Avropa Sosial Xartiyası — İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasında əks olunmuş vətəndaş və siyasi hüquqların təbii davamı və qarşılığı olan sosial və iqtisadi hüquqların qorunmasını təmin edən, Avropa Şurası çərçivəsində qəbul edilmış regional beynəlxalq müqavilədir.
1961-ci il oktyabr ayının 18-də Turin şəhərində imzalanmış, 1965-ci il fevral ayının 25-də qüvvəyə minmişdir.
Xartiyanın məqsədi və mahiyyəti
Xartiyaya görə iştirakçı dövlətlərin məqsədi "onların … ümumi irsi olan ideal və prinsiplərin həyata keçirilməsi və qorunması, iqtisadi və sosial tərəqqisinə … yardım etmək"dir.
Xartiya inkişaf edən sosial və iqtisadi proseslərə uyğun olaraq ötən əsrin son onilliyində müəyyən dəyişiklklər və əlavələrlə daha mükəmməl məzmunu ilə bu sahədəki digər beynəlxalq müqavilələrdən üstün səviyyəsinə çatmışdır.
Avropa Sosial Xartiyasının əhəmiyyəti həm də ondan ibarətdir ki, bu beynəlxalq müqavilə əsas sosial hüquqların müdafiəsini təkcə standartlar müəyyən etməklə təmin etmir, həm də xüsusi mexanizm vasitəsilə bu standartların daim artan səviyyəsi üçün şərait yaradır. Avropa Sosail Xartiyasının beynəlxalq müqavilələr içərisində son dövrlərdə ən dinamik sənədlər sırasında olması bu fikri təsdiqləyir. İstər Xartiya ilə müdafiə olunan hüquqların siyahısı və məzmununun, istərsə də bu hüquqların dövlətlər tərəfindən həyata keçirilməsi üzərində nəzarət mexanizminin özünə edilən mütəmadi dəyişikliklər sözügedən sənədin dinamikliyini aydın göstərir.
Xartiyanın son inkişaf tarixi
Avropa Şurasının üzv dövlətləri 1978-ci il, aprel ayının 27-də qəbul etdikləri insan hüquqları üzrə bəyannamədə Avropa konvensiyaları ilə qorunmalı olan insan hüquqlarının, xüsusən də sosial, iqtisadi və mədəni sahələrdəki hüquqların siyahısının genişləndirilməsi işinə mühüm əhəmiyyət verdiklərini bildirdilər. Bu bəyannaməyə qədər Avropa Şurası Nazirlər Komitəsi Avropa konvensiyalarına yeni iqtisadi və sosial hüquqların əlavə edilməsi imkanları haqqında rəy vermək üçün dəvət olunmuş bir çox daimi komissiyalarla məşvəıətçi müzakirələr aparmışdı.
1980-ci ildə Sosial məsələlər üzrə Daimi Komissiyaya (CDSO) Avropa Sosial Xartiyası ilə bağlı proseslərə rəhbərlik etmək barədə təlimat verdi. Həmin təlimatda adı çəkilən komissiyanın qarşısında aşağıdakı vəzifələr qoyulmuşdu:
- Avropa Sosial Xartiyasında əks olunmuş hüquqlları onların müasir həyata uyğunlaşdırılması və onlara əlavələr etmək ehtiyacının müəyyənləşdirilməsi üçün nəzərdən keçirmək;
- 1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasına hər hansı hüquqların daxil edilməsinin məqsədəuyğun olub-olmadığını müəyyən etmək.
1981-ci ildə verilmiş ikinci təlimata əsasən Komissiyanın hazırladığı layihələr Nazirlər Komitəsinə təqdim edildi. Nazirlər Komitəsi həmin layihələr əsasında Sosial məsələlər üzrə Daimi Komissiyaya Avropa Sosial Xartiyasına əlavə protokolun ilkin layihəsini hazırlamağı tapşırdı. Komissiya 1984-cü ilin oktyabrında keçirilmiş iclasında Protokolun ilkin layihəsini qəbul etdi. 1987-ci ildə AŞ PA bəzi dəyişikliklərlə layihə üzrə 131 Saylı rəy qəbul etdi. 1987-cı ilin noyabr ayının 26-da Nazirlər Komitəsinin 81-ci sessiyasında qəbul etdiyi Xartiyaya Əlavə Protokol 5 may, 1988-ci ildə imzalanmaq üçün açıq elan edildi. 1992 ci ilin 04 sentyabrından qüvvəyə minən Əlavə Protokol Xartiyanın əhatə etdiyi sosial və iqtisadi hüquqların müdafiəsini genişləndirmək məqsədilə yeni tədbirlər nəzərdə tutaraq, Xartiya ilə müdafiə olunan insan hüquqlarının sırasına dörd yeni sosial hüquq əlavə etdi:
- cinsi əlamətə görə ayrı-seçkiliyə məruz qalmadan məşğulluq sahəsində bərabər imkanlar və bərabər rəftar hüququ;
- müəssisə daxilində informasiya almaq və məsləhətləşmək hüququ;
- əmək şəraitinin və istehsal mühitinin müəyyənləşdirilməsində və yaxşılaşdırıl-masında iştirak etmək hüququ;
- ahılların sosial müdafiə hüquqları.
Uzun müddət "Sleeping Beauty" (azərb. "yatan gözəllik") və ya "paper tiger" (azərb. "kağız pələng") adlandırılan Xartiyaya edilən ən mühüm dəyişikliklər keçən əsrin təxminən son on illiyinə təsadüf edir ki, bu da 1990-cı ildə Sosial Xartiya katibliyinin İnsan Hüquqları Direktorluğuna köçürülməsindən sonrakı dövrə təsadüf etməklə bu mühüm beynəlxalq müqavilənin daha effektli həyata keçirilməsi üçün dönüş yaratdı.
