Azərbaycan relyefi — Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400–500 m (Orta və Aşağı Araz çökəkliklərində 800–1000 m), bəzi yerlərdə 100–120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0–50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir. Hündürlüyü Xəzər dənizi sahilində təqribən — 28 m-dən Böyük Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir. Orta hündürlük 657 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir.
Ümumi məlumat
Böyük Qafqaz dağ sisteminin yalnız cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Burada əsas oroqrafiya vahidləri Böyük Qafqaz silsiləsi (yaxud Suayrıcı silsilə) və Yan silsilədir. Böyük Qafqazın çox hissəsini təşkil edən Böyük Qafqaz silsiləsi Azərbaycan Respublikası ərazisində Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Dağıstan MR-dadır), bundan cənub-şərqdəki hissəsinin isə hər iki yamacı respublika ərazisinə daxildir. Böyük Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü 4466 m, Tufandağ 4191 m, Bazaryurd 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Böyük Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getidkcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir. Böyük Qafqaz silsiləsindən şimalda yerləşən və ona paralel uzanan Yan silsilənin Azərbaycan Respublikasındakı hissəsi Şahdağdan (4243 m) başlayaraq cənub-şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m) qurtarır. Yan silsilə Böyük Qafqaz silsiləsindən başlayan çayların (Qusar, Qudyal və s.) dərələri ilə kəsilərək ayrı-ayrı massivlərə — platolara (Şahdağ, Qızılqaya, Buduq və s.) bölünmüşdür. Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsi (hündürlüyü qərbdə 1000–1100 m, cənub-şərqdə 150–200 m) uzanır. Silsilələr və tirələr bir-birindən dərələr, dağarası çökəkliklər (Şahnabad, Xınalıq, Yerfi, Qonaqkənd, Xaltan, Gilgilçay, Tığçay, Rustov, Pirəbədil və s.) vasitəsilə ayrılır. Böyük Qafqaz silsiləsinin cənub yamacı çox yerdə ona paralel uzanan Alazan-Əyriçay çökəkliyinə (bəzi ədəbiyyatlarda Alazan-Həftəran vadisi) enir (bəzi ədəbiyyatlarda Alazan-Əyriçay çökəkliyi Kür çökəkliyinin bir hissəsi kimi verilir). Gürcüstan Respublikası ərazisindən başlanan həmin çökəkliyin Azərbaycan Respublikası ərazisində uzunluğu 210 km, eni 30 km-ə qədərdir. Cənub-şərqdə Böyük Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsi (hündürlüyü 2100 m-dək) uzanır.
Samur-Dəvəçi ovalığı Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayına dək uzanır. Ataçayla Sumqayıt çayı arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200–250 m hündürlükdə) nisbi hündürlüyü 10–25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənliyinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.
Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilə — Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik yayla (Qarabağ yaylasının çox hissəsi), çökəklik (Başkənd-Dəstəfur çökəkliyi və s.) ilə təmsil olunmuşdur (bəzi ədəbiyyatlarda Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir). Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi (Gamışdağ 3724 m), uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək). Pant silsiləsi və təcrid olunmuş halda yüksələn Kəpəz dağı (3030 m). Başkənd-Dəstəfur çökəkliyini şərqdə Ağcakənd çökəkliyindən ayırır. Qafqazın şimal yamacının silsilələri şimala doğru alçalaraq Orta Kür çökəkliyində dik yamacla Gəncə-Qazax düzənliyinə keçir. Şərqi Göyçə (Şərqi Sevan) silsiləsi Tərtər çayı və Göyçə (Sevan) gölü hövzələrinin suayrıcısını təşikl edir. Ən yüksək zirvəsi Kəti dağıdır (3437 m). Kiçik Qafqazın cənub-şərq qurtaracağı olan Qarabağ silsiləsi Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Ən yüksək zirvələri Qızqala (2843 m), Qırxqız (2830 m), Böyük Kirs (2725 m) və s. silsilələrinin geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil edir. Silsilənin şimal yamacında köndələn qollar və çökəkliklər var. Qarabağ silsiləsi şimal-qərbdə enlik istiqamətində uzanan Mıxtökən silsiləsi (Dəlidağ 3613 m) ilə birləşir. Zəngəzur və Dərələyəz silsilələrinin müvafiq olaraq cənub-qərb və cənub yamacları Azərbaycan Respublikası (Naxçıvan MR) ərazisindədir. Zəngəzur silsiləsi Araz çayı dərəsinədək uzanır.
Bu silsilə Kiçik Qafqazın dağ silsilələri arasında ən yüksəyidir. Orta hündürlüyü təqribən 3200 m-dir. Ən hündür zirvələri (Qapıçıqdağ 3906 m, Qazangöldağ 3814 m və s.) silsilənin cənub hissəsindədir. Zəngəzur silsiləsindən cənub-qərb istiqamətində çoxlu köndələn qollar ayrılır. Ön dağ hissə üçün təcrid olunmuş ekstruzivlər və lakkolitlər (İspandağ 2410 m, Xanağa 1910 m, Əlincə 1810 m və s.) səciyyəvidir.
Zəngəzur silsiləsindən qərbdə Araz çayı dərəsinə tərəf alçalan Dərələyəz silsiləsi (Küküdağ 3210 m, Keçəldağ 3115 m) yerləşir. Silsilədən cənubda, ön dağlıqda tirə və platolar (Qıvraq, Duzdağ və s.) əsas yer tutur. Əsasən, Zəngəzur və Qarabağ silsilələri arasında yerləşən, dalğavarı səth üzərində iri sönmüş vulkan konusları (Qızılboğaz 3581 m, Böyük İşıqlı 3552 m, Ala Göllər 3175 m və s.) olan Qarabağ yaylası nisbətən geniş yer tutur. Burada orta hündürlük 2000–2500 m-dir. Yayla şimaldan cənuba daralaraq alçalır. Bazarçay və Həkəri çaylarının birləşdiyi yerdə qurtarır.
