Azərbaycan xalq rəqslərinin təsnifatı — müxtəlif xarakterə, oyun tərzinə, mövzu və məzmuna malik olan Azərbaycan xalq rəqsləri adlarının mənasına görə bir neçə qrupa bölünür.
Yer və tarixi ərazilərin adları ilə bağlı rəqslər
Hər bir rəqs müəyyən bir dövrdə, hansısa bir tarixi ərazidə yaranmışdır. Bu rəqslərin hər birinə onların özünəməxsus musiqi dili, intonasiyası, ritminə uyğun adlar verilmişdir. Bəzi rəqslər öz adı olmadığından yarandığı yerin, tarixi ərazinin adını götürmüşdür. “Azərbaycan”, “Qazağı”, “Nuxa” (və ya “Şəki”), “Naxçıvanı”, “Şamaxı”, “Bakı”, “Şuşa”, “Əsgəranı”, “Dəhnə”, “Şağani”, “Şərur”, “Sabirabadı” belə rəqslərdəndir. Bu rəqslərin adları bizə çox tanışdır. Çünki bu adlar Azərbaycanda hansısa bir bölgənin, şəhərin, rayon mərkəzinin adıdır. Lakin elə rəqslər də vardır ki, onların adı hansısa bir tarixi ərazidə yerləşən dərə, təpə, qala, çay, bulaq adları ilə adlandırılmışdır. Məsələn, “Uzundərə”, “Kömürtəpə”, “Çay dərəsi”, “Muğan bulağı” (“Şirvan bulağı” da deyirlər), “Çıraq qala”, “Qusar-çay” və başqaları buna aydın nümunədir.
Azərbaycanda elə rəqslər də vardır ki, onların adları hal-hazirda qonşu xalqların yaşadığı ərazilərlə də bağlıdır. Çünki bu ərazilərdə də tarix boyu azərbaycanlılar yaşayıblar, adət-ənənəmizi qoruyub saxlayıblar və musiqi mədəniyyətimizi daim inkişaf etdiriblər. Qeyd etmək lazımdır ki. elə indi də Dağıstan, Gürcüstan, Türkiyə, İran, Özbəkistanda və digə dövlətlərdə çoxlu sayda azərbaycanlı yaşayır. Bu tarixi ərazilərin şəninə yazılmış Azərbaycan xalq rəqslərindən “Dilican”, “Tiflisi”, “Ənzəli”, “Aşxabadı”, “Məhərrəmkənd”, “Qars”, “Dağıstan”, “Dərbəndi”, “Əndican”, “Çanax qala” və başqalarını nümunə gətirə bilərik.
Bitki və gül-çiçək adları ilə bağlı rəqslər
Təbiəti tərənnüm edən “İnnabı”, “Darçını”, “Lalə”, “Qızıl gül”, “Heyva gülü”, “Bənövşə”, “Novruzgülü”, “Reyhanı”, “Alma gülü”, “Alça gülü”, “Mixəyi”, “Məxməri”, “Dağ çiçəyi”, “Yasəməni”, “Pambığı” bu rəqslərdəndir.
Azərbaycanda nəfəs alətlərinin məşhur ifaçılarından biri, “zurna-balaban” məktəbinin yaradıcılarından sayılan Əli Kərimov (1874-1962) Cabbar Qaryağdıoğlu ilə görüşlərindən birini öz xatirələrində belə xatırlayır:
Biz Cabbarla Səlim bəyin toyunda görüşdük. Baharın gözəl çağı idi. Səhər-səhər Cabbarla çəmənlikdə gəzirdik. Bu gözəl bahar səhərinin təravəti, havadakı gül-çiçəyin ətri məndə elə bir təb yaratdı ki, istər-istəməz balabanı əlimə alıb çalmağa başladım. Musiqi sona çatdıqda Cabbar maraqlı baxışlarla bu rəqsin adını məndən soruşdu. Mən də dedim ki, bilmirəm, elə indi improvizə etdim. Onda Cabbar təklif etdi ki, bu melodiyanın adını elə bu səhərə, çiçəklərin ətrinə həsr edərək “Bənövşə” qoyaq. Beləcə “Bənövşə” rəqsi yarandı.
Daş-qaş, zinət və bəzək əşyalarının adları ilə bağlı rəqslər
Qədim dövrlərdən bəri bahalı daş-qaşlar, eləcə də qiymətli materiallardan (qızıl və gümüş) hazırlanmış zinət əşyaları Azərbaycan xalqının məişətində çox geniş istifadə olunmuşdur. Əsasən, qadınların istifadə etdikləri bu bəzək əşyaları onların daha da yaraşıqlı, cazibəli görünməyinə təsir göstərmişdir. Feodal dövrünün saray xanımları aşağı təbəqədən olan xanımlardan seçilmək üçün çox qiymətli zinət əşyararından istifadə edərdilər. Üstü cürbəcür daş-qaşlarla (brilliant, almaz, yaqut, zümrüd, kəhrəba, firuzə) silsilələr, cıqqa və sırğalar, çəçik və qolbaqlar, sinəbəndlər, qızıl pullarla bəzədilmiş papaqqabağılar, bilərzik və bazubəndlər, üzüklər, qızıl və gümüşdən hazırlanmış kəmərlər belə bəzəklərdəndir. Qadın gözəlliyini və milli geyimlərimizin ornamentini əks etdirən bəzək əşyaları ilə bağlı xalqımız bir sıra rəqslər yaratmışdır. “Brilyantı”, “Yaqutu”, “Mirvari”, “Çervon”, “Almazı”, “Mərcanı”, “Onluq”, “Zümrüdü” və başqaları məhz, bu xalq rəqslərindəndir.
Əmək və təsərrüfatla bağlı məişət rəqsləri
Azərbaycan ərazisində çox sayda qədim tayfalar mövcud olmuşdur. Oğuzlar, qıpçaqlar, qınıqlar, tərəkəmələr, ovşarlar, köçərilər və s. Bu tayfalar daim köçəri həyat tərzi sürmüş, heyvandarlıqla məşğul olmuş, öz yaşayışlarını təmin etmək üçün mal-qarasını yayda yaylağa, qışda qışlağa aparmaqla təsərrüfatını genişləndirmişlər. Xalq rəqslərindən “Tərəkəmə”, “Köçəri” və “Ovşarı” məhz, bu qədim tayfaların adları ilə bağlı el havalarıdır.
Tərəkəmələrin həyat tərzini əks etdirən digər rəqslər daha maraqlı məzmuna malikdir. Kollektiv təsərrüfatla bağlı, süd sağımı, yun qırxımı, eləcə də qoyunçuluğun inkişafında çobanların əməyi bu rəqslərdə bütövlüklə öz əksini tapmışdır. “Kolxozu”, “Xançobanı”, “Çobanı”, “Çobanlar”, “Keçiməməsi” və s. havalar məhz, əmək və təsərrüfatla bağlı məişət rəqslərindəndir.
Qəhrəmanlıq və igidlik timsallı rəqslər
Azərbaycan xalqı uzun əsrlər boyu müharibələr görmüş, hücum və basqınlara məruz qalmış, tarixin bütün keçməkeçli yollarını aşaraq geridə qoymuş xalqımız heç zaman ruhdan düşməyərək düşmən basqınlarına mərdliklə sinə gərmiş, qəhrəmanlıq göstərmiş, gücünü, qüvvəsini səfərbər edib son nəticədə döyüşdən qalib çıxmışdır. Döyüşə gedənləri ruhlandırmaq üçün “cəngi”lər çalınar, aşıqlar xalqı qələbəyə səsləyərdilər. Düşmən üzərində çalınan hər bir qələbə, zəfər böyük xalq bayramlarına çevrilərdi. İgidlərin şəninə dastanlar qoşular, mahnılar bəstələnər, qələbə sevincini əks etdirən müxtəlif məzmunlu rəqs havaları yaradılardı. “Cəngi”, “Beşaçılan”, “Qəhrəmani” və başqaları belə rəqslərdəndir.