1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasının insan hüquqları üzrə keçirilən qeyri-rəsmi konfransında Avropa Sosial Xartiyasının rolu, məzmunu və fəaliyyətinin ətraflı öyrənilməsi üçün tədbirlər görməyə dəvət edildi. Nazir müavinlərinin 1990-cı ilin noyabr-dekabr aylarında keçirilmiş 449-cu yığıncağında Avropa Sosial Xartiyası üzrə ad hoc komitə (Charter Rel) yaradıldı. Komitə Xartiyanın təsirliliyinin və nəzarət mexanizminin yaxşılaşdırılması üçün təkliflər vermək tapşırığı almışdı. Komitənin hazırladığı layihə əsasında Nazirlər Komitəsi 1991-ci il 16 oktyabr tarixində Avropa Sosial Xartiyasına Dəyişiklik edən Əlavə Protokol qəbul etdi. Turin Protokolu adı ilə məşhur olan bu sənəd Xartiyanın, xüsusən də onun nəzarət mexanizminin fəaliyyətinin effektliliyinin yaxşılaşdırılmasını nəzərdə tutaraq, 23-cü, 24-cü, 25-ci, 27-ci, 28-ci və 29-cu maddələrin mətnlərinə dəyişiklik etdi. Xartiyanın 23-cü maddəsinə dəyişiklik edən Protokolun 1-ci maddəsi hökumət hesabatlarının verilməsi və onlara baxışın tamamilə yeni bir sistemini müəyyənləşdirir: Bu sistemə görə hökumət hesabatın əslini Baş Katibə göndərərkən onun surətlərini işə götürən və işçilərin milli təşkilatlarına da ünvanlayır və bu ikincilərə həmin hesabatla bağlı rəylərini yazılı surətdə Baş Katibə bildirməyə əsas verir. 1-ci maddənin yeni müddəa nəzərdə tutan ikinci bəndi Avropa Şurasında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatlarına Baş Katib tərəfindən məlumat verilməsini nəzərdə tutur. Protokolun 2-ci maddəsi hökumət hesabatlarına Müstəqil Ekspertlər Komitəsi tərəfindən baxılmasını qeyd edən 24-cü maddəyə dəyişiklik edərək adı çəkilən komitə tərəfindən məruzələrə baxılması prosedurasının təkmilləşdirilməsinə aiddir. 2-ci maddənin 2-ci bəndi Protokolun ən mühüm müddəalarından hesab edilir. Bu bənd 27-ci maddənin 3-cü və 4-cü müddəaları ilə birlikdə Müstəqil Ekspertlər Komitəsi və Hökumətlər Komitəsi arasında səlahiyyət bölgüsünə aid olmaqla, birincinin vəzifəsi kimi Xartiyanın müddəalarına münasibətdə milli hüquq və təcrübənin hüquqi nöqteyi-nəzərdən qiymətləndirilməsini bəyan edir. Protokolun 3-cü maddəsi Müstəqil Ekspertlər Komitəsinin üzvlərinin sayını ən çox 7-dən ən az 9-a artırmaqla onların Nazirlər Komitəsi tərəfindən təyin edilməsi prosedurasını Parlament Assambleyası tərəfindən seçilmə yolu ilə əvəz etdi. 4-cü maddə Hökumətlər Komitəsində üzvlük və vəzifələrdən bəhs edən Xartiyanın 27-ci maddəsinə dəyişiklik edir. Bu maddə də Protokolun vacib müddəalarından birini ehtiva edir-Hökumətlər Komitəsinin səlahiyyətlərini müəyyənləşdirir. 5-ci maddə Xartiyanın 29-cu maddəni dəyişdirərək, Parlament Assambleyasının hesabatlarla bağlı fəaliyyətini Nazirlər Komitəsinin bütün nəzarət dövrünü əhatə edən, Hökumətlər Komitəsinin məruzəni əsasında müvafiq üzv dövlətə ünvanlanan fərdi tövsiyə verməsi ilə əvəz etdi. Protokolun növbəti 6-cı maddəsi Xartiyanın 29-cu maddəsinin mətnini dəyişdirərək Müstəqil Ekspertlər Komitəsi, Hökumətlər Komitəsi və Nazirlər Komitəsinin müvafiq məruzələrinin Parlament Assambleyasına göndərilməsini nəzərdə tutur.
Avropa Sosial Xartiyası üçün kollektiv şikayətlər sisteminin yaradılması ideyası hələ Parlament Assambleyasının 1978-ci il 839 Saylı tövsiyəsində nəzərdə tutulurdu. Bu ideya 1991-ci ildə yenidən ortaya atıldı. Belə bir sistemin təqdimatında əsas məqsəd yalnız hökumətlərin hesabatlarına əsaslanan nəzarət mexanizminin təsirliliyinin artırılması idi. Nazirlər Komitəsinin təsis etdiyi yuxarıda adı çəkilən Avropa Sosial Xartiyası üzrə ad hoc komitə kollektiv şikayətlər sistemi haqqında Protokol layihəsini 1992-ci ilin mayında keçirilən 5-ci yığıncağında tamamlayıb Nazirlər Komitəsinə təqdim etdi. 1995-ci ilin 22 iyununda Avropa Sosial Xartiyası üçün Kollektiv Şikayətlər Sistemini təmin edən Əlavə Protokolun mətni Nazirlər Komitəsi tərəfindən qəbul edildi və və həmin ilin 9 noyabrında imzalanmaq üçün açıq elan edildi. Protokolun preambulasında üzv dövlətlər Xartiya ilə təmin edilən hüquqların effektli tətbiq edilməsinin yaxşılaşdırılması üçün «yeni tədbirlər» görməyi nəzərdə tutur.