Talış dağ sistemi Aşağı Araz çökəkliyindən cənub-şərqdə yerləşir (bəzi tədqiqatçılar Talış dağlarını Əlburz dağ sisteminin şimal-qərb davamı hesab edirlər). Əsasən, şimal-qərbdən cənub-şərqə təqribən paralel uzanan Talış, Peştəsər və Buravar silsilələrindən ibarətdir. Bunlardan ən uzunu (təqr. 100 km) və hündürü (2500 m-dək) İranla dövlət sərhədi boyu uzanan Talış silsiləsidir. Silsilələr bəzi yerlərdə bir-birilə köndələn qollarla birləşərək qapalı çökəkliklər (Yardımlı, Lerik və s.) əmələ gətirmişdir. Talış dağları ilə Xəzər dənizi arasından Lənkəran ovalığı uzanır. Kür çökəkliyi Azərbaycan Respublikası ərazisinin mərkəzi hissəsini tutur. Relyefi əsasən, geniş düzənlik və ön dağlıqlardan ibarətdir. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında yerləşən bu çökəkliyin əsas oroqrafiya vahidi cənubi Qafqazın ən böyük düzənliyi olan Kür-Araz ovalığıdır. Ovalıq Kür və Araz çayları vasitəsilə Mil-Qarabağ, Şirvan, Muğan-Salyan düzlərinə bölünür. Ovalığın şərq və mərkəzi hissələri okean səviyyəsindən 28 m-dək aşağıdadır. Dağətəyi sahələrdə hündürlüyü 100–250 m, bəzi yerlərdə 400–500 m-ə çatır. Kür-Araz ovalığından şimal-qərbdə Kür çayının sağ sahili boyunca Gəncə-Qazax, cənub-qərbdə isə Araz çayının sol sahili boyunca Aşağı Arazboyu maili düzənlikləri uzanır. Gəncə-Qazax düzənliyi və Kür-Araz ovalığından şimalda Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt ön dağlıqları yerləşir. Bunlardan ən böyüyü Alazan-Əyriçay çökəkliyinin cənub kənarları boyunca uzanan Acınohur ön dağlığıdır (hündürlüyü 1100 m-dək). Bir neçə silsilə, tirə və onları bir-birindən ayıran çökəklik və dərələrdən ibarətdir.
Kür çökəkliyi Azərbaycanın ən böyük oroqrafik elementlərindən biridir.Kür çökəkliyi Azərbaycan Respublikası ərazisinin mərkəzi hissəsini tutur. Relyefi əsasən, geniş düzənlik və ön dağlıqlardan ibarətdir. Çökəklik daxilində bir sıra oroqrafik vahidlər ayrılır. Bunlara Qanıx-Həftəran vadisi, Ceyrançöl-Acınohur alçaqdağlığı, Kiçik Qafqaz ətəyi maili düzənliklər və Kür-Araz ovalğl aiddir. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında yerləşən bu çökəkliyin əsas oroqrafiya vahidi cənubi Qafqazın ən böyük düzənliyi olan Kür-Araz ovalığıdır. Ovalıq Kür və Araz çayları vasitəsilə Mil-Qarabağ, Şirvan, Muğan-Salyan düzlərinə bölünür. Ovalığın şərq və mərkəzi hissələri okean səviyyəsindən 28 m-dək aşağıdadır. Dağətəyi sahələrdə hündürlüyü 100–250 m, bəzi yerlərdə 400–500 m-ə çatır. Kür-Araz ovalığından şimal-qərbdə Kür çayının sağ sahili boyunca Gəncə-Qazax, cənub-qərbdə isə Araz çayının sol sahili boyunca Aşağı Arazboyu maili düzənlikləri uzanır. Gəncə-Qazax düzənliyi və Kür-Araz ovalığından şimalda Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt ön dağlıqları yerləşir. Bunlardan ən böyüyü Alazan-Əyriçay çökəkliyinin cənub kənarları boyunca uzanan Acınohur ön dağlığıdır (hündürlüyü 1100 m-dək). Bir neçə silsilə, tirə və onları bir-birindən ayıran çökəklik və dərələrdən ibarətdir.
Yüksəklik qurşaqları
Azərbaycan Respublikasının ərazisində relyefin mürəkkəbliyi burada yüksək dağlıq, orta dağlıq, alçaq dağlıq və düzənlik-ovalıq şaquli qurşaqları ayırmağa imkan verir.
Yüksək dağlıq qurşağı 2500 m-dən yüksək yerləri əhatə edir. Bura Böyük Qafqazda Böyük Qafqaz silsiləsinin və Yan silsilənin, Kiçik Qafqazda, əsasən, Zəngəzur, Murovdağ və Şahdağ silsilələrinin yan hissələri daxildir. Çox yerdə dar zona təşkil edir. Bu qurşaq torpaq və bitki örtüyünün çox zəif inkişaf etməsi, sıldırım və daşlı qayalıqların geniş yer tutması və s. ilə səciyyələnir. Burada itiuclu və daraqvarı zirvələr çoxdur. Qədim buzlaq relyefi formaları (troq) qalmışdır. Kiçik müasir buzlaqlar var. Dağ yamaclarının ətəkləri qalın qırıntı materiallarla örtülüdür. Orta dağlıq qurşağı dağ sistemlərinin çox hissəsini əhatə edir: əsasən, 1000 m-dən 2500 m-dək hündürlükdədir. Dərin çay dərələri ilə kəsilmişdir. Yamaclara pilləvarı görkəm verən düzəlmə səthlər geniş yayılmışdır. Dərələrin genişləndiyi yerlərdə, xüsusilə dağarası çökəkliklərdə terraslar inkişaf etmişdir. Bəzi dağ yamaclarında sürüşmə və uçqun sahələri var.
Alçaq dağlıq qurşağı hündürlüyü təqribən 200 m-dən (Qobustan və Acınohur) ön dağlığında 50–100 m-dən olan sahələri əhatə edir. Bu qurşaqda dağ yamacları maili, suayrıcılar hamardır. Bəzi sahələrdə (Qobustan, Ceyrançöl və Acınohur ön dağlığı, Naxçıvan MR-da ön dağlıq rütubət çatışmazlığı arid-denudasiya proseslərinin inkişafına və burada yararsız torpaqların (bedlend), gil karstının və s. relyef formalarının inkişafına şərait yaratmışdır.
