Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan almanları — Azərbaycanda yaşamış alman icmasına verilən ümumi ad. 1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş vermişdir. Azərbaycana yerləşdirilmiş ilk almanların çoxu Vürtemberq krallığının sakinləri olmuşdular.
1817–1818-ci illərdə Qafqazda təşkil olunmuş 8 alman koloniyasından ikisi Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) və Annenfeld (indiki Şəmkir şəhəri, Şəmkir rayonu) Şimali Azərbaycanda yerləşirdi.
Bu koloniyalardan başqa almanlar Georqsfeld (Georgsfeld) (indiki Çinarlı, Şəmkir rayonu), Qrünfeld (Grünfeld) (indiki Həsənsu, Ağstafa rayonu), Ayxenfeld (Eichenfeld) (indiki İrmaşlı, Şəmkir rayonu), Traubenfeld (indiki Tovuz şəhəri, Tovuz rayonu), Yelizavetinka (indiki Ağstafa şəhəri, Ağstafa rayonu) kimi kəndlərdə yaşayırdılar.
Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan "Kaukasische Post" qəzetinin hər bir nömrəsi yuxarıda göstərilən kənd və şəhərlərə çatdırılırdı.
Almanlar Azərbaycanda siyasi və ictimai həyatda daim fəal olmuşdular. Azərbaycan Demokratik Respublikası parlamentinin IX Milli azlıqlar fraksiyası dörd üzvündən biri əslən alman olan Lorens Kun olmuşdur. Lorens Kun 1884-cü ildə Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) şəhərində anadan olmuş və bir müddət burada fəaliyyət göstərmişdir. 1918-ci ilin 7 dekabr tarixində AXC parlamenti öz işinə başlayanda Lorens Kun da parlamentə qoşulmuşdur. O, Azərbaycan almanlarını təmsil edirdi.
Almanların Azərbaycana yerləşdirilməsi
Alman kolonistlərinin Rusiya imperiyasına köçməsi hələ imperatriçə ІІ Yekaterinanın dövründən başlandı. XVIII-ci əsrin ikinci yarısı — XIX-cu əsrin əvvəllərində baş vermiş Rus-Türk müharibələrindən və geniş ərazilərin Rusiyaya birləşdirilməsindən sonra, alman kəndliləri və sənətkarları Qara dəniz ətrafında yerləşən torpaqlara dəvət olunurdu. Zaqafqaziyanın birləşdirilməsi və 1804–1813-cü illərin Rusİran müharibəsindən sonra Rusiya imperiyası əldə etmiş ərazilərdə öz təsirinin gücləndirilməsi məsələsi ilə qarşılaşdı.
Alman mühacirlərinin, xüsusilə də Almaniyanın cənub-qərb vilayətlərindən, o cümlədən Vürtenberq krallığından olan almanların bura gəlməyə razılıqlarının əsas səbəbi Napoleon müharibələri dövründə Avropada baş verən siyasi sarsıntılar nəticəsində əhalinin vəziyyətinin pisləşməsi idi. Almanların Cənubi Qafqaza, o cümlədən də müasir Azərbaycanın ərazisinə köçməsi yüz il çəkdi.
Rusiya hökümətinin köməyinə baxmayaraq, Cənub-Şərqi Qafqaz ərazisində məskunlaşan almanların vəziyyəti mürəkkəb idi. Adaptasiya prosesi onlar üçün qeyri-adi iqlim, yerli həyat tərzinə uyğunlaşmamaq, müxtəlif xəstəliklərin yayılması ilə çətinləşirdi. Lakin alman koloniyaları bir neçə on illik ərzində müvəffəqiyyətli təsərrüfatlara çevrildilər. Ən iri koloniya Helenendorf idi. Qafqaz almanları koloniyaların ilk yaranma mərhələsindən başlayaraq etnik və dini özünəməxsusluğunu, ənənəvi mədəniyyətini və milli şüurunu qoruyub saxlamağa çalışırdılar.
Almaniyadan mühacirətin səbəbləri
Napoleon müharibələrindən sonra əhalinin müflisləşməsi, torpaqların itkisi, bahaçılıq, verqilərin artması, kəndlilər və sənətkarların ağır iqtisadi durumu, kütlələrin yoxsullaşması, ümumi hərbi mükəlləfiyyət olduğu yerdə əsgər (rekrut) toplanması təhlükəsi, hava şəraitinin pis olması və son illərin qıtlığı, aclıq (belə ki, 1816-cı ildə yapışqan, ilbiz, ağac qabığı, ot yeyirdilər) — bütün bunlar insanları mühacirətə sövq edirdi.
Helenendorf və Annenfeld şəhərlərində gündəlik həyat
XIX-cu əsrdə alman ailələri çoxuşaqlı idilər: ailədə 8–10 uşağın olması adi hal sayılırdı. Ənənəyə görə, ailənin torpağı kiçik oğula keçirdi. Böyüklər üçün isə qabaqcadan torpaq almaq lazım idi. Almanların zəhmətkeşliyi, onların torpağa olan sevgisi, yerli əhali ilə mehriban münasibətləri buna gətirib çıxardı ki, onlara yeni torpaqlar ayrıldı. Belə, Helenendorfdan 25 km aralı, Şəmkir çayının sahilində yeni koloniya yaradıldı.
İllər keçdi, alman icması böyüdü. İlk koloniya olan Helenendorf kirxa, klub, məktəb, güllərlə dolu park və bağçaları olan tipik alman şəhərciyinə çevrildi. Balaca orkestr də yaradıldı ki, Helenendorf sakinləri onun sədaları altında rəqs edir, mahnı oxuyur, gülməli səhnəciklər oynayırdılar.