Bayramlar və el şənlikləri ilə bağlı mərasim rəqsləri
Azərbaycan xalqı qədim dövrlərdən bəri öz tarixi yaddaşına həkk elədiyi və özünün adət-ənənəsinə, məişətinə daxil etdiyi müəyyən hadisələri, unudulmaz günləri daim yaşatmaq üçün hər zaman müxtəlif bayramları, el şənliklərini və digər mərasimləri yüksək səviyyədə qeyd edir.
Azərbaycanda bir çox bayramlar mövcuddur. Xalqın böyük təntənə ilə qeyd etdiyi bayramlardan biri Novruz bayramıdır. Novruzda bayram şirniyyatlarının hazırlanması, səməni göyərdilməsi, yumurta boyadılması, xonçaların bəzədilməsi, çərşənbələrin keçirilməsi, tonqalların qurulması ilə yanaşı bu bayramı daha da yadda qalan edən xalq qarşısında bir çox oyunların, tamaşaların keçirilməsidir. Məhz, Novruz bayramı ilə əlaqədar, onun atributları ilə bağlı, eləcə də buradakı oyunlara, tamaşalara aid xalq arasında bu günümüzə qədər çoxlu sayda rəqslər meydana gəlmişdir. “Səməni”, “Novruzu”, “Kəndiri”, “Cıdır”, “Atlanma”, “Pəhləvanı”, “Zorxana”, “Duy-duy”, “Şalaxo” və s. belə rəqslərdəndir.
Əsrlər boyu çox böyük şadyanalıqla qeyd edilən, adət-ənənələrə uyğun şəkildə həyata keçirilən mərasimlərdən biri də toydur. Toy – iki sevən gəncin yeni yaradacaqları müstəqil ailə təməlinin rəmzidir. Azərbaycan toylarında kiçikdən böyüyə qədər hər kəs; qohumlar, qonşular, dost-tanışlar, ümumiyyətlə hamı şadlanır, rəqs edir, sevinir, bəylə-gəlini təbrik edir, onlara xoşdəxtlik arzulayırlar. Məhz, bu mərasimlə bağlı, bəylə-gəlinin şərəfinə xalq arasında bir çox oyun havaları meydana gəlmişdir. “Gəlin havası”, “Toy”, “Vağzalı”, “Yaylıq” və başqaları belə rəqslərdəndir.
İnsan adları ilə bağlı rəqslər
Azərbaycan oyun havaları arasında insan adları ilə bağlı rəqslər çoxluq təşkil edir. “Nabat xanım”, “Xalabacı”, “Şəlalə”, “Mirzəyi”, “Hacıcan”, “Xanımı”, “Züleyxa”, “Sevinc”, “Bəsti”, “Qaryağdı”, “Təhməzi”, “Gülgəzi”, “Leyli pəri”, “Musaxanı”, “Ayşadı” və s. Belə rəqslərin çox olmasının bir neçə səbəbi vardır. Məsələn, elə rəqslər var ki, yarandıqdan sonra bir müddət adsız qalmışdır. Yəni tez-tez el şənliklərində, bayramlarda səslənmiş, musiqi dilinin sadə və gözəl olmasına görə yaddaşlara köçürülmüş, xalq arasında sevilmiş, lakin dəqiq adı olmamışdır. Bir müddətdən sonra xalq bu rəqsi onu yaradan ifaçının öz adı ilə adlandırmışlar.
Bəzi rəqslər onu yaradan müəllifin oğlunun, qızının və ya nəvəsinin adını qəbul etmişdir. Məsələn, Şirvan “zurna-balaban” məktəbinin banisi sayılan Əli Kərimov öz nəvəsinin adına “Əfruzə” rəqsini yaratmışdır. Elə rəqslər də vardır ki, bir müddətdən sonra öz adını itirmiş, sonradan bu havanı gözəl oynayan, rəqs edən şəxsin (rəqqas və ya rəqqasənin) adı ilə adlandırılmışdır. Hətta elə rəqslər də mövcuddur ki, ilkin adını da, sonrakı adını da saxlayıb. Məsələn, “Balabəyi” rəqs havasının ikinci adı “Nilufəri”dir. İlk adı “Qorxmazı” olan rəqsə sonralar “Solmazı” adı da verilmişdir.
Məzəli rəqslər
Tarixən hər bir insan yaşadığı həyatı boyu saysız-hesabsız gülməli, məzəli əhvalatlarla rastlaşmışdır. Getdikcə insanlar arasında yayilan belə gülməli əhvalatlar çoxaldıqca, onlardan ən maraqlısını, ən məzəlisini xalq öz yaddaşına yazmışdır. Sonralar bütün folklor janrlarına sirayət etdiyi kimi, oyun havalarının da yaranmasına səbəb olmuşdur. Hər bir məzəli rəqs hansısa gülməli bir tarixi əhvalatla bağlıdır və öz musiqi məzmununda və ya oynanılarkən müxtəlif çalarlar, müxtəlif hərəkətlər vasitəsilə bu gülüşü özündə əks etdirmişdir. Belə rəqslərdən “Kəsmə”, “Lətifə”, “Naz eləmə”, “Xurcun”, “Qıtqılıda” (“Sənəmi” kimi də adlanır), “Naz-nazı”, “Kim-kimə”, “Tapp elədi” (“Sürüşdüm-düşdüm” kimi də adlanır), “Matanı”, “Cığ-cığa”, “Qoçəli” və başqalarının adlarını çəkə bilərik.
Güclü improvizə etmək bacarığına malik olan xanəndələr bir muğamı həmişə eyni tərzdə oxumamışlar. Hər dəfə müəyyən şöbə və guşələrdə ifalarına yeni xallar, bəzəklər, melizmlər əlavə etməklə öz ustalıqlarını təsdiq etmişlər. Onları müşayiət edən musiqiçilər də öz ifalarının daha da rəngarəng səslənməsi üçün, digər sazəndə dəstələrindən seçilmək üçün, muğam dəstgahlarına yeni ahəng gətirmək məqsədilə müxtəlif şöbə və guşələrdə “rəng”ləri müəyyən rəqs havaları ilə əvəz etmişlər. Bildiyimiz kimi hər bir rəqs xasiyyətinə, mövzusuna uyğun individual ada malikdir. Lakin rəqs muğam dəstgahında rəng kimi ifa edilərkən həmin şöbə və ya guşənin adını qəbul edir. Məsələn, “Aşxabadı” rəqsi “Şüştər rəngi” kimi, “Narınc” rəqs musiqisi “Manəndi-müxalif rəngi” (Segah muğamında) kimi, “Novruzu” rəqsi “Vilayəti rəngi” (Rast muğamında) kimi, “Çervon” rəqsi “Mahur rəngi” kimi, “Balabəyi” rəqs musiqisi “Şikəsteyi-fars rəngi” (Şur muğamında) kimi adlanır.
