Aşıq Əbülfəz Şahtaxtılı (Kəngərli) (9 oktyabr 1944, Şahtaxtı, Noraşen rayonu) — Naxçıvan aşığı.
Aşıq Əbülfəz Şahtaxtılı (Kəngərli) | |
---|---|
Doğum tarixi | 9 oktyabr 1944 (79 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Aşıq və şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | Aşıq şeirləri |
Aşığın həyat və yaradıcılığı
Çağdaş Naxçıvan aşıqlarından olan Aşıq Əbülfəz Şahtaxtılı (Kəngərli) 1944-cü il oktyabrın 9-da Naxçıvanın Şahtaxtı kəndində anadan olmuş, orta təhsilini həmin kənddə almışdır. 13-14 yaşlarından aşıqlıq sənətinə həvəs göstərdiyi üçün Xəlilli kəndinin tanınmış aşıqlarından olan Aşıq Bayraməlinin yanında şəyirdlik etmiş və aşıqlıq sənətini ondan öyrənmişdir. Bu sənətin sirlərini mənimsəyən Əbülfəz bir müddətdən sonra özü də Naxçıvanda istedadlı aşıq kimi tanınmış, el məclislərində iştirak etmişdir.
Aşıq Əbülfəzin özünün söylədiyinə görə o, bir müddət Şərur mədəniyyət evində aşıq kimi çalışmış, 1973-cü ildən 1985-ci ilədək Şahtaxtı mədəniyyət evinin müdiri vəzifəsində işləmişdir. Sonralar Qarabağlar kəndinə köçmüş və bir müddət orada yaşamışdır. Daha sonra o, Qazaxıstana getmiş və bir müddət orada Çimkənd vilayətinin Karnilovka kəndində yaşamışdır. Hazırda Bakı şəhərində yaşayır.
1979-cu ildə Şəmkirdə keçirilən aşıqlar qurultayında iştirak edən Aşıq Əbülfəz bu qurultayda keçirilən müsabiqədə ikinci yerə layiq görülmüşdür.
Aşıq Əbülfəz xalq arasında istedadlı aşıq kimi tanındığı üçün Azərbaycanda keçirilən bir sıra tədbirlərə, aşıqların yubileylərinə dəvətlər almışdır. O, Aşıq Alının 180 illik yubileyində, Aşıq Ələsgərin 150 illik yubileyində iştirak etmiş, məhsul bayramlarında və bir sıra dövlət tədbirlərində istedadlı aşıq kimi çıxışlar edib alqışlanmışdır.
Aşıq Əbülfəz Naxçıvan aşıq mühiti ilə yaxından bağlı olmuşdur. O, Naxçıvanda Xəlilli kəndinin aşığı olan Aşıq Bayraməlidən aşıqlıq sənətini öyrəndikdən sonra Naxçıvanda Aşıq Qulu, Aşıq Fətullah, Aşıq Sultan, Aşıq Həsən, Aşıq Mirzalı, Aşıq Əli Şəhriyarlı, Aşıq İbrahim, Cəhri kəndinin aşıqlarından Aşıq Südeyib, Aşıq Qulu, Şahbuz aşıq və şairlərindən Sərraf Qasım, Aşıq Fərrux, Aşıq Hidayət, Nəzərəbaddan Aşıq Kərim, Aşıq Məhəmmədəli, Sədərəkdən Aşıq Yusif, Xokdan Aşıq Ələsgər, və Qafar kimi xalq aşıq və el şairləri ilə dostluq etmişdir.
Aşıq Əbülfəz Şahtaxtlı Azərbaycanın istedadlı şair aşıqlarından biridir və onun aşıq şeri janrlarında bir çox mövzuları əhatə edən şeirləri var.