Düzənlik-ovalıq qurşağı hündürlüyü 100–200 m və bəzi yerlərdə 400–500 m-dək (Naxçıvan MR-da 800–1000 m-dək) olan sahələri tutur. Bura Kür çökəkliyinin və Samur-Dəvəçi ovalığının çox hissəsi, Alazan-Əyriçay çökəkliyi, Arazboyu düzənliklər və s. daxildir. Bu qurşaqda akkumulyativ relyef formaları geniş inkişaf etmişdir. Dağətəyi sahələrdə gətirmə konusları, Xəzər dənizi sahillərində dünlar əsas relyef formalarıdır.
Azərbaycanın relyefi
Azərbaycanda ən möhtəşəm və fəal morfostruktur Böyük Qafqaz meqantiklinorium dağ sistemidir. Bu dağlar Alp-Himalay orogen qurşağının Avropa və Ön Asiya-Qafqaz seqmentlərinin böyük, yüksəkdağlıq morfostrukturlarından biridir.
Böyük Qafqazın Azərbaycana daxil olan cənub-şərq yüksəkdağlıq hissəsi böyük məsafədə Tufan antiklinoriumuna uyğun gəlir. Tufan antiklinorium və sinklinoriumlardan ibarətdir. Tufan antiklinoriumunu Qusar-Qonaqkənd antiklinoriumu, Xınalıq sinklinoriumu və Bazardüzü antiklinoriumu təşkil edir. Tufan antiklinoriumunun cənub struktur zonası suayrıcı silsilə boyu uzanan Baş Qafqaz tektonik qırılması üzrə cənuba aşaraq, tektonik üstəgəlmə əmələ gətirir. Neotektonik mərhələdə Tufan antiklinoriumunun qalan struktur zonalara nisbətən daha intensiv qalxması onun yüksəkdağlıq Suayrıcı silsiləyə çevrilməsinə səbəb olmuşdur. Hər yerdə Baş Suayrıcı silsilə Tufan antiklinoriumuna uyğun gəlmir. Denudasiya proseslərinin təsiri altında Baş Suayrıcı silsilə zaman keçdikcə şimala miqrasiya etmiş və cənub yamac şimal yamac hesabına bir qədər genişlənmişdir. Bazardüzü, Tufandağ dağları sahəsində bu antiklinorium uca zirvələr və suayrıcı zona əmələ gətirdiyi halda, qərb istiqamətində antiklinorium cənub yamacı da əhatə edir, şərq istiqamətində isə suayrıcı silsilənin şimal yamacına keçir və gömülür.
Tufan antiklinoriumunun ən şimalda yerləşən struktur elementi Quruş-Qonaqkənd antiklinoriumudur. Quruş-Qonaqkənd antiklinoriumu nisbətən sadə quruluşa malikdir. Bu antiklinoriumun qərb hissəsi inversion morfostruktura tipik misaldır. Antiklinoriumunun yerində dibi ətraf dağlardan 1500–1700 m alçaqda yerləşən Şahdüzü çökəkliyi, ondan şərqdə isə Qudyalçayın sol qollarının dərinləşdirdiyi erozion dərələr yerləşir. Qaytar-Qoca antiklinorium silsiləsi Suayrıcı silsiləyə çox sıxıldığından çox yerdə ondan kontrastlı mənfi morfostruktur elementlə ayrılmır və xüsusi görkəmə malik kontrastlı relyef forması yaratmır.
Horst-antiklinorium silsilələrə Böyük Qafqaz dağlarının cənub yamacında Göyçay və Ağsuçay dərələri arasında yerləşən ortadağlıq Nialdağ silsiləsi tipik misaldır. Yura və təbaşir dövrü çöküntülərindən təşkil olunmuş morfostruktur cənubdan və şimaldan uzununa tektonik qırılmalarla əhatələnir və onun hər iki yamacında laylar dik yatır. Silsilənin səthi son neotektonik fəallaşmadan əvvəl uzun müddət denudasiya proseslərinə məruz qalmış və burada dik yatımlı kəsən düzəlmə səthi əmələ gəlmişdir.
Antiklinorium və antiklinal silsilələr
Antiklinorium və antiklinal silsilələr Böyük Qafqaz morfostrukturunun ayrı-ayrı sahələrində inkişaf etmişdir. Böyük morfostrukturun şimal zonasında və cənub-şərq gömülmə vilayətində daha çox rast gəlmək mümkündür. Antiklinorium silsilələrə ən tipik misal Təngi-Beşbarmaq antiklinorium silsiləsidir. Antiklinoriumu təşkil edən şimal və cənub antiklinal zonalar, həmçinin onların arasında yerləşən ensiz sinklinal kompakt yerləşdiklərinə görə sanki bir struktur element və ona uyğun gələn müsbət relyef forması – düz morfostruktur əmələ gətirir. Böyük Qafqaz cənub-şərq batımı vilayətində relyefin müsbət elementləri əksər hallarda antiklinal zona və strukturlara uyğun gəlir. Bunlara Vərəftə, Gədi-Kürkəçidağ, Sarıdaş, Aladaş, Meysəri, Ləngəbiz, Ələt, Böyük Hərəmi, Şubanı, Fatmayı və s. antiklinal tirələr və uvallar daxildir.
Sinklinorium silsilələri
Sinklinorium silsilələri Böyük Qafqaz morfostrukturu daxilində Şahdağ-Xızı sinklinoriumu tərkibində yerləşən bir sıra yüksək və ortadağlıq massiv və silsilələrdir. Şahdağ, Qızılqaya massivləri Yan silsilənin ən görkəmli formalarıdır. Bu massivlər qalın və denudasiya proseslərinə çox davamlı yura və təbaşir əhəngdaşı qatlarından qurulmuşdur. Onların şimal yamaclarının dik və sıldırımlı olması Qazma — Qırız qırılması, cənub yamacların dik olması isə bir tərəfdən Quruş antiklinoriumunun tağ hissəsinin çox dərin erozion dərələrlə kəsilməsi, digər tərəfdən qalın əhəngdaşı örtüyünün cənub kənarı sıldırımına uyğun gəlməsi ilə izah edilir. Şərq istiqamətində sinklinorium silsilə alçalaraq ortadağlıq silsilələrə keçir. Qusarçay, Qudyalçay, Qaraçay morfostrukturu dərin yarma dərələrlə ayrı-ayrı massivlərə bölünür. Böyük Qafqazın cənub-şərq gömülmə regionunda Dübrar sinklinoriumu Şahdağ və Qızılqaya massivlərindən sonra inversion morfostrukturlara misaldır. Dübrar sinklinal morfostrukturu Gilgilçay və Ataçay hövzələrini Çigilçay hövzəsindən ayırır.