Bəzi xalq rəqslərimiz ifa olunduqları şöbə və ya guşələrin xarakterini, məzmununu o qədər dolğun şəkildə əks etdirir ki, xalq arasında öz adı ilə yox, rəng musiqisi kimi daha çox yadda qalmış olur. Belə rəqslərdən “Mərcanı” (Mübərriqə rəngi), “Almazı” (Şüştər rəngi), “Bəxtəvəri” (Şikəsteyi-fars rəngi), “Mixəyi” (Şikəsteyi-fars rəngi) və başqalarını göstərə bilərik. Bu rəqslərdən hal-hazırda “Şikəsteyi-fars rəngi” kimi tanınan “Bəxtəvəri” xalq rəqsinin not yazısını ilk dəfə görkəmli bəstəkarımız Səid Rüstəmov (1907-1983) özünün 1937-ci ildə nəşr etdirdiyi “Azərbaycan xalq rəqsləri” məcmuəsində göstərmişdir. Bu məcmuəyə 30 rəqs musiqisi daxildir. Bu siyahıda 16 nömrəli rəqs elə “Bəxtəvəri” adı ilə də verilmişdir. “Şikəsteyi-fars rəngi” kimi məşhurlaşan digər xalq rəqslərimizdən biri də “Mixəyi”dir. Onu da qeyd etməliyik ki, bu rəqsin ikinci adı “Ciran-ciran”dır. Bu adla verilmiş rəqsin not yazısını ilk dəfə tanınmış musiqişünas Bayram Hüseynli 1965-ci ildə nəşr etdirdiyi “Azərbaycan xalq rəqs melodiyaları” məcmuəsində işıqlandırmışdır. Məcmuədəki 25 oyun havasından sonuncu nömrə “Ciran-ciran” rəqsidir. “Mixəyi” rəqsi Segah muğamında “Şikəsteyi-fars” şöbəsi ilə “Mübərriqə” arasında çalınır. Rəqs tez tempdə (allegro) ifa olunan şən, oynaq musiqiyə malikdir.
2.Hər hansı bir muğamın tam şəkildə (formada), yəni öz kompozisiya quruluşunun tərkibinə daxil olan bütün şöbə və guşələrin, eləcə də rəng və təsniflərin əvvəldən axıradək ardıcıl ifa edilməsi – dəstgah adlanır. Muğam dəstgahları “dəraməd”lə başlanır. Dəraməd – instrumental şəkildə ifa olunan iri həcmli rəng növüdür. Muğam şöbələrinin bütün istinad pərdələrini özündə əks etdirən dəraməd yalnız bir dəfə, dəstgahın başlanğıcında giriş (müqəddimə) musiqi əsəri kimi səslənir. Əsasən, asta tempdə, lirik əhval-ruhiyyədə ifa olunan dəramədin musiqisini dinləyən hər kəs ilk andan həmin muğam dəstgahının nədən danışacağını, onun ümumi xarakteri və hansı emosional təsirə malik olması haqqında məlumatlanmış olur. Hər bir dəraməd ifa olunduğu muğam dəstgahının adını daşıyır. Məsələn, “Rast dəramədi”, “Bayatı-Şiraz dəramədi”, “Şur dəramədi” “Çahargah dəramədi” və s.
Yarandığı gündən bəri xalq arasında sevilərək dinlənilən, muğam dəstgahlarının artıq ayrılmaz tərkib hissəsinə çevrilmiş və hal-hazırda öz adı ilə deyil, dəraməd kimi məşhurlaşan rəqslərimiz az deyil. Məsələn, “Ənzəli” rəqsi “Şüştər dəramədi” kimi, “Şəlalə” rəqs musiqisi “Bayatı-Qacar dəramədi” kimi, “Reyhanı” rəqsi “Rast dəramədi” kimi, “Səlami” rəqsi “Mahur-hindi dəramədi” kimi, “Dərvişi”, “Gül dəstəsi” və “Həngamə-mey” rəqsləri isə “Bayatı-Şiraz dəramədi” kimi tanınır. Bu rəqslərin dəraməd kimi ifa olunması iki cəhətdən əhəmiyyətlidir. Birinci cəhət odur ki, muğamların kompozisiya quruluşunda rəngarənglik artır, muğam ifaçılığı daha da zənginləşir. İkinci cəhət isə budur ki, xalq rəqslərimiz unudulmur, dəraməd kimi ifa edilsə də yaşayır və gələcək nəsilə ötürülür. Aparılan tədqiqatların, yazılan not nümunələrinin də vacibliyi ondan ibarətdir ki, bu qədim xalq rəqslərimiz həm də öz adını qoruyub saxlayır, dəraməd kimi deyil, məhz oyun havası kimi yazılmasını sübut edir. Bu gün dəraməd kimi tanınmış xalq rəqslərimizin ritmik xüsusiyyətləri haqqında danışarkən mütləq qeyd etməliyik ki, bu rəqslərdən bəziləri yarandığı zaman bir oyun havası kimi iti tempdə ifa olunublar. Bilirik ki, lirik əhval-ruhiyyədə yazılmış xalq rəqslərimiz də yetərincədir və dəraməd kimi onlardan istifadə olunur. Muğam şöbə və guşələrinin xarakterinə, istinad pərdələrinin ardıcıllığına, lad əsasına uyğun gələn, tez tempə malik olan rəqs havalarını isə dəraməd kimi ifa edərkən instrumental ifaçılarımız onun tempini ağırlaşdırırlar. Nümunə kimi “Ənzəli” rəqsinin not musiqisini nəzərdən keçirsək, onun allegretto tempində yazıldığını və ümumiyyətlə, bu havanın özünün iti tempə meyilli olduğunu oxumaq olar.
3.Rəngin digər bir növü də “diringi”dir. Diringi kiçik həcmli, tez tempə malik olan, oynaq, rəqsvari musiqi nümunəsidir. Tərkibi bəzən bir neçə frazadan ibarət olan, kiçik miniatür pyeslərə bənzəyən diringinin musiqisi çox zaman rəqs melodiyası ilə dəyişik salınır. Diringi rəqs deyil. Doğrudur ki, çox zaman xanəndəni müşayiət edən musiqiçilər diringi əvəzinə rəqs ifa edirlər. Lakin diringi rəqs musiqisinə oxşayan, ifa olunduğu muğamın şöbə və ya guşəsinin məzmununa, lad əsasına uyğun şəkildə bəstələnmiş bir musiqidir. Əsasən kiçik həcmli şöbələrin (xüsusilə də guşələrin) sonunda ifa edilən bu musiqi nümunəsi diringi kimi deyil, rəng kimi həmin şöbə və ya guşənin adını daşıyır.
Müxtəlif dövrlərdə yaşayıb-yaratmış musiqi ifaçılarımızın, xanəndə və sazəndə dəstələrinin fəaliyyətini araşdıraraq, onaların ifaçılıq təcrübəsinə əsaslanaraq deyə bilərik ki, xalq rəqslərimizdən “diringi” kimi muğam dəstgahlarında çox geniş istifadə olunmuşdur. Məsələn, “Taciri” rəqsi “Əraq rəngi” kimi, “Kəndiri” rəqs melodiyası “Mayeyi-Mahur rəngi” kimi, “Məxməri” rəqsi “Segah rəngi” kimi, “Almazı” rəqs musiqisi “Şüştər rəngi” kimi və s. ifa olunmuşdur. Bundan əvvəl “rəng”lər haqqında danışarkən “Almazı” rəqsi haqqında məlumat vermişdik. Bu rəqs musiqisinin həm “rəng”, həm də “diringi” kimi ifa olunması nə ilə bağlıdır? Əvvəla, yada salmalıyıq ki, rəng melodiyaları istər həcminə, istərsə də xarakterinə görə müxtəlif olurlar. Yəni, həm kiçik, həm də böyük həcmli rənglər ağır, orta və tez tempdə ifa olunan ritmik xüsusiyyətlərə malikdirlər. Əgər “Almazı” rəqsinin melodiyasını təhlil etsək,
onun kiçik həcmli olmasının və tez tempdə (allegro) ifa edilməsinin şahidi olarıq. Bu xüsusiyyətlər “diringi”yə xas olan ifadə üsullarından olduğu üçün rəqs həm “rəng”, həm də “diringi” sayıla bilər.