Deyişmələri
Naxçıvanın çağdaş aparıcı aşıq və şair nümayəndələrindən olan Sərraf Qasım da Aşıq Əbülfəzlə yaxından dostluq etmiş, onlar arasında çox sıx yaradıcılıq əlaqələri olmuşdur. Aşıq Əbülfəzin ədəbi irsi içərisində onun Sərraf Qasımla dostluğunu və yaradıcılıq əlaqələrini təsdiq edən deyişmə və şeirləri də vardır. Aşıq Əbülfəzlə Sərraf Qasımın aşağıdakı deyişməsi didaktik-əxlaqi mahiyyətdədir, həm də tərbiyəvi-əxlaqi, millilik, azadlıq və vətənsevərlik baxımından çox dəyərlidir. Dastansayağı üslubda verilən deyişmədə hər iki aşıq-şair özlərinin mərdanəlik, dostluq, vəfadarlıq, əliaçıqlıq, təkəbbürlülük, acgözlülük, sadəlik, səxavətlilik haqqındakı nəsihətamiz fikirlərini ifadə edirlər. Deyişmənin seçilmiş hissələrini təqdim edirik:
Sərraf Qasım:
Gülüstan eşqiylə gül açarsa mərd,
Mərdana beşikdə dil açarsa mərd,
Dar gündə mərd dosta əl açarsa mərd,
Əsirgəməz çoxa-aza gələndə.
Aşıq Əbülfəz:
Mərd dost mərd evinə gələndə neylər?
Haqqın kitabını tilavət eylər.
Heç namərd söyləməz, ancaq mərd söylər,
Əsirgəməz doğru sözə gələndə.
Sərraf Qasım:
İnsan var heç ölməz, yaşayar adı,
O kəs sevindirər qohumu, yadı.
Sanıram ki, mənim üçün dünyadı,
Səxavət görünüb gözə gələndə.
Aşıq Əbülfəz:
Sadə gəzib, mən özümü öymədim,
Bir kimsənin xatirinə dəymədim.
Yetim incitmədim, yoxsul döymədim
Çörəyə gələndə, duza gələndə.
Sərraf Qasım:
Əgər ki, qarşına çıxsa yüksəklik,
Dosta lazımdırsa, eylə köməklik.
İgid tək olmasın, yamandır təklik,
Yoxuşa gələndə, düzə gələndə.
Aşıq Əbülfəz:
Bir məclisdə namərd olsa, qəsd olar,
Yeyr-içər, acgözlükdən məst olar.
Düşmən də süfrədə gəlib dost olar,
Kabab ocaq üstə közə gələndə.
Sərraf Qasım:
Sərraf Qasım deyər bir mərdlə bir mərd
Qoymasın ortaya müxənnət, namərd.
Qoy dostlar hər zaman eyləsin ülfət,
Utanmasın üzbəüzə gələndə.
Aşıq Əbülfəz:
Aşıq Əbülfəzəm, ay ağa, sən bil,
Coşdur “Kərəmi”ni, şad eylə bir dil.
Sənətkar sənətin qoy bilsin kamil,
Utanmasın mizrab saza gələndə.
Şeirləri
Aşıq Əbülfəzin aşıq şeri janrlarında bir çox mövzuları əhatə edən şeirləri var. Aşığın aşağıdakı şeirində onun vətənə məhəbbəti və erməni daşnaqlarına nifrəti onun ifadə olunur. Bu qoşmasında Aşıq Əbülfəz özünü vətən və el aşığı kimi təqdim edir. Torpaqlarımızın azad olunması uğrunda canlarını qurban verib həlak olan şəhidlərimizin faciəsindən doğan milli kədər Aşıq Əbülfəzi qocaltmış, bu münasibətlə də aşıq özünün aşağıdakı şeirini qələmə almışdır:
Vətən aşiqiyəm, el aşığıyam,
Neynirsən soruşub yaşımı mənim.
Şəhidlər məzarı qocaltdı məni,
Bax, onlar ağartdı saçımı mənim,
Neynirsən soruşub yaşımı mənim.
Yadıma düşəndə nənə laylası
Çıxmaz yaddan anaların naləsi.