XIX-cu əsrin sonunda Helenendorfda kiçik elektrik stansiyası inşa edildi, elektrik xətləri çəkildi, teleqraf qovşağı yaradıldı. Hər koloniyada tibbi xidmət var idi, feldşer məntəqəsi də açıldı. Şərabçılığın inkişafı ilə bağlı koloniyalarda zəruri sexlər yaradılırdı: dəmirçi, xarrat, çəllək, və s. Texniki təchizatı olan təsərrüfatlar peşəkar şərabçı Xristofor Forerə məxsus idi. Alman yaşayış məskənlərinin genişlənməsi prosesi davam edirdi. Yeni koloniyalar yaradılmışdı.
Səyyahın təəssüratları
İlkin dövrlərdə Azərbaycanda məskunlaşan kolonistlər olduqca qapalı həyat tərzi aparırdılar. 1830-cu ildə Qafqaza, o cümlədən də Azərbaycana səyahət edən səyyah Morenasın qeydlərində təqdim olunan məlumatlar da belə düşünməyə əsas verir. Bu qeydlərdə bildirilir: "Asiya xalqının arasında on ilə yaxın yaşayan iki alman koloniyasının (Helenendorf və Annenfeld) sakinləri ondan heçnə, hətta faydalı bir şey də götürməyiblər. Bu iki koloniyanın sakinləri Kür qırağı ərazilərdə yaşayırlar və, deyəsən, hələ bundan sonra da xeyli yaşamaq fikrindədirlər, elə bil heç vaxt Reyn sahillərindən ayrılmayıblar. Onlar vətənlərindən çıxanda nə bilirdilərsə, elə onu da bilirlər… Onlar yeni heç bir şey öyrənməyiblər"
Alman koloniyalarında təsərrüfat
Almanlar buğda, arpa və darı yetişdirirdilər; növbəti əkin, yani bitki əkinlərinin vaxtaşırı növbələşməsini, həmçinin dörd tarlada da növbəti əkini tətdiq edirdilər. Torpağın becərilməsi üçün kolonistlər yerli və ənənəvi ağır kotandan istifadə edirdilər. Bu kotana 8–10 at qoşurdular. Əkinlərin suvarılması üçün Qafqaz kəndliləri kimi, arx sistemindən istifadə edirdilər. Yerli ustalar kolonistlər üçün Helenendorf və Annenfelddə suvarma suyunu yığmaq məqsədilə kəhrizlər, yəni yeraltı irriqasiya qurğuları qazmışdılar. Yerli şəraiti nəzərə alaraq, almanlar yerli əhalidən taxıldöyən taxta ilə dənin üyüdülməsi üsulunu öyrənir, biçim üçün yerli oraqlardan istifadə edirdilər. Əvvəllər üzüm bağlarını yerli ənənəvi üsullarla becərirdilər, üzümün yerli növlərini yetişdirirdilər. Sonra kolonistlər üzümün yeni, o cümlədən muskat, rkatsiteli, saperavi, izabella növlərini yetişdirməyə başladılar. Onlar həmçinin meyvə bağları da saldılar, kartof və digər tərəvəzlər yetişdirməyə başlayıb azərbaycanlıları da bu tərəvəzlər ilə tanış etdilər.
Almanların ictimai fəaliyyəti
Qafqazın iqtisadi və ictimai-mədəni həyatına yalnız kolonistlər deyil, həmçinin beynəlxalq biznes, elm və mədəniyyətin alman əsilli nümayəndələri böyük töhfələr verdi. XIX-cu əsrin ikinci yarısı — XX-ci əsrin əvvəllərində Rusiya imperiyasında gedən müasirləşmə prosesləri ilə əlaqədar olaraq bir çox alman sahibkarları öz kapitallarını neft biznesi, maşınqayirma, mədən (filiz) işi və misin əridilməsinin inkişafına yatırır, Azərbaycanın iri şəhərlərində, ilk növbədə Bakıda yeni evlər və ictimai binalar inşa edirdilər.
Elm və mədəniyyətinə verdikləri töhfələr
Almanlar Azərbaycanın elm və mədəniyyətinin inkişafına böyük töhfələr verib. Belə ki, XIX-cu əsrdə alman arxeoloqları ölkəmizdə arxeoloji qazıntılara başlayıb və Azərbaycanda arxeologiya elminin əsasını qoyublar. Ömrünü Azərbaycan arxeologiyası və etnoqrafiyasına həsr edən Y.Qummel bu sahədə bir çox məqalələrin müəllifi və tanınmış Xanlar diyarşünaslıq muzeyinin yaradıcısıdır. Rusiya EA-nın həqiqi üzvü, "Qafqaz və Xəzər dənizinin geologiyasının atası" V.Abixin də az xidmətləri olmayıb: XIX-cu əsrdə o, Azərbaycanda neft geologiyasının yaranmasında böyük rol oynayıb. Rusiya EA-nın müxbir üzvü E.İ.Eyxvald Abşeronda neft quyularını tədqiq edib; fizik-elektrotexnik E.X.Lens 1830-cu illərdə Xəzərin səviyyəsinin dəyişmə səbəblərini araşdırıb.
Kapitalistik Bakının memarlıq şedevrlərinin yaradılmasında almanların rolu danılmazdır. Azərbaycanda çalışan alman memarlarından ən tanınmışı N.A. fon der Nonne (1832–1916) idi. O, Bakı şəhər memarı, hərbi mühəndis idi. 1889–1902-ci illərdə şəhər başçısı olaraq tarixi kvartalların planlaşdırılması, Bakının bir çox binalarının memarlıq həlli ilə məşğul olub.
Memarlıq xüsusiyyətləri
Əsasən, koloniyalar bir çox cəhətdən Almaniyanın orta-alman yaşayış məskənlərini təkrarlayırdı. Onlar dəqiq planlaşdırılmışdı: küçələr biri-birinə paralel çəkilmişdi; onların qıraqları ilə çinar və armud ağacları əkilmişdi; alman heraldikasında məhsuldarlığın və əməyə qarşı xüsusi münasibətin simvolu olan armuda üstünlük verilirdi; küçələrin yastı daşlarla və ya asfalt ilə örtülmüş səkiləri var idi; koloniyanın mərkəzində əsas meydan yerləşirdi ki, burada qotik üslubda inşa edilmiş kirxa var idi; onun zəng gülləsində saat yerləşirdi; əsas meydanın qıraqları ilə kənd idarəsi, xəstəxana, dükanlar və digər ictimai tikililər inşa edilmişdi.
Küçələrin hər iki tərəfində "aleman üslübünda" tikilmiş həyətyani sahələri olan kolonistlərin evləri dururdu; evlər nömrələnmişdi və küçəyə fasad (ön) tərəflərilə çıxırdı. Evlər bir və ya iki mərtəbəli, bir növ "kompleks tikili" idilər: həyət bir damın altında yaşayış və təsərrüfat tikililərini birləşdirirdi, zirzəmilərdə çaxır anbarları yerləşirdi, çardaqlarda meyvə qurudulur və saxlanılırdı; yaşayış hissəsində bir neçə otaq, küçəyə və həyətə çıxan iki eyvan var idi. Evlər kirəmit ilə örtülmüşdü, bayır divarlar, əsasən, mavi rəngdə idilər. Hər evin həyətyani sahəsi və bostanı var idi. Küçədə evin qabağında meyvə və dekorativ ağaclar əkilmişdi.
Xristofor Forer alman mühacirləri ailəsindəndir. 1846-cı ildə Forer Helenendorf yaxınlığında üzümün ən yaxşı növündən ibarət olan üzüm bağının ilk desyatinini saldı. 1862-ci ildə Xristofor Forer şərabçılıq müəssisəsi yaratdı. 1870-ci ildən etibarən X. Forer ilə onun dörd oğlu — Hotlib, II Xristofor, Fridrix və Henrix — fəal işləməyə başladılar, bu müəssisə isə "Xristofor Forer və oğulları" adlandırılmağa başladı.
1868-ci ildə Forerlər Aksioner cəmiyyəti reqionda ilk pivə zavodu, 1892-ci ildə isə Azərbaycanda ilk konyak zavodu açdı.
Alman mühacirlərinin furqon istehsalatı
Xüsusilə koloniyalarda furqon istehsalatı inkişaf etmişdi. Kolonistlər Avropa tipli üstüörtülü furqonlar istehsal edirdilər. Bu furqonlar kənd təsərrüfatı avadanlığının, xüsusilə də çaxır çəlləklərinin daşınması üçün istifadə olunurdu. Furqon istehsalatı XIX-cu əsrin 70-ci illərində Rus-türk müharibəsi (1877–1878-ci illər) zamanı böyük miqyas aldı. Bu zaman kolonistlərin istehsal etdiyi furqonların, demək olar ki, hamısı hərbi idarə tərəfindən hərbi məqsədlərlə ən yüksək qiymətə alınırdı. Bunun nəticəsində bir çox alman kolonistləri iri kapital yığa bildilər. Furqon istehsalından başqa alman koloniyalarında digər sənətkarlıq növləri də inkişaf etmişdi. Emalatxanalar ilə yanaşı koloniyalarda həmçinin ticarət məntəqələri, o cümlədən ərzaq dükanları, apteklər, və elektrostansiya, dəyirman və s. texniki tikililər var idi.
Dövlət dəstəyi
30 avqust 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" Sərəncam imzalamışdır.
ERMƏNİLƏRİN QAFQAZ ALMANLARINA QARŞI SOYQIRIMI VƏ SİYASİ TERROR AKTLARI
Erməni millətçilərinin xristianlara qarşı qanlı fəaliyyətləri sırasında almanlara qarşı həyata keçirdikləri siyasi terror səhifələri də mühüm yer tutur. Ötən əsrin əvvəlində indiki Göygöl (keçmiş: Xanlar, daha öncə isə: Helenendorf) rayonu ərazisində yaşamış almanlara qarşı daşnakların həyata keçirdiyi siyasi terror yaxın illərədək ictimaiyyətə gizli qalan tarix səhifələrindən olub. 1907-ci ildə Yelizavetpol (Gəncə) şəhərində "Daşnaksütyun" partiyasının üzvlərinə qarşı açılmış cinayət işi barədə şəhər pristavının köməkçisinin imzaladığı sənəddə qeyd olunur ki, 1905-ci ildən 1907-ci ilin avqustunadək "Daşnaksütyun" partiyasının yerli təşkilatının rəhbəri Koryun silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf (Göygöl, keçmiş: Xanlar) almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan Fohrer və Hurrdan hərəyə 30 min rubl pul tələb ediblər. Hurr bu məbləği ödəyə bilmədiyi üçün partiyanın yerli təşkilatının qərarı ilə qətlə yetirilib.
[Bu, ermənilərin Qafqaz almanlarına qarşı yeganə terror hadisəsi deyil. Bundan öncə, 4 iyul 1904-cü ildə Yelizavetpol Quberniyasının Qubernator müavini Andrey Filimonoviç Andreev (milliyyətcə alman), 26 sentyabr 1905-ci ildə (Tiflisdə) Cənubi Qafqaz alman koloniyaları baş pastoru – Markus Miller erməni daşnaklarının vəhşicəsinə terroru sayəsində həyatlarını itirmişdilər. Başqa alman kolonistlərdən 1904-cü ildə Qotlib Digel, 1905-ci ildə Henrih Mayer və o dönəmdə müxtəlif zamanlarda başqaları da erməni terrorunun qurbanı olmuşdular. Başqa sözlə, XX əsrin əvvəlindən erməni millətçiləri Helenendorf alman koloniyasını terror basqısı altında saxlayırdı. –X.İ.]