4.Muğam dəstgahlarının kompozisiya quruluşuna daxil olan sonuncu kompanent “təsnif” adlanır. Təsnif rənglərdən fərqli olaraq təkcə instrumental deyil, həm də vokal ifada səslənir. Başqa sözlə desək, təsnif – dəqiq metro-ritmə əsaslanan, əsasən bəstəkarlar tərəfindən xalq ruhunda yazılmış mahnıdır. Təsnifin musiqisi elə qurulmuşdur ki, onun tərkibində özündən sonra gələcək şöbənin istinad pərdəsi də səslənir. Xanəndə təsnifi oxuyarkən həmin pərdədən çox asanlıqla digər şöbəyə keçə bilir. Çox zaman xanəndələr onun əvəzinə müxtəlif xalq mahnılarından birini oxuyurlar. Lakin bu mahnılar xanəndə tərəfindən elə seçilməlidir ki, onların quruluşu həmin təsnifin quruluşu ilə oxşar olsun. Təsnif muğamın müəyyən şöbələrində ifa edilir və həmin şöbənin də adını daşıyır.
Təsniflərin mətn əsasını, əsasən qəzəl, qoşma, bayatı, gəraylı və digər şeir formaları təşkil edir. Xanəndə müəyyən şöbədə oxuyacağı təsnif və ya xalq mahnısına muğamın xarakterinə, ruhuna uyğun, həmin şöbənin məzmununu əks etdirən mətn (şeir) seçməlidir. Təsniflərdən xanəndələr öz ifaçılıq yaradıcılığında müstəqil şəkildə oxunan mahnı kimi də istifadə edirlər. Bu zaman mahnı həm təsnif kimi, həm də öz adı ilə təqdim oluna bilər. Sərbəst mahnı kimi ifa edilən təsnifin müəyyən bir istinad pərdəsindən kiçik muğam parçası da ifa etmək mümkündür. Lakin bu xanəndənin seçimindən asılıdır. O, mahnıda muğam oxumaya da bilər. Muğam yaradıcılığında xalq rəqslərimizdən də “təsnif” kimi istifadə olunmuşdur. Rəqsin mahnı kimi oxunması üçün ona söz, mətn (şeir) əlavə olunmalıdır. Bilirik ki, Azərbaycan muğamları XIX əsrin ikinci yarısından başlayaraq özünün yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə Azərbaycanın bir çox bölgələrində (Şuşa, Bakı, Şamaxı və Şəki) muğam məktəbləri fəaliyyət göstərmiş, müxtəlif şəhər və kəndlərdən buraya xanəndələr öz sazəndə dəstələri ilə axışıb gəlmiş, öz istedad və bacarıqlarını nümayiş etdirərək xalq arasında tanınmış və sevilmişlər. Həmin dövrdən bəri, əsasən xanəndələr tərəfindən bir çox rəqs musiqisinə mətn (şeir) əlavə edilərək, onların muğamın müəyyən şöbələrində “təsnif” kimi oxunması mümkün olmuşdur. Belə rəqslərdən “Şuşa” (Segah təsnifi), “Dağıstan” (Bayatı-Şiraz təsnifi), “Gülgəzi” (Şur təsnifi), “İnnabı” (Mahur təsnifi), “Kəsmə” (Segah təsnifi) və başqalarını göstərə bilərik. Bu rəqslər mahnı və təsniflərə çevrildikdən sonra xalq arasında artıq öz adı ilə deyil, onun musiqisinə qoşulmuş mətnin adı ilə tanınmışlar. Məsələn, “Dağıstan” rəqsi hal-hazırda “Ay Güləbətin” xalq mahnısı kimi şöhrət tapmışdır. İlkin variantda mahnının mətni aşağıdakı kimi oxunmuşdur.
Dağıstan dağ yeridir, Gürcüstan bağ yeridir. Dağılmış Carbazarı, ay balam, Qızların bol yeridir.
Sonralar mahnının bu bəndi dəyişilmiş və nəqərat əlavə olunmuşdur.
Bu dağda maral gəzər, Telini darar gəzər. Mən yara neyləmişəm, ay gülüm, Yar məndən kənar gəzər.
Nəqərat Dağlarda çiçək, ay Güləbətin, Hamıdan göyçək, ay Güləbətin, Doldur ver içək, ay Güləbətin, hey!..
Digər bir məşhur xalq mahnısına çevrilmiş rəqslərdən “Gülgəzi”ni qeyd etməliyik. Onun bir rəqs kimi not musiqisini ilk dəfə tanınmış bəstəkarımız Səid Rüstəmov 1937-ci ildə özünün “Azərbaycan xalq rəqsləri” kitabında “Gülgəz” (№29) adı ilə nəşr etdirmişdir. Lakin mahnı kimi müxtəlif mənbələrdə onun bir neçə adına rast gəlmək olar. Məsələn, 1956-cı ildə Bülbül (1897-1962) tərəfindən tərtib olunan “Azərbaycan xalq mahnıları” məcmuəsində onun mətni və not yazısı “Ay qız heyranın ollam” adı ilə işıq üzü görmüşdür. 1979-cu ildə Qafar Namazəliyevin tərtibatı ilə çapdan çıxmış “Azərbaycan xalq mahnı və təsnifləri” kitabında “Heyranın ollam” kimi yazılmış mahnı Siyavuş Kəriminin tərtibatı ilə 2005-ci ildə nəşr olunmuş “Azərbaycan xalq mahnıları” məcmuəsində “Bağa girdim üzümə” adı ilə verilmişdir. Həm solo, həm də duet şəklində oxunan mahnı şən əhval-ruhiyyədə, rəqsin öz tempində ifa edilir.
I bənd Oğlan: Bağa girdim üzümə, Tikan batdı dizimə. Əyildim çıxarmağa, Yar sataşdı gözümə.
Nəqərat Oğlan: Ay qız, heyranın ollam, Qız: Oğlan, ceyranın ollam. Oğlan: Gedərsən, yola sallam, Qız: Qalarsan, qadan allam.
II bənd Qız: Bənövşə deyiləm mən, Yel vura, əyiləm mən. Mənə bivəfa demə, Vəfasız deyiləm mən.
Duet kimi oxunan, xalq mahnısı kimi populyarlaşan digər oyun havası “Şuşa” rəqsidir. Bu qədim xalq rəqsi ilk dəfə görkəmli bəstəkarımız Müslüm Maqomayev tərəfindən əlyazma səklində nota alınmış və hal-hazırda Əlyazmalar Arxivində saxlanılır. Digər bir bəstəkarımız Səid Rüstəmov “Şuşa” rəqsinin not musiqisini özünün “Azərbaycan xalq rəqsləri” məcmuəsində (№10) yazmışdır. Lakin mahnıya çevrildikdən sonra “Şuşa” adını demək olar ki, itirmiş bu nəğmə “Nazlı yarım” adı ilə xalq mahnısı kimi şöhrət tapmışdır.