Qalmayıb saçımın bircə qarası,
Bax, bunlar ağartdı saçımı mənim,
Neynirsən soruşub yaşımı mənim.
Dedim Əbülfəzin dəymə xətrinə,
Mən heyranam müşki-ənbər ətrinə.
Peyğəmbər xətrinə, Allah xətrinə,
Bir daha soruşma yaşımı mənim,
Neynirsən soruşub yaşımı mənim.
Klassik aşıq poeziyasında olduğu kimi, Aşıq Əbülfəzin də poeziyasında didaktik, nəsihətamiz mövzular müəyyən qədər yer tutur. Didaktik şeirlərində Aşıq Əbülfəz ata-baba yolu ilə getməyi, böyüklərə hörmət etməyi, ağsaqqal, ağbirçək sözünə qulaq asmağı gənclərin ədəb-ərkan əxlaqı kimi dəyərləndirir. Aşığa görə, insan həyatda ədalətli olmalı, haqqı unutmamalıdır:
Böyüyün sözünü eşitməyənlər
Özləri peşman
olacaq bir gün.
Haqqı, ədaləti atan insanlar
Haqqın cəzasını bulacaq bir gün.
Kimlər ki, tanımır yolu-ərkanı,
Cəhənnəm odunda yanacaq canı.
Yaxşını yamana satan insanın
Cəsədi od tutub yanacaq bir gün.
Əbülfəz, sözlərin var nəsihətli,
Rəhmət qazanarsan, o kifayətdi.
Eldə ağır dolan, qədir-qiymətdi,
Sözlərin dillərdə gəzəcək bir gün.
Aşıq Əbülfəzin aşiqanə-məhəbbət mövzusunda qələmə aldığı gəraylı və qoşmaları onun müasirləri olan Naxçıvan aşıqları ilə müqayisədə dil baxımından çox sadədir. Aşıq Əbülfəz bu istiqamətdə qələmə aldığı şeirlərini aydın, sadə və xəlqi üslubda təqdim edir:
Ay nazlı qız, belə süzgün baxma sən,
Alırsan canımı elə baxanda.
Qəmzəlisən, demirəm ki, naz etmə,
Alırsan canımı belə baxanda.
Gözümün önündən ötdükcə hər an,
Yolumdan çıxarıb edirsən candan.
Necə üz döndərim səntək canandan?
Alırsan canımı elə baxanda.
Elə bil ki, yaydı, çəkilib qaşın,
Kənardan baxanda aldadır yaşın.
Aşıq Əbülfəzin gəl alma huşun,
Alırsan canımı elə baxanda.
Haqqında yazılanlar
Naxçıvanın qadın aşıqlarından və saz müəllimələrindən biri olan Sərraf Qasımın qızı Göycə müəllimə Aşıq Əbülfəzin aşıqlıq sənətini yüksək qiymətləndirmiş və ona “Ay ustad” rədifli gəraylı yazmışdır. Bu gəraylıda Aşıq Əbülfəz ehtirama layiq bir el sənətkarı və ağsaqqal aşıq kimi təqdim olunmuşdur:
Göycəyəm, Allah bəndəsi,
Kəsilməz heç haqqın səsi.
Bəs sənə hörmət əvəzi
Hörmət gördüm mən, ay üstad.
Dedin soruşma yaşımı,
Soruşmaram mən yaşını.
Ağarmış gördüm başını,
Bil, dərd gördüm mən, ay ustad.
Gəraylıda Göycə xanım Aşıq Əbülfəzi istedadlı el sənətkarı kimi səciyyələndirir və onu Azərbaycanın Aşıq Alı, Aşıq Şəmkir və Aşıq Ələsgər kimi xalq aşıqları sırasına daxil edərək dürr kəlməli hər sözündə hikmət olduğunu söyləyir, aşığı cürət, hünər və qüdrət sahibi kimi təqdim edir:
Nəzər salanda üzünə,
Alı, Şəmşir öz-özünə,
Ələsgər gəldi gözümə,
Xilqət gördüm mən, ay ustad.
