olduğunu əsaslandırırdı. Xarici şirkətlər isə bu mövqe ilə razılaşmaq istəmirdilər. Belə halda layihənin reallaşması təhlükə ilə üzləşirdi.
Yaranmış vəziyyətdən çıxış yolu kimi, Azərbaycan boru kəmərinin buraxılış gücünün artırılmasını təklif etdi. Bu təklifə görə, boru kəməri diametrinin 24 düymdən 42 düymə qədər genişləndirilməsi məqbul hesab edilirdi. Belə şəraitdə layihənin büdcəsi 1 milyard dollara çata bilərdi. Amma ARDNŞ-in mövqeyi ondan ibarət idi ki, Qərb boru kəmərinin yeni variantda inşası gələcəkdə onun Bakı-Ceyhan Əsas İxrac Boru Kəmərinin bir hissəsi kimi istifadə olunmasına imkan verdiyi üçün əlavə maliyyə vəsaitinin sərfiyyatına haqq qazandırmaq olardı. Lakin xarici neft şirkətləri ARDNŞ-in təklifini qəbul etmədilər və mayın 27-də rəhbər komitənin iclasında Qərb boru kəmərinin tikintisini ABƏŞ-in öz maliyyə vəsaiti hesabına başa çatdırmaq haqqında qərar qəbul olundu. Beləliklə, ARDNŞ ilə ABƏŞ arasında fikir ayrılığına baxmayaraq, layihənin icrası davam etdirildi. Qərb boru kəmərinin xərclərinin ödənilməsi məsələsində razılıq əldə olunmasa da, konsorsium onun tikintisində qətiyyət göstərdi və 1998-ci ilin sonunda işi əsasən başa çatdırdı. Artıq dekabrın 10-da Bakı-Supsa kəmərinin "Əsrin müqaviləsi" çərçivəsində hasil olunmuş ilkin neft ilə doldurulmasına başlanıldı. Boru kəmərinin doldurulmasına bir neçə ay tələb olunurdu. Həmin müddət ərzində Supsa terminalının inşası başa çatdırılmalı idi. Bütün işlərin 1999-cu ilin aprelində yekunlaşdırılması nəzərdə tutulurdu.
Tikinti işləri qrafik üzrə aparılırdı. Gürcüstan boru kəməri şirkətinin 1999-cu il fevralın 20-də yaydığı bəyanatda Supsa limanında üzən neftvurma terminalının quraşdırılmasının sona çatdığı bildirilirdi (8). Sahildən 3 km aralı inşa edilmiş və dənizdə ən güclü qasırğaya davamlı olan terminalda tutumu 150 min tona çatan tankerlərin neftlə doldurulması mümkün idi. 1998-ci ilin dekabrında Səngəçal terminalından vurulan xam neft 1999-cu il martın 11-də Supsa terminalına çatdı (19). Burada neftin çənlərə doldurulması ilə Bakı-Supsa ixrac boru kəmərinin fəaliyyətə başlaması üçün son hazırlıq işlərinə start verildi. Aprelin 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, habelə ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb ixrac boru kəmərinin və Supsa terminalının rəsmi açılış mərasimi oldu.
Texniki göstəricilər
Texniki göstəricilərinə görə regionda fərqlənən Qərb boru kəmərinin uzunluğu 827 kilometrdir. Diametri 530 mm olan kəmərin 772 kilometrlik hissəsi yeni polad borulardan çəkilmiş, qalan 55 kilometrlik sahəsi isə əsaslı təmir olunmuşdur. Boru kəmərinin sabit fəaliyyətinin təmin edilməsi üçün 6 nasos və 2 təzyiqazaldan stansiya quraşdırılmışdır. İllik nəqletmə gücü 5,1 milyon ton (gündəlik ötürmə qabiliyyəti 115 min barrel) olan Qərb boru kəmərindən axan neftin qəbul edilməsi məqsədilə Supsa terminalında hər birinin tutumu 250 min barrel (ümumi həcmi 400 min ton) təşkil edən 4 neft çəni tikilmişdir.
Əhəmiyyəti
Bakı-Supsa neft kəməri Azərbaycan və Gürcüstanın iqtisadi və siyasi inkişafında mühüm rol oynayır. Regionda investisiya qoyuluşunun artmasında, sosial rifahın yüksəlməsində, siyasi sabitliyin təmin olunmasında Qərb boru kəmərinin özünəməxsus yeri var. Onun inşa olunmasında iştirak edən 4 min nəfərdən artıq işçinin 70 faizi Azərbaycan və Gürcüstan vətəndaşları olmuşdur. Boru kəmərinin neft şirkətləri üçün iqtisadi səmərəliliyi müəyyən olunmuş nəqletmə tarifləri ilə şərtlənirdi. Əgər Novorossiysk limanına çıxan Şimal boru kəməri ilə hər ton neftə görə tarif 15, 67 dollar təşkil edirdisə, Bakı-Supsa Qərb ixrac marşrutu ilə 1 ton neftin nəqletmə tarifi 3,14 dollar (1 barrelə görə isə 0,43 dollar) idi. Həmin tranzit tarifinin hər ton neft üçün 1,20 dolları (hər barrel üçün 0,17 dollar) Gürcüstanın, qalanı isə Azərbaycanın payına düşürdü. Beləliklə, Şimal marşrutu ilə müqayisədə daşınma tariflərinin xeyli aşağı olması Qərb boru kəmərinin rəqabət qabiliyyətini ciddi şəkildə artırırdı. Buna görə də Bakı-Supsa ixrac boru kəmərinin istifadə olunması həm xarici neft şirkətləri, həm də Azərbaycan üçün iqtisadi baxımdan sərfəli idi. Hesablamalara görə, neftin Qərb boru kəməri ilə ixrac edilməsi o zamankı qiymətlərlə Azərbaycana ildə 70-100 milyon dollar qənaət etməyə imkan yaradırdı.
Bakı-Supsa boru kəmərinin texniki-iqtisadi baxımdan sərfəli olması ABƏŞ-in bu marşrutun imkanlarından maksimum istifadə etməsini şərtləndirirdi. Lakin 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi və son illərdə "Əsrin müqaviləsi" çərçivəsində hasilatın səviyyəsinin aşağı düşməsi Bakı-Supsa boru kəməri ilə nəql olunan neftin azlmasına səbəb oldu. Əgər 2012-ci ildə Bakı-Supsa marşrutu ilə 4 milyon ton neft ixracı planlaşdırılırdısa, həmin boru xətti ilə nəql olunan neftin həcmi 2 milyon 742 min ton təşkil etdi.
Həmçinin bax
İstinadlar
- . 2014-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-20.
- "İxrac marşrutlarının şaxələndirilməsi: Bakı-Supsa neft boru kəməri". 2022-03-25 tarixində . İstifadə tarixi: 2014-03-20.
Xarici keçidlər
- bp Bakı-Supsa kəmərinin fəaliyyətini müvəqqəti dayandırıb
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Baki Supsa neft kemeri Qerb Ixrac Boru Kemeri Xezerin Azerbaycan sektorunda hasil edilen neftin Gurcustandan kecmekle dunya bazarlarina neqlini heyata kecirir Xam neft Gurcustanin Supsa terminalinda tankerlere yuklenerek Bosfor bogazindan kecmekle Avropa bazarlarina yola salinir Uzunlugu 833 kilometr olan QIBK Sengecal terminalindan baslayaraq Gurcustan sahilindeki Supsa terminalina qeder uzanir Diametri 530 mm olan kemer 1997 1998 ci iller erzinde tikilmisdir Bu xett uzre borularin doldurulmasina 1998 ci ilin dekabrinda baslanmis ve 1999 cu ilin martina qeder davam etmisdir Supsada ilk defe neft 1999 cu il aprelin 8 de gemilere yuklenmisdir QIBK obyektlerine 3 u Azerbaycanda 3 u Gurcustanda olmaqla 6 nasos stansiyasi 2 tezyiqazaltma stansiyasi her ikisi Gurcustandadir 1 erzinburaxma stansiyasi Azerbaycanda aiddir QIBK Supsada 4 rezervuara malikdir Rezervuarlarin umumi hecmi 1 milyon bareldir Kemerin gemiyukleme qabiliyyeti 600 000 barelden 1 milyon barele qederdir Baki Supsa neft kemeriUmumi melumatlarBaslayir BakiBitir SupsaIstismara verilib 17 aprel 1999Operatoru Azerbaycan Beynelxalq Emeliyyat SirketiUzunlugu 837 kmDiametri 530 mmYerlesmesiOlkeler Azerbaycan GurcustanKemerin kecdiyi eraziHazirliq isleri1995 ci ilin oktyabr ayinda Azerbaycan Beynelxalq Emeliyyat Sirketinin ABES rehber komitesi ilkin neftin Rusiya ve Gurcustan erazisi ile ixraci ucun iki marsrut haqqinda qerar qebul etdikden sonra neft boru kemerlerinin cekilisi ile bagli isler intensivlesdi Her iki olkenin hokumeti ile danisiqlar paralel sekilde aparilirdi Rusiya ile tranzit haqqinda senedlerin imzalanmasindan bir ay kecmemis 1996 ci ilin mart ayinin 8 de Azerbaycan Respublikasi ile Gurcustan arasinda ilkin neftin Gurcustan erazisinden neql olunmasina dair hokumetlerarasi sazis imzalandi Sazisin imzalanmasi ile Baki Supsa neft boru kemerinin kececeyi marsrutun texniki iqtisadi aspektlerinin oyrenilmesi ve layihelesdirilmesi prosesi suretlendi Boru kemerinin buraxilis gucu ilde texminen 5 milyon ton nezerde tutulurdu Sengecal terminalindan Supsa limaninadek uzunlugu 926 km olan boru kemerinin 788 km lik hissesi istifade ucun yararli hesab edilirdi Qalan 138 km mesafede ise yeni neft borusunun cekilmesi planlasdirilirdi Marsrut boyu 6 nasos stansiyasi ve ixrac olunan neftin qeydiyyati sistemi qurasdirilmali idi 1996 ci il oktyabrin 10 da ABES in iki illik fealiyyetinin yekunlarina hesr olunmus musavirede xarici neft sirketleri konsorsiumu numayendelerinin bildirdiyine gore Qerb marsrutu layihesinin 1997 ci ilin birinci rubunde hazir olmasi gozlenilirdi Boru kemerinin tikinti islerine hemin ilin mart ayinda baslanmasi ve 1998 ci ilin sonunda yekunlasdirilmasi planlasdirilirdi ABES 1996 ci ilin dekabr ayinda Qerb boru kemerinin insasi ucun musabiqe elan etdi Musabiqede ABS Italiya Avstraliya Turkiye Fransa Boyuk Britaniya Azerbaycan ve s olkelerin sirketleri istirak edirdiler Sirketlerden daxil olan teklifleri oyrenen ABES 1997 ci ilin aprelinde Baki Supsa boru kemerinin tikintisi ve berpasi ucun tenderin yekunlarini elan etdi Verilen melumata gore boru kemerinin Azerbaycan hissesini Azerbaycan Turkiye musterek muessisesi Gurcustan hissesini ise Makkonnell Douell midl ist sirketi Avstraliya insa etmeli idi Layiheye gore Sengecal terminalindan Gurcustan serhedlerinedek olan Azerbaycan erazisinde 421 km uzunlugunda movcud boru xetti berpa olunmali ve 47 km uzunlugunda hissesi yeniden tikilmeli idi Gurcustan erazisinde ise 340 km uzunlugunda boru kemerinin berpasi 39 km mesafede ise yeni hissesinin cekilisi nezerde tutulurdu ABES in melumatina gore Qerb boru kemerinin tikintisine 315 milyon dollar budce ayrilmisdi Hemin vesaitin 150 milyon dollari 1997 ci ilde qalan hissesi ise 1998 ci ilde insa isleri basa catanadek xerclenmeli idi TikintisiBelelikle tikinti islerini yerine yetiren sirketlerin secilmesi ve budcenin mueyyen edilmesinden sonra boru kemerinin insasina baslanildi Tikintinin baslanmasindaki lengime islerin six qrafikle aparilmasina sovq edirdi Diger terefden gergin is rejiminin mueyyen olunmasi hem de onunla bagli idi ki Simal boru kemerinin gozlenilen vaxtda ise duseceyine beslenilen umidler de ozunu dogrultmadi Bele ki 1996 ci ilin dekabrinda Baki Novorossiysk boru xettine vurulmaga baslayan Azerbaycan nefti 1997 ci ilin fevral ayinda iki olkenin serhedine catsa da Rusiya onu qebul edib Qara deniz limanina oturmeye hazir olmadi Azerbaycan neftinin Rusiya erazisi ile neqlinin evvelce may ayina kecirilmesine baxmayaraq bu prosese yalniz oktyabrin 25 de baslamaq mumkun oldu Buna gore de Qerb boru kemerinin nezerde tutulan vaxtda tikilerek istifadeye verilmesi Azerbaycanin ve xarici neft sirketlerinin maraqlarina uygun idi Ilk dovrde boru kemerinin tikintisi tertib olunmus qrafike esasen aparilirdi Lakin podratci sirketler 1998 ci ilin evvelinde boru xettinin movcud hissesinde sinaq isleri heyata kecirdiyi zaman vaxtile cekilmis borularin tezyiqe davam getirmediyi uze cixdi Buna gore de ABES numayendeleri kemerin hemin hissesinde yeni borularin cekilmesinin zeruriliyini esas goturerek 1998 ci ilin mart ayinda bildirdiler ki Qerb boru kemerinin insasi nezerde tutuldugu kimi ilin sonunda basa catmayacaq Belelikle aydin oldu ki tikinti isleri erefesinde Baki Supsa boru kemerinin veziyyetini oyrenen ABES in podratci sirketi Fluor Daniel qiymetlendirmede sehve yol vermisdir Aparilan sinagin neticeleri layihenin budcesinin artirilmasini zeruri edirdi 1998 ci ilin aprelinde ABES in rehber komitesinin iclasinda Qerb boru kemerinin cekilmesi ucun nezerde tutulan budcenin 315 milyon ABS dollarindan 590 milyon dollara qeder artirilmasi haqqinda qerar qebul edildi Layihenin texniki gostericileri deyismirdi Yeni kemer 24 duymluk borularla insa edilmeli idi ARDNS boru kemerinin buraxilis qabiliyyetinin ilde 5 milyon ton hecminde saxlanmaqla budcesinin artirilmasina etiraz etdi Hemin texniki gostericilerle Qerb boru kemerinin oz xerclerini odemeyeceyini esas goturen ARDNS onun tikintisine teleb olunan elave 275 milyon dollarin ABES e qaytarilmayacagini bildirdi Bununla da ARDNS ile xarici neft sirketleri arasinda fikir ayriligi yarandi Azerbaycan oz maraqlarini qoruyaraq teleb olunan elave maliyye vesaitinin sehve yol vermis podratci sirket terefinden odenilmeli oldugunu esaslandirirdi Xarici sirketler ise bu movqe ile razilasmaq istemirdiler Bele halda layihenin reallasmasi tehluke ile uzlesirdi Yaranmis veziyyetden cixis yolu kimi Azerbaycan boru kemerinin buraxilis gucunun artirilmasini teklif etdi Bu teklife gore boru kemeri diametrinin 24 duymden 42 duyme qeder genislendirilmesi meqbul hesab edilirdi Bele seraitde layihenin budcesi 1 milyard dollara cata bilerdi Amma ARDNS in movqeyi ondan ibaret idi ki Qerb boru kemerinin yeni variantda insasi gelecekde onun Baki Ceyhan Esas Ixrac Boru Kemerinin bir hissesi kimi istifade olunmasina imkan verdiyi ucun elave maliyye vesaitinin serfiyyatina haqq qazandirmaq olardi Lakin xarici neft sirketleri ARDNS in teklifini qebul etmediler ve mayin 27 de rehber komitenin iclasinda Qerb boru kemerinin tikintisini ABES in oz maliyye vesaiti hesabina basa catdirmaq haqqinda qerar qebul olundu Belelikle ARDNS ile ABES arasinda fikir ayriligina baxmayaraq layihenin icrasi davam etdirildi Qerb boru kemerinin xerclerinin odenilmesi meselesinde raziliq elde olunmasa da konsorsium onun tikintisinde qetiyyet gosterdi ve 1998 ci ilin sonunda isi esasen basa catdirdi Artiq dekabrin 10 da Baki Supsa kemerinin Esrin muqavilesi cercivesinde hasil olunmus ilkin neft ile doldurulmasina baslanildi Boru kemerinin doldurulmasina bir nece ay teleb olunurdu Hemin muddet erzinde Supsa terminalinin insasi basa catdirilmali idi Butun islerin 1999 cu ilin aprelinde yekunlasdirilmasi nezerde tutulurdu Tikinti isleri qrafik uzre aparilirdi Gurcustan boru kemeri sirketinin 1999 cu il fevralin 20 de yaydigi beyanatda Supsa limaninda uzen neftvurma terminalinin qurasdirilmasinin sona catdigi bildirilirdi 8 Sahilden 