Oğlan: Nazlı yarım, eyləmə, Bağrımı qan eyləmə. Sən mənimsən, mən sənin, gülüm, Özgə xəyal eyləmə.
Qız: Özünə bax oğlanın! Sözünə bax oğlanın! Əlbət evə gələrsən, bala, Gör sənə mən neylərəm.
Oyun havalarından mahnıya çevrilmiş nəğmələrin istedadlı ifaçılarından sayılan Bülbül özü də bəzi rəqslərə mətn əlavə etmişdir. Belə xalq rəqslərimizdən ən çox populyar olanı “İnnabı” və “Kəsmə”dir. “İnnabı” oyun havası da ilk dəfə Səid Rüstəmov tərəfindən nota alınmışdır. Bülbül rəqsin musiqisinə mətn əlavə etdikdən sonra o, “Mən aşiq gözlərinə” adlı təsnif kimi də tanınmışdır. Təsnifata görə məzəli rəqslər siyahısına daxil edilən “Kəsmə” oyun havası əsasən, kişi rəqqaslar tərəfindən oynanılır. Tez tempə malik olan bu rəqs üçün tullanma, sıçrama hərəkətləri səciyyəvidir. Bu oyun havasında ən maraqlı epizod ondan ibarətdir ki, rəqsin müəyyən yerində musiqi bir anlıq kəsilir, ani pauzadan sonra yenidən əvvəlki tempdə davam edir. Rəqqas bu pauzada əyilərək sağ ayağının diz hissəsini yerə toxundurur, sonra yenidən qalxaraq musiqinin müşayiətilə oyunu davam etdirir. Bu gün “Ay qız sənə mayiləm” adlı “Segah təsnifi” kimi tanınmış “Kəsmə” rəqsinin musiqisinə Bülbül tərəfindən aşağıdakı mətn daxil edilmişdir.
Ay qız, sənə mayiləm, Boynunda həmayiləm. Dost payı şirin olar, Hər nə versən, qayiləm.
Qaşın, gözün, şirin sözün Aldı mənim canımı. Mən sənə qurban, Mən sənə heyran.
Ay xanım, xanım, Sən mənim canım, Gəl səni alım, Qurbanın olum, Ay xanım.
Bu gün əminliklə deyə bilərik ki, təsnif və rənglər bilavasitə mahnı və rəqs sənətinin təsiri ilə yaranmışdır. Təsnif və rənglərimiz şifahi ənənəyə malik Azərbaycan peşəkar musiqisində çox geniş inkişaf edərək öz mahiyyəti etibarilə müstəqil janr kimi də təşəkkül tapmışdır.
İstinadlar
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan xalq reqslerinin tesnifati muxtelif xaraktere oyun terzine movzu ve mezmuna malik olan Azerbaycan xalq reqsleri adlarinin menasina gore bir nece qrupa bolunur Yer ve tarixi erazilerin adlari ile bagli reqslerHer bir reqs mueyyen bir dovrde hansisa bir tarixi erazide yaranmisdir Bu reqslerin her birine onlarin ozunemexsus musiqi dili intonasiyasi ritmine uygun adlar verilmisdir Bezi reqsler oz adi olmadigindan yarandigi yerin tarixi erazinin adini goturmusdur Azerbaycan Qazagi Nuxa ve ya Seki Naxcivani Samaxi Baki Susa Esgerani Dehne Sagani Serur Sabirabadi bele reqslerdendir Bu reqslerin adlari bize cox tanisdir Cunki bu adlar Azerbaycanda hansisa bir bolgenin seherin rayon merkezinin adidir Lakin ele reqsler de vardir ki onlarin adi hansisa bir tarixi erazide yerlesen dere tepe qala cay bulaq adlari ile adlandirilmisdir Meselen Uzundere Komurtepe Cay deresi Mugan bulagi Sirvan bulagi da deyirler Ciraq qala Qusar cay ve basqalari buna aydin numunedir Azerbaycanda ele reqsler de vardir ki onlarin adlari hal hazirda qonsu xalqlarin yasadigi erazilerle de baglidir Cunki bu erazilerde de tarix boyu azerbaycanlilar yasayiblar adet enenemizi qoruyub saxlayiblar ve musiqi medeniyyetimizi daim inkisaf etdiribler Qeyd etmek lazimdir ki ele indi de Dagistan Gurcustan Turkiye Iran Ozbekistanda ve dige dovletlerde coxlu sayda azerbaycanli yasayir Bu tarixi erazilerin senine yazilmis Azerbaycan xalq reqslerinden Dilican Tiflisi Enzeli Asxabadi Meherremkend Qars Dagistan Derbendi Endican Canax qala ve basqalarini numune getire bilerik Bitki ve gul cicek adlari ile bagli reqslerTebieti terennum eden Innabi Darcini Lale Qizil gul Heyva gulu Benovse Novruzgulu Reyhani Alma gulu Alca gulu Mixeyi Mexmeri Dag ciceyi Yasemeni Pambigi bu reqslerdendir Azerbaycanda nefes aletlerinin meshur ifacilarindan biri zurna balaban mektebinin yaradicilarindan sayilan Eli Kerimov 1874 1962 Cabbar Qaryagdioglu ile goruslerinden birini oz xatirelerinde bele xatirlayir Biz Cabbarla Selim beyin toyunda gorusduk Baharin gozel cagi idi Seher seher Cabbarla cemenlikde gezirdik Bu gozel bahar seherinin teraveti havadaki gul ciceyin etri mende ele bir teb yaratdi ki ister istemez balabani elime alib calmaga basladim Musiqi sona catdiqda Cabbar maraqli baxislarla bu reqsin adini menden sorusdu Men de dedim ki bilmirem ele indi improvize etdim Onda Cabbar teklif etdi ki bu melodiyanin adini ele bu sehere ciceklerin etrine hesr ederek Benovse qoyaq Belece Benovse reqsi yarandi Das qas zinet ve bezek esyalarinin adlari ile bagli reqslerQedim dovrlerden beri bahali das qaslar elece de qiymetli materiallardan qizil ve gumus hazirlanmis zinet esyalari Azerbaycan xalqinin meisetinde cox genis istifade olunmusdur Esasen qadinlarin istifade etdikleri bu bezek esyalari onlarin daha da yarasiqli cazibeli gorunmeyine tesir gostermisdir Feodal dovrunun saray xanimlari asagi tebeqeden olan xanimlardan secilmek ucun cox qiymetli zinet esyararindan istifade ederdiler Ustu curbecur das qaslarla brilliant almaz yaqut zumrud kehreba firuze silsileler ciqqa ve sirgalar cecik ve qolbaqlar sinebendler qizil pullarla bezedilmis papaqqabagilar bilerzik ve bazubendler uzukler qizil ve gumusden hazirlanmis kemerler bele bezeklerdendir Qadin gozelliyini ve milli geyimlerimizin ornamentini eks etdiren bezek esyalari ile bagli xalqimiz bir sira reqsler yaratmisdir Brilyanti Yaqutu Mirvari Cervon Almazi Mercani Onluq Zumrudu ve basqalari mehz bu xalq reqslerindendir Emek ve teserrufatla bagli meiset reqsleriAzerbaycan erazisinde cox sayda qedim tayfalar movcud olmusdur Oguzlar qipcaqlar qiniqlar terekemeler ovsarlar koceriler ve s Bu tayfalar daim koceri heyat terzi surmus heyvandarliqla mesgul olmus oz yasayislarini temin etmek ucun mal qarasini yayda yaylaga qisda qislaga aparmaqla teserrufatini genislendirmisler Xalq reqslerinden Terekeme Koceri ve Ovsari mehz bu qedim tayfalarin