Avropa Şurası Nazirlər Komitəsinin Avropa Sosial Xartiyasının rolunun, məzmununun və fəaliyyətinin yenidən öyrənilməsi məqsədilə 449-cu sessiyasında yaratdığı, haqqında yuxarıda bəhs edilən ad hoc komitə (Charter Rel) 1994-cü ilin oktyabrında keçirilən XII toplantısında Dəyişdirilmiş Avropa Sosial Xartiyasının (ETS no.163) layihəsini qəbul etdi. Layihə 1996-cı il il, 3 aprel tarixində Nazirlər Komitəsi tərəfindən qəbul edildikdən sonra, 1999-cu ilin iyul ayının 1-də qüvvəyə minmişdir.
Bu yeni sənədin qəbul edilməsində məqsəd Xartiyanın mətninə edilmiş dəyişikliklərin sözügedən sənədlə müdafiə olunan sosial hüquqların müdafiə səviyyəsinə mənfi təsir göstərməməsini təmin etmək idi. Buna qədər Xartiyanın nəzarət mexanizmi istər siyasi (Nazirlər Komitəsinin heç bir sanksiyasının olmaması), istərsə də hüquqi (Müstəqil Ekspertlər Komitəsi və Hökumətlər Komitəsi tərəfindən eyni məsələ üzrə müxtəlif şərhlərin verilməsi) cəhətdən təsirsiz olduğunu artıq sübut etmişdi. Həmçinin bu islahat digər beynəlxalq aktlar və üzv dövlətlərin qanunvericiliyində əks olunan iqtisadi və sosial hüquqların inkişafını və digər qüvvədə olan beynəlxalq aktlarla əhatə olunmayan sosial problemləri nəzərə alırdı. Dəyişdirilmiş Avropa Sosial Xartiyası 1961-ci ildə qəbul edilmiş Xartiya və 1988-ci il Əlavə Protokolu ilə təmin edilən bütün hüquqları onlara edilən dəyişikliklər və əlavə olunan müddəalarla yanaşı vahid bir sənəddə toplayan beynəlxalq müqavilədir. Dəyişdirilmiş Avropa Sosial Xartiyası 1961-ci il Xartiyası ilə eyni nəzarət mexanizminə malikdir. Əgər hər hansı iştirakçı dövlət Dəyişdirilmiş Xartiyanın müddəalarını qəbul edirsə, ilkin xartiyanın və onun protokollarının müddəaları həmin dövlətə münasibətdə qüvvəsini dayandırır; dövlətlər eyni zamanda ayrı-ayrı iki səviyyədə öhdəliklər daşımır. Dəyişdirilmiş Avropa Sosial Xartiyası 1961-ci il Xartiyasını tədricən əvəz etməlidir. Bu əvvəlki Xartiyanı mənzil hüququ, sağlamlıq hüququ, təhsil hüququ, məşğulluq hüququ, sosial müdafiə hüququ, qeyri-ayrı seçkilik hüququ kimi sahələrdə müasir reallığa uyğunlaşdıran və tamamlayan yeni insan hüquqları müqaviləsidir.
Bununla yanaşı yeni Xartiya 1961-ci il Xartiyasının 9 maddəsinə düzəlişlər etdi:
Bütün bu düzəlişlər qeyri-ayrı-seçkilik prinsipinin gücləndirilməsini, müqavilə ilə əhatə olunan bütün sahələrdə kişi və qadın bərabərliyinin yaxşılaşdırılmasını, anaların və analığın daha yaxşı sosial müdafiəsini, işləyən uşaqların daha yaxşı sosial, hüquqi və iqtisadi müdafiəsini, əqli çatışmazlığı olanların daha yaxşı müdafiəsini təmin edir.
Xartiyanın dövlətdaxili (milli) statusu
Avropa sosial hüquq modeli və bu modelin əsas özəyi hesab edilən Avropa Sosial Xartiyası özündə əks etdirdiyi hüquqların müasir demokratik dövlətin məqsədlərində ehtiva olunması ilə xarakterizə olunur. Eyni zamanda, bu hüquqlar daxili qanunvericilik sistemi ilə də dəstəklənir. Avropa İnsan Hüquqları Konvensiyasından fərqli olaraq, Avropa Sosial Xartiyası bu vaxta qədər üzv dövlətlərin konstitusion sistemində aydın statusa malik olmamışdır. 1961-ci il Xartiyasına Əlavəyə istinad etsək, tətbiqinə Xartiyanın IV Hissəsində nəzərdə tutulan nəzarətin şamil edildiyi öhdəliklər müqavilə hüququ baxımından beynəlxalq xarakter daşımaqla, yuxarıda qeyd edildiyi kimi, üzv dövlətlərin daxili hüququnda öz-özünə icra edilə bilən müqavilə hesab edilmir. Eyni zamanda Xartiya Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən edilmiş, beynəlxalq nəzarət orqanına müraciət etmək üçün dövlətdaxili bütün hüquq müdafiə vasitələrinin tükənməsini nəzərdə tutmur. Həmçinin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Beynəlxalq Pakta “paktın daxili hüquqda tətbiqi” haqqında 9-cu Ümumi Şərhə bənzər presedent hüququna Avropa Sosial Hüquqlar Komitəsinin təcrübəsində rast gəlinmir. Ümumiyyətlə, Avropa Sosial Hüquqlar Komitəsi normativ müddəaların aydınlaşdırılmasına yönələn ümumi şərhlər qəbul etmmişdir. Bu da Komitənin fəaliyyətinin zəif tərəflərindən biri hesab edilir. Xartiyanın yuxarıda qeyd olunan Əlavəsinə baxmayaraq, Hollandiya və Belçika məhkəmələri Üzv Dövlətlərin məhkəmələri