Şahid olmusan özün də,
Şirinliyi var duzun da.
Dürr kəlməli hər sözündə
Hikmət gördüm mən, ay ustad.
Şairlik təbi var məndə,
Yazıram yeri düşəndə.
Cürət, hünər gördüm səndə,
Qüdrət gördüm mən, ay ustad.
Bu şeir Aşıq Əbülfəzin çağdaş Naxçıvan aşıq mühitində böyük hörmətə malik olduğunu göstərir.
Xarici keçidlər
- Naxçıvanın Musiq Folkloru
- 1-ci məqalə
- 2-ci məqalə
- 3-cü məqalə
İstinadlar
- “XVII-XX ƏSRLƏR VƏ ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI” kitabının II cildi - (Səhifə 69-94)[ölü keçid]" - "kitaba bax[ölü keçid]"
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Asiq Ebulfez Sahtaxtili Kengerli 9 oktyabr 1944 Sahtaxti Norasen rayonu Naxcivan asigi Asiq Ebulfez Sahtaxtili Kengerli Dogum tarixi 9 oktyabr 1944 1944 10 09 79 yas Dogum yeri Sahtaxti Norasen rayonu Naxcivan MSSR Azerbaycan SSR SSRIMilliyyeti AzerbaycanliFealiyyeti Asiq ve sairEserlerinin dili Azerbaycan diliJanr Asiq seirleriAsigin heyat ve yaradiciligiCagdas Naxcivan asiqlarindan olan Asiq Ebulfez Sahtaxtili Kengerli 1944 cu il oktyabrin 9 da Naxcivanin Sahtaxti kendinde anadan olmus orta tehsilini hemin kendde almisdir 13 14 yaslarindan asiqliq senetine heves gosterdiyi ucun Xelilli kendinin taninmis asiqlarindan olan Asiq Bayramelinin yaninda seyirdlik etmis ve asiqliq senetini ondan oyrenmisdir Bu senetin sirlerini menimseyen Ebulfez bir muddetden sonra ozu de Naxcivanda istedadli asiq kimi taninmis el meclislerinde istirak etmisdir Asiq Ebulfezin ozunun soylediyine gore o bir muddet Serur medeniyyet evinde asiq kimi calismis 1973 cu ilden 1985 ci iledek Sahtaxti medeniyyet evinin mudiri vezifesinde islemisdir Sonralar Qarabaglar kendine kocmus ve bir muddet orada yasamisdir Daha sonra o Qazaxistana getmis ve bir muddet orada Cimkend vilayetinin Karnilovka kendinde yasamisdir Hazirda Baki seherinde yasayir 1979 cu ilde Semkirde kecirilen asiqlar qurultayinda istirak eden Asiq Ebulfez bu qurultayda kecirilen musabiqede ikinci yere layiq gorulmusdur Asiq Ebulfez xalq arasinda istedadli asiq kimi tanindigi ucun Azerbaycanda kecirilen bir sira tedbirlere asiqlarin yubileylerine devetler almisdir O Asiq Alinin 180 illik yubileyinde Asiq Elesgerin 150 illik yubileyinde istirak etmis mehsul bayramlarinda ve bir sira dovlet tedbirlerinde istedadli asiq kimi cixislar edib alqislanmisdir Asiq Ebulfez Naxcivan asiq muhiti ile yaxindan bagli olmusdur O Naxcivanda Xelilli kendinin asigi olan Asiq Bayrameliden asiqliq senetini oyrendikden sonra Naxcivanda Asiq Qulu Asiq Fetullah Asiq Sultan Asiq Hesen Asiq Mirzali Asiq Eli Sehriyarli Asiq Ibrahim Cehri kendinin asiqlarindan Asiq Sudeyib Asiq Qulu Sahbuz asiq ve sairlerinden Serraf Qasim Asiq Ferrux Asiq Hidayet Nezerebaddan Asiq Kerim Asiq Mehemmedeli Sederekden Asiq Yusif Xokdan Asiq Elesger ve Qafar kimi xalq asiq ve el sairleri