adlari ile bagli el havalaridir Terekemelerin heyat terzini eks etdiren diger reqsler daha maraqli mezmuna malikdir Kollektiv teserrufatla bagli sud sagimi yun qirximi elece de qoyunculugun inkisafinda cobanlarin emeyi bu reqslerde butovlukle oz eksini tapmisdir Kolxozu Xancobani Cobani Cobanlar Kecimemesi ve s havalar mehz emek ve teserrufatla bagli meiset reqslerindendir Qehremanliq ve igidlik timsalli reqslerAzerbaycan xalqi uzun esrler boyu muharibeler gormus hucum ve basqinlara meruz qalmis tarixin butun kecmekecli yollarini asaraq geride qoymus xalqimiz hec zaman ruhdan dusmeyerek dusmen basqinlarina merdlikle sine germis qehremanliq gostermis gucunu quvvesini seferber edib son neticede doyusden qalib cixmisdir Doyuse gedenleri ruhlandirmaq ucun cengi ler calinar asiqlar xalqi qelebeye sesleyerdiler Dusmen uzerinde calinan her bir qelebe zefer boyuk xalq bayramlarina cevrilerdi Igidlerin senine dastanlar qosular mahnilar bestelener qelebe sevincini eks etdiren muxtelif mezmunlu reqs havalari yaradilardi Cengi Besacilan Qehremani ve basqalari bele reqslerdendir Bayramlar ve el senlikleri ile bagli merasim reqsleriAzerbaycan xalqi qedim dovrlerden beri oz tarixi yaddasina hekk elediyi ve ozunun adet enenesine meisetine daxil etdiyi mueyyen hadiseleri unudulmaz gunleri daim yasatmaq ucun her zaman muxtelif bayramlari el senliklerini ve diger merasimleri yuksek seviyyede qeyd edir Azerbaycanda bir cox bayramlar movcuddur Xalqin boyuk tentene ile qeyd etdiyi bayramlardan biri Novruz bayramidir Novruzda bayram sirniyyatlarinin hazirlanmasi semeni goyerdilmesi yumurta boyadilmasi xoncalarin bezedilmesi cersenbelerin kecirilmesi tonqallarin qurulmasi ile yanasi bu bayrami daha da yadda qalan eden xalq qarsisinda bir cox oyunlarin tamasalarin kecirilmesidir Mehz Novruz bayrami ile elaqedar onun atributlari ile bagli elece de buradaki oyunlara tamasalara aid xalq arasinda bu gunumuze qeder coxlu sayda reqsler meydana gelmisdir Semeni Novruzu Kendiri Cidir Atlanma Pehlevani Zorxana Duy duy Salaxo ve s bele reqslerdendir Esrler boyu cox boyuk sadyanaliqla qeyd edilen adet enenelere uygun sekilde heyata kecirilen merasimlerden biri de toydur Toy iki seven gencin yeni yaradacaqlari musteqil aile temelinin remzidir Azerbaycan toylarinda kicikden boyuye qeder her kes qohumlar qonsular dost tanislar umumiyyetle hami sadlanir reqs edir sevinir beyle gelini tebrik edir onlara xosdextlik arzulayirlar Mehz bu merasimle bagli beyle gelinin serefine xalq arasinda bir cox oyun havalari meydana gelmisdir Gelin havasi Toy Vagzali Yayliq ve basqalari bele reqslerdendir Insan adlari ile bagli reqslerAzerbaycan oyun havalari arasinda insan adlari ile bagli reqsler coxluq teskil edir Nabat xanim Xalabaci Selale Mirzeyi Hacican Xanimi Zuleyxa Sevinc Besti Qaryagdi Tehmezi Gulgezi Leyli peri Musaxani Aysadi ve s Bele reqslerin cox olmasinin bir nece sebebi vardir Meselen ele reqsler var ki yarandiqdan sonra bir muddet adsiz qalmisdir Yeni tez tez el senliklerinde bayramlarda seslenmis musiqi dilinin sade ve gozel olmasina gore yaddaslara kocurulmus xalq arasinda sevilmis lakin deqiq adi olmamisdir Bir muddetden sonra xalq bu reqsi onu yaradan ifacinin oz adi ile adlandirmislar Bezi reqsler onu yaradan muellifin oglunun qizinin ve ya nevesinin adini qebul etmisdir Meselen Sirvan zurna balaban mektebinin banisi sayilan Eli Kerimov oz nevesinin adina Efruze reqsini yaratmisdir Ele reqsler de vardir ki bir muddetden sonra oz adini itirmis sonradan bu havani gozel oynayan reqs eden sexsin reqqas ve ya reqqasenin adi ile adlandirilmisdir Hetta ele reqsler de movcuddur ki ilkin adini da sonraki adini da saxlayib Meselen Balabeyi reqs havasinin ikinci adi Niluferi dir Ilk adi Qorxmazi olan reqse sonralar Solmazi adi da verilmisdir Mezeli reqslerTarixen her bir insan yasadigi heyati boyu saysiz hesabsiz gulmeli mezeli ehvalatlarla rastlasmisdir Getdikce insanlar arasinda yayilan bele gulmeli ehvalatlar coxaldiqca onlardan en maraqlisini en mezelisini xalq oz yaddasina yazmisdir Sonralar butun folklor janrlarina sirayet etdiyi kimi oyun havalarinin da yaranmasina sebeb olmusdur Her bir mezeli reqs hansisa gulmeli bir tarixi ehvalatla baglidir ve oz musiqi mezmununda ve ya oynanilarken muxtelif calarlar muxtelif hereketler vasitesile bu gulusu ozunde eks etdirmisdir Bele reqslerden Kesme Letife Naz eleme Xurcun Qitqilida Senemi kimi de adlanir Naz nazi Kim kime Tapp eledi Surusdum dusdum kimi de adlanir Matani Cig ciga Qoceli ve basqalarinin adlarini ceke bilerik Guclu improvize etmek bacarigina malik olan xanendeler bir mugami hemise eyni terzde oxumamislar Her defe mueyyen sobe ve guselerde ifalarina yeni xallar bezekler melizmler elave etmekle oz ustaliqlarini tesdiq etmisler Onlari musayiet eden musiqiciler de oz ifalarinin daha da rengareng seslenmesi ucun diger sazende destelerinden secilmek ucun mugam destgahlarina yeni aheng getirmek meqsedile muxtelif sobe ve guselerde reng leri mueyyen reqs havalari ile evez etmisler Bildiyimiz kimi her bir reqs xasiyyetine movzusuna uygun individual ada malikdir Lakin reqs mugam destgahinda reng kimi ifa edilerken hemin sobe ve ya gusenin adini qebul edir Meselen Asxabadi reqsi Suster rengi kimi Narinc reqs musiqisi Manendi muxalif rengi Segah mugaminda kimi Novruzu reqsi Vilayeti rengi Rast mugaminda kimi Cervon reqsi Mahur rengi kimi Balabeyi reqs musiqisi Sikesteyi fars rengi Sur mugaminda kimi adlanir Bezi xalq reqslerimiz ifa olunduqlari sobe ve ya guselerin xarakterini mezmununu o qeder dolgun sekilde eks etdirir ki xalq arasinda oz adi ile yox reng musiqisi kimi daha cox yadda qalmis olur Bele reqslerden Mercani Muberriqe rengi Almazi Suster