arasında ilk addım ataraq, Xartiyanın müddəalarını öz qərarlarında istifadə etmişlər. Belə ki, Hollandiyanın Ali Məhkəməsi Xartiyanın 6-cı maddəsinin 4-cü bəndinin tətil hüququ ilə bağlı birbaşa tətbiqini tanımışdır. Habelə Belçika Dövlət Şurası 1996-cı ildə Xartiyanın 6-cı maddəsini bir daxili inzibati aktı ləğv etmək üçün mülahizəsini əsaslandırmaqdan ötrü istifadə edərək, Xartiyanı daxili hüququnun mənbəyi kimi tanımışdır. Hazırda Macarıstan, Almaniya, Finlandiya və İtaliya Avropa Sosial Xartiyasını bu və ya digər səviyyədə inkorporasiya etmişlər. Almaniya Federal Əmək Məhkəməsi hələ 1984-cü ildə qəbul etmiş olduğu qərarlarının birində təsdiq etmişdir ki, milli məhkəmələr əmək mübahisələri üzrə qanunvericilikdəki boşluqları təfsir etməli olduqda, Xartiyada nəzərdə tutulmuş öhdəliklər onlar üçün məcburi xarakter daşıyır. Bundan başqa, İtaliya Konstitusiya Məhkəməsi Avropa Sosial Xartiyasını daxili qanunvericiliyi təfsir etmək üçün istifadə etmişdir. Eyni zamanda Rumıniyanın Konstitusiya Məhkəməsi də ölkənin daxili qanunvericiliyinin konstitusiyaya uyğunluğunu nəzərdən keçirərkən, müvafiq məqamlarda Xartiyaya istinad etmişdir. Avropa Sosial Hüquqlar Komitəsi Xartiyada nəzərdə tutulan bir sıra hüquqları daxili vasitələrin ilkin formasını müəyyən etmədən bu vasitələrin zəruriliyinə səbəb kimi şərh etmişdir. Bu, özünü xüsusən qeyri-ayrıseçkiliyə həsr edilmiş, Xartiyanın E maddəsinin müxtəlif əhəmiyyətli hüquqlarla qarşılıqlı əlaqəsində göstərir. Qeyri-ayrı-seçkiliklə bağlı qadağa davranış üzrə deyil, nəticə üzrə öhdəlikləri formalaşdırır. Müstəqil qurumlara münasibətdə daxili vasitələrin təmin edilməsi Komitə tərəfindən əməyin ədalətli ödənilməsi hüququ (4-cü maddə), sosial və tibbi yardım hüququ (13-cü maddə), miqrant işçilərin deportasiya edilməmə hüquqları (19-cu maddənin 8-ci bəndi), daha sonra iş yerində ayrı-seçkilikdən müdafiə hüququ (1-ci maddənin 1-ci bəndi), əlil şəxslərin təhsil və iş yerində ayrı-seçkilikdən müdafiə hüququ (15-ci maddənin 1-ci və 2-ci bəndləri) ilə əlaqədar tələb edilmişdi. 1961-ci il Xartiyasının 32-ci maddəsi, habelə Dəyişdirilmiş Sosial Xartiyanın H maddəsi bu sənədin milli hüquq sistemində tətbiqi ilə bağlı mühüm bir məqama da toxunur. Belə ki, həmin maddəyə əsasən Xartiyanın şərtləri qüvvədə olan müqavilələr və ya konvensiyalar əsasında müəyyən edilən daha yüksək standartların tətbiq edilməsinə mane olmamalıdır.
QEYD:
Azərbaycan hökuməti adından Avropa Sosial Xartiyası bu sənədin 40 illiyi münasibətilə 2001-ci ilin 18 oktyabrında keçirilən mərasimdə imzalanmışdır. (Avropa Şurasının bütün müqavilələrində olduğu kimi Sosial Xartiya, onun protokolları və 1996-cı il Dəyişdirilmiş ASX da maraqlı dövlətin Baş Naziri və ya Xarici İşlər Naziri, bu iş üçün səlahiyyətləndirilmiş digər şəxslər tərəfindən imzalanır. ) 2004-cü ilin sentyabr ayında Azərbaycanın Dəyişdirilmiş Avropa Sosial Xartiyasına qoşulmasıyla bağlı ratifikasiya fərmanı Avropa Şurasına təqdim edildikdən sonra həmin ilin noyabr ayının 1-dən sözügedən beynəlxalq sənəd Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
Mənbə
- Əliyev Ə.İ. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi: Dərslik. Bakı: NAT-CO MMC, 2009. – 490 s;
- Əliyev Ş.İ. “İnsan hüquqları sistemində sosial hüquqlar (nəzəri və praktik məsələlər)” Bakı - “Bakı Universiteti” nəşriyyatı, 2008, 367 s;
- Hüseynov L.H. “İnsan hüquqları sahəsində beynəlxalq müqavilələrin Azərbaycan Respublikasında implementasiyası məsələləri”. İnsan hüquqları. Bülleten 1. Bakı: 1998 s. 32-37;
- Hüseynov L.H. Beynəlxalq hüquq. Bakı: Hüquq ədəbiyyatı, 2002. - 420 s;
- Zəka Mirzəyev "Avropa Sosial Xartiyasının təbiəti və spesifik cəhətləri" - “Hüquqi dövlət və qanun” jurnalı – 2006, № 3;
- Zəka Mirzəyev" "Avropa Sosial Xartiyasının inkişaf tarixi" - “Qanunçuluq” jurnalı –2006, № 3;
- Zəka Mirzəyev" "Avropa Sosial Xartiyasının dövlətdaxili statusu və ərazi tətbiqi" - Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri - 2009, № 12;
- Zəka Mirzəyev" "Avropa Sosial Xartiyasının hüquqi statusu" - “Bakı Universitetinin xəbərləri; sosial-siyasi elmlər seriyası” – 2011, №. 2.
- Zəka Mirzəyev" "Avropa Sosial Xartiyasının institusionla mexanizmi" - “Dövlət idarəçiliyi” jurnalı – 2012, № 4 (40);
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Avropa Sosial Xartiyasi Insan huquqlarinin ve esas azadliqlarin mudafiesi haqqinda 1950 ci il Avropa Konvensiyasinda eks olunmus vetendas ve siyasi huquqlarin tebii davami ve qarsiligi olan sosial ve iqtisadi huquqlarin qorunmasini temin eden Avropa Surasi cercivesinde qebul edilmis regional beynelxalq muqaviledir 1961 ci il il Xartiyasinin uzvleri olan olkleler aciq yasil Deyisdirilmis Xartiyanin uzvu olan olkeler tund yasil uzv olmayan olkelerse boz rengde gosterilmisdir 1961 ci il oktyabr ayinin 18 de Turin seherinde imzalanmis 1965 ci il fevral ayinin 25 de quvveye minmisdir Xartiyanin meqsedi ve mahiyyetiXartiyaya gore istirakci dovletlerin meqsedi onlarin umumi irsi olan ideal ve prinsiplerin heyata kecirilmesi ve qorunmasi iqtisadi ve sosial tereqqisine yardim etmek dir Xartiya inkisaf eden sosial ve iqtisadi proseslere uygun olaraq oten esrin son onilliyinde mueyyen deyisiklkler ve elavelerle daha mukemmel mezmunu ile bu sahedeki diger beynelxalq muqavilelerden ustun seviyyesine catmisdir Avropa Sosial Xartiyasinin ehemiyyeti hem de ondan ibaretdir ki bu beynelxalq muqavile esas sosial huquqlarin mudafiesini tekce standartlar mueyyen etmekle temin etmir hem de xususi mexanizm vasitesile bu standartlarin daim artan seviyyesi ucun serait yaradir Avropa Sosail Xartiyasinin beynelxalq muqavileler icerisinde son dovrlerde en dinamik senedler sirasinda olmasi bu fikri tesdiqleyir Ister Xartiya ile mudafie olunan huquqlarin siyahisi ve mezmununun isterse de bu huquqlarin dovletler terefinden heyata kecirilmesi uzerinde nezaret mexanizminin ozune edilen mutemadi deyisiklikler sozugeden senedin dinamikliyini aydin gosterir Xartiyanin son inkisaf tarixiAvropa Surasinin uzv dovletleri 1978 ci il aprel ayinin 27 de qebul etdikleri insan huquqlari uzre beyannamede Avropa konvensiyalari ile qorunmali olan insan huquqlarinin xususen de sosial iqtisadi ve medeni sahelerdeki huquqlarin siyahisinin genislendirilmesi isine muhum ehemiyyet verdiklerini bildirdiler Bu beyannameye qeder Avropa Surasi Nazirler Komitesi Avropa konvensiyalarina yeni iqtisadi ve sosial huquqlarin elave edilmesi imkanlari haqqinda rey vermek ucun devet olunmus bir cox daimi komissiyalarla mesveietci muzakireler aparmisdi 1980 ci ilde Sosial meseleler uzre Daimi Komissiyaya CDSO Avropa Sosial Xartiyasi ile bagli proseslere rehberlik etmek barede telimat verdi Hemin telimatda adi cekilen komissiyanin qarsisinda asagidaki vezifeler qoyulmusdu Avropa Sosial Xartiyasinda eks olunmus huquqllari onlarin muasir heyata uygunlasdirilmasi ve onlara elaveler etmek ehtiyacinin mueyyenlesdirilmesi ucun nezerden kecirmek 1950 ci il Avropa Insan Huquqlari Konvensiyasina her hansi huquqlarin daxil edilmesinin meqsedeuygun olub olmadigini mueyyen etmek 1981 ci ilde verilmis ikinci telimata esasen Komissiyanin hazirladigi layiheler Nazirler Komitesine teqdim edildi Nazirler Komitesi hemin layiheler esasinda Sosial meseleler uzre Daimi Komissiyaya Avropa Sosial Xartiyasina elave protokolun ilkin layihesini hazirlamagi tapsirdi Komissiya 1984 cu ilin oktyabrinda kecirilmis iclasinda Protokolun ilkin layihesini qebul etdi 1987 ci ilde AS PA bezi deyisikliklerle layihe uzre 131 Sayli rey qebul etdi 1987 ci ilin noyabr ayinin 26 da Nazirler Komitesinin 81 ci sessiyasinda qebul etdiyi Xartiyaya Elave Protokol 5 may 1988 ci ilde imzalanmaq ucun aciq elan edildi 1992 ci ilin 04 sentyabrindan quvveye minen Elave Protokol Xartiyanin ehate etdiyi sosial ve iqtisadi huquqlarin mudafiesini genislendirmek meqsedile yeni tedbirler nezerde tutaraq Xartiya ile mudafie olunan insan huquqlarinin sirasina dord yeni sosial huquq elave etdi cinsi elamete gore ayri seckiliye meruz qalmadan mesgulluq sahesinde beraber imkanlar ve beraber reftar huququ muessise daxilinde informasiya almaq ve meslehetlesmek huququ emek seraitinin ve istehsal muhitinin mueyyenlesdirilmesinde ve yaxsilasdiril masinda istirak etmek huququ ahillarin sosial mudafie huquqlari Uzun muddet Sleeping Beauty azerb yatan gozellik ve ya paper tiger azerb kagiz peleng adlandirilan Xartiyaya edilen en muhum deyisiklikler kecen esrin texminen son on illiyine tesaduf edir ki bu da 1990 ci ilde Sosial Xartiya katibliyinin Insan Huquqlari Direktorluguna kocurulmesinden sonraki dovre tesaduf etmekle bu muhum beynelxalq muqavilenin daha effektli heyata kecirilmesi ucun donus yaratdi 1950 ci il Avropa Insan Huquqlari Konvensiyasinin insan huquqlari uzre kecirilen qeyri resmi konfransinda Avropa Sosial Xartiyasinin rolu mezmunu ve fealiyyetinin etrafli oyrenilmesi ucun tedbirler gormeye devet edildi Nazir muavinlerinin 1990 ci ilin noyabr dekabr aylarinda kecirilmis 449 cu yigincaginda Avropa Sosial Xartiyasi uzre ad hoc komite Charter Rel yaradildi Komite Xartiyanin tesirliliyinin ve nezaret mexanizminin yaxsilasdirilmasi ucun teklifler vermek tapsirigi almisdi Komitenin hazirladigi layihe esasinda Nazirler Komitesi 1991 ci il 16 oktyabr tarixinde Avropa Sosial Xartiyasina Deyisiklik eden Elave Protokol qebul etdi Turin Protokolu adi ile meshur olan bu sened Xartiyanin xususen de onun nezaret mexanizminin fealiyyetinin effektliliyinin yaxsilasdirilmasini nezerde tutaraq 23 cu 24 cu 25 ci 27 ci 28 ci ve 29 cu maddelerin metnlerine deyisiklik etdi Xartiyanin 23 cu maddesine deyisiklik eden Protokolun 1 ci maddesi hokumet hesabatlarinin verilmesi ve onlara baxisin tamamile yeni bir sistemini mueyyenlesdirir Bu sisteme gore hokumet hesabatin eslini Bas Katibe gondererken onun suretlerini ise goturen ve iscilerin milli teskilatlarina da unvanlayir ve bu ikincilere hemin hesabatla bagli reylerini yazili suretde Bas Katibe bildirmeye esas verir 1 ci maddenin yeni muddea nezerde tutan ikinci bendi Avropa Surasinda mesveretci statusa malik olan beynelxalq qeyri hokumet teskilatlarina Bas Katib terefinden melumat verilmesini nezerde tutur Protokolun 2 ci maddesi hokumet hesabatlarina Musteqil Ekspertler Komitesi terefinden baxilmasini qeyd eden 24 cu maddeye deyisiklik ederek adi cekilen komite terefinden meruzelere baxilmasi prosedurasinin tekmillesdirilmesine aiddir 2 ci maddenin 2 ci bendi Protokolun en muhum muddealarindan hesab edilir Bu bend 27 ci maddenin 3 cu ve 4 cu muddealari ile birlikde Musteqil Ekspertler Komitesi ve Hokumetler Komitesi arasinda selahiyyet bolgusune aid olmaqla birincinin vezifesi kimi Xartiyanin muddealarina munasibetde milli huquq ve tecrubenin huquqi noqteyi nezerden qiymetlendirilmesini beyan edir Protokolun 3 cu maddesi Musteqil Ekspertler Komitesinin uzvlerinin sayini en cox 7 den en az 9 a artirmaqla onlarin Nazirler Komitesi terefinden teyin edilmesi prosedurasini Parlament Assambleyasi terefinden secilme yolu ile evez etdi 4 cu madde Hokumetler Komitesinde uzvluk ve vezifelerden behs eden Xartiyanin 27 ci maddesine deyisiklik edir Bu madde de Protokolun vacib muddealarindan birini ehtiva edir Hokumetler Komitesinin selahiyyetlerini mueyyenlesdirir 5 ci madde Xartiyanin 29 cu maddeni deyisdirerek Parlament Assambleyasinin hesabatlarla bagli fealiyyetini Nazirler Komitesinin butun nezaret dovrunu ehate eden Hokumetler Komitesinin meruzeni esasinda muvafiq uzv dovlete unvanlanan ferdi tovsiye vermesi ile evez etdi Protokolun novbeti 6 ci maddesi Xartiyanin 29 cu maddesinin metnini deyisdirerek Musteqil Ekspertler Komitesi Hokumetler Komitesi ve Nazirler Komitesinin muvafiq meruzelerinin Parlament Assambleyasina gonderilmesini nezerde tutur Avropa Sosial Xartiyasi ucun kollektiv sikayetler sisteminin yaradilmasi ideyasi hele Parlament Assambleyasinin 1978 ci il 839 Sayli tovsiyesinde nezerde tutulurdu Bu ideya 1991 ci ilde yeniden ortaya atildi Bele bir sistemin teqdimatinda esas meqsed yalniz hokumetlerin hesabatlarina esaslanan nezaret mexanizminin tesirliliyinin artirilmasi idi Nazirler Komitesinin tesis etdiyi yuxarida adi cekilen Avropa Sosial Xartiyasi uzre ad hoc komite kollektiv sikayetler sistemi haqqinda Protokol layihesini 1992 ci ilin mayinda kecirilen 5 ci yigincaginda tamamlayib Nazirler Komitesine teqdim etdi 1995 ci ilin 22 iyununda Avropa Sosial Xartiyasi ucun Kollektiv Sikayetler Sistemini temin eden Elave Protokolun metni Nazirler Komitesi