Zaqatala-Qovdağ sinklinoriumu Böyük Qafqaz morfostrukturunun cənub yamacını təşkil edir. Şərqdə sinklinoriumun şimal qanadı strukturları Baş Suayrıcının şimal yamacına keçir.
Böyük Qafqazın cənub-şərq gömülmə vilayətinin qərb hissəsində Zaqatala-Qovdağ sinklinoriumunun davamı Altıağac antiklinoriumundan cənubda yerləşən geniş Qızmeydan yaylasına keçir. Qızmeydan yaylası və onun ətrafları üfüqi hərəkətlər nəticəsində əmələ gəlmiş böyük bir tektonik örtükdür. Qozluçay, Gilgilçay, Pirsaatçay yaylada qutuvarı dərələr əmələ gətirmişlər.
Böyük Qafqazın cənub-şərq gömülmə sahəsində köndələn morfostruktur zonalar pilləli şəkildə yerləşir. Altıağac qəsəbəsindən cənub-şərqdə morfotektonik pillələrin sərhədləri Sitalçay, Veqverçay, Sumqayıtçay dərələri üzrə keçir. Böyük Qafqazın cənub-şərq yamacı Qırışıqlı-denudasion Şamaxı yaylası aid edilir.
Şamaxı yaylası paleogen-neogenin qırışıqlığa yığılmış gil qatlarından, qum və əhəngdaşı laylalarından əmələ gəlmişdir. Sulutçay hövzəsində Şamaxı yaylasının şimal-şərq hissəsi Basqal tektonik örtüyü qalıqları saxlamaqla Nialdağ silsiləsinə söykənir, şərqdə isə Qobustan qırışıqlığı morfostrukturuna keçir.
Böyük Qafqazın cənub-şərq gömülmə vilayətində Qobustan-Abşeron qırışıqlığı və düzənlikləri geniş bir ərazi tutur. Qobustan-Abşeron qırışıqlı alçaqdağlığı şimalda təbaşir və paleogenin, mərkəz və cənub hissədə isə miosen və pliosenin gil, qumdaşı və əhəngdaşı laylarından qurulmuşdur. Qobustan-Abşeron sahəsi üçün ən geniş yayılmış morfostruktur tipləri antiklinal və monoklinal tirələr, sinklinal dərələr, muldalar və platolardır. Antiklinal tirələrə Ələt tirəsi, Böyük Hərəmi, Nardaran, Keçiqaya, Dəvəlidağ, Atyal, Zığırdağ, Şubanı, İlxıdağ, Şaxandağ və b. misaldır. Monoklinal tirələr Qayıblar, Şayıblar, Böyük Siyəki, Boyanata və b. asimmetrik quruluşlu tirələrdən ibarətdir. Sinklinal platolara Qərbi Qobustanda Gicvəki, Donquzluq, Şimali Qobustanda Böyük Siyəki, Abşeronda və Cənub-Şərqi Qobustanda Güzdək, Qızıldaş, Çapılmış, Böyükdaş, Kiçikdaş və s. platolar daxildir. Qobustanda inversion Yasamal dərəsinə, Körgöz-Şonqar dərəsinə rast gəlmək mümkündür.
Qobustan-Abşeron qırışıqlığı alçaqdağlığı və düzənliklərində palçıq vulkanları xüsusi morfostruktur tipi kimi ayrılır. Palçıq vulkanlarının hamısı aydın görünən relyef forması əmələ gətirmir.
Yan silsilədən şimal-şərqdə Quba-Qusar əyilməsi zonası yerləşir. Bu zona neotektonik mərhələdə əyilməyə məruz qalmış və onun cənub kənarı boyu intensiv qalxmaqda olan dağlardan çayların gətirdiyi terrigen çöküntülərlə dolmuşdur. Dördüncü dövrdə bu əyilmə zonasının qərb hissəsi Yan silsilənin qalxmasına cəlb olmuş və onu təşkil edən Pliosen və Dördüncü dövr çöküntü qatlarında, geniş monoklinal struktur yaranmış, və bu prosesin nəticəsində Qusar maili düzənliyi əmələ gəlmişdir. Samur-Dəvəçi ovalığının enli daxili zonası allüvial-prolüvial, sahil zonası isə dəniz-akkumulyativ düzənliklərdir.