1920-ci ildə sovetləşmənin başlamasından sonra ermənilər yenə mərkəzdəki havadarlarının köməyi ilə almanları sıxışdırmağa başlayırlar. Bu dövrdə rayonda onlarla alman "antisovet fəaliyyəti"ndə günahlandırılaraq "NKVD"-dəki erməni cəlladların əli ilə güllələnir, digərləri (o cümlədən Helenendorfun əsasını qoymuş Hummellərin bir çoxu) Sibirə sürgün edilir. Şəmkir rayonunda isə, əhalinin təqribən 10%-ni təşkil etmələrinə baxmayaraq ermənilər Kremldəki havadarlarının himayəsi ilə, əksər rəhbər vəzifələri ələ keçirib Çar Rusiyası dönəmindən orada məskunlaşmış almanlara qarşı təzyiq göstərmələri haqda almanların 20 oktyabr 1940-cı il tarixundə Azərbaycan KP MK-nın katibi M.C.Bağırova ünvanladığı şikayət məktubu Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanmaqdadır. "Ermənilərə qarşı almanların münasibəti həbs olunmuş onlarla alman haqqında aparılmış istintaqa dair sənədlərdə də özünü büruzə verməkdədir. Bu sənədlərin çoxunda ictimai həyatın əksər sahələrində almanlar ermənilərin onları sıxışdırdığını bildirirdilər…" Nəhayət, İkinci Dünya Müharibəsinin başlanması ilə 1941-ci ili oktyabrın 8-də Stalin imzaladığı qərara əsasən Qafqaz almanları Qazaxıstan çöllərinə sürgün edilərək, Stalinin sağ əli olan Mikoyanın səyləri nəticəsində, onların yerinə təkcə Ermənistandan deyil, İrandan da yüzlərlə erməni ailəsi köçürülür. Göygöldə almanların yerinə köçürülən ermənilər oradakı alman qəbiristanlığına da sahib çıxmağa çalışaraq, bir sıra qəbirlərin baş daşlarını da "erməniləşdirmişdilər" Ermənilərin almanlara qarşı növbəti terrorçu fəaliyyəti Gürcüstan ərazisində baş vermişdir. Tarixi qaynaqlardan bəlli olduğu kimi, 1918-ci ilin yayından Gürcüstanın dəvəti ilə Tiflisdə general Fon Kressin komandanılığı altında alman hərbi missiyası yerləşirdi. Gürcüstan Almaniyanı öz müstəqilliyinə qarant hesab edir və o səbəbdən də alman qüvvələrinin bu bölgədən çıxıb getmələrini istəmirdi. Almanları təhdid yolu ilə bölgədən çıxmağa vadar etmək üçün ermənilər 1918-ci dekabrın ortalarında terrora əl atdılar: onlar yalnız və yalnız alman zabitlərinin və rezidensiyalarının yerləşdiyi "Palas" otelini gizlicə atəşə verdilər. Əsli Almaniyanın Göte İnstitutunda qorunan "Mənim Qafqaz missiyam"adlı kitabında bu faktları oxucuların diqqətinə çatdıran general Fon Kress daha sonra yazır: "Dekabrın 23-də Alman qüvvələrinin Gürcüstan paytaxtını sonuncu tərk edən Qafqaz Yeqer polku Tiflisdən çıxdığı günün sabahı güclü erməni ordu hissələri müharibə elan etmədən Gürcüstan sərhədlərini keçərək, Tiflisin 40 kilometrliyinədək irəlilədilər.
Ermənilər Tiflisi tutmaq üçün öz uyğun saatlarını gözləyirdilər ki, ingilislərin köməyilə Qafqazda ağalığı öz əllərinə alsınlar...”
Fon Kress və gürcü müəllifləri qeyd edirlər ki, ermənilər o hücum zamanı Tiflis yaxınlığındakı alman kaloniyasının mövcud olduğu Katerinenfeldə (indiki: Bolnisi) soxuldular… Ancaq bu olaylarda almanların itkilərə uğrayıb-uğramadığı haqda bilgi verilməməsi təsssüf doğurur…
Qaynaq: Xaqani İsmayıl. "Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı". (2017)
Ədəbiyyat
- M. Friedrich Schrenk: Geschichte der deutschen Kolonien. In: Geschichte der deutschen Kolonien in Transkaukasien. Tiflis 1869
- Paul Hoffmann: Die deutschen Kolonien in Transkaukasien. Berlin 1905
- Werner Krämer: Grünfeld, ein deutsches Dorf im Südkaukasus. o. O., o. J.
- Max Baumann, Peter Belart: Die Familie Horlacher von Umiken in Katharinenfeld (Georgien)
- Andreas Groß: Missionare und Kolonisten: Die Basler und die Hermannsburger Mission in Georgien am Beispiel der Kolonie Katharinenfeld; 1818–1870. Lit, Hamburg 1998,
- U. Hammel: Die Deutschen von Tiflis. In: Georgica. Bd. 20 (1997), pp 35–43
- Immanuel Walker: Fatma. Landsmannschaft der Deutschen aus Russland, Stuttgart, 1966 3. Edition
- Mammad Jafarli: Politischer Terror und Schicksale der aserbaidschanischen Deutschen. Baku 1999
- Зейналова С. М. Немецкие колонии в Азербайджане: 1919–1941 годы. — Баку, 2002.
- Ибрагимов Н. А. Немецкие страницы истории Азербайджана. — Баку, 1995.
- Ibragimov N. A. Heimat in der Fremde. Der Deutsche Einfluß auf die Entwicklung Aserbaidschans. — Mainz, 1997.
- Джафарли М. Ш. Политический террор и судьбы азербайджанских немцев. — Баку, 1998.
- Полонский Л. "Сименс" на Кавказе. Документальное повествование. — Баку, 1995.
