Asif Yusif oğlu Şirəliyev, 13 may 1981-ci ildə Bakı şəhərində anadan olub. İngilis, rus, türk dillərində sərbəst danışır. Ailəlidir, 3 övladı var.
Asif Yusif oğlu Şirəliyev | |
---|---|
Asif Yusif oğlu Şirəliyev | |
![]() | |
Doğum tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, UNEC |
Fəaliyyəti | Beynəlxalq hakim |
Fəaliyyəti
1992-ci ildən Yunan-Roma güləşilə məşğul olmağa başlayıb. İdman ustasıdır. 1995-ci ildən etibarən orta təhsilini Respublika Olimpiya idman liseyində davam etdirib. 1998-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tək mübarizə (TA) fakültəsinə daxil olub, 2005-ci ildə isə bitirib.
1999–2001-ci illərdə həqiqi hərbi xidmətdə olub.
8 iyul 2007-ci ildən (en) beynəlxalq dərəcəli hakim olaraq fəaliyyət göstərməyə başlayıb.
Asif Şirəliyev hazırda Super (I-S) kateqoriyalı hakim statusuna malikdir. Beynəlxalq turnirlər, dünya və Avropa çempionatlarında, o cümlədən 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi oyunları, 2019-cu il Belarusun paytaxtı Minsk şəhərində keçirilən 2-ci Avropa Oyunları, 2020-ci il Yaponiyanın paytaxtı Tokioda keçirilən 32-ci Yay Olimpiya oyunlarında ölkəmizin ədalət təmsilçisi olub.
Dəfələrlə Gənclər və İdman nazirliyi tərəfindən "İlin ən yaxşı hakimi" mükafatı adına layiq görülüb.
2007–2020-ci illərdə "Paşa Holding İnşaat Servis" MMC-nin təhlükəsizlik departamentində security supervayzer vəzifəsində çalışıb. 26.01.2021-ci ildən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. Hazırda ikinci ali təhsil alır. UNEC menecment fakültəsi 3-cü kurs tələbəsi(2023).[]
Mükafatları
Ədalət prinsiplərinə sadiq hakim kimi mükafat 2014-cü il.
İlin idman yekunları İlin ən yaxşı hakimi, 2015-ci il.
İlin idman sorğusuna əsasən İlin ən yaxşı hakimi 2016-cı il.
Zəfər Beynəlxalq mükafatı Fəxri fərman İlin idman hakimi, 2018-ci il
İlin idman yekunu, İlin ən yaxşı hakimi, 2019-cu il
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalət Oyunları Komissiyası tərəfindən 2021-ci ilin yekunlarına əsasən "Ədalət oyun prinsiplərinə sadiq hakim" mükafatı
İstinadlar
- "Asif Şirəliyev: "Yarışlarda hakimimizin olması güləşçilərimizin sığortalanması deməkdir"". Report İnformasiya Agentliyi (az.). 2021-10-12. 2023-07-26 tarixində . İstifadə tarixi: 2023-07-27.
- "İki azərbaycanlı hakim ali beynəlxalq kateqoriyaya yüksəlib". Oxu.Az (az.). 2022-02-11. 2023-07-27 tarixində . İstifadə tarixi: 2023-07-27.
- "Arxivlənmiş surət". 2023-07-26 tarixində . İstifadə tarixi: 2023-07-26.
- "Şamaxıda Olimpiada təmsilçimiz Asif Şirəliyevlə bağlı tədbir — Fotolar". Qafqazinfo (az.). 2021-07-12. 2023-07-26 tarixində . İstifadə tarixi: 2023-07-27.
- "Ədalətli oyun prinsiplərinə sadiq hakim- Asif Şirəliyev. » Azgundem.az". Azgundem.az. 2023-07-26 tarixində . İstifadə tarixi: 2023-07-27.
- "Sportsman | Sizin idman jurnalınız | ZƏFƏR - 2018". sportsman.az. 2023-07-27 tarixində . İstifadə tarixi: 2023-07-27.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer