2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi — iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycanın ən böyük elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda partlayış nəticəsində baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb. Hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.
2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi | |
---|---|
Tarix | 3 iyul 2018 |
Yeri | Azərbaycan |
Səbəbi | Azərbaycan İES-in 6-cı enerji blokunda baş verən partlayış |
Nəticəsi | Ölkə ərazisində elektrik enerjisinin kəsilməsi |
Hadisə Azərbaycanda Sovet İttifaqının 1991-ci ilin dağılmasından bəri ən kütləvi elektrik kəsilməsidir.
Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi Bakı metropoliteninin işinə mənfi təsir edib, qatarlar tuneldə qalıb, sərnişinlər təxliyə olunub.
Reaksiyalar
Gecə saat 02:22-də president.az saytında Prezidentin Mətbuat Xidmətinin bu məzmunda məlumatı dərc edilmişdir:
İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmışdır. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanmışdır. Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir. |
Prezident İlham Əliyev hadisədən dərhal sonra "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın araşdırılması ilə əlaqədar nazir və hökumət adamlarından ibarət Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
İqtisadçı Natiq Cəfərli deyir ki, bütün ölkədə elektrik təchizatının kəsilməsi hər şeydən əvvəl, təhlükəsizlik məsələsidir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana görə, Azərbaycan üzrə elektrik gücün 46 faizi Abşeronda toplansa da, Mingəçevirdə qəza olanda Bakıda işıq sönür və bu enerji düzgün paylanmaması ilə əlaqədardır.
Sosial şəbəkələrdə ən çox verilən suallardan biri də ölkəyə elektrik enerjisinin verilməsinin bir əldən asılı olmaması, bir qəza ilə ölkənin tam olaraq işıqsız qalmaması üçün hansı tədbirlərin görülməsinin vacibliyi barədə olub.
İstinadlar
- . www.nytimes.com. www.nytimes.com. 2018-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2018.
- Prezidentin Mətbuat Xidmətinin məlumatı 2020-11-25 at the Wayback Machine. president.az, 03.07.2018 (az.)
- "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2023-06-29 at the Wayback Machine. president.az, 03.07.2018 (az.)
- "Ölkəni zülmətə bürüyən problemin qaranlıq tərəfləri". www.azadliq.org. www.azadliq.org. 2021-12-03 tarixində . İstifadə tarixi: 3 iyul 2018.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
2018 ci il Azerbaycanda kutlevi elektrik kesilmesi iyulun 2 den 3 ne kecen gece Mingecevir seherinde fealiyyet gosteren Azerbaycanin en boyuk elektrik stansiyasi olan Azerbaycan Istilik Elektrik Stansiyasinin 6 ci enerji blokunda partlayis neticesinde bas verib Erazide bas vermis qeza yanginla neticelenib Derhal hadise yerine Fovqalade Hallar Nazirliyinin yanginsondurme texnikasi ve canli quvve celb edilib yangin 20 deqiqe erzinde sondurulub Hava seraitinin keskin derecede deyismesi temperaturun yuksek hedde catmasi neticesinde ehalinin elektrik enerjisinden hedden artiq istifade etmesi ile elaqedar Mingecevir IES in yarimstansiyasinda cereyan transformatoru siradan cixib 2018 ci il Azerbaycanda kutlevi elektrik kesilmesiTarix 3 iyul 2018Yeri AzerbaycanSebebi Azerbaycan IES in 6 ci enerji blokunda bas veren partlayisNeticesi Olke erazisinde elektrik enerjisinin kesilmesi Hadise Azerbaycanda Sovet Ittifaqinin 1991 ci ilin dagilmasindan beri en kutlevi elektrik kesilmesidir Bakida elektrik enerjisinin verilisinin yeniden kesilmesi Baki metropoliteninin isine menfi tesir edib qatarlar tunelde qalib sernisinler texliye olunub ReaksiyalarGece saat 02 22 de president az saytinda Prezidentin Metbuat Xidmetinin bu mezmunda melumati derc edilmisdir Iyulun 2 den 3 ne kecen gece hava seraitinin keskin derecede deyismesi temperaturun yuksek hedde catmasi neticesinde ehalinin elektrik enerjisinden hedden artiq istifade etmesi ile elaqedar Mingecevir IES in yarimstansiyasinda cereyan transformatoru siradan cixmisdir Yarimstansiyada derhal temir berpa islerine baslanmisdir Veziyyet Azerbaycan Respublikasi Prezidentinin daim nezaretindedir Prezident Ilham Eliyev hadiseden derhal sonra Azerbaycan Istilik Elektrik Stansiyasi MMC nin yarimstansiyalarindan birinde bas vermis qezanin arasdirilmasi ile elaqedar nazir ve hokumet adamlarindan ibaret Dovlet Komissiyasinin yaradilmasi haqqinda serencam imzalayib Iqtisadci Natiq Ceferli deyir ki butun olkede elektrik techizatinin kesilmesi her seyden evvel tehlukesizlik meselesidir Neft Arasdirmalari Merkezinin rehberi Ilham Sabana gore Azerbaycan uzre elektrik gucun 46 faizi Abseronda toplansa da Mingecevirde qeza olanda Bakida isiq sonur ve bu enerji duzgun paylanmamasi ile elaqedardir Sosial sebekelerde en cox verilen suallardan biri de olkeye elektrik enerjisinin verilmesinin bir elden asili olmamasi bir qeza ile olkenin tam olaraq isiqsiz qalmamasi ucun hansi tedbirlerin gorulmesinin vacibliyi barede olub Istinadlar www nytimes com www nytimes com 2018 07 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 3 iyul 2018 Prezidentin Metbuat Xidmetinin melumati 2020 11 25 at the Wayback Machine president az 03 07 2018 az Azerbaycan Istilik Elektrik Stansiyasi MMC nin yarimstansiyalarindan birinde bas vermis qeza ile elaqedar Dovlet Komissiyasinin yaradilmasi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami 2023 06 29 at the Wayback Machine president az 03 07 2018 az Olkeni zulmete buruyen problemin qaranliq terefleri www azadliq org www azadliq org 2021 12 03 tarixinde Istifade tarixi 3 iyul 2018