- Государственный исторический архив Азербайджанской Республики, Государственный архив Азербайджанской Республики, Институт германских и восточноевропейских исследований, Гёттинген (Германия). Еленендорф в Азербайджане. — Одесса, 2001
İstinadlar
- Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2021-10-23 at the Wayback Machine. president.az (az.)
Xarici keçidlər
- Traubenfield haradır? — Tovuzda alman izləri[ölü keçid]. ttv.az, 30.01.2015 (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun meqalenin muzakire sehifesine diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Azerbaycan almanlari Azerbaycanda yasamis alman icmasina verilen umumi ad 1817 ci ilde General Yermolov almanlarin ilk destelerinin Azerbaycana yerlesdirilmesi barede gosteris vermisdir Azerbaycana yerlesdirilmis ilk almanlarin coxu Vurtemberq kralliginin sakinleri olmusdular 1817 1818 ci illerde Qafqazda teskil olunmus 8 alman koloniyasindan ikisi Yelenendorf Helenendorf indiki Goygol seheri Goygol rayonu ve Annenfeld indiki Semkir seheri Semkir rayonu Simali Azerbaycanda yerlesirdi Bu koloniyalardan basqa almanlar Georqsfeld Georgsfeld indiki Cinarli Semkir rayonu Qrunfeld Grunfeld indiki Hesensu Agstafa rayonu Ayxenfeld Eichenfeld indiki Irmasli Semkir rayonu Traubenfeld indiki Tovuz seheri Tovuz rayonu Yelizavetinka indiki Agstafa seheri Agstafa rayonu kimi kendlerde yasayirdilar Qafqaz almanlari terefinden Tiflis seherinde nesr olunan Kaukasische Post qezetinin her bir nomresi yuxarida gosterilen kend ve seherlere catdirilirdi Almanlar Azerbaycanda siyasi ve ictimai heyatda daim feal olmusdular Azerbaycan Demokratik Respublikasi parlamentinin IX Milli azliqlar fraksiyasi dord uzvunden biri eslen alman olan Lorens Kun olmusdur Lorens Kun 1884 cu ilde Yelenendorf Helenendorf indiki Goygol seheri Goygol rayonu seherinde anadan olmus ve bir muddet burada fealiyyet gostermisdir 1918 ci ilin 7 dekabr tarixinde AXC parlamenti oz isine baslayanda Lorens Kun da parlamente qosulmusdur O Azerbaycan almanlarini temsil edirdi Almanlarin Azerbaycana yerlesdirilmesiAlman kolonistlerinin Rusiya imperiyasina kocmesi hele imperatrice II Yekaterinanin dovrunden baslandi XVIII ci esrin ikinci yarisi XIX cu esrin evvellerinde bas vermis Rus Turk muharibelerinden ve genis erazilerin Rusiyaya birlesdirilmesinden sonra alman kendlileri ve senetkarlari Qara deniz etrafinda yerlesen torpaqlara devet olunurdu Zaqafqaziyanin birlesdirilmesi ve 1804 1813 cu illerin RusIran muharibesinden sonra Rusiya imperiyasi elde etmis erazilerde oz tesirinin guclendirilmesi meselesi ile qarsilasdi Alman muhacirlerinin xususile de Almaniyanin cenub qerb vilayetlerinden o cumleden Vurtenberq kralligindan olan almanlarin bura gelmeye raziliqlarinin esas sebebi Napoleon muharibeleri dovrunde Avropada bas veren siyasi sarsintilar neticesinde ehalinin veziyyetinin pislesmesi idi Almanlarin Cenubi Qafqaza o cumleden de muasir Azerbaycanin erazisine kocmesi yuz il cekdi Rusiya hokumetinin komeyine baxmayaraq Cenub Serqi Qafqaz erazisinde meskunlasan almanlarin veziyyeti murekkeb idi Adaptasiya prosesi onlar ucun qeyri adi iqlim yerli heyat terzine uygunlasmamaq muxtelif xesteliklerin yayilmasi ile cetinlesirdi Lakin alman koloniyalari bir nece on illik erzinde muveffeqiyyetli teserrufatlara cevrildiler En iri koloniya Helenendorf idi Qafqaz almanlari koloniyalarin ilk yaranma merhelesinden baslayaraq etnik ve dini ozunemexsuslugunu enenevi medeniyyetini ve milli suurunu qoruyub saxlamaga calisirdilar Almaniyadan muhaciretin sebebleri Napoleon muharibelerinden sonra ehalinin muflislesmesi torpaqlarin itkisi bahaciliq verqilerin artmasi kendliler ve senetkarlarin agir iqtisadi durumu kutlelerin yoxsullasmasi umumi herbi mukellefiyyet oldugu yerde esger rekrut toplanmasi tehlukesi hava seraitinin pis olmasi ve son illerin qitligi acliq bele ki 1816 ci ilde yapisqan ilbiz agac qabigi ot yeyirdiler butun bunlar insanlari muhacirete sovq edirdi Helenendorf ve Annenfeld seherlerinde gundelik heyatYelenendorfda yasayan almanlar uzum yigimi zamani XX esrin evveleri Baki seherinde yerlesen Alman luteran kilsesinin xor kollektivi 1933 XIX cu esrde alman aileleri coxusaqli idiler ailede 8 10 usagin olmasi adi hal sayilirdi Eneneye gore ailenin torpagi kicik ogula kecirdi Boyukler ucun ise qabaqcadan torpaq almaq lazim idi Almanlarin zehmetkesliyi onlarin torpaga olan sevgisi yerli ehali ile mehriban munasibetleri buna getirib cixardi ki onlara yeni torpaqlar ayrildi Bele Helenendorfdan 25 km arali Semkir