İstinadlar
- Azərbaycan – Relyef 2016-03-07 at the Wayback Machine Azerbaijan.az
- Azərbaycan respublikasının coğrafiyası. III cild "Regional coğrafiya". Oroqrafiya (müəlliflər: Əlizadə E.K., Tarixazər S.Ə.). Baki, 2015, s.45
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan relyefi Azerbaycan Respublikasi erazisinin relyefi cox muxtelif ve murekkebdir Erazinin yaridan coxu esasen 400 500 m Orta ve Asagi Araz cokekliklerinde 800 1000 m bezi yerlerde 100 120 m Talis Ceyrancol Acinohur ve Lengebiz Elet on dagliqlari ve 0 50 m Qobustan Abseron mutleq hundurlukden baslayan dag silsileleri ve tirelerinden yayla ve platolardan qalan hissesi ise duzenlik ve ovaliqlardan ibaretdir Hundurluyu Xezer denizi sahilinde teqriben 28 m den Boyuk Qafqaz silsilesinde 4466 m dek Bazarduzu zirvesi deyisir Okean seviyyesinden alcaqda yerlesen saheler respublika erazisinin 18 ini hundurluyu 0 m den 200 m dek olan saheler 24 ini 200 m den 500 m dek 15 5 ini 500 m den 1000 m dek 15 5 ini 1000 m den 2000 m dek 19 5 ini 2000 m den 3000 m dek 6 5 ini 3000 m den yuksekde yerlesen saheler ise 1 ini teskil edir Orta hundurluk 657 m dir Azerbaycan Respublikasinin esas oroqrafiya vahidleri Boyuk Qafqaz dag sistemi Samur Deveci ovaligi Qusar maili duzenliyi ile birlikde Kur cokekliyi Kicik Qafqaz ve Talis dag sistemleridir Azerbaycan Respublikasinin relyef xeritesiUmumi melumatSeki rayonunda dag menzeresi Boyuk Qafqaz dag sisteminin yalniz cenub serq hissesi Azerbaycan Respublikasi erazisine daxildir Burada esas oroqrafiya vahidleri Boyuk Qafqaz silsilesi yaxud Suayrici silsile ve Yan silsiledir Boyuk Qafqazin cox hissesini teskil eden Boyuk Qafqaz silsilesi Azerbaycan Respublikasi erazisinde Gurcustan Respublikasi ve Dagistan MR ile serheddeki Tinov Rosso zirvesinden 3385 m baslayaraq cenub serq istiqametinde uzanir Silsilenin Tinov Rosso ve Bazarduzu zirveleri arasindaki hissesinin yalniz cenub yamaci simal yamaci Dagistan MR dadir bundan cenub serqdeki hissesinin ise her iki yamaci respublika erazisine daxildir Boyuk Qafqaz silsilesinin yan hissesi hec bir yerde cay dereleri ile kesilmir buna gore o bezen Suayrici silsile de adlanir Silsilenin cox yerinde hundurluyu 3000 m den merkezi hissesinde ise 4000 m den artiqdir Bazarduzu 4466 m Tufandag 4191 m Bazaryurd 4126 m Babadag zirvesinden 3629 m cenub serqde hemin silsile tedricen alcalmaga ve genislenmeye baslayir Boyuk Qafqaz silsilesi Dubrar zirvesinden 2205 m simal serqe dogru yelpikvari sekilde genislenerek Xezer denizine teref getidkce alcalan ve cay dereleri ile bir birinden ayrilan Gedi Kurkecidag Aladas Kemci ve s silsilelere bolunur Hemin silsileler coxlu daha kicik ve alcaq silsilelere ayrilaraq Qobustan adlanan alcaq dagliq saheye kecir oradan da Abseron yarimadasinadek davam edir Boyuk Qafqaz silsilesinden simalda yerlesen ve ona paralel uzanan Yan silsilenin Azerbaycan Respublikasindaki hissesi Sahdagdan 4243 m baslayaraq cenub serqe dogru tedricen alcalir ve Besbarmaq daginda 546 m qurtarir Yan silsile Boyuk Qafqaz silsilesinden baslayan caylarin Qusar Qudyal ve s dereleri ile kesilerek ayri ayri massivlere platolara Sahdag Qizilqaya Buduq ve s bolunmusdur Yan silsileye simal qerbde paralel istiqametde Telebi Qaynarca tiresi hundurluyu qerbde 1000 1100 m cenub serqde 150 200 m uzanir Silsileler ve tireler bir birinden dereler dagarasi cokeklikler Sahnabad Xinaliq Yerfi Qonaqkend Xaltan Gilgilcay Tigcay Rustov Pirebedil ve s vasitesile ayrilir Boyuk Qafqaz silsilesinin cenub yamaci cox yerde ona paralel uzanan Alazan Eyricay cokekliyine bezi edebiyyatlarda Alazan Hefteran vadisi enir bezi edebiyyatlarda Alazan Eyricay cokekliyi Kur cokekliyinin bir hissesi kimi verilir Gurcustan Respublikasi erazisinden baslanan hemin cokekliyin Azerbaycan Respublikasi erazisinde uzunlugu 210 km eni 30 km e qederdir Cenub serqde Boyuk Qafqaz silsilesinden Lahic cokekliyile ayrilan Niyaldag silsilesi hundurluyu 2100 m dek uzanir Samur Deveci ovaligi Xezer denizinin sahili boyu simal qerbden cenub serqe Azerbaycan Respublikasinda Samur cayindan Sumqayit cayina dek uzanir Atacayla Sumqayit cayi arasindaki hisse Bogaz duzu adlanir Ovaliq simal qerbde 200 250 m hundurlukde nisbi hundurluyu 10 25 m e catan pille vasitesile Qusar maili duzenliyine kecir Maili duzenlik cenub qerbde Yan silsileyedek davam edir Hundurluyu teqriben 1900 m e Boyuk Suval dagi ve s qederdir Ovaligin deniz sahili hisseleri okean seviyyesinden 28 m dek asagida yerlesir Xinaliqda dere Kicik Qafqaz dag sisteminin Azerbaycan Respublikasindaki hissesi esasen umumi bas suayricisi olmayan ve muxtelif istiqametlerde uzanan bir nece silsile Murovdag Qarabag Mixtoken silsileleri Sahdag Serqi Goyce Serqi Sevan Zengezur Dereleyez silsilelerinin bir hissesi vulkanik yayla Qarabag yaylasinin cox hissesi cokeklik Baskend Destefur cokekliyi ve s ile temsil olunmusdur bezi edebiyyatlarda Zengezur