rengi Bexteveri Sikesteyi fars rengi Mixeyi Sikesteyi fars rengi ve basqalarini gostere bilerik Bu reqslerden hal hazirda Sikesteyi fars rengi kimi taninan Bexteveri xalq reqsinin not yazisini ilk defe gorkemli bestekarimiz Seid Rustemov 1907 1983 ozunun 1937 ci ilde nesr etdirdiyi Azerbaycan xalq reqsleri mecmuesinde gostermisdir Bu mecmueye 30 reqs musiqisi daxildir Bu siyahida 16 nomreli reqs ele Bexteveri adi ile de verilmisdir Sikesteyi fars rengi kimi meshurlasan diger xalq reqslerimizden biri de Mixeyi dir Onu da qeyd etmeliyik ki bu reqsin ikinci adi Ciran ciran dir Bu adla verilmis reqsin not yazisini ilk defe taninmis musiqisunas Bayram Huseynli 1965 ci ilde nesr etdirdiyi Azerbaycan xalq reqs melodiyalari mecmuesinde isiqlandirmisdir Mecmuedeki 25 oyun havasindan sonuncu nomre Ciran ciran reqsidir Mixeyi reqsi Segah mugaminda Sikesteyi fars sobesi ile Muberriqe arasinda calinir Reqs tez tempde allegro ifa olunan sen oynaq musiqiye malikdir 2 Her hansi bir mugamin tam sekilde formada yeni oz kompozisiya qurulusunun terkibine daxil olan butun sobe ve guselerin elece de reng ve tesniflerin evvelden axiradek ardicil ifa edilmesi destgah adlanir Mugam destgahlari deramed le baslanir Deramed instrumental sekilde ifa olunan iri hecmli reng novudur Mugam sobelerinin butun istinad perdelerini ozunde eks etdiren deramed yalniz bir defe destgahin baslangicinda giris muqeddime musiqi eseri kimi seslenir Esasen asta tempde lirik ehval ruhiyyede ifa olunan deramedin musiqisini dinleyen her kes ilk andan hemin mugam destgahinin neden danisacagini onun umumi xarakteri ve hansi emosional tesire malik olmasi haqqinda melumatlanmis olur Her bir deramed ifa olundugu mugam destgahinin adini dasiyir Meselen Rast deramedi Bayati Siraz deramedi Sur deramedi Cahargah deramedi ve s Yarandigi gunden beri xalq arasinda sevilerek dinlenilen mugam destgahlarinin artiq ayrilmaz terkib hissesine cevrilmis ve hal hazirda oz adi ile deyil deramed kimi meshurlasan reqslerimiz az deyil Meselen Enzeli reqsi Suster deramedi kimi Selale reqs musiqisi Bayati Qacar deramedi kimi Reyhani reqsi Rast deramedi kimi Selami reqsi Mahur hindi deramedi kimi Dervisi Gul destesi ve Hengame mey reqsleri ise Bayati Siraz deramedi kimi taninir Bu reqslerin deramed kimi ifa olunmasi iki cehetden ehemiyyetlidir Birinci cehet odur ki mugamlarin kompozisiya qurulusunda rengarenglik artir mugam ifaciligi daha da zenginlesir Ikinci cehet ise budur ki xalq reqslerimiz unudulmur deramed kimi ifa edilse de yasayir ve gelecek nesile oturulur Aparilan tedqiqatlarin yazilan not numunelerinin de vacibliyi ondan ibaretdir ki bu qedim xalq reqslerimiz hem de oz adini qoruyub saxlayir deramed kimi deyil mehz oyun havasi kimi yazilmasini subut edir Bu gun deramed kimi taninmis xalq reqslerimizin ritmik xususiyyetleri haqqinda danisarken mutleq qeyd etmeliyik ki bu reqslerden bezileri yarandigi zaman bir oyun havasi kimi iti tempde ifa olunublar Bilirik ki lirik ehval ruhiyyede yazilmis xalq reqslerimiz de yeterincedir ve deramed kimi onlardan istifade olunur Mugam sobe ve guselerinin xarakterine istinad perdelerinin ardicilligina lad esasina uygun gelen tez tempe malik olan reqs havalarini ise deramed kimi ifa ederken instrumental ifacilarimiz onun tempini agirlasdirirlar Numune kimi Enzeli reqsinin not musiqisini nezerden kecirsek onun allegretto tempinde yazildigini ve umumiyyetle bu havanin ozunun iti tempe meyilli oldugunu oxumaq olar 3 Rengin diger bir novu de diringi dir Diringi kicik hecmli tez tempe malik olan oynaq reqsvari musiqi numunesidir Terkibi bezen bir nece frazadan ibaret olan kicik miniatur pyeslere benzeyen diringinin musiqisi cox zaman reqs melodiyasi ile deyisik salinir Diringi reqs deyil Dogrudur ki cox zaman xanendeni musayiet eden musiqiciler diringi evezine reqs ifa edirler Lakin diringi reqs musiqisine oxsayan ifa olundugu mugamin sobe ve ya gusesinin mezmununa lad esasina uygun sekilde bestelenmis bir musiqidir Esasen kicik hecmli sobelerin xususile de guselerin sonunda ifa edilen bu musiqi numunesi diringi kimi deyil reng kimi hemin sobe ve ya gusenin adini dasiyir Muxtelif dovrlerde yasayib yaratmis musiqi ifacilarimizin xanende ve sazende destelerinin fealiyyetini arasdiraraq onalarin ifaciliq tecrubesine esaslanaraq deye bilerik ki xalq reqslerimizden diringi kimi mugam destgahlarinda cox genis istifade olunmusdur Meselen Taciri reqsi Eraq rengi kimi Kendiri reqs melodiyasi Mayeyi Mahur rengi kimi Mexmeri reqsi Segah rengi kimi Almazi reqs musiqisi Suster rengi kimi ve s ifa olunmusdur Bundan evvel reng ler haqqinda danisarken Almazi reqsi haqqinda melumat vermisdik Bu reqs musiqisinin hem reng hem de diringi kimi ifa olunmasi ne ile baglidir Evvela yada salmaliyiq ki reng melodiyalari ister hecmine isterse de xarakterine gore muxtelif olurlar Yeni hem kicik hem de boyuk hecmli rengler agir orta ve tez tempde ifa olunan ritmik xususiyyetlere malikdirler Eger Almazi reqsinin melodiyasini tehlil etsek onun kicik hecmli olmasinin ve tez tempde allegro ifa edilmesinin sahidi olariq Bu xususiyyetler diringi ye xas olan ifade usullarindan oldugu ucun reqs hem reng hem de diringi sayila biler 4 Mugam destgahlarinin kompozisiya qurulusuna daxil olan sonuncu kompanent tesnif adlanir Tesnif renglerden ferqli olaraq tekce instrumental deyil hem de vokal ifada seslenir Basqa sozle desek tesnif deqiq metro ritme esaslanan esasen bestekarlar terefinden xalq ruhunda yazilmis mahnidir Tesnifin musiqisi ele qurulmusdur ki onun terkibinde ozunden sonra gelecek sobenin istinad perdesi de seslenir Xanende tesnifi oxuyarken hemin perdeden cox asanliqla diger sobeye kece bilir Cox zaman xanendeler onun evezine