cayinin sahilinde yeni koloniya yaradildi Iller kecdi alman icmasi boyudu Ilk koloniya olan Helenendorf kirxa klub mekteb gullerle dolu park ve bagcalari olan tipik alman seherciyine cevrildi Balaca orkestr de yaradildi ki Helenendorf sakinleri onun sedalari altinda reqs edir mahni oxuyur gulmeli sehnecikler oynayirdilar XIX cu esrin sonunda Helenendorfda kicik elektrik stansiyasi insa edildi elektrik xetleri cekildi teleqraf qovsagi yaradildi Her koloniyada tibbi xidmet var idi feldser menteqesi de acildi Serabciligin inkisafi ile bagli koloniyalarda zeruri sexler yaradilirdi demirci xarrat cellek ve s Texniki techizati olan teserrufatlar pesekar serabci Xristofor Forere mexsus idi Alman yasayis meskenlerinin genislenmesi prosesi davam edirdi Yeni koloniyalar yaradilmisdi Seyyahin teessuratlari Ilkin dovrlerde Azerbaycanda meskunlasan kolonistler olduqca qapali heyat terzi aparirdilar 1830 cu ilde Qafqaza o cumleden de Azerbaycana seyahet eden seyyah Morenasin qeydlerinde teqdim olunan melumatlar da bele dusunmeye esas verir Bu qeydlerde bildirilir Asiya xalqinin arasinda on ile yaxin yasayan iki alman koloniyasinin Helenendorf ve Annenfeld sakinleri ondan hecne hetta faydali bir sey de goturmeyibler Bu iki koloniyanin sakinleri Kur qiragi erazilerde yasayirlar ve deyesen hele bundan sonra da xeyli yasamaq fikrindedirler ele bil hec vaxt Reyn sahillerinden ayrilmayiblar Onlar vetenlerinden cixanda ne bilirdilerse ele onu da bilirler Onlar yeni hec bir sey oyrenmeyibler Alman koloniyalarinda teserrufat Almanlar bugda arpa ve dari yetisdirirdiler novbeti ekin yani bitki ekinlerinin vaxtasiri novbelesmesini hemcinin dord tarlada da novbeti ekini tetdiq edirdiler Torpagin becerilmesi ucun kolonistler yerli ve enenevi agir kotandan istifade edirdiler Bu kotana 8 10 at qosurdular Ekinlerin suvarilmasi ucun Qafqaz kendlileri kimi arx sisteminden istifade edirdiler Yerli ustalar kolonistler ucun Helenendorf ve Annenfeldde suvarma suyunu yigmaq meqsedile kehrizler yeni yeralti irriqasiya qurgulari qazmisdilar Yerli seraiti nezere alaraq almanlar yerli ehaliden taxildoyen taxta ile denin uyudulmesi usulunu oyrenir bicim ucun yerli oraqlardan istifade edirdiler Evveller uzum baglarini yerli enenevi usullarla becerirdiler uzumun yerli novlerini yetisdirirdiler Sonra kolonistler uzumun yeni o cumleden muskat rkatsiteli saperavi izabella novlerini yetisdirmeye basladilar Onlar hemcinin meyve baglari da saldilar kartof ve diger terevezler yetisdirmeye baslayib azerbaycanlilari da bu terevezler ile tanis etdiler Almanlarin ictimai fealiyyetiQafqazin iqtisadi ve ictimai medeni heyatina yalniz kolonistler deyil hemcinin beynelxalq biznes elm ve medeniyyetin alman esilli numayendeleri boyuk tohfeler verdi XIX cu esrin ikinci yarisi XX ci esrin evvellerinde Rusiya imperiyasinda geden muasirlesme prosesleri ile elaqedar olaraq bir cox alman sahibkarlari oz kapitallarini neft biznesi masinqayirma meden filiz isi ve misin eridilmesinin inkisafina yatirir Azerbaycanin iri seherlerinde ilk novbede Bakida yeni evler ve ictimai binalar insa edirdiler Elm ve medeniyyetine verdikleri tohfeler Almanlar Azerbaycanin elm ve medeniyyetinin inkisafina boyuk tohfeler verib Bele ki XIX cu esrde alman arxeoloqlari olkemizde arxeoloji qazintilara baslayib ve Azerbaycanda arxeologiya elminin esasini qoyublar Omrunu Azerbaycan arxeologiyasi ve etnoqrafiyasina hesr eden Y Qummel bu sahede bir cox meqalelerin muellifi ve taninmis Xanlar diyarsunasliq muzeyinin yaradicisidir Rusiya EA nin heqiqi uzvu Qafqaz ve Xezer denizinin geologiyasinin atasi V Abixin de az xidmetleri olmayib XIX cu esrde o Azerbaycanda neft geologiyasinin yaranmasinda boyuk rol oynayib Rusiya EA nin muxbir uzvu E I Eyxvald Abseronda neft quyularini tedqiq edib fizik elektrotexnik E X Lens 1830 cu illerde Xezerin seviyyesinin deyisme sebeblerini arasdirib Kapitalistik Bakinin memarliq sedevrlerinin yaradilmasinda almanlarin rolu danilmazdir Azerbaycanda calisan alman memarlarindan en taninmisi N A fon der Nonne 1832 1916 idi O Baki seher memari herbi muhendis idi 1889 1902 ci illerde seher bascisi olaraq tarixi kvartallarin planlasdirilmasi Bakinin bir cox binalarinin memarliq helli ile mesgul olub Memarliq xususiyyetleri Goygol seherinde almanlar terefinden tikilmis evler Esasen koloniyalar bir cox cehetden Almaniyanin orta alman yasayis meskenlerini tekrarlayirdi Onlar deqiq planlasdirilmisdi kuceler biri birine paralel cekilmisdi onlarin qiraqlari ile cinar ve armud agaclari ekilmisdi alman