ve Dereleyez silsileleri Qarabag yaylasi Kicik Qafqaza aid edilmir Sahdag silsilesi simal qerbde eyni adli zirveden 2901 m baslanir ve cenub serqde Hinaldag zirvesinedek 3367 m davam edir Hinaldagdan serqe Murovdag silsilesi Gamisdag 3724 m uzanir Bu silsilelerden simalda Baskend Destefur cokekliyi daha simalda ise Semkir gunbezvari yuksekliyi yerlesir Hemin yukseklik Sahdag ve Murovdag silsilesidir hundurluyu 3000 m dek Pant silsilesi ve tecrid olunmus halda yukselen Kepez dagi 3030 m Baskend Destefur cokekliyini serqde Agcakend cokekliyinden ayirir Qafqazin simal yamacinin silsileleri simala dogru alcalaraq Orta Kur cokekliyinde dik yamacla Gence Qazax duzenliyine kecir Serqi Goyce Serqi Sevan silsilesi Terter cayi ve Goyce Sevan golu hovzelerinin suayricisini tesikl edir En yuksek zirvesi Keti dagidir 3437 m Kicik Qafqazin cenub serq qurtaracagi olan Qarabag silsilesi Araz cayina teref alcalaraq dageteyi maili duzenliklere kecir En yuksek zirveleri Qizqala 2843 m Qirxqiz 2830 m Boyuk Kirs 2725 m ve s silsilelerinin genis ve hamar suayrici fonunda tenha qayaliq yukseklikler teskil edir Silsilenin simal yamacinda kondelen qollar ve cokeklikler var Qarabag silsilesi simal qerbde enlik istiqametinde uzanan Mixtoken silsilesi Delidag 3613 m ile birlesir Zengezur ve Dereleyez silsilelerinin muvafiq olaraq cenub qerb ve cenub yamaclari Azerbaycan Respublikasi Naxcivan MR erazisindedir Zengezur silsilesi Araz cayi deresinedek uzanir Bu silsile Kicik Qafqazin dag silsileleri arasinda en yukseyidir Orta hundurluyu teqriben 3200 m dir En hundur zirveleri Qapiciqdag 3906 m Qazangoldag 3814 m ve s silsilenin cenub hissesindedir Zengezur silsilesinden cenub qerb istiqametinde coxlu kondelen qollar ayrilir On dag hisse ucun tecrid olunmus ekstruzivler ve lakkolitler Ispandag 2410 m Xanaga 1910 m Elince 1810 m ve s seciyyevidir Zengezur silsilesinden qerbde Araz cayi deresine teref alcalan Dereleyez silsilesi Kukudag 3210 m Keceldag 3115 m yerlesir Silsileden cenubda on dagliqda tire ve platolar Qivraq Duzdag ve s esas yer tutur Esasen Zengezur ve Qarabag silsileleri arasinda yerlesen dalgavari seth uzerinde iri sonmus vulkan konuslari Qizilbogaz 3581 m Boyuk Isiqli 3552 m Ala Goller 3175 m ve s olan Qarabag yaylasi nisbeten genis yer tutur Burada orta hundurluk 2000 2500 m dir Yayla simaldan cenuba daralaraq alcalir Bazarcay ve Hekeri caylarinin birlesdiyi yerde qurtarir Talis dag sistemi Asagi Araz cokekliyinden cenub serqde yerlesir bezi tedqiqatcilar Talis daglarini Elburz dag sisteminin simal qerb davami hesab edirler Esasen simal qerbden cenub serqe teqriben paralel uzanan Talis Pesteser ve Buravar silsilelerinden ibaretdir Bunlardan en uzunu teqr 100 km ve hunduru 2500 m dek Iranla dovlet serhedi boyu uzanan Talis silsilesidir Silsileler bezi yerlerde bir birile kondelen qollarla birleserek qapali cokeklikler Yardimli Lerik ve s emele getirmisdir Talis daglari ile Xezer denizi arasindan Lenkeran ovaligi uzanir Kur cokekliyi Azerbaycan Respublikasi erazisinin merkezi hissesini tutur Relyefi esasen genis duzenlik ve on dagliqlardan ibaretdir Boyuk ve Kicik Qafqaz dag sistemleri arasinda yerlesen bu cokekliyin esas oroqrafiya vahidi cenubi Qafqazin en boyuk duzenliyi olan Kur Araz ovaligidir Ovaliq Kur ve Araz caylari vasitesile Mil Qarabag Sirvan Mugan Salyan duzlerine bolunur Ovaligin serq ve merkezi hisseleri okean seviyyesinden 28 m dek asagidadir Dageteyi sahelerde hundurluyu 100 250 m bezi yerlerde 400 500 m e catir Kur Araz ovaligindan simal qerbde Kur cayinin sag sahili boyunca Gence Qazax cenub qerbde ise Araz cayinin sol sahili boyunca Asagi Arazboyu maili duzenlikleri uzanir Gence Qazax duzenliyi ve Kur Araz ovaligindan simalda Ceyrancol Acinohur Lengebiz Elet on dagliqlari yerlesir Bunlardan en boyuyu Alazan Eyricay cokekliyinin cenub kenarlari boyunca uzanan Acinohur on dagligidir hundurluyu 1100 m dek Bir nece silsile tire ve onlari bir birinden ayiran cokeklik ve derelerden ibaretdir Kur cokekliyi Azerbaycanin en boyuk oroqrafik elementlerinden biridir Kur cokekliyi Azerbaycan Respublikasi erazisinin merkezi hissesini tutur Relyefi esasen genis duzenlik ve on dagliqlardan ibaretdir Cokeklik daxilinde bir sira oroqrafik vahidler ayrilir Bunlara Qanix Hefteran vadisi Ceyrancol Acinohur alcaqdagligi Kicik Qafqaz eteyi maili duzenlikler ve Kur Araz ovalgl aiddir Boyuk ve Kicik Qafqaz dag sistemleri arasinda yerlesen bu cokekliyin esas oroqrafiya vahidi cenubi Qafqazin en boyuk duzenliyi olan Kur Araz ovaligidir Ovaliq Kur ve Araz caylari vasitesile Mil Qarabag Sirvan Mugan Salyan duzlerine bolunur Ovaligin serq ve merkezi hisseleri okean seviyyesinden 28 m dek asagidadir Dageteyi sahelerde hundurluyu 100 250 m bezi yerlerde 400 500 m e catir Kur Araz ovaligindan simal qerbde Kur cayinin sag sahili boyunca Gence Qazax cenub qerbde ise Araz cayinin sol sahili boyunca Asagi Arazboyu maili duzenlikleri uzanir Gence Qazax duzenliyi ve Kur Araz ovaligindan simalda Ceyrancol Acinohur Lengebiz Elet on dagliqlari yerlesir Bunlardan en boyuyu Alazan Eyricay cokekliyinin cenub kenarlari boyunca uzanan Acinohur on dagligidir hundurluyu 1100 m dek Bir nece silsile tire ve onlari bir birinden ayiran cokeklik ve derelerden ibaretdir Yukseklik qursaqlariQuba rayonunda dagliq erazi Azerbaycan Respublikasinin erazisinde relyefin murekkebliyi burada yuksek dagliq orta dagliq alcaq dagliq ve duzenlik ovaliq saquli qursaqlari ayirmaga imkan verir Yuksek dagliq qursagi 2500 m den yuksek yerleri ehate edir Bura Boyuk Qafqazda Boyuk Qafqaz silsilesinin ve Yan silsilenin Kicik Qafqazda esasen Zengezur Murovdag ve Sahdag silsilelerinin yan hisseleri daxildir Cox yerde dar zona teskil edir Bu qursaq torpaq ve bitki ortuyunun cox zeif inkisaf etmesi sildirim ve dasli qayaliqlarin genis yer tutmasi ve s ile seciyyelenir Burada itiuclu ve daraqvari zirveler coxdur Qedim buzlaq relyefi formalari troq qalmisdir Kicik muasir buzlaqlar var Dag yamaclarinin etekleri qalin qirinti materiallarla ortuludur Orta dagliq qursagi dag sistemlerinin cox hissesini ehate edir esasen 1000 m den 2500 m dek hundurlukdedir Derin cay dereleri ile kesilmisdir Yamaclara pillevari gorkem veren duzelme sethler genis yayilmisdir Derelerin genislendiyi yerlerde xususile dagarasi cokekliklerde terraslar inkisaf etmisdir Bezi dag yamaclarinda surusme ve ucqun saheleri var Alcaq dagliq qursagi hundurluyu teqriben 200 m den Qobustan ve Acinohur on dagliginda 50 100 m den olan saheleri ehate edir Bu qursaqda dag yamaclari maili suayricilar hamardir Bezi sahelerde Qobustan Ceyrancol ve Acinohur on dagligi Naxcivan MR da on dagliq rutubet catismazligi arid denudasiya proseslerinin inkisafina ve burada yararsiz torpaqlarin bedlend gil karstinin ve s relyef formalarinin inkisafina serait yaratmisdir Duzenlik ovaliq qursagi hundurluyu 100 200 m ve bezi yerlerde 400 500 m dek Naxcivan MR da 800 1000 m dek olan saheleri tutur Bura Kur cokekliyinin ve Samur Deveci ovaliginin cox hissesi Alazan Eyricay cokekliyi Arazboyu duzenlikler ve s daxildir Bu qursaqda akkumulyativ relyef formalari genis inkisaf etmisdir Dageteyi sahelerde getirme konuslari Xezer denizi sahillerinde dunlar esas relyef formalaridir Azerbaycanin relyefiAzerbaycanda en mohtesem ve feal morfostruktur Boyuk Qafqaz meqantiklinorium dag sistemidir Bu daglar Alp Himalay orogen qursaginin Avropa ve On Asiya Qafqaz seqmentlerinin boyuk yuksekdagliq morfostrukturlarindan biridir Boyuk Qafqazin Azerbaycana daxil olan cenub serq yuksekdagliq hissesi boyuk mesafede Tufan antiklinoriumuna uygun gelir Tufan antiklinorium ve sinklinoriumlardan ibaretdir Tufan antiklinoriumunu Qusar Qonaqkend antiklinoriumu Xinaliq sinklinoriumu ve Bazarduzu antiklinoriumu teskil edir Tufan antiklinoriumunun cenub struktur zonasi suayrici silsile boyu uzanan Bas Qafqaz tektonik qirilmasi uzre cenuba asaraq tektonik ustegelme emele getirir Neotektonik merhelede Tufan antiklinoriumunun qalan struktur zonalara nisbeten daha intensiv qalxmasi onun yuksekdagliq Suayrici silsileye cevrilmesine sebeb olmusdur Her yerde Bas Suayrici silsile Tufan antiklinoriumuna uygun gelmir Denudasiya proseslerinin tesiri altinda Bas Suayrici silsile zaman kecdikce simala miqrasiya etmis ve cenub yamac simal yamac hesabina bir qeder genislenmisdir Bazarduzu Tufandag daglari sahesinde bu antiklinorium uca zirveler ve suayrici zona emele getirdiyi halda qerb istiqametinde antiklinorium cenub yamaci da ehate edir serq istiqametinde ise suayrici silsilenin simal yamacina kecir ve gomulur Tufan antiklinoriumunun en simalda yerlesen struktur elementi Qurus Qonaqkend antiklinoriumudur Qurus Qonaqkend antiklinoriumu nisbeten sade qurulusa malikdir Bu antiklinoriumun qerb hissesi inversion morfostruktura tipik misaldir Antiklinoriumunun yerinde dibi etraf daglardan 1500 1700 m alcaqda yerlesen Sahduzu cokekliyi ondan serqde ise Qudyalcayin sol qollarinin derinlesdirdiyi erozion dereler yerlesir Qaytar Qoca antiklinorium silsilesi Suayrici silsileye cox sixildigindan cox yerde ondan kontrastli menfi morfostruktur elementle ayrilmir ve xususi gorkeme malik kontrastli relyef formasi yaratmir Horst antiklinorium silsilelere Boyuk Qafqaz daglarinin cenub yamacinda Goycay ve Agsucay dereleri arasinda yerlesen ortadagliq Nialdag silsilesi tipik misaldir Yura ve tebasir dovru cokuntulerinden teskil olunmus morfostruktur cenubdan ve simaldan uzununa tektonik qirilmalarla ehatelenir ve onun her iki yamacinda laylar dik yatir Silsilenin sethi son neotektonik feallasmadan evvel uzun muddet denudasiya proseslerine meruz qalmis ve burada dik yatimli kesen duzelme sethi emele gelmisdir Antiklinorium ve antiklinal silsilelerAntiklinorium ve antiklinal silsileler Boyuk Qafqaz morfostrukturunun ayri ayri sahelerinde