3 km arali insa edilmis ve denizde en guclu qasirgaya davamli olan terminalda tutumu 150 min tona catan tankerlerin neftle doldurulmasi mumkun idi 1998 ci ilin dekabrinda Sengecal terminalindan vurulan xam neft 1999 cu il martin 11 de Supsa terminalina catdi 19 Burada neftin cenlere doldurulmasi ile Baki Supsa ixrac boru kemerinin fealiyyete baslamasi ucun son hazirliq islerine start verildi Aprelin 17 de Supsada Azerbaycan Gurcustan ve Ukrayna prezidentlerinin habele ABS prezidentinin ve dovlet katibinin Xezer regionu uzre xususi musavirinin istiraki ile Qerb ixrac boru kemerinin ve Supsa terminalinin resmi acilis merasimi oldu Texniki gostericilerTexniki gostericilerine gore regionda ferqlenen Qerb boru kemerinin uzunlugu 827 kilometrdir Diametri 530 mm olan kemerin 772 kilometrlik hissesi yeni polad borulardan cekilmis qalan 55 kilometrlik sahesi ise esasli temir olunmusdur Boru kemerinin sabit fealiyyetinin temin edilmesi ucun 6 nasos ve 2 tezyiqazaldan stansiya qurasdirilmisdir Illik neqletme gucu 5 1 milyon ton gundelik oturme qabiliyyeti 115 min barrel olan Qerb boru kemerinden axan neftin qebul edilmesi meqsedile Supsa terminalinda her birinin tutumu 250 min barrel umumi hecmi 400 min ton teskil eden 4 neft ceni tikilmisdir EhemiyyetiBaki Supsa neft kemeri Azerbaycan ve Gurcustanin iqtisadi ve siyasi inkisafinda muhum rol oynayir Regionda investisiya qoyulusunun artmasinda sosial rifahin yukselmesinde siyasi sabitliyin temin olunmasinda Qerb boru kemerinin ozunemexsus yeri var Onun insa olunmasinda istirak eden 4 min neferden artiq iscinin 70 faizi Azerbaycan ve Gurcustan vetendaslari olmusdur Boru kemerinin neft sirketleri ucun iqtisadi semereliliyi mueyyen olunmus neqletme tarifleri ile sertlenirdi Eger Novorossiysk limanina cixan Simal boru kemeri ile her ton nefte gore tarif 15 67 dollar teskil edirdise Baki Supsa Qerb ixrac marsrutu ile 1 ton neftin neqletme tarifi 3 14 dollar 1 barrele gore ise 0 43 dollar idi Hemin tranzit tarifinin her ton neft ucun 1 20 dollari her barrel ucun 0 17 dollar Gurcustanin qalani ise Azerbaycanin payina dusurdu Belelikle Simal marsrutu ile muqayisede dasinma tariflerinin xeyli asagi olmasi Qerb boru kemerinin reqabet qabiliyyetini ciddi sekilde artirirdi Buna gore de Baki Supsa ixrac boru kemerinin istifade olunmasi hem xarici neft sirketleri hem de Azerbaycan ucun iqtisadi baximdan serfeli idi Hesablamalara gore neftin Qerb boru kemeri ile ixrac edilmesi o zamanki qiymetlerle Azerbaycana ilde 70 100 milyon dollar qenaet etmeye imkan yaradirdi Baki Supsa boru kemerinin texniki iqtisadi baximdan serfeli olmasi ABES in bu marsrutun imkanlarindan maksimum istifade etmesini sertlendirirdi Lakin 2005 ci ilde Baki Tbilisi Ceyhan neft kemerinin istifadeye verilmesi ve son illerde Esrin muqavilesi cercivesinde hasilatin seviyyesinin asagi dusmesi Baki Supsa boru kemeri ile neql olunan neftin azlmasina sebeb oldu Eger 2012 ci ilde Baki Supsa marsrutu ile 4 milyon ton neft ixraci planlasdirilirdisa hemin boru xetti ile neql olunan neftin hecmi 2 milyon 742 min ton teskil etdi Hemcinin baxBaki Batum neft kemeriIstinadlar 2014 04 14 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 03 20 Ixrac marsrutlarinin saxelendirilmesi Baki Supsa neft boru kemeri 2022 03 25 tarixinde Istifade tarixi 2014 03 20 Xarici kecidlerbp Baki Supsa kemerinin fealiyyetini muveqqeti dayandirib