terefinden qebul edildi ve ve hemin ilin 9 noyabrinda imzalanmaq ucun aciq elan edildi Protokolun preambulasinda uzv dovletler Xartiya ile temin edilen huquqlarin effektli tetbiq edilmesinin yaxsilasdirilmasi ucun yeni tedbirler gormeyi nezerde tutur Avropa Surasi Nazirler Komitesinin Avropa Sosial Xartiyasinin rolunun mezmununun ve fealiyyetinin yeniden oyrenilmesi meqsedile 449 cu sessiyasinda yaratdigi haqqinda yuxarida behs edilen ad hoc komite Charter Rel 1994 cu ilin oktyabrinda kecirilen XII toplantisinda Deyisdirilmis Avropa Sosial Xartiyasinin ETS no 163 layihesini qebul etdi Layihe 1996 ci il il 3 aprel tarixinde Nazirler Komitesi terefinden qebul edildikden sonra 1999 cu ilin iyul ayinin 1 de quvveye minmisdir Bu yeni senedin qebul edilmesinde meqsed Xartiyanin metnine edilmis deyisikliklerin sozugeden senedle mudafie olunan sosial huquqlarin mudafie seviyyesine menfi tesir gostermemesini temin etmek idi Buna qeder Xartiyanin nezaret mexanizmi ister siyasi Nazirler Komitesinin hec bir sanksiyasinin olmamasi isterse de huquqi Musteqil Ekspertler Komitesi ve Hokumetler Komitesi terefinden eyni mesele uzre muxtelif serhlerin verilmesi cehetden tesirsiz oldugunu artiq subut etmisdi Hemcinin bu islahat diger beynelxalq aktlar ve uzv dovletlerin qanunvericiliyinde eks olunan iqtisadi ve sosial huquqlarin inkisafini ve diger quvvede olan beynelxalq aktlarla ehate olunmayan sosial problemleri nezere alirdi Deyisdirilmis Avropa Sosial Xartiyasi 1961 ci ilde qebul edilmis Xartiya ve 1988 ci il Elave Protokolu ile temin edilen butun huquqlari onlara edilen deyisiklikler ve elave olunan muddealarla yanasi vahid bir senedde toplayan beynelxalq muqaviledir Deyisdirilmis Avropa Sosial Xartiyasi 1961 ci il Xartiyasi ile eyni nezaret mexanizmine malikdir Eger her hansi istirakci dovlet Deyisdirilmis Xartiyanin muddealarini qebul edirse ilkin xartiyanin ve onun protokollarinin muddealari hemin dovlete munasibetde quvvesini dayandirir dovletler eyni zamanda ayri ayri iki seviyyede ohdelikler dasimir Deyisdirilmis Avropa Sosial Xartiyasi 1961 ci il Xartiyasini tedricen evez etmelidir Bu evvelki Xartiyani menzil huququ saglamliq huququ tehsil huququ mesgulluq huququ sosial mudafie huququ qeyri ayri seckilik huququ kimi sahelerde muasir realliga uygunlasdiran ve tamamlayan yeni insan huquqlari muqavilesidir Bununla yanasi yeni Xartiya 1961 ci il Xartiyasinin 9 maddesine duzelisler etdi Butun bu duzelisler qeyri ayri seckilik prinsipinin guclendirilmesini muqavile ile ehate olunan butun sahelerde kisi ve qadin beraberliyinin yaxsilasdirilmasini analarin ve analigin daha yaxsi sosial mudafiesini isleyen usaqlarin daha yaxsi sosial huquqi ve iqtisadi mudafiesini eqli catismazligi olanlarin daha yaxsi mudafiesini temin edir Xartiyanin dovletdaxili milli statusuAvropa sosial huquq modeli ve bu modelin esas ozeyi hesab edilen Avropa Sosial Xartiyasi ozunde eks etdirdiyi huquqlarin muasir demokratik dovletin meqsedlerinde ehtiva olunmasi ile xarakterize olunur Eyni zamanda bu huquqlar daxili qanunvericilik sistemi ile de desteklenir Avropa Insan Huquqlari Konvensiyasindan ferqli olaraq Avropa Sosial Xartiyasi bu vaxta qeder uzv dovletlerin konstitusion sisteminde aydin statusa malik olmamisdir 1961 ci il Xartiyasina Elaveye istinad etsek tetbiqine Xartiyanin IV Hissesinde nezerde tutulan nezaretin samil edildiyi ohdelikler muqavile huququ baximindan beynelxalq xarakter dasimaqla yuxarida qeyd edildiyi kimi uzv dovletlerin daxili huququnda oz ozune icra edile bilen muqavile hesab edilmir Eyni zamanda Xartiya Avropa Insan Huquqlari Konvensiyasinda mueyyen edilmis beynelxalq nezaret orqanina muraciet etmek ucun dovletdaxili butun huquq mudafie vasitelerinin tukenmesini nezerde tutmur Hemcinin Iqtisadi sosial ve medeni huquqlar uzre Beynelxalq Pakta paktin daxili huquqda tetbiqi haqqinda 9 cu Umumi Serhe benzer presedent huququna Avropa Sosial Huquqlar Komitesinin tecrubesinde rast gelinmir Umumiyyetle Avropa Sosial Huquqlar Komitesi normativ muddealarin aydinlasdirilmasina yonelen umumi serhler qebul etmmisdir Bu da Komitenin fealiyyetinin zeif tereflerinden biri hesab edilir Xartiyanin