muxtelif xalq mahnilarindan birini oxuyurlar Lakin bu mahnilar xanende terefinden ele secilmelidir ki onlarin qurulusu hemin tesnifin qurulusu ile oxsar olsun Tesnif mugamin mueyyen sobelerinde ifa edilir ve hemin sobenin de adini dasiyir Tesniflerin metn esasini esasen qezel qosma bayati gerayli ve diger seir formalari teskil edir Xanende mueyyen sobede oxuyacagi tesnif ve ya xalq mahnisina mugamin xarakterine ruhuna uygun hemin sobenin mezmununu eks etdiren metn seir secmelidir Tesniflerden xanendeler oz ifaciliq yaradiciliginda musteqil sekilde oxunan mahni kimi de istifade edirler Bu zaman mahni hem tesnif kimi hem de oz adi ile teqdim oluna biler Serbest mahni kimi ifa edilen tesnifin mueyyen bir istinad perdesinden kicik mugam parcasi da ifa etmek mumkundur Lakin bu xanendenin seciminden asilidir O mahnida mugam oxumaya da biler Mugam yaradiciliginda xalq reqslerimizden de tesnif kimi istifade olunmusdur Reqsin mahni kimi oxunmasi ucun ona soz metn seir elave olunmalidir Bilirik ki Azerbaycan mugamlari XIX esrin ikinci yarisindan baslayaraq ozunun yuksek inkisaf merhelesine qedem qoymusdur Bu dovrde Azerbaycanin bir cox bolgelerinde Susa Baki Samaxi ve Seki mugam mektebleri fealiyyet gostermis muxtelif seher ve kendlerden buraya xanendeler oz sazende desteleri ile axisib gelmis oz istedad ve bacariqlarini numayis etdirerek xalq arasinda taninmis ve sevilmisler Hemin dovrden beri esasen xanendeler terefinden bir cox reqs musiqisine metn seir elave edilerek onlarin mugamin mueyyen sobelerinde tesnif kimi oxunmasi mumkun olmusdur Bele reqslerden Susa Segah tesnifi Dagistan Bayati Siraz tesnifi Gulgezi Sur tesnifi Innabi Mahur tesnifi Kesme Segah tesnifi ve basqalarini gostere bilerik Bu reqsler mahni ve tesniflere cevrildikden sonra xalq arasinda artiq oz adi ile deyil onun musiqisine qosulmus metnin adi ile taninmislar Meselen Dagistan reqsi hal hazirda Ay Gulebetin xalq mahnisi kimi sohret tapmisdir Ilkin variantda mahninin metni asagidaki kimi oxunmusdur Dagistan dag yeridir Gurcustan bag yeridir Dagilmis Carbazari ay balam Qizlarin bol yeridir Sonralar mahninin bu bendi deyisilmis ve neqerat elave olunmusdur Bu dagda maral gezer Telini darar gezer Men yara neylemisem ay gulum Yar menden kenar gezer Neqerat Daglarda cicek ay Gulebetin Hamidan goycek ay Gulebetin Doldur ver icek ay Gulebetin hey Diger bir meshur xalq mahnisina cevrilmis reqslerden Gulgezi ni qeyd etmeliyik Onun bir reqs kimi not musiqisini ilk defe taninmis bestekarimiz Seid Rustemov 1937 ci ilde ozunun Azerbaycan xalq reqsleri kitabinda Gulgez 29 adi ile nesr etdirmisdir Lakin mahni kimi muxtelif menbelerde onun bir nece adina rast gelmek olar Meselen 1956 ci ilde Bulbul 1897 1962 terefinden tertib olunan Azerbaycan xalq mahnilari mecmuesinde onun metni ve not yazisi Ay qiz heyranin ollam adi ile isiq uzu gormusdur 1979 cu ilde Qafar Namazeliyevin tertibati ile capdan cixmis Azerbaycan xalq mahni ve tesnifleri kitabinda Heyranin ollam kimi yazilmis mahni Siyavus Keriminin tertibati ile 2005 ci ilde nesr olunmus Azerbaycan xalq mahnilari mecmuesinde Baga girdim uzume adi ile verilmisdir Hem solo hem de duet seklinde oxunan mahni sen ehval ruhiyyede reqsin oz tempinde ifa edilir I bend Oglan Baga girdim uzume Tikan batdi dizime Eyildim cixarmaga Yar satasdi gozume Neqerat Oglan Ay qiz heyranin ollam Qiz Oglan ceyranin ollam Oglan Gedersen yola sallam Qiz Qalarsan qadan allam II bend Qiz Benovse deyilem men Yel vura eyilem men Mene bivefa deme Vefasiz deyilem men Duet kimi oxunan xalq mahnisi kimi populyarlasan diger oyun havasi Susa reqsidir Bu qedim xalq reqsi ilk defe gorkemli bestekarimiz Muslum Maqomayev terefinden elyazma seklinde nota alinmis ve hal hazirda Elyazmalar Arxivinde saxlanilir Diger bir bestekarimiz Seid Rustemov Susa reqsinin not musiqisini ozunun Azerbaycan xalq reqsleri mecmuesinde 10 yazmisdir Lakin mahniya cevrildikden sonra Susa adini demek olar ki itirmis bu negme Nazli yarim adi ile xalq mahnisi kimi sohret tapmisdir Oglan Nazli yarim eyleme Bagrimi qan eyleme Sen menimsen men senin gulum Ozge xeyal eyleme Qiz Ozune bax oglanin Sozune bax oglanin Elbet eve gelersen bala Gor sene men neylerem Oyun havalarindan mahniya cevrilmis negmelerin istedadli ifacilarindan sayilan Bulbul ozu de bezi reqslere metn elave etmisdir Bele xalq reqslerimizden en cox populyar olani Innabi ve Kesme dir Innabi oyun havasi da ilk defe Seid Rustemov terefinden nota alinmisdir Bulbul reqsin musiqisine metn elave etdikden sonra o Men asiq gozlerine adli tesnif kimi de taninmisdir Tesnifata gore mezeli reqsler siyahisina daxil edilen Kesme oyun havasi esasen kisi reqqaslar terefinden oynanilir Tez tempe malik olan bu reqs ucun tullanma sicrama hereketleri seciyyevidir Bu oyun havasinda en maraqli epizod ondan ibaretdir ki reqsin mueyyen yerinde musiqi bir anliq kesilir ani pauzadan sonra yeniden evvelki tempde davam edir Reqqas bu pauzada eyilerek sag ayaginin diz hissesini yere toxundurur sonra yeniden qalxaraq musiqinin musayietile oyunu davam etdirir Bu gun Ay qiz sene mayilem adli Segah tesnifi kimi taninmis Kesme reqsinin musiqisine Bulbul terefinden asagidaki metn daxil edilmisdir Ay qiz sene mayilem Boynunda hemayilem Dost payi sirin olar Her ne versen qayilem Qasin gozun sirin sozun Aldi menim canimi Men sene qurban Men sene heyran Ay xanim xanim Sen menim canim Gel seni alim Qurbanin olum Ay xanim Bu gun eminlikle deye bilerik ki tesnif ve rengler bilavasite mahni ve reqs senetinin tesiri ile yaranmisdir Tesnif ve renglerimiz sifahi eneneye malik Azerbaycan pesekar musiqisinde cox genis inkisaf ederek oz mahiyyeti etibarile musteqil janr kimi de tesekkul tapmisdir IstinadlarXarici kecidler