heraldikasinda mehsuldarligin ve emeye qarsi xususi munasibetin simvolu olan armuda ustunluk verilirdi kucelerin yasti daslarla ve ya asfalt ile ortulmus sekileri var idi koloniyanin merkezinde esas meydan yerlesirdi ki burada qotik uslubda insa edilmis kirxa var idi onun zeng gullesinde saat yerlesirdi esas meydanin qiraqlari ile kend idaresi xestexana dukanlar ve diger ictimai tikililer insa edilmisdi Kucelerin her iki terefinde aleman uslubunda tikilmis heyetyani saheleri olan kolonistlerin evleri dururdu evler nomrelenmisdi ve kuceye fasad on tereflerile cixirdi Evler bir ve ya iki mertebeli bir nov kompleks tikili idiler heyet bir damin altinda yasayis ve teserrufat tikililerini birlesdirirdi zirzemilerde caxir anbarlari yerlesirdi cardaqlarda meyve qurudulur ve saxlanilirdi yasayis hissesinde bir nece otaq kuceye ve heyete cixan iki eyvan var idi Evler kiremit ile ortulmusdu bayir divarlar esasen mavi rengde idiler Her evin heyetyani sahesi ve bostani var idi Kucede evin qabaginda meyve ve dekorativ agaclar ekilmisdi Xristofor Forer alman muhacirleri ailesindendir 1846 ci ilde Forer Helenendorf yaxinliginda uzumun en yaxsi novunden ibaret olan uzum baginin ilk desyatinini saldi 1862 ci ilde Xristofor Forer serabciliq muessisesi yaratdi 1870 ci ilden etibaren X Forer ile onun dord oglu Hotlib II Xristofor Fridrix ve Henrix feal islemeye basladilar bu muessise ise Xristofor Forer ve ogullari adlandirilmaga basladi 1868 ci ilde Forerler Aksioner cemiyyeti reqionda ilk pive zavodu 1892 ci ilde ise Azerbaycanda ilk konyak zavodu acdi Alman muhacirlerinin furqon istehsalati Xususile koloniyalarda furqon istehsalati inkisaf etmisdi Kolonistler Avropa tipli ustuortulu furqonlar istehsal edirdiler Bu furqonlar kend teserrufati avadanliginin xususile de caxir celleklerinin dasinmasi ucun istifade olunurdu Furqon istehsalati XIX cu esrin 70 ci illerinde Rus turk muharibesi 1877 1878 ci iller zamani boyuk miqyas aldi Bu zaman kolonistlerin istehsal etdiyi furqonlarin demek olar ki hamisi herbi idare terefinden herbi meqsedlerle en yuksek qiymete alinirdi Bunun neticesinde bir cox alman kolonistleri iri kapital yiga bildiler Furqon istehsalindan basqa alman koloniyalarinda diger senetkarliq novleri de inkisaf etmisdi Emalatxanalar ile yanasi koloniyalarda hemcinin ticaret menteqeleri o cumleden erzaq dukanlari aptekler ve elektrostansiya deyirman ve s texniki tikililer var idi Dovlet desteyi30 avqust 2016 ci ilde Azerbaycan Respublikasinin Prezidenti Cenubi Qafqaz regionunda alman meskenlerinin salinmasinin 200 illiyi haqqinda Serencam imzalamisdir ERMENILERIN QAFQAZ ALMANLARINA QARSI SOYQIRIMI VE SIYASI TERROR AKTLARI Ermeni milletcilerinin xristianlara qarsi qanli fealiyyetleri sirasinda almanlara qarsi heyata kecirdikleri siyasi terror sehifeleri de muhum yer tutur Oten esrin evvelinde indiki Goygol kecmis Xanlar daha once ise Helenendorf rayonu erazisinde yasamis almanlara qarsi dasnaklarin heyata kecirdiyi siyasi terror yaxin illeredek ictimaiyyete gizli qalan tarix sehifelerinden olub 1907 ci ilde Yelizavetpol Gence seherinde Dasnaksutyun partiyasinin uzvlerine qarsi acilmis cinayet isi barede seher pristavinin komekcisinin imzaladigi senedde qeyd olunur ki 1905 ci ilden 1907 ci ilin avqustunadek Dasnaksutyun partiyasinin yerli teskilatinin rehberi Koryun silahdaslari Arutyunov qardaslari ile birlikde Helenendorf Goygol kecmis Xanlar almanlarini partiyanin xezinesine xerac vermeye mecbur edibler o cumleden serab istehsalcilari olan Fohrer ve Hurrdan hereye 30 min rubl pul teleb edibler Hurr bu meblegi odeye bilmediyi ucun partiyanin yerli teskilatinin qerari ile qetle yetirilib Bu ermenilerin Qafqaz almanlarina qarsi yegane terror hadisesi deyil Bundan once 4 iyul 1904 cu ilde Yelizavetpol Quberniyasinin Qubernator muavini Andrey Filimonovic Andreev milliyyetce alman 26 sentyabr 1905 ci ilde Tiflisde Cenubi Qafqaz alman koloniyalari bas pastoru Markus Miller ermeni dasnaklarinin vehsicesine terroru sayesinde heyatlarini itirmisdiler Basqa alman kolonistlerden 1904 cu ilde Qotlib Digel 1905 ci ilde Henrih Mayer ve o donemde muxtelif zamanlarda basqalari da ermeni terrorunun qurbani olmusdular Basqa sozle XX esrin evvelinden ermeni milletcileri Helenendorf alman koloniyasini terror basqisi altinda saxlayirdi X I 1920 ci ilde sovetlesmenin baslamasindan sonra ermeniler yene merkezdeki havadarlarinin komeyi ile almanlari sixisdirmaga baslayirlar Bu dovrde rayonda onlarla alman antisovet fealiyyeti nde gunahlandirilaraq NKVD deki ermeni