ile dostluq etmisdir Asiq Ebulfez Sahtaxtli Azerbaycanin istedadli sair asiqlarindan biridir ve onun asiq seri janrlarinda bir cox movzulari ehate eden seirleri var DeyismeleriNaxcivanin cagdas aparici asiq ve sair numayendelerinden olan Serraf Qasim da Asiq Ebulfezle yaxindan dostluq etmis onlar arasinda cox six yaradiciliq elaqeleri olmusdur Asiq Ebulfezin edebi irsi icerisinde onun Serraf Qasimla dostlugunu ve yaradiciliq elaqelerini tesdiq eden deyisme ve seirleri de vardir Asiq Ebulfezle Serraf Qasimin asagidaki deyismesi didaktik exlaqi mahiyyetdedir hem de terbiyevi exlaqi millilik azadliq ve vetenseverlik baximindan cox deyerlidir Dastansayagi uslubda verilen deyismede her iki asiq sair ozlerinin merdanelik dostluq vefadarliq eliaciqliq tekebburluluk acgozluluk sadelik sexavetlilik haqqindaki nesihetamiz fikirlerini ifade edirler Deyismenin secilmis hisselerini teqdim edirik Serraf Qasim Gulustan esqiyle gul acarsa merd Merdana besikde dil acarsa merd Dar gunde merd dosta el acarsa merd Esirgemez coxa aza gelende Asiq Ebulfez Merd dost merd evine gelende neyler Haqqin kitabini tilavet eyler Hec namerd soylemez ancaq merd soyler Esirgemez dogru soze gelende Serraf Qasim Insan var hec olmez yasayar adi O kes sevindirer qohumu yadi Saniram ki menim ucun dunyadi Sexavet gorunub goze gelende Asiq Ebulfez Sade gezib men ozumu oymedim Bir kimsenin xatirine deymedim Yetim incitmedim yoxsul doymedim Coreye gelende duza gelende Serraf Qasim Eger ki qarsina cixsa yukseklik Dosta lazimdirsa eyle komeklik Igid tek olmasin yamandir teklik Yoxusa gelende duze gelende Asiq Ebulfez Bir meclisde namerd olsa qesd olar Yeyr icer acgozlukden mest olar Dusmen de sufrede gelib dost olar Kabab ocaq uste koze gelende Serraf Qasim Serraf Qasim deyer bir merdle bir merd Qoymasin ortaya muxennet namerd Qoy dostlar her zaman eylesin ulfet Utanmasin uzbeuze gelende Asiq Ebulfez Asiq Ebulfezem ay aga sen bil Cosdur Keremi ni sad eyle bir dil Senetkar senetin qoy bilsin kamil Utanmasin mizrab saza gelende SeirleriAsiq Ebulfezin asiq seri janrlarinda bir cox movzulari ehate eden seirleri var Asigin asagidaki seirinde onun vetene mehebbeti ve ermeni dasnaqlarina nifreti onun ifade olunur Bu qosmasinda Asiq Ebulfez ozunu veten ve el asigi kimi teqdim edir Torpaqlarimizin azad olunmasi ugrunda canlarini qurban verib helak olan sehidlerimizin faciesinden dogan milli keder Asiq Ebulfezi qocaltmis bu munasibetle de asiq ozunun asagidaki seirini qeleme almisdir Veten asiqiyem el asigiyam Neynirsen sorusub yasimi menim Sehidler mezari qocaltdi meni Bax onlar agartdi sacimi menim Neynirsen sorusub yasimi menim Yadima dusende nene laylasi Cixmaz yaddan analarin nalesi Qalmayib sacimin birce qarasi Bax bunlar agartdi sacimi menim Neynirsen sorusub yasimi menim Dedim Ebulfezin deyme xetrine