yuxarida qeyd olunan Elavesine baxmayaraq Hollandiya ve Belcika mehkemeleri Uzv Dovletlerin mehkemeleri arasinda ilk addim ataraq Xartiyanin muddealarini oz qerarlarinda istifade etmisler Bele ki Hollandiyanin Ali Mehkemesi Xartiyanin 6 ci maddesinin 4 cu bendinin tetil huququ ile bagli birbasa tetbiqini tanimisdir Habele Belcika Dovlet Surasi 1996 ci ilde Xartiyanin 6 ci maddesini bir daxili inzibati akti legv etmek ucun mulahizesini esaslandirmaqdan otru istifade ederek Xartiyani daxili huququnun menbeyi kimi tanimisdir Hazirda Macaristan Almaniya Finlandiya ve Italiya Avropa Sosial Xartiyasini bu ve ya diger seviyyede inkorporasiya etmisler Almaniya Federal Emek Mehkemesi hele 1984 cu ilde qebul etmis oldugu qerarlarinin birinde tesdiq etmisdir ki milli mehkemeler emek mubahiseleri uzre qanunvericilikdeki bosluqlari tefsir etmeli olduqda Xartiyada nezerde tutulmus ohdelikler onlar ucun mecburi xarakter dasiyir Bundan basqa Italiya Konstitusiya Mehkemesi Avropa Sosial Xartiyasini daxili qanunvericiliyi tefsir etmek ucun istifade etmisdir Eyni zamanda Ruminiyanin Konstitusiya Mehkemesi de olkenin daxili qanunvericiliyinin konstitusiyaya uygunlugunu nezerden kecirerken muvafiq meqamlarda Xartiyaya istinad etmisdir Avropa Sosial Huquqlar Komitesi Xartiyada nezerde tutulan bir sira huquqlari daxili vasitelerin ilkin formasini mueyyen etmeden bu vasitelerin zeruriliyine sebeb kimi serh etmisdir Bu ozunu xususen qeyri ayriseckiliye hesr edilmis Xartiyanin E maddesinin muxtelif ehemiyyetli huquqlarla qarsiliqli elaqesinde gosterir Qeyri ayri seckilikle bagli qadaga davranis uzre deyil netice uzre ohdelikleri formalasdirir Musteqil qurumlara munasibetde daxili vasitelerin temin edilmesi Komite terefinden emeyin edaletli odenilmesi huququ 4 cu madde sosial ve tibbi yardim huququ 13 cu madde miqrant iscilerin deportasiya edilmeme huquqlari 19 cu maddenin 8 ci bendi daha sonra is yerinde ayri seckilikden mudafie huququ 1 ci maddenin 1 ci bendi elil sexslerin tehsil ve is yerinde ayri seckilikden mudafie huququ 15 ci maddenin 1 ci ve 2 ci bendleri ile elaqedar teleb edilmisdi 1961 ci il Xartiyasinin 32 ci maddesi habele Deyisdirilmis Sosial Xartiyanin H maddesi bu senedin milli huquq sisteminde tetbiqi ile bagli muhum bir meqama da toxunur Bele ki hemin maddeye esasen Xartiyanin sertleri quvvede olan muqavileler ve ya konvensiyalar esasinda mueyyen edilen daha yuksek standartlarin tetbiq edilmesine mane olmamalidir QEYD Azerbaycan hokumeti adindan Avropa Sosial Xartiyasi bu senedin 40 illiyi munasibetile 2001 ci ilin 18 oktyabrinda kecirilen merasimde imzalanmisdir Avropa Surasinin butun muqavilelerinde oldugu kimi Sosial Xartiya onun protokollari ve 1996 ci il Deyisdirilmis ASX da maraqli dovletin Bas Naziri ve ya Xarici Isler Naziri bu is ucun selahiyyetlendirilmis diger sexsler terefinden imzalanir 2004 cu ilin sentyabr ayinda Azerbaycanin Deyisdirilmis Avropa Sosial Xartiyasina qosulmasiyla bagli ratifikasiya fermani Avropa Surasina teqdim edildikden sonra hemin ilin noyabr ayinin 1 den sozugeden beynelxalq sened Azerbaycan Respublikasinin qanunvericilik sisteminin ayrilmaz terkib hissesidir MenbeEliyev E I Insan huquqlarinin beynelxalq huquqi mudafiesi Derslik Baki NAT CO MMC 2009 490 s Eliyev S I Insan huquqlari sisteminde sosial huquqlar nezeri ve praktik meseleler Baki Baki Universiteti nesriyyati 2008 367 s Huseynov L H Insan huquqlari sahesinde beynelxalq muqavilelerin Azerbaycan Respublikasinda implementasiyasi meseleleri Insan huquqlari Bulleten 1 Baki 1998 s 32 37 Huseynov L H Beynelxalq huquq Baki Huquq edebiyyati 2002 420 s Zeka Mirzeyev Avropa Sosial Xartiyasinin tebieti ve spesifik cehetleri Huquqi dovlet ve qanun jurnali 2006 3 Zeka Mirzeyev Avropa Sosial Xartiyasinin inkisaf tarixi Qanunculuq jurnali 2006 3 Zeka Mirzeyev Avropa Sosial Xartiyasinin dovletdaxili statusu ve erazi tetbiqi Azerbaycan Milli Elmler Akademiyasinin Xeberleri 2009 12 Zeka Mirzeyev Avropa Sosial Xartiyasinin huquqi statusu Baki Universitetinin xeberleri sosial siyasi elmler seriyasi 2011 2 Zeka Mirzeyev Avropa Sosial Xartiyasinin institusionla mexanizmi Dovlet idareciliyi jurnali 2012 4 40