celladlarin eli ile gullelenir digerleri o cumleden Helenendorfun esasini qoymus Hummellerin bir coxu Sibire surgun edilir Semkir rayonunda ise ehalinin teqriben 10 ni teskil etmelerine baxmayaraq ermeniler Kremldeki havadarlarinin himayesi ile ekser rehber vezifeleri ele kecirib Car Rusiyasi doneminden orada meskunlasmis almanlara qarsi tezyiq gostermeleri haqda almanlarin 20 oktyabr 1940 ci il tarixunde Azerbaycan KP MK nin katibi M C Bagirova unvanladigi sikayet mektubu Azerbaycan Milli Tehlukesizlik Nazirliyinin arxivinde saxlanmaqdadir Ermenilere qarsi almanlarin munasibeti hebs olunmus onlarla alman haqqinda aparilmis istintaqa dair senedlerde de ozunu buruze vermekdedir Bu senedlerin coxunda ictimai heyatin ekser sahelerinde almanlar ermenilerin onlari sixisdirdigini bildirirdiler Nehayet Ikinci Dunya Muharibesinin baslanmasi ile 1941 ci ili oktyabrin 8 de Stalin imzaladigi qerara esasen Qafqaz almanlari Qazaxistan collerine surgun edilerek Stalinin sag eli olan Mikoyanin seyleri neticesinde onlarin yerine tekce Ermenistandan deyil Irandan da yuzlerle ermeni ailesi kocurulur Goygolde almanlarin yerine kocurulen ermeniler oradaki alman qebiristanligina da sahib cixmaga calisaraq bir sira qebirlerin bas daslarini da ermenilesdirmisdiler Ermenilerin almanlara qarsi novbeti terrorcu fealiyyeti Gurcustan erazisinde bas vermisdir Tarixi qaynaqlardan belli oldugu kimi 1918 ci ilin yayindan Gurcustanin deveti ile Tiflisde general Fon Kressin komandaniligi altinda alman herbi missiyasi yerlesirdi Gurcustan Almaniyani oz musteqilliyine qarant hesab edir ve o sebebden de alman quvvelerinin bu bolgeden cixib getmelerini istemirdi Almanlari tehdid yolu ile bolgeden cixmaga vadar etmek ucun ermeniler 1918 ci dekabrin ortalarinda terrora el atdilar onlar yalniz ve yalniz alman zabitlerinin ve rezidensiyalarinin yerlesdiyi Palas otelini gizlice atese verdiler Esli Almaniyanin Gote Institutunda qorunan Menim Qafqaz missiyam adli kitabinda bu faktlari oxucularin diqqetine catdiran general Fon Kress daha sonra yazir Dekabrin 23 de Alman quvvelerinin Gurcustan paytaxtini sonuncu terk eden Qafqaz Yeqer polku Tiflisden cixdigi gunun sabahi guclu ermeni ordu hisseleri muharibe elan etmeden Gurcustan serhedlerini kecerek Tiflisin 40 kilometrliyinedek irelilediler Ermeniler Tiflisi tutmaq ucun oz uygun saatlarini gozleyirdiler ki ingilislerin komeyile Qafqazda agaligi oz ellerine alsinlar Fon Kress ve gurcu muellifleri qeyd edirler ki ermeniler o hucum zamani Tiflis yaxinligindaki alman kaloniyasinin movcud oldugu Katerinenfelde indiki Bolnisi soxuldular Ancaq bu olaylarda almanlarin itkilere ugrayib ugramadigi haqda bilgi verilmemesi tesssuf dogurur Qaynaq Xaqani Ismayil Ermenilerin muselmanlara xristianlara ve yehudilere qarsi soyqirimi 2017 EdebiyyatVikianbarda Azerbaycan almanlari ile elaqeli mediafayllar var almancaM Friedrich Schrenk Geschichte der deutschen Kolonien In Geschichte der deutschen Kolonien in Transkaukasien Tiflis 1869 Paul Hoffmann Die deutschen Kolonien in Transkaukasien Berlin 1905 Werner Kramer Grunfeld ein deutsches Dorf im Sudkaukasus o O o J Max Baumann Peter Belart Die Familie Horlacher von Umiken in Katharinenfeld Georgien Andreas Gross Missionare und Kolonisten Die Basler und die Hermannsburger Mission in Georgien am Beispiel der Kolonie Katharinenfeld 1818 1870 Lit Hamburg 1998 ISBN 3 8258 3728 9 U Hammel Die Deutschen von Tiflis In Georgica Bd 20 1997 pp 35 43 Immanuel Walker Fatma Landsmannschaft der Deutschen aus Russland Stuttgart 1966 3 Edition Mammad Jafarli Politischer Terror und Schicksale der aserbaidschanischen Deutschen Baku 1999ruscaZejnalova S M Nemeckie kolonii v Azerbajdzhane 1919 1941 gody Baku 2002 Ibragimov N A Nemeckie stranicy istorii Azerbajdzhana Baku 1995 Ibragimov N A Heimat in der Fremde Der Deutsche Einfluss auf die Entwicklung Aserbaidschans Mainz 1997 Dzhafarli M Sh Politicheskij terror i sudby azerbajdzhanskih nemcev Baku 1998 Polonskij L Simens na Kavkaze Dokumentalnoe povestvovanie Baku 1995 Gosudarstvennyj istoricheskij arhiv Azerbajdzhanskoj Respubliki Gosudarstvennyj arhiv Azerbajdzhanskoj Respubliki Institut germanskih i vostochnoevropejskih issledovanij Gyottingen Germaniya Elenendorf v Azerbajdzhane Odessa 2001IstinadlarCenubi Qafqaz regionunda alman meskenlerinin salinmasinin 200 illiyi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami 2021 10 23 at the Wayback Machine president az az Xarici kecidlerTraubenfield haradir Tovuzda alman izleri olu kecid ttv az 30 01 2015 az