Men heyranam muski enber etrine Peygember xetrine Allah xetrine Bir daha sorusma yasimi menim Neynirsen sorusub yasimi menim Klassik asiq poeziyasinda oldugu kimi Asiq Ebulfezin de poeziyasinda didaktik nesihetamiz movzular mueyyen qeder yer tutur Didaktik seirlerinde Asiq Ebulfez ata baba yolu ile getmeyi boyuklere hormet etmeyi agsaqqal agbircek sozune qulaq asmagi genclerin edeb erkan exlaqi kimi deyerlendirir Asiga gore insan heyatda edaletli olmali haqqi unutmamalidir Boyuyun sozunu esitmeyenler Ozleri pesman olacaq bir gun Haqqi edaleti atan insanlar Haqqin cezasini bulacaq bir gun Kimler ki tanimir yolu erkani Cehennem odunda yanacaq cani Yaxsini yamana satan insanin Cesedi od tutub yanacaq bir gun Ebulfez sozlerin var nesihetli Rehmet qazanarsan o kifayetdi Elde agir dolan qedir qiymetdi Sozlerin dillerde gezecek bir gun Asiq Ebulfezin asiqane mehebbet movzusunda qeleme aldigi gerayli ve qosmalari onun muasirleri olan Naxcivan asiqlari ile muqayisede dil baximindan cox sadedir Asiq Ebulfez bu istiqametde qeleme aldigi seirlerini aydin sade ve xelqi uslubda teqdim edir Ay nazli qiz bele suzgun baxma sen Alirsan canimi ele baxanda Qemzelisen demirem ki naz etme Alirsan canimi bele baxanda Gozumun onunden otdukce her an Yolumdan cixarib edirsen candan Nece uz donderim sentek canandan Alirsan canimi ele baxanda Ele bil ki yaydi cekilib qasin Kenardan baxanda aldadir yasin Asiq Ebulfezin gel alma husun Alirsan canimi ele baxanda Haqqinda yazilanlarNaxcivanin qadin asiqlarindan ve saz muellimelerinden biri olan Serraf Qasimin qizi Goyce muellime Asiq Ebulfezin asiqliq senetini yuksek qiymetlendirmis ve ona Ay ustad redifli gerayli yazmisdir Bu geraylida Asiq Ebulfez ehtirama layiq bir el senetkari ve agsaqqal asiq kimi teqdim olunmusdur Goyceyem Allah bendesi Kesilmez hec haqqin sesi Bes sene hormet evezi Hormet gordum men ay ustad Dedin sorusma yasimi Sorusmaram men yasini Agarmis gordum basini Bil derd gordum men ay ustad Geraylida Goyce xanim Asiq Ebulfezi istedadli el senetkari kimi seciyyelendirir ve onu Azerbaycanin Asiq Ali Asiq Semkir ve Asiq Elesger kimi xalq asiqlari sirasina daxil ederek durr kelmeli her sozunde hikmet oldugunu soyleyir asigi curet huner ve qudret sahibi kimi teqdim edir Nezer salanda uzune Ali Semsir oz ozune Elesger geldi gozume Xilqet gordum men ay ustad Sahid olmusan ozun de Sirinliyi var duzun da Durr kelmeli her sozunde Hikmet gordum men ay ustad Sairlik tebi var mende Yaziram yeri dusende Curet huner gordum sende Qudret gordum men ay ustad Bu seir Asiq Ebulfezin cagdas Naxcivan asiq muhitinde boyuk hormete malik oldugunu gosterir Xarici kecidlerNaxcivanin Musiq Folkloru 1 ci meqale 2 ci meqale 3 cu meqaleIstinadlar XVII XX ESRLER VE CAGDAS NAXCIVAN ASIQLARI kitabinin II cildi Sehife 69 94 olu kecid kitaba bax olu kecid