inkisaf etmisdir Boyuk morfostrukturun simal zonasinda ve cenub serq gomulme vilayetinde daha cox rast gelmek mumkundur Antiklinorium silsilelere en tipik misal Tengi Besbarmaq antiklinorium silsilesidir Antiklinoriumu teskil eden simal ve cenub antiklinal zonalar hemcinin onlarin arasinda yerlesen ensiz sinklinal kompakt yerlesdiklerine gore sanki bir struktur element ve ona uygun gelen musbet relyef formasi duz morfostruktur emele getirir Boyuk Qafqaz cenub serq batimi vilayetinde relyefin musbet elementleri ekser hallarda antiklinal zona ve strukturlara uygun gelir Bunlara Verefte Gedi Kurkecidag Saridas Aladas Meyseri Lengebiz Elet Boyuk Heremi Subani Fatmayi ve s antiklinal tireler ve uvallar daxildir Sinklinorium silsileleriSinklinorium silsileleri Boyuk Qafqaz morfostrukturu daxilinde Sahdag Xizi sinklinoriumu terkibinde yerlesen bir sira yuksek ve ortadagliq massiv ve silsilelerdir Sahdag Qizilqaya massivleri Yan silsilenin en gorkemli formalaridir Bu massivler qalin ve denudasiya proseslerine cox davamli yura ve tebasir ehengdasi qatlarindan qurulmusdur Onlarin simal yamaclarinin dik ve sildirimli olmasi Qazma Qiriz qirilmasi cenub yamaclarin dik olmasi ise bir terefden Qurus antiklinoriumunun tag hissesinin cox derin erozion derelerle kesilmesi diger terefden qalin ehengdasi ortuyunun cenub kenari sildirimina uygun gelmesi ile izah edilir Serq istiqametinde sinklinorium silsile alcalaraq ortadagliq silsilelere kecir Qusarcay Qudyalcay Qaracay morfostrukturu derin yarma derelerle ayri ayri massivlere bolunur Boyuk Qafqazin cenub serq gomulme regionunda Dubrar sinklinoriumu Sahdag ve Qizilqaya massivlerinden sonra inversion morfostrukturlara misaldir Dubrar sinklinal morfostrukturu Gilgilcay ve Atacay hovzelerini Cigilcay hovzesinden ayirir Zaqatala Qovdag sinklinoriumu Boyuk Qafqaz morfostrukturunun cenub yamacini teskil edir Serqde sinklinoriumun simal qanadi strukturlari Bas Suayricinin simal yamacina kecir Boyuk Qafqazin cenub serq gomulme vilayetinin qerb hissesinde Zaqatala Qovdag sinklinoriumunun davami Altiagac antiklinoriumundan cenubda yerlesen genis Qizmeydan yaylasina kecir Qizmeydan yaylasi ve onun etraflari ufuqi hereketler neticesinde emele gelmis boyuk bir tektonik ortukdur Qozlucay Gilgilcay Pirsaatcay yaylada qutuvari dereler emele getirmisler Boyuk Qafqazin cenub serq gomulme sahesinde kondelen morfostruktur zonalar pilleli sekilde yerlesir Altiagac qesebesinden cenub serqde morfotektonik pillelerin serhedleri Sitalcay Veqvercay Sumqayitcay dereleri uzre kecir Boyuk Qafqazin cenub serq yamaci Qirisiqli denudasion Samaxi yaylasi aid edilir Samaxi yaylasi paleogen neogenin qirisiqliga yigilmis gil qatlarindan qum ve ehengdasi laylalarindan emele gelmisdir Sulutcay hovzesinde Samaxi yaylasinin simal serq hissesi Basqal tektonik ortuyu qaliqlari saxlamaqla Nialdag silsilesine soykenir serqde ise Qobustan qirisiqligi morfostrukturuna kecir Boyuk Qafqazin cenub serq gomulme vilayetinde Qobustan Abseron qirisiqligi ve duzenlikleri genis bir erazi tutur Qobustan Abseron qirisiqli alcaqdagligi simalda tebasir ve paleogenin merkez ve cenub hissede ise miosen ve pliosenin gil qumdasi ve ehengdasi laylarindan qurulmusdur Qobustan Abseron sahesi ucun en genis yayilmis morfostruktur tipleri antiklinal ve monoklinal tireler sinklinal dereler muldalar ve platolardir Antiklinal tirelere Elet tiresi Boyuk Heremi Nardaran Keciqaya Develidag Atyal Zigirdag Subani Ilxidag Saxandag ve b misaldir Monoklinal tireler Qayiblar Sayiblar Boyuk Siyeki Boyanata ve b asimmetrik quruluslu tirelerden ibaretdir Sinklinal platolara Qerbi Qobustanda Gicveki Donquzluq Simali Qobustanda Boyuk Siyeki Abseronda ve Cenub Serqi Qobustanda Guzdek Qizildas Capilmis Boyukdas Kicikdas ve s platolar daxildir Qobustanda inversion Yasamal deresine Korgoz Sonqar deresine rast gelmek mumkundur Qobustan Abseron qirisiqligi alcaqdagligi ve duzenliklerinde palciq vulkanlari xususi morfostruktur tipi kimi ayrilir Palciq vulkanlarinin hamisi aydin gorunen relyef formasi emele getirmir Yan silsileden simal serqde Quba Qusar eyilmesi zonasi yerlesir Bu zona neotektonik merhelede eyilmeye meruz qalmis ve onun cenub kenari boyu intensiv qalxmaqda olan daglardan caylarin getirdiyi terrigen cokuntulerle dolmusdur Dorduncu dovrde bu eyilme zonasinin qerb hissesi Yan silsilenin qalxmasina celb olmus ve onu teskil eden Pliosen ve Dorduncu dovr cokuntu qatlarinda genis monoklinal struktur yaranmis ve bu prosesin neticesinde Qusar maili duzenliyi emele gelmisdir Samur Deveci ovaliginin enli daxili zonasi alluvial proluvial sahil zonasi ise deniz akkumulyativ duzenliklerdir IstinadlarAzerbaycan Relyef 2016 03 07 at the Wayback Machine Azerbaijan az Azerbaycan respublikasinin cografiyasi III cild Regional cografiya Oroqrafiya muellifler Elizade E K Tarixazer S E Baki 2015 s 45Hemcinin baxAzerbaycanin torpaq ortuyu